Məhkəmə qərarları › İş №2(1-8)-676/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-676/2026

30.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-676/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilkin iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: nikahın pozulması, uşağın himayəyə verilməsi, aliment tələbi; uşaqların atanın himayəsində saxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması və uşaqların ananın himayəsinə verilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh ## ####### 2017-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.

2. Tərəflərin birgə nikahından ## ### 2018-cı il tarixdə Cəfərli Mirəli Muradxan oğlu və ## ######## 2021-ci il tarixdə X5 doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı İddiaçı nümayəndəsi və vəkili İmanzadə Nicat Ramiz oğlu cavabdeh Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında olan ##.##.2017-ci ildə Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın qeydiyyat şöbəsində bağlanmış və akt qeydlər kitabında 06 nömrə ilə qeyd edilmiş nikahın pozulmasını, birgə nikahdan anadan olmuş ##.##.2018-ci il təvəllüdlü Cəfərli Mirəli Muradxan oğlu və ##.##.2021ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi ataları Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, vəkilin göstərdiyi hüquqi yardıma görə 330 manat, 50 manat mediasiya xərcinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh və onun ailə üzvləri tərəfindən dəfələrlə fiziki işgəncələrə məruz qalmışdır. Cavabdeh İddiaçı və ailə üzvləri İddiaçı döyərək, şər və böhtanla evdən qovmuşlar. Sonra İddiaçı valideynlərinə xəbər vermiş, onu gəlib Zərdab rayon Qoruğbağı kəndinə, ata evinə aparmışlar. Övladları hazırda İddiaçı himayəsində deyil. Cavabdeh Cavabdeh İddiaçı övladları ilə görüş və ünsiyyətdə olmağına imkan vermir. İddiaçı övladları ilə təhdid edib onları anasız böyütmək istəyir. Cavabdeh Cavabdeh İddiaçı evdən qovduqdan sonra Aişə övladlarının həyatından narahat olduğu üçün dəfələrlə DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. İddiaçı Sabunçu Rayon 15-ci PB-dən zəng edərək bu məsələnin mülki məsələ olduğunu, onların həll edə bilmədiklərini və məhkəməyə müraciət etməli olduğuna dair cavab vermişlər.

5. Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 İddiaçı qarşı qarşılıqlı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı Cavabdehla birgə nikah dövründə uşaqların qayğısına qalmamış, tərbiyəsi, sağlamlığı və uşaqların psixi, fiziki, mənəvi inkişafı, təmizlik və gigiyenası, yeməyi ilə məşğul olmamış, onları yad uşaqların yanında, həyətdə oynayarkən dəfələrlə təhqir edib, döymüş və saatlarla çöldə saxlamışdır. Xəstə olduqları zaman isə heç bir ana qayğısı göstərməmişdir. Uşaqların bütün qayğısını Cavabdeh və anası X8 çəkmişlər. İddiaçı əxlaqi və digər şəxsi keyfiyyətləri ilə uşaqların tərbiyəsinə mənfi təsirlər göstərmişdir. Belə ki, İddiaçı yüngül həyat tərzi keçirərək Cavabdeh xəyanət etmiş, telefonda ayrı-ayrı kişilərlə danışmışdır. İddiaçı yüngül həyat tərzini təsdiq edən yazışmaları olan fləşkart iş materiallarında mövcuddur. İddiaçının xəyanət etdiyi, əxlaq normalarına yaraşmayan hərəkətlərə yol verdiyi Cavabdeh məlum olduqdan sonra İddiaçı valideynlərinə zəng etmişdir. Valideynləri də gəlib onu evlərinə aparmışdır. İddiaçı uşaqlarını atıb getdikdən sonrakı dövrlərdə heç bir zaman övladları ilə maraqlanmamış, hətta uşaqların hər ikisi cərrahi əməliyyat keçirib xəstə olduqları zaman İddiaçı məlumat vermişlər və uşaqlara baş çəkməyini təklif etmişlər. X3 xəstəxanaya gəlməmiş, uşaqlarının sağlamlığı ilə maraqlanmamışdır. Ayişə Cəfərova ata evində qalır, həmin evdə eyni zamanda İddiaçı qardaşı, qardaşının arvadı və uşaqları da yaşayır. İddiaçı qardaşı və onun ailəsi ilə danışmır, münasibətləri ziddiyyətlidir. Atasının evi darısqal, sanitariya-gigiyena qaydalarına və yaşayış minimumlarına uyğun deyildir, uşaqların təhsili üçün şərait yoxdur. İlk iddiaçının başqa yaşayış yeri yoxdur, heç bir yerdə işləmir, maddi imkanı zəifdir. Uşaqların həmin evdə yaşaması onların psixologiyalarına böyük zərbə vuracaqdır. Uşaqların ananın himayəsinə verilməsi onların mənəvi sarsıntılar keçirməsinə, təhsildən kənarda qalmaqlarına səbəb olacaqdır. Uşaqların hər ikisi Cavabdeh himayəsində olmaqla onlardan – Mirəli Cəfərli Bakı şəhəri, Zabrat qəsəbəsində *** №-li tam orta məktəbdə təhsil alır və evdə onlarla yaşayır. Onların yaxşı təhsil alması üçün burada kifayət qədər imkanları vardır, rahatlıqları təmin olunmuşdur. Ancaq uşaqlar ananın yanında qalarsa normal yaşayış mənzili olmayacaq, rayon mühitində uşaqların təhsili də yarımçıq qalacaq və inkişaf edə bilməyəcəklər. Uşaqların Cavabdeh himayəsində qalmaları onların mənafeyi üçün uyğundur. Uşaqların hər ikisi Cavabdeh, nənələrinə və bir-birlərinə çox bağlıdırlar. Uşaqlar Cavabdeh yanında qalmaq istəyirlər, ayrı qaldıqları müddətdə bir dəfə də olsun analarını yadlarına salmamışlar. Eyni zamanda İddiaçı da bu müddət ərzində uşaqları ilə maraqlanmamışdır. Buna görə də uşaqların fikir və istəkləri, Cavabdeh bağlılıqları, İddiaçı əxlaqi və digər mənfi şəxsi keyfiyyətləri nəzərə alınmaqla uşaqların Cavabdeh himayəsində qalması daha məqsədə müvafiqdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, Cavabdeh onun qardaşıdır. Onlar gecə işdən gəlib içəri girərkən çoxdandır itirmiş olduqları mobil telefonu stolun üstündə görmüşlər. Hansıki, o, telefonu onlar neçə müddətdir ki, axtarırlarmış, hətta Aişə də onlarla birlikdə həmin telefonu axtarmışdır. Telefonu açarkən iki nəfər kişidən mesaj və zənglər gəldiyini görmüşlər. Aişə həmin oğlanlara uşaqlarının da şəklini ataraq qardaşının uşaqları olmasını bildiribmiş. Danışdığı oğlanlardan biri Aişənin öz kollec yoldaşıdır. Digəri isə hərbçidir. Hərbçi oğlanla zəngləşib danışarkən, hərbçi demişdir ki, Aişəni tanımır, onlayn tanış olmuşdur. Aişənin evli deyil, subay olduğunu demişdir. Daha sonra həmin nömrəyə bir də zəng çatmamışdır. Bu hadisədən sonra onlar Aişənin anasına məlumat verərək Aişəni aparıb anasına təhvil vermişlər.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, Muradxanın qardaşı Namiqlə dostdur. Ona Namiq zəng edib, hadisə barəsində məlumat vermişdir ki, gəlini telefonla tutmuşlar, telefonda ayrı şəxslərlə danışıqları vardır. Onlar həmin gün Muradxangilə gedərkən gəlin evdə olmamışdır. Uşaqlar evdə imiş. Uşaq əməliyyat olunduğu zaman uşaqları görməyə getmişdir, lakin ana uşaqların yanında deyilmiş. Aişənin iki üç dəfə də acıq edərək uşaqları atıb evi tərk etdiyinin şahidi olmuşdur.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, Namiq onların ailə dostudur. Hadisə baş verən günü Namiq yoldaşına zəng edərək, Aişənin əlində telefon tutduqlarını, ailədə problem olduğunu məlumat vermişdir. Onlara getdikdə uşaqlardan biri yatmış, digəri isə oyaq imiş. Aişəni heç vaxt üzdən görməmiş, lakin Aişə ilə Muradxanın toyunda iştirak etmişdirlər. O, uşaqlarla danışanda uşaqlar ataları ilə yaşamaq istədiklərini, anaları ilə qalmaq istəmədiklərini demişlər.

10. Məhkəmə iclasında mütəxəssislər X1 və X2 iştirakları ilə dinlənilmiş ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli bildirmişdir ki, yeddi yaşı vardır. Hazırda atası ilə yaşayır və atasının yanında yaşamaq istəyir. O, xəstə olarkən anası ona baxmamışdır. Anasını istəmir, anası qapını bağlayıb onları evə qoymamışdır. Onlara yeməyi, suyu çöldə vermiş, bəzən onlar vurmuş, hətta pol taxtası ilə döymüşdür. Atasının yanında qalmaq istəyir.

11. Ağsu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının ## ###### 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, azyaşlıların mənafeyini, ataya bağlılığını, uşaqların analarına qarşı soyuqluğu, cavabdehin iddiaçının başqa şəxslə danışmasını, yazışmalarını komissiyaya təqdim etməsi və cavabdehin xahişini nəzərə alaraq azyaşlılar X10 və Raul Cəfərlinin atası Cavabdeh himayəsinə verilməsini əsaslı və məqsədəmüvafiqdir.

12. Məhkəmə qərardadı ilə iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və müvafiq rəy əldə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli, **/*** saylı ekspert rəyində qeyd edilmişdir ki, ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin yaşı ilə əlaqədar olaraq (5 yaşı tamam olmadığından) onunla məhkəmə-psixoloji ekspertizası keçirilməmiş, barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin hazırda atası Cavabdeh, qardaşı Raul Cəfərliyə və anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh və qardaşı Raul Cəfərliyə bağlılığı daha çoxdur. Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Ailə daxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin emosional-iradi sferasına neqativ təsir göstərmişdir. Lakin ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin hazırda psixikasında və davranışlarında hansı valideynin yanında yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.

13. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsində qeyd edilənləri müdafiə edərək bildirmişdir ki, məhkəmə prosesi zamanı baxış keçirilmiş “Whatsapp” şəbəkəsi vasitəsilə edilən mesajlardan görünür ki, İddiaçı qeyri-etik yazışmalar etmişdir. Buna baxmayaraq, Muradxan Aişəyə qarşı heç bir şiddət etmədən ailəsinə təhvil vermişdir. İddiaçı uşaqları əvvəlcə atıb getmiş, onlara laqeyd münasibət bəsləmiş, şiddət göstərmiş, bunu məhkəmə prosesi zamanı azyaşlı dinlənildiyi zaman bir daha təsdiq etmişdir. Qəyyumluq himayəçilik komissiyasının rəyindən də aydın şəkildə görünür ki, uşaqlar ataya bağlıdır və onun yanında qalmaq istəyirlər. Uşaqlara təsirlə bağlı da ekspertiza təyin edilmiş və ekspert rəyində də qeyd edilmişdir ki, hər-hansı təsir olmamışdır. Uşaqlarla görüş zamanı da açıq-aydın görünmüşdür ki, uşaqlar anaları ilə görüşdən imtina etmişlər və bu barədə aktlar da iş materiallarına əlavə edilmişdir. Məhkəmədən nikahın pozulmasını və uşaqların atanın himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Ağsu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-**/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Babək Qasımov) ilkin iddia üzrə iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddia tam təmin olunmuş, Cavabdeh ilə İddiaçı аrаsındа ##.##.2017-ci ildə Ağsu rayon Daşdəmirbəyli kənd İBH-nın qeydiyyat şöbəsində bağlanmış və akt qeydlər kitabında 06 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan anadan olmuş ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları Ağsu rayon Daşdəmirbəyli kənd İBHnin Qeydiyyat Şöbəsində ##.##.2017-ci il tarixdə nikahın bağlanması akt qeydləri kitabında 06 № ilə qeyd edilmişdir. Onların birgə nikahlarından ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərli doğulmuşlar. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar. Artıq birgə yaşamırlar və birgə təsərrüfat aparmırlar, məhkəmədən vaxt verilmədən nikahın pozulmasını xahiş etmişlər. Məhkəmə belə qənaətə gəlmişdir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Tərəflər nikahın pozulmasına dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiklərindən, eyni zamanda nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından tərəflərin arasında ##.##.2017-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 № ilə qeyd edilmiş nikah pozulmalıdır.

16. Məhkəmə qeyd etmişdir ki, tərəflərin nikahı pozulduğu üçün həmin nikahdan doğulmuş ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin valideynlərdən hansının yanında qalması məsələsi həll edilməlidir. Tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqları faktiki vəziyyətə uyğun olaraq Cavabdeh yanında qalmalıdırlar. Belə ki, məhkəmə araşdırması zamanı azyaşlı ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin dindirilməsi ilə, eyni zamanda iş materiallarına əlavə edilən sənədlərlə, dəlillərlə müəyyən edilmişdir ki, azyaşlı xəstə olarkən anası ona baxmamış, anasının qapını bağlayıb onu və digər qardaşını evə qoymamış, onlara yeməyi, suyu çöldə vermiş, anasını istəmədiyini bildirmiş, anası tərəfindən bəzən şiddətə məruz qalmış, laqeydlik görmüş, bu səbəbdən də davamlı olaraq anası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir.

17. ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli 7 yaşına çatmış olduğundan, o, haqqında həll edilən məsələ barəsində fikri öyrənilməklə nəzərə alınmalı olduğundan məhkəmədə dinlənilmiş və atasının himayəsində qalmaq istədiyini bildirmiş, buna görə ona hər hansı psixi və fiziki təsir olmadığını qeyd etmiş, buna görə də atasının himayəsinə verilməsini xahiş etmişdir.

18. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin xahişi məhkəmə tərəfindən nəzərə alınmalıdır. ## ##### 2025-ci il tarixli, **/*** saylı ekspert rəyində qeyd edildiyi kimi, ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin yaşı ilə əlaqədar olaraq (5 yaşı tamam olmadığından) onunla məhkəmə-psixoloji ekspertizası keçirilməsə də, həmin ekspertiza nəticəsində qardaşı ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin hazırda atası Cavabdeh, qardaşı Raul Cəfərliyə və anası İddiaçı bağlılığı, eyni zamanda, atası Cavabdeh və qardaşı Raul Cəfərliyə daha çox bağlılığı müəyyən edilmişdir.

19. Tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları yetkinlik yaşlarına çatmadıqlarından, uşaqların bir-birinə, eləcədə atalarına bağlılığı, ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin anasının deyil, atasının yanında israrla qalmaq istəməsini, ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin yaşı ilə bağlı qeyd edildiyi kimi məhkəmə-psixoloji ekspertizası keçirilməsədə qardaşına bağlı olmasını, faktiki olaraq birlikdə yaşamalarını, həmçinin uşaqların hüquq və mənafeləri nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqları faktiki vəziyyətə uyğun olaraq atalarının yanında qalmalıdırlar.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2, 21.1, 22.2.1, 36.9, 50.3, 52, 60.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili İmanzadə Nicat Ramiz oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birgə nikahlarından anadan olmuş azyaşlı övladları ##.##.2018-cu il təvəllüdlü Mirəli Cəfərli və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin cavabdehdən alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə həyatı qurduqdan sonra cavabdeh ilə birlikdə Bakı şəhərində müxtəlif ərazilərində kirayədə yaşamışdır. Həyat yoldaşı müxtəlif iaşə obyeklərində ofisant işləyərdi. Aldığı məvacibi də şəxsi xərclərinə, öz kefinə, eyşişrətlərinə xərcləyirdi. Alilələrinin qazancı ərinin telefonda, qumar saytlarındakı oyunlarına gedirdi. Ailəsinə heç bir diqqət və qayğı göstərmirdi. Dəfələrlə, ərinə bildirmişdir ki, özünü nümunəvi ata kimi aparsın, övladlarına vaxt ayırsın, əsaslı iradlarını eşidən zaman cavabdeh hər dəfə onu döyərək, ünvanına nalayiq sözlər işlədərək onu təhqir edirdi. Ailənin saxlanması üçün onun valideynləri köməklik göstərirdi. Sonuncu xəbərdarlığından sonra o, ərinə valideynlərinin yanına gedəcəyini və ondan övladlarının saxlanması üçün aliment tələb edəcəyini bildirdikdən sonra cavabdeh onu döyərək şəxsiyyətini təhqir etdikdən sonra azyaşlı övladlarını əlindən alaraq onu Zabrat qəsəbəsində kirayədə yaşadıqları fərdi evdən qovmuşdur. Sonra o, valideynlərinin köməyi ilə Zərdab rayon Qoruğbağı kəndindəki ata evinə getmişdir. Azyaşlı övladları hazırda onun himayəsində deyil. Əri onu övladları ilə görüş və ünsiyyətdə olmağına imkan vermir. Onu övladları ilə təhdid edib onları anasız böyütmək istəyir.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Taleh Musayev və Elman İsayev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “birgə nikahdan anadan olmuş ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin anaları İddiaçı yanında saxlanılması, ##.##.2018ci il təvəllüdlü Mirəli Cəfərli və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərli atası Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, İddiaçı uşaqlarını atıb getməmiş, onu evdən qovmuşlar və həmin vaxt uşaqlar yuxuda olublar. Qeyd edilməlidir ki, həmin hal proses iştirakçılarının verdiyi izahatlar, işin halları ilə sübuta yetirilmişdir.

25. Uşaqların ataya bağlılığı ilə bağlı ekspertin verdiyi rəyə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, ataya bağlılıq sonradan yaranmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasındakı izahatında da qeyd etmişdir ki, Cavabdeh uşaqlarını ondan ayırmaqla özünə alışdırmış, ondan uzaqlaşdırmışdır.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyətinin ## ###### 2024-cü il tarixli rəyindən görünür ki, azyaşlılar Mirəli Cəfərli və Raul Cəfərlinin atası Cavabdeh himayəsinə verilməsi əsaslı və məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qəyyumluq və himayə orqanlarının rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər bir halda alınmış rəy məhkəmə prosesi zamanı tərəflərin iştirakı ilə tədqiq edilməli və digər sübutlarla yanaşı qiymətləndirilməlidir.

27. İş materiallarından görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdə vəkili vasitəsilə birinci instansiya məhkəməsində vəsatət təqdim edərək məhkəmə-psixoloji ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdeh həmin vəsatətə etiraz göndərərək ekspertizanın keçirilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir.

28. ## ##### 2025-ci il tarixli, **/*** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ##.##.2021ci il təvəllüdlü Raul Cəfərlinin yaşı ilə əlaqədar olaraq (5 yaşı tamam olmadığından) onunla məhkəmə-psixoloji ekspertizası keçirilməmiş, barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin hazırda atası Cavabdeh, qardaşı Raul Cəfərliyə və anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh və qardaşı Raul Cəfərliyə bağlılığı daha çoxdur. Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin emosional-iradi sferasına neqativ təsir göstərmişdir. Lakin ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin hazırda psixikasında və davranışlarında hansı valideynin yanında yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.

29. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, uşaqların valideynlərdən hansının yanında qalması barədə mübahisələr ilk növbədə uşaqların hüquqları və üstün mənafeləri əsas götürülməklə həll edilməli olduğu üçün azyaşlı uşaqların psixoloji durumu, ana qayğısına daha çox ehtiyacının olması tələb edir ki, belə uşaqların atanın himayəsinə verilməsi üçün müstəsna hallar olsun və bu hallar məhkəmə tərəfindən daha ciddi əsaslandırılsın. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə yuxarıda qeyd edilmiş ekspert rəyinə istinad etməklə uşaqların atanın himayəsinə verilməsi nəticəsinə gəlmişdir. Lakin azyaşlı uşaqların atalarının himayəsinə verilməsi barədə mövqeyini, hansı müstəsna halların bu barədə nəticəyə gəlmək üçün əsas verdiyini əsaslandırmamışdır.

30. Bununla yanaşı, uşaqların yaşı və onların düşdüyü və yaşadığı mühit, daim atanın nəzarətində olması, ananın uşaqlara münasibəti, onlara qarşı qanuna zidd olan hərəkətlərə yol verib-verməməsi, ana ilə uşaqların ünsiyyətinin hansı səbəbdən baş tutmaması, bu zaman atanın müdaxiləsinin olub-olmaması, ümumiyyətlə, ünsiyyətin hansı səbəbdən mümkünsüz olması, ananın uşaqları ilə ünsiyyət qurmasında israrlı olması, uşaqların öz himayəsinə almaq istəyi ilə bağlı araşdırılması zəruri olan hallar olsa da, birinci instansiya məhkəməsi bunlarla bağlı hər hansı araşdırma aparmamışdır.

31. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli 7 yaşına çatmış olduğundan, onun haqqında həll edilən məsələ barəsində fikri öyrənilməklə nəzərə alınmalı olduğundan o, məhkəmədə dinlənilmiş və atasının himayəsində qalmaq istədiyini bildirmiş, ona hər hansı psixi və fiziki təsir olmadığını qeyd etmiş, buna görə də atasının himayəsinə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Qanunun tələbindən göründüyü kimi, ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərli 7 yaşına çatmış olduğundan onun fikri sadəcə öyrənilə və nəzərə alına bilər. Uşağın fikrinin mütləq nəzərə alındığı hal onun maraqlarına zidd olduğu hallar istisna olmaqla uşağın 10 yaşına çatması halında keçərlidir. 10 yaşdan aşağı olan, hətta 10 yaş və daha artıq yaşda olan uşağın hansı valideynin yanında qalmasına dair bildirdiyi fikri onun hansı valideyninin yanında saxlanmasının müstəsna əsası kimi qəbul oluna bilməz. İşə baxmış birinci instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə almadan, işin halları barədə tərəflərlə lazımi müzakirələr aparmadan, öz mövqeyini uşaqların mənafeləri baxımından kifayət qədər əsaslandırmadan azyaşlı uşaqların atalarının himayəsinə verilməsi barədə nəticəyə gəlmişdir.

32. Birinci instansiya məhkəməsi öz mövqeyini uşaqların nikah pozulduğu halda atalarının yanında qalmaq arzuları və hal-hazırda atalarına bağlılıqlarının daha çox olduğu ilə əsaslandırmağa cəhd etsə də, nəzərə almamışdır ki, azyaşlı uşaqların müəyyən müddət valideynlərdən biri ilə faktiki yaşadıqdan sonra bir qayda olaraq ona daha çox bağlı olması təbii haldır. Bu hal nikah pozulduqdan sonra da uşağın məhz həmin valideynin himayəsinə verilməsi üçün həlledici amil deyildir. Bu cür mübahisəni həll edən məhkəmə uşaqların yaşı, digər valideynə də bağlılıq səviyyəsi, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətləri, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanını (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları işdə olan sübutlarla məcmu şəkildə qiymətləndirməklə uşağın üstün mənafelərinə xidmət edən qərar qəbul etməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır.

