Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-684/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə münasibətlərindən irəli gələn mübahisələr, birgə nikah dövründə əldə edilmiş cehiz, qızıl-zinət əşyaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Ispəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın alınması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Tərəflər nikahlarını Salyan rayon, Yenikənd kənd inzibati ərazi nümayəndəliyində 2004-cü il ## ######## tarixdə rəsmi qeydiyyata aldırmaqla rəsmiləşdirmişlər. Tərəflərin həmin nikahdan 2005-ci il ## ######## təvəllüdlü X1 və 2008-ci il ## ####### təvəllüdlü X2 adlı 2 nəfər uşaqları doğulmuşdur.
2. Tərəflər aralarında yaranan narazılıqlara görə nikahları ##.##.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə edilmiş sünbül sep 15 qram 583 əyar brilyant -1.500 manat, sünbül qolbaq 583 əyar 8 qram - 800 manat, sep 3 qram 585 əyar 300 manat, sırğa 4 qram 500, 583 əyar - 450 manat, nişan üzüyü 4 qram 500, 583 əyar - 450 manat, tək qaşlı üzük 583 əyar 3 qram - 300 manat, üzük 2 qram 585 əyar - 200 manat, üzük 2 qram 500 583 əyar - 250 manat, safir üzük 583 əyar 3 qram- 300 manat olan qızıl əşyalarının özü, ya eynisi və ya bunlar olmadıqda qızıl-zinət əşyalarının dəyəri olan 4.550 manat pulun, həmçinin atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan dəyəri 5.600 manat, 21 ədəd hind quşu dəyəri 630 manat və 63 ədəd toyuq dəyəri 630 manat manat olan heyvanların, özü olmadıqda onların dəyəri olan 6.860 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
4. Iddiaçı məhkəmə iclasında iddia tələbini əsaslandıraraq bildirmişdir ki, cavabdehlə aralarında olan ailə münasibətləri pozulmuş, o, cavabdehlə yaşadığı evi tərk etmiş, gederkən özü ilə heç bir əşya götürməmişdir. Belə ki, ona məxsus olan, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları və atası tərəfindən ona hədiyyə olunmuş heyvanlar (mal-qara, toyuq-cücə) cavabdehdə qalmışdır. Evi tərk edərkən cavabdeh onu döyməklə evdən qovduğundan, sözügedən qızıl-zinət əşyalarını özü ilə götürməmişdir.
5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı evi tərk edərkən özü ilə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını, ona atası tərəfindən verilən heyvanları (mal-qara, toyuq-cücə) da aparmışdır. O, iddiaçını döyməmiş, iddiaçı evi tərk edərkən aralarında hər hansı insident olmamışdır.
6. Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il ## ##### tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən 03 adda qızıl-zinət əşyalarının hazırkı, yəni 2025-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1.495 manat müəyyən edilir. Qərardadda qeyd edilən digər zərgərlik məmulatlarının əyarı barədə, onların üzərindəki qaşların istehsal yeri, sayı, mənşəyi, keyfiyyəti, ölçüsü və s. barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparılmadı. Qiymətləndirilən zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qərardadda qeyd edilən qızıl-zinət əşyalarının 2004-cü il tarixə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından həmin tarixə tədqiqat aparılmamışdır.
21. Salyan Rayon Məhkəməsinin (hakim V.Ə.Əliyeva) 2025-ci il # #### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
22. Məhkəmə öz mövqeyini əsaslandırarkən işin faktiki halları baxımından qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi yeganə sübut olan şahid ifadələri məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün kifayət hesab edilməmiş, iddiaçı mübahisəli əmlakların məhz cavabdehin qanunsuz sahibliyində olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin edilməmişdir.
23. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mövcud iddia tələbləri əsasında yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçını döyməklə evdən qovduğundan, sözügedən qızıl-zinət əşyalarını özü ilə götürməmişdir. Dərhal atası evinə gəlib DIN-in 102 qaynar xəttinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Iddiaçının əri tərəfindən döyülərək evdən çıxarılması ##.##.2023-cü il tarixli HK-*/**** saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da təsdiq olunur. Iddiaçı bildirmişdir ki, döyülmə faktını birinci intansiya məhkəməsinin iclas zalında bildirsə də, məhkəmə bu barədə heç bir araşdırma aparmamış və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, ona ##.##.2023-cü il tarixli Salyan rayon Icra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması üzrə Komissiyasının qısa müddətli mühafizə orderinin verilməsi qərara alınmışdır.
