Məhkəmə qərarları › İş №2(1-8)-2079/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2079/2026

24.07.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2079/2026 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARDADİ Iş № 2(1-8)-2079/2026 Açar sözlər: kassasiya baxışından çıxarılma, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi:

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.

2. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, icraata qəbul qərardadı ləğv edilərək, mülki iş kassasiya baxışından çıxarılmalı və apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

3. Belə ki, MPM-in 407.3-cü maddəsinə əsasən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

4. Iş materiallarından müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti elektron qaydada yalnız vəkil Vəkil tərəfindən imzalanmışdır. Kassasiya şikayətinə əlavə edilmiş ##.##.2026-cı il tarixli, *-**/*-***/**** nömrəli etibarnaməyə əsasən cavabdehin nümayəndəsi qismində X1 müvafiq səlahiyyətlər verilmiş olsa da, kassasiya şikayəti həmin nümayəndə tərəfindən elektron qaydada imzalanmamışdır. Bununla yanaşı, iş materiallarında vəkil Vəkil MPM-in 74.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi səlahiyyətlərin verilməsini təsdiq edən etibarnamə mövcud deyildir. Beləliklə, kassasiya şikayəti cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən elektron qaydada imzalanmalı olduğu halda, həmin tələbə əməl edilməmişdir.

5. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

6. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

7. Göründüyü kimi, cavabdehin iş üzrə apellyasiya instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından verdiyi kassasiya şikayəti yuxarıda sadalanan mülki prosessual normanın tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.

8. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul olunması barədə Ali Məhkəmənin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

9. Qeyd olunanlara əsasən və MPM-in 407, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar