Məhkəmə qərarları › İş №2(1-8)-592/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-592/2026

13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-592/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2.

3. Bərdə Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-*/**** saylı hökmü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətə həkim-anestezioloq-reanimatoloq və intensiv terapiya şöbəsinin həkimi vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir;

4. Hökmdə göstərilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2021-ci il tarixdə saat 15:30-da «xxxx» X1 Ginekologiya şöbəsinə «Sağ boru hamiləliyi» diaqnozu ilə daxil olub həmin tarixdə saat 15:40-da üzərində «Sağ tərəfli tubektomiya, sağ boru hamiləliyi» cərrahiyyə əməliyyatı icra ediləndən sonra saat 16:35- də «xxxx» X1 Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olan 1991-ci il təvəllüdlü X3 anemiya olduğunu nəzərə almayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2012-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan «Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları»nın III bölməsi olan «Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı»-nın həkim anestezioloq-reanimatoloqun vəzifə öhdəliklərini daşıyan 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda, həmçinin həmin təlimatın həkimanestezioloq-reanimatoloqun məsuliyyətini müəyyən edən 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımı qaydada yerinə yetirməyərək, müvafiq tibbi yardımları vaxtında göstərməyərək, təkrar intubasiya etmədən, süni ventilyasiya aparatına qoşmadan və təcili olaraq qan və qan əvəzedicilər köçürməyərək, ##.##.2021-ci il tarixdə saat 08:55-də X3 ümumi vəziyyətinin ağırlaşmasına və tənəffüsünün dayanmasına gətirib çıxaran posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir;

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli hökmü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-*/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı, məhkəməyə müraciət edərək, arvadı X3 ölməsinə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat və ödənilmiş dövlət rüsumuna görə 240 manat olmaqla, ümumilikdə 50.240 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və xxxx Publik Hüquqi Şəxsdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə X3 ilə ailə həyatı qurmuşdur. Onların iki övladı var. 2023-cü ildə həyat yoldaşı faciəvi şəkildə vəfat etdi. Ailə başçısı olaraq baş vermiş cinayət hadisəsi nəticəsində 9 ildən artıq nikahda olduğu, 30 yaşlı həyat yoldaşının vəfat etməsindən sonra davamlı iztirab, sarsıntı keçirir. Belə ki, cavabdehin X13, reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq reanimatoloq vəzifəsində işləyən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2021-ci il tarixdə saat 15:30-da «xxxx» X1 Ginekologiya şöbəsinə «Sağ boru hamiləliyi» diaqnozu ilə daxil olub həmin tarixdə saat 15:40-da üzərində «Sağ tərəfli tubektomiya, sağ boru hamiləliyi» cərrahiyyə əməliyyatı icra ediləndən sonra saat 16:35-də «xxxx» X1 Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olan 1991-ci il təvəllüdlü X3 anemiya olduğunu nəzərə almayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2012-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan «Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları»nın III bölməsi olan «Həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı»nın həkim anestezioloq reanimatoloqun vəzifə öhdəliklərini daşıyan 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda, həmçinin həmin təlimatın həkimanestezioloq reanimatoloqun məsuliyyətini müəyyən edən 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımı qaydada yerinə yetirməyərək, müvafiq tibbi yardımları vaxtında göstərməyərək, təkrar intubasiya etmədən, süni venstilyasiya aparatına qoşmadan və təcili olaraq qan və qan əvəzedicilər köçürməyərək, ##.##.2021-ci il tarixdə saat 08:55-də X3 ümumi vəziyyətinin ağırlaşmasına və tənəffüsünün dayanmasına gətirib çıxaran posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Naibənin ölümü ilə əlaqədar Bərdə rayon prokurorluğunda araşdırma aparılmış, həyat yoldaşının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 səhlənkarlığı nəticəsində ölməsi sübut olundu, cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ## ###### 2023-cü il tarixli hökmü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətə həkimanestezioloq-reanimatoloq və intensiv terapiya şöbəsinin həkimi vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## ### 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi hadisə Səhiyyə Nazirliyinin əməkdaşının– xxxxnın əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdehlərin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Hal-hazıra kimi həyat yoldaşının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə, hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən ona heç bir müraciət belə edilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan stresslər, əzab və iztirablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Bu baxımdan mərhum həyat yoldaşının faciəvi ölümü keçirdiyi stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirablar və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ödənilməlidir.

8. Cavabdeh cavabdeh1 ##.##.2025-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi müraciət edərək məhkəməyə bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. MPM-nin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Ancaq iddia tələbindən göründüyü kimi, iddia “xxxx” publik hüquqi şəxsə qarşı qaldırılmışdır, iddiaçı tərəf Bərdəyə getməmək üçün, öz işini asanlaşdırmaq baxımından iddia ərizəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyini də əlavə etmişdir. Qeyd olunan hal hüquqdan sui-istifadə halı kimi nəzərə alınmalı və işə aidiyyət qaydalarına uyğun Bərdə Rayon Məhkəməsində baxılmalıdır. Iddia tələbinin isə Səhiyyə Nazirliyinə heç bir aidiyyəti yoxdur. Belə ki, iddia ərizəsində adı qeyd edilən həkim Bərdə RMX-nın işçisi olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin həkim barəsində olan hökm qanuni qüvvəyə minən kimi, dərhal sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, şəxs Səhiyyə Nazirliyinin işçisi olmamış, Bərdə RMX-nın işçisi olmuşdur. Bərdə RMX hazırda TƏBIB-in tabeliyindədir. TƏBIB Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanına əsasən icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmışdır. Həmin fərmana uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (istisnalar olmaqla) TƏBIB-in tabeliyinə verilmişdir. TƏBIB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ##### 2019-cu il tarixli qərarı ilə təsdiq edilib. Qeyd olunanlardan göründüyü kimi, sözügedən işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində deyil, Bərdə Rayon Məhkəməsində baxılmalıdır. Əmək Məcəlləsinin 10-cu maddəsində “Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri” “ç” bəndində göstərilmişdir: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. Həmin məcəllənin 12-ci maddəsində (işəgötürənin əsas vəzifələri və məsuliyyəti) göstərilir: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək. Sözügedən məsələdə işəgötürən, yəni xxxx işçi üçün bütün lazımi əmək şəraiti yaratmış və işçini xəstəyə göstərilən tibbi xidmət zamanı tələb olunan müvafiq dərman vəsaitləri ilə tam təmin etmişdir. O cümlədən, işçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə bağlanmış ##.##.2021-ci il tarixli, *******20210419721 nömrəli əmək müqaviləsinin 5. “Birinin digərinə vurduğu maddi ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti” bölməsində qeyd edilir: 5.1.Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal maraqlarına qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Göründüyü kimi, sabiq həkim mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ehtiyatsızlıqdan törətdiyi əmələ görə iddiaçıya hər hansı maddi və mənəvi ziyanı dəydiyi halda ona Bərdə RMX yox, sabiq həkim mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cavabdeh olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərərvuran şəxsin təqsiri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır (10-cu bənd). Ancaq iddiaçının sözügedən işlə bağlı qeyd etdiyi məbləğin miqdarı nə ağlabatandır, nə də ədalətlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” X1 iddiaçı İddiaçı xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması, cavabdeh “xxxx” X1 iddiaçı İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumuna görə 180 (yüz səksən) manat məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Vüsalə Musayeva).

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 10 ildən artıq nikah münasibətlərində olduğu, birlikdə iki övlad böyütdüyü və həkim səhlənkarlığı nəticəsində ölmüş arvadının ölümü keçirmiş olduğu mənəvi sarsıntı mübahisəsiz və aşkardır. Üstəlik də iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündən də aydın olur ki, iddiaçının arvadı məhz elə hamiləliyinə görə xəstəxanada olmuşdur. Bu hal da ona dəlalət edir ki, tərəflər arasında faktiki ər-arvad münasibətləri də mövcud olmuşdur. Bütün bunların fonunda iddiaçının arvadının vaxtsız ölümündən və bundan sonra iki azyaşlı övladını anasız təkbaşına böyütmək məcburiyyətindən keçirdiyi hisslər kifayət qədər aydındır. Odur ki, cavabdehin iddiaçının mənəvi zərər keçirməsinə dair sübutların nədən ibarət olmasına dair dəlilləri tamamilə əsassızdır. Cavabdehin həkimin məsuliyyəti ilə bağlı irəli sürdüyü dəlillər də öz növbəsində əhəmiyyətsizdir. Belə ki, hətta xəstəxanaya qarşı iddianın təmin olunması gələcəkdə xəstəxananın da həkimə qarşı tələb irəli sürməsini istisna etmir.

11. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən iddiaçının tələbi qismən əsaslıdır, məhkəmə iddiaçının tələbinin 30.000 manat həddində təmin edilməklə ona vurulmuş mənəvi zərərin ədalətli kompensasiya olunmasını və iddiaçının şüurunda müsbət reaksiyalara səbəb ola biləcəyini əsaslı hesab etmişdir.

12. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbi xxxx ilə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı da irəli sürülməsinə baxmayaraq Səhiyyə Nazirliyi bu tələbdə hər-hansı cavabdehlik daşıyan tərəf deyildir və ona qarşı iddia tələbi təmin edilə bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1097.1, 1099.1, 1112, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ##### tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli, * saylı Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-in tələblərinə əsasən məhkəmə iddiaçı tərəfindən cavabdehin düz müəyyən edilib edilməməsi, iddianın əsl cavabdehə qarşı qaldırılıb-qaldırılmaması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi, məhkəmə aidiyyəti və ya ərazi aidiyyəti məsələlərinə işin icraata qəbul edilməsi barədə qərarla və ya hazırlıq iclası keçirilməsi zamanı müəyyən edilməsi nəzərdə tutulur. Qeyd edilən prosessual məsələlər, o cümlədən cavabdehlə bağlı məsələlər məhkəmə baxışında müəyyən edilməməlidir. Ancaq məhkəmənin mövqeyindən görünür ki, iddia tələbinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı qaldırılmasına baxmayaraq bu orqanın cavabdeh olmadığı qənaətinə gələrək bu cavabdehə münasibətdə iddia tələbini təmin etməmişdir. Məhkəmə öz təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdehlik məsələsinə şifahi məhkəmə baxışınadək münasibət bildirməmiş, eləcə də iddiaçıya cavabdeh seçimində iddia tələbinə redaktə edilməsi təklif edilməmişdir. Belə olan halda xxxxna qarşı qaldırılmış iddia tələbi üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsi tərəfindən qətnamə çıxarılması aidiyyət məsələsinin kobud şəkildə pozulması hesab edilməlidir. MPM tələblərinə əsasən aidiyyət məsələsinin pozuntusu yolverilməzdir. Üçüncü şəxs TƏBIB-ə münasibətdə isə qeyd etmək lazımıdır ki, məhkəmə ərazi aidiyyəti üçüncü şəxslərə münasibətdə deyil, yalnız cavabdehlərə münasibətdə müəyyən edilməlidir. Işin mahiyyəti üzrə qeyd etmək zəruridir ki, məhkəmə ziyan vurma ilə bağlı mülki məcəllənin müvafiq maddələrinə istinad edərək mənəvi ziyana görə kompensasiyanın 30.000 manat həcmində müəyyən edilməsini ədalətli hesab etmişdir. Bununla bağlı hesab edilir ki, məhkəmənin ədalətli hesab etdiyi 30.000 kompensasiya məbləği həddən artıq çoxdur. Müqayisə üçün göstərmək olar ki, məlum 44 günlük 2-ci Qarabağ Müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik 11.000 manat kompensasiya ödənilmişdir. Həm də nəzərə almaq lazımdır ki, bu şəxslər öz maraqları üçün deyil, Dövlətin ərazi bütövlüyü və suverenliyi üçün, həm Dövlət və ümumilikdə bütün ölkə əhalisinin mənəviyyatına xidmət edən bir iş uğrunda şərəflə şəhid olmuşlar. Eləcə də müharibədə də həlak olanların ailəsində şəhidin ataya ehtiyaca olan övladları, ailəsi, valideynləri yaxınlarını itirməsindən əzab-iztirab keçirmələri təbiidir. Həkim səhlənkarlığından vəfat etmiş şəxsin həyat yoldaşına 30.000 manat kompensasiya verilməsi şəhidlərin ailə üzvlərinə münasibətdə ədalətsiz olmaqla həm də cəmiyyətdə mənfi emosiyalar yarada bilər. Ancaq məhkəmə tərəfindən mənəvi ziyanın məbləğinin müəyyən edilməsində bu sahədə olan münasibətlər nəzərə almamışdır. Dövlətin maliyyə imkanları, Bərdə Rayon Mərkəzi Xəstənasının büdcəsi ilə müqayisə edilməsi mümkün olmayan həddə fərqli olmaqla daha böyük maddi resurslara malikdir. Həmçinin vətən uğrunda şəhid olanların xatirəsi, onların ailəsinin maddi-məişət qayğıları Dövlət üçün daha aktual məsələdir. Mülki hüquqdan suiistifadə edilməsi yolverilməzdir. Iddiaçının ailə üzvünü itirməsinə görə ödənilən kompensasiya məbləği iddiaçının zənginləşməsinə xidmət edən məbləğ olmamalı, cavabdehin Mərkəzi Xəstəxana olmaqla insanların həyat və səhhətinin yaxşılaşdırılımasına xidmət etməsi nəzərə alınaraq maliyyə vəsaitinin ayrılmasında, xərclənməsində də qənaət prinsipinə əməl edilməlidir. Mənəvi ziyana görə kompensasiyanın ödənilməsi həm də cavabdeh Mərkəzi Xəstəxananın digər şəxslərə tibbi yardım göstərən bir qurum olmaqla maliyyə imkanlarının məhz insanların səhhətinin qorunmasına istiqamətlənməsi də nəzərə alınmalıdır. Mənəvi ziyanın məbləği müəyyən edilərkən Bərdə Mərkəzi Xəstəxananın kommersiya qurumu olmamasına diqqət edilməli idi. Ancaq məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar qətnamə çıxarılarkan nəzərə alınmamışdır. xxxx Dövlət tibb müəssisəsi olmaqla həkim səhlənkarlığına yol verilmiş həkim-anestezoloqun işə qəbul edilməsi, işə qəbul edilən həkimlərin peşəkarlıq səviyyəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən araşdırılır. Hazırkı iş üzrə də həkim anestezoloqun xxxxnda işə qəbul edilməsi Səhiyyə Nazirliyinin göndəriş məktubu əsasında həyata keçirilib. Nəzərə alınsa ki, cavabdeh1 olmaqla Dövlət tərəfindən təşkil edilmiş hüquqi şəxsdir və səhiyyə xidməti dövlət nəzarətindədir. Belə olan halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında Dövlət tərəfindən yaradılmış X1 işə qəbul edilən həkim anestezoloqun səhvindən şəxsə vurulmuş maddi və mənəvi ziyan da Dövlət tərəfindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına ödənilməlidir. Həmçinin Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələblərindən görünür ki, zərərin əvəzinin ödənilməsi vəzifəsinin zərər vurmayan şəxsin də öhdəsinə qoyula bilməsi mütləq deyil, imperativ xarakter daşımır. Məhkəmə tərəfindən maddənin tələbləri düzgün tətbiq edilməmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinin qismən, mənəvi zərərin məbləği hissəsində dəyişdirilməsi, zərərin miqdarının azaldılaraq 20.000 (iyirmi min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlsə də mənəvi zərərin məbləğini müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır.

19. Belə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamışdır. Ona görə də qeyd olunan məbləğ azaldılaraq malıdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 20.000 manat pul tutulması ağlabatan və ədalətlidir. Kollegiya oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alaraq qeyd etmişdir ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Apellyasiya şikayətinin dəlilləri mənəvi zərərin məbləğini müəyyən edilməsi hissəsində qismən əsaslı olmuşdur.

22. Apellyasiya şikayətinin dəlilləri-mənəvi zərərin məbləğini müəyyən edilməsi hissəsində qismən əsaslı olmuşdur.

23. Məhkəmə Kollegiyası eyni zamanda qeyd etmişdir ki, apellyasiya baxışı zamanı Bərdə Rayon Məhkəməsinin icraatında olmuş *(***)-*/**** saylı cinayət işi tələb edilmiş və müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə X2 hüquqi varisi kimi atası çıxış etmiş və həmin iş üzrə iddiaçı İddiaçı hüquqi varis olmamışdır. Bu səbəbdən zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmayan İddiaçı həmin iş üzrə təqsirləndirilən şəxsə qarşı şikayətinin olubolmaması barədə iradə ifadəsi olmadığından iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

24. Bundan başqa Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Səhiyyə Nazirliyini cavabdeh qismində göstərməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə araşdırması zamanı Səhiyyə Nazirliyinin hər-hansı cavabdehlik daşıması müəyyən edilməmiş və birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini Səhiyyə Nazirliyinə münasibətdə rədd etmişdir.

25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 1096, 1097.1, 1099.1-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57, 58, 59cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

26.

27. Kassasiya şikayəti onun əsaslandırılmışdır ki, mənəvi ziyanın ölçülməsi üçün konkret meyar olmadığından onun qiymətləndirilməsi fərdi xarakter daşıyır və bu baxımdan məhkəmənin müəyyən etdiyi mənəvi sarsıntı yalnız insani hiss olaraq qəbul edilə bilər. Lakin nəzərə alınmalıdır ki, ölüm həyatın qaçılmaz nəticəsidir və tibbi müdaxilələr zamanı risklər sığortalanmır, eyni zamanda mənəvi sarsıntı qısamüddətli xarakter daşıyır. 20.000 manat məbləğində müəyyən edilmiş mənəvi ziyan həddən artıq şişirdilmişdir, çünki iddiaçının ailə münasibətləri, mərhumun ailədə rolu və digər ailə üzvlərinin də eyni tələblə çıxış edə bilməsi nəzərə alınmamışdır. Bu halda digər ailə üzvlərinə də oxşar məbləğlərin ödənilməsi ehtimalı ümumi ziyanın əsassız şəkildə artmasına səbəb ola bilər. Bundan əlavə, ölüm hadisəsinin qəsdən deyil, ehtiyatsızlıq nəticəsində baş verməsi və ailə üzvləri arasında bağların fərqli səviyyədə olması da qiymətləndirmədə nəzərə alınmalı idi, belə ki, valideyn və övlad münasibətləri ər-arvad münasibətlərindən daha güclü hesab olunur. Bu səbəbdən iddiaçıya ödənilməsi müəyyən edilmiş mənəvi ziyanın məbləği həddən artıq yüksək olmaqla ədalətsiz və hüquqdan sui-istifadə hallarına səbəb olan şəkildə müəyyən edilmişdir. Səhiyyə Nazirliyinin iş üzrə cavabdeh olmaması birinci instansiya məhkəməsində iş icraata qəbul edilərkən məlum idi. Bunun üçün əlavə sübutlar toplamaq, tərəflərin fikirlərini dinləmək zərurəti yox idi. Iddiaçı bilərəkdən Səhiyyə Nazirliyini cavabdeh kimi qeyd edərək işin Bakı şəhərində baxılmasına nail olmuşdur. Apellyasiya instansiyası şikayətdə qeyd edilən aidiyyət məsələsinə hüquqi qiymət verməyərək MPM-in 372.6 və 372.7-ci maddələrinin tələblərini pozulmuş, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş ərazi aidiyyətinin pozuntusu ilə işə baxılması, təqdim edilmiş sənədlər əsasında həddən artıq mənəvi ziyanın məbləğinin müəyyən edilməsi nəzərə alınmamış, iş üzrə obyektiv hüquqi nəticəyə gəlməmişdir.

28. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın tamamilə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mənəvi ziyanın məbləğini müəyyən edərkən işin faktiki hallarını və kassatorun çəkdiyi davamlı iztirabları obyektiv qiymətləndirməmiş, habelə məsul şəxsin səhlənkarlığına görə cinayət məsuliyyətinə cəlb olunması fonunda 20.000 manat məbləğində tutulması qət edilmiş mənəvi ziyan məbləği əsassız olaraq aşağı həddə müəyyən edilmişdir və bu məbləğ 50.000 manat olmalıdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

36. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

37. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Məhkəmə kollegiyası, qətnaməni cavabdeh tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, xxxxnın həkimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təqsirli əməli nəticəsində iddiaçının arvadının vəfat etməsi ilə iddiaçının keçirdiyi mənəvi sarsıntı arasında səbəbli əlaqə mövcuddur. Məhkəmə mütənasiblik və ədalətlilik meyarlarını rəhbər tutaraq mənəvi ziyan məbləğinin 20.000 manata endirilməsini ağlabatan saymışdır. Apellyasiya məhkməsinin qənaət gətirdiyi zərər məbləği ilə bağlı hər iki tərəfin şikayətində qeyd olunanlar qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Cavabdehin şikayətinin digər dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən o, iddiaçı qarşısında cavabdehlik daşıyır. Bu normaya görə hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu səbəbdən iş üzrə ərazi aidiyyətinin pozulması da aşkar edilmir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar