Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-270/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı Iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh XXXX oğluna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, 25 sentyabr 2025ci il tarixli qətnaməsindən cavabdeh XXXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı Şəhər Icra Hakimiyyətinin başçısı tərəfindən ##.##.2015-ci il tarixdə verilmiş Iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə “Yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamına əsasən, Iddiaçı MMC-nin ##.##.2015-ci il tarixli, ** saylı müraciətini və “xxxx” Prestij MTK-nin ##.##.2015-ci il tarixli, ** saylı razılıq məktubu ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** saylı sərəncamının 1-ci bəndi ilə “xxxx” Prestij MTK-nə ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş Idarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə Iddiaçı MMC-nin istifadəsinə verilmişdir. “xxxx” Prestij MTK-nə dair razılaşdırılmış layihə sənədləri Iddiaçı MMCnə ayrılan torpaq sahəsinə düşən hissədə həmin Cəmiyyətə aid edilmişdir. Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** saylı sərəncamının 1-ci bəndi ilə “xxxx” Prestij MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək, 02316 ha müəyyən edilmişdir
2. Iddiaçı MMC ilə XXXX oğlu arasında bağlanmış ## #### 2019-cu il tarixli müqaviləyə əsasən, “xxxx Prestij” MTK tərəfindən XXXX oğlunun adına verilmiş ##.##.2013-cü il tarixli müqaviləyə əsasən “C” blokunun 1-ci 130 kv.m, 2-ci 130 kv.m, 3-cü 130 kv.m, 4-cü 130 kv.m mərtəbələrində olan və ümumi sahəsi 650 kv.m təşkil edən qeyri-yaşayış sahələri ləğv edilərək, əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binasının tikintisi başa çatdıqdan sonra, həmin binanın “D” blokunun (Yeni layihə ilə A 4 bloku, Mehdi Mehdizadə küçəsinə baxan hissədə üst-üstə olmaqla) mənfi 1-ci mərtəbəsində 200 kv.m, 1- ci mərtəbədə, sahəsi 200 kv.m olmaqla, 2- ci mərtəbədə sahəsi 200 kv.m olmaqla, ümumi sahəsi 600 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin XXXX oğlunun verilməsi razılaşdırılmışdır.
3. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, “xxxx Prestij” MTK tərəfindən XXXX oğlunun adına verilmiş ##.##.2013-cü il tarixli müqaviləyə əsasən C blokunun 17-ci mərtəbəsində ümumi sahəsi 750 kv.m təşkil edən yaşayış sahələri ləğv edilərək, əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra, həmin binanın “D” blokunun (Yeni layihə ilə A4 bloku olmaqla) 21-ci mərtəbəsində yerləşən 627.7 kv.m (bötöv mərtəbə) yaşayış sahəsinin XXXX oğluna verilməsi razılaşdırılmışdır.
4. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyanr 2022-ci il tarixli ekspert rəyində göstərilir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən A-5-A-4-A1 və T1 binalarının planlaşdırılmasının ##.##.2016-cı ildə təsdiq olunmuş eskiz layihəsində göstərilən “A-1” və “T-1”b bloklarının faktiki vəziyyətdə inşa edildiyi müəyyən olunur. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən A-5-A-4-A1 və T1 binalarının planlaşdırılmasının ##.##.2016-cı ildə təsdiq olunmuş eskiz layihəsində göstərilən Iddiaçı MMC tərəfindən inşa edilməli olan “A4” blokunun tikintisinə başlanılmadığı, eskiz layihəsində qeyd olunan “A-4” blokunun yerləşdiyi yerdə faktiki olaraq hər hansı binanın inşa edilmədiyi müəyyən olunur. Iddiaçı MMC tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən tikintisi başa çatdırılmış binaların, həmin ünvanda yerləşən yaşayış kompleksinin (A-5-A-4-A1 və T1 binaları) planlaşdırmasının müvafiq icra orqanı tərəfindən təsdiq edilmiş eskiz layihəsində planlaşdırılmış “A-1” və “T-1” binaları olduğu müəyyən edilir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı Iddiaçı MMC (bundan sonra- iddiaçı) cavabdeh