Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-521/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi üzrə QƏRARİ (Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr, uşaqların ananın himayədə qalması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment tutulması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “uşağın anaya qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh 2014-cü il tarixdə faktiki ailə qurmuşlar.Tərəflərin münasibətlərindən ## ######## 2016-cı il təvəllüdlü X1 adlı bir uşaqları var.
2. Tovuz rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı ## ######## 2016-ci il təvəllüdlü Rəsul adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentın alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
3. Faktiki vəziyyətdə uşaq İddiaçı ilə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı (bundan sonra “iddiaçı” və ya “qarşılıqlı cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2016-cı il tarixdə anadan olmuş X1 onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağın saxlanması üçün hər ay cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh” və ya “qarşılıqlı iddiaçı”) 200 manat sabit pul məbləğində alimentin alınaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, alimenti vaxtlı-vaxtında ödəmişdir. 2024-cü ildə telefonla danışıq zamanı cavabdeh iddiaçıya yenidən ailə qurmaq istədiyini bildirəndə, cavabdehə övladının ailə qurduğu adamın yaşadığı yerə aparılmasına narazılığını bildirmişdir. Həmin vaxt cavabdeh iddiaçıya “onda gəl uşağı apar” cavabını verdiyindən, iddiaçı da gedərək uşağı yanına gətirmişdir. 2024-cü ilin sentyabr ayından uşaq iddiaçının yanında qalmaqla, Beyləqan şəhəri, F.Hacıyev adına * nömrəli tam orta məktəbdə təhsil alır. Hazırda uşaq iddiaçıya bağlıdır və onun yanında qalmaq istədiyini bildirmişdir. İddiaçı işi ilə bağlı evdə olmayanda uşağına ata və anası baxır. Odur ki,
6. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rəsul adlı uşağının iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılıb ki, ki, uşaq atasının yanında olduğundan və atası uşağı qarşılıqlı iddiaçıya vermədiyindən o, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli **(***)-*/**** saylı qərardadı ilə həmin ərizə qismən təmin edilmişdir. Elə bu səbəbdən də iddiaçı hazırkı ilk iddia ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı ilə ayrıldıqdan sonra uşaq cavabehin yanında qalmışdır. İddiaçı atasının xəstə olduğunu bildirmiş və uşağını babası ilə görüşdürmək adı ilə Beyləqan rayonuna gətirmişdir. Lakin uşağı sonradan qaytarmamışdır. Buna görə cavabdeh bir müddət Beyləqanda qalmış, sonradan narazılıq olduğu üçün çıxıb getmişdir. Cavabdeh bir neçə dəfə uşağı ilə görüşmək istəmiş, iddiaçı onun nömrəsini blokladığı üçün telefonla əlaqə saxlaya bilməmişdir. Bundan başqa, bayramda gəlib uşağı ilə görüşmək istəmiş, iddiaçı uşağı cavabdehə vermədiyindən evdə uşağı ilə görüşmüşdür. İddiaçı uşağa yaxşı baxmır və uşağını xəstələndirir. İddiaçını hərəkəti uşağı ana qayğısından məhrum edir. Uşağının ana qayğısına və nəvazişinə ehtiyacı vardır. Uşağın cavabdehdə qalmasına mane olan hər hansı hal mövcud deyildir. Cavabdeh iddiaçıya “kimləsə ailə quracam, gəl, uşağını apar” deməmişdir. Cavabdeh uşağını götürməyə gedərkən iddiaçı ona şiddət göstərmiş və uşağı cavabdehə verməmişdir. İddiaçı ilə əvəllər münasibətləri yaxşı olsa da, son illər cavabdehə nalayiq sözlər demiş, ona şər atmış, şiddət göstərib təhqir etmişdir. İddiaçı uşağı özü ilə kafe və çayxanaya aparır, uşağa mobil telefon alıb, avtomobili idarə etmək üçün uşağa verir, uşaq da belə şeylərdən şirniklənib atası ilə qalmaq istədiyini bildirmişdir. Uşaq birinci və ikinci sinfi cavabdehin yanında oxumuşdur. Uşağın paltarını yumaq, onu ütüləmək və təmiz saxlamaq vacib məsələdir. Uşaq anadan olandan uşağının qulluğunda cavabdeh özü durmuşdur. Hazırda isə iddiaçı işə gedir, uşaq iddiaçının yaşlı valideynlərinin yanında qalır. Halbuki, cavabdeh özü uşağını saxlamaq, onun tərbiyyəsi ilə məşğul olmaq iqtidarındadır.
8. Birinci instansiya məhkəməsi Tovuz Rayon İcra Hakimiyyətinin və beyləqan Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyalarından müvafiq rəylər almışdır.
9. Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyanın rəyinə görə komissiyanın iclasına dəvət olunmuş X1 ilə aparılan söhbət zamanı verilən suallara cavab olaraq onun ataya bağlılığı müəyyən edilmiş, uşaq atasının yanında qalmaq istədiyini bildirmişdir. Komissiya ##.##.2016-cı il tarixdə anadan olan X1 atasına bağlılığını nəzərə alaraq onun atasının yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir.
10. Tovuz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilil Komissiyası uşağın mənafeyini, səhhətini, uşağın anasının həyat şəraitinin müayinə edilməsinin nəticələrini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü və 114-cü maddələrini nəzərə alaraq uşağın mənafeyinin üstünlüyünü, uşağın təlim tərbiyəsinin, gələcək təhsilini nəzərə alaraq normal yaşaması üçün anasının yanında və himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir.
11. Birinci instansiya məhkəməsində Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyanın nümayəndəsi təmsil etdiyi orqanını verdiyi rəyi müdafiə etdiyini bildirmişdir.
12. Birinci instansiya məhkəməsində psixoloqun iştirakı ilə fikri dinlənilən uşaq bildirmişdir ki, atasının yanında qalmaq istəyir, anası tələbkardır, onu döyür, atası isə heç vaxt onu döyməyib, təzyiq göstərməyib.
13. Birinci instansiya məhkəməsində Rəsul adlı uşağın sinif rəhbəri Beyləqan şəhəri, F.Hacıyev adına * nömrəli tam orta məktəbin müəlliməsi Quliyeva Tamara İsa qızı göstərmişdir ki, Rəsul Ağazadə həmin məktəbin III sinfində oxuyur. Rəsul hər gün məktəbə gəlməklə davamiyyəti yaxşıdır, lakin oxumağı zəifdir. Onu məktəbə atası və babası gətirib-aparır, lakin bir dəfə anasının məktəbə gəldiyini görmüşdür.
14. Birinci instansiya məhkəməsində Beyləqan şəhər * saylı tam orta məktəbin psixoloqu X3 adlı uşaqla söhbət zamanı onun atasının və ya anasının yanında qalmaqla bağlı fikir bildirmədiyini, ona görə də uşağın valideynlərdən hansına daha çox bağlılığını müəyyən etməyin mümkün olmadığını, birgə yaşadıqları vaxtda anasının uşağın tərbiyəsi ilə daha yaxından məşğul olmasını və uşağa qarşı tələbkar olduğunun müəyyən edildiyini bildirmişdir.
15. Beyləqan Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin olunmuş, ##.##.2016-cı il tarixdə anadan olan X1 iddiaçıdan (qarşılıqlı cavabdehdən) alınıb cavabdehə (qarşılıqlı iddiaçıya) verilməsi qət edilmişdir. (hakim Ramiz Nurullayev)
16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından olan Rəsul adlı uşaq uzun müddət anasının yanında yaşamış, ananın uşağın saxlanmasına mənfi təsir edən hər hansı bir hal yoxdur. Əksinə, cavabdeh (ana) uşağın qayğısı, təhsili və tərbiyəsi ilə daha yaxından məşğul olmuş, iddiaçı (ata) isə uşağa mobil telefon və sair əşyalar almaqla onu şirnikləndirmiş və uşağın zəif oxumasına şərait yaratmışdır.
