Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-474/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Quliyev İmaməddin Məmməd oğlu cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər hüquq pozuntusuna görə mənəvi zərərin ödənilməsi, zərərin məbləği) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Quliyev İmaməddin Məmməd oğlunun cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Quliyev İmaməddin Məmməd oğlu və cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətlərinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Qulusoy Təbriz İmaməddin oğlu ##.##.1988-ci il təvəllüdlüdür atası (iddiaçı) Quliyev İmaməddin Məmməd oğlu, anası (üçüncü şəxs) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1dır.
2. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Cavabdeh ASC-nin sədri vəzifəsini icra edərkən, Qulusoy Təbriz İmaməddin oğlu 2018-ci ilin yanvar ayının ortalarında Cəmiyyətin ərazisində olan köhnə beton qovşağı binasının gələcəkdə sökülməsi işlərinin aparılması üçün ərazidə maneə olan əşyalardan təmizlənməsi işlərinə qeyri-rəsmi qaydada cəlb edilmiş və ##.##.2018-ci il tarixdə, saat 15 radələrində Cəmiyyətin ərazisində əşyaların təmizlənməsi işlərini apararkən qoruyucu kəmərdən istifadə etmədən, 610 sm hündürlüyündə olan divara söykədilmiş nərdivanın axırıncıdan qabaqkı pilləsində dayanıb divara bağlanmış elektrik kabelini açmaq istədikdə ehtiyatsızlıqdan yerə yıxılaraq aldığı xəsarətlərdən ölmüşdür.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)***/**** nömrəli hökmü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan respublikası Cinyaət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti müəyyən olunmaqla, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmişdir.
4. Qeyd edilən cinayət işinin icraatı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi (anası) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 baş vermiş hadisə ilə əlaqədar məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə üvanlayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı heç bir iddia və tələbinin olmadığını, şikayətçi olmadığını bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Quliyev İmaməddin Məmməd oğlu (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən (bundan sonra “cavabdeh”xxxx“ASC”) mənəvi ziyanın əvəzi olaraq 70.000 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat, ümumilikdə 70.125 manat pulun və ödənilmiş 301 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı oğlunun faciəvi şəkildə ölümündən sonra hələ də özünə gələ bilmir və bu ölüm iddiaçıya mənəvi iztirablar verir. Oğlunun faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçının qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. Oğlunun ölüm səbəbi cavabdehin işçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və eləcə də ASC-nin digər əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Buna görə də, bu ziyan ASC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, onun oğlunu heç vaxt geri qaytara bilməyəcək. Aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi, iddiaçının mərhum oğlu hazırda həyatda olardı və iddiaçı oğlunun ölməsinə görə mənəvi iztirab çəkməzdi. Hadisə nəticəsində ona 70.000 manat mənəvi ziyan dəymişdir
7. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.000 manat məbləğində mənəvi zərər, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat və hüquqi yardıma görə ödənilmiş 125 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Starə Əliyeva)
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki halına görə iddiaçının övladı Qulusoy Təbriz İmaməddin oğlu ASC-də əmək fəaliyyət zamanı xəsarət almış və aldığı xəsarət nəticəsində ##.##.2018-ci il tarixində ölmüşdür. İddiaçının oğlunun ölümünə görə ASC-nin sədri vəzifəsini icra etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Belə olan halda iddiaçının məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən də iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” dair müddəaları nəzərdən keçirilə bilər.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələblərinə uyğun olaraq hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olduğundan və həmin hökmlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçının oğlunun ölümündə təqsirli hesab edildiyindən hazırki mülki iş üzrə qeyd edilən hissədə əlavə araşdırmaya zərurət yoxdur, bu, hazırki mülki işin mübahisəsiz halını təşkil edir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə uyğun olaraq ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vurduğu zərərə görə məsuliyyət daşıyır. Çünki iddiaçının oğlu ASC-nin ərazisində cavabdeh ASC-nin mənafeyi üçün əmək fəaliyyəti ilə məşğul olan zaman ASC-nin işçisi olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əmək mühafizəsi qaydalarını pozması ilə əlaqədar xəsarət alaraq ölmüşdür. ASC-nin işçisinin təqsiri nəticəsində iddiaçının oğlunun ölməsi işin mübahisəsiz halı olduğundan hazırki halda qiymət verilməli olan hal iddiaçının mənəvi zərər çəkməsi məsələsidir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi təkzib olunmazdır. Belə ki, ölmüş şəxs onun övladıdır. İddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi cavabdeh ASC-nin işçisi tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması ilə əlaqədar olması işin mübahisəsiz halıdır.
13. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarına görə iddiaçının özü cavabdeh müəssisədə maliyyə şöbəsinin müdiri vəzifəsində işləmiş, hadisə baş verən gün işdə olmuş və oğlu yıxıldıqdan sonra xəstəxanaya çatdırılmasında iştirak etmiş, oğlu nəqliyyat vasitəsində onun gözünün qarşısında vəfat etmişdir. İşin müəyyən edilmiş qeyd edilən faktiki halları bir valideynin qeyd edilən faktiki hallar üzrə “ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı” hissləri keçirməsini təkzibedilməz edir. Odur ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi cavabdehin törətdiyi mülki huquq pozuntusunun nəticəsi olduğundan onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur
14. Birinci instansiya məhkəməsi mənvi zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, baş vermiş hadisənin üzərindən 7 il keçmiş, cinayət işi üzrə icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi olan iddiaçının arvadı ilə təqsirləndirilən şəxs arasında barışıq əldə edilmişdir. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 70000 (yüz min) manat tələb etmişdir. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu, bu ziyanın nə qədər ödənilsə də, onun oğlunu geri qaytara bilməyəcəyini iddiaçı özü də təsdiq edir.
15. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nə də ki, Ali Məhkəmənin müvafiq qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir.
16. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərin vurulmasının zərərvuran tərəfindən qəsdən edilmiş hərəkətlərin nəticəsi olmadığını, hadisədən uzun müddət keçməsini, işin sair diqqətəlayiq hallarını (tərəflər arasında cinayət işi üzrə icraat zamanı barışıq əldə edilməsi vəs.) nəzərə aldığını qeyd etməklə, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 10000 (on min) manat pul tutulmasını ağlabatan və ədalətli olmaqla, bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab etmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MMnin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli Qərarlarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2008-ci il il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir ata üçün övladının faciəvi şəkildə ölməsi ürəkdağlayan emosional itkidir. Övlad itkisi, xüsusilə də faciəvi şəkildə hər hansı bir şəxsin təqsiri ucbtından baş verdikdə atada güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Övladının ölümü atada gələcək planlarının, övladı ilə bağlı xəyalların puç olması, mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bir övladın faciəvi şəkildə ölümü bir ata üçün həm şəxsi, həm də ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənəvi zərərin ən yüksən dərəcələrindən biri kimi hesab olunur. Birinci instansiya məhkəməsi iddiaçıya vurulan mənəvi ziyanı yetərincə qiymətləndirə bilməmişdir. Bütün faktorlar nəzərə alınmamış və ədalətsiz məbləğ müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın məbləği düzgün müəyyən edilməmişdir.
20. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-in tələblərinə əməl etməmiş, cavabdehin nümayəndəsinin məhkəmə prosesində iştirakını təmin etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cinayət təqibinin gedişatında zərərçəkmiş şəxsin (mərhum Qulusoy Təbriz İmaməddin oğlunun) hüquqi varisi qismində onun anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tanınmışdır. Məhkəmədə işə baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 teleqramla məhkəməyə müraciət edərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 barəsində olan cinayət işi üzrə məhkəmə prosesində iştirak etmək istəmədiyini, sonuncuya qarşı heç bir iddia və tələbinin olmadığını, şikayətçi olmadığını bildirmiş və qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş emişdir. İşin hallarından görünür ki, məhkəmədə cinayət işinə baxılarkən hazırkı iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ər-arvad münasibətlərində olmuş və birgə təsərrüfat idarə etmişlər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 oğlunun ölümü ilə bağlı dəymiş maddi və mənəvi zərər ödənilmiş, bütün dəfn xərcləri ASC tərəfindən qarşılanmışdır. Məhz bundan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etmişdir. İşin bu halı vəsatətlə məhkəmədə dindiriləcək şahidlər, X2, X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən təsdiq olunacaq. Məhkəmədə mülki işə baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 üçüncü şəxs qismində işə cəlb olunmalı və ondan soruşulmalı idi: cinayət işinə baxılarkən hansı səbəblərə görə gəlib məhkəmədə iştirak etməmiş, dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürməmişxxxxmülki iddia verməmişdir. İddiaçı ölən şəxsin atası olsa belə, ibtidai araşdırma və məhkəmə baxışı zamanı özünün zərərçəkmiş şəxs kimi tanınmasını tələb etməmiş, təqsirləndirilən şəxsəxxxxhazırkı iş üzrə cavabdehə qarşı hər hansı tələb irəli sürməmişdir. Hadisədən 6 ildən çox müddət keçdikdən sonra hadisə nəticəsində “özünə mənəvi zərər dəyməsi qənaətinə gəlmişdir”. Məhkəmə isə heç bir araşdırma aparmadan iddianı qismən təmin etmişdir. Məhkəmə yeganə sübut kimi ölmüş şəxsin iddiaçının oğlu olmasını nəzərə almışdır. Digər mühim arqument ondan ibarətdir ki, hökmdən göründüyü kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunmuş və onun barəsində müvafiq hökm çıxarılmışdır. Hazırkı cinayət qanunvericiliyi hüquqi şəxsin də cinayət məsuliyyətinə cəlb olunmasını istisna etmir. Lakin hökmdən göründüyü kimi ASC cinayət məsuliyyətinə cəlb olunmamışdır. Hadisədən bir qədər sonra, yəni ##.##.2020-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-dən işdən çıxmışdır. Mülki işə baxılan ərəfədə həmin şəxs cavabdeh müəssisə olan ASC-də işləməmişdir. Belə olan halda, mənəvi zərərin ASC-dən tələb olunmasının hüquqi əsası mövcud deyil. Bu cür iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla iddia müddəti nəzərdə tutmuşdur. Düzdür, fiziki şəxsin həyatınaxxxxsağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil olunmur. Lakin həmin müddəa yalnız maddi ziyanın ödənilməsinə aiddir. Hazırda isə iddiaçı mənəvi ziyan tələb edir. Qətnamədə qeyd edilmişdir ki, cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumat verilsə də, məhkəməyə öz nümayəndəsini göndərməmişdir. Lakin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdehə hər hansı rəsmi bildiriş daxil olmamışdır. Yəni, keçirilən məhkəmə prosesindən cavabdehin məlumatı olmamışdır. Əks təqdirdə, cavabdeh öz nümayəndəsinin məhkəmədə iştirakını təmin edər və yuxarıda qeyd etdiyi məsələlərin araşdırılmasına nail olardı.
22. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 üçüncü şəxs qismində işə cəlb edilmişlər.
23. Apellyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə nikahı pozulmamış və birgə təsərrüfat aparırlar. Xəstəliyi ilə bağlı həyat yoldaşı məhkəmə iclasında iştirak edə bilmir. Hadisə baş verdikdən sonra ASC-dən işdən çıxdmışdır. Uzun müddət iddia verməməsinin səbəbi uzun müddət xəstə olmasıdır. Həyat yoldaşının savadı olmadığı üçün cinayət işi üzrə ərizə vermişdir. Dəfnlə bağlı cavabdeh təşkilat həyat yoldaşına 5.000-6.000 manat məbləğində yardım etmişdir. Cavabdeh tərəfindən onlara mənəvi təzminat ödənilməmişdir. Mətbuatdan öyrənmişdir ki, sonradan iddia qaldırıb mənəvi zərəri tələb edə bilər.
24. Apellyasiya baxışında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bildirmişdir ki, hadisə ilə bağlı iddiaçının ailəsinə yardım edildiyini eşitmişdir. Eşitdiyinə görə 7500 manat və 10000 manat pul ödənişmişdir. Həmin 10000 manatın 5.000 manatı onun idi, o, həmin pulu iddiaçıya özü verdikdə iddiaçı götürməmişdir. İddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Sonradan eşitmişdir ki, onun 5000 manatının üstünə 5000 manat da qoyub iddiaçıya vermişlər. İddiaçı ona yay aylarında zəng edərək bildirmişdir ki, həyat yoldaşına başqa şəxslər məlumat vermişlər ki, ona yardım ödənilməlidir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Fərrux Qasımov, Günay Axundova)
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyə görə hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu halda hüquqi şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir (təqsirsiz məsuliyyət).
27. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2018- ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə müəyyən edilir ki, cavabdeh ASC-nin rəhbər şəxsi tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət edilməməsi, həmin təşkilatın tapşırığı ilə işləri yerinə yetirən iddiaçının oğlunun ölümü ilə nəticələnmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hadisə nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi şübhə doğurmur və iddiaçı cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsixxxxsağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tələbə baxılarkən iddiaçının oğlunun ailədə tək uşaq olub-olmaması (“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən iddiaçının daha bir oğlu var), hadisədən sonra keçən müddət, cavabdeh tərəfindən iddiaçının ailəsinə dəfn xərcləri ilə bağlı maddi köməklik göstərilməsi nəzərə alınmalıdır. Bundan əlavə, zərər vuranın tərəfindən cinayətin qəsdənxxxxehtiyatsızlıqdan törədilməsi də təzminatın məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Belə ki, qəsdən törədilmiş cinayət əməli insanı daha güclü mənəvi sarsıntı və iztiraba məruz qoyur. İddiaçının oğlunun ölümü isə ehtiyatsızlıqdan baş vermiş cinayət əməli nəticəsində baş vermişdir.
30. Apellyasiya instansiyası məhkəməsi bir məsələni də diqqətə çatdırıb ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Hazırki iş üzrə iddiaçı məhkəməyə 7 ildən sonra müraciət etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi şərh olunanları nəzərə aldığını göstərməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş kompensasiyanın məbləği ədalətli olmuşdur və iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil. İddiaçıya şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.
32. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini də əsassız sayaraq göstərmişdir ki, iddiaçının cavabdeh ASC-nin vəzifəli şəxsindən şikayətçi olmaması, habelə cavabdeh tərəfindən iddiaçının ailəsinə oğlunun dəfni ilə bağlı maddi köməklik göstərilməsi iddiaçının mənəvi zərərə görə kompensasiya tələb etmək hüququnu aradan qaldırmır. Həmçinin cavabdeh tərəfindən şəxsən iddiaçıya mənəvi zərərin kompensasiyası kimi hər hansı məbləğin verilməsi iş üzrə təsdiq olunmur. Üçüncü şəxsin məhkəmə iclasında verdiyi izahata əsasən iddiaçıya 5000 manat məbləğində vəsait vermək istəsə də, iddiaçı həmin məbləği ondan qəbul etməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclasları barədə ona məlumat verilməməsinə dair dəlillərini əsassız sayaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması yeri və vaxtı barədə cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə bildirişlər yerləşdirilmiş, habelə SMS bildirişlər göndərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbuiq ilə bağlı cavabdehin dəlilin münasibətdə isə vurğulamışdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçının hazırkı mənəvi zərərin ödənilməsi ilə bağlı tələbinə iddia müddəti şamil edilmir.
35. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni birinci instansiya məhkəməsini istinad eyni maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.
Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətlərinin dəlilləri
36. İddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya vurulan mənəvi ziyanı yetərincə qiymətləndirə bilməmişdir. Bütün faktorlar nəzərə alınmamış və ədalətsiz məbləğ müəyyən edilmişdir. İddia tələbində iddiaçının tələb etdiyi məbləğ oğlunun ölümünə görə onu zənginləşdirə, cavabdeh tərəfi isə kasıblaşdıra bilməz. Lakin məhkəmə oğul ölümünə görə atanın nələr çəkməsini qiymətləndirə bilməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual normaların da tələbləri pozulmuş, obyektiv araşdırma aparılmamışdır.
38. Cavabdeh də (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və apellyasiya şikayətinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü məhkəmə iclasında izahat verərkən etiraf etmişdir ki, iddiaçı oğlunun ölümü ilə əlaqədar ailəsinə 5000-6000 manat pul verilmişdir. Halbuki işdə iştirak edərək izahat verən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin məbləğin 17500 manat olduğunu qeyd etmişdir. Lakin məhkəmə üçüncü şəxsin izahatına, ümumiyyətlə, hüquqi qiymət verməmişdir. Hətta 5000-6000 manat pul verilsə belə, zərərçəkmiş şəxsin hüquqi varisi daha çoxunu tələb etməmiş və təqsirləndirilən şəxsə ağır cəza verilməsi barədə təklif verməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi cinayət işinə baxılarkən mülki iddia qaldırmamışsa, onda zərər tam olaraq ödənilmiş hesab olunmalıdır. Lakin hazırkı iş üzrə iddiaçı 7 ilə yaxın vaxt keçəndən sonra anlamışdır ki, “hadisə nəticəsində ona mənəvi zərər dəymişdir” məhkəmə isə qismən də olsa iddianı təmin etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətlərnə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanundaxxxxmüqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyixxxxçəkməli olduğu xərclər, əmlakından məhrum olmasıxxxxəmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqlaxxxxqanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyanxxxxzərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkətxxxxhərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinəxxxxəmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqixxxxfiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.1. hüquqixxxxfiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqixxxxfiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsinxxxxfəaliyyət göstərməli olsun. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a)xxxxvurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyüxxxxsağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüşxxxxsağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgəxxxxayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüşxxxxsağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlməxxxxqanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsinxxxxnəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətlərində iddiaçı qətnaməni iddianını təmin edilməyən, cavabdeh isə təmin edilən hissəsində mübahisələndiriblər. Bu baxımdan, qətnamə hər iki kassasiya şikayəti üzrə tam mübahisələndirildiyindən kollegiya qətnaməni tam yoxlayır.
43. Məhkəmə kollegiyası hüququn inkişafınınxxxxməhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin kassasiya şikayəti üzrə qətnaməni yoxlayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən ona istinad etmişdir ki, iddiaçının oğlunun ailədə tək uşaq olmaması, hadisədən sonra keçən müddət, cavabdeh tərəfindən iddiaçının ailəsinə dəfn xərcləri ilə bağlı maddi köməklik göstərilməsi nəzərə alınmalıdır. Bundan əlavə, zərər vuranın tərəfindən cinayətin qəsdənxxxxehtiyatsızlıqdan törədilməsi də təzminatın məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Belə ki, qəsdən törədilmiş cinayət əməli insanı daha güclü mənəvi sarsıntı və iztiraba məruz qoyur. İddiaçının oğlunun ölümü isə ehtiyatsızlıqdan baş vermiş cinayət əməli nəticəsində baş vermişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Hazırki iş üzrə iddiaçı məhkəməyə 7 ildən sonra müraciət etmişdir.
45. Qeyd edilən hallar mənəvi zərərin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan mühüm məqamlar olsa da, həmin hallar tam nəzərə alınmamıdşır.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin məbləğinin müəyyən edilməsində nəzərə alınmalı olan meyarlarla bağlı qiymətləndirməsini əsaslı saysa da, sonda mənəvi zərərin məbləğinin 10000 manat olması ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasını düzgün hesab etmir.
47. Apellyasiya instansiyası məhkəməsi iddiaçının arvadının baş vermiş hadisə ilə bağlı cinayət işində zərərçəkmiş şəxsin prosessual hüquq varisi kimi təqsirləndirilən şəxsə qarşı və tələbinin olmamasını, eləcə də iddiaçının özünün apellyasiya baxışında hazırki iddianı qaldırmağın mümkünlüyünün mətbuatdan öyrənməsini deməsini diqqətdən qaçırmışdır.
48. Apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
49. İşin mübahisəsiz halına görə iddiaçının oğlu cavabdeh ASC-nin ərazisində təmizlənmə işlərinə qeyri-rəsmi qaydada cəlb edilmiş və həmin işləri yetirərkən ##.##.2018-ci il tarixdə ölmüşdür. ASC-nin vəzifəli şəxsi olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bu hadisədə təqsirli bilinərək Nizami Rayon Məhkəməsinin ##.##.2018ci il tarixli hökmü ilə məhkum edilmişdir.
50. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsixxxxsağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsin müəyyən miqdarda təzminatla təmin edilməsi yaxınının itirilməsi nəticəsində onun keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
51. Nəzərə alınmalıdır ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsirixxxxzərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fizikixxxxpsixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin ehtiyatsızlıqdan törədilmiş cinayət nəticəsində ölməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.
52. Zərərvuranın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni olmamalıdır.
53. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.
54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə zərərin həcminin müəyyənləşdirilməsində qeyd edilən halları qismən nəzərə alsa da, işin digər hallarını – iddiaçının arvadının prosessual hüquq varisi kimi təqsirləndirilən şəxsə qarşı tələbinin olmaması, iddiaçının özünün də bu iddianı tam təsadüfdən, mətbuatdan öyrənməklə qaldırmasını, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalmasının labüd olmasını, iddiaçının oğlunun ehtiyatsızlıq cinayəti nəticəsində ölməsini, cavabdehin hüquqazidd əməli törətmiş əməkdaşının iddiaçının oğlunun ölümündə hər hansı qəsdinin olmamasını tam nəzərə alımamışdır.
55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında ## ###### 2025-ci il tarixli, ** nömrəli qərarının 7.6-cı bəndində də qeyd edilib ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır.
56. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilərək, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla mənəvi zərərin məbləği 3000 (üç min) manat müəyyən edilməlidir.
57. İddiaçının kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin qismən təmin olunma əsaslarına istinadən hesab edir ki, eyni xüsusatları təkrar etməyə zərurət yoxdur və həmin əsaslarla iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.
58. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, mənəvi zərərin məbləği 3000 (üç min) manat müəyyən edilməli, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.
59. Yuxarıda göstərilənləri və MPM-in 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Quliyev İmaməddin Məmməd oğlunun kassasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Mənəvi zərərin məbləği 3000 (üç min) manat müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.