XXXX oğluna (bundan sonracavabdeh) qarşı ## #### 2019- cu il tarixdə bağlanmış hər iki müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçı iddia tələbini işin hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, mübahisəli müqavilələr imzalandıqdan sonra, Iddiaçı MMC tərəfindən Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2015-ci il tarixli, *** saylı sərancamı ilə ona ayrılmış sahədə lahiyələndirilmiş hər biri 1 girişli olmaqla, 23 mərtəbəli, 3 blokdan ibarət yaşayış binalarının tikintisinə icazə verilməsi üçün AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmişdir. Belə ki, həmin yaşayış binalarının blokları şərti olaraq, “xxxx Prestij” MTK-nə verilmiş əvvəlki layihəyə əsasən, C, D və E olaraq adlandırılırdı. Lakin, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Iddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində lahiyələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verilir. Yəni, müqavilədə, sözügedən “D” blokunun tikintisi rəsmi olaraq, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. Belə ki, iddiaçıya bunun səbəbi olaraq bildirilmişdir ki, layihələndirilən ərazidə “yaşayış sıxlıq əmsalı” yüksək olduğuna görə, bu mümkün deyil. Buna görə də, tərəflər arasında imzalanmış ## #### 2019-cu il tarixli hər iki müqavilə üzrə olan öhdəliklərini iddiaçı ondan asılı olmayan səbəbə görə yerinə yetirə bilməmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 2018-ci ildə “xxxx” Prestij MTK-nın rəhbəri X8 barəsində dələduzluqla əlaqədar AR Baş Prokurorluq yanında Korrupsiya Baş Idarəsində cinayət işi açılmışdır. Bununla əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli hökmü qəbul edilmiş və XXXX oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə baxışında Iddiaçı MMC-nin rəhbəri X2 tərəfindən qeyd edilən müqavilələr üzrə A1 blokundakı əmlakların əvəzinə A3 blokundakı qeyri-yaşayış sahələrinin, tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin, C blokunda olan əmlakların əvəzində D blokunda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin və mənzillərin təhvil verilməsi təklif edilmişdir. Əmlaklarla bağlı razılıq olsa da Iddiaçı MMC-nin rəhbəri tərəfindən bu günə qədər heç bir əmlak XXXX oğlu təhvil verilməmişdir. Iddiaçı Iddiaçı MMC-nin rəhbəri X2 Tahir Məzahir oğlunun etibarından suiistifadə edərək onu aldatması və yuxarıda qeyd edilən müqavilələrə əsasən vəd etdiyi əmlakları bu günə qədər cavabdehə verməməsi səbəbindən AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə cavabdeh tərəfindən müraciət edilmiş və müraciət üzrə materiallar Iddiaçı MMC-nin rəhbəri X2 barəsindən AR CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Cavabdeh əlavə olaraq onu da qeyd etmişdir ki, Iddiaçı MMC ilə xxxx Prestij MTK arasında bağlanmış müqaviləyə əsasən, xxxx Prestij MTK-nin bütün aktiv və passivləri Iddiaçı MMC-nə keçmişdir. Həmin dövrdə Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən xxxx Prestij MTK barəsində cinayət işi mövcud olmuşdur. Iddiaçı MMC-nin rəhbəri tərəfindən saxta imza ilə Bakı şəhər Icra Hakimiyyətinə müraciət edilmiş və Bakı şəhər Icra Hakimiyyəti başçısının Sərəncamına əsasən, xxxx Prestij MTK-ya məxsus torpaq sahəsi Iddiaçı MMC-nə verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili həmçinin iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və ərizəsini belə əsaslandırmışdır ki, müqavilələr üzrə iddia müddəti 3 ildir və bu mübahisə müqavilələrdən irəli gələn öhdəliklərlə bağlıdır, odur ki, daşınmaz əşyalarla bağlı 6 illik iddia müddəti bu münasibətə şamil edilməməlidir. Iddiaçı iddia tələbini Şəhərsalma və Arxitektura Komitəsinin məktubu ilə əsaslandırmış, lakin həmin məktubda “D” blokunun ləğv edilməsi ilə bağlı heç bir sübut mövcud deyildir.
9. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq sənədlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə A-1, A-5 və T-1 binalarının tikintisinə icazə verilmişdir. ##.##.2023-cü il tarixli Iddiaçı MMC tərəfindən verilmiş xəbərdarlığa əsasən, XXXX oğluna xəbərdarlıq göndərilmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli sorğusuna əsasən, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq sənədlər göndərilmişdir. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə A-1, A-5 və T-1 binalarının tikintisinə icazə verilmişdir.
11. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən AR Vəkillər Kollegiyası “Arbitrium” Vəkil Bürosuna ünvanlanmış ## #### 2023- cü il tarixli cavab məktubuna əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ** saylı ünvanda yüksəkmərtəbəli binanın D (yeni layihə ilə A4) blokunun tikintisinə icazə sənədi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində aşkar edilməmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2023-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddianın təmin edilərək, tərəflər arasında bağlanmış # #### 2019-cu il tarixli hər iki müqavilənin ləğv edilməsi qət edilmişdir.
13. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı tərəfin D (A4) blokunun tikintisinə başlaya bilməməsini tikintinin AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılması ilə əsaslandırmışdır.
14. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, səlahiyyətli dövlət orqanının tikintiyə icazə verməməsinin səbəblərinin iddiaçıdan qaynaqlanması, yəni cavabdehin hər hansı qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verməsi ilə bağlı olması işə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh də bu məsələ ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, mülki işdə tikintinin səlahiyyətli dövlət orqanı tərəfindən dayandırılması nəticənidə iddiaçının müvafiq öhdəliyinin icrası tamamilə mümkünsüz hala gəlmiş, bu səbəbdən də tərəflər arasında müqavilələrin icrası qeyri-mümkün olmuşdur. Mövcud vəziyyətin fors-major hal olması ilə bağlı oxşar hüquqi mövqeyə iş materiallarında olan AR Ali Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2023-cü il tarixli qərarında və Şəki Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsində də rast gəlinir.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “fors major” hal müvəqqəti, müəyyən müddət ərzində davam edən hal olmamış. Belə ki, tikintiyə qadağa müvəqqəti deyil, birdəfəlik (həmişəlik) xarakter daşıdığı üçün iddiaçıya öz öhdəliklərinin icrası üçün əlavə vaxtın verilməsi onsuz da heç nəyi dəyişə bilməz. Ikincisi hazırkı halda hətta iddiaçı cavabdehə icranın mümkün olmaması barədə məlumat versə idi belə, iddiaçı bu öhdəliyin hər hansı digər tikinti şirkəti tərəfindən yerinə yetirilməsinə nail olmaq imkanına malik deyildir. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintini məhz iddiaçının və ya onun peşəkar fəaliyyətinin lazımi tələblərə uyğun gəlmədiyinə görə dayandırması işə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir. Komitənin qadağası istənilən tikinti şirkəti üçün keçərlidir. Sözügedən D (A4) blokunun tikintisi qeyri-mümkün olduğundan, ## #### 2019-cu il tarixli hər iki müqavilə ləvğ edilməlidir.
17. Məhkəmə qeyd etmişdir ki, məhkəmə hazırlıq iclasları zamanı etirazın bildirilməsi üçün kifayət qədər vaxt mövcud olmuşdur. Eyni zamanda işin hallarından göründüyü kimi, tikintiyə qadağa müvəqqəti deyil, birdəfəlik (həmişəlik) xarakter daşıdığı üçün, iddiaçıya öz öhdəliklərinin icrası üçün əlavə vaxtın verilməsi və ya xəbərdarlıq məktubuna bir gün sonra etiraz bildirilməsi onsuz da heç nəyi dəyişə bilməzdi.
18. Iddiaçı tərəfindən Iddiaçı MMC-nin əməllərində cinayət tərkbinin olması, araşdırma aparılması və hüquqi qiymət verilməsi barədə xüsusi qərardad çıxarılmasına dair ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər.
19. Məhkəmə iş üzrə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 6.2, 329.2, 373.2, 385.1, 386.1, 390.1, 406.1, 421.3, 422.1, 422.2, 442, 447, 448.1, 448.2, 448.4, 556.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il Qərarına, habelə MPM-nin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.1., 217.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 422.1-ci maddəsinin məzmunundan da göründüyü kimi şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Halbuki iş materiallarından göründüyü kimi iddiaçı müqavilə bağlayarkən D blokunun tikintisinə dair nə icazəsi, nə layihənin təsdiq edilməsi və razılıq verilməsi barədə hər hansı bir sənədi mövcud olmamış, nə də müqavilə bağladıqdan sonra həmin sənədlər ləğv edilərək tikintiyə qadağa qoyulmamışdır. Qeyd edilən səbəblərdən də müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürməmişdir. AR Mülki Məcəlləsinin 422.2-ci maddədən göründüyü kimi müqavilənin ləğv edilməsinə dair heç bir şərt mövcud olmamışdır. Iddiaçı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edərək müqavilənin ləğv edilməsini tələb etsə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə əsas olan sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində tərəflərindən qeyd edilmiş arqumentlərin, dəlillərin hansı qanunvericilik aktı ilə rədd etdiyini göstərməmiş, iddianı təmin edərkən iddiaçının hansı razılığının, hansı rəsmi sənədlə ləğv edildiyini əsaslandırmamış, yalnız iki cümləlik hansısa blokların tikintisinə icazə verildiyinə dair məktubla tikintiyə icazənin əvvəl olduğunu sonra isə ləğv edildiyi qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli faktiki və hüquqi halların aydınlaşdırılmaması ondan ibarətdir ki, məhkəmə müqavilənin predmetində də açıq aydın tərəflər arasında bağlanmış müqavilədə D bloku üzrə bağlanmış öhdəliklərin C bloku ilə bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər olduğundan və cavabdeh tərəfindən iki müqaviləyə görə ümumilikdə 1.100.000 ödəniş edildiyi təqdirdə, müqavilə bağlanarkən iddiaçının D blokunun tikilməsinə dair layihəsinin təsdiq edilməsinə və müqavilə bağlandıqdan sonra ləğv edilməsinə dair heç bir sübut olmadığı təqdirdə məhkəmə bu kimi mühüm əhəmiyyətli faktiki və hüquqi halları aydınlaşdırmamış və müqaviləni ləğv edərkən cavabdehin nə əldə edəcəyi barədə əsaslandırma belə aparmamışdır.
22. Apellyasiya şikayətinə qarşı iddiaçı etirazını onunla əsaslandırmışdır ki, layihə Bakı şəhər Icra Hakimiyyəti ilə razılaşdırılıb. “C” blokunda boş mənzillər yoxdur. “X1” MTK-nın direktoru başqa şəxslərə mənzili satıb. “X1” MTK-nın “C” bloku olmayıb. “C” bloku layihədə olmayıb. Layihədə A1 bloku gedir. Sərəncam ləğv edilib, onlara ayrıca layihə verilib. Layihəyə uyğun olmayan mənzil verə bilməzlər. Vətəndaş zərəri tələb etmək üçün iddia qaldırsa da icraata qəbul edilmədi. Şərait tamam dəyişib, blok tikilməyib.Tikilməyən blok da təhvil verilə bilməz. “C” blokunu Audit müəyyən etmişdir. “C” blokunun adı A1 olub, onlara aiddir. 130 kv.metrlik mənzil layihədə yoxdur. Binanın bütün mənzilləri satılıb.
23. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Mehdi Hüseynzadə küçəsində Iddiaçı MMC tərəfindən iki ədəd hündürmərtəbəli yaşayış binasının və bir ədəd bir mərtəbəli yaşayış binasının inşa edildiyi, inşa edilmiş iki ədəd hündürmərtəbəli yaşayış binasının (A-1 və A-5 binalarının) mülki iş materiallarına əlavə edilmiş layihə sənədlərinə uyğun olduğu, inşa edilmiş bir mərtəbəli qeyriyaşayış binasının isə həmin layihə sənədlərinə uyğun olmadığı müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edlmiş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən ##.##.2019-cu il tarixli razılaşdırma möhürü ilə razılaşdırılmış layihə sənədlərində A-5 və A-1 bloklarının arasında (mübahisəli hissədə) 5 rəqəmi ilə işarələnmiş 3 mərtəbəli yeraltı qaraj tikilisi nəzərdə tutulsa da, faktiki olaraq A-5 və A-1 bloklarının arasında (mübahisəli hissədə) bir mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən, məruzəçi), Sabit Bəhrəmzadə və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ## #### 2019-cu il tarixli müqaviləyə əsasən, “xxxx Prestij” MTK tərəfindən XXXX oğlunun adına verilmiş ##.##.2013-cü il tarixli müqaviləyə əsasən C blokunun 1-ci 130 kv.m, 2-ci 130 kv.m, 3-cü 130 kv.m, 4-cü 130 kv.m mərtəbələrində olan və ümumi sahəsi 650 kv.m təşkil edən qeyri-yaşayış sahələri ləğv edilərək, əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binasının tikintisi başa çatdıqdan sonra, həmin binanın “D” blokunun (Yeni layihə ilə A4 bloku, Mehdi Mehdizadə küçəsinə baxan hissədə üst-üstə olmaqla) mənfi 1-ci mərtəbəsində 200 kv.m 1-ci mərtəbədə sahəsi 200 kv.m olmaqla, 2-ci mərtəbədə sahəsi 200 kv.m olmaqla, ümumi sahəsi 600 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin cavabdehə verilməsi razılaşdırılmışdır.
26. Əlavə olaraq tərəflər arasında bağlanmış ## #### 2019-cu il tarixli müqaviləyə əsasən, “xxxx Prestij” MTK tərəfindən XXXX oğlunun adına verilmiş ##.##.2013-cü il tarixli müqaviləyə əsasən “C” blokunun 17-ci mərtəbəsində ümumi sahəsi 750 kv.m təşkil edən yaşayış sahələri ləğv edilərək, əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra, həmin binanın “D” blokunun (Yeni layihə ilə A4 bloku olmaqla) 21-ci mərtəbəsində yerləşən 627.7 kv.m (bötöv mərtəbə) yaşayış sahəsinin cavabdehə verilməsi razılaşdırılmışdır.
27. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı müqavilə bağlayarkən D blokunun tikintisinə dair nə icazəsi, nə layihənin təsdiq edilməsi və razılıq verilməsi barədə hər hansı bir sənədi mövcud olmamış, nə də müqavilə bağladıqdan sonra həmin sənədlər ləğv edilərək tikintiyə qadağa qoyulmamışdır.
28. Cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan ##.##.2006-cı il tarixli Layihənin surəti ilə layihədə “C”, “D” və “E” bloklarının tikintisi nəzərdə tutulmuşdur.
29. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, ##.##.2006-cı il tarixli layihədə “C”, “D” və “E” bloklarının tikintisi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrə görə cavabdehə “D” blokunun (Yeni layihə ilə A4 Bloku) 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 627.7 kv.m (bütöv mərtəbə) təşkil edən yaşayış sahəsi və “D” blokunun mənfi 1-ci mərtəbəsində sahəsi 200 kv.m, 1-ci mərtəbəsində sahəsi 200 kv.m, 2-ci mərtəbəsində 200 kv.m olmaqla ümumi sahəsi 600 kv.m təşkil edən qeyri yaşayış sahəsinin verilməsi razılaşdırılmışdır. Müqavilə bağlandığı vaxt əsas götürülmüş 2006-cı il tarixli Layihəyə nəzər saldıqda müəyyən edilmişdir ki, “D” blokunun “C” və “E” bloklarının arasında yerləşməsi nəzərdə tutulmuşdur. Müqavilənin bağlanmasından sonra isə təsdiqlənmiş sonuncu layihədə A-5 və A-1 bloklarının arasında mübahisəli hissədə, yəni əvvəlki layihə ilə “D” blokunun yerləşməli olduğu yerdə 3 mərtəbəli yeraltı qaraj tikilisi nəzərdə tutulmuşdur. Ekspert rəyinə görə isə əvvəlki layihə ilə “D” blokunun yerləşməli olduğu yerdə faktiki olaraq bir mərtəbəli qeyri-yaşayış binasının inşa edilmişdir.
30. Cavabdehlə bağlanmış müqavilə ilə “D” blokundan yaşayış və qeyri yaşayış sahələrinin verilməsi razılaşdırılsa da, sonradan “D” bloku layihədə təsdiqlənməmiş və faktiki olaraq da mübahisələndirilən hissədə hündürmərtəbəli bina (blok) tikilməmişdir. Beləliklə müqavilənin icrası mümkün deyildir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki 31. halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. AR Mülki Məcəlləsinin 6.2, 329.2, 373.2, 385.1, 386.1, 390.1, 406.1, 421.3, 422.1, 422.2, 442, 447, 448.1, 448.2, 448.4, 556.1-ci maddələri, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il Qərarına, habelə MPM-nin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.1., 217.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən A-5- A-4-A1 və T1 binalarının planlaşdırılmasının ##.##.2016-cı ildə təsdiq edildiyi iddia olunan Eskiz layihəsinin mövcud olmadığı, yəni təsdiq edilmədiyi müəyyən edilmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı hüquq münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş və işin baxışını yekunlaşdıraraq qətnaməni elan etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən cinayət işi üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmağın mümkün olmaması məsələsini araşdırmamışdı. Həmçinin, X2 barəsində AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işinin istintaq edildiyini və həmin iş üzrə XXXX oğlunun prosessual vəziyyətini araşdırmamışdır. Bununla da, məhkəmə kollegiyası AR MPM-nin 78-ci maddəsinin tələblərini pozmuşdur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
37. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
38. Maddə 422.1. Tərələrin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişdirilməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: Maddə 422.2.3. Müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı.
40. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
41. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
42. Maddə 556.1. Icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
54. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
56. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ## #### 2019-cu il tarixli müqaviləyə əsasən, “xxxx Prestij” MTK tərəfindən XXXX oğlunun adına verilmiş ##.##.2013-cü il tarixli müqaviləyə əsasən C blokunun 1-ci 130 kv.m, 2-ci 130 kv.m, 3-cü 130 kv.m, 4-cü 130 kv.m mərtəbələrində olan və ümumi sahəsi 650 kv.m təşkil edən qeyri-yaşayış sahələri ləğv edilərək, əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181ci məhəllədə yüksək mərtəbəli binasının tikintisi başa çatdıqdan sonra, həmin binanın “D” blokunun (Yeni layihə ilə A4 bloku, Mehdi Mehdizadə küçəsinə baxan hissədə üst-üstə olmaqla) mənfi 1-ci mərtəbəsində 200 kv.m 1-ci mərtəbədə sahəsi 200 kv.m olmaqla, 2-ci mərtəbədə sahəsi 200 kv.m olmaqla, ümumi sahəsi 600 kv.m təşkil edən qeyri-yaşayış sahələrinin cavabdehə verilməsi razılaşdırılmışdır.
57. Əlavə olaraq tərəflər arasında bağlanmış ## #### 2019-cu il tarixli müqaviləyə əsasən, “xxxx Prestij” MTK tərəfindən XXXX oğlunun adına verilmiş ##.##.2013-cü il tarixli müqaviləyə əsasən “C” blokunun 17-ci mərtəbəsində ümumi sahəsi 750 kv.m təşkil edən yaşayış sahələri ləğv edilərək, əvəzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun (Yeni layihə ilə A4 bloku olmaqla) 21-ci mərtəbəsində yerləşən 627.7 kv.m (bötöv mərtəbə) yaşayış sahəsinin cavabdehə verilməsi razılaşdırılmışdır.
58. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı müqavilə bağlayarkən “D” blokunun tikintisinə dair nə icazəsi, nə layihənin təsdiq edilməsi və razılıq verilməsi barədə hər hansı bir sənədi mövcud olmamış, nə də müqavilə bağladıqdan sonra həmin sənədlər ləğv edilərək tikintiyə qadağa qoyulmamışdır.
59. Cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etməyən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan ##.##.2006-cı il tarixli Layihədə “C”, “D” və “E” bloklarının tikintisi nəzərdə tutulmuşdur.
60. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ##.##.2006-cı il tarixli layihədə “C”, “D” və “E” bloklarının tikintisi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrə görə cavabdehə “D” blokunun (Yeni layihə ilə A4 Bloku) 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 627.7 kv.m (bütöv mərtəbə) təşkil edən yaşayış sahəsi və “D” blokunun mənfi 1-ci mərtəbəsində sahəsi 200 kv.m, 1-ci mərtəbəsində sahəsi 200 kv.m, 2-ci mərtəbədə 200 kv.m olmaqla, ümumi sahəsi 600 kv.m təşkil edən qeyri yaşayış sahəsinin verilməsi razılaşdırılmışdır.
61. Müqavilə bağlandığı vaxt əsas götürülmüş 2006-cı il tarixli Layihəyə nəzər salındıqda müəyyən edilmişdir ki, “D” blokunun “C” və “E” bloklarının arasında yerləşməsi nəzərdə tutulmuşdur. Müqavilənin bağlanmasından sonra təsdiqlənmiş sonuncu Layihədə A-5 və A-1 bloklarının arasında mübahisəli hissədə, yəni əvvəlki layihə ilə “D” blokunun yerləşməli olduğu yerdə 3 mərtəbəli yeraltı qaraj tikilisi nəzərdə tutulmuşdur. Ekspert rəyinə görə əvvəlki Layihə ilə “D” blokunun yerləşməli olduğu yerdə faktiki olaraq 1 mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir.
62. Cavabdehlə bağlanmış müqavilə ilə “D” blokundan yaşayış və qeyri yaşayış sahələrinin verilməsi razılaşdırılsa da, sonradan “D” bloku layihədə təsdiqlənməmiş və faktiki olaraq mübahisələndirilən hissədə hündür mərtəbəli bina (blok) tikilməmişdir. Beləliklə müqavilənin icrası mümkün deyildir.
63. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
64. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəlidyi nəticə ilə razılaşır və hesab edir ki, tərəflərin sözügedən müqavilələri bağlayarkən əsas götürdükləri şərait əslində əhəmiyyətli dərəcədə dəyişib. Belə olan halda tərəflər arasında bağlanmış həmin müqavilələrdə ayrı qayda nəzərdə tutulmadığından və müqavilələrin mahiyyətindən ayrı qayda irəli gəlmədiyindən, bu hallar müqavələlərin ləğv edilməsinə əsas verir.
65. Bundan başqa, tərəflər müqavilələrin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə hər hansı razılağı gəlməmişlər, yəni cavabdehlə bağlanmış müqavilələrdə ona “D” blokundan yaşayış və qeyri yaşayış sahələrinin verilməsi razılaşdırılsa da, sonradan təsdiq olunmuş Layihədə həmin blokda hündür mərtəbəli binanın tikintisinə icazə verilmədiyindən və beləliklə də məhz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən qeyd olunan müqavilələrin icrası mümkün olmadığından cavabdeh zərərə məruz qalmışdır.
66. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsi mülki hüquqi məsuliyyətin ən geniş tətbiq edilən formasıdır. O, həm də mülki hüquq və vəzifələrin yaranma əsaslarından biri kimi çıxış edir. Zərərin ödənilməsi pozulmuş mülki hüquqların bərpasının ən universal vasitəsi kimi bütün Mülki Məcəlləyə nüfuz edib. Zərərin ödənilməsi həm də ona görə universal xarakter daşıyır ki, o başqa müdafiə üsulları ilə birlikdə də tətbiq oluna bilər.
67. Mülki Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
68. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
69. Beləliklə, sözügedən normalarda nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir və Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini nəzərdə tutur.
70. Həmçinin işdən görünür ki, sözügedən müqavilələrin ləğvinə əslində onları iddiaçının əhəmiyyətlə dərəcədə pozması əsas verib. Belə olan halda cavabdeh sözügedən müqavilələrin ləğv edilməsi nəticəsində, həm müqavilələr üzrə ödədiyi vəsaitlərin ona geri qaytarılmasını, həm də ona dəymiş zərərin əvəzinin ödənilməsini təqsirkar şəxslərə qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla mübahisələndirə bilər.
71. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh XXXX oğlunun kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.