Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-442/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “əmək haqqının, mükafatın və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı 3 ay müddətinə SƏTƏM şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə mütəxəssisi vəzifəsinə təyin edilmiş, bir neçə dəfə müqavilənin müddəti uzadılmış, ##.##.2023-cü il tarixli, ***/k №-li əmrə əsasən ##.##.2023-cü il tarixindən Tibbi məsələlər sektorunun aparıcı mütəxəssisi vəzifəsinə müvəqqəti olaraq 6 ay müddətinə təyin edilmiş və həmin tarixdən Əməliyyat idarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisi vəzifəsindən azad edilmişdir.
2. İddiaçı hesabdan çıxarışından görünür ki, 2023-cü ilin avqust ayı üzrə əmək haqqı olaraq 1.944,95 manat, 2023-cü ilin noyabr ayı üzrə məzuniyyət haqqı olaraq 2.612,63 manat və əmək haqqı olaraq 0,07 manat, 2023-cü ilin dekabr ayı üzrə xəstəlik üçün müavinət olaraq 1.600,48 manat və əmək haqqı olaraq 2.426,32 manat, 2024-cü ilin iyul ayı üzrə 3.917,06 manat əmək haqqı, məzuniyyət haqqı olaraq 1.603,27 manat və xəstəlik vərəqəsinə əsasən 5.696,81 manat köçürülmüşdür.
3. Qobustan RMX PHŞ tərəfindən verilən Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək “pnevmoniya” xəstəliyi səbəbindən işdən azad edilmişdir.
4. “xxxx” tərəfindən verilən Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək “pieolonefrit” xəstəliyi səbəbindən işdən azad edilmişdir.
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2023-cü il tarixli **-*/*-****/**** nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı ##.##.2023-cü il tarixində səhhəti ilə əlaqədar şikayətlərlə “xxxx” X1 poliklinika şöbəsinə müraciət etmişdir. Vətəndaşa döş qəfəsi orqanlarının rentgen müayinəsi, qanın ümumi analizinin nəticələrinə və klinik əlamətlərinə əsasən “pnevmoniya” diaqnozu qoyulmuş, müalicə təyin edilərək qanunvericiliyə uyğun olaraq SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi tərtib olunmuşdur. Həmin vərəqənin verilməsinin əsaslı olub-olmamasının araşdırılması nəticəsinə əsasən diaqnozun təyinində “xxxx” yol verildiyindən aidiyyəti əməkdaşlara qarşı müəssisə rəhbərliyi tərəfindən inzibati tənbeh tədbirləri görülmüşdür.
6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2023-cü il tarixli **-*/*-****/**** nömrəli məktubdan görünür ki, İddiaçı adına xxxx X1 tərəfindən qanunvericiliyə uyğun olaraq SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi tərtib olunmuşdur. Həmin vərəqənin verilməsinin əsaslı olub-olmamasının araşdırılması nəticəsində aşkarlanmış nöqsanlara görə aidiyyəti əməkdaş barədə müəssisə rəhbəri tərəfindən intizam tənbeh tədbiri görülmüşdür. Bundan başqa qeyd edilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Mübahisəli xəstəlik vərəqəsinin qanuniliyi və etibarlılığı məhkəmə qaydasında araşdırıla bilər.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü II tarixli, *-**-*/*-******/**** nömrəli məktubdan görünür ki, “xxxx” tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtibi zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ##.##.2011-ci il tarixli ** nömrəli Əmri ilə təsdiqlənmiş “Əmək qabiliyyəti olmaması vərəqəsinin doldurulması Qaydası”nın tələblərinin gözlənilmədiyinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Hospital tərəfindən verilmiş xəstəlik vərəqələrinin həqiqiliyi ilə əlaqədar hal-hazırda Nazirlikdə araşdırılma aparıldığından müvafiq xəstəlik vərəqələri əsasında təyin edilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq hesab cədvəllərinin ödənişi dayandırılmışdır.
8. “xxxx” MMC-nin “xxxx” Tibb Mərkəzinin ##.##.2023-cü il tarixli ** №-li əmrindən görünür ki, ##.##.2023-cü il tarixdə “xxxx” Tibb Mərkəzində verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrinin verilməsinin qanunauyğunluğu yoxlanılarkən İddiaçı verilmiş SN 00008 № ******* nömrəli xəstəlik vərəqəsinin əsassız verilməsi müəyyən edildiyindən ləğv edilmişdir. Xəstəlik vərəqəsi açarkən kobud səhvə yol vermiş həkim-terapevt İslamov Elşən Nadir oğluna töhmət verilmişdir.
9. “xxxx” MMC-nin “xxxx” Tibb Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2023cü il tarixli *** nömrəli məktubdan görünür ki, İddiaçı ambulator rejimi pozduğuna görə ona verilən SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi ləğv edilmişdir.
10. “xxxx” MMC-nin “xxxx" Tibb Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2023cü il tarixli *** nömrəli məktubdan görünür ki, “Anama” tərəfindən tələsdirildiklərinə görə qarışıqlıq olmuş, səhvən ləğvlə bağlı məktub göndərilmişdir. ##.##.2023-##.##.2023-ci il tarixlərini əhatə edən xəstəlik vərəqəsi bağlanılıb pasiyentə veriləndən sonra onu ləğv etməyə ixtiyarları olmaması, İddiaçı verilən SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin doğru olması bildirilmişdir.
11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**/*-****/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC-nin “xxxx” Tibb Mərkəzində ambulator xəstələrin qeydiyyatı jurnalı mövcud olmadığından, xəstənin tibb müəssisəsinə müraciətinə dair məlumat əldə etmək mümkün deyildir. İddiaçı adına açılmış ambulator xəstənin tibbi kitabçasının (forma 025) tərtibatında çatışmazlıqlar mövcuddur. Xəstəyə təyin edilmiş “xroniki pielonefrit” diaqnozu laborator və instrumental olaraq əsaslandırılmamışdır. Xəstənin şikayətləri qeyd olunmamış, 34 gün müddətində xəstəyə təkrar müayinələr aparılmamış, nefroloq tərəfindən baxış keçirilməmiş, müalicə həkiminin və həkim məsləhət komissiyasının (HMK) üzvlərinin ad və soyadları yazılmamışdır. Mütəxəssisin rəyinə əsasən müayinə və müalicələr arasında ciddi uyğunsuzluq mövcuddur və diaqnoz öz təsdiqini tapmır. Araşdırma nəticəsində müəssisədə aşkar olunmuş nöqsanlarla əlaqəli İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
12. xxxxnin ##.##.2023-cü il tarixli, ** nömrəli Agentliyin işçi heyətinin mükafatlandırılması ilə bağlı idarə heyətinin qərarından görünür ki, qərar qüvvəyə mindiyi tarixdən etibarən tətbiq ediləcək pul mükafatı tədbirləri barələrində xidməti araşdırma gedən işçilərə şamil edilmir.
13. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi”nin ##.##.2023-cü il tarixli 11- 7/3-1-1922Ü/**** №-li əmrindən görünür ki, İddiaçı intizam xətasının törədilməsi ilə əlaqədar xidməti araşdırması davam edən əməkdaşları siyahısında olduğundan mükafat verilməmişdir.
14. Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, “xxxx” MMC-nin “xxxx” Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən əsassız olaraq əmək qabiliyyəti olmaması vərəqələrinin verilməsi və digər qanunsuzluqlar barədə daxil olmuş müraciət əsasında Suraxanı rayon prokurorluğunda cinayət işi istintaq edilir.
15. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi”nin ##.##.2024-cü il tarixli, **- */*-****/**** nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Minatəmizləmə X17 məsələlər sektorunun aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 2024-cü ilin ## ######## tarixində bitmişdir və sözügedən müqavilənin uzadılması nəzərdə tutulmamışdır. Bununla bağlı işçi əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
16. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh X1rşı (bundan sonra cavabdeh, yaxud X1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5.327,50 manat ödənilməmiş əmək haqqının, iddia verildiyi tarixədək əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 15.982,50 manat cərimə məbləğinin, iddia ərizəsi verilən tarixdən hazırkı iş üzrə qətnamə icra edilənədək hər günə 53,27 manat olmaqla, ödənilməmiş mükafata görə 9.600 manat, dəymiş mənəvi zərərə görə 10.000 manat və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2021-ci il tarixdən xxxxndə tibb və zərəçəkmişlərlə iş şöbəsinin mütəxəssisi, daha sonra SƏTƏM şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə mütəxəssisi vəzifəsində işləmiş, hazırda isə tibbi müəssisələr sektorunun aparıcı mütəxəssisi vəzifəsində işləyir. İddia ərizəsinə əlavə edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrindən göründüyü kimi ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək “pnevmoniya” və “pieolonefrit” xəstəlikləri səbəbindən əmək funksiyalarını yerinə yetirməmiş və bu barədə sənədləri cavabdehə təqdim etmişdir. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş əmək haqqı kartından olan ##.##.2023-##.##.2024-cü il tarixlərini əhatə edən çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən bu günədək həmin dövrü əhatə edən əməkhaqqı ona ödənilməmiş və aralarında gedən çoxsaylı danışıqlara baxmayaraq cavabdeh həmin məbləği ödəmək niyyətində də deyil. Hazırda cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqı 5.327,50 manat təşkil edir. İşəgötürənin təqsiri üzündən əmək haqqı iddia ərizəsi verilən tarixə 300 gündür ödənilmir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən işəgötürən ona günlük 1 faiz məbləğində ödənc hesablanmaqla ümumilikdə 21.310 manat məbləğində (53,27 x 300 + 5.327,50) pul ödəməlidir. Bundan əlavə cavabdeh tərəfindən müəyyənləşdirilmiş qaydaya əsasən bütün əmək kollektivinə rüblük əmək haqqının 100 faizi miqdarında mükafat nəzərdə tutulmuş və işçilərin işlədiyi dövrdə həmin mükafatlar hamıya hər rübün sonunda ödənilmişdir. Lakin o, 2023-cü ilin sentyabr ayından bu günədək artıq 4 mükafatdan ona səbəbləri izah edilmədən məhrum edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti kollektivdə ayrı-seçkiliyə yol verməsinə səbəb olur ki, bu da qanunla qadağan edilmişdir. Cavabdehin əmək kollektivində ona qarşı tətbiq etdiyi ayrı-seçkilik qanunla qadağan olunduğu kimi, əmək kollektivində onun nüfuzuna ciddi zərər vurmuşdur.
18. Cavabdeh iddiaya qarşı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı # ###### 2021-ci il tarixindən X18 idarəsinin Tibbi və zərərçəkənlərlə iş şöbəsinə mütəxəssis vəzifəsinə, daha sonrakı dövrlərdə isə Tibbi məsələlər sektorunun aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. İddiaçı 2021-ci il tarixdən 2023-cü ilin ## ###### tarixinədək Agentlikdə işləmiş, qeyd olunan tarixdən hal-hazıradək müxtəlif dövrlərə aid əmək qabiliyyətinin olmaması vərəqələrindən, məzuniyyət hüququndan, seçki hüququndan və təhsil məzuniyyətlərindən istifadə edərək 1 ildən çox olan müddətdə bir gün belə işə çıxmamaqdadır. Bu isə öz növbəsində iddiaçının işlədiyi sektorda iş həcminin çox olması ilə əlaqədar iş yükünün daha da ağırlaşmasına yol açmaqdadır. Belə ki, 2023-cü il ## ###### tarixində X16 məsələlər sektorunun müdiri vəzifəsinə həyata keçirilmiş təyinat iddiaçı tərəfindən qısqanclıqla qarşılanmış, həmin gün bu təyinata narazılıq əlaməti olaraq, 2023-cü ilin ## ###### tarixindən etibarən səhhəti ilə əlaqədar məzuniyyətə çıxma və 4 sentyabr tarixindən öz xahişi ilə işdən azad edilmə ərizələrini X13 Dövriyyəsi (bundan sonra - ESD) sisteminə daxil etmişdir. Agentliyin inventar olan kompüterini (notebook) özbaşına, heç kimə məlumat vermədən götürərək aparmış, qəsdən paramediklərin fəaliyyətinin işçi qaydada əlaqələndirilməsi üçün yaradılmış “Whatsapp” ani mesajlaşma proqramındakı qrupu deaktiv etmiş, habelə vəzifəyə yeni təyin edilmiş sektor müdirinin dəfələrlə xidməti iş yerinə çağırmasına baxmayaraq gəlməkdən imtina etmişdir. Əmək məzuniyyətinə dair müvafiq razılıq və rəsmiləşmə olmadan cari ilin avqust ayının 14-dən icazəsiz qaydada işə gəlməyərək, yazılan məzuniyyət ərizəsi əsaslı tərtib edilmədiyi şifahi olaraq iddiaçıya çatdırıldıqdan sonra cari ilin 17 avqust tarixində Agentliyə teleqram vuraraq həm məzuniyyətə, həm də işdən azad olunmaya dair ərizələrinin ləğv edilməsini bildirmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçının əvvəlki iş yeri ilə əlaqədar zəruri qeydlərin aparılması üçün müvafiq aktla təqdim edilmiş əmək kitabçasının da dəfələrlə istənilməsinə baxmayaraq Agentliyə təqdim olunmamışdır. Həmçinin cavabdeh etiraz ərizəsində iddia tələbində qeyd olunan əmək qabiliyyətinin olmaması vərəqəsinin və mükafatın verilməməsi ilə bağlı bildirmişdir ki, Qobustan RMX PHŞ tərəfindən verilən Seriya SN 00008 № ******* və “xxxx” tərəfindən verilən Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqələrində onlar tərəfindən aşkarlanan qüsurlara gorə müvafiq dövlət qurumlarına dəfələrlə sorğu göndərilmiş və müvafiq olaraq cavablandırılmışdır. "xxxx” MMC “xxxx" Tibb Mərkəzi tərəfindən iddiaçının adına verilmiş Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqəsində ciddi uyğunsuzluqlar aşkar olunmuşdur. Adı çəkilən vərəqə ilə bağlı Tibb Mərkəzinin ##.##.2023-cü il tarixli, *** nömrəli məktubu ilə iddiaçıya təqdim olunan vərəqənin ləğv olunması bildirilmişdir. Qısa müddət ərzində ##.##.2023-cü il tarixdə *** nömrəli əmrlə yenidən iddiaçıya verilən həmin vərəqənin doğru olduğu və ilk məktublarının etibarsız sayılması xahiş olunmuşdur. Qeyd olunanlarla bağlı şübhələr olduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, TƏBİB-ə, DSMF-na, Baş Prokurorluğa sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ##.##.2024-cü il tarixli, *-**/*-****/**** nömrəli məktubuna əsasən bildirilmişdir ki, “müəyyən edilmişdir ki, müəssisədə ambulator xəstələrin qeydiyyatı jurnalı mövcud olmadığından, xəstənin tibb müəssisəsinə müraciətinə dair məlumat əldə etmək mümkün deyildir. İddiaçının adına açılmış ambulator xəstənin tibbi kitabçasının (forma 025) tərtibatında çatışmazlıqlar mövcuddur. Xəstəyə təyin edilmiş “xroniki pielonefrit” diaqnozu laborator və instrumental olaraq əsaslandırılmamışdır. Xəstənin şikayətləri qeyd olunmamış, 34 gün müddətində xəstəyə təkrar müayinələr aparılmamış, nefroloq tərəfindən baxış keçirilməmiş, müalicə həkiminin və həkim-məsləhət komissiyasının (HMK) üzvlərinin ad və soyadları yazılmamışdır. Mütəxəssisin rəyinə əsasən müayinə və müalicələr arasında ciddi uyğunsuzluq mövcuddur və diaqnoz öz təsdiqini tapmır“. Araşdırma nəticəsində müəssisədə aşkar olunmuş nöqsanlarla əlaqəli İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialdan daxil olmuş ##.##.2024-cü II tarixli, *-**-*/*-******/**** nömrəli məktuba əsasən “Hospital tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtibi zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ##.##.2011-ci il tarixli, ** nömrəli Əmri ilə təsdiqlənmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması Qaydası”nın tələblərinin gözlənilmədiyinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Hospital tərəfindən verilmiş xəstəlik vərəqələrinin həqiqiliyi ilə əlaqədar hal-hazırda Nazirlikdə araşdırılma aparıldığından müvafiq xəstəlik vərəqələri əsasında təyin edilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq hesab cədvəllərinin ödənişi dayandırılmışdır”. Azərbaycan Respublikasının Suraxanı rayon Prokurorluğunun şifahi sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçıya dair SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin əsli ##.##.2024-cü il tarixli, 11-7/2- ****/**** nömrəli məktubla göndərilmişdir. Bildirilmişdir ki, Qobustan RMX PHŞ tərəfindən iddiaçının adına verilən Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqəsində də ciddi uyğunsuzluqlar aşkar olunmuşdur. Bununla bağlı həmin vərəqənin düzgünlüyü ilə əlaqədar cavabdeh tərəfindən müvafiq dövlət qurumlarına sorğu göndərilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ##.##.2023-cü il tarixli, **-*/*-****/**** nömrəli məktuba əsasən iddiaçının adına Xəstəxana tərəfindən verilən xəstəlik vərəqəsi tərtib olunmuşdur. Həmin vərəqənin verilməsinin əsaslı olub-olmamasının araşdırılması nəticəsində aşkarlanmış nöqsanlara görə aidiyyəti əməkdaş barədə müəssisə rəhbəri tərəfindən intizam tənbeh tədbiri görülmüşdür. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Bu məlumatlar yalnız vətəndaşın və nümayəndəsinin razılığı ilə başqa şəxslərə verilə bilər. Əlavə olaraq bildirirlər ki, mübahisəli xəstəlik vərəqəsinin qanuniliyi məhkəmə qaydasında araşdırıla bilər”. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən verilən ##.##.2023-cü il tarixli, **-*/*-****/**** nömrəli məktuba əsasən "iddiaçıya adı çəkilən xəstəlik vərəqəsi əsasında “pnevmoniya” diaqnozu qoyularaq, müalicə təyin edilərək, xəstəlik vərəqəsi verilmişdir. Araşdırılma nəticəsində məlum olmuşdur ki, diaqnozun təyinində xxxx yol verilmişdir. Bununla bağlı aidiyyəti əməkdaş barədə müəssisə rəhbəri tərəfindən intizam tənbehi tədbiri görülmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialdan daxil olmuş ##.##.2024-cü il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla sorğuda qeyd olunan Qobustan RMX tərəfindən verilən xəstəlik vərəqəsinə münasibət bildirilməmişdir. Həmçinin cavabdeh etiraz ərizəsində iddia tələbində qeyd olunan rüblük pul mükafatının verilməməsi ilə bağlı bildirmişdir ki, xxxxnin Nizamnaməsinin 4.5.4-cü və 4.10.9-cu yarımbəndlərinə əsasən iddiaçının işlədiyi müddət ərzində vəzifəsinə uyğun olaraq, müəyyən edilmiş əmək haqları hər ay ödənilmiş və görülən işin həcminə görə əlavə rüblük mükafatlar verilmişdir. Nizamnamənin 4.5.17-ci və 4.5.4-cü yarımbəndlərinə uyğun olaraq Agentliyin İdarə Heyətinin ## ######## 2023-cü il tarixli, ** nömrəli Qərarının 3-cü hissəsinə əsasən həmin “Qərar qüvvəyə mindiyi tarixdən etibarən tətbiq ediləcək pul mükafatı tədbirləri, barələrində xidməti araşdırma gedən işçilərə şamil edilmir”. Bundan başqa iddia tələbində qeyd olunan mənəvi ziyanla bağlı bildirdi ki, hər hansı bir mənəvi ziyandan söhbət gedə bilməz. Tam əksinə iddiaçı müxtəlif bəhanələrlə bir il bir ay müddətində özünün, övladının xəstəlik vərəqələri, təhsil məzuniyyəti, seçkilərlə bağlı arayışlar və sair kimi işdən yayınma halları ilə Agentliyin işgüzar nüfuzuna xələl gətirmiş və iş yükünün artmasına səbəb olmuşdur.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, # #### 2025-ci tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı ##.##.2021-ci il tarixdən xxxxndə tibb və zərəçəkmişlərlə iş şöbəsinin mütəxəssisi, daha sonra SƏTƏM şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə mütəxəssisi vəzifəsində işləmiş, hazırda isə tibbi müəssisələr sektorunun aparıcı mütəxəssisi vəzifəsində işləyir, 2023-cü ilin avqust ayının 24-dən hal hazıradək işə çıxmamışdır. Cavabdeh tərəfindən iddiaçıya onun tərəfindən təqdim olunmuş bütün əmək qabiliyyətinin olmaması vərəqələrinə dair ödənişlər edilmişdir. Yalnız Qobustan Mərkəzi Xəstəxanası və “xxxx” Tibb Mərkəzi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən ödəniş edilməmişdir. Belə ki, həmin bülletenlər onlar tərəfindən mübahisələndirilmiş və bununla bağlı aidiyyəti qurumlara müraciətlər edilmişdir. Müəyyən edilmişdir ki, edilən müraciətlər əsasında qeyd edilən müəssisələr tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqələri ilə əlaqədar aparılmış araşdırmalar zamanı nöqsanlar aşkar edilmiş, “xxxx” X1 əməkdaşları barəsində müəssisə rəhbərliyi tərəfindən inzibati tənbeh tədbirləri görülmüş, “xxxx” MMC-nin “xxxx” Tibb Mərkəzində aşkar olunmuş nöqsanlarla əlaqəli İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
21. Məhkəmə hesab etmişdir ki, haqlı olaraq cavabdeh tərəfindən həmin xəstəlik vərəqələrinə dair iddiaçıya ödəniş edilməmişdir. Bundan başqa cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, barəsində araşdırma aparılan işçilərə mükafat verilməməsi barəsində qərar olduğundan və iddiaçının barəsində də araşdırılma aparıldığından ona mükafat təyin edilməmişdir.
22. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı tərəfindən mənəvi zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki iddiaçının mənəvi zərərlə bağlı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
23. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 102, 154. 178-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24. İddiaçının nümayəndəsi və vəkili nümayəndə1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin halları ilə üst-üstə düşmür. Belə ki, iş materiallarında qeyd edilən əmək qabiliyyətinin olmaması vərəqələri nə qətnamə çıxan tarixə, nə də hazırda apellyasiya şikayəti verilən tarixdə heç bir məhkəmədə mübahisələndirilib etibarsız hesab edilməmişdir. Yəni, hazırda mübahisələndiriliən xəstəlik vərəqələri qüvvədədir və onların etibarsızlığı ilə bağlı heç bir qərar mövcud deyildir. Digər tərəfdən, məhkəmə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 ##.##.2023-cü il tarixli, **-*/*-****/**** saylı məktubuna istinad etsə də, məktubdakı məlumatları qanunsuz qətnaməsini möhkəmləndirəcək cümlələri seçmiş və bununla da işini bitmiş hesab etmişdir. Əslində həmin məktubun son cümləsinə nəzər yetirsək görərik ki, TƏBİB də mübahisəli xəstəlik vərəqəsinin qanuniliyi və etibarlılığı yalnız məhkəmə araşdırması nəticəsində müəyyən edilə biləcəyini vurğulayır və hər hansı əməkdaşın xəstəni müayinə edərkən işinin öhdəsindən gəlməyərək inzibati tənbeh alması bu xəstəlik vərəqəsinə görə işçinin əmək haqqının ödənilməməsi üçün əsas ola bilməz. Məhkəmənin gətirdiyi digər əsas isə, “xxxx” tibb müəssisəsinin guya mübahisələndirilən xəstəlik vərəqəsi ilə bağlı baş vermiş nöqsanlarla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müəssisənin barəsində inzibati protokol tərtib edilməsidir. Burada da, kimin, hansı səbəbdən cəzalanması, bu nöqsanların nədən ibarət olması və cəzanın ümumiyyətlə iddiaçıya verilmiş xəstəlik vərəqəsinə aidiyyəti müəyyənləşdirilməmişdir. Qeyd edilən məlumat, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2024-cü il tarixli, *-**/*-****/**** saylı məktubunda qeyd edilmiş və məhkəmə də həmin məlumatın doğruluğunu, inzibati xəta haqqında protokolun hazırda qüvvədə olub-olmamasını araşdırmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin ümumiyyətlə mübahisələndirilən məsələ ilə heç bir əlaqəsi yoxdur. Həmin maddənin dispozisiyasına baxsaq görərik, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyəti müəyyən edir. Yəni, klinikada həkimin və ya həkimlərin sertifikasiyadan keçməməsinin vətəndaşın müraciətinin qanunsuz olması və ya ona verilmiş xəstəlik vərəqəsinin etibarsız olması anlamına gəlmir. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində təmin etməyən birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı tərəfindən mənəvi zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki iddiaçının mənəvi zərərlə bağlı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov, (sədrlik edən və məruzəçi), Günay Axundova və Leyla Əliyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər 2 xəstəlik vərəqəsi cavabdeh tərəfindən mübahisələndirilərək müvafiq orqanlara şikayətlər edilmişdir. Müvafiq olaraq “xxxx” X1 barəsində şikayət “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 (TƏBİB), “xxxx” Tibb Mərkəzi barəsində şikayət isə Səhiyyə Nazirliyi tərəfindən aşağıdakı qaydada araşdırılmışdır.
28. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 ## ###### 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı ## ######## 2023-cü il tarixində səhhəti ilə əlaqədar şikayətlərlə “xxxx” X1 poliklinika şöbəsinə müraciət etmişdir. Vətəndaşa döş qəfəsi orqanlarının rentgen müayinəsi, qanın ümumi analizinin nəticələrinə və klinik əlamətlərinə əsasən “pnevmoniya” diaqnozu qoyulmuş, müalicə təyin edilərək qanunvericiliyə uyğun olaraq SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi tərtib olunmuşdur. Həmin vərəqənin verilməsinin əsaslı olub-olmamasının araşdırılması nəticəsinə əsasən diaqnozun təyinində xxxx yol verildiyindən aidiyyəti əməkdaşlara qarşı müəssisə rəhbərliyi tərəfindən inzibati tənbeh tədbirləri görülmüşdür.
29. Göründüyü kimi qeyd olunan məktubda İddiaçı diaqnozun təyinində xxxx yol verildiyi vurğulanmışdır. Ümumiyyətlə “hiper” bir çox sözlərə qoşularaq hər hansı sahədə “normadan artıq”, “ifrat” mənasını ifadə edən sözönü kimi işlədilir. Tibbi sahədə isə “hiperdiaqnostika” diaqnozun əsassız şişirdilməsi, yalançı diaqnoz, bu və ya digər xəstəliyin mövcudluğu haqqında səhv tibbi rəy mənalarında işlədilən termindir. Qeyd olunan xüsusatlar isə bu xəstəlik vərəqəsi üzrə diaqnozun düzgün qoyulmadığı qənaətinə gəlməyə əsas verir.
30. Digər - “xxxx” Tibb Mərkəzi tərəfindən verilmiş ## ####### 2023-cü – ## ###### 2023-cü il tarixlərə görə əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı isə araşdırma aşağıdakı qaydada aparılmışdır.
31. Əvvəlcə “xxxx” MMC-nin “xxxx” Tibb Mərkəzi tərəfindən İddiaçı ambulator rejimi pozduğuna görə ona verilən SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin ləğv edilməsi barədə məlumat verilmiş, sonrakı məlumatda isə qeyd olunmuşdur ki, “Anama” tərəfindən tələsdirildiklərinə görə qarışıqlıq olmuş, səhvən ləğvlə bağlı məktub göndərilmişdir, ##.##.2023-##.##.2023-cü il tarixlərini əhatə edən xəstəlik vərəqəsi bağlanılıb pasiyentə veriləndən sonra onu ləğv etməyə ixtiyarları olmaması, İddiaçı verilən SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin doğru olması bildirilmişdir.
32. Bununla bağlı müvafiq olaraq Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılmış, ## ###### 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı adına açılmış ambulator xəstənin tibbi kitabçasının (forma 025) tərtibatında çatışmazlıqlar mövcuddur. Xəstəyə təyin edilmiş “xroniki pielonefrit” diaqnozu laborator və instrumental olaraq əsaslandırılmamışdır. Xəstənin şikayətləri qeyd olunmamış, 34 gün müddətində xəstəyə təkrar müayinələr aparılmamış, nefroloq tərəfindən baxış keçirilməmiş, müalicə həkiminin və həkim məsləhət komissiyasının (HMK) üzvlərinin ad və soyadları yazılmamışdır. Mütəxəssisin rəyinə əsasən müayinə və müalicələr arasında ciddi uyğunsuzluq mövcuddur və diaqnoz öz təsdiqini tapmır. Araşdırma nəticəsində müəssisədə aşkar olunmuş nöqsanlarla əlaqəli İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
33. Apellyasiya şikayətində bu xüsusatla bağlı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi “xxxx” tibb müəssisəsinin guya mübahisələndirilən xəstəlik vərəqəsi ilə bağlı baş vermiş nöqsanlarla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müəssisənin barəsində inzibati protokol tərtib edilməsinə əsaslanmışdır, halbuki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin ümumiyyətlə mübahisələndirilən məsələ ilə heç bir əlaqəsi yoxdur, həmin maddənin dispozisiyası qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyəti müəyyən edir.
34. Lakin Səhiyyə Nazirliyinin ## ###### 2024-cü il tarixli məktubu yalnız inzibati xəta haqqında protokola əsaslanmır, həmin məktubda konkret olaraq diaqnozun təsdiqini tapmadığı qeyd olunur.
35. Aparılmış araşdırma zamanı əldə olunan nəticə bundan ibarətdir ki, hər 2 xəstəlik vərəqəsi üzrə qoyulmuş diaqnozlar təsdiqini tapmır və buna görə də həmin dövr üçün əmək haqqının ödənilməsindən imtina olunması barədə cavabdehin mövqeyi əsaslıdır. İşin halları ümumi qiymətləndirildiyi halda iddiaçının rəsmi işçi olsa da, müxtəlif səbəblərdən 2 ildən artıq müddət ərzində cavabdeh hüquqi şəxsdə fəaliyyətini davam edirməməsi də məhkəmə kollegiyasının gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir.
36. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəllənin 2.1, 102, 154.1, 178.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” # ###### 1993-cü il tarixli (Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2024-cü il tarixli qərarına əsasən normativ hüquqi aktın adı dəyişdirilərək “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında” adlandırılmışdır) qərarının 37, 38-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 334.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
37. Qətnamədən iddiaçı (Vəkil nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin mövqeyi yanlış olmuş və istinad etdiyi maddi hüquq normaları iddia tələbinin rədd edilməsi üçün kifayət deyildir. Birincisi, məhkəmənin istinad etdiyi qaydaların 37-ci maddəsi mübahisənin yarandığı vaxt qüvvədə olmamış və ##.##.2024-cü ildə qüvvəyə minmişdir. Mübahisənin olduğu dövrdə həmin norma aşağıdakı redaksiyada verilmişdir: Xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçün həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Əmək qabiliyyətinin ekspertizası üzrə işlərin qoyulması, xəstəlik vərəqələrini və arayışların verilməsi, onların saxlanılması, qeydiyyatının aparılması məsuliyyəti baş həkimə tapşırılır. İş materiallarında qeyd edilən əmək qabiliyyətinin olmaması vərəqələri bu günədək heç bir məhkəmədə mübahisələndirilib etibarsız hesab edilməmişdir. Yəni, hazırda mübahisələndirilən xəstəlik vərəqələri qüvvədədir və onların etibarsızlığı ilə bağlı heç bir qərar mövcud deyildir. Digər tərəfdən, məhkəmə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 ##.##.2023-cü il tarixli, **-*/*-****/**** saylı məktubuna istinad etsə də, məktubdakı məlumatları qanunsuz qətnaməsini möhkəmləndirəcək cümlələri seçmiş və bununla da işini bitmiş hesab etmişdir. Əslində həmin məktubun son cümləsinə nəzər yetirilsə görünər ki, TƏBİB də mübahisəli xəstəlik vərəqəsinin qanuniliyi və etibarlılığı yalnız məhkəmə araşdırması nəticəsində müəyyən edilə biləcəyini vurğulayır və hər hansı əməkdaşın xəstəni müayinə edərkən işinin öhdəsindən gəlməyərək inzibati tənbeh alması bu xəstəlik vərəqəsinə görə işçinin əmək haqqının ödənilməməsi üçün əsas ola bilməz. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarında qeyd edilir ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işəgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” * saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, işə baxan məhkəmələr qeyd edilən maddi normaları pozaraq qanunsuz və ədalətsiz qətnamə çıxarmışlar.
39. İşə baxan apellyasiya instansiyası məhkəməsi mənəvi zərərlə bağlı hissəyə qiymət verməsə də, dəyişdirilmədən saxladığı birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı tərəfindən mənəvi zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki iddiaçının mənəvi zərərlə bağlı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmələrin gəldiyi bu nəticə ilə də razılaşmayaraq qeyd edilir ki, adı çəkilən maddənin qeyd hissəsinə nəzər salınsa görünər ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
40. Məhkəmələr, iddiaçıya mənəvi zərərin dəyməsini sübut edə bilməməsi qənaətinə gəlsə də, iş materiallarında cavabdehin təqdim etdiyi və cavabdeh tərəfindən əmək kollektivində cavabdehə qarşı tətbiq etdiyi ayrı-seçkilik qanunla qadağan olunduğu kimi, əmək kollektivində onun nüfuzuna ciddi zərər vurmuşdur. Bu hissədə də məhkəmələr maddi hüquq normasını pozmuşlar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
41. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
42. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
43. Maddə 102. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
44. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
45. Maddə 178 (1-ci hissə). İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172- ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” # ###### 1993-cü il tarixli (Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2024-cü il tarixli qərarına əsasən normativ hüquqi aktın adı dəyişdirilərək “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında” adlandırılmışdır) qərarı.
46. Bənd 37 Əmək qabiliyyətinin ekspertizası üzrə işin təşkilinə, xəstəlik vərəqələrinin tərtib olunmasına və arayışların qeydiyyatının aparılmasına, onların verilməsinə və kağız daşıyıcıda saxlanılmasına nəzarət baş həkim tərəfindən həyata keçirilir.
47. Bənd 38 Sığortaolunanlara xəstəlik vərəqələrinin və arayışların verilməsi, sənədləşdirilməsinə dair həkimlərin düzgün olmayan hərəkətləri barədə şikayətlər baş həkim və ya həmin tibb müəssisəsindəki HMK (əgər HMK olarsa) tərəfindən həll edilir. Əgər xəstə tibb müəssisəsi tərəfindən şikayətinin həlli ilə razı deyilsə, aidiyyəti üzrə Nazirlik və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həmin şikayətə baxıb, onun səbəbini aradan qaldırmaq üçün ölçü götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
56. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
64. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görədə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Həmçinin irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
65. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
67. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
69. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
71. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.