29. Cavabdeh isə apellyasiya baxışı izahatında birgə yaşadıqları dövrdə təsərrüfatlarında dörd baş iribuynuzlu heyvan, 16 baş toyuq və 6 baş hind quşu olduğunu, heyvanların birinin uşağının təhsil xərci ilə bağlı, digərinin isə iddiaçının qızıl almağı ilə əlaqədar satıldığını, toyuqların tələf olduğunu göstərmişdir.
30. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində iddiaçının əmisi olduğunu, cavabdehlə münasibətinin normal olmadığını, 2022- ci ilin dekabr ayında iddiaçı onu heyvanların ata evindən yaşadığı evə aparmaq üçün köməyə çağırdığından qardaşının yaşadığı evdən 8 baş iribuynuzlu heyvanın 4 ədədini yük avtomobilinin arxa hissəsinə yerləşdirərək iddiaçının yaşadığı evə apardığını, digər yerdə qalan 4 baş iribuynuzlu heyvanı isə cavabdehin evinə əl ilə apardığını göstərmişdir.
31. Şahid şahid1 Balaxan oğlu isə ifadəsində göstərmişdir ki, iddiaçı atasının əmisi nəvəsi, cavabdeh isə əmisi oğludur. Cavabdehlə münasibətləri normal deyil. Sözügedən malqaranın aparılmasında iştirak etməmiş, lakin iki iribuynuzlu heyvan iddiaçının yaşadığı evdən cavabdehin yaşadığı evə aparılarkən görmüşdür.
32. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – M.S.Sadıqov (sədrlik edən, məruzəçi), T.X.Heydərov və T.S.Kərimov) 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin olunmayan qızıl-zinət əşyaları tələbi 2 baş iribuynuzlu heyvan, 3 ədəd hind quşu və 8 ədəd toyuq hissəsində ləğv edilməsi, cavabdehdən 15 qram çəkidə, 583 əyarlı sümbül sep, olmadıqda dəyəri 1.500 manat, 8 qram çəkidə, 583 əyarlı sümbül qolbaq, olmadıqda dəyəri 800 manat, 3 qram çəkidə, 585 əyarlı sep, olmadıqda dəyəri 300 manat, 4 qram çəkidə, 583 əyarlı sırğa, olmadıqda dəyəri 450 manat, 4 qram çəkidə, 583 əyyarlı nişan üzüyü, olmadıqda dəyəri 450 manat, 3 qram çəkidə, 583 əyarlı tək qaşlı üzük, olmadıqda dəyəri 300 manat, 2 qram çəkidə, 585 əyarlı üzük, olmadıqda dəyəri 200 manat, 2 qram çəkidə, 583 əyarlı üzük, olmadıqda dəyəri 250 manat, 3 qram çəkidə, 583 əyarlı safir üzük, olmadıqda dəyəri 300 manat, 2 baş iribuynuzlu heyvan, olmadıqda dəyəri 1.400 manat, 3 ədəd hind quşu, olmadıqda dəyəri 90 manat, 8 ədəd toyuq, olmadıqda dəyəri 80 manat alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
33. Apellyasiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ilk növbədə, tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalıb-qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Tərəflərin izahatı və iş materiallarından görünür ki, ailədə mütəmadi olaraq münaqişə olmuş və iddiaçı münaqişə şəraitində yaşadığı evdən getmişdir və belə bir məqamda iddiaçının sözügedən əmlaklarını özü ilə aparması inandırıcı deyil.
34. Heyvan və quşlarla bağlı tələbə münasibətdə kollegiya qeyd etmişdir ki, həmin heyvan və quşların məhz iddiaçının atası tərəfindən iddiaçıya hədiyyə verilməsi barədə mötəbər sübutlar mövcud deyildir. Lakin hətta iddiaçının atası tərəfindən verilmiş olsa belə, bütövlükdə ailəyə hədiyyə verildiyindən ümumi mülkiyyət hesab olunur və ər-arvadın əmlakının qanuni rejimi konteksində qiymətləndirmə aparılmalıdır.
