Məhkəmə qərarları › İş №2(1-8)-640/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-640/2026

17.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-640/2026 17.04.2026 ALI MƏHKƏMƏ Cavabdehan Respublikası adından Cavabdehan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər, (hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntuna görə)) Cavabdehan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı övladı X1 ## #### 2010-cu il tarixdə vəfat etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2010-cu il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Şərəfov Əlifran Allahqulu oğlu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdə qeyd edilmişdir ki, təqsirləndirilən şəxs Şərəfov Əlifran Allahqulu oğlu təqsirləndirilir ona görə ki, o, vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində, öz xidməti vəzifəsini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək, fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir.

3. Hazırkı iş üzrə iddiaçı olan İddiaçı həmin cinayət işində zərərçəkmişin hüququ varisi kimi tanınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” IB-nə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 000 manat mənəvi zərərin, 300 manat hüquqi yardım üçün ödənilmiş pulun, etibarnamə verilməsi üçün 17,25 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini belə əsaslandırmışlar ki, o, övladının gözünün qarşısında can verdiyinin faciəsini yaşayan atalardan biridir. Həyətdə oturduğu zaman küçədə oynayan uşaqlardan biri gəlib azyaşlı övladı X1 neft qurğusuna düşdüyünü demişdir. O, dərhal qurğunun yanına qaçmışdır. “Gördüm ki, balamın qabırğaları sınıb, daxili orqanları partlayıb. Övladımın qolu da qırılıb düşmüşdü. Onu dərhal maşınla xəstəxanaya çatdırmaq istəsəm də yolda olarkən gözümün önündə can verdi. Gözlərimə inana bilmirdim. Mənim Kənanım öldümü? Yox. Ölməyib, ayılacaq. Dəhşət məni bürüyürdü. Aciz idim. 10 yaşlı övladımı qəbirə qoydum. Balamın cansız meyiti hələ də gözlərimin önündədir. Keçirdiyim ruhi sarsıntı, iztirab, əzabları sözlə ifadə etmək mümkün deyil. Nələr çəkdiyimi yalnız bunu yaşayan şəxs bilər”. Cavabdehin işçisi Əlifran Şərəfovun səhlənkarlıq etməsinə görə yəni cinayət əməli nəticəsində balam neftçıxaran mancanağın arasında qalaraq, aldığı xəsarətlərdən ölmüşdür. Belə ki, Əlifran Allahqulu oğlu Şərəfov “Azneft” Istehsalat Birliyinin “Bibiheybətneft” Neftqazçıxarma Idarəsində * saylı neftqazçıxarma sexinin 12ci dərəcə neftqazçıxarma ustası vəzifəsində işləyərkən, “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.5.30. (avadanlıqların, aparatların, mexanizmlərin, alətlərin açıq hərəkət edən və fırlanan hissələri çəpərlənməli və ya örtüklə bağlanmalıdır), 1.5.23 (qurğular, avadanlıqlar, mexanizmlər, alətlər nasaz vəziyyətdə və ya təhlükəsiz quruluşları nasaz olduqda onların istismarı qadağandır) bəndlərinin, “Bibiheybət” NQÇI-nin rəisi tərəfindən ##.##.2010-cu il tarixdə təsdiq edilmiş “Bibiheybət NQÇI-nin neft və qaz çıxarma sexi neft və qaz çıxarma üzrə ustasının vəzifə təlimatı”nın 4-cü (əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirir) və 6-cı (işlərin düzgün və təhlükəsiz aparılması, avadanlığın, mexanizmlərin təhlükəsiz istismarını, iş yerlərinin mühafizə vasitələrinin lazımi halda saxlanmasını təmin edir) bəndlərinin tələblərini pozaraq, vəzifəli şəxs olmaqla işə laqeyid münasibəti nəticəsində, öz xidməti vəzifəsini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək, 10 yaşlı övladım Kənan Cəfərlinin ölümünə səbəb olmuş səhlənkarlıq etmişdir. X2 Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2010-cu il tarixli hökmü ilə Cavabdehan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökm ##.##.2010-cu il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdehin işçisinin hüquqazidd əməlinə görə mənə mənəvi zərər vurulmuşdur.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilmiş, cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” IB-dən 20.000 manat məbləğində mənəvi zərərin əvəzi, etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manat dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun əvəzinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şərəfov Əlifran Allahqulu oğlunun “Azneft” IB-də xidməti vəzifəsini yerinə yetirərkən yol verdiyi səhlənkarlıq nəticəsində X1 ölümünə səbəb olmuşdur. X4 Allahqulu oğlu CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cavabdehan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Cavabdehan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarilxli qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

8. Məhkəmə gəldiyi nəticəni Cavabdehan Respublikası Mülki Məcəlləsinin 14, 1099-cu maddəsi, AR Konstitusiya Məhkəməsinin “Cavabdehan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli, AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2008-ci il tarixli Qərarlarına, Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 107, 115, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, Səbail Rayon Məhkəməsinin ## ###### 2010-cu il tarixli, *(***)-***/**** saylı hökmündən də görünmüşdür ki, Şərəfov Əlifran Allahqulu oğlu öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. “Azneft” IB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırkı iddia tələbi cavabdehdən deyil, Şərəfov Əlifran Allahqulu oğlundan tələb edilə bilər. Cavabdehan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmamış və sonda düzgün olmayan qətnamə çıxarılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Isgəndərov (sədrlik edən və məruzəçi), S.Səlimova və A.Imanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hadisə nəticəsində övladını qəfildən, faciəli surətdə, cavabdehin əməkdaşlarının öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində itirmiş iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şərəfov Əlifran Allahqulu oğlu “Azneft” IBdə xidməti

13. vəzifəsini yerinə yetirərkən yol verdiyi səhlənkarlıq nəticəsində X1 ölümünə səbəb olmuşdur. X4 Allahqulu oğlu CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir.

14. Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

15. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

16. Apellyasiya şikayətininin əsas dəlili zərərin işəgötürəndən deyil, işçidən tutulmalı olması ilə bağlıdır.

17. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, Cavabdehan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli Qərarı”nda qeyd edilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Cavabdehan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Cavabdehan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.

18. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.3, 1099.1 1099.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Cavabdehan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli, Cavabdehan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cavabdehan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli, Cavabdehan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli, Cavabdehan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli Qərarlarına, Cavabdehan Respublikasının MPM-in 82.4cü maddəsinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” IB-nə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti Cavabdehan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2,21.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Cavabdehan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ###### 2008-ci il tarixli Qərarına, MPM-in 9.3, 88, 217.1, 217.3 və 418.1-ci maddələrinə istinad edilməklə apellyasiya şikayətinə uyğun onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razı deyillər. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə edilməsinə yönələ bilməz. Belə ki, mövcud məhkəmə təcrübəsindən də görünmüşdür ki, digər işlər üzrə mənəvi zərərin məbləği hazırkı iş üzrə tutulmuş məbləğdən qat-qat aşağıdır. Həmçinin, X1 vəfat etməsindən 15 ildən çox müddət keçməsi, mənəvi zərərin təsirinin azalmasıdır. Belə ki, qeyd edilən maddələrin tələbləri məhkəmələr tərəfindən pozulmuşdur. Bununla belə, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir.

22. Iş materiallarından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2010-cu il tarixli, *(***)-***/**** saylı hökmündən də görünür ki, Şərəfov Əlifran Allahqulu oğlu öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. “Azneft” IB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırkı iddia tələbi cavabdehdən deyil, Şərəfov Əlifran Allahqulu oğlundan tələb edilə bilər.

23. Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmamış və sonda düzgün olmayan qətnamə çıxarılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

25. Bundan əlavə, hazırkı iş üzrə 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulması qanuni və əsaslı deyildir. Avropa Məhkəməsinin mövqeyi də ondan ibarətdir ki, analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Iddiaçı poçt vasitəsilə kassasiya şikayətinə qarşı etiraz göndərmişdir. Etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmədiyindən nəzərə alınmır. Belə ki, Cavabdehan Respublikasının MPM-in 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Tətbiq edilən hüquq Cavabdehan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

33. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

34. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

AR Konstitusiya Məhkəməsinin “Cavabdehan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarı

35. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

36. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

37. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.

38. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

39. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

40. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

41. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.

42. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarı

43. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

44. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Cavabdehan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli Qərarı

45. Bənd 2.Cavabdehan Respublikası qanunvericiliyinin, “Insan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa Insan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

46. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

47. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

48. Bənd 10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Cavabdehan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan mənəvi zərərin məbləği hissəsi istisna olmaqla digər hissələrdə apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, pozuntuya yol verməmiş işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət vermişdir və kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin həmin hissədəki mövqeləri ilə razılaşır.

64. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin məbləğinin müəyyənləşdirilməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, işin hallarına düzgün hüquqi qiymət verilməmiş bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

65. Məhkəmələrin qətnamələrindən məlum olur ki, cavabdehin əməkdaşlarının öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində baş vermiş hadisə nəticəsində iddiaçı övladını qəfildən, faciəli surətdə itirmişdir və iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur.

66. Məhkəmə kollegiyası hesab edir ki, vurulmuş mənəvi zərərin məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə kassasiya şikayətinin dəlilləri müstəvisində dəyərləndirilməlidir.

67. Ilk olaraq, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

68. Mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. Iztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.

69. Iztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman sağ ikən şəxslər arası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən şəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat məbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə ödəniləcək məbləğdən çox olmalıdır.

70. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır .

71. Zərərvuranın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni olmamalıdır.

72. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.

73. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, zərərin həcminin müəyyənləşdirilməsinə təsir edən, yuxarıda şərh edilən hallar həmin məhkəmə tərəfindən işin faktiki halları ilə birlikdə dəyərləndirilməmişdir.

74. Bundan əlavə, iddiaçı mənəvi zərərə görə 20000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamışdır.

75. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mənəvi zərərə görə müəyyənləşdirilən 20000 manat məbləğin qanuni və əsaslı olmadığı barədə dəlilinə əsaslandırılmış hüquqi qiymət verməmişdir.

76. Nəzərə alınmalıdır ki, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.

77. Kassasiya kollegiyası yuxarıda şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının övladının cavabdehin əməkdaşlarının öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində vəfat etməsi və hadisədən uzun müddət keçməsinə görə mənəvi zərərin 10000 (on min) manat müəyyənləşdirilməsi ədalətli və mütənasibdir.

78. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam rədd edilməsinə əsas vermir.

79. Ona görə də cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” IB-dən 10.000 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir.

80. Göstərilənlərə əsasən və Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh Cavabdehan Respublikası Dövlət Neft Şirkəti “Azneft” IB-dən 10.000 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar