Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-584/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı ilk iddiası, iddiaçı cavabdeh2 qanuni nümayəndəsi olan cavabdeh1 cavabdeh İddiaçı qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Bakı şəhəri * saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı ərazi İdarəsi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: mənzildən çıxarılma və maddi zərərin əvəzinin ödənilməsi; alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “mənzildən çıxarılma və maddi zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiası və iddiaçı cavabdeh2 qanuni nümayəndəsi olan cavabdeh1 cavabdeh İddiaçı qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Bakı şəhəri * saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı ərazi İdarəsi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkil vəkil3) və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (vəkil İsgəndərov Habil Mirzəhüseyn oğlu) tərəfindən verilmiş kassasiya şikayətlərinə ## ##### 2026cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdehlər cavabdeh3 və Kamila Zulkaydayevna ər-arvad, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 isə onların övladıdır. cavabdeh2 yetkinlik yaşına çatsa da, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib, anası Kamila Zulkaydayevna onun qəyyumudur. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı bu şəxslərə qohumluq münasibəti yoxdur. İddiaçı və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərarvaddır.
2. Mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev № **, giriş Bdə yerləşən, sahəsi 147,84 kv.m. təşkil edən ** №-li mənzil barədədir. Mənzilin indiyə kimi 3 mülkiyyətçisi olub.
3. Mübahisəli mənzilin birinci mülkiyyətçisi cavabdeh3 olub. Onun mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Mənzil cavabdeh3 mülkiyyətində olan zaman o, mənzili “xxxx” ASC-nin “xxxx” MMC-yə verdiyi 150.000 manat kreditin təminatı kimi ##.##.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edib. Həmin ipoteka müqaviləsində mənzilin qiyməti 323.000 manat müəyyən edilib. “xxxx” MMC-nin direktoru Sahib Abdinov ilk iddia üzrə iddiaçı İddiaçı atasıdır.
4. Mənzilin ikinci mülkiyyətçisi cavabdeh2 olub. Onun mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. O, mənzili ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında atası cavabdeh3 əldə edib.
5. Mənzilin üçüncü (hazırkı) mülkiyyətçisi İddiaçıdır. Onun mülkiyyət hüququ ##.##.2022ci il tarixdə dövlət reyestrində qeydə alınıb. O, mənzili ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında 178.000 manata cavabdeh2 əldə edib. Müqaviləni alıcı İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Arzu Əlizadə, satıcı cavabdeh2 adından isə qanuni nümayəndəsi (qəyyumu) cavabdeh1 imzalayıb. Müqavilə Bakı şəhəri * saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək *Ə-** nömrəli reyestrdə qeydə alınıb.
6. İddiaçı ilə alğı-satqı müqaviləsi bağlansa da, mənzil ona təhvil verilməyib, mənzildə hazırda cavabdeh3, Kamila Zulkaydayevna və cavabdeh2 yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.
7. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil3 cavabdehlər cavabdeh3, cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 və digərlərinin İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 47, giriş “B” ünvanda yerləşən, ümumi sahəsi 147,84 kv.m.-dən ibarət mənzildən çıxarılmaları, mənzilin cavabdehlərin hesabına boşaldılması ilə mənzilin iddiaçı İddiaçı əməli istifadəsinə verilməklə mənzilə köçürülməsi, həmçinin aylıq 2.000 manat olmaqla 3 ilin kirayə haqqı kimi 72.000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutulmaqla İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona verilmiş ##.##.2022-ci il tarixli, 1122052544 dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 mənzil 47 giriş “B” ünvanda yerləşən, ümumi sahəsi 147,84 kv.m. olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil İddiaçı iş üzrə cavabdeh olan cavabdeh2 tərəfindən ##.##.2022-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 4Ə-** reyestr nömrəsi ilə təsdiq edilmiş “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən onun dəyəri tam ödənilməklə satılmışdır. Lakin, ##.##.2022-ci il tarixdən bu günə kimi cavabdehlər iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan mənzili boşaltmır, qeydiyyatdan çıxmır və bununla da onun konstitusion hüquqlarını pozurlar. İddiaçı İddiaçı cavabdehlərə dəfələrlə bununla bağlı iradlarını bildirsə də onlar buna məhəl qoymayaraq qanun pozuntusunu davam edirlər. Halbuki, mənzil İddiaçı əməli istifadəsində olmuş olsaydı o, həmin mənzili aylıq kirayə verər və hər ay 2.000 manat qazanc əldə edə bilərdi. Cavabdehlərin İddiaçı qarşı etdikləri qanunsuzluqlar nəticəsində o, həm də əlavə qazancından məhrum olmuşdur.
9. cavabdeh2 qanuni nümayəndəsi olan cavabdeh1 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili vəkil4 İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Bakı şəhəri * saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı ərazi İdarəsi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin tamamilə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri * saylı Notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli 4Ə-** reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı verilmiş ##.##.2022-ci il tarixli 1122052544 dövlət qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı sözügedən məsələlərdən heç xəbəri olmamış, burada əsas faktor İddiaçı əri Yusif Əliyevdir. İddiaçı İddiaçı əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1 mənzil 47 giriş “B” ünvanda yerləşən, ümumi sahəsi 147,84 kv.m. -dən ibarət olan mənzilin qaynı X3 əvəzinə ipotekadan çıxarılması üçün ipoteka borcunu bağlamış, lakin Xəyyam Abdinovdan verdiyi pulu geri alınmasını qarantiya etmək üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2la “alğı-satqı” müqaviləsi bağlamışdır. X5 ölkədən qaçması, onun pulunun qaytarılmaması səbəbindən sözügedən iddiaya əl atmışdır. Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2019-cu il tarixli 3M-**** reyestr nömrəli ipoteka müqaviləsinə əsasən cavabdeh cavabdeh3 adına olan ünvan 1 mənzil 47 giriş “B” ünvanda yerləşən, ümumi sahəsi 147,84 kv.m. -dən ibarət olan mənzil təsisçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qaynı (iddiaçının isə qardaşı) olan X3 olan “xxxx” MMC tərəfindən “xxxx” ASC-nin “Dostluq” filialından götürdüyü 150.000 manat kreditin təmin olunması üçün ipotekaya qoyulmuşdur (##.##.2019-cu il tarixli 3M-**** reyestr nömrəli ipoteka müqaviləsinə dair notariat işinin 2-ci vərəqi). Məsələ ilə bağlı cavabdeh cavabdeh3 Nəsimi rayon Prokurorluğuna müraciət etmişdir. Müraciətində bildirmişdir ki, tanışı Xəyyam Abdinovun birlikdə kömür alğı-satqısı ilə məşğul olub gəlir əldə etmək barədə vədinə inanaraq özünə məxsus ünvan 1 mənzil 47 giriş “B” ünvanda yerləşən mənzilini “xxxx” bankına girov qoymaqla sonuncunun direktoru olduğu “xxxx” şirkətinə 120.000 manat pul kredit ayrılmasına köməklik etmiş, 120.000 pulu əldə edəndən sonra Xəyyam adlı şəxs heç bir iş görmədən həmin pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Araşdırma zamanı cavabdeh3 izahatında göstərmişdir ki, 2017-ci ildən ümumi dostları vasitəsi ilə Xəyyam Abdinov adlı şəxslə tanış olmuşdur. Həmin dövrdə Xəyyam “Müasir İncəsənət Muzeyi”nin direktoru vəzifəsində işləyirmiş. Sonradan onu bir neçə dəfə ümumi dostları ilə birlikdə yeyib-içmək məclislərinə dəvət etmiş və onunla ünsiyyət qurmağa başlamışdır, hətta bir neçə dəfə qonaq kimi evinə də gəlmişdir. Hər görüş zamanı Xəyyam yüksək vəzifəli şəxsləri tanıması, onlarla yaxın ünsiyyətdə olmasını bildirir, istənilən mürəkkəb problemləri həll etmək iqtidarında olduğunu bildirirmiş. Həmin dövrdə o, işdən çıxmışdı və ailəsinin maddi vəziyyəti bir o qədər də yaxşı deyildi, Xəyyamın onun bu halından məlumatı var idi. Növbəti görüşlərin birində 2020-ci ilin təxminən may ayında Xəyyam onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Bir neçə gündən sonra onunla görüşmüşlər. Görüş zamanı Xəyyam bildirmişdir ki, onun çətin maddi vəziyyətindən xəbəri vardır və istəyir ki, ona bu vəziyyətdən çıxmaqda köməklik etsin. Xəyyam bildirmişdir ki, yeni bizneslə məşğul olmağa başlayıb, guya Qazaxıstan Respublikasının Karaqanda şəhərindən Azərbaycan Respublikasına kömür idxal edib ölkədə satır və çox yaxşı gəlir əldə edir. Xəyyam təklif etmişdir ki, o, da bu biznesə qoşularaq müəyyən vəsait, daha dəqiq desə 150.000 manat yatırım etsin ki, gəlir əldə edib çətin maddi vəziyyətdən çıxa bilsin. Xəyyam çox inandırıcı danışırmış, həm də həmin dövrdə onun “Müasir İncəsənət Muzeyi”nin direktoru vəzifəsində işləməsi Xəyyama inamı daha da artırırdı. O, evə gedib bu haqda həyat yoldaşı Kamila ilə məsləhətləşmişdir. Sonda qərara gəlmişlər ki, Xəyyamın təklifi ilə razılaşsınlar və Xəyyama kömür biznesinə yatırması üçün vəsait versinlər. Ona görə də, Xəyyama pul vermək üçün ailə üzvləri ilə yaşadığı ünvan 1 mənzil 47 giriş “B” ünvanda yerləşən mənzilini “xxxx” bankına girov qoymuşdur. Həmin girov qarşılığında Xəyyamla birlikdə gedərək bankın Azadlıq prospektində “Dostluq” kinoteatrın yaxınlığındakı filialından 120.000 manat məbləğində kredit götürüb elə oradaca bütün vəsaiti tam şəkildə sonuncuya vermişdir. Aralarında olan razılaşmaya görə Xəyyam həmin pulu kömür biznesinə yatırmalı və ümumi gəlirin 30 % məbləğində qazanc kimi ona ödəməyi vəd vermişdir. Lakin elə həmin vaxtdan etibarən Xəyyam onunla ünsiyyətdən yayınmağa başlamış, hər dəfə müxtəlif bəhanələr gətirərək, guya kömürün idxalı ilə bağlı müəyyən problemlər yarandığı, hər şeyin yaxşı olacağını bildirirmiş. Bir müddətdən sonra Xəyyam ümumiyyətlə onun telefonlarına cavab vermir və onunla görüşməkdən yayınırmış. Sonradan ona məlum olmuşdur ki, Xəyyam heç bir kömür işi ilə məşğul deyil və heç vaxt da olmamışdır. Bunların hamısını ondan pul qoparmaq üçün özü uydurmuşdur. Daha sonra məlum olmuşdur ki, Xəyyam Bakıda məşhur dələduzlardan biridir və hətta bu əməllərinə görə direktoru olduğu “Müasir İncəsənət Muzeyi”ndən də qovulmuşdur. Ona artıq aydın olmuşdur ki, Xəyyam onun etibarından sui-istifadə edərək aldadıb pulunu ələ keçirmişdir. Bütün bu müddət ərzində Xəyyamın yaxın qohumlarının yalvarışları, pulunu qaytaracaqlarına əmin etmələrini nəzərə alaraq heç bir aidiyyəti orqana şikayət etməmişdir. Lakin hazırda girov qoyduğu mənzil bank tərəfindən əlindən alınır, pulunu isə hal-hazıradək qaytarmamışdır. Araşdırma zamanı iddiaçının əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında göstərmişdir ki, X3 onun qaynıdır. Xəyyam “xxxx” şirkətinin təsisçisi, atası Sahib isə direktorudur. 2021-ci ildə qayınatası Sahib şirkətin bank problemi ilə bağlı onu “xxxx”ın baş ofisinə aparmasını xahiş etmişdir. Birlikdə oraya getmişlər, söhbət əsnasında ona məlum olmuşdur ki, Xəyyam tanışı Zaur adlı şəxsin mənzilini girov qoyaraq 2019-2020-ci illərdə “xxxx”-dan 120.000 manat pul kreditə götürmüş, sonradan həmin pulu ödəməmişdir. Bankın əməkdaşı bildirmişdir ki, kreditə girov qoyulan mənzil məhkəmə qərarı ilə satışa çıxarılır. Söhbət vaxtı bank əməkdaşı ümumilikdə 198.000 manat borcun olduğunu, həmin mənzili almaq üçün 198.000 manat pul ödənilməli olduğunu bildirmiş və onlara mənzili almaq istəyib-istəmədiklərini soruşmuşdur. O, bildirmişdir ki, mənzilə baxsın, əgər xoşuna gəlsə onda mənzili alar. Sonradan o, ünvan 1 mənzil 47 giriş “B” ünvanda yerləşən həmin mənzilə baxmış və onu bəyənmişdir. Sonradan bank Zauru dəvət etmiş və onunla tanış etmişdir. Zaur bildirmişdir ki, borca görə onu evdən çıxarırlar, ona görə də mənzili almasına etiraz etməmiş və xahiş etmişdir ki, bir müddət həmin mənzildə yaşasın. O, razılaşmış və 198.000 manat pul verərək həmin mənzili almışdır. 2021-ci ildən bu günkü günə qədər Zaur öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. O, Zaurun ailəsi ilə birlikdə həmin mənzildən qalmağa yerinin olmaması və övladının əlil olması səbəbindən Zauru hələ ki, evdən çıxarmamışdır. Araşdırma zamanı X3 uzun müddətdir X12 Dubay şəhərində yaşadığı və bu səbəbdən istintaqa təmin etməyin mümkünsüz olduğu müəyyən edilmişdir. X3 izahatı alınmadan onun əməlinə obyektiv hüquqi qiymət vermək mümkün deyildir. Bu səbəbdən cinayət işinin başlanması rədd edilmişdir. İlk növbədə bildirmək istəyir ki, qarşılıqlı iddiaçının qanuni nümayəndəsi olan cavabdeh1 onları bu problemə salan X3 doğma bacısının (iddiaçı) əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon polis idarəsində verdiyi izahata tənqidi yanaşır və onların yalan olduğunu bildirir. Lakin iddiaçının əri olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatının sözbəsöz qarşılıqlı iddiaya köçürmələrinin bir neçə məqsədi var. Bunlar aşağıdakılardır: 1) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təsdiqləyir ki, ipotekanın bağlanması üçün 198.000 manat pul ödəmişdir (aydın olur ki, iddiaçının sözügedən mövzuya hər hansı bir aidiyyəti olmamış, o, hər hansı pul vəsaiti ödəməmişdir, Bakı şəhəri * saylı notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli, *Ə** saylı alğı-satqı müqaviləsinə diqqət yetirdikdə görürlər ki, heç o, özü belə müqaviləni imzalamamış, onun əvəzinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tanışı X1 etibarnamə əsasında imza etmişdir. 2) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında qeyd edir ki, 2021-ci ildən bu günkü günə qədər Zaur öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. O, Zaurun ailəsi ilə birlikdə həmin mənzildən qalmağa yerinin olmaması və övladının əlil olması səbəbindən Zauru hələ ki, evdən çıxarmamışdır. Sözügedən izahat bir daha onu göstərir ki, mənzildən qeydiyyatdan çıxma, onun boşaldılması, hətta aylıq 2.000 manat iddiaçıya pul ödənilməsi barədə tərəflər arasında hər hansı bir söhbət olmamışdır, iddiaçıya məlum idi ki, aralarında “alğı-satqı” müqaviləsi olmasına baxmayaraq mənzil ona məxsus deyil, bu səbəbdən də mənzilin boşaldılması, qeydiyyatdan çıxarılması barədə söhbət gedə bilməzdi. Notariat işinə diqqət yetirdikdə görürlər ki, heç cavabdehlərin qeydiyyatdan çıxacaqlarına dair hər hansı bir iltizam belə alınmamışdır. Bu bir daha sübut edir ki, ilkin iddia tamamilə absurddur və hər hansı faktiki və hüquqi əsası yoxdur. 3) İddiaçının əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 onun qaynı olduğunu təsdiqləyir və qayınatası, yəni Xəyyam və iddiaçı Ülviyyənin atası ilə birlikdə banka getməsini təsdiqləyir. 4) İddiaçının əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qayını X3 tərəfindən tanışı Zaur adlı şəxsin mənzilini girov qoyaraq 2019-2020-ci illərdə “xxxx”dan 120.000 manat pul kreditə götürməsini və ən mühüm məqam, sonradan həmin pulu ödəməməsini təsdiqləyir. ünvan 1 mənzil 47 giriş “B” ünvanda yerləşən, ümumi sahəsi 147,84 kv.m.-dən ibarət olan mənzilin Bakı şəhəri * saylı notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli *Ə-** saylı “alğı-satqı” müqaviləsinə diqqət yetirdikdə görürlər ki, həmin mənzil 178.000 manata İddiaçı tərəfindən alınmışdır. Qeyd etməyi zəruri bilirlər ki, sözügedən mənzil hələ üç il öncə 2019-cu il tarixdə ipotekaya qoyularkən Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2019-cu il tarixli *M-**** saylı ipoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən ipotekanın predmeti olan sözügedən mənzil 323.000 manat məbləğində qiymətləndirilmişdir. Hələ nəzərə alsalar ki, banklar tərəfindən mənzil hərracda rahat satılsın deyə o, dəyərindən qat-qat aşağı qiymətləndirilmişdir (həmin dövrdə mənzilin real bazar dəyəri 500.000 manatdan yuxarı idi, iddiaçı tərəfindən həmin mənzili qiymətləndirilmiş dəyərindən 2 dəfə az, cəmi 178.000 manata “alması”, eyni zamanda ipoteka ilə təmin edilmiş borc məbləğinin düppədüz elə 178.000 manat olması bir daha mənzilin “alğı-satqı” müqaviləsinin uydurma əqd olduğuna dəlalət edir. Cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh2 qanuni nümayəndəsi cavabdeh1 bildirir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yalan söyləyir. Əslində isə 178.000 manat pulu iddiaçının (qarşılıqlı cavabdehin) əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qayınatası (iddiaçının atası) X2 (krediti götürən “xxxx” MMC-nin direktoru) verməyə məcbur etmişdir ki, onun oğlu (iddiaçının qardaşı) Xəyyam Abdinov barəsində hüquq mühafizə orqanlarına şikayət olmasın. Lakin məsələnin görünən tərəfi odur ki, iddiaçının əri Xəyyam Abdinovun borcunu bağlasa da, sonuncudan verdiyi pulu ala bilməmiş, bu səbəbdən mənzili ələ keçirmək istəmişdir. Bu isə tamamilə yolverilməzdir. Bakı şəhəri * saylı notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli *Ə-** saylı “alğı-satqı” müqaviləsi üzrə notariat işinə nəzər saldıqda görürlər ki, “xxxx”ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka ilə yüklü olan ünvan 1 mənzil 47 giriş “B” ünvanda yerləşən, ümumi sahəsi 147,84 kv.m.-dən ibarət olan mənzilin özgəninkiləşdirilməsindən əldə olunan vəsaitdən 178.000 manat məbləğin bank hesabına köçürülməsi şərti ilə özgəninkiləşdirilməsinə icazə vermişdir. Nəzərə alsalar ki, mənzil cəmi 178.000 manata satılıb, bu o deməkdir ki, mənzilin satışından fəaliyyət qabiliyyəti olmayan müvəkkili 0 manat gəlir əldə etmişdir. Maraqlısı budur ki, ##.##.2022-ci il tarixli, *Ə-** saylı “alğı-satqı” müqaviləsi üzrə notariat işinə nəzər saldıqda işdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının aparatının ##.##.2022-ci il tarixli məktubuna rast gəlinir. Sözügedən məktubda Nəsimi RİH başçısının İ müavini, “Qəyyumluq və Himayəçilik Komissiyası”nın sədri Gülnarə Verdiyeva ünvan 1 m 47 giriş “B” ünvanda yerləşən mənzilin cavabdeh2 gələcəkdə mülkiyyət hüquqlarının pozulmaması şərti və eyni zamanda onun həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə qəyyum tərəfindən sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Lakin görürlər ki, icra hakimiyyəti mənzilin “alğı-satqısı” və ya “özgəninkiləşdirilməsi” ifadəsini deyil, “sənədləşdirilməsi” ifadəsini işlətmişdir ki, bunun özü * saylı notariat orqanı tərəfindən sözügedən “alğı-satqı” müqaviləsinin təsdiqləməsini mümkünsüz edirdi. Burada iki sual yaranır. Birincisi, İcra hakimiyyəti məktubunda Ailə Məcəlləsinin 36.1-ci maddəsinə istinad etmişdir, Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Sual yaranır ki, 500.000 manatdan çox dəyəri olan mənzilin kredit borcu ilə eyni olan 178.000 manata satılması qəyyumluqda olan cavabdeh2 mənafeyinə cavab verirdimi, və əgər ona məxsus olan mənzil özgəninkiləşdiriləcəkdisə, və o, 0 manat gəlir əldə edəcəkdirsə, o, harada yaşamalı idi, bu hal İcra hakimiyyətində araşdırılmışdırmı? İkinci məsələ odur ki, ##.##.2022-ci il tarixli *Ə-** saylı “alğı-satqı” müqaviləsini rəsmiləşdirən notarius mənzilin “alğı-satqısından” xəstə uşağın guya əldə edəcəyi məbləğin mənzilin real dəyərindən 3 dəfə aşağı satılmaqla, məktuba əsasən həmin məbləğin banka ödəməli olduğunu görmürdümü? Yuxarıda qeyd etdikləri hallar ipoteka müqaviləsinə dair notariat işində, ipoteka müqaviləsində, İcra Hakimiyyətinin məktubunda, tərəflərin polisə verdiyi izahatında tam olaraq öz əksini tapır. Eyni zamanda tərəflər arasında telefon zəngləri, WhatsApp yazışmaları da mövcuddur ki, göstərdikləri halları sübut edir. Hesab edirlər ki, Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli *Ə-** saylı “alğı-satqı” müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş ##.##.2022-ci il tarixli 1122052544 dövlət qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir.
11. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahat verərək bildirmişdir ki, istintaq zamanı ifadəsində könüllü Xəyyama müraciət edib. Mənzil girova qoyulana qədər həmin şirkətin 600.000 manat illik dövriyyəsi olub. Dost olduqlarına görə Xəyyama müraciət edib və prosesdə iştirak etmək və həmçinin gəlirdən 30% pul istədiyini deyib. Pul bank tərəfindən şirkətin sifarişlərinə ödənilib. Zauru bankda 2021-ci ilin oktyabr ayında tanımışdır. Könüllü evini banka qoyaraq pul əldə edib və şirkətə onun sifarişlərinə ödənilib. Kredit veriləndən sonra 2020-ci ildə şirkətin fəaliyyəti dayandı, maddi problemlər yarandı. Həmin krediti ödəmək imkanları olmadı. X2 direktor idi. Onunla banka gedəndə elə həmin gün mənzilin banka girov qoyulduğunu və problemlər olduğunu bilmişdir. İkinci görüşdə Zauru dəvət ediblər və onlar mənzil barədə anlaşıblar. Aralarında alğı-satqı olub. Tərəflərindən dələduzluq olmağı tamamən əsassızdır. Ödəniş notariusun bankına olub. Notariusun hesabına pul ödənilib. Zaur bəy və Kamila xanım da iştirak ediblər. Zauru ilk dəfə 2021-ci ilin oktyabrda bankda tanıyıb və “xxxx”-də olan işlərindən xəbəri olmayıb və işlərinə də qarışmayıb. Həmçinin “xxxx” və Zaurla başqa əlaqəsi olmamışdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) ilk iddia qismən təmin edilmiş, cavabdeh3, Kamila Zulkaydayevna və cavabdeh2 mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı istifadəsinə verilməsi, İddiaçı mənzilə köçürülməsi, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alaraq hesab etmişdir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə qarşılıqlı iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda ilk iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir.