35. Şahid ifadələrinə münasibətdə kollegiya bildirmişdir ki, hazırki iş üzrə şahidlər iddiaçı ilə qohum olmaqla cavabdehlə aralarında ədavət olduğundan onların ifadələrinin obyektivliyinə və inandırıcılığına şübhə ilə və tənqidi yanaşmaq üçün kifayət qədər əsasların olması qənaətinə gələrək kollegiya hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməməlidir.
36. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 213.2, 213.3, 213.5, 225-ci, Ailə Məcəlləsinin 31, 32.1, 36.3, 37.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh (vəkil - vəkil1) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv еdilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən heyvan və quşların sayı barədə mötəbər sübutlar təqdim edilməmişdir və iş materiallarına əlavə edilmiş fotoşəkillərdə cəmi iki baş heyvan olduğu görünür. Iddiaçının heyvan və quşlarla bağlı olan tələbini əsaslandira bilməməsi iş materiallarından açıq aydın görünür və bunu məhkəmə kollegiyası da müəyyən etmişdir. Məhkəmə kollegiyasının, iddiaçinin öz iddiasini sübuta yetirə bilmədiyi halda cavabdehin izahatına istinad edərək bu hissədə iddianı qismən təmin etməsi təmamilə əsassızdır.
39. Salyan RPŞ-nin qərarında isə, iddiaçı öz izahatında bildirmişdir ki, o evdə gizlənmişdir və cavabdeh evdən getdikdən sonra atasının evinə gəlmişdir. Göründüyü kimi, cavabdeh iddiaçını evdən qovmamış, üstəlik də iddiaçı ona çoxsaylı xəsarətlər yetirmişdir. Daha sonra isə şikayətçi olmadıqlarından icraata xitam verilmişdir. Bu hal onu göstərir ki, iddiaçı evdən cavabdehdən sonra getmişdir və qızıl zinət əşyalarını götürməyə kifayət qədər imkanı olmuşdur.
40. Qətnamədə ## ####### 2023-cü il tarixdə cavabdehin iddiaçıya qarşı AR Inzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz əksini tapmış, lakin məhkəmə iddiaçının evi məhz həmin tarixdə tərk edib-etməməsini araşdırmamışdır. Məhkəmə iddiaçının belə bir məqamda evi tərk edərkən iddia etdiyi əmlakları özü ilə aparmasının inandırıcı olmadığını qeyd etmiş, lakin iddiaçının evi məhz hansı anda tərk etdiyini müəyyən etməmişdir.
41. Eyni zamanda, işin hallarindan da göründüyü kimi, cavabdeh oğlu 10 Sentyabr 2005-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhərində yaşayır. Qəbzlərdən göründüyü kimi, cavabdeh ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024- cü il tarixdə 2200 manat oğlu üçün təhsil haqqını ADBTIA-ya ödəmişdir. Salyan RIHB tərəfindən verilmiş arayışlardan da göründüyü kimi təsərrüfatda 2024-cü ilə dair iribuynuzlu heyvan qeydiyyata alınmamışdır. Bütün bunlara baxmayaraq, məhkəmə tam olaraq bu halları sənədlə araşdırmaq əvəzinə, cavabdehin etiraf etdiyi həcmdə iddianı qismən təmin etmişdir.
42. Məhkəmə bildirmişdir ki, cavabdeh quşların tələf olduğunu bildirirsə, demək onların ölməsini təsdiq edən sənəd və ya qanunvericiliklə nəzərədə tutulmuş qaydada tələf olması halını təsdiq edən sübut təqdim etməlidir. Təbii ki, bu mümkün olmamışdır, çünki heç bir təəsrrüfatda heyvanların ölməsinin qeydiyyatı aparılmır. Bununla bağlı ifadə bildirilməsi, həmin hissədə iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
45. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
46. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
47. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
48. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
49. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birınə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
50. Maddə 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və s.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
51. Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
52. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
53. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
54. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
60. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
70. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin əsaslarını təşkil edirdi və apellyasiya məhkəməsi qətnaməni qismən kəğv edib iddianı təmin edərkən həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.