Məhkəmə qərarları › İş №2(1-8)-300/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-300/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Gir
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-300/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması və prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2025-ci il tarixli, 2(104)2623/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadədə olmuş X1 məxsus ** SJ *** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtomaşının qaytarması və yaxud ona qarşı məhkəmə tərəfindən qət edilmiş 17.278,67 ABŞ dolları və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(044)1233/2020 saylı qətnaməsi ilə (hakim K.Hüseynov) İddiaçı Cavabdeh qarşı reqress qaydada avtomobil və ya pul tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat 3. 19 may 2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 10 noyabr 20 20-ci il tarixli, 2(044)- 1233/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2(104)-2623/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(044)-1233/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilərək, Cavabdeh “Kia Optima” markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilin naturada, naturada mümkün olmadıqda isə dəyəri qismində milli manata məzənnədə 16.278,67 ABŞ dollarının alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Daha sonra, xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayə ndəsi və vəkili Nümayəndə iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)2623/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qeyd olunan qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)2623/2021 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qətnamədən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsindən imtina edilmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-2623/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin g eri qaytarılması qərara alınmışdır. 7. 13 noyabr 2025-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)2623/2021 saylı qərardadından kassasiya şikayəti vermişdir.

8. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)2623/2021 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)2623/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.

9. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadını xx.xx.2025-ci il tarixdə elektron kabi net vasitəsi ilə almış, kassasiya şikayətini isə xx.xx.2025-ci il tarixdə 4 gün gecikdirilməklə vermişdir.

10. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qanunla apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 10 günlük prosessual müddət buraxılmaqla vermiş və prosessual müddət üzrlü səbəbdən buraxıldığı üçün həmin müddətin bərpası üçün ərizə verilməmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 01 oktyabr 2022-ci il tarixdən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm kassatorun özü və ya onun nümayəndəsi, həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır. Hazırkı iş üzrə isə EMİS-dən görünür ki, həmin tarixdən sonra, yəni xx.xx.2025 -ci il tarixdə elektron sistemə əlavə edilmiş kassasiya şikayəti elektron qaydada imzalanmamışdır.

12. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, cavabdehə nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilmək hüququ izah edilməlidir.

13. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR MPM-nin 10-1.1, 10-1.2, 10-1.3, 101.7, 135.8, 403.1, 405.0.2, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2025- ci il tarixli, 2(104)-2623/2021 saylı qərardadının ləğv edilməsi, həmin məhkəmənin 22 oktyabr 2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin kassasiya icraatında baxılması barədə qərar qəbul edməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti vermiş şəxs kassasiya şikayətini qərardad təqdim olunduqdan 4 gün sonra, həmçinin elektron imza ilə imzalamadan təqdim etmiş və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermədən kassasiya şikayəti vermişdir. Qeyd olunan əsaslandırma ilə razı olmadığı bildirilmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-2623/2021 nömrəli mülki iş arxiv statusunda olan iş olduğuna görə, həmin iş üzrə elektron məhkəmə sistemində elektron kabinet vasitəsilə işin sənəd lərinə baxmaq və həmin iş üzrə qəbul edilmiş hər hansı qərardaddan kassasiya şikayətini elektron qaydada vermək mümkün olmamışdır. Bu hal barədə Məhkəmə Hüquq Şurası tərəfindən verilmiş müvafiq məktub şikayətə əlavə edilmişdir. Yuxarıda qeyd olunan səbəblərə görə vəkil və nümayəndə qismində Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət məcburiyyət qarşısında xx.xx.2025-ci il tarixdə qeyd olunan iş üzrə kassasiya şikayətini əl imzası ilə imzalayaraq elektron kabinet vasitəsilə yerləşdirmişdir. Lakin məhkəmə bunu prosessual pozuntu hesab etmiş və şikayət xx.xx.2025-ci il tarixli qərardadla geri qaytarılmışdır. Bundan sonra, həmin qərardaddan da elektron qaydada şikayət vermək mümkün olmadığından Məhkəmə Hüquq Şurasına elektron məhkəmə sistemi vasitəsilə yazılı müraciət edilmiş və yaranmış vəziyyətə aydınlıq gətirilməsi xahiş olunmuşdur. Nəticədə, Məhkəmə Hüquq Şurası tərəfindən xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və müraciətdə göstərilən hallar təsdiq edilmiş və şikayətin əl imzası ilə imzalanmaqla verilməsinin mümkün olduğu bildirilmişdir. Bu səbəbdən göstərilən hallar nəzərə alınaraq hesab edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti icraata götürülməli və kassasiya qaydasında baxılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 10-1.1. Elektron qaydada mü lki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

18. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənə dlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

21. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetlərin”də yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

22. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadla rdan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

23. Maddə 405.0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən ondan 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən kassasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

26. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və və kili Nümayəndə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadını xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə almış, kassasiya şikayətini isə xx.xx.2025-ci il tarixdə 4 gün gecikdirilməklə vermişdir.

28. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qanunla apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 10 günlük prosessual müddət buraxılmaqla vermiş və prosessual müddət üzrlü səbəbdən buraxıldığı üçün həmin müddətin bərpası üçün ərizə verilməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 01 oktyabr 2022-ci il tarixdən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm kassatorun özü və ya onun nümayən dəsi, həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.

30. Hazırkı iş üzrə EMİS görünür ki, həmin tarixdən sonra, yəni xx.xx.2025-ci il tarixdə elektron sistemə əlavə edilmiş kassasiya şikayəti elektron qaydada imzalanmamışdır. Ona görə də Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

31. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübah isəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2025-ci il tarixli, 2(104)-2623/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar