Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2550/2026 18.08.2026 ALI MƏHKƏMƏ QƏRARDAD Şikayətin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət məhkəmə tərkibində, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və qeyri yaşayış sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya məhkəmə aidyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Iddiaçı qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. (hakim Starə Əliyeva) Məhkəmə tərkibi hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə isə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Prosessual qanunvericiliyin qeyd edilən maddələrindən də görünür ki, məhkəmə aidiyyətindən verilən şikayətlər kassasiya şikayətlərinə bərabər tutulur, kassasiya şikayətinə münasibətdə irəli sürülən tələblər bir qayda olaraq məhkəmə aidiyyətindən olan şikayətlərə də şamil edilir və üstəlik, aidiyyət qərarlarından şikayətin vəkil tərəfindən tərtib edilməli olması qanunvercilikdə birbaşa müəyyən edilib. Hazırki şikayət isə vəkil tərəfindən tərtib edilməmişdir. Vəkil tərəfindən tərtib edlmədiyi üçün nəticə etibarilə vəkilin orderi də şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 403-1.4-cü maddəsinə görə şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdə şikayətin vəkil tərəfindən verilməli olması, vəkilin orderinin şikayətə əlavə edilməli olması barədə tələblərə əməl edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi şikayəti Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 408.2ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən şikayət Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən tələblərinə uyğun olmadığı üçün şikayətin icraata qəbulundan imtina edilməli, şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 403-1.3 və 403-1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDI: Iddiaçı İddiaçı Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməsin və şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(1-8)-2550/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2550/2026
18.08.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver