Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-784/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi və pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” tələbinə dair, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı, həmçinin cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Nərimanov rayon prokurorunun ## ###### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Nərimanov RPI-nin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edən İddiaçı 2015-ci ildən 2022-ci ilin avqust ayına kimi hissə-hissə olmaqla cavabdeh1 ümumilikdə 375000 manat pul alaraq ələ keçirməsi yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
2. Sabunçu rayon prokurorunun ## ### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Nərimanov RPInin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edən İddiaçı 2015-ci ildən 2022-ci ilin avqust ayına kimi hissəhissə olmaqla cavabdeh1 ümumilikdə 250.000 manat pul alaraq ələ keçirməsi yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Birinci iş üzrə:
4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 verdiyi yalan məlumatların onun polis zabiti olaraq işgüzar nüfuzunu ləkələyən məlumatlar olaraq həqiqəti əks etdirməyən məlumatlar hesab edilməsi, cavabdehlərin əməli nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən 20.000 (iyirmi min) manat olmaqla cəmi 40.000 (qırx min) manat pulun tutulması və cavabdehlərin onun barəsində verdikləri məlumatların cavabdehlərin özləri tərəfindən müraciət etdikləri orqanlara (AR Daxili Işlər Nazirliyi və AR Baş Prokurorluğu) rəsmi məktub vasitəsilə təkzib edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Istintaq Şöbəsində müstəntiq vəzifəsində R rütbəsində işləmişdir. Ümumilikdə daxili işlər orqanlarında 16 il iş stajı vardır. Hazırkı iş üzrə hər iki cavabdehlə 2015-2016-cı illərdə tanış olmuşdur. Cavabdehlərlə tanışlığı da əməliyyat müvəkkili vəzifəsində işləyərkən xidməti işlərlə əlaqədar olmuşdur. 2018-ci il tarixdən o, Sabunçu rayon polis idarəsinə istintaq şöbəsinə müstəntiq vəzifəsində işləməyə başladığından cavabdehlərlə əlaqələri demək olar ki kəsilmişdi. Arabir özləri zəng edərək haləhval tuturdular. Daha sonra o, Xətai Rayonuna Polis Idarəsində işlədiyi dövrdə X3 ilə yenidən ünsiyyəti bərpa olundu. Belə ki, cavabdeh cavabdeh1 ona zəng edərək 20-30 min manat borc pula ehtiyacı olduğunu bildirdi. O, da uzun müddətdir ki, onu tanıdığı üçün ona 2022-ci ilin mart ayında bir həftə ara ilə 9000 (doqquz min) və 13.000 (on üç min) manat ümumilikdə 22.000 (iyirmi iki) manat pul vermişdir. Borc pulu alarkən qısa müddət ərzində pulu qaytaracağına söz versə də cavabdeh1 pulu qaytarmaq əvəzinə hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınır və hər dəfə vaxtı uzadırdı. O, bir neçə aydan sonra yenə də ondan pulu qaytarmasını tələb etdiyi üçün cavabdeh ona qarşı aqressiv və həqiqətə uyğun olmayan yalan məlumatlar verəcəyini bildirib pulu ondan istəməməyi bildirdi. Razı olmayacağı təqdirdə polis əməkdaşı olduğu üçün AR Daxili Işlər Nazirliyinə barəsində yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatlar verəcəyini bildirdi. O, onun bu hədələrinə baxmayaraq pulu tələb etməyə davam etmişdir. cavabdeh1 puldan imtina etməyəcəyinə əmin olduqdan sonra ona bildirdiyi kimi yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatları aidiyyəti üzrə polis və prokurorluq orqanlarına ünvanlamağa başladı. Belə ki, əvvəlcə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna, daha sonra Bakı şəhər Baş Polis Idarəsinə şikayət ərizəsi ilə müraciət edərək guya onun ondan şantaj və hədə-qorxu yolu ilə il ərzində 250.000 (iki yüz əlli min) manat, digər şikayət ərizələrində 375.000 (üç yüz yetmiş min) manat pul aldığını və qaytarmadığını bildirən həqiqətə uyğun olmayan, yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatlar verməyə başlamışdır. Həmin məlumatları verən zaman hazırkı iş üzrə cavabdeh cavabdeh2 da digər cavabdehə qoşulub mövcud olmayan puldan guya onun da 62.500 manatın ona məxsus olduğunu və ona da zərər dəydiyini əsassız olaraq bildirmişdir. Bundan əlavə cavabdeh2 Nurlana Quliyevanın şantaj xarakterli videolarının çəkilməsini də həyata keçirmişdir. O, şikayət ərizələrinin daxil olduğu aidiyyəti orqanlarda izahatlarını vermiş və araşdırmaların hər biri üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Cavabdehlərin məlumatlarının heç biri həqiqəti əks etdirmədiyindən Sabunçu rayon prokurorluğu və Bakı şəhər Baş Polis Idarəsi şikayət ərizələri üzrə müvafiq qərarlar qəbul edilmişdir. Cavabdehlər cavabdeh1 və cavabdeh2 verdiyi yalan məlumatlar onun polis zabiti olaraq işgüzar nüfuzunu ləkələyən və həqiqəti əks etdirməyən məlumatlar hesab edilməli, cavabdehlərin əməli nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən 20.000 (iyirmi min) manat olmaqla cəmi 40.000 (qırx min) manat pul tutulmalı və cavabdehlərin onun barəsində verdikləri məlumatlar onların özləri tərəfindən müraciət etdikləri orqanlara rəsmi məktub vasitəsilə təkzib edilməlidir. Mənəvi zərərlə əlaqədar isə cavabdehlərin əsassız və işgüzar nüfuzunu ləkələyən məlumatları hüquq mühafizə orqanlarına bildirməsi ilə əlaqədar barəsində başladılmış xidməti yoxlama və hüquq-mühafizə orqanlarındakı yoxlamalar zamanı işgüzar nüfuzunu ləkələnməklə yanaşı sarsıntı hissi də keçirmiş və uzun müddət bununla əlaqədar stress vəziyyətində qalmışdır.
6. Ikinci iş üzrə:
7. Iddiaçı İddiaçı cavabdeh X4 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 ilə arasında bağlanmış şifahi müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 22.000 (iyirmi iki min) manat pulun və 156 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi belə əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Istintaq şöbəsində müstəntiq vəzifəsində R rütbəsində işləmişdir. Ümumilikdə daxili işlər orqanlarında 16 il iş stajı vardır. Hazırkı iş üzrə cavabdehlə 2015-2016-cı illərdə tanış olmuşdur. Cavabdehlə tanışlığı da əməliyyat müvəkkili vəzifəsində işləyərkən xidməti işlərlə əlaqədar olmuşdur. 2018-ci il tarixdən o, Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinə müstəntiq vəzifəsində işləməyə başladığından cavabdehlərlə əlaqələri demək olar ki, kəsilmişdi. Arabir özləri zəng edərək haləhval tuturdular. Daha sonra o, Xətai rayonuna polis idarəsində işlədiyi dövrdə cavabdeh1 ilə yenidən ünsiyyəti bərpa olundu. Belə ki, cavabdeh cavabdeh1 ona zəng edərək 20-30 min manat borc pula ehtiyacı olduğunu bildirdi. O, da uzun müddətdir ki, onu tanıdığı üçün ona 2022-ci ilin mart ayında bir həftə ara ilə 9000 (doqquz min) və 13.000 (on üç min) manat ümumilikdə 22.000 (iyirmi iki) manat pul vermişdir. Borc pulu alarkən qısa müddət ərzində pulu qaytaracağına söz versə də cavabdeh1 pulu qaytarmaq əvəzinə hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınır və hər dəfə vaxtı uzadırdı. O, bir neçə aydan sonra yenə də ondan pulu qaytarmasını tələb etdiyi üçün cavabdeh ona qarşı aqressiv və həqiqətə uyğun olmayan yalan məlumatlar verəcəyini bildirib pulu ondan istəməməyi bildirdi. Razı olmayacağı təqdirdə polis əməkdaşı olduğu üçün AR Daxili Işlər Nazirliyinə onun barəsində yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatlar verəcəyini bildirdi. O, onun bu hədələrinə baxmayaraq pulu tələb etməyə davam etmişdir. cavabdeh1 puldan imtina etməyəcəyinə əmin olduqdan sonra ona bildirdiyi kimi yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatları aidiyyəti üzrə polis və prokurorluq orqanlarına ünvanlamağa başladı. Bu səbəbdən də hazırda ona qarşı pul tələbi ilə müraciət etməyə məcbur olmuşdur.
9. Cavabdehlər cavabdeh1 və cavabdeh2 məhkəməyə ##.##.2025-ci il tarixdə etiraz ərizəsi ilə müraciət edərək, onlara qarşı mənəvi zərərin ödənilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi tamamilə əsassız və absurddur, mənəvi zərərin mövcudluğu baxımından heç bir sübuta, fakta söykənmir. Iddiaçı işgüzar nüfuzunun ləkələndiyini iddia edir. Halbuki, sözügedən şəxs vəzifəli şəxs olduğu dövrdə bir sıra intizamsızlıqlara, habelə polis adına yaraşmayan hərəkətlərə yol vermişdir ki, buna da heç şübhəsiz onlar məsul deyillər. Onlar sadəcə olaraq iddiaçının həm maddi, həm də mənəvi cəhətdən vurduğu ziyanlara görə aidiyyatı üzrə əsaslandırılmış şikayətlər etmiş və buna dair müəyyən sübutlar göstərmişlər. Etdiyi müraciətin nəticəsi olaraq şəxsin haqqında “cinayət işinin başladılmasının rədd edilməsi haqqında” ayrı-ayrı zamanlarda təkrar olmaqla qərarların qəbul edilməsi onu təsdiq etmir ki, həqiqətən onlar iddiaçıya böhtan atmışdır. Onu da nəzərə almaqda fayda var ki, məlum sonuncu rədd qərarından hazırda Baş Prokurorluğa şikayət verilmiş, eyni zamanda nəticəsindən asılı olaraq məhkəmə-nəzarəti qaydasında da şikayətin verilməsi nəzərdə tutulur. Şəxsin haqqında cinayət işinin başlanmasının rədd edilməsi konkret olaraq onun öz fəaliyyətində pozuntulara yol vermədiyini təsdiq etmir. Belə ki, şikayəti əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsində uzun müddət araşdırma aparılmış və nəticədə yol vermiş olduğu nöqsanlara görə iddiaçı İddiaçı haqqında Nazirliyin müvafiq əmri ilə tənbeh tədbiri görülmüşdür. Bu haqda o, X4 ## ###### 2024-cü il tarixli məktubla məlumat verilmişdir. Qeyd olunan hal onu təsdiq edir ki, onlar tərəfindən qərəzli olaraq iddiaçının işgüzar nüfuzuna qarşı hər hansısa ləkələyici addımlar atılmamış, əksinə iddiaçı özü işgüzar nüfuzuna öz tamahına məğlub olaraq zərər vurmuşdur. Odur ki, göstərilənlərə əsasən haqlı olaraq hesab edirik ki, iddia tələbi işin hallarına dair təsviri ilə bağlı heç bir sübuta, qanuni əsasa söykənmədiyindən əsassızdır və sözsüz ki, rədd edilməlidir.
10. Cavabdeh cavabdeh1 ona qarşı yönəlmiş “pul” tələbinə dair iddia ərizəsinə ##.##.2025-ci il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının vicdansız hərəkətinə söykənən məlum iddia tələbini qəbul etmir və etiraz edir. Ona görə ki, iddiaçı ona faktiki olaraq borclu olduğu halda bu gün ondan heç bir əsasa və sübuta istinad etmədən 22000 manat pul tələb edir. Iddiaçı tələbinin təsviri hissəsində göstərir ki, guya o, sözügedən məbləği ona borc qismində vermiş, daha sonra isə tələb etməsinə baxmayaraq o həmin borcu ödəməkdən guya yayınmışdır. Hansı ki, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Maraqlısı da odur ki, iddiaçı 2021-ci ilin sözügedən məbləği ona borc qismində qısa müddətə verdiyi iddia etsə də, nədənsə bu barədə iddia tələbini yol vermiş olduğu pozuntulara əsasən polis orqanında tutduğu vəzifəsindən azad olunmaq məcburiyyətini yaşayandan sonra irəli sürmüşdür. Elə buradan müəyyən etmək mümkündür ki, iddiaçının tələbi tamamilə əsassız, qanunsuz və qərəzli olmaqla həqiqətə uyğun deyil və məhkəməni aldatmaq cəhddir. Işin faktiki halları isə ondan ibarətdir ki, həqiqətən o, X4 2021- ci ilin fevral ayında 9000 manat, həmin ayın sonunda isə 13000 manat pulu Sabunçu rayonunun ərazisində iddiaçıdan almışam. Sonuncu aldığı 13000 manat pula qonşusu cavabdeh2, eləcə də iddiaçının dostu kimi təqdim etdiyi Turqay adlı şəxs şahidlik etmişdir. Lakin iki epizod üzrə qeyd olunan ümumi vəsaiti o, iddiaçıdan verdiyi külli miqdarda pulun bir hissəsi olaraq geri almış. Aralarında bu baxımdan borc məsələsi olmamışdır. Bundan sonra Elşən ondan verdiyi 22000 manat pulu tələb etməyə başlamış və bununla bağlı qeyd etmişdir ki, həmin pullar dostu Turqay adlı şəxsə məxsusdur. Əgər həmin pul qayıtmasa Turqay "MTN" işçisi olduğundan ona problem olacaqdır. Iddiaçı tərəfindən ona edilmiş təzyiq və hədəqorxuların nəticəsi olaraq o, 2021-ci ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən evimi 19000 manata sataraq həmin məbləğin 7500 manatını, daha sonra isə qonşusu cavabdeh2 Ramana ərazisində yerləşən evinin 8500 dollara, başqa sözlə 14450 manata satılması nəticəsində həmin məbləğin tamamı tərəfindən İddiaçı verilmişdir. Bununla da Elşən aldığı borclardan qaytarmış olduğu 22000 manatı hədə-qorxu və təzyiq yolu ilə yenidən geri almağa müvəffəq olmuşdur. Qeyd olunan faktları onu İddiaçıla tanış etmiş X5, habelə qonşusu cavabdeh2 şahid qismində təsdiq edə bilərlər. Odur ki, iddiaçının tələbi həqiqətə uyğun olmamaqla qərəzli söz yığınağından ibarət hesab edir.
11. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli cavab məktubunda bildirmişdir ki, vətəndaş cavabdeh1 müraciəti əsasında Daxili Işlər Nazirliyinin Daxili Təhqiqatlar Idarəsində aparılmış xidməti təhqiqat zamanı müəyyən edilmişdir ki, Nərimanov Rayon Polis Idarəsinin sabiq müstəntiqi İddiaçı həmin qadınla uzun müddət əxlaq normalarına zidd münasibət qurmaqla sonuncunun ailəsində gərginliyə zəmin yaratmışdır. Yaxınlıq əlaqəsindən istifadə edən İddiaçı 2016-2019-cu illərdə ondan müxtəlif məbləğlərdə pul alıb qaytarmamış, eləcə də “Kontakt Home” mağazasından kreditə götürdüyü mobil telefonun ödənişlərini cavabdeh1 həyata keçirmişdir. Pulunun qaytarılmaması zəmnində aralarında baş vermiş mübahisə zamanı İddiaçı cavabdeh1 qarşı kobud davranmışdır. Bundan başqa R İddiaçı səlahiyyət həddini aşaraq cavabdeh1 borclu olan şəxslərdən pulun geri qaytarılmasını əsassız tələb etmişdir. Yol verdiyi nöqsanlara görə İddiaçı Daxili Işlər Nazirliyinin ##.##.2024cü il tarixli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Sərəncamda olan İddiaçı sonradan öz arzusu ilə ##.##.2025-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
12. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X4 və cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin rəhbərinə “Daxili Işlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduqları məlumatların həqiqətə uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyi qoyulmuş, cavabdeh X4 22.000 (iyirmi iki min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Nilufər Cəfərli).
13. Məhkəmə ilk öncə iddianın “borc” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh1 2022-ci ilin fevral ayında ayrı-ayrı vaxtlarda İddiaçı 13.000 və 9.000 manat məbləğində borca pul almışdır. Borca alınmış pulun 13.000 manat hissəsini həmçinin borc alınan zaman cavabdeh1 yanında olan hazırkı iş üzrə digər cavabdeh cavabdeh2 da etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən hər iki cavabdeh sözügedən borc məbləğini cavabdeh1 İddiaçı qaytarmış olduğlarını bildirsələr də, bu halı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdehlər yalnız şəxsi mülahizələrini məhkəməyə bildirmişlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh1 22.000 (iyirmiiki min) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
14. Məhkəmə iddia tələbinin pula dair hissəsinə münasibət bildirərkən o halları da qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə hər iki cavabdehə onların dediyi kimi iddiaçının cavabdeh1 küllü miqdarda borcu olduğu halda nə üçün cavabdeh cavabdeh1 təcili pul lazım olduğda, o iddiaçıdan öz pulunu tələb etmək yerinə ondan borc almış olduğu sualına cavabdehlər izah verə bilməmişdir. Eyni zamanda məhkəmənin cavabdehlərə onların dediyi kimi iddiaçının cavabdeh1 borcu olduğu halda nə üçün cavabdeh1 İddiaçı almış olduğu pulu həmin borca hesablanmadığını cavabdehlərin dedikləri kimi özlərinə məxsus evi satıb İddiaçı borcunu qaytarmış olduqularına dair məhkəməyə vermiş olduqları izahatlarına aydınlıq gətirə bilməmişlər.
15. Məhkəmə mülki işin cavabdehlər cavabdeh1 və cavabdeh2 yönəlmiş “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddiaçı məhkəməyə müraciət edərək cavabdeh1 borca vermiş olduğu pulu geri tələb etməsi səbəbindən onun və digər cavabdehin onun xidməti yeri olan DIN-nə və Prokrorluq orqanlarına müraciət etməsi onun şəxsi və işgüzar nüfuzunu zədələdiyini bildirərək AR Daxili Işlər Nazirliyi və AR Baş Prokurorluğunu cavabdehlər tərəfindən verilmiş məlumatların həqiqətən uyğun olmadığından təkzib edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə ilk öncə qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair adiyyatı üzrə prokrorluq orqanlarının qərarından da görünür ki, iddiaçı cavabdeh1 həqiqətəndə prokrorluq orqanlarına müraciət edərək İddiaçı ondan 2015-ci ildən 2022-ci ilin avqust ayınadək borca 250000- 375000 manat məbləğində pul almış olduğunu bildirmiş, vətandaşın müraciəti əsasında xidməti araşdırılma aparılmış, lakin şikayət edilən şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məlum olur ki, vətəndaş cavabdeh1 pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi məqsədi ilə adiyyatı qurum olan prokrorluq orqanına şikayət etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh1 pozulmuş hesab etdiyi hüquqlarının müdafiə edən orqana müraciət etməsi sözügedən əməli törədilməsində istinad edilən şəxsin şəxsi və işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirlə bilməz və iddia tələbi AR Baş Prokurorluğuna cavabdeh cavabdeh1 tərəfindən verilmiş məlumatın həqiqətə uyğun olmamasına dair təkzib edilməsi öhdəliyinin qoyulması hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin bu hissəsinin- AR Baş Prokurorluğuna cavabdeh tərəfindən verilmiş məlumatların həqiqətən uyğun olmadığından təkzib edilməsinin digər cavabdeh cavabdeh2 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, ümumiyyətlə Arzu Babyevanın prokrorluq orqanlarına iddiaçı İddiaçı barəsində hər hansı bir məlumat və ya şikayət vermiş olması müəyyən edilmədiyindən iddia tələbinin bu hissəsi cavabdeh2 münasibətdə təmin edilə bilməz.
17. Məhkəmə iddia tələbinin AR Daxili Işlər Nazirliyinə cavabdehlər tərəfindən verilmiş məlumatların həqiqətən uyğun olmadığından təkzib edilməsi hissəsinə prokrorluq orqanlarına münasibətdən fərqli mövqe nümayiş etdirərək qeyd etmişdir ki, iddiaçı nə qədər ki, sözügedən orqanın əməkdaşı olmuşdur, həmin orqanda xidmət göstərmişdir, sözü gedən orqanın rəhbərinə cavabdehlər tərəfindən iddiaçının şəxsi və işgüzur nüfuzunu ləkləyən yalan məlumatların verilməsi şəxsin şəxsi və işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirməlidir.
18. Məhkəmə bildirmişdir ki, cavabdehlər “Ayka Əliyeva” adlı istidafəçi vasitəsi ilə cavabdeh1 adından cavabdeh2 vasitəsi ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin rəhbərinə müraciət edərək “İddiaçı məndən şantaj edərək hissə-hissə küllü miqdarda götürdüyü pullarımı qaytarmaq əvəzində hər yerdə bildirir ki, pulları qaytarmayacaq, mənim və rəfiqəm cavabdeh2 ailəsində problemlər yaradacağını və bizi məhv edəcəyi” barədə məlumatlar vermişdir. Bundan başqa cavabdeh cavabdeh1 yazmış olduğu etiraz ərizəsində, o cümlədən də cavabdeh2 məhkəmə iclaslarında vermiş olduğu izahatlarından, həmçinin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli cavab məktubunda bildirmişdir ki, vətəndaş cavabdeh1 2016-2019-cu illərdə İddiaçı ondan müxtəlif məbləğlərdə pul alıb qaytarmamış olduğuna dair məlumatlar vermiş və sözügedən məlumatlar əsasında İddiaçı barəsində xidməti araşdırılma aparılmış və Daxili Işlər Nazirliyinin ##.##.2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Lakin, nə cavabdehlər, nədəki Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsi İddiaçı cavabdeh1 pul almasını və onu qaytarmaması təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə məhkəmənin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə aparılmış xidməti araşdırılma zamanı izahatı alınmış İddiaçı izahatinin surəti tələbi olunmuş, lakin məhkəmənin sorğusu aidiyyatı orqan tərəfindən cavabsız saxlanılmışdır. Beləliklə məhkəmə iclasında İddiaçı cavabdeh1 pul almasını təsdiq edəcək hər hansı bir sübut olmadığından əksinə cavabdeh1 İddiaçı 22000 manat məbləğində pul alması müəyyən edildiyindən cavabdeh1 və cavabdeh2 Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə İddiaçı cavabdeh1 pul alıb lakin qaytarmaması barədə vermiş olduqları məlumat həqiqətə uyğun hesab edilməməlidir. Bundan başqa məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında izahat verən cavabdeh X1 Həsənovun ona hazırda borcu olduğunu bildirsə də, həmin borcun İddiaçı cavabdeh1 aid olan borca görə yaranmış olduğunu, onun İddiaçı hər hansı bir pul məbləği vermədiyini məhkəmənin diqqətinə çatdırmışdır. Belə olan halda məhkəmə qeyd etmişdir ki, nə qədərki Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi iddiaçının iş yeri olmuşdur cavabdehlərin həqiqətə uyğun olmayan məlumatın iddiaçının iş yerinin rəhbərinə vermiş olması iddiaçının şəxsi və işgüzar nüfuzunun ləkləyən məlumat hesab edilməli və cavabdehlər X4 və cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin rəhbərinə “Daxili Işlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduqları məlumatların həqiqətən uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyi qoyulmalıdır.
19. Məhkəmə iddia tələbinin “cavabdehlərin əməli nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən 20.000 (iyirmi min) manat olmaqla cəmi 40.000 (qırx min) manat pulun tutulması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki cavabdehlərin üzərinə iddiaçının keçmiş iş yerinə təkzib məktubu yazılması öhdəliyi qoyulmuşdur, qeyd edilmiş halın iddiaçının şəxsi və işgüzar nüfuzuna vurulmuş zərərin aradan qaldırılmasına kifayət etdiyindən iddia tələbinin bu hissədə təmin edilməsinə zərurət yoxdur.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2,385.1, 425.1, 442, 448.2, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməi təcrübəsi haqqında ## ### 1999- cu il tarixli * saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Iddiaçı və cavabdehlər ayrı-ayrlıqda qətnamədən apellyasiya şikayətləri vermişdir.
22. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, mənəvi zərər bilavasitə əsas iddia tələbi ilə yəni, işgüzar nüfuzun ləkələnməsi ilə bağlı olduğundan əgər iddia tələbində göstərilən işgüzar nüfuzun ləkələnməsi faktı təsdiqini tapırsa, mənəvi zərərin təmin edilməsinə zərurətin olmaması ilə əsaslandırıla bilməz. Iddia həmin hissədə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində uzun illər daxili işlər orqanlarında zabit olaraq qüsursuz xidmət göstərmiş bir əməkdaşın rəhbər şəxsi heyətin gözündə yalnış fikir formalaşdırması və bunu ləyaqətli bir şəxs kimi qəbul edə bilməyən iddiaçının öz ərizəsi ilə daxili işlər orqanından ərizə yazaraq xidmətdən xaric olunmasına səbəb olmuşdur. Bütün bunlar birbaşa olaraq şəxsə mənəvi zərərin dəyməsini sübut edən aşkar faktlardır.
23. Iddiaçının iddiasının qismən təmin olunması zamanı məhkəmə cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının AR Daxili Işlər Nazirliyinin rəhbəri şəxsi heyəti və ya digər xidmət yoldaşlarının yanında düşdüyü vəziyyəti və bunun nəticəsində polis zabitinin mənəvi zərərin nə dərəcədə ağır olduğunu araşdırmamışdır. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən, məhkəmənin sözügedən qətnaməsi iddianın təmin olunmayan hissədə ləğv olunmalı və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
24. Qətnamədə məhkəmə cavabdehlərin hərəkətlərinin işgüzar nüfuza ləkə gətirən və əsassız olduğu üçün təkzib edilməli olan məlumat olaraq qəbul olunduğu halda, mənəvi zərərin təmin edilməməsi işin hallarına uyğun deyildir. Məhkəmə heç bir sübut və qanuni əsas olmadan iddia tələbinin qismən təmin edilməsi, yəni mənəvi zərərə aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Odur ki, qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Birinci iş üzrə cavabdeh cavabdeh2 və hər iki iş üzrə cavabdeh N. Quliyeva qətnamədən ayrılıqda apellyasiya şikayətləri vermiş, eyni məzmunlu olan apellyasiya şikayətlərində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirmiş, “mənəvi zərərlə” bağlı hissədə iddia tələbinin təmin edilən hissəsi üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, hər bir şəxs dövlət orqanlarına müraciət etmək hüququna malikdir. Iş üzrə cavabdeh kimi o, konstitusion hüququndan istifadə edərək Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə yazılı formada şikayətlər ünvanlamışdır. Lakin nəticədə Sabunçu Rayon Məhkəməsi həmin müraciətləri "şəxsi və işgüzar nüfuzu ləkələyən məlumatlar" kimi qiymətləndirməklə, faktiki olaraq müraciət hüququnu cəzalandırmış, vətəndaşların hüquqi müdafiəyə çıxışını qadağan edilə bilən davranış kimi təqdim etmişdir. Bu yanaşma həm vahid məhkəmə təcrübəsinə, həmçinin aşağıdakı AIHM presedentlərinə ziddir: “X7rşı” qərarında AIHM vurğulayır ki, dövlət orqanlarına edilən müraciətlər ifadə azadlığı kontekstində qorunur və bu müraciətlərə görə cəzalandırma “demokratik cəmiyyət” anlayışına ziddir. “Buşan Ruminiyaya qarşı” qərarında göstərilir ki, şəxsin hüquq-mühafizə orqanlarına şikayəti böhtan hesab edilə bilməz, belə yanaşma vətəndaşın hüquqi yardım axtarmaq imkanını məhdudlaşdırır. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli rəsmi məktubu açıq şəkildə göstərir ki, iddiaçı İddiaçı iş üzrə digər cavabdeh cavabdeh1 2016-2019-cu illər ərzində müxtəlif məbləğlərdə pul almış və qaytarmamış, pul tələb edilərkən isə gərginlik yaranmış və nəticədə İddiaçı onun ailəsində gərginlik yaratmaqla ona mənəvi zərər vurmuşdur. Bu barədə müraciətlər məhz onun tərəfindən tərtib olunmaqla cavabdeh cavabdeh1 adından Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin rəhbərliyinə ünvanlanmışdır. Məhkəmə isə özünün verdiyi sorğu əsasında əldə etmiş olduğu sözügedən məktubu qəsdli şəkildə nəzərə almamış, düzgün hüquqi qiymət verməmişdir. Sözügedən məktub İddiaçı barəsində xidməti araşdırmanın cavabdeh1 müraciətləri əsasında başlandığını və nəticə olaraq işdən azad etmənin göstərilən səbəblərə görə baş verdiyini təsdiqləyir. Belə olan halda, bu məlumat hüquq-mühafizə orqanına edilən qanuni müraciət olmaqla yanaşı, həqiqətə uyğun informasiya kimi qiymətləndirilməli idi və həmin müraciətə görə hər iki cavabdehin “təkzib məktubu” yazmağa məcbur edilməsi qanunsuz və hüquqazidd tədbirdən başqa bir şey deyil.
26. Məhkəmə qətnaməsi qanuna, sübutlara və faktlara əsaslanmadan, tərəflərin hüquqi bərabərliyi təmin edilmədən qəbul edilmişdir. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*- ****/**** nömrəli məktubu qətnamədə məhkəmə tərəfindən qərəzli və birtərəfli şəkildə şərh olunmuşdur: Həmin məktubda açıq şəkildə göstərilir ki: vətəndaş cavabdeh1 tərəfindən İddiaçı barəsində edilmiş çoxsaylı şikayətlər əsasında xidməti yoxlama aparılmış; Bu müraciətlərdə onun müxtəlif miqdarlarda borc alaraq qaytarmaması, habelə şəxsi və mənəvi təzyiq göstərməsi barədə faktlar qeyd edilmiş; Araşdırmanın nəticəsi olaraq İddiaçı daxili işlər orqanlarında xidmət etməsi məqsədəuyğun sayılmamış və o, DIN rəhbərliyinin ##.##.2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Lakin məhkəmə bu məktubu iddiaçının xeyrinə sübut kimi təqdim etmiş, onun lehinə olan bütün faktiki və hüquqi nəticələri ya nəzərə almamış, ya da təhrif etmişdir. Məktubda iddiaçının cavabdehdən külli miqdarda borc aldığı, onu qaytarmadığı və bu səbəbdən DIN rəhbərliyinə edilən şikayətlər nəticəsində vəzifəsindən kənarlaşdırıldığı göstərildiyi halda, məhkəmə həmin məktubu sanki əsassız böhtan sübutu kimi dəyərləndirmişdir.
27. Cavabdeh cavabdeh1 birləşdirilmiş “pul tələbi” barədə iddia üzrə qeyd etmişdir ki, DINin Daxili Təhqiqatlar Idarəsinin ## ##### 2025-ci il tarixli məktubu İddiaçı borc alma faktını təsdiqləyir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Təhqiqatlar Idarəsinin *-**- **/*-****/**** saylı, ##.##.2025-ci il tarixli rəsmi cavab məktubunda qeyd olunur: “Vətəndaş cavabdeh1 2016–2019-cu illərdə İddiaçı ondan müxtəlif məbləğlərdə pul alıb, lakin geri qaytarmadığına dair müraciət etmişdir. Həmin məlumat müraciət əsasında xidməti araşdırma aparılmış və nəticədə İddiaçı tutduğu vəzifədən azad edilmişdir.” Bu məktub rəsmi orqanın rəsmi araşdırması nəticəsində verilmiş hüquqi nəticəni əks etdirir. Beləliklə, İddiaçı cavabdeh cavabdeh1 borc alması təsdiq edilmişdir.
28. Bundan əlavə, Daxili Işlər Nazirliyinin Daxili Təhqiqatlar Idarəsinin 01 aprel2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubundan da göründüyü kimi, cavabdeh1 İddiaçı ondan müxtəlif vaxtlarda pul alıb qaytarmadığını bildirib, Nazirlik isə bu əsnada Həsənovun izahatını alıb və xidməti araşdırma nəticəsində onu vəzifədən azad edib. Əgər əsl borclu cavabdeh1 idisə, necə olur ki, Nazirlik – yəni dövlət orqanı – öz əməkdaşına qarşı bu qədər ciddi nəticə doğuran tədbir görür? Məntiqlə və hüquqla bu mümkün deyil və absurd səslənir. Əksinə, bu hal iddiaçının sonradan ortaya çıxan borc tələbinin saxta, onu qorxutmaq və təkzibə məcbur etmək məqsədi güddüyünü sübut edir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh cavabdeh1 apellyasiya şikayətinin qismən, cavabdeh cavabdeh2 apellyasiya şikayətinin təmin olunması, Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən –“cavabdehlər X4 və cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin rəhbərinə “Daxili Işlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduqları məlumatların həqiqətə uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyinin qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin təmin edilməməsi, qətnamənin birləşdirilmiş “pul tələbi” ilə bağlı hissəsindən cavabdeh X4 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmiş, qətnamə onun apellyasiya şikayətinə əsasən həmin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ikram Şirinov (sədrlik edən) Namiq Cəfərov, Elşən Kazımov).
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə borclu olması barədə mülahizə xarakterli məlumatlar şərəf və ləyaqəti ləkələyən məlumatlar sayılmır, odur ki, onun həqiqətə uyğun olub-olmamasının şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı mənəvi zərərin əvəzinin ödənilməsi tələbi üzrə əhəmiyyəti yoxdur. Bundan başqa, tərəflər arasında uzun müddətli qeyri-sağlam münasibətlərin, eləcə də pul haqq-hesabının olması da hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilir. Eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçı məhz cavabdehlərlə münasibətində yol verdiyi pozuntulara, o cümlədən də pul alınıb-verilməsi və s. bağlı olaraq işindəki pozuntulara görə vəzifəsindən azad edilmişdir. Demək ki, iddiaçının hərəkətləri (əməlləri) barədə cavabdehlərin müvafiq dövlət orqanlarına müraciətləri əsassız olmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh cavabdeh1 iddiaçı ilə aralarında olan münasibətlər zəminində iddiaçının onun barəsində yol vermiş olduğunu və hüquq pozuntusu hesab etdiyi məlumatlar barədə mülahizə xarakterli dəlilləri ilə müvafiq hüquq mühafizə orqanına müraciət etmişdir ki, bununla da cavabdehin yuxarıda istinad olunan qanunların müvafiq normalarının ona verdiyi imkanlardan istifadə edərək və qeyd olunan normaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə verdiyi məlumatlar heç bir halda iddiaçının şərəf, ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması hesab edilə bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmədiyindən, rayon məhkəməsinin “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” barədə iddia tələbinin qismən əsaslı hesab edilməsi barədə qənaəti əsaslı olmamışdır, odur ki, həmin hissədə cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, “cavabdehlər X4 və cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin rəhbərinə “Daxili Işlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduqları məlumatların həqiqətə uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyinin qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbləri təmin edilməməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” tələbinə cavabdehlərin apellyasiya şikayətlərinə əsasən, müvafiq hüquqi mövqe bildirilərək, cavabdehlər tərəfindən iddiaçının işgüzar nüfuzunun ləkələnməsi barədə həqiqətə uyğun olmayan məlumatların yayılması müəyyən edilmədiyindən, eləcə də prosessual qənaət prinsipi baxımından iddiaçının apellyasiya şikayətinin əsaslığının əlavə olaraq müzakirəsinə lüzum qalmır.
34. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərə qarşı iki fərqli iddia tələblərini birləşdirməsi MPM-in tələblərinə uyğun olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, bununla belə, birinci instansiya məhkəməsi hər iki iddia tələbi üzrə iddianın təmin edilib-edilməməsini ayrılıqda qeyd etmək əvəzinə, həmin işlər üzrə fərqli iddia tələblərinə bir iddia tələbi kimi yanaşaraq “iddianın qismən təmin edilməsini” qeyd etmişdir ki, bu da doğru olmamışdır.
36. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2,385.1, 425.1, 442, 448.2, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməi təcrübəsi haqqında ## ### 1999- cu il tarixli * saylı qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh cavabdeh1 (vəkil vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin cavabdeh X4 apellyasiya şikayətinin təmin edilmədiyi hissədə, yəni, “cavabdeh X4 22.000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin” hissəsində ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin, iddiaçının iddia tələbinin tamamilə rədd edilməsi, bu mümkün deyilsə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 125-ci və digər maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14.1-ci və digər maddələrini, digər qanunvericilik aktlarını o cümlədən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etsə də, “pul tələbi” hissəsində onu dəyişdirilmədən saxlamış, bununla da hüquqi məntiq, sübut hüququ və ədalətli məhkəmə araşdırması prinsiplərini pozmuşdur. Qətnamə formal əsaslandırma ilə kifayətlənmiş, lakin işin mahiyyətinə dair həlledici əhəmiyyət kəsb edən sübutlara hüquqi qiymət verməmişdir.
39. Iş materiallarından açıq şəkildə görünür ki, iddiaçı tərəfindən 22.000 manat məbləğində borcun verilməsini təsdiq edən hər hansı yazılı müqavilə, borc qəbzi, bank köçürməsi, maliyyə sənədi və ya digər obyektiv sübut təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmələr yalnız iddiaçının subyektiv izahatına əsaslanaraq borc münasibətinin mövcudluğu qənaətinə gəlmişlər. Bu isə mülki prosesdə sübut yükünün bölgüsünə dair fundamental prinsiplərin pozulmasıdır. Mülki hüququn ümumi qaydasına görə iddiaçı iddiasının əsaslarını sübut etməlidir. Lakin hazırkı işdə sübut yükü faktiki olaraq cavabdehin üzərinə keçirilmiş, “borcun olmamasını sübut etmə” kimi hüquqa zidd yanaşma tətbiq edilmişdir.
40. Apellyasiya instansiyası tərəfindən iş üzrə təqdim edilmiş və həlledici əhəmiyyət daşıyan rəsmi dövlət orqanının gəldiyi nəticəyə – Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Təhqiqatlar Idarəsinin məktubuna lazımi hüquqi qiymət verilməmişdir. Həmin məktubda iddiaçının kassator tərəfindən müxtəlif vaxtlarda pul alması barədə məlumatın araşdırıldığı və xidməti nəticələr doğurduğu göstərilmişdir. Apellyasiya instansiyası bu sənədi qərarın təsviri-əsaslandırma hissəsində faktiki olaraq nəzərə almamış, onu sübutlar sistemindən təcrid etmişdir. Halbuki rəsmi dövlət orqanının xidməti araşdırma nəticəsi məhkəmə tərəfindən qiymətləndirilməli və onun hüquqi nəticələri izah edilməli idi. Bu edilmədiyi üçün qətnamə tam olaraq əsaslandırılmış hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsində daxili ziddiyyət mövcuddur. Həmin instansiya təkzib məktubu ilə bağlı hissədə birinci instansiyanın nəticəsini ləğv etmişdir. Bu, dolayısı ilə cavabdeh olaraq mənim dövlət orqanına təqdim etdiyim məlumatların açıq-aşkar yalan hesab edilmədiyini göstərir. Lakin eyni məhkəmə paralel olaraq iddiaçının pul tələbi hissəsini qüvvədə saxlamışdır. Əgər cavabdeh olaraq onun məlumatı əsassız deyildirsə və məhkəmə bunu qəbul edirsə, bu halda iddiaçının mübahisəli borc münasibətində tam haqlı hesab edilməsi hüquqi məntiqə sığmır. Qətnamənin belə ziddiyyətli quruluşu onun əsaslandırma keyfiyyətini aradan qaldırır.
41. Apellyasiya instansiyası məhkəməsi maddi hüququ da düzgün tətbiq etməmişdir. Borc münasibətinin yaranması üçün qarşılıqlı iradə ifadəsi, müəyyənlik və sübut olunma tələbləri mövcuddur. 22.000 manat kimi əhəmiyyətli məbləğin verilməsi barədə heç bir yazılı sübutun olmaması şəraitində borcun mövcudluğu barədə qənaətə gəlmək hüquqi standartlara uyğun deyil. Bu yanaşma mülki dövriyyənin sabitliyinə və hüquqi müəyyənlik prinsipinə zərbə vurur.
42. Apellyasiya instansiyası tərəfindən təqdim olunmuş əsas sübut, Daxili Işlər Nazirliyinin xidməti araşdırma nəticələrini əks etdirən rəsmi sənəd qətnamənin təsviri hissəsində real hüquqi analizə məruz qalmamışdır. Bu isə sübutların qiymətləndirilməsi qaydasının pozulması deməkdir. Prosessual normaların bu cür pozulması formal xarakter daşımır. Bu pozuntular birbaşa işin nəticəsinə təsir göstərmişdir. Əgər sübut yükü düzgün tətbiq olunsaydı və rəsmi dövlət sənədinə lazımi hüquqi qiymət verilsəydi, nəticə fərqli ola bilərdi. Bu isə kassasiya müdaxiləsinin zəruriliyini göstərir.
43. Iddiaçı İddiaçı (vəkil vəkil3 Əyyub oğlu) kassasiya şikayəti verərək qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv edib iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq cavabdehlərin əsassız, şəxsin ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlara göz yummuş, 20 ilə yaxın zabit kimi xidmət etmiş şəxsə qarşı hərəkətlərə və əsassız şikayətlərə görə təkzibin verilməsinə ehtiyac olmadığı qənaətinə gəlmişdir. Iki ayrı istintaq orqanında araşdırılmış şikayətlər üzrə heç bir cinayət tərkibinin olmadığı sübuta yetirilsə də, AR DIN-nin bugünədək açıqlanmayan və prosessual qüvvəsi olmayan araşdırması prosessual sənədlərdən üstün tutulmuşdur.
45. Apellyasiya məhkəməsi, istintaq orqanının qəbul etdiyi prosesual qərarların hüquqi qüvvəsini nəzərə almayaraq obyektivliyi sübhə doğuran, DIN tərəfindən aparılmış əsassız araşdırmanı əsas götürərək həmin araşdırmaya uyğun öz mülahizələrində iddiaçı ilə cavabdehin arasında uzunmüddətli qeyri-sağlam münasibətlərin, eləcə də pul haqq-hesabının olmasını işin mübahisəsiz halı kimi müəyyən etmişdir. Bu hadisə heç bir sübutla təsdiqlənməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 23.1.Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.
48. Maddə 23.2.Fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
49. Maddə 23.5.Fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” ##.##.1999-cu il tarixli qərarı:
50. 3-cü bənddə tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”.
51. 4-cü bənddə qeyd edilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər.
52. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndi: Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
53. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
Ikinci iş üzrə:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
54. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
56. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
57. Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
58. Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətinin və iddianın təmin edilməyən hissələrində, mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
72. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq cavabehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmiş və qeyd etmişdir ki, cavabdeh cavabdeh1 iddiaçı ilə aralarında olan münasibətlər zəminində iddiaçının onun barəsində yol vermiş olduğunu və hüquq pozuntusu hesab etdiyi məlumatlar barədə mülahizə xarakterli dəlilləri ilə müvafiq hüquq mühafizə orqanına müraciət etmişdir ki, bununla da cavabdehin yuxarıda istinad olunan qanunların müvafiq normalarının ona verdiyi imkanlardan istifadə edərək və qeyd olunan normaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə verdiyi məlumatlar heç bir halda iddiaçının şərəf, ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması hesab edilə bilməz. Bu baxımdan iddiaçının əsaslandığı dəlillərə tam olaraq qiymət verilmiş olur.
73. Cavabdehin kassasiya şikayətinin pul məbləğinin tutulmasına dair tələbinə dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.
76. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini
77. yoxlayır.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
79. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.