Məhkəmə qərarları › İş №2(1-8)-538/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-538/2026

14.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-538/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabit məbləğdə olan alimentin dəyişdirilməsi, alimentin əmək haqqı və ya başqa gəlirlər hissəsində təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinə əsasən ##.##.2008-ci il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində Cavabdeh aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 2219 manat, “X1 Evi” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 1102 manat əmək haqqı alır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan ##.##.2008-ci il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) əmək haqqınının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh aliment öhdəliklərinin icrasından yayınmaqla öz valideynlik vəzifələrinin icrasında boyun qaçırmışdır. Uşaqların maddi təminatı və tərbiyəsi ilə iddiaçı özü məşğul olur. Cavabdeh ana kimi uşaqları ilə bu günədək bir dəfə də olsun maraqlanmamışdır. Halbuki, hazırda cavabdeh eyni zamanda iki yerdə - “xxxx” MMC-də işləməklə hər ay 2200 manat və “X1 evi” MMC-də işləməklə isə hər ay 1100 manat əmək haqqı alır. Cavabdehin müntəzəm gəliri vardır. Odur ki, alimentin cavabdehin əmək haqqına yönəldilməsi zərurəti yaranmışdır.

5. Birincin instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirib ki, birgə nikahdan olan övladları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında onun yanında saxlanılmışdır.Hal-hazırda uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh əlavə xərclərdə iştirak etmir. 175 manat məbləğində alimenti belə vaxtında ödəmir. 1100 manat məbləğində özü əmək haqqı alır. Valideynlərinin pensiyalarını da uşaqlara xərcləyir. Uşaqlar hazırlıqlara gedirlər.Qızı müalicə alır. Bununla bağlı xərclər çox olur. Iddiaçı bunların heç birində iştirak etmir. Mediasiyada 600 manat məbləğində alimentlə razılaşmadılar. Cavabdeh ipoteka ödədiyini iddia edir, lakin bunun heç bir əhəmiyyəti yoxdur. Cavabdeh uşaqlarla görüşə özü gəlmir.

6. Birincin instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, iddiaçı uşaqlarla görüşmək üçün şərait yaratmır. Bu səbəbdən uşaqların əlavə xərclərində iştirak etmir. Onun özünün də, xərcləri çoxdur. Əmək haqqı öz xərclərinin ödənilməsinə kifayət etmir. "X1 Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan əmək müqaviləsi gələn ay başa çatır. Onun ipoteka ödənişi və digər xərcləri var, əmək haqqı kifayət etmir. Pandemiya vaxtı idi və həmin vaxt görüşlə bağlı məhdudiyyətlər var idi. Mediasiyada onunla əlaqə saxlananda bildirmişdir ki, ilkin olaraq uşaqlarla görüşmək istəyir. 950 manat məbləğində əmək haqqı bir iş yerindən, 1950 manat məbləğində əmək haqqı isə bir digər iş yerindən alır. 1000 manat məbləğində ipoteka ödənişi edir. 230 manat məbləğində kredit ödənişi edir. 200 manat məbləğində bir şəxsə borcu var. Ev alan zaman külli miqdarda borc götürmüşdür. 500 manat məbləğində aliment ödəməyi təklif etsə də, lakin iddiaçı buna razılaşmamışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2008-ci il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdehn hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. (hakim Ilkin Əliyev)

8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına görə 2023-cü il tarixdə alimentin tutulması barədə qətnamə qəbul edilərkən cavabdeh bir yerdə işləmiş və iddiaçı sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. Lakin hazırda cavabdeh iki yerdə işləyir və iddiaçı alimentin əmək haqqından hissəvi tutulmasını xahiş edir. Göründüyü kimi iddiaçı sabit pul məbləğində tutulan alimentin hissəvi müəyyən edilməsini tələb etməklə faktiki olaraq cavabdehin maddi vəziyyətində dəyişiklik olduğuna görə alimentin artırılması hüquqi nəticəsini arzu edir.

9. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşır. Iddiaçının tələbi Ailə Məcəlləsinin 112 və 76-cı maddələrinin tələbi baxımından əsaslıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 76.1.2, 78.1, 78.2, 112.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının “cavabdeh aliment öhdəliklərinin icrasından yayınır, ana kimi uşaqlarla bir dəfə də olsun maraqlanmır” barədə arqumentləri tamamilə əsassızdır. Çünki iddiaçı, “uşaqla ünsiyyət barədə iddia tələbi” təmin edilmiş cavabdehə uşaqlarla görüşmək üçün şərait yaratmır. Bu səbəbdən də cavabdeh uşaqların əlavə xərclərində iştirak edə bilmir. Həmçinin cavabdehin özünün də, xərcləri çoxdur. Həmçinin cavabdeh artıq iki deyil, bir iş yerində çalışır. Eyni zamanda, iddiaçının maddi vəziyyəti kifayət qədər yaxşıdır və alimentin artırılması barədə iddianı irəli sürməklə, iddiaçı sadəcə olaraq cavabdehə qarşı aqressiv münasibəti davam etdirmək məqsədi güdür. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi qəbul edildiyi zaman və həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi apellyasiya instansiyasında mübahisələndirilidiyi dövrdə iş materiallarında əks olunmuş ifadə və izahatlarında iddiaçı bildirmişdir ki, hər iki uşağın onda saxlanılması doğrudur və hər iki uşağın lazımi həyat səviyyəsinin təmini üçün onun maddi təminatı vardır. Hazırki iddia ərizəsində isə iddiaçı bildirmişdir ki, uşaqların maddi təminatı və tərbiyəsi ilə özü məşğul olsa da, alimentin cavabdehin əmək haqqına yönəldilməsi zərurəti yaranmışdır. Buna görə də iş üzrə doğru olmayan nəticəyə gəlinmişdir və aliment ödənişi artırılmalı deyildir.

13. Apellyasiya baxışında cavabdeh əlavə olaraq bildirmişdir ki, hazırda işsizdir. Iddiaçı uşaqları götürdü ki, baxa bilir. Onda nəyə görə aliment istəyir. Səhhətində problem olduğu üçün alimenti 2 ay gecikdirmişdir. Iddiaçı deyir ki, cavabdehin maaşı çoxdur, amma belə hal yoxdur. Uşaqları iddiaçı götürüb saxladı, sonra da geri vermədi. Uşaqlar da iddiaçıya uyğunlaşdılar. Düşmənçilik münasibətini davam etdirirlər. Dəfələrlə iddia qaldırmışdır. Uşaqların psixologiyası sarsılıb. Alimenti ödədikdən sonra səhhəti ilə, yaşayış xərci ilə bağlı özünə pul qalmır. 2000 manat kredit üçün ödəyir, yaşayış məsələləri üçün də pul lazımdır. Iddiaçı qərəzli iddia qaldırıb, uşaqları ona qarşı böyüdüb. Uşaqlar onu görmək istəmirlər. 5 ildir uşaqlar iddiaçı ilə qalırlar. Uşaqlara təzyiq göstərməmişdir. Müqaviləsi dünən bitdi. Müddəti bitdiyi üçün bildirildi ki, ərizə yazıb, özü çıxsın ki, gələcəkdə problem olmasın. Həftədə 7 gün işləyirdi, yorulurdu, uzadılmasını istəmədi. Işsizlik barədə arayışı əldə edə bilər

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Fərrux Qasımov)

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən, ümumiyyətlə, azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

17. Hazırkı mübahisə üzrə iddiaçı alimentin cavabdehin əmək haqqından hissəvi tutulmasını tələb edərək, prinsipcə aliment miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin yetərli olmaması, himayəsində olan övladlarını təkbaşına böyütməsi, cavabdehin 2 iş yerində işləyərək aylıq müntəzəm gəlirə malik olması ilə əsaslandırır.

18. Işin müəyyən olunmuş hallarına görə tərəflərin birgə nikahın anadan olmuş uşaqlar iddiaçının himayəsindədir.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin maddi vəziyyətində dəyişiklik olması müəyyən olunmuşdur. Işə birinci instansiya məhkəməsi tərəfindən baxılan dövrdə müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 2219 manat, “X1 Evi” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 1102 manat əmək haqqı alır. 20.

21. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Qanuna əsasən alimentin məbləğinin sonradan dəyişdirilməsi üçün əsas meyar tərəflərdən birinin maddi və ailə vəziyyətində dəyişikliyin olmasıdır.

23. Qeyd etdiklərinə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq, cavabdehin 3000 manatdan çox əmək haqqı almasını əsas götürərək cavabdehdən iki uşaöa görə hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması qənaətinə gəlmişdir.

24. Cavabdehin apellyasiya baxışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən hazırda qüvvədə olan əmək müqaviləsinin olmaması barədə Çıxarış təqdim edərək hazırda işləməməsi barədə dəlilinə münasibətdə Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı iddia tələbində dəyişiklik etmək istəməməsini bildirmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi cavabdehin göstərilən dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli iclasında cavabdeh əmək müqaviləsinin müddətinin dünən bitdiyini, həftədə yeddi gün işləmək istəmədiyini, ərizə yazaraq işdən çıxdığını bildirmişdir. Cavabdeh özü birinci instansiya məhkəməsində verdiyi izahatında xərclərinin çox olmasını ayda 1000 manat ipoteka ödənişi etməsini, iddiaçıya 500 manat aliment ödəməyi təklif etməsini göstərmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin xərclərinin çox olmasına rəğmən onun öz istəyinə əsasən işdən azad edilməsini cavabdehin alimentin dəyişdirilməsinə olan etirazı kimi qəbul edərək, vurğulamışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun olaraq qəbul edildiyindən hazırda apellyasiya baxışında cavabdehin əmək müqaviləsinə öz istəyinə əsasən xitam verilməsi halı qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 76.2, 78.1, 78.2, 112.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, cavabdehin əmək haqqı almamasına baxmayaraq, onun barəsində əmək haqqının 1/3 hissəsində aliment tutulması barədə qətnamənin icraya yönəldilməsi cavabdehin əsassız olaraq icra məmurları tərəfindən narahat edilməsinə, icra məmurlarının özündə də qətnamənin hansı formada icrasını təmin etməklə bağlı qeyri-müəyyənliklərin yaranmasına gətirib çıxarır. Bundan başqa, alimentlə bağlı qəbul edilmiş qətnamə ilk növbədə uşaqların mənafeyinə xidmət etməlidir. Hazırki halda isə uşaqlar faktiki olaraq onların saxlanılması üçün tutulmalı olan alimentdən məhrum edilmiş olur. Belə ki, əmək haqqı almayan valideynin əmək haqqının 1/3 hissəsi həddində aliment təyin edilməsi barədə qəbul edilmiş qətnamənin qüvvəyə minməsi faktiki olaraq qətnamənin icrasını mümkünsüz edərək, həmin valideyn tərəfindən uşaqlar üçün aliment ödənilməməsinə gətirib çıxaracaq. Halbuki, cavabdeh ana kimi uşaqların saxlanılmasında iştirak etmək istəyir və sabit pul məbləğində aliment ödəməyə razıdır, mediasiya prosesi zamanı da iki uşaq üçün 500 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh özü hazrda işləməsə də, ailəsinin dəstəyi ilə sabit pul məbləğində aliment ödəyərək uşaqlarının saxlanılmasında iştirak etmək niyyətindədir. Mübahisələndirilən qətnamə isə həm uşaqları aliment almaq hüququndan məhrum edir, həm də ananı uşaqların saxlanılmasında iştirak etmək vəzifəsini yerinə yetirməkdən məhrum edir.

b) Kassasiya şikayətinə etirazın dəlilləri

30. Cavabdeh kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilib. Bu baxımdan, qətnamə tam yoxlanılır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə hüquqi dəyərləndirməsi ilə razılaşır.

37. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını, o cümlədən iddia tələbi, iddia tələbinə etirazın dəlilləri ilə bağlı xüsusatları, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.

38. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

39. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər (əmək haqqı almaması və s.) üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar