Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-593/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): müqavilə münasibətlərindən irəli gələn mübahisələr; müqavilənin qanunda və ya müqavilədə nəzərdə tutulan əsaslarla ləğvi, notariat hərəkətlərindən şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), X3 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimində cəlb edilməklə) “qərarın ləğvi, müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında bağlanmış ## ###### 2003-cü il tarixli, ****** saylı müqaviləyə əsasən əsasən iddiaçı ünvan 1 8 ünvanında yerləşən yaşayış sahəsi 69,0 kv.m. olan 5 otaqdan ibarət mənzili mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 246000000 manata (49200 yeni AZN) satmışdır.
2. Mübahisəli mənzil 248,5 kv.m. ümumi, 147,1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 7 və * nömrəli mənzil kimi sonuncunun adına xüsusi mülkiyyət hüquqları əsasında qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarili, e-2(001)- ****/**** saylı qətnaməsi ilə iddiaçının cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
4. Bakı şəhəri ** saylı Notariat Ofisinin (bundan sonra – cavabdeh) “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” ## ###### 2024-cü il Qərarı ilə tərəflər arasında bağlanmış ## ###### 2003-cü il tarixli müqavilənin ləğv edilməsinə dair müqavilənin təsdiqlənməsindən imtina edilmişdir. Həmin qərarda qeyd olunur ki, müqavilənin təsdiq edilməsindən – 21 il ötməsi, eləcədə satılmış yaşayış sahəsinin 69 m2-dan iki dəfədən çox həcmdə 147,1 m2 dək dəyişilməsi ilə bağlı alqı-satqı müqaviləsinin predmetinin mövcud olmadığı, o cümlədən öhdəliklərin icra edilməsi nəticəsində müqavilə üzrə öhdəliklərə xitam verilməsi nəzərə alınaraq müəyyən edilir ki, yuxarıda göstərilən müqavilənin ləğv edilməsi haqqında müqavilənin təsdiqlənməsinə dair notariat hərəkətləri müqavilə tərəflərinin həqiqi niyyətinə uyğun deyil və qanunvericiliyin tələblərinə əsasən notariat hərəkətlərinin aparlmasından imtina edilməlidir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cavabdehlər “xxxx” MMC, “Gilan Holding” Şirkətlər qrupuna (LPO “xxxx” MMC), “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, İddiaçı və qeyriləri cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə; habelə müstəqil iddia irəli sürən üçüncü şəxslər X4 və X1 cavabdehlər “xxxx” MMC, “Gilan Holding” Şirkətlər qrupuna və “xxxx” MMC-yə qarşı “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 şikayətləri rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı məhkəməyə müraciət edərək, ** saylı Notariat Ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **** nömrəli Qərarının ləğv edilməsini, ##.##.2003-cü il tarixli, 4Ə-*** reyestr nömrəli müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçının çəkdiyi məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənillməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, göstərilən müqavilənin ləğv edilməsi barədə Bakı şəhəri, ** saylı notariat ofisinə 2024-cü ilin aprel ayında şifahi qaydada müraciət etmişdir. Iddiaçı həmin müraciətində bildirmişdir ki, müqavilədə alıcının ona, guya, o vaxtın məzənnəsi ilə 246 000 000 manat ödədiyi göstərilsə də, müqavilə bağlandıqdan qısa müddət sonra alıcı həmin mənzilləri almaqdan vaz keçdiyinə görə, faktiki olaraq pul ödənməyib və alıcıya hansısa pul məbləği qaytarılmalı deyil. Bu halı alıcının nümayəndəsi də şifahi olaraq cavabdehə bildirmişdir. Cavabdeh (xüsusi notarius X2) özünün, ##.##.2024-cü il tarixli, *** nömrəli “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” Qərarı ilə iddiaçının müraciətini rədd etmişdir. Həmin Qərar belə əsaslandırılmışdır ki, “İddiaçı müqaviləyə xitam verilərkən alıcının ona ödədiyi satış qiymətini notariusun depozit hesabı vasitəsi ilə qaytarmaq niyyətinin olmadığını bildirmişdir. Qanunvericiliyin tələblərinə görə isə həmin pul məbləği notariusun depozit hesabı vasitəsi ilə qaytarılmalıdır. Göstərilənlərə əsasən alqı-satqı müqaviləsinin ləğv edilməsi qanuna ziddir və bununla bağlı notariat hərəkətlərinin edilməsindən imtina edilməlidir.” Cavabdeh bu Qərarını qəbul edərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü və 40-cı maddələrinə istinad etmişdir. Cavabdeh Qanunun bu hissəsinə istinad etməkdə haqlı olmamışdır, çünki bu hissə həmin qanuna ## ###### 2018-ci il tarixli ****-VQD nömrəli Qanunla əlavə edilib və iddiaçının vəziyyətini ağırlaşdırdığına görə, qarşılıqlı razılığa gələn tərəflərin münasibətlərinə şamil edilə bilməz. Buna baxmayaraq, iddiaçı cavabdehin ##.##.2024-cü il tarixli, *** nömrəli həmin qərarından şikayət verməmiş və cavabdehin ona verdiyi şifahi məsləhət əsasında, ##.##.2003-cü il tarixli, 4Ə-*** reyestr nömrəli Müqavilənin etibarsız elan edilməsi barədə Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Binəqədi rayon məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı Qətnaməsi ilə həmin iddia rədd edilmiş və ##.##.2003-cü il tarixli, 4Ə-*** reyestr nömrəli Müqavilədə göstərilən pul məbləğinin ödənildiyi göstərildiyinə görə, bu müqavilənin etibarsız hesab edilə bilməyəcəyi qətnamədə əsaslandırılmışdır. Məhz Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsindən sonra, iddiaçı alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 birlikdə, yenidən, 09.12. 2024-cü il tarixli ərizə ilə, müqavilənin ləğv edilməsi xahişi ilə cavabdehə müraciət etmişlər. Həmin müraciətdə iddiaçı və alıcı R.H. Behrudi göstərdilər ki: Mülki Məcəllənin 421-424-cü maddələrinin məzmunu və mahiyyəti tərəflərə aydındır. Həmin alqısatqı müqaviləsi bağlandığı andan alıcı həmin mənzillərə faktik olaraq sahiblənməyib, o mənzillərdən istifadə etməyib və həmin mənzillərdə öz vəsaiti hesabına heç bir yaxşılaşdırma aparmayıb. Həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra o mənzillərdə sonrakı yaxşılaşdırmalar, artırmalar və əlavə tikililər satıcının öz şəxsi vəsaiti hesabına aparılıb. Alıcı həmin müqaviləni bağlayarkən satıcının və onun ailə üzvlərinin həmin mənzillərdə daimi istifadə hüquqlarının saxlandığını bilirdi və Mülki Məcəllənin 158.3.-cü maddəsinin, eləcə də, MM-nin 228.4-cü maddəsinin məzmun və mahiyyəti ona aydın idi. Həmin alqı-satqı müqaviləsi ilə bağlı alıcının satıcıya qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74 -cü maddəsinə istinadən, cavabdehin irəli sürdüyü tələbə uyğun olaraq, iddiaçı, müqavilə məbləğini notariusun bankda açdığı depozit hesabına köçürməyə hazır olduğunu bildirdi. Bu dəfə isə, cavabdeh tamam başqa əsas göstərməklə, iddiaçının və alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tələbinin rədd edilməsi barədə “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” ## ###### 2024-cü il tarixli, **** nömrəli Qərar qəbul etdi.
8. Birinci instansiya məhkəməsində iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Izahatında qeyd etmişdir ki, iddiaçı bundan əvvəl notariusa müraciət edərək, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Notariat ofisi ilk dəfə müqaviləni ləğv etməkdən o əsasla imtina etmişdir ki, müqavilə ləğv edildikdə hər bir tərəf digərinə aldıqlarını qaytarmalıdır. Əslində bu da əsassız idi, çünki B.Rüstəm müqavilə bağlandıqdan qısa müddət sonra almaqdan vaz keçdiyinə görə faktiki olaraq pul ödənməyib. Lakin müqavilə tərəfləri bundan sonra ikinci dəfə notariat ofisinə müraciət edərək, hər iki tərəfin bir-birinə aldıqlarını qaytarmaq şərti ilə müqavilənin ləğvinə razı olduqlarını bildirsələr də, notarius yenə də müqaviləni ləğv etməkdən imtina etdi. Bu dəfə qərarını onunla əsaslandırdı ki, mənzillər B.Rüstəm tərəfindən xeyli abadlaşdırılıb, böyüdülüb və s. Notariusun imtinasını qanunsuz və qərəzli hesab edirlər. Mənzil faktiki olaraq həmişə iddiaçının və onun ailə üzvlərinin istifadə və sahibliyində olub. Bütün abadlaşdırmalar onlar tərəfindən həyata keçirilib.
9. Digər üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, o və iddiaçı qarşılıqlı razılığa və sərbəst iradələrinə uyğun olaraq, müqavilənin ləğv edilməsi barədə razılığa gəlmiş, bununla bağlı ** saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, imtina cavabı almışlar. Notariusa ünvanladığı ərizədə qeyd etdiyi kimi, həmin alqı-satqı müqaviləsi bağlandığı andan o (alıcı) həmin mənzillərə faktiki olaraq sahiblənməmişdir, o mənzillərdən istifadə etməmiş və həmin mənzillərdə öz vəsaiti hesabına heç bir yaxşılaşdırma aparmamışdır. Həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra o mənzillərdə sonrakı yaxşılaşdırmalar, artırmalar və əlavə tikililər satıcının (iddiaçı İddiaçı) öz şəxsi vəsaiti hesabına aparılıb. Alıcı həmin müqaviləni bağlayarkən satıcının və onun ailə üzvlərinin həmin mənzillərdə daimi istifadə hüquqlarını saxlandığını bilirdi və Mülki Məcəllənin 158.3-cü maddəsinin məzmunu və mahiyyəti, eləcə də MM-nin 228.4-cü maddəsinin məzmun və mahiyyəti ona aydın idi. Həmin alqı-satqı müqaviləsi ilə onun satıcıya qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Iddiaçı İddiaçı ** saylı notariat ofisinə qarşı “alqı satqı müqaviləsinin ləğv edilməsi barədə” iddiasını qeyd-şərtsiz olaraq tam həcmdə müdafiə edir.
10. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- *(***)-****/**** nömrəli iş üzrə ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Mehriban Əfəndizadə).
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mənzilə sonuncunun heç vaxt sahiblik və istifadə etmədiyini, mənzillə bağlı hər hansı tələbinin olmadığını bildirsə də, mülki işin materiallarından görünür ki, o mənzillə bağlı çoxsaylı mübahisələrdə tərəf, o cümlədən iddiaçı olmuş, hətta sökülmüş mənzilin yerinə tikilmiş binanın sökülməsini və mənzilinin naturada qaytarılmasını tələb etmişdir.
12. Məhkəmə daha sonra vurğulamışdır ki, iddianın hüquqi əsası – müqavilənin ləğvi üçün qanuni əsas tapılmadığı kimi, iddiaçının nail olmaq istədiyi nəticə də aydın deyil. Belə ki, müqavilə illər əvvəl icra edilib, daha sonra mənzil sökülüb, müqavilə predmeti artıq mövcud deyil. Buna görə də müqavilə ləğv edilmiş olsa belə, bu formal ləğv olmaqla, hər hansı hüquqi nəticə doğurmayacaqdır, belə ki, şəxsin mülkiyyət hüquqlarını realizə edə biləcəyi əmlak fiziki olaraq məhv olub, əmlakların bərpa edilməsi tələbi isə məhkəmə tərəfindən rədd edilmişdir (qətnamə qanuni qüvvəyə minməmişdir).
13. Məhkəmə onu da qeyd etmişdir ki, müqavilənin etibarlılığı da mübahisə predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müqavilənin etibarlı olduğu təsbit edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, notariusun müqavilənin ləğvi barədə müqaviləni təsdiq etməkdən imtinası qanuni və əsaslı olmuşdur. Müqavilənin ləğvi üçün Mülki Məcəllədə göstərilən əsaslardan heç biri mövcud deyil. Tərəflərin arasında razılıq isə 22 il bundan əvvəl bağlanmış, predmeti məhv edilmiş, etibarlılığı məhkəmə qətnaməsi ilə təsbit edilmiş müqavilənin ləğvi üçün zəruri və kifayət edən əsas sayıla bilməz. Əks yanaşma mülki hüququn təməl prinsiplərinə ziddir
14. Məhkəmə mövqeyini Mülki Məcəllənin 6.2, 153.3, 178.1, 203.1, 421.1 - 421.3, 422.1- 422.4, 423.1, 423.2, 424.1-242.5-ci, “Notariat haqqında” Qanunun 40 və 41-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat:
15. Iddiaçı və üçüncü şəxslər apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, mənzillər formal olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adında qeydiyyatda olduğu üçün, məhkəmələrə yazılan iddia ərizələri də, təbii ki, onun adından olmalı idi. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəməyə yazdığı ərizəsində bu barədə aydın bir dildə qeyd edib. Eyni zamanda, hansısa məhkəmə sənədlərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adının keçməsi, onun həmin mənzillərə faktiki sahiblik etdiyini, ondan istifadə etdiyini sübut etmir. Hakim, canlı adamın məhkəməyə təqdim etdiyi ərizəsinə yox, hansısa formal sənədə istinad etməklə qərəzli olduğunu ortaya qoymuşdur. Hakim qeyd edir ki, müqavilənin ləğvi üçün qanuni əsas tapılmayıb. Qanuni əsas MM-in 421.1.-ci maddəsində göstərilib: “tərəflərin razılaşması”. Müqavilənin hər iki tərəfi ** saylı dövlət notariat kontoruna ərizə verərək razılaşma ilə bağlı iradələrini ifadə ediblər. Göstərilən bu dəlillərin heç biri müqavilənin ləğvindən imtina üçün əsas deyil, çünki qanunda belə əsaslar nəzərdə tutulmayıb. Bütün bunlar hakimin şəxsi, subyektiv yanaşmasıdır. Ancaq hakimin özünün də etiraf etdiyi kimi, əmlakın bərpa edilməsi tələbi ilə məhkəmə araşdırması davam edir və qətnamə qüvvəyə minməyib. Əvvəla, müqavilənin ləğvi üçün tərəflərin nail olmaq istədiyi nəticə bu mübahisənin predmeti deyil və ola da bilməz. Ikincisi, hakimə yaxşı aydındır ki, iddiaçının məqsədi mənzillər üzərində mülkiyyət hüququnu geri qaytarmaqla, hakimin özünün də qeyd etdiyi başqa bir məhkəmədə - “zərərin naturada bərpası haqqında” iddia üzrə işdə mülkiyyət hüququnu öz adından qorumaqdır. 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 isə iddiaçının mülkiyyət hüquqlarına görə məhkəmələrdə vaxt itirmək istəmir. Bir sözlə, hakimin gətirdiyi dəlillərin heç biri MM-in 421-ci maddəsinə uyğun deyil. Hakimin etibarlı müqavilə ilə bağlı arqumenti isə, sadəcə, təəccüb doğurur. Fiziki şəxslər müqavilə bağlamaqda, müqavilənin məzmununu müəyyən etməkdə azaddırlar və müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşir. “Müqavilənin ləğvi barədə” bağlanan müqavilə də eyni şərtlərlə bağlanır və burada ləğv edilməsi istənən müqavilənin nə vaxt başlanması, o müqavilənin predmetinin nədən ibarət olması və sair hallar heç bir hüquqi əhəmiyyət daşımır. Məhkəmə iddianı rədd etməklə, iddiaçı və 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 müqavilə azadlığı hüququnu pozmuşdur. Nərimanov Rayon Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəyərək, MM-nin 421.1.-ci maddəsinə əsassız olaraq geniş şərh vermiş, qanunvericinin nəzərdə tutmadığı, özünün şəxsi qənaətinə uyğun əlavə şərtlərə istinad edərək iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə MM-nin 421.1ci maddəsini düzgün şərh etməməklə onu səhv tətbiq etmiş, bu da qanunsuz qərar qəbul edilməsi ilə nəticələnmişdir. Hakim bu qərarını Azərbaycan vətəndaşlarına məlum olan yazılı qanunlarla yox, heç yerdə dərc elməyən, yayılmayan, vətəndaşlara məlum olmayan xəyali qanunlarla əsaslandırmağa çalışıb. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində notariat hərəkətlərini aparmaqdan imtina etmənin əsasları dəqiq göstərilib. Nə cavabdeh ** saylı notariat kontoru, nə də Nərimanov rayon məhkəməsi qərar qəbul edərkən bu maddədə göstərilən əsaslara istinad etmişdir. Halbuki, qanunverici notariat hərəkətlərini aparmaqdan imtina etmənin əsaslarını konkret göstərib və qanunu heç kimin öz başa düşdüyü və ya arzuladığı kimi tətbiq etməyə haqqı yoxdur. Hakim ümumiyyətlə, əsas tətbiq edilməli olan bu maddi hüquq normasını tətbiq etməməklə qanunsuz qərar qəbul etmişdir. 2018-ci ildən Ingiltərədə yaşayan iddiaçı və 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 dəfələrlə vəsatət qaldıraraq tələb etsələr də, onların video konfrans yoluyla işdə iştirakları təmin edilməmişdir. Mənzillər üzərində mülkiyyət hüququ formal olaraq, rəsmiyyətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məxsusdur, ona görə də, Nərimanov rayon məhkəməsində “xxxx” MMC-yə qarşı “zərərin naturada bərpası haqqında” iddia da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adından qaldırılıb və həmin iş üzrə məhkəmələr davam edir. Həmin məhkəmələrdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 vaxt, enerji, yol xərci və əsəb itirməməsi məqsədilə, iddiaçı həmin mülkləri rəsmən öz adına qaytarmaqla davam etməkdə olan məhkəmə işlərini öz adıyla aparmaq niyyətindədir. Məhkəmənin, müəyyən edilən bu faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi qanunsuz qətnamə qəbul edilməsinə səbəb olmuşdur.
17. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək, izahatında qeyd etmişdir ki, cavabdeh öz vəzifə səlahiyyətlərini aşaraq qərar qəbul etmişdir və həmin qərar qanunsuzdur. Müqavilə predmetinin olub-olmaması müqavilənin ləğv edilməsinə heç bir şəkildə maneə törətmir. Notariusun əsaslandırması bundan ibarət idi ki, müqavilə bağlandığı müddətdən sonra orada artırmalar aparılıb. Alıcı və satıcı hər ikisi müraciət edərək, bildirmişdir ki, müqavilənin ləğv edilməsi xahiş edilir. Notarius isə qeyd edir ki, müqavilənin ləğvi ancaq onun bağlandığı şərtlərlə ola bilər. Müqavilə predmetində dəyişikliklərin olub-olmaması, onun nəticələri notarisu maraqlandırmamalıdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Fərrux Qasımov).
19. Birinci instansiya məhkəməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən ## ###### 2003-cü il tarixli, ****** saylı müqavilə əsasında iddiaçı mənzili mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 satmış və alıcı isə daşınmaz əmlaka görə 246000000 manat ödəniş etmişdir. ##.##.2007-ci il tarixli çıxarışla müqavilə predmeti olan mənzil tam mülkiyyət hüququ üzrə alıcının adına qeydiyyata alınmışdır.
20. Iddiaçının dəlillərinə görə iddiaçının qeyd olunan müqavilənin ləğvində marağı müqavilə predmeti olan əmlakın naturada bərpası barədə məhkəmə mübahisəsində əmlakın mülkiyyətçisi olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 hazırkı iş üzrə iddiaçı ilə əvəz edilməsidir. Belə ki, həmin əmlakın mülkiyyətçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 olduğundan sökülən mənzilin bərpası üzrə iddia tələbini məcbur qalıb sonuncunun adından vermişlər, hazırda isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmələrdə vaxtını almaq istəmirlər.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mənzilə sonuncunun heç vaxt sahiblik və istifadə etmədiyini, mənzillə bağlı hər hansı tələbinin olmadığını bildirsə də, mülki işin materiallarından görünür ki, o, mənzillə bağlı çoxsaylı mübahisələrdə tərəf, o cümlədən iddiaçı olmuş, hətta sökülmüş mənzilin yerinə tikilmiş binanın sökülməsini və mənzilinin naturada qaytarılmasını tələb etmişdir.
22. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə həm satıcının, həm alıcının öhdəlikləri tam icra edilərək alıcı tərəfindən mənzilin dəyəri ödənilmiş və mənzil alıcıya təhvil verilmişdir. Daha sonra alıcı mənzil üzərində hüquqlarını qeydə aldırmışdır. Hazırda işin mübahisəsiz halıdır ki, müqavilə predmeti olan mənzil sökülmüşdür. Deməli, müqavilənin predmeti olan mənzil mövcud deyildirsə, müqavilə də artıq yoxdur deməkdir. Belə olan halda olmayan müqavilənin ləğvi mümkünsüzdür.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, notariusun müqavilənin ləğvi barədə müqaviləni təsdiq etməkdən imtinası qanuni və əsaslı olmuşdur
24. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 6.2, 329.2, 153.3, 178.1, 203.1, 421.1, 423.2, 424-cü, “Notariat haqqında” Qanunun 40-cı maddəsinə, habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci bəndinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Iddiaçı (vəkil vəkil1) və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 (vəkil vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətləri apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr MM-nin 421-ci maddəsini düzgün təfsir və tətbiq etməmişlər, bu da qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
27. Apellyasiya məhkəməsinin gəldiyi nəticə heç bir qanun normasına əsaslanmır və hakimin şəxsi, lakin hüquqi əsasdan məhrum mülahizəsidir. Ikincisi, "mənzil mövcud deyilsə" də, həmin mənzilə olan kompensasiya hüquqları mövcuddur və məhkəmə bunu gözardı edə bilməz. Üçüncüsü, MM-nin 421-ci və 423-cü maddələrində müqavilənin ləğvi və ya dəyişdirilıməsi müqavilə predmetinin vəziyyəti, olub-olmaması ilə şərtləndirilmir. Apellyasiya məhkəməsi həmin maddəni geniş şərh edərək, faktiki olaraq Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəmiş və bu da qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
28. Birinci instansiya məhkəməsi isə iddianı tam başqa əsaslarla rədd etmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin səhvlərini olduğu kimi təkrar etmiş və özündən əlavə bir əsassız arqument uydurmuşdur ki, bu da iddiaçıların mülkiyyət, istifadə və müqavilə azadlığı hüquqlarını pozmuşdur.
29. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində notariat hərəkətlərini aparmaqdan imtina etmənin əsasları dəqiq göstərilib. Nə cavabdeh ** saylı notariat kontoru, nə də məhkəmələr qərar qəbul edərkən bu maddədə göstərilən əsaslara istinad etmişdir. Halbuki, qanunverici notariat hərəkətlərini aparmaqdan imtina etmənin əsaslarını konkret göstərib və qanunu heç kimin öz başa düşdüyü və ya arzuladığı kimi tətbiq etməyə haqqı yoxdur. Birinci instansiya məhkəməsi, ümumiyyətlə, əsas tətbiq edilməli olan bu maddi hüquq normasını tətbiq etməməklə qanunsuz qərar qəbul etmişdir.
30. Hər iki məhkəmə instansiyasının qəbul etdiyi qərarlar qanunsuzdur, ona görə ki, iddianı rədd etmək üçün gətirilən əsasların heç biri Azərbaycan Respublikasının mövcud qanunvericiliyində, xüsusilə də MPM-də nəzərdə tutulmayıb. Sadəcə, belə əsaslar (müqavilənin 22 il əvvəl bağlanması, tərəflərin hansı hüquqi nəticəyə nail olmaq istədikləri, müqavilə predmetinin vəziyyəti və s.) MPM-də yoxdur, hakimlərin şəxsi uydurmalarıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi 32.Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 33.Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 34.Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 35.Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
36. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 37.Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
38. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
“Notariat haqqında” Qanun 39.Maddə 40. Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 40.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 44.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 45.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri 46.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 47.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48.Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 49.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarı) 50.Iddiaçının ləğvini tələb etdiyi müqavilənin məzmununda müqavilənin qüvvədə olma müddəti müəyyən edilməmişdir. Lakin, həmin müqavilənin 2-ci bəndində satıcının mənzilə görə alıcıdan 246.000.000 manat aldığı qeyd olunmuşdur. Müqavilənin etibarsızlığı ilə bağlı irəli sürülmüş tələb qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin olunmadığından sözügedən bəndin də etibarlı olması, yəni, vəsaitin satıcıya təqdim edilməsi halının mövcudluğu düzgün olaraq məhkəmələr tərəfindən sübut olunmuş fakt kimi qəbul edilmişdir. Iddiaçı tərəf bu halın əksini, müqavilənin formal olduğunu, heç bir pul vəsaitini əldə etmədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
51. Həmçinin, Mülki Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 daşınmaz əmlaka dair mülkiyyət hüququnun reyestrdə qeydə alınması işin mübahisəsiz halıdır. Beləliklə, alqı-satqı müqaviləsi üzrə alıcı daşınmaz əmlaka mülkiyyət hüququ əldə etməklə onu qəbul etmişdir. 52.Göründüyü kimi, alqı-satqı müqaviləsinin hər iki tərəfinin öz öhdəliklərini tam şəkildə icra etməsi mötəbər sübutlarla təsdiq edilmişdir. Belə olan halda, Mülki Məcəllənin 399.3-cü maddəsinin məzmununa uyğun olaraq müqavilə üzrə bütün öhdəliklər tam icra olunub öhdəliyə xitam verildiyindən müqavilə hüquqi qüvvəsini itirmiş sayılır. 53.Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, tam icra edilmiş və öhdəliyə xitam verilmiş müqavilənin sonradan ləğvi hüquqi baxımdan əsassızdır. Mülki qanunvericiliyə görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir və bu halda müqavilə üzrə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri bitmiş olur, yəni müqavilə münasibətləri başa çatır və artıq ləğv ediləcək bir müqavilə mövcud olmur. Müqavilənin ləğvi yalnız qüvvədə olan, yəni icrası davam edən müqavilələrə münasibətdə mümkündür. Bu isə o deməkdir ki, tam icra edilmiş müqavilə üzrə tərəflər yalnız yeni müqavilə bağlaya bilərlər, əvvəlki müqaviləni ləğv etmək hüquqi baxımdan mümkün deyil. Bu səbəbdən də iddianın rədd edilməsi ilə bağlı məhkəmələrin mövqeyi əsaslı olmuşdur. 54.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 55.Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.