Məhkəmə qərarları › İş №e-2(3-10)-490/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-490/2026

13.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-490/2026 13.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh 41000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh 41000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi tələbinə dair iddiası üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 44000 manat pulun və ödənilmiş 222 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddiaçı1 ##.##.2026-cı il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək, cavabdeh Cavabdeh 41000 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, "Gold Lombard" adı ilə fəaliyyət göstərən lombardın direktoru olmuşdur. ## #### 2022-ci il tarixdə Bakı şəhərində cavabdeh Cavabdeh ilə arasında ****** saylı girov müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarına əsasən, cavabdeh Cavabdeh 40 ay müddətinə ayda 1100 manat ödəniş etmək şərti ilə 44000 manat məbləğində kredit götürmüş, O, müqavilənin şərtlərinə əməl edərək, cavabdehə 44000 manat məbləğində pul versə də, cavabdeh almış olduğu pul məbləğini qaytarmamışdır. Əslində, tərəflər arasında bağlanmış müqavilə girov müqaviləsi adlansa da öz mahiyyətinə görə borc müqaviləsi olmuşdur. Çünki girov olaraq hər hansı bir əmlak qoyulmamışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət bir cavab almaq mümkün olmamışdır. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

3. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(075)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Ceyhun Əhmədov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 41000 manat pul və 213 manat dövlət rüsumu, cəmi 41213 manat pul tutularaq, iddiaçı iddiaçı1 xeyrinə ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: iddiaçı1 ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli, ****** saylı girov müqaviləsindən görünür ki, Cavabdeh, iddiaçıdan 44000 manat məbləğində kredit götürmüş, həmin pulu 40 ay müddətinə ayda 1100 manat ödəniş etməklə geri qaytarmağı öz öhdəsinə götürmüşdür. iddiaçı1 tərəfindən Cavabdeh göndərilmiş ## ######## 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ##.##.2022-ci il tarixli, ****** saylı girov müqaviləsi üzrə 44000 manat kredit məbləğini ##.##.2025-ci il tarixədək ödəməsi barədə xəbərdarlıq edilmişdir. ##.##.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan, ##.##.1988-ci il təvəllüdlü X3 adına qeydiyyata alınmış **-GS-*** dövlət qeydiyyat nişanlı, Toyota RAV-4 markalı minik avtomobilini 8 ay 10 gün müddətində idarə etmək səlahiyyəti Verdiyev Rasim Ramiz oğluna verilmişdir. ********** saylı, ##.##.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 222 manat dövlət rüsumu ödənilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə, tərəflər arasında bağlanmış müqavilə şərtlərində, kreditin qanunvericiliyə uyğun 12 ay müddətinə deyil, 40 ay müddətinə verilməsini hüquqi olaraq qiymətləndirməmiş və ümumiyyətlə iş üzrə iddiaçı lombardın, niyə “təminatsız” kredit verməsini araşdırmamışdır. Işə əlavə edilmiş iddiaçı tərəfindən ##.##.2022-ci il tarixli, tərəflərin bağladıqları ****** saylı “Girov Müqaviləsi” üzrə, AzR NK-nin ##.##.2009-cu il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın tələbləri yerinə yetirilməmişdir ki, məhkəmə, tərəflər arasında bağlanmış əqdin etibarlı olubolmamasını ciddi araşdırmamışdır. “Girov müqaviləsi”-nin 4.1-ci bəndində; -“Bu müqavilə “öhdəliyin təminatı müqaviləsi”-ndən dərhal sonra bağlanır və tərəflər onu imzaladığı andan qüvvəyə minir”. - öhdəliyinin qeyd edilməsinə rəğmən, qeyd edilən “öhdəliyin təminatı müqaviləsi”-nin məhkəmədən gizlədilməsi, adı qeyd edilən “girov müqaviləsi”-nin özünün artıq etibarsız (fiksiya) olmasını ortaya qoyur. “Girov müqaviləsi”-nin ilkin şərti; -“iddiaçının saxlancına girov əmlakın qoyulması təqdirində kreditin verilməli olması”-na rəğmən, müqavilənin ilkin şərtinin, iş üzrə cavabdeh tərəfindən icra edilməməsi müqabilində, kreditin verilməsi iddiasının absurdluğu (fiksiya) və ya qoyulmuş girov üzrə, müqavilənin 4.1-ci bəndində qeyd edilən, “Öhdəliyin təminatı müqaviləsi”-nin məhkəmədən gizlədilməsi də, “girov müqaviləsi”-nin etibarsızlığıdır. Iş üzrə cavabdehlə iddiaçının arasında, ünvan 1 ünvanında yaşayan, ##.##.1988-ci il təvəllüdlü X6-nın (Ş/V: AA1509745) adına qeydə alınmış, **-GS-*** dövlət nömrə nişanlı, “Toyota RAV-4” minik avtomobili üzrə, “Öhdəliyin təminatı müqaviləsi” bağlanmış və bu müqavilə məhkəməyə təqdim edilməmişdir ki, bu hal “Girov müqaviləsi”-ni etibarsız edir. Işə, kredit məbləğinin cavabdehə ödənilməsinə dair, qəbz və ya bank ödənişinin ələvə edilməməsi də, bu müqavilənin etibarsızlığıdır. Tərəflərin imzaldığı müqavilə şərtlərində, kreditin qanunvericiliyə uyğun 12 ay müddətinə (Lombard haqqında Qanun) deyil, 40 ay müddətinə verilməsi, qanun pozulması ilə, uzun müddətə bağlanmış və buna görə də, məhkəmə tərəfindən etibarsız hesab edilməli olmasına rəğmən, bu hal baş verməmişdir. Iddiaçının məhkəmədə verdiyi izahatı ilə, tərəflər arasında bağlanmış müqavilə girov müqaviləsi adlansa da öz mahiyyətinə görə borc müqaviləsi olmuşdur. Çünki girov olaraq hər hansı bir əmlak qoyulmamışdır. Bəs onda niyə müqavilə borc deyil, “girov müqaviləsi” adlandırılmışdır? Məsələnin əslində isə, cavabdeh tərəfindən, iddiaçıya “faktiki” məxsus olan əmlak (Toyota-RAV- 4), süni şəkildə şişirdilmiş qiymətlərlə girov qoyulmuş, girova uyğun öhdəliyin təminatı müqaviləsi də bağlanmış, Məhkəmə isə işin bu halını da araşdırmamışdır. Müqavilə öhdəlikləri ilə, iddiaçı müqavilədə müəyyən edilmiş məbləği, iş üzrə cavabdehə ödəmişdirmi? Məhkəmə işinə bu faktı təsdiq edə biləcək, heç bir sənəd və sübut əlavə edilməmişdir. Deməli, iddiaçı əvvəl başdan öz öhdəliklərini, yəni cavabdehə müqavilədə nəzərdə tutulmuş məbləği ödəməmişdir ki, məhkəmə bu faktı nəzərə almamışdır. Məhkəmədə dinlənilmiş səs yazılarına gəlincə isə bildirilməlidir ki, məhkəmə qaydasında hər iki tərəfin təsdiqi ilə, iddiaçı ilə cavabdeh arasında hazırkımüqavilə bağlanmamasından öncə, dəfələrlə cavabdeh tərəfindən lombarda qızıl-zinət əşyalarının qoyulması ilə, kreditlər götürülmüş və hətta cavabdehin krediti qaytara bilməməsi səbəbindən onun qoyduğu girov batmışdır ki, səs yazıları da həmin dövrə aiddir. Iddiaçının izahatı ilə; -“Cavabdeh əvvəllər bir neçə dəfə həmin lombarda müraciət edib girov qoymuş, qarşılığında pul götürmüş, müəyyən hissəsini ödəmişdir. Bir neçə dəfə də lombarddan götürdüyü pulu qaytara bilmədiyi üçün girov qoyduğu qızıl zinət əşyaları lombardda qalmışdır”. Iddiaçının təqdim etdiyi səs yazıları, səslərin qeyd edildiyi tarix üzrə araşdırılmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş səs yazıları, iş üzrə cavabdehin, iddiaçı ilə, əvvəlki borcları üzrə qeydə alınmış səs yazılarıdır ki, həmin səslərdə 44000 (qırx dörd min) manat adı çəkilməməkdən əlavə, həm də həmin səs yazılarının hansı tarixdə qeydə alındığı araşdırılmamışdır. Iş üzrə Məhkəmə, təqdim edilmiş sübutlara hərtərəfli baxmadan, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət vermədən Qərar qəbul etmişdir.

