Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-504/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qızıl-zinət əşyaları tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qızıdır və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında olan nikah pozulmuşdur.
2. ##.##.2025-ci il tarixdə İddiaçı anası Cavabdeh tərəfindən döyülməsi və X3 tərəfindən ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını verməməsi barədə AR DİN-nin 102 xidmət mərkəzinə zəng vurmaqla müraciət etmişdir.
3. Bakı şəhəri, Nərimanov rayon Poils İdarəsinin 18-ci Polis Şöbəsinin ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə İddiaçı müraciəti əsasında baş vermiş mübahisə zamanı heç bir ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər, xuliqanlıq törədilməmişdir. Yəni, İddiaçı ərizəsi əsasında toplanmış materialda çinayət tərkibinin əlamətləri, habelə heç bir xəsarətin izləri olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.
4. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə X4 ilə Cavabdeh arasında barışıq sazişinin bağlanması ilə bağlı icraata xitam verilmiş, X4 Cavabdeh və X5 qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın bölünməsi tələbinə dair” ilkin iddiası, Cavabdeh X4 qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə X4, Cavabdeh və X5 arasında ##.##.2024-cü il tarixdə imzalanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: X6 iddia tələbi üzrə əmlakların bölünməsi və mülkiyyət hüququnun müəyyən edilməsi: “Tərəflər” razılaşırlar ki, bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan İddiaçı adına rəsmiləşdirilmiş “xxxx” MMC-dən alınmış Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi **/** saylı ünvanda yerləşən B1 binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 171,0 kv.metr olan 4 otaqlı * saylı mənzilə görə X2 ilə bağlanmış ## #### 2018ci il tarixli Satış Müqaviləsi üzrə hüquqların ötürülməsinə dair ## ###### 2021-ci il tarixli müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi və eyni məzmunlu müqavilənin X4 ilə bağlanması üçün “üçüncü tərəf” bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində “xxxx” MMC-nə yazılı müraciət edəcək. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişin 2.1-ci bəndində göstərilən mənzil üzərində X6 tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmirlər. “Tərəflər” razılaşırlar ki, bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan İddiaçı adına rəsmiləşdirilmiş “xxxx” MMC-dən alınmış Bakı şəhəri, Azadlıq prospekti *** saylı ünvanda yerləşən * saylı binanın A bloku, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117,88 kv.metr olan 2 otaqlı mənzilə görə İddiaçı ilə bağlanmış ## ####### 2021-ci il tarixli, *** saylı müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi və eyni məzmunlu müqavilənin X4 ilə bağlanması üçün “Üçüncü tərəf” bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində “xxxx” MMC-nə yazılı müraciət edəcək. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişin 2.3-cü bəndində göstərilən mənzil üzərində X4 tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. “Birinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan “Üçüncü tərəf”in adına rəsmiləşdirilmiş “xxxx” MMC-dən alınmış Bakı şəhəri F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın A2 blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 120.13 kv. metr olan ** saylı 3 otaqlı mənzilə görə iddia tələbindən imtina edir. “Birinci tərəf” və “İkinci tərəf” bu Sazişin 2.5-ci bəndində göstərilən mənzil üzərində “Üçüncü tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. “Tərəflər” razılaşırlar ki, bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan “Üçüncü tərəf”in adına “xxxx” MTK-dan alınmış Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Fəvvarələr meydanında yerləşən “Plotfso2” layihəsi üzrə tikilmiş binanın 8-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 129.7 kv.metr olan 3 otaqlı mənzilə görə bağlanmış ## ####### 2021ci il tarixli, *** saylı müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi və eyni məzmunlu müqavilənin “Birinci tərəf”lə bağlanması üçün “Üçüncü tərəf” bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində “xxxx” MTK-nə yazılı müracit edəcək. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişin 2.7-ci bəndində göstərilən mənzil üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. “Birinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan “Üçüncü tərəf”in adına rəsmiləşdirilmiş “xxxx” MTK-dan alınmış Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi, 972-ci məhəllədə inşa edilmiş binanın 7-ci mərtəbəsi, yaşayışın 3-cü mərtəbəsində ümumi sahəsi 120,02 kv.metr olan 3 otaqlı mənzilə görə iddia tələbindən imtina edir. “Birinci tərəf” və “İkinci tərəf” bu Sazişin 2.9-cu bəndində göstərilən mənzil üzərində “Üçüncü tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. “Birinci tərəf” Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2341-2343-cü məhəllə, * saylı evin ** saylı, ümumi sahəsi 50,80 kv.metr olan 1 otaqlı, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2341-2343-cü məhəllə, * saylı evin *** saylı, ümumi sahəsi 49.30 kv.metr olan 1 otaqlı və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2341-2343-cü məhəllə * saylı evin ** saylı, ümumi sahəsi 50,80 kv.metr olan 1 otaqlı mənzillərə görə “Üçüncü tərəf”ə qarşı olan iddiasından imtina edir. “Birinci tərəf” və “İkinci tərəf” bu Sazişin 2.11-ci bəndində göstərilən mənzillər üzərində “Üçüncü tərəf”in tam mülkiyyət hüququnu tanıyır. “Üçüncü tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan ünvan 2 y/sahəsi, döngə 4 ünvanında * saylı evə dair “Birinci tərəf” in tələbini qismən etiraf etməklə, Bakı şəhəri, ** saylı DNK-nın ##.##.2018-ci il tarixli bağışlama müqaviləsinin ləğvi və ya etibarsız hesab edilməsi, habelə ##.##.2018-ci il tarixli Çıxarışın ləğv edilməsi, həmin ev üzərində ½ hissədə “Birinci tərəf”in, ½ hissədə isə “İkinci tərəf”in hüquqlarının qeydə alınması üçün bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində müvafiq icra hakimiyyəti orqanına müraciət və ya sözügedən qaydada bölgünün reallaşması üçün digər zəruri hərəkətlər edəcək. “Üçüncü tərəf” bu Sazişin 2.13-cü bəndində göstərilən ev üzərində ½ hissədə “Birinci tərəf”in, ½ hissədə isə “İkinci tərəf”in mülkiyyət hüququnu tanıyır, adları çəkilən şəxslərin bu evə paylarına uyğun mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. “İkinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan mənzillər- AZ 1118, Bakı şəhəri, Nizami rayonu, X8 küçəsi, 139, M9, m1 və AZ 1142, Bakı şəhəri Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15, M5, m6 üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnu tanıyır. “İkinci tərəf” bu Sazişin 2.15-ci bəndində qeyd edilən mənzillər üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnun yaranması üçün bu Sazişin notariat, mediasiya və ya müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində özünün mülkiyyət hüququ haqqında müvafiq sənədlərinin ləğvi və “Birinci tərəf”in hüquqlarının qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına yazılı müraciət və ya digər zəruri hərəkətlər edəcək. “Birinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 116, M10, m3 (mənzilinə), AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 79, M5, m3 (mənzilinə) və Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki, 1950-ci məhəllədə 013 A/**** saylı, ## ### 2020-ci il tarixli müqavilə əsasında 1-ci blok, ümumi sahəsi 78,19 kv.metr, 6-cı mərtəbədə 2 otaqlı ** saylı mənzilə görə “İkinci tərəf”ə qarşı iddia tələbindən imtina edir. “Birinci tərəf” bu Sazişin 2.17-ci bəndində göstərilən mənzillər üzərində “İkinci tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun həmin mənzillərə dair tam mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,057 ha və 0,13 ha torpaq sahələri (üstündə tikilmiş, mülkiyyət hüququ qeydə alınmamış ev) üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnu tanıyırlar. “Üçüncü tərəf” bu Sazişin 2.19-cu bəndində göstərilən torpaq sahələrinin “Birinci tərəf”in tam mülkiyyətinə keçməsi üçün Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,057 ha torpaq sahəsinin alınmasına dair ## ###### 2016cı il tarixli müqavilənin və 0,13 ha torpaq sahəsinin alınmasına dair ## ###### 2016-cı il tarixli müqavilənin ləğv (və ya etibarsız hesab) edilməsi, həmin torpaq sahələrinin alınmasına dair müqavilələrin “Birinci tərəf”lə bağlanması üçün bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində müvafiq notariat orqanına müraciət edəcək və ya digər zəruri hərəkətlər edəcəkdir. “Tərəflər” razılaşırlar ki, “Birinci tərəf”in və “İkinci tərəf”in ½ hissədə payları olan əmlakları, o cümlədən ünvan 1 y/sahəsi, döngə 4 ünvanında * saylı evin birgə satılmasına biri-birilərinə mane olmayacaq (bununla bağlı ixtilaf olarsa müvafiq qanunvericiliyə uyğun həll yolu seçiləcək), həmin əmlakdan birgə istifadəyə şərait yaradacaq, evdə olan məişət əşyalarının bərabər qaydada və könüllü bölünməsinə çətinliklər yaratmayacaqlar. X4 həmin iş üzrə digər iddia tələblərindən imtina etməsi: “Birinci tərəf” “İkinci tərəf”ə qarşı bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan 4 dəst “komplekt” ərəb qızıl dəstindən 3 “komplekt” qızıl dəstinin, yaxud onu əvəz edən 30.000 manatın, 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan 3 dəst “komplekt” qızıl-brilyant dəstinin 2 ədəd “komplekt”ini, yaxud onu əvəz edən 50.000 manatın, 6 ədəd tək brilyant üzüyün 4 ədədinin, yaxud onu əvəz edən 16.000 manatın, 21 ədəd qızıl onluğun (keçmiş rus pul vahidinin) 14 ədədinin, yaxud da onu əvəz edən 14.000 manatın, 445.000 manat pul vəsaitinin 2/3 hissəsinin, cəmi 296.667 manatın, həmçinin ## ###### 2023-cü il tarixdən hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini alana və icra edilən tarixədək aylıq 2.950 manat olmaqla cəmi məbləğin Cavabdeh alınaraq ona verilməsi tələbindən imtina edir. Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh iddia tələbi üzrə əmlakların bölünməsi və mülkiyyət hüququnun müəyyən edilməsi: “Birinci tərəf” və “İkinci tərəf” razılaşırlar ki, aşağıda adları sadalanan **-TL- *** dövlət qeydiyyat nişanlı “Ford Cargo” 3430D Yük avtomobili, **-ST-*** dövlət qeydiyyat nişanlı “Ford Cargo” Yük avtomobili, **-RP-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 208” Mikroavtobus, **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyoto Corolla” Minik avtomobili, 10-N-783 dövlət qeydiyyat nişanlı EO-912 markalı, 92011065 Ban nömrəli nəqliyyat vasitəsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci KM qəsəbəsi, 4085-ci məhəllənin qərb ünvanında yerləşən torpaq sahəsi və Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, ev 118 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə “Birinci tərəf”in, 1/2 hissədə isə “İkinci tərəf”in mülkiyyət hüququnu tanıyırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 139.500 manat olan 4 ədəd hər biri 100 qramlıq qızıl külçələrin, 9 ədəd qızıl pul sikkəsinin (keçmiş rus pul vahidi), 2 ədəd brilyant sırğa-üzük dəstinin, 2 ədəd ərəb qızıl dəstinin (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon), 2 ədəd qızıl qolbağının və 1 ədəd qızıl brilyant qolbağının cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı işin faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin sonlarında onların ailədaxili münasibətləri kəskinləşdi. Bundan sonra cavabdehin təkidi ilə özünə məxsus Bakı şəhəri, F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ** saylı mənzilə köçmüşdür. X3, anasına və ona qarşı Bakı şəhəri, Xətai rayon məhkəməsində “əqdlərin etibarsızlığı və əmlak tələbinə” dair iddia qaldırmış, mübahisə barışıq sazişi ilə nəticələnmiş və bu haqda məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı qəbul edilmişdir. Atasının sözügedən iddia tələbində ona qarşı tələblər olsa da, əsas tələbi anasına qarşı olmaqla, birgə nikah müddətində əldə etdikləri daşınar və daşınmaz əmlakın, o cümlədən mənzillərin, evlərin və qızıl-zinət əşyalarının bölünməsi tələbləri də vardır. Valideynlərinin birgə mehriban yaşadıqları dövrdə atası anası və o dəfələrlə ad günü və ya qadınlar bayramında qızıl-zinət əşyaları bağışlamışdır və bütün bu əmlaklar anasının ayırdığı qutuda saxlamışdır. 2023-cü ilin sonlarında uzun müddət yaşadığı Şərq küçəsi, *** saylı ünvandakı evdən köçdükdə, anası evdə olan bütün qızıl-zinət əşyalarını, o cümlədən atasının ona verdiyi hədiyyələri də götürərək, təzə məskunlaşdığı mənzildə yerləşdirmişdir. Yeni mənzilə köçdükdən bir müddət sonra anası atasının ondan tələb etdiyi bütün qızıl-zinət əşyalarını əvvəlki ərindən olan qızının evində gizlətdi ki, məhkəmə icraçıları onları tapa bilməsin. Ancaq ona məxsus bütün hədiyyə əşyaları evdə qaldı, çünki atasının iddia tələbində ona məxsus qızıl-zinət əşyaları tələb edilmirdi. 2024-cü ilin noyabr ayında o nişanlanmış, ## ###### 2025ci il tarixdə isə rəsmi nikahı baş tutmuşdur. Həyat yoldaşı ilə qərara gəlmişdir ki, onun təhsili və işi ilə bağlı olaraq, Buzovna qəsəbəsində yox, ona məxsus şəhərin mərkəzindəki mənzildə yaşayır. Əri ilə birgə ona məxsus mənzildə yaşamaq qərarına gəlmiş, buna isə anasının etiraz etməsi, habelə anasının özünə məxsus mənzilə köçmək istəməməsi səbəbindən anası ilə aralarında narazılıq yaranmış və bu narazılıq anasının onu döyməsi ilə sonlanmışdır. ## ###### 2025-ci il tarixdə ona məlum olmuşdur ki, ona məxsus qızıl-zinət əşyaları həmişə olduğu yerdə deyil. Bilmişdir ki, qızıl və brilyantları anası götürüb gizlətmişdir. Atasının ona hədiyyə verdiyi qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 4 ədəd hər biri 100 qramlıq qızıl külçələr - hər bir külçənin qiyməti 18.000 manat, cəmi 72.000 manat; 2 ədəd brilyant sırğaüzük dəsti – dəstin birinin qiyməti 15.000 manat, cəmi 30.000 manat; 9 ədəd qızıl pul sikkəsi (keçmiş rus pul vahidi) – hər birinin qiyməti 1.500 manat, cəmi 13.500 manat, 4) 1 ədəd qızıl brilyant qolbaq – 3.000 manat; 2 ədəd ərəb qızıl dəsti – hər bir dəstə daxildir: 1 ədəd boyunbağı, 2 ədəd qolbaq, 1 ədəd üzük, 1 ədəd klon – hər dəstin qiyməti 7.000 manat, cəmi 14.000 manat; 2 ədəd qızıl qolbaq – hər bir qiyməti 3.500 manat, cəmi 7.000 manat. Tələb edilən qızıl brilyant əşyalarının ümumi qiyməti: 139.500 manat təşkil edir. Cavabdeh yuxarıda sadalanan qızıl brilyant əşyalarını birgə yaşadığı mənzildən köçərkən özü ilə aparmış, onun və polis əməkdaşlarının təkidli tələblərinə baxmayaraq onları geri qaytarmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə həmin qızıl-brilyant əşyalarının olduğu yerdə çəkilmiş fotosunu, habelə sadalalan qızıl-zinət əşyalarının cavabdehdə olmasını və ona olan qərəzi səbəbindən qaytarmamasını təsdiq edəcək şahidlərin siyahısını təqdim etmiş və həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmişdir.
7. Cavabdeh, iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, o evdən çıxanda özünə aid paltarları götürüb, amma qızıl götürməyib. O, qızının qızıllarını götürəsi deyil ki, onsuz da, onun olan hər şey qızının olur. Ona aid şeyləri niyə götürsün ki?. Evdən çıxanda vəkilim, Könül xanım da yanında olub və o, hər şeyə şahiddir. Qızıllar onun deyil, qızın atasındadır. Onun heç nəyi yoxdur. Birinci məhkəmə olub, onda da qızın atası qızılları istəyib, orada qızıllar silinib, indi də qızın adından istəyirlər. Qız özü deyib ki, “Atam məni məcbur edir”. O, heç qızının şad günündə belə iştirak etməyib, kişi buna imkan verməyib, qızını ona qarşı doldurur, aralarını o pozur. Əgər qızıllar onda olsa idi, niyə qızına 1 milyon dəyərində evi bağışlasın ki? O, o evdən qızının xeyrinə əl çəkib, məqsədi qızına aid olan qızılları götürmək olsaydı, heç o evdən də əl çəkməzdi. Kişi o evin yarısını qızının yoldaşına, kürəkəninə bağışlayıb, burda niyyət bəllidir, qorxur ki, qızı ona tərəf gələr. Bəs sual yaranır, niyə Natiq o evin yarısını qızının özünə yox, kürəkəninə bağışlayıb? Qudalar ailə içi məsələlərə qatılır, qızını ondan əsirgəyirlər. Sadəcə bir məqsəd var: Ana ilə qızın arasını açmaq. Belə etmək kişinin də işinə gəlir. Qızıllar onda deyil, hər hansı bir şəkil və ya sənəd göstərsinlər ki, qızıllar onda olub, yoxdur. Yalandan onun üstünə gəlirlər, olmayan şeyləri onun üstünə atırlar. Qız da uşaqdır, atasına görə qalıb belə. Qızılları evdə qoyub çıxıb, özləri bilir, atası qızın əlindən alıb qızılları, yarısı o vaxtdan villada qalmışdı. Tələb edilən qızılları bilmir, xəbərim yoxdur. Onlar bir ailə olmuşdular, bir yerdə yaşamışdılar, onlar köhnə şəkillərdir, gətirib təzədən çəkilmiş şəkillər kimi təqdim edirlər. Necə ola bilər ki, köhnə şəkilləri yeni kimi təqdim edirlər? (Şəkillərə baxır) Bunlar evdə idi, kişi almışdı, o vaxtı Qubadakı evə apardı, dedi ki, orda saxlayacam, burda oğurlayarlar. Qızın qızılları yoxdur, uşaqdır, o, 25 ilin arvadı olub, normaldır ki, yoldaşı ona qızıllar alıb, hədiyyə edib, elə o qızılları da atası evə, ona almışdı, kişi işləyib, hamısını o alıb, pulu ancaq qızıla verib.
8. ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil3 bildirmişdir ki, cavabdehin keçmiş ərinin iddiası var idi ki, qızıllar cavabdehdədir. Bu barədə barışıq sazişi bağlanıb. O işdə şəkillər var idi. İndi iddiaçı iddia edib ki, həmin qızıllar onundur. Cavabdeh qızılı götürə bilməzdi. İş üzrə iddiaçının şahid kimi dəvət etmək istədiyi adamlar hamısı iddiaçının qohumlarıdır. Onlar şahid ola bilməz, polislərə isə etiraz etmirəm, əgər rəy alınacaqsa, ekspert rəyi olmalıdır, çünki o məsuliyyətlə bağlı xəbərdar edilir. Qızıllar elə digər məhkəmə işindəki qızıllardır, yenidən tələb edilir. Cavabdeh əgər qızılları götürəcək olsaydı, onda yarım milyon manat dəyərində olan evini qızına bağışlamazdı. Sonda cavabdehin vəkili və nümayəndəsi vəkil3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Şahid qismində ifadə vermiş X4 (iddiaçının atası cavabdehin isə keçmiş əridir) bildirmişdir ki, həmin qızılları o, qızına hədiyyə olaraq alıb. Cavabdehə də qızıllar alıb, lakin onları gizlədir, amma iddia tələbində qeyd olunan qızıllar sırf onun tərəfi tərəfindən qızı Leyla üçün alınıb. Əlavə bizneslə məşğul olduğu üçün hər dəfə qazancından qızına qızıl alıb. Müxtəlif yerlərdən, Laçın Ticarət Mərkəzindən, Moskva Univermağından qızıllar alıb, amma qeyd olunan qızılların 90 faizini Laçın Ticarət Mərkəzində işləyən Nazimdən alıb. Cavabdeh də onu çox yaxşı tanıyır, onun yanında dəfələrlə olub. Satıcı köhnə qonşuları olub, onu dəvət etsələr, təsdiq edər ki, həmin qızıllar qızının, Leylanın adına alınırdı.
10. Şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, Laçın Ticarət Mərkəzində qızıl satır. Natiq Mehdiyev həm Xalidə ilə, həm də qızı ilə gəlib, ən çox isə tək gəlib. Kislata alıb, Leyla gələndə isə. Xalidə ilə gələndə isə komplekt alıb. Qızına alanda özü deyib ki, ona alıram. 2 il sinif yoldaşı olub Natiqlə. Xalidəni təqribən 10 ildən çox tanıyır. 3-cü mərtəbədə 105-ci polkada işləyib, yoldaşı da onunla işləyib. 2023-cü ilə qədər Laçında işləyib. 10 ədəd 10-luq qızıl alıb qızına ad gününə, 30-35 ədəd 10-luq qızıl, 4-5 külçə, 2 komplekt 750 əyar, 2 dənə ərəb qızılı, 2 qızıl qolbaq, 1 brilyant qızıl qolbaq alıb məndən. Təsdiqləyir ki, hamısını alıb. Bunların qiymətlərini dəqiq demək mümkün deyil, ancaq təxmini bazar qiymətlərinə uyğun deyə bilər ki, 4 ədəd hər biri 100 qramlıq qızıl külçənin hər birinin qiyməti 18.000 manat, 9 ədəd qızıl pul sikkəsinin hər birinin qiyməti 1.500 manat, 2 ədəd brilyant sırğa-üzük dəstinin hər birinin qiyməti 15.000 manat, 2 ədəd ərəb qızıl dəstinin hər birinin qiyməti 7.000 manat, 2 ədəd qızıl qolbağın hər birinin qiyməti 3.500 manat, 1 ədəd qızıl brilyant qolbağın qiyməti 3.000 manat olar. Hazırkı bazar qiymətləri ilə bağlı baxılsa, bəzilərinin qiyməti daha baha olar. Qızıllar ona təqdim edilsə, dəqiq qiymətləri deyə bilər, ancaq dediyi qiymətlərdən az ola bilməz. Ərəb qızılını, Leninqrad antikvar olan boyunbağını Xalidənin üstündə görüb.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilərək, iddiaçıya məxsus 4 ədəd hər biri 100 qramlıq qızıl külçə (hər bir külçənin qiyməti 18.000 manat, cəmi 72.000 manat); 9 ədəd qızıl pul sikkəsi (keçmiş rus pul vahidi) (hər birinin qiyməti 1.500 manat, cəmi 13.500 manat); 2 ədəd brilyant sırğa-üzük dəsti (dəstin birinin qiyməti 15.000 manat, cəmi 30.000 manat), 2 ədəd ərəb qızıl dəsti (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon) (hər dəstin qiyməti 7.000 manat, cəmi 14.000 manat), 2 ədəd qızıl qolbaq (hər bir qiyməti 3.500 manat, cəmi 7.000 manat), 1 ədəd qızıl brilyant qolbağı (3.000 manat), qızıllar olmadıqda isə onların ümumi dəyərini təşkil edən 139.500 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
12. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdeh iddiaçının anasıdır, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə iddiaçının atası Natiq Mehdiyev arasında nikah pozulmuş, iddiaçı ilə cavabdeh 2023-cü ildən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi *** saylı evin ** saylı mənzilinə köçmüşlər, Natiq Mehdiyev, Cavabdeh və İddiaçı qarşı “əqdlərin etibarsızlığı və əmlak tələbi” barədə Bakı şəhəri, Xətai rayon məhkəməsində iddia qaldırmış, mübahisə barışıq sazişinin bağlanması ilə nəticələnmiş və bu haqda məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı qəbul edilmişdir, hazırkı iddia tələbi müxtəlif vaxtlarda iddiaçının atası tərəfindən ona hədiyyə olaraq alınmış və cavabdeh tərəfindən saxlanılan 4 ədəd hər biri 100 qramlıq qızıl külçə (hər bir külçənin qiyməti 18.000 manat, cəmi 72.000 manat); 9 ədəd qızıl pul sikkəsi (keçmiş rus pul vahidi) (hər birinin qiyməti 1.500 manat, cəmi 13.500 manat); 2 ədəd brilyant sırğa-üzük dəsti (dəstin birinin qiyməti 15.000 manat, cəmi 30.000 manat), 2 ədəd ərəb qızıl dəsti (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon) (hər dəstin qiyməti 7.000 manat, cəmi 14.000 manat), 2 ədəd qızıl qolbaq (hər bir qiyməti 3.500 manat, cəmi 7.000 manat), 1 ədəd qızıl brilyant qolbağ (3.000 manat) olan mübahisəli qızıl-zinət əşyalarının qaytarılması barədədir, ##.##.2025-ci il tarixdə iddiaçı həmin əşyaları anasından istəmiş, bununla bağlı tərəflər arasında mübahisə baş vermiş, bundan irəli gələrək iddiaçı evin qapısını bağlayaraq cavabdehi evə buraxmamış, cavabdehin ona qarşı ciddi müqaviməti ilə rastlaşmışdır, iddiaçı cavabdeh tərəfindən döyülməsi barədə, cavabdeh isə iddiaçı tərəfindən mənzilə buraxılmaması barədə AR DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişlər, bu müraciət üzrə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən mənzilə baxış keçirilmiş, tərəflər dinlənilmiş və cavabdeh adıçəkilən qızılların həqiqətən onda olduğunu, lakin bir qismini xərclədiyini, bir qisminin isə özündə olduğunu təsdiq etmişdir.
13. Məhkəmə onu da qeyd etmişdir ki, şahidlərin o, cümlədən Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşlarının şahid qismində verdikləri ifadələri ilə təsdiq olunur ki, tələb edilən qızıl-zinət əşyaları iddaçının mülkiyyətundə olmuş, lakin cavabdeh həmin qızıl-zinət əşyalarını buna hüququ olmadan özündə saxlamış və qaytarmamışdır.
14. Belə ki, işin müəyyən olunmuş hallarından, o cümlədən ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş izahatdan, şahidlərin ifadələrindən göründüyü kimi, iddiaçı özü mübahisəli qızıl zinət əşyalarının mövcudluğunu və birgə yaşadıqları evdə olduğunu, sonradan isə bu qızılların onda olmadığını bildirmişdir.
15. Məhkəmə iclasında ifadə verən və qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan digər şahid Nazim Kazımov iddia tələbindəki qızılların ondan alındığını, Natiq Mehdiyevin qızı və arvadı üçün ayrı-ayrılıqda qızıllar aldığını, mübahisəli qızılların elə iddia ərizəsində göstərilən qiymətdə, hətta bəzilərinin bir qədər yüksək qiymətdə olduğunu bildirmişdir. ##.##.2025-ci il tarixdə baş vermiş münaqişə ilə bağlı hadisə yerinə gələn polis əməkdaşları ifadələrində “cavabdehin şifahi izahatında adıçəkilən qızılların onda olmasını, bir qismini sataraq pulunu xərcləməsini, bir qisminin isə hazırda onda olmasını təsdiq etdiyini” bildirmişlər ki, bu halda da cavabdehin mübahisəli qızıl-zinət əşyalarının onda olmaması və ya onları qızına verməsinə dair sübutetmə vəzifəsi yaranır, lakin cavabdeh buna dair əsaslı, şübhədənkənar və təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir.
16. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətçi kimi iradəsinə zidd olaraq cavabdehdə olan öz əmlakını geri tələb etməkdə haqlı olmuşdur.
17. Məhkəmə sonda qeyd etmişdir ki, iddia tələbi təmin edilməli, idditaçıya məxsus 4 ədəd hər biri 100 qramlıq qızıl külçə (hər bir külçənin qiyməti 18.000 manat, cəmi 72.000 manat); 9 ədəd qızıl pul sikkəsi (keçmiş rus pul vahidi) (hər birinin qiyməti 1.500 manat, cəmi 13.500 manat); 2 ədəd brilyant sırğaüzük dəsti (dəstin birinin qiyməti 15.000 manat, cəmi 30.000 manat), 2 ədəd ərəb qızıl dəsti (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon) (hər dəstin qiyməti 7.000 manat, cəmi 14.000 manat), 2 ədəd qızıl qolbaq (hər bir qiyməti 3.500 manat, cəmi 7.000 manat), 1 ədəd qızıl brilyant qolbağ (3.000 manat), qızıllar olmadıqda isə onların ümumi dəyərini təşkil edən 139.500 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
18. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 13.1 və 29-cu maddələrinə, Mülki Məcəllənin 55.4, 55.5, 55.6, 157.2, 181.1, 181.2, 181.3, 181.4, 182.1-ci maddələrinə, habelə MPM-nin 14.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin keçmiş əri Natiq Mehdiyevin, onun tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi, 18-ci polis bölməsinin baş təhqiqatçısı Vüqar Ələkbərli və cinayət axtarışı üzrə əməliyyat müvəkkili Qələndər Cabbarov, eyni zamanda ticarət mərkəzində qızıl satan Nazım Kazımov məhkəmə iclasında şahid kimi dindirilmişlər. Həmin şahidlərin yalan ifadələrinə əsaslanaraq, məhkəmə artıq bir dəfə barələrində qərar verilmiş qızıl zinət əşyalarının yenidən, olmadıqları təqdirdə isə onların ümumi dəyərini təşkil edən 139.500 manatın cavabdehdən alınaraq, iddiaçıya verilməsi barədə əsassız qətnamə çıxarmışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), N.Cəfərov və E. Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, əşyaların iddiaçıya məxsusluğu yoxlanılmalı. İddiaçı bununla bağlı məhkəməyə öz izahatından başqa şahid ifadələri və polisdə aparılmış araşdırma materiallarını təqdim etmişdir. Həmin sübutlarla əşyaların iddiaçıya aid olduğu müəyyən olunur. Lakin, cavabdeh buna etiraz etdiyindən onun etiraz dəliləri araşdırılmalıdır. Cavabdeh etirazında yalnız keçmiş əri Natiq Mehdiyevlə əmlak mübahisəsi üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə istinad edərək göstərmişdir ki, həmin razılaşmaya əsasən ərinin aldığı bütün qızıl-zinət əşyaları ona verilmişdir. İddiaçı cavabdehin bu etiraz dəlilinə etiraz edərək bildirmişdir ki, Natiq Mehdiyevlə cavabdeh arasında olan barışıqda belə bir şərt yoxdur, cavabdeh həmin barışığın şərtini təhrif edir, orada yalnız həmin iddiada istənilən əşyalardan bəhs olunur ki, həmin əşyalarla hazırkı iddiadakı əşyalar tam fərqlidir.
23. Məhkəmədə kollegiyası tərəfindən tədqiq edilən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin 3.1-ci bəndindən qeyd edilmişdir ki, həmin işdə iddiaçı olan Natiq Mehdiyev öz iddiasında tələb etdiyi əşyaların qaytarılmasına dair tələbindən imtina etmişdir. Demək ki, həmin razılaşmada cavabdehin istinad etdiyi kimi ailəyə məxsus bütün qızıl-zinət əşyalarından deyil, yalnız həmin iddiada istənilən əşyalardan imtina edilmişdir.
24. Məhkəmə kollegiyası həm də xüsusi olaraq qeyd etmişdir ki, həmin mülki işdəki tərəflərlə hazırkı işdəki tərəflər fərqlidirlər. Bundan başqa, cavabdeh rayon məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “qızılları evdə qoyub çıxmışam”. Bununla da müəyyən olunmuşdur ki, cavabdehin iddiaya etiraz edərkən hazırkı iddiada istənilən əşyaların iddiaçıya aid olmaması barədə bildirdikləri əsassızdır. Cavabdeh həmin hala dair məhkəməyə hər hansı başqa sübut təqdim edə bilməmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, cavabdehlə iddiaçının atasının arasında mübahisə, o cümlədən əmlak bölgüsünə dair mübahisə olmuş, həmin vaxt iddiaçı anasının qərarına əsasən anası ilə birlikdə, əvvəllər ataları ilə birgə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ***- saylı evdən özlərinə aid olan bütün əşyalarını götürərək Bakı şəhəri, Nərimanov rayonu F.Xoyski küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binadakı məzilə (39) köçmüşlər, orada il yarımadək birlikdə mehriban yaşamışlar, iddiaçı həmin vaxt tələbə olmuş, evin idarə edilməsi bütünlüklə cavabdehin istək və iradəsinə bağlı olmuş, o cümlədən də əşyaların, xüsusən də qiymətli əşyaların harada və necə saxlanması da cavabdehin sərəncamında olmuş, sonra cavabdehin iddiaçıya bağışladığı evin qeri qaytarılması zəmnində iddiaçı ilə cavabdehin arasında münaqişə baş vermiş, bu münaqişə davaya çevrilmiş, ##.##.2025-ci il tarixində mənzildə olarkən cavabdeh qızına “əl qaldırmış”, qızı isə fürsətdən istifadə edərək anası çölə çıxarkən qapını bağlamış və anasını mənzilə buraxmamış, baş vermiş hadisə ilə bağlı hər iki tərəf 102 xidmətinə müraciət etmiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, polis əməldaşları tərəfləri sakitləşdirməyə və münaqişəni yatırmağa çalışmışlar, baş vermiş bu münaqişədən sonra cavabdeh bütün əşyalarını yığaraq birdəfəlik həmin mənzildən getmişdir.
26. Cavabdeh iddiaçıya məxsus qızıl əşyalarının onda olması və onun tərəfindən aparılmasına dair iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrini şübhə altına almış və onların “öyrədilmiş” olduğunu bildirmişdir.
27. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, polisin təhqiqatçısı tərəflər arasında baş vermiş münaqişənin araşdırmasını aparmışdır, onda məlum olur ki, polisin tədqiqatçısının həmin məlumatları bilməsi anlaşılandır. Bununla belə, iddiaçı ilə cavabdeh arasında baş vermiş münaqişəni, onun hətta ananın doğma qızına “əl qaldırması”, qızın isə mənzilin qapısını bağlayıb öz anasını mənzilə buraxmaması, hər iki tərəfin yardım üçün 102-xidmətinə, polisə müraciət etməsinə qədər kəskinləşməsi zəmnində cavabdehin mənzildən yığışıb birdəfəlik gedərkən özünə məxsus hər şeyi apardığı halda, iddiaçıya məxsus qızıl-zinət əşyalarını ayırmayıb orada qoyması məntiqli və ağlabatan görünmür və inandırıcı da deyildir.
28. Beləliklə də həmin mənzilə köçərək orada yaşamaq qərarını məhz cavabdeh qəbul etmiş, yaşadıqları müddətdə də evin idarə olunması, mənzildə əşyaların harada və necə yerləşdirilməsinin də sərəncamçısı cavabdeh olmuşdur.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh əşyanın mövcudluğunu, onun iddiaçıya məxsusluğunu, eləcə də tələb edilən əşyanın cavabdehin sahibliyində olmasını mübahisələndirmir, əksinə, bunları təsdiq edir, lakin özgə əmlakının saxlanmasının qanunsuz olmadığını, saxlamanın qanuni əsaslarının olduğunu saxlanc müqaviləsinə əsasən, ləngitmə hüququ və qanunda və müqavilədə nəzərdə tuulmuş digər əsaslarla bildirmiş olsun. Hazırkı işdə belə bir hal mövcud deyildir. Demək ki, iddiaçının əşyalarının cavabdehdə qalmasının hər hansı qanuni əsası yoxdur, deməli cavabdeh həmin əşyalara münasibətdə qanunsuz sahibdir.
30. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, cavabdeh iddiaya etiraz etsə də, ondan tələb edilən əşyaların dəyərini nə rayon məhkəməsində işə baxılarkən, nə də apellyasiya icraatı zamanı mübahisələndirməmişdir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 13.1 və 29-cu maddələrinə, Mülki Məcəllənin 55.4, 55.5, 55.6, 157.2, 181.1, 181.2, 181.3, 181.4, 182.1-ci maddələrinə, habelə MPM-nin 14.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (vəkil vəkil4) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti, apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, Natiq Mehdiyevlə cavabdeh arasındakı barışıqda ailəyə məxsus bütün qızıl-zinət əşyalarından deyil, yalnız həmin iddiada tələb olunan əşyalardan imtina edilmişdi və hazırkı işdəki əşyalar fərqli idi. Məhkəmə ##.##.2024-cü il tarixli qərardadla barışıq sazişini təsdiqləmiş, həmin sazişə əsasən Natiq Mehdiyev konkret iddia predmeti olan qızıllar və pul tələbindən imtina etmişdi. Tərəflər gələcəkdə bir-birinə qarşı əmlak tələbi irəli sürməyəcəklərini bəyan etmişdilər. Buna baxmayaraq, iddiaçı yenidən iddia qaldırmışdı. Məhkəmə şahid ifadələrinə əsaslanaraq əşyaların cavabdehdə olduğu qənaətinə gəlmiş və onların qaytarılmasına qərar vermişdi. Qeyd olunmuşdur ki, iş üzrə mühüm hallar tam araşdırılmamış, sübutlar yetərli olmamış, maddi hüquq normaları səhv tətbiq edilmiş və qətnamə əsassız olmuşdu. Cavabdehin evində olan qızılların siyahısı isə əvvəlki qərardadda dəqiq göstərilmişdi. Apellyasiya instansiyası məhkəməsi qətnaməni prosessual hüquq normalarını pozaraq çıxarmışdı və bu səbəbdən qərar ləğv edilməli idi. Məhkəmə işə yenidən baxarkən sübutları təkrar araşdırmamış, şahid ifadələrindəki ziddiyyətləri aradan qaldırmamış, heç bir şahidi yenidən dindirməmiş və birinci instansiyanın qətnaməsini təsdiqləmişdi. Qanuni qüvvəyə minmiş barışıq sazişi ilə müəyyən edilmiş hallara düzgün qiymət verilməmiş, qızıl-zinət əşyaları ilə bağlı əvvəlki qərardad nəzərə alınmamışdır. Məhkəmə kollegiyası səhv nəticəyə gəlmişdir ki, yalnız əvvəlki iddiada tələb olunan əşyalardan imtina edilmişdi. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi AR MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmamış, sübutlar mümkünlük, aidlik və mötəbərlik baxımından düzgün qiymətləndirilməmiş və nəticə əsaslandırılmamışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
36. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
51. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
52. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
53. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə mübahisəli əşyaların iddiaçıya məxsusluğu yoxlanılmalıdır. İddiaçı bununla bağlı məhkəməyə öz izahatından başqa şahid ifadələri və polisdə aparılmış araşdırma materiallarını təqdim etmişdir. Həmin sübutlarla əşyaların iddiaçıya aid olduğu müəyyən olunur.
54. Eyni zamanda cavabdeh də buna etiraz etdiyindən onun etiraznın dəliləri də araşdırılmalıdır. Cavabdeh etirazında yalnız keçmiş əri Natiq Mehdiyevlə əmlak mübahisəsi üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə istinad edərək göstərmişdir ki, həmin razılaşmaya əsasən ərinin aldığı bütün qızıl-zinət əşyaları ona verilmişdir.
55. İddiaçı isə öz növbəsində cavabdehin bu etiraz dəlilinə etiraz edərək bildirmişdir ki, Natiq Mehdiyevlə cavabdeh arasında olan barışıqda belə bir şərt yoxdur, cavabdeh həmin barışığın şərtini təhrif edir, orada yalnız həmin iddiada istənilən əşyalardan bəhs olunur ki, həmin əşyalarla hazırkı iddiadakı əşyalar tam fərqlidir.
56. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin 3.1-ci bəndindən görünür ki, həmin işdə iddiaçı olan Natiq Mehdiyev öz iddiasında tələb etdiyi əşyaların qaytarılmasına dair tələbindən imtina etmişdir. Belə olan halda həmin razılaşmada cavabdehin istinad etdiyi kimi ailəyə məxsus bütün qızıl-zinət əşyalarından deyil, yalnız həmin iddia tələbi üzrə tələb olunan əşyalardan imtina edilmişdir.
57. Apellyasiya instansiyası məhkəməsi, həm də xüsusi olaraq qeyd etmişdir ki, həmin mülki işdəki tərəflərlə hazırkı işdəki tərəflər fərqlidirlər. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “qızılları evdə qoyub çıxmışam”. Cavabdehin bu etirafı ilə də müəyyən olunmuşdur ki, o iddiaya etiraz edərkən hazırkı iddia tələbində iddia olunan əşyaların iddiaçıya aid olmaması barədə irəli sürdüyü arqumentlər tam əsassızdır və cavabdeh həmin hallara dair məhkəməyə hər hansı başqa sübutlar təqdim edə bilməmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, cavabdehlə iddiaçının atasının arasında mübahisə, o cümlədən əmlak bölgüsünə dair mübahisə olmuş, həmin vaxt iddiaçı anasının qərarına əsasən anası ilə birlikdə, əvvəllər ataları ilə birgə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ***- saylı evdən özlərinə aid olan bütün əşyalarını götürərək Bakı şəhəri, Nərimanov rayonu F.Xoyski küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binadakı məzilə (39) köçmüşlər, orada il yarımadək birlikdə mehriban yaşamışlar, iddiaçı həmin vaxt tələbə olmuş, evin idarə edilməsi bütünlüklə cavabdehin istək və iradəsinə bağlı olmuş, o cümlədən də əşyaların, xüsusən də qiymətli əşyaların harada və necə saxlanması da cavabdehin sərəncamında olmuş, sonra cavabdehin iddiaçıya bağışladığı evin qeri qaytarılması zəmnində iddiaçı ilə cavabdehin arasında münaqişə baş vermiş, bu münaqişə davaya çevrilmiş, ##.##.2025-ci il tarixində mənzildə olarkən cavabdeh qızına “əl qaldırmış”, qızı isə fürsətdən istifadə edərək anası çölə çıxarkən qapını bağlamış və anasını mənzilə buraxmamış, baş vermiş hadisə ilə bağlı hər iki tərəf 102 xidmətinə müraciət etmiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, polis əməldaşları tərəfləri sakitləşdirməyə və münaqişəni yatırmağa çalışmışlar, baş vermiş bu münaqişədən sonra cavabdeh bütün əşyalarını yığaraq birdəfəlik həmin mənzildən getmişdir.
59. Cavabdeh iddiaçıya məxsus qızıl əşyalarının onda olması və onun tərəfindən aparılmasına dair iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrini şübhə altına almış və onların “öyrədilmiş” olduğunu bildirmişdir.
60. Bu sübutlarla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ki, polisin təhqiqatçısı tərəflər arasında baş vermiş münaqişənin araşdırmasını aparmışdır, onda məlum olur ki, polisin tədqiqatçısının həmin məlumatları bilməsi anlaşılandır. Bununla belə, iddiaçı ilə cavabdeh arasında baş vermiş münaqişəni, onun hətta ananın doğma qızına “əl qaldırması”, qızın isə mənzilin qapısını bağlayıb öz anasını mənzilə buraxmaması, hər iki tərəfin yardım üçün 102-xidmətinə, polisə müraciət etməsinə qədər kəskinləşməsi zəmnində cavabdehin mənzildən yığışıb birdəfəlik gedərkən özünə məxsus hər şeyi apardığı halda, iddiaçıya məxsus qızıl-zinət əşyalarını ayırmayıb orada qoyması məntiqli və ağlabatan görünmür və inandırıcı da deyildir. Beləliklə də həmin mənzilə köçərək orada yaşamaq qərarını məhz cavabdeh qəbul etmiş, yaşadıqları müddətdə də evin idarə olunması, mənzildə əşyaların harada və necə yerləşdirilməsinin də sərəncamçısı cavabdeh olmuşdur.
61. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, cavabdeh əşyanın mövcudluğunu, onun iddiaçıya məxsusluğunu, eləcə də tələb edilən əşyanın cavabdehin sahibliyində olmasını mübahisələndirmir, əksinə, bunları təsdiq edir, lakin özgə əmlakının saxlanmasının qanunsuz olmadığını, saxlamanın qanuni əsaslarının olduğunu saxlanc müqaviləsinə əsasən, ləngitmə hüququ və qanunda və müqavilədə nəzərdə tuulmuş digər əsaslarla bildirmiş olsun. Hazırkı işdə belə bir hal mövcud deyildir. Belə olan halda iddiaçının əşyalarının cavabdehdə qalmasının hər hansı qanuni əsası yoxdur və cavabdeh həmin əşyalara münasibətdə qanunsuz sahibdir.
62. Apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, cavabdeh iddiaya etiraz etsə də, ondan tələb edilən əşyaların dəyərini nə rayon məhkəməsində işə baxılarkən, nə də apellyasiya icraatı zamanı mübahisələndirməmişdir.
63. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Mehdiyava Xalidə Həbib qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.