Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-549/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “etibarnamənin və alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin etibarsızlığı, əqdin etibarsızlığı, təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağlanmış əqdin etibarsızlığı, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 96,10 kv.m olan fərdi yaşayış evi X6 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. ## ### 2020-ci il tarixli, 7E-**** reyestr nömrəli etibarnamə ilə X6 harada yerləşməsindən asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri oğlu - cavabdeh1 etibar etmişdir. Etibarnamə 10 il müddətinə ## ### 2030-cu il tarixədək qüvvədədir. Savadsız olma səbəbindən X6 tapşırığı ilə etibarnaməni X8 notariusun iştirakı ilə imzalamışdır.
3. ## ####### 2022-ci il tarixdə bağlanmış 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X6 (müqaviləni satıcının əvəzində etibarnamə ilə cavabdeh1) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0,03 ha torpaq sahəsini cavabdeh2 satmışdır. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 10000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.
4. Ünvanndə yerləşən ümumi sahəsi 96,10 kv.m olan fərdi yaşayış evi ## ####### 2022-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda cavabdeh2 adına qeydiyyata alınmışdır.
5. X6 ## ###### 2022-ci il tarixdə ölmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-
6. maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə in 53-cü müraciət edərək, X6 adından X8 tərəfindən imzalanıb, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənərək cavabdeh1li oğlunun adına verilmiş ## ### 2020-ci il tarixli, AR-II № ****** nömrəli etibarnamənin verildiyi andan etibarsız sayılması və həmin etibarnaməyə əsasən X6 (təmsilçisi cavabdeh1li oğlu) ilə cavabdeh2 arasında bağlanmış ## ####### 2022-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum anası X6 şəxsi mülkiyyətində Ünvanndə 0,03 ha torpaq sahəsinin üzərində 96,10 kv.m sahəsi olan fərdi yaşayış evi olub. Anası ## ###### 2022-ci il tarixdə ölüb. Onlar 2023-cü ildə Bakı şəhəri ** saylı notariat ofisindən, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsindən və * saylı Qəbələ Ərazi Idarəsindən eyni məzmunda rəsmi cavab aldıqdan sonra məlumatları olub ki, analarına məxsus ünvanndəki ev ## ####### 2022-ci il tarixdə oğlu - cavabdeh1 tərəfindən cavabdeh2 Bakı şəhəri ** saylı notariat ofisinin təsdiqlədiyi alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilib. Özgəninkiləşdirmə prosesi etibarnamə əsasında aparılıb. Etibarnamə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənib. Etibarnamə analarının adından oğlu - cavabdeh1 verilib. Onlar həmin evə dair vərəsəlik hüququ olduğuna görə alqı-satqının qanuniliyini yoxlamaq qərarına gəliblər. Məlum olub ki, anasının adından cavabdeh1 2020-ci ildə ** saylı notariat kontorunun xüsusi notariusu Nümayəndə təsdiqlədiyi baş etibarnamə verilib. Həmin etibarnamə əsasında analarına məxsus ünvanndə yerləşən evin alqı-satqısı barədə cavabdeh2 simvolik qiymətə (evin dəyəri 80000-1***** manat olduğu halda, cəmi 10000 manata) uydurma, nəticə əldə etmək niyyəti olmadan alqı-satqı müqaviləsi bağlayıblar. Alıcı bu günədək evə yiyələnməyib. Onlar həmin evə hələ də gedib-gəlirlər. Hazırda da anasının şəxsi və ev əşyaları həmin evdə saxlanılır. Həmin evə dair onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılmayıb və qeydiyyata dair çıxarış verilməyıb. Alıcı cavabdeh2 satıcı cavabdeh1 qonşusudur. Şübhəsiz ki, alıcı işin mahiyyətindən, evin qanunsuz satıldığından və alqı-satqı müqaviləsinin uydurma olduğundan, nəticə əldə etmək niyyətinin olmadığından, evin faktiki dəyərindən çox aşağı rəsmiləşdirildiyindən yaxşı məlumatlıdır. Alqısatqı müqaviləsinin əsasını təşkil edən etibarnamə qanunun bir çox normalarının tələblərinin pozulması ilə, anasının iştirakı və xəbəri olmadan verildiyindən, həm də digər qanun pozuntuları ilə verildiyindən, ləğv edilməlidir. Habelə, həmin etibarnamənin nəticəsindən doğan, mahiyyəti üzrə uydurma olan və cavabdeh cavabdeh1 əsl niyyətini pərdələnək məqsədi ilə bağlanmış alqı-satqı müqaviləsi də eyni zamanda ləğv edilməlidir. iddiaçı1 anası X6 ilə eyni mənzildə, ünvan ünvanında birlikdə yaşayıblar. Etibarnamənin məzmunundan görünür ki, notariat hərəkətləri həmin ünvan ünvanında aparılıb. O, həmin mənzildə yaşadığına görə və əlil olduğu üçün daima evdə qaldığından evə gəlib-gedənlər barəsində dəqiq məlumatı olub. Bu səbəbdən də, şübhəsiz ki, anasının yanına həmin vaxtlarda hər hansı notariat ofisinin işçisi gəlməyib. Etibarnamənin anasının yanında və iştirakı ilə verilməsi həqiqətə uyğun deyil. Etibarnamədə göstərilib ki, guya anası XXX savadsız olduğuna görə etibarnaməni başqa şəxs imzalayıb. Bu tamamilə yalandır. Həmin vaxtlarda anası “ASAN Xidmət” mərkəzindən şəxsiyyət vəsiqəsi alıb. Həmin şəxsiyyət vəsiqəsini özü imzalayıb. Anası oxumağı və yazmağı bilməsə də, imza etməyi bilirdi. Anasına imza etməyi onlar öyrədiblər. Onun nümunə kimi çəkib saxladığı imzaları da hazırda evdə saxlanılır. Bundan başqa, həmin vaxtlarda təsadüfən ailədə qeydə alınmış video-çəkiliş saxlanılıb. Kadrdan görünür ki, anası XXX sərbəst danışır, əli ilə sərbəst hərəkətlər edir. Yəni fiziki və əqli cəhətdən də imza etmək qabiliyyəti olub. Anasının yalnız ölümünə bir neçə ay, təqribən 3-4 ay qalmış özünü idarə etmək qabiliyyəti olmayıb. X3 ölüm vaxtının yaxınlaşdığını bilən cavabdeh1 tələm-tələsik qaydada evə dair uydurma alqı-satqı müqaviləsi bağlayıb. Analarının əvəzinə etibarnamədə imzası olan şəxs etibarnamənin nəticəsində birbaşa maraqları olan şəxsdir. Belə ki, etibarnaməni XXX adlı şəxs imzalayıb. X7 adına etibarnamə verilmiş cavabdeh1 vətəndaş nikahında olduğu arvadıdır. Onlar rəsmi nikah qeydə aldırmadan ər-arvad olaraq həmin mənzilə, yəni ünvan ünvanına anası vəfat etməmişdən daha əvvəl köçüb və orada yaşayırlar. XXXnın etibarnamədəki imzası, əri cavabdeh1 imzasına bərabər tutulmalı və eyni maraqları əhatə etdiyi kimi qiymətləndirilməlidir. Etibarnamədə etibarnamənin məzmunu haqqında analarının tanış edilməsi barədə qeydlər mövcud deyil. Belə ki, bir halda ki, notarius göstərib ki, etibarnaməni başqa şəxsin imzalamasının səbəbi, XXXnın, guya ki, savadsızlığı olub, o halda Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 22-ci bəndinin 2-ci hissəsinə görə notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs görmə qabiliyyəti tam məhdud və savadsızdırsa notarius ona sənədin mətninin oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** nömrəli Qərarı ilə Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən şəxs notariat ofisinə gələ bilmədiyi hallarda notariat hərəkətləri notariat ofisindən kənarda, yalnız videoyazı vasitəsi ilə aparılmalı olduğu halda, mübahisəli etibarnamə videoyazı aparılmadan, həmin qanunun tələbinin pozulması ilə müşayiət edilməklə həyata keçirilib, habelə başqa şəxs tərəfindən deyil, işdə maraqlı şəxs tərəfindən imzalanıb. Mübahisəli etibarnaməni anaları XXXnın əvəzinə XXXnın imzalaması səbəbi, XXXnın savadsızlığı kimi etibarnamədə qeyd edilib. Bu qeydin tamamilə əsassız, uydurma və yalan olduğunu qəti surətdə bildirir. Əvvəla şəxsin savadsızlığı onun sənədi imza etməsi üçün maneə törədə bilməz. Savadsızlıq imza edə bilməməyə dəlalət etmir. Bundan əlavə, sənədi lazım olduğu halda, anaları XXXnın özü sərbəst surətdə imzalamaq iqtidarında olub. Ona görə ki, özünə aid sənədləri həm həmin etibarnamə tərtib edilənədək, həm də etibarnamə tərtib edildikdən sonra özü imzalayıb. Həm də Təlimatda sənədi imzalamağa mane olan hal kimi savadsızlıq birbaşa göstərilməyib. Təlimatın tələbinə görə “şəxs əqdi özü imzalaya bilmədikdə” ifadəsi yazılıb. Savadsızlıq imzalaya bilməmək kimi qiymətləndirilə bilməz. Bir qayda olaraq, imza etməyə şəxsin savadı imkan vermədiyi halda, şəxs hətta barmaq izini basmaqla da imza edə bilər və edir. Lakin, anaları XXX üçün isə buna ehtiyac olmayıb. Onun şəxsiyyət vəsiqəsinə baxdıqda məlum olur ki, imza etmək bacarığı olub. Psixoloji və fiziki sağlamlığına gəldikdə isə, etibarnamə verildikdən sonra təsadüfən qeydə alınıb və saxlanılmış ailə səhnəsinin video çəkilişindən də görünür ki, onun fiziki və psixoloji sağlamlığı tamamilə imkan verirdi ki, sənədi şəxsən özü imzalasın. Bundan başqa, məsələnin qeyd olunan hallarından görünür ki, XXX ölümünə bir neçə ay qalmış özünü idarə edə bilməyib, yataq xəstəsi olub. Onun əvvəllər hərhansı əlilliyi qeydə alınmayıb. XXXya məxsus əmlaka dair alqı-satqı müqaviləsi ## ####### 2022-ci ildə bağlanılıb. Həmin vaxtdan cəmi 48 gün sonra XXX vəfat edib. Bu o deməkdir ki, cavabdeh1 analarının əmlakının satılması nəticəsində əldə etdiyi pulu ona verməyib, habelə verə bilməzdi. Həmin pul cavabdeh1 qalıb. Halbuki, Mülki Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan vəkalət verənə tapşırığın icrasından sonra hesabat verməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan vəkalət verənə tapşırığın icrası ilə bağlı əldə olunanların hamısını verməyə borcludur. Hətta əmlakın dəyəri də vərəsəlik hüququ ilə əhatə olunan predmetdir. Ona görə ki, həmin vəsait vəkalət alan cavabdeh1 özündə qalıb. Beləliklə görünən odur ki, əgər cavabdeh1 qanunsuz yolla anaları XXXnın adından özünün adına etibarnamə əldə etmiş olmasaydı və qanunsuz yolla ona məxsus əmlakı satmasaydı, həmin əmlak miras kimi qalmış olardı və onlar vərəsəlik hüquqlarını həyata keçirə bilərdilər.
8. Cavabdeh cavabdeh2 iddiaya etiraz və mülahizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi əsaslı deyil. Belə ki, iddiaçılar iddia ərizəsində Bakı şəhəri ** saylı notariat ofisi tərəfinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş ## ####### 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv (etibarsız hesab) edilməsinin əsası kimi əldə edilən daşınmaz əmlakın dəyərinin müqavilədə az göstərilməsini, eləcə də müqavilənin görünüş üçün bağlanmasını qeyd ediblər. Bununla bağlı qeyd edilmişdir ki, Ünvanndə yerləşən fərdi yaşayış evinə dair X6 ilə arasında alqı-satqı müqaviləsi bağlanıb, notariat kontorunda qanunla müəyyən edilmiş qaydada təsdiq edilib. Alıcı həmin alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, adına bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Iddia ərizəsində qeyd edilənlər əsassız olmaqla, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hazırkı işdə əqdin həqiqi olmaması (etibarsız hesab edilməsi) üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar mövcud deyil. Mübahisəli evə münasibətdə vicdanlı əldə edən olduğundan, onunla X6 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, X8 onun arvadıdır, sonradan soyadını dəyişərək XXX soyadını götürüb. Iddiaçıların əvvəldən etibarnamə və müqavilədən xəbərləri olub. Vərəsəlik işi açılanda da miras əmlak kimi ancaq Nizami rayonunda olan mənzilin qaldığı bəlli idi.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Q.XXX) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişlər. Iş materiallarından göründüyü kimi iddiaçılar hazırkı iddia tələbi ilə Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır.
12. Belə ki, iddiaçılar mübahisələndirdiyi etibarnamə və müqavilə haqqında bir neçə ay əvvəl məlumat əldə etdiklərini bildirsələr də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Qeyd edilməlidir ki, mübahisələndirilən etibarnamə ## ### 2020-ci ildə tərtib edilmiş, mübahisələndirilən alqı-satqı müqaviləsi isə ## ####### 2022-ci il tarixdə bağlanmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, hazırda məhkəmənin icraatında həmçinin iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh1 qarşı “mənzilin naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair ilkin, iddiaçı cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri ** saylı notariat ofisi cəlb edilməklə cavabdehlər iddiaçı2 və iddiaçı1 qarşı “** saylı notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və iddiaçı1 ilə iddiaçı2 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair qarşılıqlı iddiasına dair e-*(***)-***/**** nömrəli mülki iş vardır və həmin iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
14. Həmin işin hallarına əsasən məhkəməyə məlumdur ki, iddiaçıların anası X6 ## ###### 2022-ci il tarixdə vəfat etmiş və o, sağlığında mülkiyyətində olan başqa bir əmlakla bağlı qızı iddiaçı2 barəsində vəsiyyətnamə tərtib etmişdir. Mərhumun ölümündən sonra açılmış ## #### 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 4/6 hissəsi iddiaçı2, 1/6 hissəsi iddiaçı1 adına qeydiyyata alınmış və qalan 1/6 hissəsi cavabdeh1 miras qalmışdır.
15. Göründüyü kimi artıq 2023-cü ilin iyul ayında iddiaçıların analarının ölümündən sonra vərəsəlik işi açılmış və miras qalmış əmlakla bağlı mirasda payları müəyyən edilmişdir. Lakin mərhumun mülkiyyətində olmuş hazırkı mübahisənin predmenti olan Ünvanndə yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,03 ha torpaq sahəsinə münasibətdə miras payları müəyyən edilməmişdir. Yəni, həmin vaxt əmlak üzərində tərəflərin paylarının müəyyən edilməməsi ilə iddiaçılar artıq həmin əmlakın mərhumun mülkiyyətində olmadığını bilmişlər. Lakin hazırkı iddia ilə məhkəməyə ## ###### 2025-ci il tarixdə müraciət etmişlər. Bu səbəbdən məhkəmə iddiaçıların etibarnamə və müqavilədən məlumatsız olması ilə bağlı dəlillərini əsassız hesab etmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 324, 329, 331, 337, 354, 372-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər C.Musayeva və F.Abdıyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən, iddianın mahiyyəti üzrə əsaslılığına münasibət bildirməmiş, yalnız kəsici müddəti tətbiq edərək həmin əsasla iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
20. Apellyasiya kollegiyası hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından X6 ilə cavabdeh2 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,03 ha torpaq sahəsi barəsində baş tutmuş daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və daşınmaz əmlakın alqı-satqısı bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən iddia həmin hissədə əsassızdır.
21. Belə ki, iddiaçı ilkin olaraq müqavilənin etibarsız hesab edilməsini onun imzalanması üçün verilmiş etibarnamənin mötəbər olmaması ilə əsaslandırmışdır. Göstərilən mövqeyə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, AR-II seriyalı ****** nömrəli ## ### 2020-ci il tarixli etibarnamədən görünür ki, X6 etibarnamə üzrə harada yerləşməsindən asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri cavabdeh1 etibar etmişdir. Etibarnamə 10 il müddətinə ## ### 2030-cu il tarixədək qüvvədədir. Savadsız olma səbəbindən X6 tapşırığı ilə etibarnaməni X8 notariusun iştirakı ilə imzalamışdır.
22. Iddiaçı həmin etibarnaməni mərhum X6 əvəzinə savadsız olması səbəbindən gəlini X8 imzalamasına istinad edərək etibarnamənin mötəbərliliyini mübahisələndirmişdir. Kollegiya göstərilən arqumentə münasibətdə qeyd etmişdir ki, etibarnamənin verildiyi tarixə (## ### 2020-ci il) qüvvədə olan “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur.
23. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən notarial hərəkətini aparmaq istəyən şəxsin adından başqa şəxsin əməliyyat apara bilməsi üçün savadsız olması ilə eyni zamanda kar, kor, kar-lal olması da şərt deyil. Yəni şəxs cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə bu barədə səbəb qeyd edilməklə sənəd başqa şəxs tərəfindən də imzalana bilər ki, savadsızlıq da bu punkt üzrə təkbaşına əsas kimi çıxış edə bilər. Hazırkı iş üzrə də mərhum X6 əvəzinə savadsız olması səbəbindən gəlini X8 tərəfindən etibarnamənin imzalanması adı çəkilən təlimatın tələblərinə uyğun olmuşdur.
24. Həmçinin, iddiaçı mərhum X6 etibarnamənin verilməsində, ümumiyyətlə, iştirak etmədiyini bildirsə də, apellyasiya baxışı zamanı Bakı şəhəri ** saylı notariat ofisinə ünvanlanmış cavaba münasibətdə daxil olan ## ####### 2025-ci il tarixli məktuba cavabda həmin etibarnamə rəsmiləşdirilən zaman “Elektron notariat” informasiya sistemində etibarnamələrdə fotoşəkilin çəkilməsinin nəzərdə tutulmadığı qeyd edilmişdir.
25. Göründüyü kimi, mərhum X6 əmlakı özgəninkiləşdirilmə səlahiyyətinin də nəzərdə tutulduğu baş etibarnaməni könüllü olaraq vermiş və bu zaman verilməsini istəmədiyi səlahiyyətlər və şəxslər dairəsini seçmək onun öz imkanı daxilində olmuşdur. Iddiaçı tərəfindən istinad olunan hallar isə öz təsdiqini hər hansı mötəbər dəlillə tapmamışdır.
26. Bundan əlavə, iddiaçı X6 ilə cavabdeh2 arasında bağlanmış əqdin etibarsız sayılması barədə tələbini onunla əsaslandırmışdır ki, mərhum X6 əmlakı özgəninkiləşdirmək niyyəti olmamış, onun adından cavabdehlər çıxış etmiş və cavabdehlər də əmlakı satmaq məqsədi güdməmiş, əslində, əmlak heç satılmamış, bu əqd uydurma olmaqla görüntü yaratmaq məqsədilə bağlamışdır.
27. Göstərilənlərə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflərdən yalnız birində uydurma əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Belə ki, ilk növbədə, hazırkı iş üzrə iddiaçı tərəflərin arasında görüntü üçün alqı-satqı müqaviləsinin bağlandığını və əslində, əmlakın satılmadığını, cavabdeh2 əmlaka heç sahiblik və istifadə hüququ həyata keçirmədiyini bildirsə də, bu dediklərini təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş video görüntülərdən, həmçinin həm iddiaçı, həm də cavabdehlərin izahatlarından görünmüşdür ki, iddiaçılar mübahisəli evin qapısının cavabdeh tərəfindən qoyulan kilidini qıraraq içəri daxil olmuş və video qeydə almış, həmin görüntülərdə cavabdeh cavabdeh2 həmin fərdi yaşayış evində özünə məxsus əşyalarının olduğu əks olunmuşdur. Bu halda iddiaçı müqavilənin real olmadığını və görüntü yaratmaq üçün bağlandığını bildirsə də, qeyd edilənlər öz təkzibini tapmış olur.
28. Halbuki, müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür.
29. Nəticə etibarilə apellyasiya kollegiyasının qənaətinə görə iddiaçının öz iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına əsas vermir.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 324, 337, 340, 359-cu maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
31. Iddiaçı iddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337, 340, 781, 782-ci, Mülki Prosessual Məcəllənin 14, 106-cı maddələrin tələbləri pozulmuşdur.
33. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyasının qətnaməsində işə aid edilən faktlar tam və düzgün şəkildə əks etdirilməmişdir. Alqı-satqı müqaviləsinin əsasını təşkil edən etibarnamə qanunun bir çox normalarının tələblərinin pozulması ilə verildiyindən ləğv edilməlidir. Habelə, həmin etibarnamənin nəticəsindən doğan, mahiyyəti üzrə uydurma olan və cavabdeh cavabdeh1 əsl niyyətini pərdələmək məqsədi ilə bağlanmış alqı-satqı müqaviləsi də eyni zamanda ləğv edilməlidir. Çünki həmin etibarnamə mərhum X6 tərəfindən deyil cavabdehin arvadı X8 tərəfindən imzalanmışdır. X9 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmağına səbəb olaraq XXXnın savadsız olmağı göstərilmişdir. Lakin, sənədi lazım olduğu halda XXX özü sərbəst imzalamaq iqtidarında olmuşdur. Ona görə ki, özünə aid sənədləri həm həmin etibarnamə tərtib edilənədək, həm də etibarnamə tərtib edildikdən sonra özü imzalamışdır. Həmçinin, XXXnın etibarnamənin məzmunundan xəbəri olmamışdır. X2 və cavabdeh cavabdeh1 arasında mübahisə olmuşdur. XXXnın belə olduğu halda cavabdehə öz iradəsi ilə bütün əmlak və hüquqlarını etibar etməyi real görünmür. Işin faktiki hallarından görünmüşdür ki, ## ### 2020-ci il tarixli etibarnamə və o etibarnamə əsasında təsdiqlənmiş ## ####### 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi isə əqdin etibarsızlığı şərtlərini düzgün qiymətləndirməmişdir. X5 xüsusi mülkiyyətində olan fərdi yaşayış evi cavabdeh tərəfindən simvolik qiymətə, yəni 10000 manata satılmışdır. Halbuki, həmin fərdi yaşayış evinin dəyəri 80000-1***** manatdır. Alqı-satqı müqaviləsini bağlamaqda əsas məqsəd mərhum XXXdan qalan mirasın həcmini azaltmaqdır. Alqı-satqı müqaviləsi ## ####### 2022-ci il tarixində rəsmiləşdirilib, XXX isə bu hadisədən qısa müddət sonra (48 gün) ## ###### 2022-ci ildə vəfat etmişdir. Cavabdeh cavabdeh1 anasının vəziyyətinin pisləşdiyini bilmiş və ondan qalacaq mirasın həcmini azaltmaq niyyəti ilə uydurma əqd bağlamışdır. Həmçinin ## #### 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh2 izahatında qeyd etmişdir ki, fərdi yaşayış evini 10000 manata almağının səbəbi, alqı-satqı müqaviləsinə qədər cavabdeh cavabdeh1 özünə, anasının dəfn mərasiminə 10000 manat da əlavə pul xərcləmişdir. Bundan əlavə, ona məxsus obyekti 4 il ərzində cavabdeh1 200 manat məbləğə icarəyə vermişdir. O, həmin obyektin icarəsindən bu vaxta qədər cavabdeh1 pul almamışdır (birinci instansiya məhkəməsindəki izahat). cavabdeh2 özlüyündə evin dəyərini belə əvəzləşdirmə edib, amma bu real deyil, sadəcə alqı-satqı müqaviləsində göstərilən məbləğin real bazar qiymətinə uyğun yazılmamasının səbəbini uydurma faktlarla sübut etməyə çalışmışdır. Apellyasiya baxışında cavabdeh2 bildirmişdir ki, əgər qarşı tərəfə ödədiyi 40000 manat pulu qaytarsalar, o da evi verə bilər. Halbuki, həmin evin dəyəri nə 10000 manat, nə də 40000 manatdır. Bu faktlara əsasən demək olar ki, ## ####### 2022-ci ildə bağlanmış alqı-satqı müqaviləsi uydurma əqddir və etibarsızdır. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi bu məsələyə əhəmiyyət verməmiş, ətraflı araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Əgər həqiqətən evin dəyərinin 10000 manat olduğu qəbul edilsə belə, həmin 10000 manat qanunun tələbinə uyğun olaraq, cavabdeh cavabdeh1 tərəfindən XXXya təhvil verilməli idi. XXX ölümünə bir neçə ay qalmış özünü idarə edə bilməmiş, yataq xəstəsi olmuşdur. Bu o deməkdir ki, cavabdeh1 analarının əmlakının satılması nəticəsində əldə etdiyi pulu ona verməmişdir, habelə verə bilməzdi. Həmin pul cavabdeh1 qalmışdır. Əmlakın dəyəri də vərəsəlik hüququ ilə əhatə olunan predmetdir. Apellyasiya məhkəməsi isə bu məsələyə ümumiyyətlə toxunmamışdır və nəticədə qanunsuz qətnamə qəbul etmişdir.
34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
38. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
42. Belə ki, iddiaçı vərəsəlik hüququndan çıxış edərək, anasının sağlığında cavabdehə verdiyi etibarnaməni və həmin etibarnamə əsasında mübahisəli daşınmaz əmlak barəsində bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirir.
43. Iddianın birinci hissəsi üzrə iddiaçının mövqeyi ondan ibarət olmuşdur ki, anaları X6 olsa da, imza etməyə bacarmış və ## ### 2020-ci il tarixli etibarnamənin onun adından X8 tərəfindən imzalanması qanunsuz olmuşdur.
44. Apellyasiya məhkəməsi iddianı bu hissədə rədd edərkən mübahisəli etibarnamə təsdiq edilən zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə istinad etmişdir. Belə ki, həmin normaya əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçıların anası savadsız olduğundan, Təlimatın bu bənddəki “cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə” ifadəsinə uyğun X8 tərəfindən etibarnamənin imzalanması qanuni olmuşdur.
45. Lakin, bu zaman apellyasiya instansiyası məhkəməsi mərhum X6 olsa da, sənədləri imzalaya bilməsinə dair iddiaçının dəlilini araşdırmamışdır.
46. Halbuki, iş materiallarında olan (c.1, i.v. 162) X6 adından tərtib olunmuş ## ######## 2021-ci il tarixli vəsiyyətnamə vəsiyyət edən tərəfindən imzalanmaqla, onun yaşlı və savadsız olması səbəbindən şahidlərin iştirakı ilə təsdiq olunmuşdur.
47. Iddianın digər hissəsi üzrə apellyasiya məhkəməsi mübahisələndirilən əqdin əhəmiyyətsiz (uydurma) olmasının sübut edilməməsi qənaətinə gəlmişdir.
48. Bununla belə, apellyasiya məhkəməsi mübahisəli əqdin bağlanması ilə bağlı cavabdehlərin izahatlarına hüquqi qiymət verməmişdir.
49. Belə ki, cavabdeh cavabdeh1 apellyasiya məhkəməsinin ## ####### 2025-ci il tarixli iclasında verdiyi izahatda (c.1, i.v. 235-239) göstərmişdir ki, o, evin tək oğlu olmuş, 1994cü ildən işsiz olmuşdur. Cavabdeh cavabdeh2 ona köməklik etmiş, ona borc vermiş, o, cavabdeh2 obyektini işlətmişdir. Sonuncuya 30000 manat borcu yığıldığından, anasına məxsus mübahisəli evin 40000 manata satmış, həmin borc evin dəyərindən silinməklə, 10000 manat ona verilmişdir. Həmçinin qeyd etmişdir ki, evin həmin zaman faktiki dəyəri 60000 manat təşkil etmiş, “XXX” evi 50000 manata almaq istəmişdir.
50. Həmin iclasda cavabdeh cavabdeh2 oxşar ifadə verərək göstərmişdir ki, cavabdeh1 ona 30000 manat borcu olmuş, ona əlavə 10000 manat verməklə, evi almışdır. Göründüyü kimi, iddiaçılar tələbini müqavilənin əhəmiyyətsizliyi ilə əsaslandırsalar da, məhkəmə iclasında cavabdehlərin yuxarıda qeyd olunan ifadələri müqavilənin təmsilçi tərəfindən öz xeyrinə - özünün mövcud borcunun ödənilməsi üçün bağlanmasına uyğun gəlir. Lakin, apellyasiya instansiyası məhkəməsi müəyyən olunan bu hala Mülki Məcəllənin 359.3cü maddəsinə
51. uyğun hüquqi qiymət verməmişdir.
52. Qeyd olunmalıdır ki, təmsilçilik münasibətlərində mümkün sui-istifadə hallarının qarşısının alınması, təmsil olunanın üstün mənafelərinin qorunması baxımından qanunvericilikdə bir sıra tənzimləmələr nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 359.3cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunanın adından özü ilə müqavilə bağladığı halda təmsilçinin təmsil olunanın üstün mənafeyini nəzərə alaraq hərəkət etməsi ağlabatan olmadığından təmsilçinin belə səlahiyyəti yolverilməzdir.
53. Həmçinin qeyd edilməlidir ki, iddiaçıların tələbini əqdin əhəmiyyətsizliyi (uydurma olması) ilə əsaslandırmaları, məhkəmənin təmsilçinin hüquqdan sui-istifadə nəticəsində əqdin etibarsız olması əsasının yoxlanılması vəzifəsindən azad etmir.
54. Belə ki, iddianın əsasını iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki hallar, yəni tərəflər arasındakı maddi hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamı ilə bağlı olduğu faktlar (hüquqi faktlar) təşkil edir.
55. Bu faktlara uyğun maddi hüquq normasının müəyyən olunması və tətbiqi isə məhkəmənin vəzifəsidir.
56. Prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin hüquqi əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etməli və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir.
57. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli Qərardadının 27-ci bəndində irəli sürülmüş hüquqi mövqeyə görə, məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıbyaratmaması barədə dəyərləndirmədir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmadığı, tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilmədiyi üçün, Mülki Prosessual Məcəllənin 217.3, 218.1 və 372.7-ci maddələrinin tələblərini pozmuşdur.
59. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
60. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.