8. Ona görə də, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbini rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı iddiaçı1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçı iddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(075)- 2757/2025 tarixli qətnaməsi ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Cavabdeh Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(075)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddiaçı1 ilə cavabdeh Cavabdeh arasında ## #### 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə girov müqaviləsi adlandırılsa da, verilməsi rəsmiləşdirilən pulun müqabilində heç bir girov qoyulmamışdır. Girovun qoyulmaması işin mübahisələndirilməyən halıdır. Həm də müqavilənin aralarında könüllü bağlandığı, imzalandığı da mübahisə doğurmamış, etiraf edilməklə təsdiqlənmişdir. 44000 manat pulun verildiyini iddiaçı iddia edir, bunu müqavilədə bağlamaları, cavabdehin müqaviləni imzalaması, aralarında olan danışıqlar zamanı cavabdehin özünün və arvadının borcu təsdiq etmələrinə dair səs yazıları ilə əsaslandırır. Cavabdeh isə müqavilənin avtomobilə görə bağladıqlarını iddia edir, müqavilədə göstərilən pulun ona verilmədiyini bildirir. Eyni zamanda cavabdeh borcunun olduğunu inkar etmir, iddiaçının tələb etdiyi miqdarda olmadığını, az – 2000-3000 manat olduğunu etiraf edir. Iddiaçı da borcu birdəfəyə 44000 manat vermədiyini, hissə hissə verdiyi borcları həmin müqavilə isə rəsmiləşdirdiklərini bildirir. Müqavilənin avtomobilə görə bağlanmadığını əsaslandırması ona görə inandırıcı qəbul edilmişdir ki, avtomobil, baş etibatnamə və ya mülkiyyət hüququ əldə etməyə imkan verən həddə deyil, idarə etmək hüququ verən etibarnamə ilə, cavabdehin özünün də diqqətə çatdirdığı kimi müqavilə müddətində yox, qısa müddətə verilmişdir. Qiyməti cavabdehin özünün də etiraf etdiyi kimi müqavilədə göstəriləndən təxminən 3 dəfəyə yaxın aşağı olan avtomobilin qəbul edilməsi cavabdehin səmimiyyətini şübhə aldında qoymuşdur. Cavabdehin müəyyən miqdarda borcunu etiraf etməsi bu halın həqiqiliyini qüvvətləndirir. Həmçinin cavbdehin, iddiaçının iştirak etmədiyi məhkəmə iclaslarında səmimiyyət göstərməyib ümumiyyətlə borclu olmadığını bildirb, iddiaçı gələndən sonra az miqdarda borcunun olmasını etiraf etməsi, borclu olması barədə heç bir danışıqda səs yazılarının olmayacağında israrlı olub, gətirib təqdim etməsini iddiaçıdan tələb etdikdən sonra təqdim olan səs yazıları məhkəmə iclasında tədqiq olunarkən izah verə bilməməsi, verdiyi izahların isə əlaqəsizlik təşkil etməklə inandırıcı olmaması məhkəmədə borcun mövcudluğun həqiqi olduğu qınaətini formalaşdırmışdır. Belə olan halda, yəni borcun mövcudluğu cavabdehin özünün qismən etirafı ilə təsdiqini tapmaqla, müqavilədəki məbləği imzası ilə təsdiq edib, həmin məbləğdən ödənişlər etməsinə dair sübutlar təqdim edə bilməməsi iddianın təkzibi və ya qismən təkzibi üçün əsasların olmadığını göstərir. Müqavilə üzrə iddia müddətinin ötürülməsi iddiasına münasibət bildirən məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə ##.##.2022-ci ildə 40 ay müddətinə bağlanmışdır. Yəni, müqavilənin müddəti ##.##.2025-ci il tarixdə bitmişdir. Müqavilələr üzrə iddia müddətinin 3 il olduğu nəzərə alındıqda, aydın olur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Eyni zamanda buna məhkəmə iclasında münsibət bildirən cavadeh hesablamanı düzgün aparmadığını bildirmişdir. Məhkəmə qeyd edilənləri yekunlaşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Lakin iddia sonradan dəqiqləşdirmə aparılmaqla iddiaçı tərəfinə azaldılmışdır. Iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması isə ilkin tələb miqdarında ödənildiyi üçün təmin olunan məbləğə uyğun olaraq təmin edilməli olduğundan qismən təmin edilməlidir.

23. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

24. Belə ki, apellyatorun şikayətində “öhdəliyin təminatı müqaviləsi” olmaması səbəbindən girov müqaviləsinin etibarsız olmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda öhdəliklərin icrasının təmin edilməsi məcburi element deyil, tərəflərin dispozitiv hüququdur. Əsas borc müqaviləsi bağlanarkən kreditor borclunun ödəmə qabiliyyətinə tam etibar edirsə heç bir təminat tələb etməyə bilər. Öhdəliyin təminatı müqaviləsi müstəqil deyil, əsas öhdəliyə bağlı müqavilədir. Əsas borc müqaviləsi olmadıqda təminat müqaviləsi təkbaşına mövcud ola bilməz. Lakin əsas müqavilə təminat müqaviləsi olmadan da tam etibarlıdır. Ona görə də apellyasiya şikayətinin həmin dəlili əsaslı sayıla bilməz.

25. Bundan başqa apellyatorun şikayətində tərəflərin imzaldığı müqavilə şərtlərində, kreditin qanunvericiliyə uyğun 12 ay müddətinə (Lombard haqqında Qanun) deyil, 40 ay müddətinə verilməsinə dair dəlilinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır.

26. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində girov müqavilələri üçün hər hansı maksimum və ya minimum müddət məhdudiyyəti nəzərdə tutulmamışdır. Tərəflər öhdəliyin icra müddətini və müqavilənin fəaliyyət müddətini öz aralarında sərbəst müəyyən edə bilərlər. eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş “Lombard haqqında” Qanun isə ümumiyyətdə mövcud deyildir.

27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(075)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar