Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1672/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və Bakı şəhəri Səbail rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), maddi və mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Səbail rayonu, Q.Abbasov küçəsi, * saylı evin * saylı mənzili ## ######## 2005-ci il tarixdən Məmmədov Təmraz Əhəd oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Səbail rayonu, X4 küçəsi, * saylı evin * saylı mənzili ## ###### 2013-cü il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
3. Bakı şəhəri, Səbail Rayon Icra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Idarələrarası Komissiyanın ##.##.2017-ci il tarixli, M-***-*** nömrəli rəyində qeydə olunmuşdur ki, Azərbaycan Respublikası Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsinin ## ######## 2005-ci il tarixli, Seriya ÖM ****** saylı Qeydiyyat Vəsiqəsinə əsasən Səbail rayonu, Q.Abbasov küçəsi, ev 9, * saylı mənzil cavabdeh2 mülkiyyətindədir. Komissiyanın əməkdaşları tərəfindən yerində ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Q.Abbasov küçəsi, * saylı evin * saylı mənzili 215,7 kv.m-dir, mənzil qonşu mənzillərdən təcrid olunmuş, ayrıca giriş-çıxış mövcuddur, mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına şərait vardır. Komissiyanın rəyinə əsasən ünvan * saylı ünvanda yerləşən vətəndaş cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzil qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.
4. Bakı şəhəri, Səbail Rayon Icra Hakimiyyətinin Başçısının *** saylı, ## ######## 2017ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri Səbail rayon Icra Hakimiyyətinin nəzdində daimi fəaliyyət göstərən Idarələrarası Komissiyanın ##.##.2017-ci il tarixli, M-***-*** nömrəli rəyi təsdiq edilmiş, ünvan * saylı ünvanda yerləşən vətəndaş cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 215,7 kv.m olan mənzil qeyri yaşayış sahəsinə keçirilmişdir.
5. Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyətinin Başçısının istifadədə olan tikinti obyektlərinin mövcud vəziyyətdə istismarına dair 2018-ci il tarixli icazə adlanan sənədindən görünür ki, təqdim edilmiş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 2018-ci il tarixində Məmmədov Təmraz Əhəd oğluna tikinti obyektinin istismarına icazə verilmişdir.
6. Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyəti Başçısının 2 №li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı ##.##.2022-ci il tarixli, *-*** saylı cavab məktubundan görünür ki, ** saylı MKIS-dən aldıqları məktub əsasında Q.Abbasov küçəsi, ev 9, mənzil 4-ün sakini İddiaçı yaşadığı mənzilə baxış keçirilmiş, qonşu tərəfindən zirzəminin bünövrəsində qeyri-qanuni qazıntı işləri aparılan zaman həmin ünvanda çatlar əmələ gəlmişdir. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi zirzəmi problemi ilə əlaqədar olaraq iki qonşu arasında mülki mübahisəyə səbəb olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və Bakı şəhəri Səbail Rayon Icra Hakimiyyətinə qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 istifadəsində olan sahələri 17,2 kv.m və 23,6 kv.m olan otaqların arasındakı arakəsmə divarın öz yerində tikilərək bərpa edilməsi və binanın dayanıqlığının təmin edilməsi üçün 17,2 kv.m, 11,2 kv.m və 23,6 kv.m olan 1 və * saylı otaqlarda 4 ədəd pəncərəli hissənin əsas yükdaşıyan divardan sökülərək açılan qapı boşluğu tikilərək əvvəlki vəziyyətinə qaytarılması, sahələri 17,2 kv.m və 23,6 kv.m olan 1 və * saylı otaqlarda yaradılan yeni antresol mərtəbədəki qapı boşluğu əsas yükdaşıyan divarlarda sökülərək açıldığı üçün bağlanması, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin * saylı mənzilin tərkib hissəsi olan sahəsi 43,0 kv.m zirzəminin giriş qapısı su xətlərinə nəzarət və onların təmiri üçün açılması və zirzəminin havalandırmasının təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin * saylı mənzilin zirzəmidə kəsilən taxtaların yenisi ilə əvəz edilərək öz əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, görüləcək bütün təmir, bərkitmə və bərpa işləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X13 Agentliyi tərəfindən tərtib olunacaq layihə və mütəxəssis rəyinə uyğun və onların nəzarəti altında həyata keçirilməsi, o cümlədən layihə-smetanın hazırlanmasına və tərtib olunmasına çəkiləcək bütün xərclər cavabdehlər cavabdeh2, cavabdeh3 və Səbail Rayon Icra Hakimiyyətindən tutulması, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin 4-cü mənzilin təmiri üçün 4500 manat, mənəvi ziyana görə 2000 manat, binanın bünövrəsinə və bərkidilməsinə çəkilmiş 800 manat xərcin, “MBA LTD”-dən mənzilə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar alınmış rəyə görə ödənilmiş 450 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 600 manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTNDA-nın “Azərdövlətsənayelayihə” DLI tərəfindən texniki baxışın və rəyin verilməsi üçün ## ###### 2023-cü il tarixli, **/** №-li müqavilə üzrə ödənilmiş 696 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 103,50 (bir yüz üç manat 50 qəpik) manat dövlət rüsumunun, cəmi 9149,50 (doqquz min yüz qırx doqquz manat əlli qəpik) manat məbləğində pulun cavabdehlər cavabdeh2, cavabdeh3 və Səbail rayon Icra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ona və qonşuya məxsus * saylı mənzilin altında zirzəmi vardır. Həmin zirzəmidə su və kommunikasiya xətləri yerləşir, ora giriş isə mənzilin texniki pasportunda göstərildiyi kimi ona məxsus anbarın arxasındadır. Belə ki, qonşuluqda olan ofis sahibi cavabdeh2 səlahiyyətli nümayəndəsi cavabdeh3 ofisə su axıntısı olduğunu deyərək qapını açmağa bacısından xahiş etmişdir. Orada su xətlərinin təmiri adı ilə zirzəmidə qeyri-qanuni qazıntı işləri apararaq evin bünövrəsini boşaltmış, bu da azmış kimi üç qonşunun o cümlədən mülkiyyətində olan mənzilin bünövrəsinə də xeyli ziyan vurmuşdur. Nəticədə onun mənzilində və digər mənzillərdə çatlar yaranmışdır. Binaya bitişik ** saylı Uşaq Poliklinikasının bünövrəsini qazaraq oradan da xeyli torpaq çıxartmış, göstərilənlərlə kifayətlənməyərək evin poliklinikaya tərəf divarını kəsmiş, arxa qapı yaratmış, sonra qonşunun yataq otağının altına xeyli ziyan vuraraq ofisdən zirzəmiyə qapı açmışdır. Bundan sonra zirzəminin tavanındakı taxtaları kəsmiş, mənzillərin döşəməsində silkələnmə yaratmışdır. Bu hadisələr o, Bakı şəhərində olmadığı dövrdə, xaricdə müalicə aldığı dövrdə baş vermişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra evdə çatların əmələ gəldiyini və hər gündə artdığının şahidi olmuşdur. Bununla əlaqədar evə usta dəvət etmişdir. Usta çatların əmələ gəlmə səbəbi kimi isə evin bünövrəsinin boşaldıldığı ilə əlaqələndirmişdir. Bundan sonra o, dərhal qeyd olunanlarla bağlı ** saylı MIS-nin rəisi Məmməd Əliyevi məlumatlandırmışdır. O, evə baxış keçirmiş, o cümlədən qeyri-qanuni qazıntının video görüntülərini çəkmişdir. O, müxtəlif dövlət qurumlarını qeyd olunanlarla bağlı məlumatlandırmışdır. Fövqəladə Hallar Nazirliyinin “112” çağrı mərkəzinə zəng vurmuşdur. Lakin cavabdeh2 nümayəndəsi kimi özünü təqdim edən cavabdeh3 dərhal bərkitmə işlərinə başlayaraq zirzəmini əvvəlki vəziyyətinə gətirəcəyinə, mənzillərdə bərpa-təmir işlərini edəcəyinə söz verdiyinə görə o, şikayətlərindən imtina etmişdir. O, şikayətlərindən imtina etdikdən sonra cavabdeh2 sözünün üstündə durmayaraq bərkitmə işlərinin həyata keçirilməsindən və mənzillərin təmirindən imtina etmişdir. O, cavabdeh3 dövlət orqanlarının müraciətlərini və ona verdiyi sözü xatırlatsa da o, ona “Nə istəyirsən elə” və. s kimi sözlərlə cavablar vermişdir. O, da məcburiyyət qarşısında müxtəlif orqanlara yenidən müraciət etməli olmuşdur və Səbail Rayon Icra Hakimiyyətinin başçısının qəbulunda olaraq vəziyyətin nə dərəcədə təhlükəli və acınacaqlı olduğunu, hər an mənzilin başlarına uçacağını bildirmişdir. Bundan sonra Səbail Rayon Icra Hakimiyyətinin Başçısı Tikintidə X13 Agentliyinə təcili məktub ünvanlanmasına göstəriş vermişdir. Lakin, bilərəkdən məktubda ödənişə zəmanət verilməmişdir. Buna görə də Tikintidə X13 Agentliyi buna görə də Səbail Rayon Icra Hakimiyyətinə geri ünvanlamışdır. Səbail Rayon Icra Hakimiyyətinin bilərəkdən belə bir vəziyyətdə çox vaxt itkisinə yol verildiyini gördüyü üçün özü vətəndaş kimi Agentliyə ərizə vermişdir. Agentlik tərəfindən mənzilə baxış keçirilsə də zirzəmiyə baxış keçirilməsi mümkün olmamışdır. Çünki cavabdeh2 qanunsuz göstərişinə əsasən zirzəmiyə giriş daşla hörülmüşdür. Halbuki onlar illərdir ki, həmin zirzəmidən istifadə etmişlər. Oradan mənzillərinin su və kanalizasiya xətləri keçir. Mənzilin bünövrəsində yaranmış boşluq nəticəsində hər gün evdə çatlar böyüyür. Şikayətlərinə baxılmamasından ilhamlanan cavabdeh tərəf orada yenidən qazıntı və söküntü işlərinə başlamışdır.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, o, ixtisasca inşaatçıdır. Işlər aparılanda onlar maraqlı olmuşlar ki, həm onlara, həm də binaya ziyan dəyməsin. Oradan ancaq tikinti tullantılarını çıxarmışlar, iddiaçının mənzilinin altından ümumiyyətlə torpaq qazılıb çıxarılmamışdır. Öz sahələrindən iddiaçının zirzəmi adlandırdığı sahəyə kiçik bir keçid var, oranın yeri qazılmış, lakin sonradan narazılıq yarandığı üçün həmin yer doldurulmuşdur. Ancaq inşaat tullantıları çıxarılmışdır. Oranı almaq istəsəydilər, qonşularla danışıb alardılar, buna görə qəzalı vəziyyətin yaradılmasına ehtiyac yoxdur. Su xətlərini dəyişdirmişlər, çünki çuqun su xətləri köhnə idi, iylənirdi, onlar plastmas su xətləri ilə əvəz etmişlər. Iddiaçının zirzəmi adlandırdığı yer qanuni əsaslarla onların istifadəsinə verilib, o sahə zirzəmi deyil, onların mülkiyyətində olan sahənin ikinci mərtəbəsində yerləşir. Bundan başqa, iddiaçının ustaya ödənilməsini göstərdiyi 800 manat şişirdilmiş məbləğdir. Iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Cavabdeh cavabdeh2 nümayəndəsi vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin mənzilində təmir işləri 18-20 il öncə aparılıb. Amma rəydə zirzəmiyə toxunulmur və aidiyyəti olmayan məsələləri cavablandırılır. Bina 1909-cu ildə tikilib, barak tipli bir mərtəbəli tikilidir, buna dair məktubu məhkəməyə təqdim edir. Həmin tikilinin tavanı iddiaçının mənzilinə dirənir. Zirzəmiyə ikinci mərtəbədən giriş var, əvvəldən o giriş hissəsi mövcud olub və iddiaçının mənzilinə giriş üçün nəzərdə tutulmayıb. Mütəxəssis rəyi üzərində manipulyasiyadan istifadə olunub və 19-20 il əvvəl olan təmir işlərinə istinad edir. Iddiaçının mənzilinin döşəməsi taxtadandır, divarların arası boşdur– iddiaçının mənzili müayinə edilməlidir, dəymiş ziyan zirzəmidə aparılan təmir işləri ilə əlaqəsi yoxdur. Ekspert * saylı mənzilin daxilində olan alçıpanla bölünmüş sahəni zirzəmi kimi qeyd etmişdir. Səbail Rayon IHB-nın əmlakın təyinatının dəyişdirilməsi barədə layihəsində də mənzilin planı öz əksini tapmış, həm cizgilərlə yoxlasalar, iddiaçının mənzilinin altına * saylı mənzilin üçdə bir hissəsi aiddir. Alçıpan üzlükdür, kəsinti hissədə üzlüyə aiddir, həmin üzlüyü bərkitmək üçün dəmir duracaqdan istifadə edilmişdir. Binaya müdaxilə edilməmişdir. Birinci verilən rəylə ikinci verilən rəy arasında ziddiyyət var. Təmraz tərəfindən mənzil alınan zaman mənzilin texniki pasportu da artıq mövcud idi. * saylı mənzili yanlış olaraq * saylı mənzilin zirzəmisi kimi qeyd etmişlər. Zirzəmi deyilən sahə isə cavabdehə verildikdən sonra cavabdeh müəyyən təmir işlərini aparıb, qapı açılıb. Həmin hissə iddiaçının zirzəmisinə aid deyil, digər qonşunun mənzilinin alt hissəsinə aiddir. X8 orada yaşayıb, ondan icazə alaraq zirzəmidə olan tullantıları oradan çıxarmışlar. Oranın dərinləşdirilmə işləri aparılmamışdır. Əgər aparılsa idi, sahənin hündürlüyü artardı. Divarlarda sarsıntı, zədə olmamışdır. Yükdaşıyıcı konstruksiyalara toxunulmayıb, kəsilməyib, sadəcə üzlük (alçıpan) divarın üzərinə vurulmuş və əksinə bərkidilməsi üçün iddiaçının zirzəmi dediyi sahəyə taxtalar vurulub. Atmalar kəsilməmişdir. Üzlük 30-40 sm kəsilmişdir. Həyətdən giriş olan qapı bağlanılmışdır ki, mənzilə giriş olmasın, zibil və tullantılar oraya toplanılmasın. Su xətləri barədə nöqsan yoxdur, onlar yenilənmiş, köhnə su xətləri idi. 1909-cu ildə tikilən binadır barak tipli, divarlar doldurmadır, hörmə deyil.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh Səbail Rayon Icra Hakimiyyətinin nümayəndəsi X3 iddiaya etiraz edərək bildirmişdir ki, sərəncamın verilməsindən öncə aidiyyəti hüquq müəyyənedici sənədlər tələb edilir, cavabdeh2 mülkiyyətində olan mənzil ilə bağlı Səbail Rayon Icra Hakimiyyətinin nəzdində olan daimi fəaliyyət göstərən idarələr (komissiya) tərəfindən verilmiş rəy əsasında sərəncam qəbul olunub, cavabdeh2 hansı tələblərə riayət etməli olması barədə göstərişlər öz əksini tapıb. Ekspert rəyi ilə tanış deyil. Səbail rayon Icra Hakimiyyətinin cavabdeh qismində cəlb edilməsi əsassızdır.
12. Səbail Rayon Sukanal Idarəsinin ##.##.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən * saylı mənzilin altındakı zirzəmidə yerləşən su və kanalizasiya xətərinə, cümlədən suyun axıntısına baxış keçirmək mümkün olmamışdır. Belə ki, zirzəmidə yerləşən su və kanalizasiya xətləri ümumi dəhlizin altından keçərək mənzilə bitişik əlavə tikilmiş anbarda yerləşir. Su və kanalizasiya xətlərinin hazırkı vəziyyətinə, çəkiliş istiqamətinə baxış keçirmək cəhdi uğursuz olmuşdur. Buna səbəb zirzəminin giriş qapısının məhdudlaşdırılması və anbardakı xətlərin məişət əşyaları və torpaqla dolu kisələrlə bağlı olduğu olmuşdur.
13. Səbail Rayon Sukanal Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 saylı ünvanda yerləşən * saylı mənzilində su xətləri müvafiq qaydada araşdırılmışdır. Yoxlama zamanı binanın zirzəmi hissəsində su və kanalizasiya xətləri divara qədər olan hissədə gözlə görsənir və fəaliyyətində hər hansı nöqsan aşkar olunmadı. (zirzəmidə borular açıq görsəndiyi üçün zərurət yaranarsa müdaxilə etmək mümkündür) Mənzil daxilində də su xətləri gözlə görsənir. Binanın zirzəmi hissəsində tikinti dəyişikliyinin su xətlərinin fəaliyyətinə hər hansı təmiri qeyd olunmadı.
14. Səbail Rayon Sukanal Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 saylı ünvanda yerləşən 6 və * saylı mənzillərinin daxili su və kanalizasiya xətlərinə əməkdaşları tərəfindən yerində müvafiq qaydada baxış keçirilmiş, araşdırmalar zamanı binanın zirzəmi hissəsində su və kanalizasiya xətlərinin zirzəminin tavanı ilə divara qədər açıq şəkildə borularla fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Divardan sonrakı hissədə su və kanalizasiya xətlərini müşahidə etmək mümkün olmamışdır. Bugünkü gündə zirzəmidəki mövcud su və kanalizasiya xətlərinin fəaliyyətində və istismar olunmasında hər hansı nöqsanlar aşkar olunmamışdır və fəaliyyəti qənaətbəxşdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2023-cü il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən * saylı evin, * saylı mənzilinin sahəsi 16,5 kv.m olan tikilisinin konstruktiv elementləri üzərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müəyyən edilir. Aşkar edilmiş qüsurların yaranmasının texniki səbəbi tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən * saylı mənzilin tikililərində tavanda olan yalnız üzlük taxtanın kəsildiyi, mənzilin birinci mərtəbəsində yerləşən sahələri 44,4 kv.m və 36,3 kv.m olan tikililər arasında layihə göstərilmiş 3 ədəd qapı boşluğunun faktiki olaraq bağlanmış vəziyyətdə olduğu, ikinci mərtəbədə yerləşən sahələri 5,7 kv.m və 6,6 kv.m olan tikililər arasında faktiki mövcud olan qapı boşluğunun plan sxemdə öz əksini tapmadığı, sahəsi 44,4 kv.m olan tikilinin daxilində arakəsmə divar inşa olunmaqla həmin tikilinin iki hissəyə bölünmüş vəziyyətdə olduğu, sahələri 44.4 kv.m və 36.3 kv.m olan tikililər arasında layihədə göstərilən iki ədəd qapı boşluğunun bağlanmış vəziyyətdə olduğu, sahələri 3.5 kv.m və 3.6 kv.m olan tikililərə açılan qapıların bağlanmış vəziyyətdə olduğu müəyyən edilir. Tədqiq olunan * saylı mənzildə su xətlərinin yerinin dəyişdirlməsinin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, mülki iş materiallarında həmin mənzillərin yerləşdiyi binanın layihəsi, eləcə də kommunikasiya xətlərinin layihəsi olmadığından * saylı mənzildə su və kanalizasiya xətlərinin yerinin dəyişdirilib dəyişdirilməməsini müəyyən etmək mümkün olmadı. Cavabdehə məxsus * saylı mənzildə yükdaşıyan konstruksiyalara hər hansı bir müdaxilə halı olmadığından və yalnız taxta üzlüklər kəsildiyindən, qapı boşluğu açılan divar iddiaçıya məxsus mənzilin divarından 12 metr aralı məsafədə yerləşdiyindən, eləcə də həmin tikililər iddiaçıya məxsus mənzilin tikililərin alt hissəsində yerləşmədiyindən, tədqiq olunan * saylı mənzildə mövcud olan qüsurların * saylı mənzildə aparılmış işlər nəticəsində yaranması ücün xarakterik olmadığı müəyyən edilir. Bu səbəbdən də dördüncü sualda gostərilən məsələ üzrə tədqiqat aparılmadı.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ### 2023-cü il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən * saylı evin 4-cü mənzilin sahəsi 16,5 kv.m olan tikilisinin konstruktiv elementləri üzərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müəyyən edilmişdir. Bu halların yaranmasının texniki səbəbi, həcmi və aradan qaldırılması üçün tələb olunan məbləğ tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən * saylı evin 6-cı mənzilinin üzərində yerləşən mərtəbədən (onun istifadəsində olan sahədə - iddiaçının mənzilinin aşağı mərtəbəsində yerləşən zirzəmidə) su xətlərinin divarın kənarı ilə çəkildiyi müəyyən edilmişdir. Çəkilmiş su xətlərinin hazırki vəziyyəti, çəkilmə istiqaməti və forması, eləcə də İddiaçı mənzilindən keçən su xətlərinin yerləşmə vəziyyəti nəzərə alınarsa iddiaçıya münasibətdə suyun axıntısına mənfi təsir göstərib-göstərməməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı.
17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyinin ## ###### 2023-cü il tarixli *-**-*/*-*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsindəki * saylı mənzilə keçirilən vizual baxış zamanı mənzilin əsas yükdaşıyan divarlarında - divar birləşmələrində, qapı və pəncərə boşluqları ətrafında müxtəlif ölçülü və istiqamətli olmaqla çatlar yaranmışdır. Fiziki cəhətdən köhnəlmiş yaşayış evinin * saylı mənzilində yaranmış çatlara səbəb zirzəmi sahəsindəki aparılan yenidənqurma işləridir. ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin zirzəmi mərtəbəsində cavabdeh2 istifadəsində olan sahədə yenidənqurma işlərinin aparıldığı müşahidə edildi. Belə ki, zirzəmi sahəsində təqdim olunmuş cizgilərdən fərqli olaraq sahələri 17,2 və 23,6 m² olan * nömrəli otaqlarda yeni antresol mərtəbənin yaradılması, sahəsi 23,6 m² otağın əsas yükdaşıyan divarında yeni 2 qapı boşluqlarının (2 səviyyə üzrə - antresol və əsas mərtəbədə) açılması, sahələri 17,2; 11,2 və 23,6 m² sahələri olan 1 və * saylı otaqlarda olan 4 ədəd pəncərəaltı hissənin (əl ilə yonulmuş düzgün formalı əhəng daşından) sökülərək qapı boşluğuna çevrilməsi və sahələri 17,2; 11,2 və 23,6 m² olan 1 və * saylı otaqlarda isə arakəsmə divarlarının sökülməsi və zirzəmi mərtəbəsində torpaq qatının çıxarılaraq (qazıntı işləri) mərtəbə hündürlüyünün çoxaldılması müşahidə edildi. Bu suallar inşaat konstrukstorunun səlayihətlərinə aid olmadığından tərəfimdən cavablandırılmır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli **/**** nömrəli ekspert rəyinin qərardadın II və IV sualları üzrə nəticə hissəsindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X13 Agentliyinin "Azərdövlətsənayelayihə" DLI-nun möhürü ilə təsdiq olunan mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsindəki * saylı mənzilə keçirilən vizual baxış zamanı mənzilin əsas yükdaşıyan divarlarında, divar birləşmələrində qapı və pəncərə boşluqları ətrafında müxtəlif ölçülü və istiqamətli olmaqla çatlar yarandığı müəyyən edilmişdir. Fiziki cəhətdən köhnəlmiş yaşayış evinin * saylı mənzilində yaranmış çatlara səbəb zirzəmi sahəsindəki yenidənqurma işləridir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X13 Agentliyinin "Azərdövlətsənayelayihə" DLI-nun möhürü ilə təsdiq olunan mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən * saylı ünvanda yerləşən yaşayış evinin zirzəmi mərtəbəsində cavabdeh2 istifadəsində olan sahədə yenidənqurma işlərinin aparıldığı müəyyən edilmişdir. Belə ki, zirzəmi sahəsində təqdim olunmuş cizgilərdən fərqli olaraq sahələri 17,2 və 23,6m 2-olan * nömrəli otaqlarda yeni antresol mərtəbənin yaradılması, sahəsi 23,6 m 2 otağın əsas yükdaşıyan divarında yeni 2 qapı boşluqlarının (2 səviyyə üzrə - antresol və əsas mərtəbədə) açılması, sahələri 17,2; 11,2 və 23,6 m 2 sahələri olan 1 və * saylı otaqlarda olan 4 ədəd pəncərəaltı hissənin (əl ilə yonulmuş düzgün formalı əhəng daşından) sökülərək qapı boşluğuna çevrilməsi və sahələri 17,2; 11,2 və 23,6 m 2 olan 1 və * saylı otaqlarda isə arakəsmə divarlarının sökülməsi və zirzəmi mərtəbəsində torpaq qatının qazılaraq mərtəbə hündürlüyünün çoxaldılması müəyyən edilmişdir.
19. ## ###### 2025-ci il tarixində yerində müayinə zamanı * saylı mənzilə və ona birləşdirilmiş zirzəmi adlandırılan sahəyə baxış keçirilərək müəyyən edilmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin * saylı mənzilinə giriş paralel küçədən olmaqla, mənzil girişdən və bir mərtəbədən ibarət olmuş, tavan hündür olduğundan yeni antresol mərtəbə yaradılmaqla mənzil iki mərtəbəyə çevrilmişdir. cavabdeh2 tərəfindən öz mənzilinin antresol mərtəbəsindən həmin zirzəmi adlanan sahəyə qapı açılmışdır. Qapıdan sonra zirzəmi adlanan sahəyə uzanan dar keçid, keçiddən sonra isə iki otağın olması müəyyən edilmişdir. Qapı açılan hissə və onun qarşısındakı sahə, eləcə də ilk otağın digər qonşunun mənzilinin altında, dibikinci otağın isə iddiaçının mənzilinin altında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin müşahidə edilmişdir ki, həmin yaşayış evinin * saylı mənzilinə münasibətdə zirzəmi sayılan mərtəbəsində - cavabdeh2 istifadəsində olan sahədə yenidənqurma işləri aparılmışdır.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır. Hazırkı məsələ onunla Faiq müəllim arasında yaranmış məsələdir. X1 Müharibəsinin birinci qrup əlili idi, onun sağlığında hava alması üçün evin qarşısında balkonun açılması ilə bağlı Səbail rayon Icra Hakimiyyətinə müraciət etdilər, onlara bildirdilər ki, orada mövcud olan mənzilin mülkiyyətçisindən bu məsələ üçün icazə alınmalıdır. Qapı qonşuları Nəzakət ona dedi ki, qardaşı Faiq müəllimi tanıyır, həmin icazəni almaq üçün kömək etdi, Faiq müəllimlə danışdılar, Faiq müəllimgilin mənzilinin üzərində balkonun düzəldilməsinə icazə verdilər. Dəmirləri quraşdırıb, balkonla bağlı işləri gördülər, bu məsələ 2008-ci ildə baş vermişdir. Aşağıda Faiq müəllimgilin obyektidir. Digər tərəf isə zirzəmiyə təsadüf edir. Qonşu Nəzakət bildirmişdir ki, Faiq onun qardaşına deyib ki, ola bilsin gələcəkdə zirzəmiyə əşya yığıb istifadə edəcəklər. O da etiraz etmədi, çünki onlar da onlara balkon quraşdırmağa icazə vermişdirlər. Amma bildirir ki, həmin vaxt Faiq müəllimi şəxsən görməmişdi. Üstündən 10 il keçəndən sonra Faiq müəllim ona bildirdi ki, həmin zirzəmini zibildən təmizləyib istifadə edəcək və xahiş etdi ki, zirzəmidən çıxan digər qapıdan bu işləri görsün, çünki obyektdə həmin vaxtda icarəçi var idi – o da etiraz etmədi. Ola bilsin ki, 10 maşın zibil, palçıq oradan təmizləndi. Orada heç bir konstruksiya ilə bağlı işlər aparılmayıb, ancaq su trubaları və kanalizasiya sistemi yeniləndi. Iddiaçının mənzilinin döşəməsi adi taxtadandır. Iddiaçının evinin divarının qalınlığı bir metrdir və çay daşlarından tikilib. Faiq müəllim həmin divardan 30-40 santimetr aralı döşəmədə bir metrlik dərinliyində bir dairə qazdı ki, bünövrəyə baxsın. Ona bu barədə bildirəndə demişdir ki, düzəldəcək, ancaq elə də qaldı. 2020-ci ilin fevralın axırına qədər O, 30 il ərzində Sədaqət xanımla (iddiaçı ilə) birlikdə yaşayıb. Martın 3, 5-i qızının qayınanası dünyasını dəyişəndən sonra qızının evinə köçdü. 2020-ci ilin yay və ya payız ayları idi (o, orada yaşamırdı artıq) bu məsələ qalxanda onu dəvət etdi ki, evdə çatlar var, ustanı dəvət edib, təmir işləri aparılmalıdır. Sədaqət düşünürdü ki, həmin çatlar aşağıda olan işlərə görə yaranıb. O, malyarla danışanda ona bildirdi ki, divarda eroziyaya uğrayan hissələr var, şkatur torpağa çevrilib, əgər divarın bu vəziyyətində o işləri etsələr divarda 2-3 il sonra yeni çatlar əmələ gələcək. Onlar uzun illərdi “Iran peçi” ilə evi qızdırırdılar. O, oboy işlətməmişdir, emulsiya çəkilmişdir, sonra çatlar əmələ gəldi. O, təmiri 2007-ci ildə etmişdi, həmin vaxt da onun öz ustası bildirmişdi ki, divara yeni sement vurmasa, birbaşa şpatlyovka vursa, divarda yeni çatlar əmələ gələcək. Həmin ildə, yəni 2007-ci ildə çat əmələ gəlmişdir. Bundan başqa, eşitdiyimə görə Sədaqətin ustası zirzəmidə təmir-bərkidilmə işləri aparıb, hesab edirəm ki, bunun əvəzi ona ödənilməlidir.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, tərəflər qonşularıdır. Mənzilinin nömrəsi 2-dir. Evində çatlar mövcuddur. Onların evi keçmiş at saxlama yeri olmuşdur. Qarşı tərəfin qazıntı işləri aparanda onlardan nəfəslikdən şlanqlar keçirilmişdir. Zirzəmidə və cavabdeh3 tərəfindən nə işlər aparıldığını içəridə görməmişdir. Amma torpaq * saylı mənzildə yırtıqdan çıxarılmışdır. Sol tərəfdəki nəfəslik iddiaçının evinin altına çıxır. Həmin nəfəslikdən onların su xətti keçir, orada dəmir su xətləri partlamışdı, cavabdehlər təmir edib plastmas xətlərlə əvəz etmişlər. Daha sonra bir həftə ərzində iki dəfə maşınla torpaq çıxarıldığını görmüşdür. * saylı mənzil onun evinin altına düşmür. Evin yaşı çoxdur. O, 1990-cı ildən orada yaşayır, evini təmir etmişdir. Evin üstü qır idi, təmir etmişdir. Əvvəl evinin divarında çat yox idi, amma indi var. Torbaların içində aparırdılar, torbaların ağzı açıq olanda içərisində torpaq olduğunu görmüşdür.
22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X13 Agentliyi tərəfindən tərtib edilmiş müvafiq layihə alınmaqla Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin 4-cü və 6-cı mənzillərinə münasibətdə binanın (binanın həmin hissələri üzrə) əsas yükdaşıyan divarlarında bərpabərkitmə (gücləndirmə) işlərinin cavabdeh2 hesabına aparılmasının ona həvalə edilməsi, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin 4-cü mənzilin təmiri üçün 3747 manat, iddiaçı tərəfindən təmir-bərkidilmə işlərinə çəkilmiş xərcin əvəzi olan 800 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 400 manat, “Azərdövlətsənayelayihə” DLI tərəfindən texniki baxışın və rəyin verilməsi üçün ödənilmiş 596 manat, cəmi 5543 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 75,23 manat hissəsinin cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 200 manatın 150 manat hissəsinin cavabdeh cavabdeh2, 50 manat hissəsinin iddiaçı İddiaçı Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – R.Qafarova).
23. Məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 hərəkətləri ilə iddiaçıya maddi ziyan vurulması arasında səbəbli əlaqənin olması müəyyən edildiyi üçün iddia tələbi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X13 Agentliyi tərəfindən tərtib edilmiş müvafiq layihə alınmaqla Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin 4-cü və 6-cı mənzillərinə münasibətdə binanın əsas yükdaşıyan divarlarında bərpa-bərkitmə (gücləndirmə) işlərinin cavabdeh2 öz hesabına aparılmasının ona həvalə edilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir.
24. Məhkəmə daha sonra qeyd etmişdir ki, * saylı mənzil iddiaçının xüsusi mülkiyyətinə keçən dövrə qədər (2013-cü il) * saylı mənzillə bağlı aparılmış işlər və Bakı şəhəri Səbail rayon Icra Hakimiyyətinin Idarələrarası Komissiyanın ##.##.2017-ci il tarixli, M-***-*** nömrəli rəyinin təsdiq edilməsinə dair sərəncamın qəbulundan sonrakı vaxtda zirzəmi ilə əlaqədar görülən işlərə dair (* saylı evin 4-cü və 6-cı mənzillərinə münasibətdə binanın əsas yükdaşıyan divarlarında yaranmış çatlar istisna olmaqla) iddiaçının tələb irəli sürməyə sübyektiv hüququ olmamışdır. Belə olan halda iddia, sahələri 17,2 kv.m və 23,6 kv.m olan otaqların arasındakı arakəsmə divarın öz yerində tikilərək bərpa edilməsi və binanın dayanıqlığının təmin edilməsi üçün 17,2 kv.m, 11,2 kv.m və 23,6 kv.m olan 1 və * saylı otaqlarda 4 ədəd pəncərəli hissənin əsas yükdaşıyan divardan sökülərək açılan qapı boşluğu tikilərək əvvəlki vəziyyətinə qaytarılması, sahələri 17,2 kv.m və 23,6 kv.m olan 1 və * saylı otaqlarda yaradılan yeni antresol mərtəbədəki qapı boşluğu əsas yükdaşıyan divarlarda sökülərək açıldığı üçün bağlanması, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin * saylı mənzilin tərkib hissəsi olan sahəsi 43,0 kv.m zirzəminin giriş qapısı su xətlərinə nəzarət və onların təmiri üçün açılması və zirzəminin havalandırmasının təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin * saylı mənzilin zirzəmidə kəsilən taxtaların yenisi ilə əvəz edilərək öz əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi hissələrində əsaslı sayıla və təmin edilmə bilməz.
25. Məhkəmə iş üzrə dindirilmiş şahid ifadələrinə də qiymət verərək onların ifadələrində verilən məlumatların iddiaçının tələbinin əsaslandığı hallar üzrə əsasən eynilik təşkil etməsini qeyd etmiş və bu ifadələrin hazırkı iş üzrə iddia tələblərinin tam təmin edilməsi üçün hüquqi əsas verməməsi nəticəsinə gəlmişdir.
26. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin 4-cü mənzilin təmiri üçün 4500 manat tutulması hissəsinin qismən, ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni, 3747 manat məbləğində cavabdeh cavabdeh2 tutulmasını məqsədəuyğun saymışdır.
27. Məhkəmə həmçinin ## ###### 2022-ci il tarixli İddiaçı və usta X2 tərəfindən tərtib edilmiş akta əsasən sonuncuya zirzəmidə görülmüş işlərə görə cəmi 800 manat pul ödənilməsi ilə bağlı tələbinə qiymət verərək hesab etmişdir ki, cavabdeh bu faktı, yəni iddiaçının təmirbərkidilmə işləri ilə bağlı iddiaçının usta gətirməsini inkar etməsə də, usta xərcinin göstərilən məbləğdə olmasına etiraz etməsi çəkilən xərclə bağlı iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh bu xərcin tələb olunan məbləğdə olmasını təkzib edə bilmədiyi üçün, təqdim edilmiş akt əsasında iddiaçı tərəfindən təmir-bərkidilmə işlərinə çəkilmiş xərc, yəni 800 manat cavabdeh cavabdeh2 tutulmalıdır.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170, 560.1, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 101.3, 103.1, 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia edilən sahə cavabdehə veriləndən sonra cavabdeh tərəfindən təmir işləri aparılaraq öz mülkiyyətində olan * saylı mənzillə sahə arasında qapı açmışdır. Həmin hissə iddiaçının mənzilinin alt hissəsinə aid deyil, digər qonşunun mənzilinin alt hissəsinə aiddir. Göründüyü kimi məhkəmə bu hissədə də tam səhv əsaslandırma aparmışdır. Bundan əlavə iş materiallarında olan sənədlərdən göründüyü kimi Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 9, * saylı mənzilin ümumi sahəsi 57.9 kv.m. Belə olan halda məhkəmə qətnaməsində hansı sənədə əsaslanıb cavabdehə məxsus sahənin 215.7 kv.m göstərilməsi absurddur. Bununla da məhkəmə heç bir qanuni səlahiyyəti olmayan cavabdeh cavabdeh3 qanunsuz hərəkətlərinə bəraət qazandırmış olur. Digər tərəfdən, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri qarşısında qoyduğu sualların cavabları, yəni Azərbaycan Respublikası FHN-nin Tikintidə X13 Agentliyinin ## ###### 2023cü il tarixli, *-**-*/*-*****/**** saylı mütəxəssis rəyində göstərilmiş sahəsi 23,6 kv.m otaqda * saylı mənzillə zirzəmi arasındakı əsas yükgötürücü divarda qapı boşluğunun açılması və digərləri binanın yük götürən divarlarında çatların yaranmasına bildirilmişdir. Məhkəmə yerində baxış keçirmiş həmin qapının qeyri qanuni açıldığını və Səbail Rayon Icra Hakimiyyətinin yenidənqurma işlərinə aid heç bir layihə sənədinin olmadığını, həmin qapının rəydə göstərildiyi kimi binanın dayanıqlığına təhlükə yaratdığını görmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilən reyestr nömrəsi 004011002529 05101-093002 olan texniki pasportla, zirzəminin girişi ona məxsus anbarın girişindədir. Məhkəmə bunu nəzərə almamışdır. Iddia tələbi olan daşla hörülmüş zirzəminin giriş qapısının açılmasına göstəriş verilməlidir, çünki bu qapıdan həm Səbail rayon ** saylı Uşaq Poliklinikasının əməkdaşları poliklinikanın bünövrəsinə baxmaq üçün daxil olur, həm də 4, 5 və * saylı mənzilləri mülkiyyətçiləri öz su və kanalizasiya xətlərinə nəzarət etmək və onun təmir üçün zirzəminin giriş qapısından istifadə edirlər. Səbail Rayon Məhkəməsinin iddia tələbindən biri olan daşla hörülmüş zirzəmi qapısının girişinin açılması ilə bağlı məhkəmənin bu qənaətə gəlməsi gələcəkdə daha yeni konfliktlərə, bina üçün yeni təhlükələrə, qonşular arasında mübahisələrə səbəb olacaqdır. Məhkəmə qətnaməsində bildirilir ki, Səbail Sukanal idarəsi müxtəlif tarixlərdə üç rəy vermişdir. Göstərilmişdir ki, su xətlərinin bir hissəsi zirzəmidə görsənir, qalan hissəsi isə zirzəminin girişi hörüldüyündən görümür. Məhkəmə yerində baxış keçirərkən bunu bir daha aydın görmüşdür.
31. Iddiaçı məhkəməyə apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsini qismən ləğv edərək, iddia tələbinin tam təmin olunması, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 52 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi haqqında bağlanmış ## ### 2025-ci il tarixli, EM-****VK-*****/** saylı müqaviləyə görə ödənilmiş 500 manat, cəmi 552 manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
32. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2024-ci il tarixli, **/**** saylı ekspert rəyi göründüyü kimi FHN-nin Tikintidə X13 Agentliyinin mütəxəssis rəyinə istinad edilərək verilmişdir, hansı ki, rəyi verən mütəxəssis yerində tədqiqat belə aparmamışdır. Onun verdiyi rəy qərəzli olmaqla, məhkəmənin qoyduğu suallardan kənara çıxılmışdır. Rəyin məzmunundan göründüyü kimi, bu mütəxəssis sənədləri araşdırmadığı, yerində obyektə baxış keçirmədiyinə görə * saylı mənzilin yaşayış və zirzəmi hissəsinin harada və necə yerləşməsini bilmir. Rəydə onun mülkiyyətində olan * saylı mənzil zirzəmi kimi göstərilir və orada tərəfindən yenidənqurma işləri, söküntü işləri, otaqlarda arakəsmə divarlarının sökülməsi, yükdaşıyan divarda qapı boşluqlarının sökülərək qapı boşluğuna çevrilməsi, torpaq qatının qazılaraq mərtəbə hündürlüyünün artırılması qeyd olunur. Lakin rəydə 2017-ci ildə əlavə olaraq istifadəsinə verilmiş zirzəmi barədə heç nə deyilmir. Halbuki, iddiaçı evində mövcud olan qüsurları evinin alt hissəsində yerləşən zirzəmi hissəsində guya apardığı təmir-tikinti işləri ilə əlaqələndirir və ekspertizanın keçirilməsini təyin etmiş hakimin qərardadının “ekspert qarşısında qoyulan suallar”ın 2-ci bəndində də sual belədir: “Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən * saylı evin 6-cı mənzilinin üzərində yerləşən mərtəbədə (onun istifadəsində olan sahədə-iddiaçının mənzilinin aşağı mərtəbəsində yerləşən zirzəmidə) təmir təmir-tikinti işləri aparılmışdırmı? Aparılmışdırsa, hansı işlər görülmüşdür, tavanın taxtaları kəsilmişdirmi?” Qərardadda qoyulan digər suallar da həmin zirzəmi ilə bağlıdır və qərardadda * saylı mənzildə tədqiqat aparılması ilə bağlı heç bir sual qoyulmamışdır.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X13 Agentliyi tərəfindən müvafiq bərpa-gücləndirmə layihəsi tərtib olunduqdan sonra ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsindəki * saylı mənzilin əsas yükdaşıyan divarlarında, divar birləşmələrində qapı və pəncərə boşluqları ətrafında çatların yaranmaması üçün həmin yaşayış binasının əsas yükdaşıyan divarlarında və ya cavabdeh2 mülkiyyətində (istifadəsində) olan sahədə aparılmalı olan bərpa-gücləndirmə işlərini müəyyən etmək olar. Binanın su və kanalizasiya xətlərinin bir hissəsinin cavabdeh2 istifadəsində olan zirzəmi sahəsində yerləşdiyini nəzərə alaraq, həmin xətlərə cavabdeh2 mülkiyyətində (istifadəsində) olan sahədən başqa yerdən daxil olmaq mümkün deyil.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi iddianın “Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin * saylı mənzilin tərkib hissəsi olan sahəsi 43,0 kv.m zirzəminin giriş qapısı su xətlərinə nəzarət və onların təmiri üçün açılması və zirzəminin havalandırmasının təmin edilməsi” hissənin rədd olunması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin * saylı mənzilin tərkib hissəsi olan sahəsi 43,0 m2 zirzəminin giriş qapısının cavabdeh2 tərəfindən açılması, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, 50 manat məbləğində pul vəsaitinin cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakimlər – F.Qasımov (məruzəçi), G.Axundova və M.Rüstəmli).
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya və cavabdehə məxsus sahələr eyni binadadır, iddiaçıya məxsus evin su və kanalizasiya xətlərinin bir hissəsi cavabdeh2 istifadəsində olan zirzəmi sahəsində yerləşir, buna görə də iddiaçının “Bakı şəhəri, Səbail rayonu, X4 küçəsindəki * saylı evin * saylı mənzilin tərkib hissəsi olan sahəsi 43,0 kv.m zirzəminin giriş qapısı su xətlərinə nəzarət və onların təmiri üçün açılması və zirzəminin havalandırmasının təmin edilməsi” barədə iddianın irəli sürülməsi üçün subyektiv hüququ vardır. Su xətlərinə cavabdeh2 mülkiyyətində (istifadəsində) olan sahədən başqa yerdən daxil olmaq mümkün olmaması isə ekspert rəyi ilə təsdiqini tapır.
37. Iddiaçının apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin dəlillər iddianın əsaslandırılması ilə eynilik təşkil edir, birinci instansiya məhkəməsi tərəfindən bu dəlillər üzrə ətraflı araşdırma aparılaraq düzgün nəticəyə gəlinmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin ekspert rəyinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinin əsassızlığı ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mütəxəssisin obyektə baxış keçirmədən rəy verməsi barədə dəlili işin halları ilə təsdiqini tapmır. Bundan başqa şikayətin dəlillərinin araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən daşınmaz əmlakların yerində müayinəsi aparılmış və rəyin mövcud vəziyyətə uyğun tərtib olunması təsdiqini tapmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 5, 6, 14, 16, 21, 152, 157, 170-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh cavabdeh2 (vəkil X5) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, ekspert rəyi qərəzli olmaqla, məhkəmənin qoyduğu suallardan kənara çıxılmışdır. Rəyin məzmunundan göründüyü kimi, mütəxəssis sənədləri araşdırmadığı, yerində obyektə baxış keçirmədiyinə görə * saylı mənzilin yaşayış və zirzəmi hissəsinin harada və necə yerləşməsini bilmir. Rəydə onun mülkiyyətində olan * saylı mənzil zirzəmi kimi göstərilir və orada tərəfindən yenidənqurma işləri, söküntü işləri, otaqlarda arakəsmə divarlarının sökülməsi, yükdaşıyan divarda qapı boşluqlarının sökülərək qapı boşluğuna çevrilməsi, torpaq qatının qazılaraq mərtəbə hündürlüyünün artırılması qeyd olunur. Lakin rəydə Icra Hakimiyyətinin Sərəncamı ilə 2017-ci ildə əlavə olaraq onun istifadəsinə verilmiş zirzəmi barədə heç nə deyilmir.
42. Cavabdeh ekspert qarşısında qoyulan suallarla bağlı mövqeyini ##.##.2025 və ##.##.2025-ci il tarixli məhkəmə kollegiyasına ünvanladığı etirazlarda bildirmiş, sonuncu ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyindən göründüyü kimi ekspertizanı həyata keçirən ekspert yerində tədqiqat aparmadan əvvəlki ekspert rəyinin məzmununu öz rəyinə köçürmüşdür. Ona görə də ## ###### 2026-cı il tarixdə iş üzrə təkrar tikinti-texniki ekspertizası keçirilməsinə dair məhkəmə qarşısında əsaslandırılmış vəsatət verilmişdir. Vəsatət ##.##.2026-cı il tarixli məhkəmə iclasında müzakirə edilmiş və məhkəmə vəsatətdə göstərilən halların bir daha öyrənilməsi üçün işi ##.##.2026-cı il tarixə təxirə salmışdır. Lakin apellyasiya kollegiyası ##.##.2026-cı il tarixli iclasda, verdiyi vəsatətin nəticəsi barədə qərardadı elan etmədən iş üzrə yekun qətnaməni elan etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli 2(103)-3718/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
44. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
45. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
47. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
48. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
49. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
51. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
52. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
53. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
54. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
55. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
56. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
64. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
66. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək onları apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsaslı hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
68. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi).
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kobud prosessual pozuntulara yol verilməmiş, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
70. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
71. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.