17. Birinci instansiya məhkəməsi Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyası, həm də Tovuz rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyası hər iki valideynlər tərəfindən uşağın normal yaşaması, təhsil alması üçün şəraitlərinin olması barədə rəy vermişlər. Həmçinin iddiaçı işləməsi ilə bağlı evdə olmayan vaxtda uşağa onun yaşlı valideynləri baxırlar. Halbuki, valideyn kimi doğma anası uşağın saxlanmasında, onun tərbiyə edilməsində daha üstün hüquqlara malikdir. Çünki uşaq uzun müddət anası ilə yaşamış, ana kimi cavabdeh onun bütün qayğıları ilə məşğul olmuşdur. Hazırda ana tərəfindən uşağın saxlanması, tərbiyə edilməsinə maneə olan hər hansı bir halların olması müəyyən edilməmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 49.3, 52, 56.1, 58.1, 58.2, 58.3-cü, “Uşaq hüquqları haqqında” Qanunun 17, 19-cu, BMT-nin “Uşaq hüquqları haqqında» ## ###### 1989-cu il tarixli Konvensiyasının 18-ci, “Uşaq Hüquqları haqqında” ## ###### 1959-cu il tarixli Bəyannamənin 6-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, № *-*/**** saylı Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı (qarşılıqlı cavabdeh) apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiç etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsi Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyasının rəyini nəzərə almamışdır. Bundan əlavə, azyaşlı oğlu Rəsulun fikri dinlənilməmiş, onun fikri nəzərə alınmamışdır. Məhkəmə həmin rəyi və uşağın fikrini qanunvericiliyin tələblərinə görə nəzərə almalı idi. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, övladı Rəsulun faktiki olaraq iddiaçının himayəsində olması, anası ilə, ümumiyyətlə, görüşmək istəməməsi və onun himayəsində yaşamaqdan qəti imtina etməsi kimi işin faktiki halları nəzərə almayaraq, anası ilə də ünsiyyətinin olmasına əsaslanaraq onun atasından alınaraq anasına verilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.
21. Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayətinə etiraz edirək göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə uşaq ona verilmişdir. İddiaçı həmin məhkəmə iclaslarında iştirak etmədi, 7 ay müddətində iddiaçı heç vaxt uşağı ilə maraqlanmadı. İddiaçı içki içir, psixoloji problemləri var. Uşaq atasını onu özü ilə çayxanaya və s. böyüklərə aid olan yerlərə apardığı, təlim tərbiyəsinə əhəmiyyət vermədiyi üçün istəyir. Uşaqdır deyə, o, nəyin xeyirli, nəyin zərərli olduğunu dərk etmir. Uşağa psixoloji təsiri ata edə bilər, uşaq onun yanındadır.
22. Apellyasiya instansiyası məhkəməsi psixoloji ekspertiza təyin etmişdir.
23. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/*** saylı ekspert rəyinə əsasən, valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik ##.##.2016-cı il təvəllüdlü X1 emosional-iradi sferasına neqativ təsir göstərməklə, anası Cavabdeh olan münasibətinə sirayət etmişdir. ##.##.2016-cı il təvəllüdlü X1 hal-hazırda atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı üzə çıxmır. ##.##.2016-cı il təvəllüdlü X1 əqli və psixi inkişafına görə öz fikirlərini ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Lakin X1 anası Cavabdeh ilə ünsiyyətdə olması ilə bağlı kənar psixoloji təsir əlamətləri üzə çıxır. X1 normal psixi inkişafı baxımından hər iki valideyni ilə ünsiyyətinin və görüşlərinin təmin edilməsi psixoloji cəhətdən məqsədəmüvafiqdir.
24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Tofiq Heydərov)
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, uşaqların maraqlarının qorunması prinsipinə əsasən, məhkəmə uşağın fikrini nəzərə almalı, lakin onu mütləq əsas kimi qəbul etməməlidir. Qərar qəbul edərkən bütün hüquqi və psixoloji aspektlər qiymətləndirilməli, əsas diqqət uşağın rifahına yönəldilməlidir. Uşaqların yalnız öz istəyinə əsaslanaraq qərar vermək, onun tərbiyə və təhsil mühitini təhlükə altına ala bilər. Odur ki, onların yaş xüsusiyyətləri, psixoloji vəziyyəti və onların qərarvermə qabiliyyətinin yetkin olmaması nəzərə alınmalıdır. Bundan əlavə, uşaqların fikri müəyyən təsirlərin nəticəsi ola biləcəyindən, məhkəmə onların maraqlarına ən uyğun olan qərarı vermək üçün valideynlərin tərbiyə imkanlarını, sosial və maddi şəraitini, qardaş və bacının birlikdə qalmasının üstünlüklərini də nəzərdən keçirməlidir. Bu baxımdan, uşaqların istəkləri mühüm amil olsa da, onların mənafeyinin qorunması yalnız bu istəklərlə məhdudlaşmamalı, kompleks yanaşma tələb etməlidir. Uşağın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı mübahisələrdə sübutlara münasibət formal və ayrı-ayrı yanaşma ilə məhdudlaşa bilməz; əksinə, məhkəmə təqdim edilmiş bütün sübutları qarşılıqlı əlaqədə, məcmu şəkildə və işin faktiki hallarının bütöv mənzərəsini formalaşdıracaq formada qiymətləndirməlidir. Valideynlərin maddi imkanları, yaşayış şəraiti, uşağa göstərilən faktiki qayğı, onun gündəlik ehtiyaclarının necə ödənilməsi, tərbiyə və təhsil prosesində iştirak səviyyəsi, habelə uşağın psixoloji və emosional sabitliyinə təsir edən amillər bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı təsir və tarazlıq çərçivəsində araşdırılmalıdır. Sübutların məcmu qiymətləndirilməsi məhkəməyə formal üstünlüklərə deyil, real vəziyyətə əsaslanan nəticə çıxarmağa imkan verir və yalnız bu halda qərar ədalətli və məqsədəuyğun hesab oluna bilər. Bu kateqoriyadan olan işlərdə məhkəmə baxışının əsas yönləndirici meyarı uşağın ən üstün mənafeyinin təmin olunmasıdır. Uşağın maraqları valideynlərin şəxsi istəklərindən, qarşılıqlı mübahisələrindən və ya formal hüquqi üstünlüklərindən üstün tutulmalı, qərar uşağın fiziki, psixoloji, sosial və mənəvi inkişafı üçün ən əlverişli mühitin təmin edilməsinə xidmət etməlidir. Məhkəmə uşağın sabit yaşayış mühitinə, emosional bağlılıqlarına, sosial çevrəsinə və inkişaf perspektivlərinə mümkün təsirləri nəzərə alaraq, onu risk və qeyrimüəyyənliklərdən qoruyan, davamlı və təhlükəsiz həyat şəraitini təmin edən valideynlə yaşamasının uşağın mənafeyinə daha çox uyğun olubolmadığını müəyyən etməlidir. Bu yanaşma uşağın hüquqlarının real müdafiəsini təmin edən əsas prinsip kimi çıxış edir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən mövqeyə istinadən birinci instansiya məhkəməsinin Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyasının rəyini və həmin rəy üzrə nümayəndə tərəfindən verilmiş izahatları nəzərə almaması barədə apelklyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərmişdir ki, birinci instansiya məhkəməsi yalnız Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyasının rəyini deyil, eyni zamanda Tovuz rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyasının rəyini də araşdırmış, hər iki rəyə münasibət bildirmişdir. Bu rəylərin biri uşağın atasına bağlılığını əsas götürərək onun atası yanında qalmasını məqsədəmüvafiq hesab etdiyi halda, digər rəy uşağın mənafeyini, səhhətini, tərbiyə və təhsil şəraitini, ananın həyat şəraitini və valideynlik funksiyalarını icra etmə imkanlarını nəzərə alaraq uşağın anası yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ziddiyyətli rəylərin mövcudluğu şəraitində məhkəmənin hər hansı bir rəyə üstünlük verməsi deyil, bu rəyləri digər sübutlarla birlikdə məcmu qaydada qiymətləndirməsi hüquqi baxımdan düzgün yanaşma hesab edilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi uşağın fikrinin məhkəmə iclasında dinlənilməməsi barədə apellyasiya şikayətini dəlillərinə münasibətdə göstərmişdir ki, məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolundan görünür ki, ##.##.2016-cı il təvəllüdlü X1 məhkəmə iclasında dindirilmişdirdir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 7.5-ci bəndinə əsasən, uşağın fikrinin dinlənilməsi və nəzərə alınması məhkəmə üçün mütləq şərt olmaqla yanaşı, bu fikir mübahisənin həlli üçün yeganə və həlledici əsas hesab edilə bilməz. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla, o cümlədən onun psixoloji vəziyyəti, inkişaf səviyyəsi, valideynlər arasında münasibətlər və uşağın uzunmüddətli maraqları ilə birlikdə qiymətləndirməlidir.
28. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, psixoloji ekspertizanın rəyinə görə valideynlər arasında mövcud olan gərgin münasibətlər uşağın emosionaliradi sferasına neqativ təsir göstərmiş və bu təsir anaya münasibətdə daha qabarıq şəkildə özünü büruzə vermişdir. Bu fakt göstərir ki, uşağın anaya qarşı mənfi münasibəti obyektiv əsaslardan deyil, valideynlər arasındakı konfliktli münasibətlərdən və kənar psixoloji təsirdən qaynaqlanır. Belə şəraitdə məhkəmənin uşağın mövcud psixoloji vəziyyətini dərinliklə təhlil edərək onun gələcək normal psixi inkişafını təmin etməyə yönəlmiş qərar qəbul etməsi zəruri olmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu məqam uşağın hazırda anaya qarşı münasibətlərində müşahidə olunan müəyyən soyuqluğun onun azad və obyektiv seçimlərinin nəticəsi olmadığını, əksinə ailədaxili münaqişə mühitinin psixoloji təsirindən qaynaqlandığını göstərir. Belə olan halda, onun ifadə etdiyi arzular təkbaşına həlledici hesab edilə bilməz və məhkəmə tərəfindən digər amillərlə birlikdə qiymətləndirilməlidir. Uşağın emosional vəziyyətinin sabitləşdirilməsi və anası ilə münasibətlərində yaranmış neqativ təsirin aradan qaldırılması üçün onun ana qayğısına ehtiyacı xüsusi önəm kəsb edir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, iddiaçı (ata) işləməsi ilə bağlı evdə olmadığı vaxtlarda uşağa əsasən onun yaşlı valideynləri baxır. Halbuki, valideynlik funksiyalarının icrası baxımından doğma ana uşağın gündəlik saxlanması, tərbiyə edilməsi və emosional ehtiyaclarının ödənilməsində birbaşa və daimi rol oynamaq imkanına malikdir.
30. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, uşağın uzun müddət anası ilə yaşaması, ana kimi cavabdehin onun bütün qayğıları ilə bilavasitə məşğul olması və hazırda ananın valideynlik hüquqlarını icra etməsinə mane olan hər hansı obyektiv halın mövcud olmaması iş materialları ilə təsdiq olunur.
31. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya şikayətində uşağın faktiki olaraq atasının himayəsində olması və anası ilə görüşmək istəməməsi kimi hallar xüsusi vurğulansa da, bu hallar uşağın yaşayış yerinin müəyyən edilməsi üçün müstəqil və həlledici əsas hesab edilə bilməz. Belə ki, məhkəmə üçün əsas meyar uşağın cari istəkləri deyil, onun uzunmüddətli fiziki, psixoloji, sosial və mənəvi inkişafının təmin olunmasıdır.
32. Bundan əlavə, ekspert rəyində uşağın normal psixi inkişafı baxımından hər iki valideyni ilə ünsiyyətinin və görüşlərinin təmin edilməsinin psixoloji cəhətdən məqsədəmüvafiq hesab edilməsi də göstərir ki, uşağın anadan tam şəkildə uzaqlaşdırılması onun üstün maraqlarına ziddir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən uşağın anasının yanında saxlanılması ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini qanuni, müvafiq olaraq da apellyasiya şikayətinin bununla əlaqədar dəlillərini əsassız hesab etmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 49.2, 49.3, 52, 56.1, 58.1, 58.2, 59.1, 60.1, 60.2, 60.4-cü, “Uşaq Hüquqları haqqında” Qanunun 17-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (qarşılıqlı cavabdeh) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ekspert rəyində ##.##.2016-cı il təvəllüdlü X1 əqli və psixi inkişafına görə öz fikrini ifadə etmək qabiliyyətinə malik olması və onun atasına yəni iddiaçıya bağlılığı müəyyən olunmuşdur. Bundan əlavə iddiaçının övladı atasının himayəsində qalmaq istədiyini bildirmişdir. Lakin apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərəkən öz mövqeyini uşağın üstün mənafelərinin əsas götürülməsi ilə əsaslandırmışdır. Ancaq məhkəmə uşağın üstün mənafelərini əsas götürən zaman onun uzun müddətdir, yəni ## ###### 2024-ci il tarixdən faktiki olaraq atasının himayəsində yaşamasını, yaşadığı ünvanda təhsil alması, sevərək yaşadığı və artıq uyğunlaşdığı bir həyatının olmasını onun üstün mənafeyi olması xüsusatını görməzdən gəlmişdir, əsassız olaraq nəzərə bu kimi mühüm halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 49.2 Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 49.3 Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində iddiaçı (qarşılıqlı cavabdeh) qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, uşağın ananın himayəsinə verilməsi ilə bağlı qarşılıqlı iddia üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış və yekun nəticəyə də toplanmış sübutlara hüquqi qiymət verilməklə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 25-33-cü bəndində əks edilən həmin qiymətləndirməsi ilə razılaşır.
43. İşdən görünür ki, Ailə Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilmiş, psixoloji ekspertiza təyin edilmiş, müvafiq rəylər alınmış, qətnamə də işin digər faktiki halları ilə yanaşı, həmin rəylərə MPM-in 88 və 103.1-ci maddələrinə uyğun qiymət verilməklə çıxarılmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi həm Beyləqan Rayon Qəyyumluq Komissiyasının rəyini, həm də uşağın fikrini nəyə görə əsas götürməməsini əsaslandırmış, həmçinin uşağın fikrinin valideynlər arasındakı konfliktli münasibətlər və kənar psixoloji təsirdən qaynaqlanması barədə psixoloji ekspertizanın rəyini nəzərə aldığını göstərmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən ilk növbədə uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır.
45. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 7.1-ci bəndində də qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
46. Barəsində kassasiya şikayəti verilən qətnamədən də görünür ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Plenum qərarına uyğun olaraq uşağın cavabdehin (ananın) himayəsinə verilməsini həmin uşağın əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması baxımından onun mənafeyinə uyğun hesab etmişdir.
47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, analoji işlər üzrə ilk olaraq uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır. Bu zaman uşaqların yaşı, onların təhsil almaları, yaşayış şəraitləri, bacı və qardaşlarının olması və onların bir-birilərinə bağlılığı və s. mühüm hallar nəzərə alınmalıdır.
48. Apellyasiya məhkəməsi hazırkı işdə qeyd olunan halları tam nəzərə almış və gəldiyi nəticəni onlara münasibətdə əsaslandırmışdır. O cümlədən, apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində işin hallarını əlaqəli şəkildə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, uşağın anadan ayrılması uşağın mənafeyinə uyğun deyildir.
49. Məhkəmə kollegiyası uşağın fikrinin nəzərə alınmaması barədə kassasiya şikayətini dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, buna apellyasiya instansiyası məhkəməsi tam qiymət verib.
50. Həmçinin yuxarıda qeyd edilən Plenum Qərarının 7.5-ci bəndində məhkəmələrə izah edilib ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.
51. Bundan əlavə, hazırki işdə isə işə baxılan vaxt uşağın 10 yaşı belə, tamam olmamışdı.
52. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.