33. Məhkəmə kollegiyası ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin İddiaçı yanında saxlanılmasını və onların Cavabdeh alınıb İddiaçı verilməsi məsələsini həll edərkən həmin uşaqların saxlanılması ilə bağlı iddiaçının aliment tələb edib-etməməsi məsələsini tərəflərlə birlikdə müzakirə edərək iddiaçının Cavabdeh qarşı hazırda aliment tələbi olmadığını bildirdiyindən həmin hissədə araşdırma aparmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu, Ailə Məcəlləsinin 22.2.1, 49.2, 49.3, 52, 58.2, 60.2-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 218.1, 384.0.2, 385.1.3, 385.1.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

35. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ##.##.2018-ci il təvəllüdlü Mirəli Cəfərlinin və ##.##.2021-ci il təvəllüdlü Raul Cəfərlinin İddiaçı yanında saxlanması, uşaqların atadan alınıb anaya verilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 12ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

37. Birinci instansiya məhkəmə icraatı zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçı və cavabdehi həyat şəraiti öyrənilmiş, onların iştirakı ilə baxış keçirilmişdir. Bu barədə mütəxəssislərin gəldikləri nəticəyə dair rəyləri, müayinə aktları işə əlavə edilmişdir və birinci instansiya məhkəməsində iş baxılarkən hərtərəfli tədqiq olunmuşdur.

38. Ağsu Rayon İcra Hakimiyyətinin (Qəyyumluq və Himayəçilik orqanının) ## ###### 2024-cü il tarixli rəyindən görünür ki, azyaşlıların mənafeyini, ataya bağlılığını, uşaqların analarına qarşı soyuqluğunu, cavabdehin iddiaçının yad kişilərlə ünsiyyət saxlamasını, danışmasını, yazışmalarını təsdiq edən sübutları komissiyaya təqdim etməsini, uşaqların ataya və ata nənəsinə bağlılığının, atanın uşaqların üstün mənafeyini təmin edən bütün şəraitin yaratmasını nəzərə alaraq azyaşlılar Mirəli Cəfərli və Raul Cəfərlinin atası Cavabdeh himayəsinə verilməsi əsaslı və məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə mübahisəni həll edərkən nə Ağsu Rayon İcra Hakimiyyətinin (Qəyyumluq və Himayəçilik orqanının) ## ###### 2024-cü il tarixli rəyini, nə də ## ##### 2025-ci il tarixli, **/*** saylı məhkəmə-psixoloji ekspertizası rəyini, nə də bu rəyləri təsdiq edən digər maddi sübutları, şahid ifadələrini, uşağın fikrini məcmu halda qiymətləndirmədən əsassız olaraq uşaqların anaların himayəsinə verilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı aliment tələbi irəli sürmədiyindən bu məsələ məhkəmədə müzakirə edilməmişdir.

39. Hətta uşaqlar analarını görmək istəmirlər. Belə ki, dəfələrlə ana ilə uşaqların görüşünün təmin edilməsi üçün ataları uşaqları Ağsu rayon İcra və Probasiya şöbəsinə aparsa da, uşaqlar anasına tərəf getməmişlər və görüşdən imtina etmişlər. Bunları Ağsu rayon İcra və Probasiya şöbəsində icra məmurları və İddiaçı iştirakı, imzası və aparılmış video çəkilişlərlə aktlaşdırılmışdır. Bunlar iş materiallarına əlavə edilmiş video yazılar, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli Ağsu rayon İcra və Probasiya şöbəsində şöbənin icra məmurlarının, tələbkar və borclunun iştirakı ilə imzalanmış xeyli sayda aktlarla təsdiq edilir

40. Hazırkı iş Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qərarı ilə həll edilmiş mübahisə ilə eynilik təşkil edir. Apellyasiya məhkəməsi məhkəmə təcrübəsinin vahidliyi əsaslarına əməl etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

41. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, kassasiya şikayətində iddia olunur ki, guya uşaqlar anaya getmək istəməmişdir. Lakin iş materiallarından və məhkəmə araşdırmasından görünür ki, uşaqların anaya sərbəst yaxınlaşmasına və ünsiyyət qurmasına birbaşa maneə olan şəxs məhz cavabdeh olmuşdur. Azyaşlı uşaqlarla görüş və ünsiyyət hüququ ilə bağlı qəbul edilmiş qərardada baxmayaraq görüş günlərinin dəyişdirilməsi, icra prosesində süni maneələrin yaradılması və icraçı tərəfindən birtərəfli yanaşmanın nümayiş etdirilməsi nəticəsində ana ilə uşaqlar arasında normal münasibətin formalaşmasına faktiki olaraq imkan verilməmişdir. Bu hallar barədə dəfələrlə Ədliyyə Nazirliyinin qaynar xəttinə müraciətlər edilmişdir. Kassasiya şikayətində isə maddi və ya prosessual hüquq normalarının konkret hansı şəkildə pozulduğu əsaslandırılmamışdır.

42. Əslində, kassasiya şikayətində yalnız apellyasiya instansiyası məhkəməsinin sübutlara verdiyi qiymətin yenidən müzakirəsi tələb olunur ki, bu da kassasiya baxışının predmetinə daxil deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

43. Maddə 17 (II hissə). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

44. Maddə 34 (IV hissə). Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasınında qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” Kovensiyası.

45. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

46. Maddə 12. İştirakçı dövlətlər baxışlarını formalaşdırmağa qadir olan uşağı həmin baxışları özünə aid bütün məsələlərlə əlaqədar azad ifadə etmək hüququ ilə təmin edirlər. Həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə müvafiq surətdə lazımi diqqət yetirirlər. Bu məqsədlə uşağa imkan verilir ki, ona aid hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə özü, ya da nümayəndə, yaxud müvafiq orqan vasitəsilə onu milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinləsinlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

47. Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.

48. Maddə 19. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

49. Maddə 20. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

50. Maddə 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

51. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

52. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

53. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

54. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

55. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

56. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

57. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

58. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

59. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

60. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

61. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

62. Maddə 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər.

63. Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu.

64. Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

65. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

66. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

67. Maddə 6, İ hissə. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.

68. Maddə 6, II hissə. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır.

69. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

70. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

71. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarı.

72. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar (7.1.). Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəməpsixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir (7.3). Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir (7.4). Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur (7.6.)...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

75. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

79. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

82. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

83. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

84. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

85. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

87. Apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

88. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən ilk növbədə uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır.

89. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 7.1-ci bəndində də qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

90. Barəsində kassasiya şikayəti verilən qətnamədən də görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini uşaqların yetkinlik yaşına çatana kimi ataları Cavabdeh himayəsinə verilməsi hissəsində ləğv edərək, uşaqları anaları İddiaçı yanında saxlanılması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz mövqeyini uşaqların nikah pozulduğu halda atalarının yanında qalmaq arzuları və hal-hazırda atalarına bağlılıqlarının daha çox olduğu ilə əsaslandırmağa cəhd etsə də, nəzərə almamışdır ki, azyaşlı uşaqların müəyyən müddət valideynlərdən biri ilə faktiki yaşadıqdan sonra bir qayda olaraq ona daha çox bağlı olması təbii haldır. Bu hal nikah pozulduqdan sonra da uşağın məhz həmin valideynin himayəsinə verilməsi üçün həlledici amil deyildir. Bu cür mübahisəni həll edən məhkəmə uşaqların yaşı, digər valideynə də bağlılıq səviyyəsi, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətləri, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanını (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları işdə olan sübutlarla məcmu şəkildə qiymətləndirməklə uşağın üstün mənafelərinə xidmət edən qərar qəbul etməlidir. Bununla da apellyasiya məhkəməsi mövcud vəziyyətdə uşaqların birlikdə anası ilə yaşamalarını uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafı baxımından onların mənafeyinə uyğun hesab etmişdir.

91. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlillərə təkrar hüquqi qiymət verməyə lüzum yoxdur.

92. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

93. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

94. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

95. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

96. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar