Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-245/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı X11nın cavabdeh Mikayılov Kərim Çingiz oğluna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025ci il tarixli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. X1 ilə X11 arasında bağlanmış ## ###### 2016-cı il tarixli borc müqaviləsinə əsasən X1 150.000 ABŞ dollarını X13 verməyi, sonuncu isə borcu müqavilənin şərtlərinə uyğun olaraq X1 geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə X11 150.000 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) X1 xeyrinə tutulması qət edilmişdir.
3. Bakı şəhəri, Yasamal Rayon Icra Şöbəsinin icra məmurunun ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi üzrə icraata xitam verilmişdir.
4. “Heydər Əliyev” adına Müasir Təhsil Kompleksi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli arayışa əsasən, X3 2018-ci il sentyabr ayından 2022-ci il sentyabr ayına qədər “Heydər Əliyev” adına Müasir Təhsil Kompleksində təhsil almışdır. Qeyd olunan illər ərzində Kompleksə 36.000 manat təhsil haqqı ödənilmişdir.
5. “Crimson Edication” tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli arayışa əsasən X3 “Crimson Education” məktəbində 2021-ci il tarixindən bu günə kimi orta təhsil alır və illik təhsil haqqı 17.000 ABŞ dolları məbləğindədir.
6. Azərbaycan Dövlət Iqtisad Universitetinin nəzdində Azərbaycan Maliyə Iqtisad Kolleci tərəfindən verilmiş ##.##.2022-ci il tarixli arayışa əsasən, Mikayılov Kərim Çingiz oğlu Azərbaycan Dövlət Iqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-X4 işləri üzrə direktor müavini vəzifəsində çalışır və aylıq əmək haqqı hazırki dövr üçün 494,10 manat məbləğindədir.
7. X11 ilə Mikayılov Kərim Çingiz oğlu arasında bağlanmış nikaha ##.##.2023-cü il tarixdə xitam verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi ilə maraqlarına toxunan Mikayılov Kərim Çingiz oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı X11 (bundan sonra- iddiaçı) cavabdeh Mikayılov Kərim Çingiz oğluna (bundan sonra- cavabdeh) qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75.000 ABŞ dollarının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı yuxarıda qeyd edilən işin faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, tərəflər birgə nikahda olduqları zaman iddiaçı, ailə ehtiyacları, o cümlədən bəzi əşyaların alınması, övladının təhsilinin ödənilməsi məqsədilə tanışı X1, onların arasında ##.##.2016-cı il tarixdə bağlanmış “borc müqaviləsinə” əsasən 150.000 ABŞ dolları borc almışdır. Daha sonra iddiaçı, aldığı borcu qaytara bilməmiş və cavabdeh “borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 150.000 ABŞ dollarının hazırkı iş üzrə iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Borc vərənin iddiasına dair mülki işə baxmış məhkəmə həmin iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qətnamə ilə borc vərənin iddia tələbini tam həcmdə təmin etmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyi üçün icraya yönəldilmiş və pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Həmin borc tərəflərin birgə nikahları dövründə alındığından və ailənin ehtiyaclarının ödənilməsinə yönəldiyindən, borcun ½ hissəsi cavabdehə aid edilməli və cavabdehdən 75.000 ABŞ dolları tutularaq ona ödənilməlidir.
11. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, o bu iş üzrə tərəflərin nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair işdə Mikayılov Kərimin nümayəndəsi və vəkili olaraq iştirak etmişdir. Həmin iş üzrə qətnaməni əlavə etməklə bildirir ki, iddiaçı qeyd etdiyi qətnaməni icra etməmək üçün bu kimi iddialar irəli sürməkdədir. Odur ki, hazırki iddia tələbi həqiqəti əks etdirmir. Doğrudur, qanuni qüvvəyə minmiş qətnamə mövcuddur, təmsil etdiyi şəxs hazırda bu qətnamadən apellyasiya şikayəti verməyi nəzərdə tutur. Bu barədə Yasamal Məhkəməsinə qətnamənin rəsmi alınması üçün müraciət edilsə də, Yasamal Məhkəməsi tərəfindən qətnamə rəsmi qaydada hələ də qətnamə təqdim edilməmişdir. Hətta həmin qətnamə apellyasiya və kassasiya instansiyasında qüvvəsində qalsa da, iddiaçı tərəf bu vəsaiti alan zaman cavabdehin xəbəri olması, bu vəsaitinin birgə nikah dövründə birgə məqsədlər üçün xərcləndiyini sübut etməlidir. Iddiaçı tərəf əlavə etdiyi qətnaməni icra etməmək üçün bu iddianı irəli sürmüşdür.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia rədd edilmişdir.
13. Işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, ##.##.2016-cı il tarixdə borc müqaviləsinə əsasən X1 tərəfindən iddiaçıya 150.000 ABŞ dolları borc verilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə X11 150.000 ABŞ dollarının X1 xeyrinə tutulması qət edilmişdir. Həmin müqavilənin tərəflərin birgə nikahda olduqları dövrdə bağlanması müəyyən edilsə də, iddiaçı borc müqaviləsi üzrə əldə edilmiş pulun məhz ailə ehtiyaclarına sərf olunması barədə əhəmiyyətli sübutları məhkəməyə təqdim etməmişdir.
14. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddia ərizəsində ##.##.2016cı il tarixli “borc müqaviləsinə” əsasən götürdüyü borcun ailə ehtiyaclarına, o cümlədən övladının təhsil xərclərinin ödənilməsinə sərf edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
15. Birinci instansiya məhkəməsi onuda qeyd etmişdir ki, “Heydər Əliyev” adına Müasir Təhsil Kompleksi tərəfindən iddiaçıya verilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli arayışa gəldikdə nəzərə alınmalıdır ki, həmin arayışda qeyd edilmişdir ki, iş üzrə tərəflərin övladı 2018-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayına kimi həmin Təhsil Kompleksində təhsil almışdır və bununla bağlı olaraq Kompleksə 36.000 manat ödəniş edilmişdir. “Crimson Education” Məktəbi tərəfindən iddiaçıya verilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli arayışda isə qeyd edilmişdir ki, iş üzrə tərəflərin övladı 2021-ci ildən arayış verilən tarixə kimi həmin Məktəbdə təhsil alır və bununla bağlı olaraq Məktəbə 17.000 ABŞ dolları ödəniş edilmişdir.
16. Məhkəmə arayışla bağlı qeyd etmişdir ki, təqdim edilən arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki borc iddiaçı tərəfindən ##.##.2016-cı il tarixdə götürülmüş, uşağın ödənişli təhsili isə iki ildən sonra, yəni 2018-ci ildə başlanmışdır.
17. Beləliklə, məhkəmə qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
18. Məhkəmə gəldiyi nəticəni AR Ailə Məcəlləsinin 32, 41.1 və 41.2-ci, habelə MPM-nin 14.2, 77.1, 88, 217.4 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının keçmiş əri olmuş cavabdeh illərlə minimum əmək haqqı məbləğində maaş almış, ailənin maddi ehtiyaclarını təmin edə bilməmiş, bu xərclər iddiaçı tərəfindən qarşılanmış, iddiaçı hətta cavabdehin birinci nikahdan olan övladlarının da xərclərini ödəmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən, məruzəçi), Fuad Talışinski və Azad Imanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ##.##.2016-cı il tarixdə borc müqaviləsinə əsasən X1 tərəfindən iddiaçıya 150.000 ABŞ dolları borc verilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən X11 150.000 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) X1 xeyrinə tutulması qət edilmişdir. Həmin müqavilənin tərəflərin birgə nikahda olduqları dövrdə bağlanması müəyyən edilsə də, iddiaçı borc müqaviləsi üzrə əldə edilmiş pulun məhz ailə ehtiyaclarına sərf olunması barədə əhəmiyyətli sübutları məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində ##.##.2016-cı il tarixli borc müqaviləsinə əsasən əldə edilmiş pulun ailə ehtiyacları, bəzi əşyaların alınması məqsədilə əldə edildiyini bildirsə də, alınan borc pula hansı əşyaların alınması ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
24. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş ## ###### 2023-cü il və ## ###### 2023-cü il tarixli arayışlarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, adıçəkilən arayışlar ##.##.2016-cı il tarixli müqavilə əsasında əldə edilmiş pulun ailə ehtiyaclarına, uşaqların təhsilinə xərcləndiyinin sübutu qismində çıxış edə bilməz. Belə ki, pul məbləğinin 2016-cı ildə əldə edildiyi halda, uşaqların 2018-2022-ci illəri əhatə edən təhsil dövrü üçün xərclənməsi ağlabatan hesab edilmir.
25. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni AR Ailə Məcəlləsinin 32, 41.1 və 41.2-ci, habelə MPM-nin 14.2, 77.1, 88, 217.4 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
27. Iddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırılmalı idi. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər mövcud olmuşdur. Məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə ekspert rəyini mübahisəsiz sübut kimi qəbul etmiş, real fakt və xüsusatları isə araşdırmamışdır. Halbuki qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edildiyini, hansı halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olduqlarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin edilibedilmədiyini
28. müəyyən etməli idi. Lakin iddiaçı ilə cavabdehlər arasında mövcud olan münasibətlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Iş materiallarından göründüyü kimi, keçmiş həyat yoldaşının illərlə minimum əməkhaqqı aldığı, ailənin maddi ehtiyaclarını təmin edə bilmədiyi, onun birinci nikahından olan uşaqlarına iddiaçı tərəfindən qayğı göstərildiyi, həmin uşaqların təhsil haqlarının yalnız iddiaçı tərəfindən ödənildiyi, eləcə də birgə nikahdan olan uşağın təhsil haqlarının da yalnız iddiaçı tərəfindən qarşılandığı bildirilmişdir. Bu səbəbdən iddiaçının borc almağa məcbur qaldığı qeyd edilsə də, məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Məhkəmə qətnamədə sübutların təqdim edilməsinə dair mövqeyini bildirərkən, ailə ehtiyacları üçün çəkilən xərclər üzrə AR Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, */**** saylı Qərarında göstərildiyi kimi, sübutetmə mexanizminin və metodunun (notarial təsdiq, arayış və s.) mövcud olmamasını nəzərə almamışdır. Belə ki, qeyd olunan vəsaitlər birgə nikah dövründə xərclənmiş, həmin vaxt tərəflər arasında nikahın pozulmasına dair hər hansı fikir mövcud olmamışdır. Bu halda gələcək üçün sübutların əvvəlcədən əldə edilərək saxlanılması həm absurd, həm də fiziki baxımdan mümkün olmamışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə övladın təhsil haqqına dair ödəniş sənədləri və keçmiş həyat yoldaşının – indiki cavabdehin minimal əməkhaqqı almasına dair arayış təqdim edilsə də, məhkəmə həmin sübutlara lazımi hüquqi qiymət verməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
30. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
31. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
32. Maddə 41.1.Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
33. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosesusal Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ##.##.2016-cı il tarixdə borc müqaviləsinə əsasən X1 tərəfindən iddiaçıya 150.000 ABŞ dolları borc verilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən X11 150.000 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) X1 xeyrinə tutulması qət edilmişdir. Həmin müqavilənin tərəflərin birgə nikahda olduqları dövrdə bağlanması müəyyən edilsə də, iddiaçı borc müqaviləsi üzrə əldə edilmiş pulun məhz ailə ehtiyaclarına sərf olunması barədə əhəmiyyətli sübutları məhkəməyə təqdim etməmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində ##.##.2016-cı il tarixli borc müqaviləsinə əsasən əldə edilmiş pulun ailə ehtiyacları, bəzi əşyaların alınması məqsədilə əldə edildiyini bildirsə də, alınan borc pula hansı əşyaların alınması ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
49. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş ## ###### 2023-cü il və ## ###### 2023-cü il tarixli arayışlarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, adıçəkilən arayışlar ##.##.2016-cı il tarixli müqavilə əsasında əldə edilmiş pulun ailə ehtiyaclarına, uşaqların təhsilinə xərcləndiyinin sübutu qismində çıxış edə bilməz. Belə ki, pul məbləğinin 2016-cı ildə əldə edildiyi halda, uşaqların 2018-2022-ci illəri əhatə edən təhsil dövrü üçün xərclənməsi ağlabatan hesab edilmir.
50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Iddiaçı X11nın kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.