Məhkəmə qərarları › İş №2(1-8)-2482/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2482/2026

14.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2482/2026 14.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən imzalanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli iş üzrə ## ##### 2026-cı tarixli qətnaməsindən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDI: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Müəyyən olunmuşdur ki, üçüncü şəxs tərəfindən vəkilə məhkəmə aktlarından kassasiya şikayətinin verilməsi səlahiyyəti müvafiq etibarnamə ilə ötürülsə də, həmin etibarnamənin müddəti ## #### 2026-ci il tarixində bitmiş, kassasiya şikayəti isə elektron kabinet vasitəsilə ## #### 2026-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur, Şikayəti isə yalnız üçüncü şəxsin adından nümayəndə kimi vəkil imzalamışdır. Halbuki onun nümayəndə kimi səlahiyyəti ## #### 2026-cı ildə bitmişdi. Həmçinin, kassasiya şikayəti verilərkən vəkilə yeni etibarnamənin verilməsi iş materiallarından, o cümlədən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə müəyyən olunmamışdır. Belə olan halda kassasiya şikayəti onu verən şəxs, yəni üçüncü şəxs tərəfindən də imzalanmalı olduğu halda imzalanmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə üçüncü şəxsi ərizəsinin təmin edilməsi barədə nəticəyə gələrkən qeyd edilən halı nəzərə almamışdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin sözügedən prosessual normalara uyğunluğunu düzgün qaydada yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir. MPM-in 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və şikayətin geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli iş üzrə ## ##### 2026-cı tarixli qətnaməsindən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qaytarılması məsələsinin həlli üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar