Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1590/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «cavabdehlərin mənzildən çıxarılması, mənzilin cavabdehlərin hesabına boşaldılması, mənzilin iddiaçının əməli istifadəsinə verilməsi, iddiaçının mənzilə köçürülməsi və maddi ziyanın cavabdehlərdən tutulması» tələbinə dair ilk iddiası; Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3) İddiaçı qarşı (X15, ünvan 4 ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti (Qəyyumluq və Himayəçilik Komissiyası) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «alğı-satqı müqaviləsinin etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğvi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «cavabdehlərin mənzildən çıxarılması, mənzilin cavabdehlərin hesabına boşaldılması, mənzilin iddiaçının əməli istifadəsinə verilməsi, iddiaçının mənzilə köçürülməsi və maddi ziyanın cavabdehlərdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və digərlərinin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2-dən ibarət mənzildən çıxarılmaları, mənzilin cavabdehlərin hesabına boşaldılması ilə mənzilin onun əməli istifadəsinə verilməklə mənzilə köçürülməsi, həmçinin aylıq 2.000 manat olmaqla 3 ilin kirayə haqqı kimi 72.000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutulmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona verilmiş xx.xx.2022-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2 olan mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil ona iş üzrə cavabdeh olan Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 4 ofisinin xüsusi notariusu X4 tərəfindən 4Ə-29 reyestr nömrəsi ilə təsdiq edilmiş «daşınmaz əmlakın alğı-satqı müqaviləsi»nə əsasən onun dəyəri tam ödənilməklə satılmışdır. Lakin, xx.xx.2022-ci il tarixdən bu günə kimi cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzili boşaltmır, qeydiyyatdan çıxmır və bununla da onun konstitusion hüquqlarını pozurlar. Cavabdehlərə dəfələrlə bununla bağlı iradlarını bildirsə də onlar buna məhəl qoymayaraq qanun pozuntusunu davam edirlər. Halbuki, mənzil onun əməli istifadəsində olmuş olsaydı o, həmin mənzili aylıq kirayə verər və hər ay 2.000 manat qazanc əldə edə bilərdi. Cavabdehlərin ona qarşı etdikləri qanunsuzluqlar nəticəsində o, həm də əlavə qazancından məhrum olmuşdur. Hesab edir ki, cavabdehlərin ona qarşı etdiyi qanunsuzluqların qarşısı alınmalı, cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2-dən ibarət mənzildən çıxarılmaları, mənzilin cavabdehlərin hesabına boşaldılması ilə mənzilin onun əməli istifadəsinə verilməklə mənzilə köçürülməsi, həmçinin aylıq 2.000 manat olmaqla 3 ilin kirayə haqqı kimi 72.000 manat məbləğində pulun cavabdehlərdən tutulmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehlərin ona qarşı etdiyi qanunsuzluqlar, yəni 3 il müddətində mənzili onun əməli istifadəsinə verməməsi səbəbindən o, maddi zərərə düşmüşdür. Belə ki, bu müddət ərzində o, həmin mənzili aylıq 2.000 manata kirayəyə verə bilər və 72.000 manat gəlir əldə edə bilərdi. Beləliklə də, o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də məhrum olmuşdur. Cavabdeh2 İddiaçı qarşı (X15, ünvan 4 ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti (Qəyyumluq və Himayəçilik Komissiyası) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «alğı-satqı müqaviləsinin etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğvi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin tamamilə rədd edilməsi; qarşılıqlı iddia tələbinin təmin edilməsi; ünvan 4 ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-29 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli ********** dövlət qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və digərlərinin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2-dən ibarət olan mənzildən çıxarılmaları, mənzilin cavabdehlərin hesabına boşaldılması ilə mənzilin əməli istifadəsinə verilməklə mənzilə köçürülməsi, həmçinin aylıq 2.000 manat olmaqla 3 ilin kirayə haqqı kimi 72.000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən iddia ərizəsi icraata qəbul edilərək baxılması Nəsimi Rayon Məhkəməsinin hakiminə həvalə edilmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona verilmiş xx.xx.2022-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2 olan mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil ona iş üzrə cavabdeh olan Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 4 ofisinin xüsusi notariusu X4 tərəfindən 4Ə29 reyestr nömrəsi ilə təsdiq edilmiş «daşınmaz əmlakın alğı-satqı müqaviləsi»nə əsasən onun dəyəri tam ödənilməklə satılmışdır. Lakin, xx.xx.2022ci il tarixdən bu günə kimi cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzili boşaltmır, qeydiyyatdan çıxmır və bununla da onun konstitusion hüquqlarını pozurlar. Guya cavabdehlərə dəfələrlə bununla bağlı iradlarını bildirmişdir və onlar buna məhəl qoymamışdır. Halbuki, mənzil onun əməli istifadəsində olmuş olsaydı, o, həmin mənzili aylıq kirayə verər və hər ay 2.000 manat qazanc əldə edə bilərdi. Guya o, cavabdehlərin ona qarşı etdikləri qanunsuzluqlar nəticəsində həm də əlavə qazancından məhrum olmuşdur. Yazıb bildirirlər ki, iş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-2415/2021 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab olunmuşdur, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 194 saylı sərəncamı ilə iş üzrə digər Cavabdeh3 ona qəyyum təyin edilmişdir. Bildirirlər ki, iddia tələbi tamamilə rədd edilməli, ünvan 4 ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-29 saylı «alğı-satqı» müqaviləsi uydurma əqd olduğu üçün etibarsız hesab edilməlidir. Hesab edirlər ki, iddiaçının ünvan 3 ünvanda yerləşən mənzilə dair hər hansı hüququ olmadığından, sözügedən əqd bağlandığı andan etibarsız olduğundan hər hansı bir hüquqi nəticə doğura bilməz. Bu səbəbdən iddiaçının iddia tələbi tam absurd olduğuna görə, eləcə də hər hansı bir faktiki və ya qanuni əsası olmadığı səbəbindən tamamilə rədd edilməli və alğı-satqı müqaviləsinin etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğvinə dair qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iddiaçının sözügedən məsələlərdən heç xəbəri olmamış, burada əsas aktor onun əri X8r (AA1142830). İddiaçının əri X15 ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2-dən ibarət olan mənzilin qaynı X3 əvəzinə sözügedən mənzilin ipotekadan çıxarılması üçün ipoteka borcunu bağlamış, lakin Xəyyam Abdinovdan verdiyi pulu geri alınmasını qarantiya etmək üçün cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2lə «alqı-satqı» müqaviləsi bağlamışdır. X14 ölkədən qaçması, onun pulunun qaytarılmaması səbəbindən sözügedən iddiaya əl atmışdır. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-1072 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 adına olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2-dən ibarət olan mənzil təsisçisi X6 qaynı (iddiaçının isə qardaşı) olan X7 olan "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin «Dostluq» filialından götürdüyü 150.000 manat kreditin təmin olunması üçün ipotekaya qoyulmuşdur (xx.xx.2019-cu il tarixli 3M-1072 reyestr nömrəli ipoteka müqaviləsinə dair notariat işinin 2-ci vərəqi). Məsələ ilə bağlı Cavabdeh1 Nəsimi rayon Prokurorluğuna müraciət etmişdir. Müraciətində bildirmişdir ki, tanışı Xəyyam Abdinovun birlikdə kömür alqı-satqısı ilə məşğul olub gəlir əldə etmək barədə vədinə inanaraq özünə məxsus ünvan 1 ünvanda yerləşən mənzilini "xxxx" bankına girov qoymaqla sonuncunun direktoru olduğu "xxxx" şirkətinə 120.000 manat pul kredit ayrılmasına köməklik etmiş, 120.000 pulu əldə edəndən sonra Xəyyam adlı şəxs heç bir iş görmədən həmin pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, 2017-ci ildən ümumi dostları vasitəsi ilə Xəyyam Abdinov adlı şəxslə tanış olmuşdur. Həmin dövrdə Xəyyam «Müasir İncəsənət Muzeyi»nin direktoru vəzifəsində işləyirmiş. Sonradan onu bir neçə dəfə ümumi dostları ilə birlikdə yeyib-içmək məclislərinə dəvət etmiş və onunla ünsiyyət qurmağa başlamışdır, hətta bir neçə dəfə qonaq kimi evinə də gəlmişdir. Hər görüş zamanı Xəyyam yüksək vəzifəli şəxsləri tanıması, onlarla yaxın ünsiyyətdə olmasını bildirir, istənilən mürəkkəb problemləri həll etmək iqtidarında olduğunu bildirirmiş. Həmin dövrdə o, işdən çıxmışdı və ailəsinin maddi vəziyyəti bir o qədər də yaxşı deyildi, Xəyyamın onun bu halından məlumatı var idi. Növbəti görüşlərin birində 2020-ci ilin təxminən may ayında Xəyyam onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Bir neçə gündən sonra onunla görüşmüşlər. Görüş zamanı Xəyyam bildirmişdir ki, onun çətin maddi vəziyyətindən xəbəri vardır və istəyir ki, ona bu vəziyyətdən çıxmaqda köməklik etsin. Xəyyam bildirmişdir ki, yeni bizneslə məşğul olmağa başlayıb, guya Qazaxıstan Respublikasının Karakanda şəhərindən Azərbaycan Respublikasına kömür idxal edib ölkədə satır və çox yaxşı gəlir əldə edir. Xəyyam təklif etmişdir ki, o da bu biznesə qoşularaq müəyyən vəsait, daha dəqiq desə 150.000 manat yatırım etsin ki, gəlir əldə edib çətin maddi vəziyyətdən çıxa bilsin. Xəyyam çox inandırıcı danışırmış, həm də həmin dövrdə onun «Müasir İncəsənət Muzeyi»nin direktoru vəzifəsində işləməsi Xəyyama inamı daha da artırırdı. O, evə gedib bu haqda həyat yoldaşı Kamila ilə məsləhətləşmişdir. Sonda qərara gəlmişlər ki, Xəyyamın təklifi ilə razılaşsınlar və Xəyyama kömür biznesinə yatırması üçün vəsait versinlər. Ona görə də, Xəyyama pul vermək üçün ailə üzvləri ilə yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilini "xxxx" bankına girov qoymuşdur. Həmin girov qarşılığında Xəyyamla birlikdə gedərək bankın Azadlıq prospektində «Dostluq» kinoteatrın yaxınlığındakı filialından 120.000 manat məbləğində kredit götürüb elə oradaca bütün vəsaiti tam şəkildə sonuncuya vermişdir. Aralarında olan razılaşmaya görə Xəyyam həmin pulu kömür biznesinə yatırmalı və ümumi gəlirin 30 % məbləində qazanc kimi ona ödəməyi vəd vermişdir. Lakin elə həmin vaxtdan etibarən Xəyyam onunla ünsiyyətdən yayınmağa başlamış, hər dəfə müxtəlif bəhanələr gətirərək, guya kömürün idxalı ilə bağlı müəyyən problemlər yarandığı, hər şeyin yaxşı olacağını bildirirmiş. Bir müddətdən sonra Xəyyam ümumiyyətlə onun telefonlarına cavab vermir və onunla görüşməkdən yayınırmış. Sonradan ona məlum olmuşdur ki, Xəyyam heç bir kömür işi ilə məşğul deyil və heç vaxt da olmamışdır. Bunların hamısını ondan pul qoparmaq üçün özü uydurmuşdur. Daha sonra məlum olmuşdur ki, Xəyyam Bakıda məşhur dələduzlardan biridir və hətta bu əməllərinə görə direktoru olduğu «Müasir İncəsənət Muzeyi»ndən də qovulmuşdur. Ona artıq aydın olmuşdur ki, Xəyyam onun etibarından sui-istifadə edərək aldadıb pulunu ələ keçirmişdir. Bütün bu müddət ərzində Xəyyamın yaxın qohumlarının yalvarışları, pulunu qaytaracaqlarına əmin etmələrini nəzərə alaraq heç bir aidiyyəti orqana şikayət etməmişdir. Lakin hazırda girov qoyduğu mənzil bank tərəfindən əlindən alınır, pulunu isə hal-hazıradək qaytarmamışdır. Araşdırma zamanı iddiaçının əri X15 izahatında göstərmişdir ki, X7 onun qaynıdır. Xəyyam "xxxx" şirkətinin təsisçisi, atası Sahib isə direktorudur. 2021-ci ildə qayınatası Sahib şirkətin bank problemi ilə bağlı onu "xxxx"ın baş ofisinə aparmasını xahiş etmişdir. Birlikdə oraya getmişlər, söhbət əsnasında ona məlum olmuşdur ki, Xəyyam tanışı Zaur adli şəxsin mənzilini girov qoyaraq 2019-2020-ci illərdə "xxxx"-dan 120.000 manat pul kreditə götürmüş, sonradan həmin pulu ödəməmişdir. Bankın əməkdaşı bildirmişdir ki, kreditə girov qoyulan mənzil məhkəmə qərarı ilə satışa çıxarılır. Söhbət vaxtı bank əməkdaşı ümumilikdə 198.000 manat borcun olduğunu, həmin mənzili almaq üçün 198.000 manat pul ödənilməli olduğunu bildirmiş və onlara mənzili almaq istəyib-istəmədiklərini soruşmuşdur. O, bildirmişdir ki, mənzilə baxsın, əgər xoşuna gəlsə onda mənzili alar. Sonradan o, ünvan 1 ünvanda yerləşən həmin mənzilə baxmış və onu bəyənmişdir. Sonradan bank Zauru dəvət etmiş və onunla tanış etmişdir. Zaur bildirmişdir ki, borca görə onu evdən çıxarırlar, ona görə də mənzili almasına etiraz etməmiş və xahiş etmişdir ki, bir müddət həmin mənzildə yaşasın. O, razılaşmış və 198.000 manat pul verərək həmin mənzili almışdır. 