14. İddia tələblərinin bu qaydada (ardıcıllıqda) qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Belə ki, hazırkı işin xüsusiyyətləri nəzərə alınmaqla ilk iddianın hüquqi taleyi, qarşılıqlı iddiaya verilən hüquqi qiymətdən asılıdır.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi ** saylı evin “B” girişində yerləşən ** saylı mənzili cavabdeh3 mülkiyyətində olmuş, mənzili ## ###### 2022-ci il tarixdə oğlu cavabdeh2 bağışlamış, ##.##.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bağışlanmış mənzil cavabdeh2 anası – qəyyumu cavabdeh1 tərəfindən qəbul edilmişdir.
16. İş materiallarından görünür ki, cavabdeh2 ##.##.2002-ci il təvəllüdlü olmaqla, atası cavabdeh3, anası cavabdeh1dır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının # ###### 2021-ci il tarixli *** saylı sərəncamı ilə cavabdeh1 onun üzərində qəyyum təyin olunmuşdur. cavabdeh1 ## ###### 2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin mənzilin satılmasına icazə verilməsini xahiş etmiş, İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında həmin ərizə araşdırılaraq ## ###### 2022-ci il tarixli məktubla həmin mənzilin satılmasına etiraz edilməməsi cavabdeh1 nəzərinə çatdırılmışdır. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri * saylı notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi ** saylı evin “B” girişində yerləşən ** saylı mənzili İddiaçı 178.000 manata satmışdır. Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi ** saylı evin “B” girişində yerləşən ** saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Notariat icraatında olan sənədlərdən görünür ki, notariat ofisində satıcı və alıcı arasında ## ###### 2022-ci il tarixdə daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlanmış, müqavilə bağlanarkən tərəflər müstəqil şəkildə iradə ifadələrini bildirməklə, onlara qanunvericiliyin tələbləri izah edilmişdir. Satıcı öz üzərinə müqavilədə qeyd edilən tarixdə (##.##.2022-ci il tarixədək) mənzili alıcıya təhvil verəcəyini, eləcə də, ## ###### 2022-ci il tarixədək mənzildən qeydiyyatdan çıxacağını öhdəsinə götürmüşdür.
17. Məhkəmə onu da qeyd etmişdir ki, alğı-satqı müqaviləsinin ##.##.2022-ci ildə bağlanmasına və müqavilədə ##.##.2022-ci il tarixədək mənzili alıcıya təhvil verilməsi nəzərdə tutulmasına baxmayaraq qarşılıqlı iddiaçı müqavilə şərtini yerinə yetirməyərək ilk iddia qaldırılandan sonra hazırkı iddia ilə sözügedən alğı-satqı müqaviləsinin qanuniliyini mübahisələndirmişdir.
18. Qarşılıqlı iddiada göstərilən hallar əqdin etibarsızlığı üçün əsas yaratmır. İş materiallarından görünür ki, müqavilə fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumunun müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının yazılı razılığı əsasında qanuni əsaslarla bağlanmış və mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçmişdir.
19. Yuxarıda qeyd edildiyi kimi hazırkı iş üzrə ilk iddia qaldırılmayana kimi sözügedən əqd mübahisələndirilməmişdir. Lakin müqavilənin bağlanmasından 3 il keçdikdən sonra hazırkı müqavilə mübahisələndirilər də, onun etibarsızlığına dair irəli sürülən dəlillər və verilən izahatlar iddianın əsaslı olmasını təsdiq etmir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilk iddia üzrə iddiaçı xüsusi mülkiyyətində olan mənzilə köçüb, təyinatı üzrə istifadə edə bilmir. Cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə icra etmirlər, mənzildən çıxmırlar və mənzili boşaldaraq iddiaçıya təhvil vermirlər. Bununla da, ilk iddia üzrə iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulur.
21. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 giriş “B” ünvanda yerləşən, ümumi sahəsi 147,84 kv.m. olan ** saylı mənzildən çıxarılmalı; mənzil cavabdehlərin hesabına boşaldılmaqla İddiaçı əməli istifadəsinə verilməli və sonuncunun həmin mənzilə köçürülməli olması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Lakin ilk iddia qalan hissədə təmin edilməməlidir.
22. Belə ki, ilk iddia tələbində mənzildən çıxarılması göstərilən digər şəxslərin dairəsi qeyri-müəyyən olmaqla, ilk iddia üzrə cavabdehlərdən başqa şəxsiyyəti müəyyən edilməyən şəxs, (yaxud şəxslərə) münasibətdə iddia təmin edilə bilməz.
23. Həmçinin İlk iddia - aylıq 2.000 manat olmaqla 3 ilin kirayə haqqı kimi 72.000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutulmaqla iddiaçıya ödənilməsi tələbinə dair hissədə də təmin edilə bilməz.
24. Belə ki, ilk iddia üzrə iddiaçı mənzil kirayə verməklə gəlir əldə edəcəyinə dair dəlilləri ehtimal xarakterli olmaqla subyektiv mülahizədir, eləcə də, qeyd olunan mənzilin aylıq kirayə haqqının 2.000 manat olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
25. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, **-cu maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 324, 337.1, 337.3, 337.4, 399.1, 347.2, 354.1, 354.2ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
26. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 qanuni nümayəndəsi (qəyyumu) cavabdeh1 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildiyi andan həmin əqd bağlandığı andan etibarsız hesab olunur və məhkəmə bu hüquqi rejimi nəzərə almağa borcludur. Hazırkı işdə alğı-satqı müqaviləsinin etibarsızlığı tələbi qarşı tərəfə yönəlmiş rəsmi iradə ifadəsi kimi məhz məhkəmə mübahisəsi ilə qaldırılıb; deməli, məhkəmə “müqavilə qüvvədədir” presumpsiyasına söykənə bilməzdi. Birinci instansiya məhkəməsi bu ex tunc effektini nəzərə almadan müqavilənin qüvvədə olması əsasında çıxarışa və ondan doğan nəticələrə tam hüquqi qüvvə verib ki, bu, 337.2-nin mahiyyətinə ziddir. Məcəllənin 340-cı maddəsi baxımından sövdənin hüquqi təbiəti aydın görünür: qiymət 178.000 manat olaraq məhz iddiaçı tərəfin ailə borcuna uyğunlaşdırılıb və vəsait satıcıya deyil, birbaşa ləğv prosesində olan bankın hesabına yönəldilib; satıcı – fəaliyyətsiz şəxs – faktiki olaraq “0 manat” fayda əldə edib. Üçüncü şəxslərin “ucuz fürsət idi, aldım” və “Yusifdən xahiş etdim, gəlib alsın” məzmunlu izahatları da göstərir ki, görünüşdə alğı-satqı bağlanmış, lakin mahiyyətdə başqa bir münasibət – borcun ödənilməsi/zaminlik effekti – pərdələnmişdir. Belə konfiqurasiyada əqd ya uydurma, ya da yalan əqd kimi əhəmiyyətsizdir və bu, 340-ın mətnindən irəli gələn birbaşa nəticədir. Bu halda tətbiq olunmalı qayda “alğı-satqı”nın hərfi şərti deyil, tərəflərin əsl niyyətini tənzimləyən mahiyyət qaydalarıdır. Müqavilə şərtlərinin təfsiri üzrə tətbiq edilən qayda da məhkəmənin diqqətindən yayınmışdır: məhkəmə yalnız sözlərin hərfi mənasına deyil, tərəflərin iradə ifadəsinin həqiqi məzmununa, şərtlərin qarşılıqlı əlaqəsinə, tərəflərin davranışına və əməliyyatların xronologiyasına qiymət verməlidir. İş materialları həmin tələbləri açıq şəkildə zəruri edirdi: 2019-cu il ipoteka müqaviləsində mənzilin dəyəri 323.000 manat göstərildiyi, real bazar dəyərinin isə daha yüksək olduğu halda 2022-ci ildə 178.000 manata “satış”ın edilməsi kəskin dəyər disbalansı yaradır, vəsaitin tam həcmdə bank borcuna yönəlməsi və satıcının heç bir iqtisadi fayda əldə etməməsi isə alğı-satqının tipik “əsası”nı - pulun satıcıya keçməsi və mülkiyyətin əvəzliliyini – faktiki olaraq aradan qaldırır. Deməli, bu əqd öz tipik hüquqi məqsədini daşımır və əqdin əsası (cause) baxımından da mahiyyətcə etibarlı sayıla bilməz.
28. Ailə Məcəlləsinin 36.1.-ci maddəsinə əsasən Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Sual yaranır ki, 500.000 manatdan çox dəyəri olan mənzilin kredit borcu ilə eyni olan 178.000 manata satılması qəyyumluqda olan cavabdeh2 mənafesinə cavab verirdimi, və əgər ona məxsus olan mənzil özgəninkiləşdiriləcəkdisə, və o 0 manat gəlir əldə edəcəkdirsə, o harada yaşamalı idi, bu hal İcra hakimiyyətində araşdırılmışdırmı? İkinci məsələ odur ki, ##.##.2022-ci il tarixli,*Ə-** saylı “alğı-satqı” müqaviləsini rəsmiləşdirən notarius mənzilin “alğı-satqısından” xəstə uşağın guya əldə edəcəyi məbləğin mənzilin real dəyərindən 3 dəfə aşağı satılmaqla, məktubu əsasən həmin məbləğin banka ödəməli olduğunu görmürdümü? Yuxarıda qeyd edilən hallar ipoteka müqaviləsinə dair notariat işində, ipoteka müqaviləsində, İcra Hakimiyyətinin məktubunda, tərəflərin polisə verdiyi izahatında tam olaraq öz əksini tapır.
29. MPM-nin 9.3-cü maddəsinin tələb etdiyi çəkişmə prinsipi bu işdə təmin edilməyib. Belə ki, məhkəmə tərəflərin təqdim və müzakirə etdiyi sübut bazasını tam açmadan, mühüm subyektləri – * saylı notariat ofisini və Qəyyumluq və Himayəçilik Komissiyasını – iclasa məcburi qaydada cəlb etməmiş, onların izahatlarını almamış, bank ödənişinin istiqaməti və 178.000 AZN məbləğin birbaşa bank hesabına yönəldilməsi kimi həlledici halları çəkişmə qaydasında araşdırmamışdır. Eyni zamanda, cavabdeh tərəfin iddiaçı İddiaçı şəxsən dindirilməsi barədə vəsatəti əsassız rədd edilmiş, bunun nəticəsində tərəflərin sual vermə, etiraz və izahatların dəqiqləşdirilməsi imkanları məhdudlaşdırılmışdır. Bu hərəkətsizlik, tərəflərin təqdim etdiyi dəlillərin (məsələn, dəyər fərqi: 323.000 AZN (2019) – 178.000 AZN (2022); qəyyumun “aldadılma” barədə izahatı; üçüncü şəxslərin “ucuz fürsət” və “gəlib alsın” etirafları) üzərində real çəkişmənin aparılmamasına gətirib çıxarmışdır. Bundan əlavə, məhkəmə qətnaməsini, 9.3-cü maddənin açıq qadağasına rəğmən, tərəflərin müzakirə etmədiyi və sübut etmədiyi hüquqi yanaşmalarla əsaslandırmışdır: Komissiyanın ##.##.2022 tarixli “sənədləşdirilməsinə etiraz etmirik” məktubuna tam razılıq və mənafe uyğunluğu statusu verilməsi, notariat hərəkətlərinə formalist istinadla müqavilənin etibarlılığının presumptive qəbul edilməsi, eləcə də qiymətləndirmə aparılmadan satışın bazar şərtlərinə uyğun sayılması məhz məhkəmənin “qulluq mövqeyinə görə” irəli sürdüyü hüquqi konstruksiyalardır. Nəticədə qərar yalnız tərəflərin çəkişmə əsasında müzakirə etdiyi dəlillərə söykənməyib; əksinə, tərəflərin mübahisə obyekti etmədiyi hüquqi nəticələrlə əsaslandırılıb ki, bu da MPM-nin 9.3-cü maddəsinin həm “çəkişməni təmin etmə”, həm də “məhkəmənin öz hüquqi dəlilləri ilə əsaslandırma” qadağası hissələrinin birgə pozulmasıdır.
30. Mübahisənin mərkəzində dayanan subyektlər – Bakı şəhəri * saylı notariat ofisi və Nəsimi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyası – iclaslara gəlib iştirak etməmiş, məhkəmə isə onları məcburi qaydada cəlb etməmiş, heç olmasa yazılı izahatlarını təmin etməmişdir. ##.##.2022-ci il tarixli “sənədləşdirilməsinə etiraz etmirik” məzmunlu məktubun arxasında qiymətin adekvatlığı, yaşayışın təminatı və mənafe uyğunluğu barədə hər hansı əsaslandırma olub-olmaması araşdırılmamış, notariat işi (AN-İ 1007573; reyestr 4Ə-**) tam şəkildə tələb edilməmişdir. Eyni zamanda, 178.000 AZN-in birbaşa bank hesabına yönəlməsi, 2019-cu ildə 323.000 AZN kimi göstərilmiş dəyər və 2022-ci ildə 178.000 AZN-ə rəsmiləşdirilmə arasındakı kəskin disbalans üzrə qiymətləndirmə ekspertizası təyin olunmamış, bank/ƏSF-dən rəsmi məlumatlar tam həcmdə istənilməmişdir. Bütün bunlar “hərtərəfli, tam və obyektiv tədqiq” tələbinin pozuntusudur. Maddənin ikinci hissəsi – tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə kömək öhdəliyi də yerinə yetirilməmişdir. Cavabdeh tərəfin iddiaçı Ülviyə Əliyevanın şəxsən dindirilməsi barədə vəsatəti əsassız rədd olunmuş, beləliklə, tərəflərin sual vermə, etiraz və izahatları dəqiqləşdirmə imkanları məhdudlaşdırılmışdır.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı ilk iddiası rədd olunmuş, cavabdeh2 qarşılıqlı iddiası təmin olunaraq, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev № **, giriş B-də yerləşən ** №-li mənzilə dair satıcı cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış, Bakı şəhəri * saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli 4Ə-** reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab olunmuş, həmin müqavilənin əsasında dövlət reyestrində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi qət olunmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, satıcı cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsi uydurma əqddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Göründüyü kimi, uydurma əqdin anlayışında “ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan” ifadəsindən istifadə olunub. Alğı-satqı müqaviləsinə uyğun hüquqi nəticələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində belə müəyyən olunub: 1) satıcı əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 2) bunun əvəzində satıcı müəyyənləşdirilmiş qiyməti ödəməyi öhdəsinə götürür. Lakin tərəflərin belə hüquqi nəticə yaratmaq niyyəti olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur.
33. Birinci, alğı-satqı müqaviləsində mənzilin qiyməti kimi göstərilən məbləğ (178.000 manat) “xxxx” ASC ilə “xxxx” MMC-nin arasında bağlanmış kredit müqaviləsi üzrə qalıq borcun məbləği ilə (178.000 manat) eynidir. Alğı-satqı müqaviləsinin bağlanmasından öncə kredit verən və ipoteka saxlayan “xxxx” ASC-nin notariat ofisinə ünvanladığı ##.##.2021-ci il tarixli məktubda qeyd olunub ki, bank mənzilin satışından əldə olunan vəsaitdən 178.000 manat pulun həmin bankın müxbir hesabına köçürülməsi və mənzilin ipotekada qalması şərti ilə mənzilin satılmasına etiraz etmir (cild 1, iş v. 79). ##.##.2022-ci ildə (alğı-satqı müqaviləsinin bağlanmasından 1 gün əvvəl) 178.000 manat alıcı İddiaçı nümayəndəsi Arzu Əlizadə tərəfindən notariusun depozit hesabına köçürülüb (cild 1, iş v. 84). Notarius isə ##.##.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 178.000 manatı “xxxx” MMC-nin “xxxx” ASC-yə olan kredit borcunun ödənilməsi üçün müvafiq hesaba köçürüb (cild 1, iş v. 93). “xxxx” MMC-nin direktoru Sahib Abdinov alıcı İddiaçı atasıdır. Göründüyü kimi, alıcının mənzilin qiyməti kimi ödədiyi 178.000 manat satıcıya verilməyib, alıcının atasının direktoru olduğu hüquqi şəxsin banka olan kredit borcunun ödənilməsinə yönəlib. Yəni satıcı öz mənzilinə görə əvəz almayıb, buna baxmayaraq, onun mənzili alıcının mülkiyyətinə keçib, mənzilin qiyməti kimi ödənilən pul isə alıcının atasının direktoru olduğu hüquqi şəxsin borcunun bağlanmasına yönəlib.
34. İkinci, satıcı mənzilinə görə nəinki əvəz almayıb, mənzil dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə alğı-satqı edilib. Belə ki, ##.##.2019-cu il tarixdə mənzil alıcının atasının direktoru olduğu “xxxx” MMC-nin xeyrinə ipoteka ilə yüklü edilərkən ipoteka müqaviləsində mənzilin qiyməti 323.000 manat göstərilib. İş üzrə icraat zamanı alınmış qiymətləndirmə hesabatına görə, ##.##.2025-ci il tarixinə mənzilin bazar dəyəri 590.000 manat təşkil edir (cild 2, iş v. 55). Müqavilə azadlığına görə, tərəflər qiymətə dair şərti sərbəst müəyyən edə bilər, lakin ağlabatan mühakiməyə görə, həqiqi alğı-satqı zamanı heç bir mülkiyyətçi əmlakını dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satmır. Uydurma əqdlərə dair məhkəmə təcrübəsindən bəllidir, bəzi hallarda belə müqavilələr bağlanarkən vicdanlılıq prinsipi gözlənilir. Lakin hazırkı müqavilə bağlanarkən bu prinsip də pozulub. Belə ki, əgər mənzil həqiqi dəyərinə uyğun alğı-satqı edilsəydi, əldə edilən pulun bir hissəsi ilə (178.000 manatla) kredit borcu ödənildikdən sonra qalan pul satıcıya veriləcəkdi. Lakin alğı-satqı müqaviləsi elə bağlanıb ki, alıcı dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə mənzil əldə edib, eyni zamanda alıcının ödədiyi pul hesabına onun atasının direktoru olduğu hüquqi şəxsin borcu bağlanıb, satıcı isə mənzilinə görə heç bir əvəz almayıb.
35. Üçüncü, tərəflərin əqdə qədər və əqddən sonrakı davranışları onu təsdiq edir ki, alğısatqı həqiqi deyil. Belə ki, alğı-satqı müqaviləsi bağlanana qədər satıcı mənzili satmağa yönələn hərəkət (satış barədə elan və s.), alıcı isə mənzili almağa yönələn hərəkət (mənzil axtarılması və s.) etməyib. Alğı-satqı müqaviləsinin bağlandığı ##.##.2022-ci il tarixindən sonra ötən 3 il ərzində satıcı mənzili alıcıya təhvil verməyib, alıcı mənzilin boşaldılması üçün ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edib.
36. Beləliklə, uydurma alğı-satqı müqaviləsi o məqsədlə bağlanıb ki, alıcının atasının direktoru olduğu hüquqi şəxsin banka olan 178.000 manat kredit borcuna görə bank satıcının mənzilinə tələb yönəltməsin. Ona görə də məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, alğı-satqı müqaviləsi etibarsız sayılmalı və həmin müqavilənin əsasında alıcının adına verilmiş reyestr çıxarışı ləğv olunmalıdır. Alıcının pulu hesabına onun öz atasının direktoru olduğu hüquqi şəxsin banka olan kredit borcu ödənildiyindən, alıcı pulun qaytarılması üçün həmin hüquqi şəxsə qarşı iddia vermək hüququna malikdir. Odur ki, qətnamə ləğv edilməli, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia isə təmin olunmalıdır.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 340.1, 567-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
38. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkil vəkil3) və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (vəkil İsgəndərov Habil Mirzəhüseyn oğlu) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etmişlər.
39. Kassasiya şikayətləri oxşar məzmunlu olaraq onunla əsaslandırılmışdır ki, alğı-satqı müqaviləsi daşınmaz əmlakın alğı-satqısına dair qanunvericiliyin tələbinə uyğun forma və məzmunda bağlanmışdır. Müqavilə tərəfləri belə müqaviləni bağlamağa səlahiyyətlidirlər. Mənzilin razılaşdırılmış alğı-satqı dəyəri notariusun depozit hesabı vasitəsilə alıcı İddiaçı nümayəndəsi tərəfindən ödənilmişdir. Alğı-satqı müqaviləsi real icra olunmuş, alıcının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmış, yəni, əqd real hüquqi nəticə yaratmışdır.
40. Nə ilk iddiaçı – alıcı İddiaçı, nə də üçüncü şəxs olaraq o, (əldə edilmiş əmlakın birgə mülkiyyətçisi olaraq) qarşılıqlı iddiaçının subyektiv mülahizəsini təsdiq etməmişlər. İş materialında elə bir sübut-dəlil yoxdur ki, qarşılıqlı iddiaçının mülahizəsini və həmçinin, Kollegiyanın dəlilini/mülahizəsini təsdiq etmiş olsun.
41. Burada, mənzili dəyəri kimi ödənilmiş vəsaitin satıcının özündə qalması və yaxud Banka olan borcun ödənilməsinə sərf edilməsinin alıcı olaraq onlara (İddiaçı və o) heç bir aidiyyəti yoxdur. Onların satıcı ilə elə razılaşmaları olmamışdır ki, mənzilin dəyəri Banka ödənilsin. Onların, ümumiyyətlə, satıcı ilə alğı-satqıdan başqa hər hansı fərqli razılaşmaları olmamışdır. İddiaçının və Kollegiyanın o mülahizəsi ki, – guya, mənzilin Banka olan borcunu ödəmək məqsədilə alğı-satqını bağlamışlar – onların arasında bu cür razılaşma olduğuna dair iş materialında hər hansı dəlil-sübut müəyyən edilməmişdir. Belə olduğu halda, iddiaçının özünün birtərəfli qaydada irəli sürdüyü və özündən başqa işdə olan digər şəxslər və mötəbər sübutlarla təsdiqini tapmayan mülahizəsi - əqdin guya, təsvir olunan niyyətlə - “Banka pulun ödənilməsi məqsədilə” bağlandığına dəlalət etmir.
42. Mənzilin dəyəri alğı-satqı müqaviləsinin mühüm şərtlərindən biridir ki, tərəflər də bu şərti öz könüllü iradə ifadələri əsasında müəyyənləşdirmişlər. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Satıcı mənzili daha baha qiymətə satmaq imkanı olmuşdursa (var idisə), onu daha baha qiymətə istədiyi şəxsə sata və əldə olunacaq puldan Bankın borcunu ödəyərək qalanını özünə götürərdi. Lakin məhkəmə kollegiyası Satıcının belə niyyətinin və ya mənzili daha baha qiymətə satmaq imkanının olub-olmadığını araşdırmamışdır. İstinad olunan rəqəmlər (2019-cu ildə 323.000 və 2025-ci ildə 590.000) isə heç biri mənzilin alğı-satqı olunduğu 2022-ci ilin yanvar ayına uyğun deyildir. Müqavilənin bağlanmasından 3 il əvvəl və ya 3 il sonra real bazar münasibətindən deyil, kağız üzərində yazılan məbləğlərə istinad edərək, mənzilin real satış dəyərinin – sövdələşmə qiymətinin həmin məbləğlərə uyğun müəyyənləşdirilməsi mümkün deyildir.
43. Yuxarıdakı maddi hüquq normalarına istinadla qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən əmlak alıcı olan arvadı İddiaçı adına alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilməklə birgə nikahda əldə olunmuş əmlakdır. Həmin əmlaka onun da bərabər hüququ vardır. Məhkəmə kollegiyasının qənaəti ilə - “mənzilin alınmasına ödənilmiş 178.000 manat pulun İddiaçı atasının direktoru olduğu hüquqi şəxsin Banka olan borcuna ödənilməsi” mülahizəsinin onun hüququnun pozulması ilə nəticələnməsi nəzərə alınmalıdır.
44. Belə ki, İddiaçı atası – Sahib Abdinov onun qayınatası olsa da, onun direktoru olduğu “xxxx” MMC-nin “xxxx” ASC-dən kredit alınması, satıcı cavabdeh2 atası – mənzilin əvvəlki mülkiyyətçisi cavabdeh3 mənzili ipotekaya qoyması və kredit müqaviləsi üzrə borcun yaranması və s. münasibətlərdə iştirak etməmişdir. Bu hallar onun mülkiyyət hüququnun pozulmasına, qanuni əsaslarla əldə etdikləri mənzildən məhrum olmağına əsas verə bilməz. Mənzilin alınması üçün arvadı İddiaçı ilə birgə vəsaitlərindən ödədikləri məbləğin mənzilin satıcısında qalması və ya Banka ödənilməsi də alıcı kimi onların maraq dairəsində olan məsələ olmamışdır və olmamalıdır. Bu baxımdan da hesab edir ki, yuxarıda istinad edilən maddi hüquq normalarının tətbiqi ilə onun da Dövlət tərəfindən təminat altına alınmış mülkiyyət hüququ qorunmalı və əsassız məhkəmə aktı ilə mülkiyyətindən məhrum olunmağının qarşısı alınmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
45. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 qanuni nümayəndəsi (qəyyumu) cavabdeh1 nümayəndəsi və vəkili vəkil2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
46. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
47. Maddə 6.1.1. Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquq subyektlərinin bərabərliyidir.
48. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
49. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
50. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
51. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
52. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
53. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
54. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
55. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
56. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
57. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
58. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
59. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
60. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
61. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
62. Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
65. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
72. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
73. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
74. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
78. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, cavabdehlər cavabdeh3 və Kamila Zulkaydayevna ər-arvad, cavabdeh-iddiaçı cavabdeh2 isə onların övladıdır. cavabdeh2 yetkinlik yaşına çatsa da, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib, anası Kamila Zulkaydayevna onun qəyyumudur. İddiaçı cavabdeh İddiaçı bu şəxslərə qohumluq münasibəti yoxdur. İddiaçı və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ər-arvaddır. Mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev № **, giriş B-də yerləşən, sahəsi 147,84 kv.m təşkil edən ** №-li mənzil barədədir. Mənzilin indiyə kimi 3 mülkiyyətçisi olub. Mənzilin birinci mülkiyyətçisi cavabdeh3 olub. Onun mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Mənzil cavabdeh3 mülkiyyətində olan zaman o, mənzili “xxxx” ASC-nin “xxxx” MMC-yə verdiyi 150.000 manat kreditin təminatı kimi ##.##.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edib. “xxxx” MMC-nin direktoru Sahib Abdinov ilk iddia üzrə iddiaçı İddiaçı atasıdır. Mənzilin ikinci mülkiyyətçisi cavabdeh2 olub. Onun mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. O, mənzili ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında atası cavabdeh3 əldə edib. Mənzilin üçüncü (hazırkı) mülkiyyətçisi İddiaçıdır. Onun mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. O, mənzili ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında 178.000 manata cavabdeh2 əldə edib. Müqaviləni alıcı İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Arzu Əlizadə, satıcı cavabdeh2 adından isə qanuni nümayəndəsi (qəyyumu) cavabdeh1 imzalayıb. Müqavilə Bakı şəhəri * saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək *Ə-** nömrəli reyestrdə qeydə alınıb. İddiaçı ilə alğı-satqı müqaviləsi bağlansa da, mənzil ona təhvil verilməyib, mənzildə hazırda cavabdeh3, Kamila Zulkaydayevna və cavabdeh2 yaşayır.
79. Apellyasiya instansiyası məhkəməsi ilk iddianı rədd edib, qarşılıqlı iddianı təmin edərkən hesab etmişdir ki, satıcı cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsi uydurma əqddir. Birinci, alğı-satqı müqaviləsində mənzilin qiyməti kimi göstərilən məbləğ (178.000 manat) “xxxx” ASC ilə “xxxx” MMC-nin arasında bağlanmış kredit müqaviləsi üzrə qalıq borcun məbləği ilə (178.000 manat) eynidir. Alğı-satqı müqaviləsinin bağlanmasından öncə kredit verən və ipoteka saxlayan “xxxx” ASC-nin notariat ofisinə ünvanladığı ##.##.2021-ci il tarixli məktubda qeyd olunub ki, bank mənzilin satışından əldə olunan vəsaitdən 178.000 manat pulun həmin bankın müxbir hesabına köçürülməsi və mənzilin ipotekada qalması şərtilə mənzilin satılmasına etiraz etmir. ##.##.2022-ci ildə (alğı-satqı müqaviləsinin bağlanmasından 1 gün əvvəl) 178.000 manat alıcı İddiaçı nümayəndəsi Arzu Əlizadə tərəfindən notariusun depozit hesabına köçürülüb. Notarius isə ##.##.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 178.000 manatı “xxxx” MMC-nin “xxxx” ASC-yə olan kredit borcunun ödənilməsi üçün müvafiq hesaba köçürüb. “xxxx” MMC-nin direktoru Sahib Abdinov alıcı İddiaçı atasıdır. Göründüyü kimi, alıcının mənzilin qiyməti kimi ödədiyi 178.000 manat satıcıya verilməyib, alıcının atasının direktoru olduğu hüquqi şəxsin banka olan kredit borcunun ödənilməsinə yönəlib. Yəni satıcı öz mənzilinə görə əvəz almayıb, buna baxmayaraq, onun mənzili alıcının mülkiyyətinə keçib, mənzilin qiyməti kimi ödənilən pul isə alıcının atasının direktoru olduğu hüquqi şəxsin borcunun bağlanmasına yönəlib. İkinci, satıcı mənzilinə görə nəinki əvəz almayıb, mənzil dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə alğı-satqı edilib. Belə ki, ##.##.2019-cu il tarixdə mənzil alıcının atasının direktoru olduğu “xxxx” MMC-nin xeyrinə ipoteka ilə yüklü edilərkən ipoteka müqaviləsində mənzilin qiyməti 323.000 manat göstərilib. İş üzrə icraat zamanı alınmış qiymətləndirmə hesabatına görə, ##.##.2025-ci il tarixinə mənzilin bazar dəyəri 590.000 manat təşkil edir. Müqavilə azadlığına görə, tərəflər qiymətə dair şərti sərbəst müəyyən edə bilər, lakin ağlabatan mühakiməyə görə, həqiqi alğısatqı zamanı heç bir mülkiyyətçi əmlakını dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satmır. Uydurma əqdlərə dair məhkəmə təcrübəsindən bəllidir, bəzi hallarda belə müqavilələr bağlanarkən vicdanlılıq prinsipi gözlənilir. Lakin hazırkı müqavilə bağlanarkən bu prinsip də pozulub. Belə ki, əgər mənzil həqiqi dəyərinə uyğun alğı-satqı edilsəydi, əldə edilən pulun bir hissəsi ilə (178.000 manatla) kredit borcu ödənildikdən sonra qalan pul satıcıya veriləcəkdi. Lakin alğı-satqı müqaviləsi elə bağlanıb ki, alıcı dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə mənzil əldə edib, eyni zamanda alıcının ödədiyi pul hesabına onun atasının direktoru olduğu hüquqi şəxsin borcu bağlanıb, satıcı isə mənzilinə görə heç bir əvəz almayıb. Üçüncü, tərəflərin əqdə qədər və əqddən sonrakı davranışları onu təsdiq edir ki, alğı-satqı həqiqi deyil. Belə ki, alğı-satqı müqaviləsi bağlanana qədər satıcı mənzili satmağa yönələn hərəkət (satış barədə elan və s.), alıcı isə mənzili almağa yönələn hərəkət (mənzil axtarılması və s.) etməyib. Alğı-satqı müqaviləsinin bağlandığı ##.##.2022-ci il tarixindən sonra ötən 3 il ərzində satıcı mənzili alıcıya təhvil verməyib, alıcı mənzilin boşaldılması üçün ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edib. Beləliklə, uydurma alğı-satqı müqaviləsi o məqsədlə bağlanıb ki, alıcının atasının direktoru olduğu hüquqi şəxsin banka olan 178.000 manat kredit borcuna görə bank satıcının mənzilinə tələb yönəltməsin. Ona görə də məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinin göstərişinə əsalanaraq hesab etmişdir ki, alğı-satqı müqaviləsi etibarsız sayılmalı və həmin müqavilənin əsasında alıcının adına verilmiş reyestr çıxarışı ləğv olunmalıdır. Alıcının pulu hesabına onun öz atasının direktoru olduğu hüquqi şəxsin banka olan kredit borcu ödənildiyindən, alıcı pulun qaytarılması üçün həmin hüquqi şəxsə qarşı iddia vermək hüququna malikdir. Odur ki, qətnamə ləğv edilməli, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia isə təmin olunmalıdır.
80. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
81. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
82. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə ##.##.2019 və N.Əsədovanın şikayəti üzrə ##.##.2021-ci il tarixli qərarlar).
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan mövcud sübutlara əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev № **, giriş B-də yerləşən ** №-li mənzilə dair satıcı cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış, Bakı şəhəri * saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli 4Ə-** reyestr nömrəli alğı-satqı müqaviləsini etibarsız hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Çünki apellyasiya məhkəməsinin yuxarıda göstərilmiş kifayət qədər aydın və dəqiq təhlilindən də açıq şəkildə müəyyən olunur ki, tərəflərin əqdə qədər və əqddən sonrakı davranışları onu təsdiq edir ki, alğı-satqı həqiqi deyil, satıcı cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsi uydurma əqddir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır.
84. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi alıcının pulu hesabına onun öz atasının direktoru olduğu hüquqi şəxsin banka olan kredit borcunun ödənilməsini qeyd etməklə, alıcının pulun qaytarılması üçün həmin hüquqi şəxsə qarşı iddia vermək hüququna malik olması barədə əsassız nəticəyə gəlmiş və gəldiyi həmin nəticəni əsaslandıra bilməmişdir. Bununla da alğı-satqı müqaviləsini etibarsız hesab edən apellyasiya instansiyası məhkəməsi restitusiya qaydasını tətbiq etməməkdə səhvə yol vermişdir.
85. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
86. Alğı-satqı müqaviləsinin etibarsız sayılmasının nəticələri, mülki dövriyyənin təməl prinsipləri olan hüquqi təhlükəsizlik, əmlak balansının bərpası və əsassız varlanmanın qarşısının alınması prinsiplərinə uyğun olmalıdır. Etibarsız əqdin hüquqi nəticələri aradan qaldırılması zamanı, tərəflərin müqavilə bağlanmamışdan əvvəlki vəziyyətinə qaytarılması, əmlak balansının bərpası və əsassız varlanmanın qarşısının alınması təmin edilməlidir.
87. Müqavilə etibarsız sayıldıqdan sonra onun hüquqi əsası aradan qalxır və tərəflər arasında ilkin müqavilə münasibətləri qalmır. Bunun əvəzində qanundan və məhkəmə aktından irəli gələn xüsusi hüquqi münasibət - geri qaytarma öhdəliyi yaranır. Bu öhdəlik, delikt və ya müqavilə məsuliyyətindən fərqli olaraq, hüquqi əsasını itirmiş münasibətlərin nəticələrinin aradan qaldırılmasına yönəlmiş xüsusi müdafiə vasitəsidir və mahiyyət etibarilə əsassız varlanma institutunun təsir dairəsinə daxil olur.
88. Müqavilə əsasında əldə edilənlərin geri qaytarılması, öz hüquqi təbiətinə görə qarşılıqlı (sinallagmatik) xarakter daşıyır. Alğı-satqı müqaviləsinin etibarsızlığı əsası ilə tərəflərin əvvəlki vəziyyətə qaytarılması alğı-satqı üzrə icra edilmiş öhdəliklərin geri dönüşü olduğundan, alğı-satqıya xas olan “qarşılıqlı icra” xüsusiyyəti eyni ilə burada da əsas qaydaya çevrilir: satıcı alınmış pul məbləğini qaytarmalı, alıcı isə əldə etdiyi əmlakı geri verməlidir. Başqa sözlə, müqavilənin etibarsızlığı bu qarşılıqlı əlaqəni formal olaraq aradan qaldırmasına baxmayaraq, onun əmlak nəticələrinin geri qaytarılması mərhələsində həmin qarşılıqlı struktur transformasiya olunmuş şəkildə özünü saxlayır. Bu öhdəliklər eyni hüquqi faktın - əqdin etibarsızlığının nəticəsidir və vahid məqsədə, yəni əvvəlki vəziyyətin bərpasına xidmət edir.
89. Mülki Məcəllənin 441.2-ci maddəsində təsbit olunmuş “qarşı tərəf icra etmədikcə icradan imtina” prinsipi mülki hüququn ümumi balans mexanizmlərindən biridir. Həmin prinsipin mahiyyəti ondan ibarətdir ki, qarşılıqlı öhdəlik münasibətlərində tərəflərdən heç biri digərinin icrası təmin edilmədən birtərəfli qaydada tam icraya məcbur edilə bilməz. Əks yanaşma öhdəlik münasibətlərində bir tərəfin öhdəliyi icra edib digər tərəfin icra etməməsi riskini yaradar və hüquqi balansı pozar.
90. Öhdəliklərin qarşılıqlı icrasının zəruriliyi iki prinsipə əsaslanır. Birincisi, ədalət və ekvivalentlik prinsipidir. Əgər tərəflərdən biri öz üzərinə düşən öhdəliyi tam icra etdiyi halda, digər tərəf öhdəliyini icra etməzsə, hüquqi balans pozulmuş olar.
91. İkincisi, əsassız varlanmanın qarşısının alınması prinsipidir. Etibarsız əqd əsasında əmlak əldə edilməsi hüquqi əsasını itirdiyindən, onun birtərəfli qaydada saxlanılması, hüquqi cəhətdən əsaslandırıla bilməz. Buna görə də pul və əmlakın geri qaytarılması eyni vaxtda həyata keçirilməli, yaxud başqa qarşılıqlı təminat mexanizmi əsasında icra edilməlidir. Əks halda, tərəflərdən birinin hüquqa əsaslanmayan üstünlük əldə etməsi riski yaranır.
92. Müqaviləni etibarsız saymış məhkəmə aktı əsasında müəyyən edilən öhdəliklərin eyni vaxtda və ya qarşılıqlı təminat əsasında icrası barədə göstərişin əks etdirilməsi yalnız icra texnikasına dair məsələ deyil, qarşılıqlı öhdəliklərin icrasının maddi hüquqi mahiyyətindən irəli gələn zəruri hüquqi nəticə kimi çıxış edir. Bu yanaşma, yuxarıda qeyd olunan maddi hüquq normalarının sistemli təhlili ilə yanaşı, həm də prosessual qənaətlilik və hüquqi müəyyənlik prinsiplərinə uyğundur.
93. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir.
94. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən alğı-satqı müqaviləsinin etibarsız sayılması ilə əlaqədar olaraq həmin əqd üzrə alıcı tərəfindən ödənilmiş 178.000 manat məbləğində pulun ona qaytarılması, pul və əmlakın geri qaytarılmasını eyni vaxtda həyata keçirməsi məsələsini həll etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya qismən təmin edilsin. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.