2021-ci ildən bu günkü günə qədər Zaur öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. O, Zaurun ailəsi ilə birlikdə həmin mənzildən qalmağa yerinin olmaması və övladının əlil olması səbəbindən Zauru hələ ki, evdən çıxarmamışdır. Araşdırma zamanı X3 uzun müddətdir X2 Dubay şəhərində yaşadığı və bu səbəbdən istintaqa təmin etməyin mümkünsüz olduğu müəyyən edilmişdir. X3 izahatı alınmadan onun əməlinə obyektiv hüquqi qiymət vermək mümkün deyildir. Bu səbəbdən cinayət işinin başlanması rədd edilmişdir. İlk növbədə bildirmək istəyir ki, qarşılıqlı iddiaçının qanuni nümayəndəsi olan Cavabdeh3 onları bu problemə salan X3 doğma bacısının (iddiaçı) əri X6 Nəsimi rayon polis idarəsində verdiyi izahata tənqidi yanaşır və onların yalan olduğunu bildirir. Lakin iddiaçının əri olan X6 izahatının sözbəsöz qarşılıqlı iddiaya köçürmələrinin bir neçə məqsədi var. Bunlar aşağıdakılardır: 1) X15 təsdiqləyir ki, ipotekanın bağlanması üçün 198.000 manat pul ödəmişdir (aydın olur ki, iddiaçının sözügedən mövzuya hər hansı bir aidiyyatı olmamış, o, hər hansı pul vəsaiti ödəməmişdir, ünvan 4 ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə29 saylı alğısatqı müqaviləsinə diqqət yetirdikdə görürlər ki, heç o, özü belə müqaviləni imzalamamış, onun əvəzinə X6 tanışı X9 etibarnamə əsasında imza etmişdir. 2) X15 izahatında qeyd edir ki, 2021-ci ildən bu günkü günə qədər Zaur öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. O, Zaurun ailəsi ilə birlikdə həmin mənzildən qalmağa yerinin olmaması və övladının əlil olması səbəbindən Zauru hələ ki, evdən çıxarmamışdır. Sözügedən izahat bir daha onu göstərir ki, mənzildən qeydiyyatdan çıxma, onun boşaldılması, hətta aylıq 2.000 manat iddiaçıya pul ödənilməsi barədə tərəflər arasında hər hansı bir söhbət olmamışdır, iddiaçıya məlum idi ki, aralarında «alğı-satqı» müqaviləsi olmasına baxmayaraq mənzil ona məxsus deyil, bu səbəbdən də mənzilin boşaldılması, qeydiyyatdan çıxarılması barədə söhbət gedə bilməzdi. Notariat işinə diqqət yetirdikdə görürlər ki, heç cavabdehlərin qeydiyyatdan çıxacaqlarına dair hər hansı bir iltizam belə alınmamışdır. Bu bir daha sübut edir ki, ilkin iddia tamamilə absurddur və hər hansı faktiki və hüquqi əsası yoxdur. 3) İddiaçının əri Əliyev Yusif X1 onun qaynı olduğunu təsdiqləyir və qayınatası, yəni Xəyyam və iddiaçı Ülviyyənin atası ilə birlikdə banka getməsini təsdiqləyir. 4) İddiaçının əri X15 qayını X7 tərəfindən tanışı Zaur adli şəxsin mənzilini girov qoyaraq 2019-2020-ci illərdə "xxxx"-dan 120.000 manat pul kreditə götürməsini və ən mühüm məqam, sonradan həmin pulu ödəməməsini təsdiqləyir. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2-dən ibarət olan mənzilin ünvan 4 ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə- 29 saylı «alğı-satqı» müqaviləsinə diqqət yetirdikdə görürlər ki, həmin mənzil 178.000 manata İddiaçı tərəfindən alınmışdır. Qeyd etməyi zəruri bilirlər ki, sözügedən mənzil hələ üç il öncə 2019-cu il tarixdə ipotekaya qoyularkan Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-1072 saylı ipoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən ipotekanın predmeti olan sözügedən mənzil 323.000 manat məbləğində qiymətləndirilmişdir. Hələ nəzərə alsalar ki, banklar tərəfindən mənzil hərracda rahat satılsın deyə o, dəyərindən qat-qat aşağı qiymətləndirilmişdir (həmin dövrdə mənzilin real bazar dəyəri 500.000 manatdan yuxarı idi, iddiaçı tərəfindən həmin mənzili qiymətləndirilmiş dəyərindən 2 dəfə az, cəmi 178.000 manata «alması», eyni zamanda ipoteka ilə təmin edilmiş borc məbləğinin düppədüz elə 178.000 manat olması bir daha mənzilin «alğı-satqı» müqaviləsinin uydurma əqd olduğuna dəlalət edir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh3 bildirir ki, X15 yalan söyləyir. Əslində isə 178.000 manat pulu iddiaçının (qarşılıqlı cavabdehin) əri X10 qayınatası (iddiaçının atası) X11 (krediti götürən "xxxx" MMC-nin direktoru) verməyə məcbur etmişdir ki, onun oğlu (iddiaçının qardaşı) Xəyyam Abdinov barəsində hüquq mühafizə orqanlarına şikayət olmasın. Lakin məsələnin görünən tərəfi odur ki, iddiaçının əri Xəyyam Abdinovun borcunu bağlasa da, sonuncudan verdiyi pulu ala bilməmiş, bu səbəbdən mənzili ələ keçirmək istəmişdir. Bu isə tamamilə yolverilməzdir. ünvan 4 ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-29 saylı «alqısatqı» müqaviləsi üzrə notariat işinə nəzər saldıqda görürlər ki, Atabankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka ilə yüklü olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2-dən ibarət olan mənzilin özgəninkiləşdirilməsindən əldə olunan vəsaitdən 178.000 manat məbləğin bank hesabına köçürülməsi şərti ilə özgəninkiləşdirilməsinə icazə vermişdir. Nəzərə alsalar ki, mənzil cəmi 178.000 manata satılıb, bu o deməkdir ki, mənzilin satışından fəaliyyət qabiliyyəti olmayan müvəkkili 0 manat gəlir əldə etmişdir. Maraqlısı budur ki, xx.xx.2022-ci il tarixli, 4Ə-29 saylı «alğı-satqı» müqaviləsi üzrə notariat işinə nəzər saldıqda işdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2022-ci il tarixli məktubuna rast gəlinir. Sözügedən məktubda Nəsimi RİH başçısının İ müavini, «Qəyyumluq və Himayəçilik Komissiyası»nın sədri Gülnarə Verdiyeva ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh2 gələcəkdə mülkiyyət hüquqlarının pozulmaması şərti və eyni zamanda onun həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə qəyyum tərəfindən sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Lakin görürlər ki, icra hakimiyyəti mənzilin «alğısatqısı» və ya «özgəninkiləşdirilməsi» ifadəsini deyil, «sənədləşdirilməsi» ifadəsini işlətmişdir ki, bunun özü 7 saylı notariat orqanı tərəfindən sözügedən «alğı-satqı» müqaviləsinin təsdiqləməsini mümkünsüz edirdi. Burada iki sual yaranır. Birincisi, İcra hakimiyyəti məktubunda Ailə Məcəlləsinin 36.1-ci maddəsinə istinad etmişdir, Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Sual yaranır ki, 500.000 manatdan çox dəyəri olan mənzilin kredit borcu ilə eyni olan 178.000 manata satılması qəyyumluqda olan Cavabdeh2 mənafeyinə cavab verirdimi, və əgər ona məxsus olan mənzil özgəninkiləşdiriləcəkdisə, və o, 0 manat gəlir əldə edəcəkdirsə, o, harada yaşamalı idi, bu hal İcra hakimiyyətində araşdırılmışdırmı? İkinci məsələ odur ki, xx.xx.2022-ci il tarixli 4Ə-29 saylı «alğısatqı» müqaviləsini rəsmiləşdirən notarius mənzilin «alğı-satqısından» xəstə uşağın guya əldə edəcəyi məbləğin mənzilin real dəyərindən 3 dəfə aşağı satılmaqla, məktuba əsasən həmin məbləğin banka ödəməli olduğunu görmürdümü? Yuxarıda qeyd etdikləri hallar ipoteka müqaviləsinə dair notariat işində, ipoteka müqaviləsində, İcra Hakimiyyətinin məktubunda, tərəflərin polisə verdiyi izahatında tam olaraq öz əksini tapır. Eyni zamanda tərəflər arasında telefon zəngləri, WhatsApp yazışmaları da mövcuddur ki, göstərdikləri halları sübut edir. Hesab edirlər ki, ünvan 4 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-29 saylı «alğısatqı» müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** dövlət qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddianı müdafiə edərək ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qarşılıqlı iddianı qəbul etmədi, qarşılıqlı iddia üzrə müddətin keçdiyini nəzərə alınaraq məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 vəkili (eləcə də, onun qanuni nümayəndəsi – qəyyumu olan anası Cavabdeh3 nümayəndəsi) Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 məhkəməyə izahatında bildirmişdir ki, istintaq zamanı ifadəsində könüllü Xəyyama müraciət edib. Mənzil girova qoyulana qədər həmin şirkətin 600000 manat illik dövriyyəsi olub. Dost olduqlarına görə Xəyyama müraciət edib və prosesdə iştirak etmək və həmçinin gəlirdən 30% pul istədiyini deyib. Pul bank tərəfindən şirkətin sifarişlərinə ödənilib. Zauru bankda 2021-ci ilin oktyabr ayında tanımışdır. Könüllü evini banka qoyaraq pul əldə edib və şirkətə onun sifarişlərinə ödənilib. Kredit veriləndən sonra 2020-ci ildə şirkətin fəaliyyəti dayandı, maddi problemlər yarandı. Həmin krediti ödəmək imkanları olmadı. X11 direktor idi. Onunla banka gedəndə elə həmin gün mənzilin banka girov qoyulduğunu və problemlər olduğunu bilmişdir. İkinci görüşdə Zauru dəvət ediblər və onlar mənzil barədə anlaşıblar. Aralarında alqı-satqı olub. Tərəflərindən dələduzluq olmağı tamamən əsassızdır. Ödəniş notariusun bankına olub. Notariusun hesabına pul ödənilib. Zaur bəy və Kamilla xanım da iştirak ediblər. Zauru ilk dəfə 2021-ci ilin okyabrda bankda tanıyıb və biznes life-də olan işlərindən xəbəri olmayıb və işlərinə də qarışmayıb. Həmçinin biznes life və Zaurla başqa əlaqəsi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş digər tərəflər və onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər tərəflərin (onların nümayəndələrinin) iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 vəkili (eləcə də, onun qanuni nümayəndəsi – qəyyumu olan anası Cavabdeh3 nümayəndəsi) Vəkil2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - ünvan 4 ofisində bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı, 4Ə-29 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 11 saylı evin «B» girişində yerləşən 47 saylı mənzili İddiaçı 178.000 manata satmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 11 saylı evin «B» girişində yerləşən 47 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 28.12.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 6 ünvanda qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/4-16-3977/2025 saylı məktubundan görünür ki, İddiaçı və X3 doğumu haqqında akt qeydlərinin surətinin və ya arayışın istənilməsi barədə Vəkil2 müraciətinə baxılmışdır. Müraciətə əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən sorğu edilən şəxsin etibarnaməsinin mövcud olmadığı müəyyən edilmişdir. Bildirilmişdir ki, «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. «Fərdi məlumatlar haqqında» Qanunun 2.1.6-cı və 13.1-ci maddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də, onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Qeyd edilən Qanunun 8.3cü bəndinə görə isə subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda həmin Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.14-cü bəndinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr (arayışlar) barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr (arayışlar) notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydanın 9.15-ci və 9.16-cı bəndlərinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və yuxarıda göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır. Qeyd olunanlara əsasən müraciətdə göstərilən müvafiq sənədlərlə təmin edilməsi mümkün deyil. - AZ-İ seriyalı 774709 saylı doğum haqqında şəhadətnamənin surətindən, eləcə də, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh2 xx.xx.2002ci il təvəllüdlü olmaqla, atası Cavabdeh1, anası Cavabdeh3dır. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 06 avqust 2021-ci il tarixli 194 saylı sərəncamından görünür ki, Cavabdeh3 övladı, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 üzərində qəyyum təyin olunmuşdur. - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 31 dekabr 2024-cü il tarixli məktubundan, həmin RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X5 28 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh1 müraciəti əsasında toplanmış HK-1500 saylı araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - ünvan 4 Ofisində bağlanmış 4Ə/29 reyestr saylı alğısatqı müqaviləsinə dair notariat işində olan sənədlər toplusundan görünür ki: 1) Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 11 saylı evin «B» girişində yerləşən 47 saylı mənzili Cavabdeh1 mülkiyyətində olmuşdur. Onun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2) Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 11 saylı evin «B» girişində yerləşən 47 saylı mənzilini 06 yanvar 2022-ci il tarixdə oğlu Cavabdeh2 bağışlamışdır; 3) Bağışlanmış mənzil Cavabdeh2 anası – qəyyumu Cavabdeh3 tərəfindən qəbul edilmişdir; 4) Həmin mənzilə dair Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 5) Cavabdeh2 anası – qəyyumu Cavabdeh3 17 yanvar 2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin mənzilin satılmasına icazə verilməsini xahiş etmişdir. 6) İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında həmin ərizə araşdırılaraq 27 yanvar 2022-ci il tarixli məktubla həmin mənzilin satılmasına etiraz edilməməsi Cavabdeh3 nəzərinə çatdırılmışdır. 7) Notariat ofisində satıcı və alıcı arasında 28 yanvar 2022-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, müqavilə bağlanarkən tərəflər müstəqil şəkildə iradə ifadələrini bildirməklə, onlara qanunvericiliyin tələbləri izah edilmişdir. Satıcı öz üzərinə müqavilədə qeyd edilən tarixdə (xx.xx.2022-ci il tarixədək) mənzili alıcıya təhvil verəcəyini, eləcə də, 27 fevral 2022-ci il tarixədək mənzildən qeydiyyatdan çıxacağını öhdəsinə götürmüşdür. 8) Alıcı tərəfindən mənzilin tərəflər arasında razılaşdırılmış dəyəri ödənilmiş, həmin vəsait "xxxx" ASC-nin (ləğv prosesində olan) (ipotekasaxlayan) hesablaşma hesabına köçürülmüşdür. - 07.01.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 310 manat dövlət rüsumu ödənilmişdir. - 27.01.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə qarşılıqlı iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda ilk iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada (ardıcıllıqda) qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Belə ki, hazırki işin xüsusiyyətləri nəzərə alınmaqla ilk iddianın hüquqi taleyi, qarşılıqlı iddiaya verilən hüquqi qiymətdən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 11 saylı evin «B» girişində yerləşən 47 saylı mənzili Cavabdeh1 mülkiyyətində olmuş, mənzili 06 yanvar 2022-ci il tarixdə oğlu Cavabdeh2 bağışlamış, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bağışlanmış mənzil Cavabdeh2 anası – qəyyumu Cavabdeh3 tərəfindən qəbul edilmişdir; İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2002-ci il təvəllüdlü olmaqla, atası Cavabdeh1, anası Cavabdeh3dır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 06 avqust 2021-ci il tarixli 194 saylı sərəncamı ilə Cavabdeh3 onun üzərində qəyyum təyin olunmuşdur. Cavabdeh3 17 yanvar 2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin mənzilin satılmasına icazə verilməsini xahiş etmiş, İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında həmin ərizə araşdırılaraq 27 yanvar 2022-ci il tarixli məktubla həmin mənzilin satılmasına etiraz edilməməsi Cavabdeh3 nəzərinə çatdırılmışdır. Həmçinin iş materiallarından görünür ki, ünvan 4 ofisində bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı, 4Ə-29 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 11 saylı evin «B» girişində yerləşən 47 saylı mənzili İddiaçı 178.000 manata satmışdır. Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 11 saylı evin «B» girişində yerləşən 47 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Notariat icraatında olan sənədlərdən görünür ki, notariat ofisində satıcı və alıcı arasında 28 yanvar 2022-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, müqavilə bağlanarkən tərəflər müstəqil şəkildə iradə ifadələrini bildirməklə, onlara qanunvericiliyin tələbləri izah edilmişdir. Satıcı öz üzərinə müqavilədə qeyd edilən tarixdə (xx.xx.2022-ci il tarixədək) mənzili alıcıya təhvil verəcəyini, eləcə də, 27 fevral 2022-ci il tarixədək mənzildən qeydiyyatdan çıxacağını öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin xx.xx.2022-ci ildə bağlanmasına və müqavilədə xx.xx.2022-ci il tarixədək mənzili alıcıya təhvil verilməsi nəzərdə tutulmasına baxmayaraq qarşılıqlı iddiaçı müqavilə şərtini yerinə yetirməyərək ilk iddia qaldırılandan sonra hazırki iddia ilə sözügedən alqı-satqı müqaviləsinin qanuniliyini mübahisələndirmişdir. Tələbin əsası iddiaçının ünvan 3 ünvanda yerləşən mənzilə dair hər hansı hüququ olmadığından, sözügedən əqd iddiada sadalanan hallara görə bağlandığı andan etibarsız olduğundan hər hansı bir hüquqi nəticə doğura bilməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının tələbinin əsaslı olmasına dair irəli sürdüyü dəlilləri işin faktiki və araşdırılmış halları ilə uzlaşmır. Belə ki, qarşılıqlı iddiada göstərilən hallar əqdin etibarsızlığı üçün əsas yaratmır. İş materiallarından görünür ki, müqavilə fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumunun müraciətinə əsasən müvafiq cra hakimiyyəti orqanının yazılı razılığı əsasında qanuni əsaslarla bağlanmış və mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Yuxarıda qeyd edildiyi kimi hazırki iş üzrə ilk iddia qaldırılmayana kimi sözügedən əqd mübahisələndirilməmişdir. Lakin müqavilənin bağlanmasından 3 il keçdikdən sonra hazırki müqavilə mübahisələndirilsə də, onun etibarsızlığına dair irəli sürülən dəlillər və verilən izahatlar iddianın əsaslı olmasını təsdiq etmir. Məhkəmə vurğulayır ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları yuxarıdakı müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. Məhkəmə daha sonra qeyd edir ki, qarşılıqlı iddiaçının izahatı özüözlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi qarşılıqlı iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etməyi də zəruri sayır ki, qarşılıqlı iddia tələblərinin dəlilləri əsaslı olmuş olsa idi belə, bu halda iddia ilə məhkəməyə müraciət üçün müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmaya şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması aiddir. (347.2.1-347.2.3-cü maddələr) Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi «alqısatqı müqaviləsinin etibarsızlığı» hissəsində əsassız olduğu üçün təmin edilə bilməz. Məhkəmə prosessusual qənaət prinsipindən çıxış edərək tələbin «çıxarışın ləğvi» tələbinə dair hissəsi mübahisələndirilən müqavilənin etibarsızlığı tələbindən törəmə tələb olduğundan iddianın bu hissəsi üzrə araşdırma aparılmasını və hüquqi qiymət verilməsini zəruri saymır. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilk iddia üzrə iddiaçı xüsusi mülkiyyətində olan mənzilə köçüb, təyinatı üzrə istifadə edə bilmir. Cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə icra etmirlər, mənzildən çıxmırlar və mənzili boşaldaraq iddiaçıya təhvil vermirlər. Bununla da, ilk iddia üzrə iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2 olan 47 saylı mənzildən çıxarılmalı; mənzil cavabdehlərin hesabına boşaldılmaqla İddiaçı əməli istifadəsinə verilməli və sonuncunun həmin mənzilə köçürülməli olması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Lakin ilk iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, ilk iddia tələbində mənzildən çıxarılması göstərilən digər şəxslərin dairəsi qeyri-müəyyən olmaqla, ilk iddia üzrə cavabdehlərdən başqa şəxsiyyəti müəyyən edilməyən şəxs, (yaxud şəxslərə) münasibətdə iddia təmin edilə bilməz. Həmçinin İlk iddia - aylıq 2.000 manat olmaqla 3 ilin kirayə haqqı kimi 72.000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutulmaqla iddiaçıya ödənilməsi tələbinə dair hissədə də təmin edilə bilməz. Belə ki, ilk iddia üzrə iddiaçı mənzil kirayə verməklə gəlir əldə edəcəyinə dair dəlilləri ehtimal xarakterli olmaqla subyektiv mülahizədir, eləcə də, qeyd olunan mənzilin aylıq kirayə haqqının 2.000 manat olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «cavabdehlərin mənzildən çıxarılması, mənzilin cavabdehlərin hesabına boşaldılması, mənzilin iddiaçının əməli istifadəsinə verilməsi, iddiaçının mənzilə köçürülməsi və maddi ziyanın cavabdehlərdən tutulması» tələbinə dair ilk iddiası qismən təmin edilməli; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2 olan 47 saylı mənzildən çıxarılmalı; mənzil cavabdehlərin hesabına boşaldılmaqla İddiaçı əməli istifadəsinə verilməli; İddiaçı həmin mənzilə köçürülməli, ilk iddia qalan hissədə rədd edilməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun 100 manatı ilk iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia rədd edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 147,84 m2 olan 47 saylı mənzildən çıxarılsınlar. Mənzil cavabdehlərin hesabına boşaldılmaqla İddiaçı əməli istifadəsinə verilsin. İddiaçı həmin mənzilə köçürülsün. İlk iddia qalan hissədə rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumunun 100 manatı ilk iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1590/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1590/2025
29.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə köçürmə - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver