Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-791/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. “xxxx” ASC-nin ## #### 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının ** saylı protokoluna əsasən ASC-nin qonaq evi binasının satılması qərara alınmışdır.
2. 1998-ci il tarixli müqavilənin surətindən görünür ki, alqı-satqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X1 ## ###### 1998-ci il tarixli ** nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Qusar şəhəri, B.Ərəblinski küçəsi 26 ünvanında 75 m2 torpaq sahəsində yerləşən qonaq evi binasını cavabdeh3 satmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. “xxxx” ASC (bundan sonra – “iddiaçı”xxxx“ASC”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ATSC-nin (hazırda hüquqi varisi iddiaçı) ## #### 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının ** saylı protokolunun (bundan sonra – “protokol”) və Qusar Rayonu Dövlət Notariat Kontorunda bağlanmış ##.##.1998-ci il tarixli ЗМ-1-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh cavabdeh3 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ## ###### 1999-cu il tarixli 234 inventar nömrəli ** saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportunun ləğv edilməsi, cavabdeh cavabdeh3 istifadəsində olan iddiaçının mülkiyyətindəki ərazidə yerləşən mübahisəli qonaq evi adlandırılan qeyri-yaşayış sahəsindən cavabdeh cavabdeh3 çıxarılması və binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən ASC-nin adına verilmiş seriya RX ******* saylı ***************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ## ####### 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun cavabdeh3 istifadəsində olan qonaq evi binasına və həmin qonaq evinin binasının yerləşdiyi 8** m2 torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bəhs olunan iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsə də, ASC-nin məhkəmə proseslərində iştirakı təmin olunmamış və nəticədə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** saylı qanunsuz qərarı qəbul edilmişdir. Məhkəmənin adı çəkilən qərarı ilə cavabdeh3 iddiası təmin edilmiş, ASC-nin adına verilmiş seriya RX ******* saylı ***************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ## ####### 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun iddiaçının mülkiyyətində olan qonaq evi binasına və həmin qonaq evi binasının yerləşdiyi 8** m2 torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Mübahisəli qərarın icra mərhələsində ASC-yə, ümumiyyətlə, belə bir məhkəmə qərarının olması məlum olmuşdur. Qərardan apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2023cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Belə ki, məhkəmə qərardadında göstərmişdir ki, iddiaçı tələbinin əsası kimi protokolu, ASC-nin nümayəndəsi ilə onun arasında bağlandığını iddia etdiyi ##.##.1998-ci il tarixli ЗМ-1-*** reyestr nömrəli alqı-satqı müqaviləsi, ## ###### 1999-cu il tarixli, ** nömrəli qeydiyyat vəsiqəsi və müvafiq texniki pasporta istinad edərək ASC-nin adına dövlət reyestrində aparılmış qeydiyyatı qonaq evi binası və onun yerləşdiyi 8** m2 torpaq sahəsinə dair hissədə mübahisələndirmiş, məhkəmə prosesi zamanı məlum olmuşdur ki, iddia olunan qonaq evi binası və onun yerləşdiyi 8** m2 torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 14.960 m2 torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adına özəlləşdirilmiş, özəlləşdirilmə nəticəsində ## #### 2**6-cı il tarixli, ****41 qeydiyyat nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə” verilmiş və daha sonra sözügedən daşınmaz əmlaklar cəmiyyətin hazırkı hüquqi varisi olan ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddianı mümkünsüz hesab etmişdir. O hal da qeyd edilməlidir ki, həmin iş üzrə materiallarla tanış olarkən ASC-yə məlum olmuşdur ki, “xxxx” ATSC-nin xüsusi balansında olan Qusar şəhəri, B.Ərəblinski küçəsi 26 ünvanda yerləşən qeyri-yaşayış binası (Qonaq evi) guya “xxxx” ATSC-nin protokoluna əsasən ATSC-nin balansında olan “Qonaq evi” binasının satılması qərara alınmış və daha sonra həmin ATSC-nin Idarə Heyətinin sədri olmuş X1 ilə hazırkı cavabdeh cavabdeh3 arasında cavabdeh1 notarial qaydada təsdiq edilmiş ##.##.1998-ci il tarixli ЗМ-1-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qonaq evi binası cavabdeh cavabdeh3 “satılmışdır”. Həmin alqı-satqı müqaviləsi əsasında isə onun adına ## ###### 1999-cu il tarixli 234 inventar nömrəli ** saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta əsasən Qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 8** m2 göstərilmişdir. Ilk növbədə qeyd edilməlidir ki, həmin iş materiallarında protokolun əslixxxxtəsdiq olunmuş surəti mövcud deyildir, eyni zamanda həmin protokolda da qonaq evinin satılmasının Idarə Heyətinin sədrinə həvalə edilməsi barədə hər hansı məlumat yoxdur. “xxxx” ATSC-nin hüquqi varisi olan ASC-də də qeyd edilən tarixdə keçirilən iclas, eləcə də bu iclasda Idarə heyətinin sədrinə alqı-satqı aparılması ilə bağlı hər hansı səlahiyyət verilməsi, ümumiyyətlə, Cəmiyyətə məxsus “Qonaq evi”nin hər hansı digər 3-cü bir şəxsə satılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Ümumiyyətlə, həmin iclasın real olaraq keçirilməsi, əgər keçirilibsə, kimlərin iştirak etməsi, orada göstərilən imzaların kimə məxsus olması böyük suallar yaradır. Belə ki, “xxxx” ATSC-nin Nizamnaməsində ümumi yığıncağının çağırılması və keçirilməsi qaydaları müəyyən edilmişdir. O səbəbdən iclasın keçirilib keçirilməməsi və bu zaman iclasın legitimliyinin olması diqqətli şəkildə araşdırılmalıdır. Həmin iclas keçirilməmiş, sadəcə formal olaraq belə bir sənəd hazırlanmışdır. Oradakı imzaların həqiqiliyin yoxlanılması zəruridir, bunun üçün müvafiq ekspertiza da təyin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, həmin sənədlərin əsli mövcud deyildir. Digər tərəfdən həmin kserosurət olan protokola baxan zaman, ümumiyyətlə, sənədin natamam hazırlandığı aşkar görünür. Belə ki, iclasda 4 nəfərin iştirak etməsi, 1 nəfərin isə dəvət edildiyi göstərilmiş, lakin iclasda faktiki kimlərin iştirak etməsi göstərilməmişdir. Həmin iclasın katibi eyni zamanda səsvermə hüququ olan şəxs kimi guya səsvermədə iştirak etmişdir. Halbuki məlum olduğu kimi katib bitərəf şəxs olmalıdır. Digər “iştirak edən” adları məlum olmayan şəxslərin isə məsələyə münasibəti, ümumiyyətlə, qeyd edilməmişdir. Son olaraq qərara aldı hissəsində qonaq evinin satılmasının qərara alındığı göstərilsə də, bunun icra mexanizmi və məsul şəxs barəsində məlumat əks olunmamışdır. Nəzərə alınmalıdır ki, “xxxx” ASC-nin X3 sədrinin cəmiyyətin əmlakının satılması ilə bağlı hər hansı səlahiyyəti müəyyən olunmamışdır. Idarə heyətinin sədrinin səlahiyyətləri Nizamnamənin 10-cu maddəsi ilə müəyyən olunmuşdur. Alqı-satqı ilə bağlı səlahiyyətlər ona səhmdarların birbaşa ümumi yığıncağının qərarı ilə verilə bilərdi ki, mübahisəli qərarda bununla bağlı hər hansı qeyd mövcud deyildir. Bu hal özü də göstərir ki, ##.##.1998-ci il tarixli alqı-satqı müqaviləsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bundan əlavə, alqı-satqı müqaviləsində qonaq evinin sahəsi cəmi 75 m2 olaraq göstərilsə də, sonradan cavabdeh3 aldığı qeyri-yaşayış binasının yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportda Qonaq evinin yerləşdiyi torpaq sahəsi 8** m2 olaraq göstərilmişdir. Həmçinin həmin sənəddə Qonaq evinin 1968-ci ildə tikildiyi göstərilsə də, iddiaçıya aid sənədlərdə tikilinin 1976-cı ildə tikildiyi göstərilir. Alqı-satqı müqaviləsindən sonra cavabdeh cavabdeh3 qeyri-yaşayış sahəsinə qeydiyyat vəsiqəsi də almağa nail olmuşdur ki, həmin sənədin də heç bir kötüyü və əsası yoxdur. Bütün bu sadalanan hallar göstərir ki, “xxxx” ATSCnin protokolundan başlayaraq cavabdeh1 səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış ##.##.1998-ci il tarixli alqı-satqı müqaviləsi tamamilə etibarsızdır və həmin müqavilənin hüquqi nəticəsi olaraq verilmiş ## ###### 1999-cu il tarixli 234 inventar nömrəli ** saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasport isə ləğv edilməlidir. Belə ki, qeyd edilən əqdlər uydurma, yalan əqddir və özlüyündə etibarsızdır. ASC olaraq belə bir protokolun, alqı-satqı müqaviləsinin, həmçinin qeydiyyat vəsiqəsi və texniki pasportun olmasından yalnız cavabdeh cavabdeh3 iddiası üzrə qanunsuz olaraq Sumqayıt Inzibati Məhkəməsi tərəfindən çıxarılmış qərarın icası zamanı məlumatı olmuşdur. Qərardan apellyasiya şikayəti verməklə bərabər hazırkı iddia üzrə məhkəməyə müraciət etməyi də zəruri hesab etmişdir. Həmçinin qeyd edilməlidir ki, eyni zamanda iddiaçı olaraq ona məlum olmuşdur ki, ASC-yə məxsus ərazidə olan qonaq evi qanunsuz olaraq cavabdeh3 istifadəsindədir. Bu səbəbdən də onun qonaq evinin ərazisindən çıxarılmasına və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ASC-yə təhvil verilməsi qaçılmazdır.
5. Cavabdeh cavabdeh3 iddiaya qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin ## ####### 1997-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası “xxxx” Dövlət Şirkətinin ünvan 2 ünvanında yerləşən Qusar rayonu ** nömrəli X5 bazasında “Kənd Təsərrüfatı Nazirliyinin ünvan 1 ünvanında yerləşən Xaçmaz Meyvə-Tərəvəz Tədarükü və X2 Kombinatının bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, Cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. Çek auksionlarında səhmləri satılacaq “xxxx” Səhmdar Cəmiyyəti haqqında məlumatda cəmiyyətin fəaliyyət növü “tikinti işləri”, torpaq sahəsinin ölçüsü isə 14.960 m2 göstərilmişdir. Qusar rayonu ** nömrəli X5 özəlləşdirmə planında (emissiya prospekti) müəssisənin balansında 3 ədəd vaqon yataqxanası, idarə binası, qonaq evi və anbar binası göstərilmiş, həmçinin ## ###### 1997-ci il tarixə həmin bina və tikililərin dəyərinin qiymətləndirilməsi aktı tərtib edilmişdir. Protokola əsasən ASC-nin qonaq evi binasının satılması qərara alınmışdır. Bundan sonra müvafiq alqı satqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X1 ## ###### 1998-ci il tarixli ** nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında 75 m2 torpaq sahəsində yerləşən qonaq evi binasını E,Mirzağayevə satmışdır. Həmin qonaq evi binası üzərində cavabdeh3 mülkiyyət hüququ ## ###### 1999 cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ** nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmçinin qonaq evi binasına dair texniki pasport tərtib edilərək həmin sənəddə qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 8** m2 göstərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən “xxxx” ATSC-nin protokolu müəssisədaxili korporativ sənəd olmaqla həmin ATSC-nin səhmdarlarının iradə ifadəsini əks etdirmişdir. Həmin iclas protokolunun qanuniliyinə qarşı hər hansı səhmdarın etirazı olmamış, heç kim bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Eyni zamanda ASC hüquqi varis olanadək “xxxx” ATSC-nin daxilində bununla bağlı hər hansı narazılıq mövcud olmamışdır. Bundan başqa, cavabdeh3 qonaq evi binasının alıcısıdır və o, həmin iclas protokolunun qəbul edilməsində iştirak etməmişdir. Həmin şəxs qonaq evi binası üzərində mülkiyyət hüququnu da həmin iclas protokolu əsasında deyil, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Ona görə də “xxxx” ATSC-nin hüquqi varisi olan iddiaçının cavabdeh3 qarşı həmin iclas protokolunun etibarsız hesab edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyil və həmin iddia, ümumiyyətlə, cavabdeh3 qarşı yönələ bilməz. Iddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı bildirmişdir ki, həmin iddia da tamamilə əsassız və qanunsuz bir iddiadır. Belə ki, iddiaçı həmin iddianı Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı ilə bağlı halları tənzimləyən maddi hüquq normalarına, yəni 337 və 340-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Başqa sözlə, həmin iddia tələbinin hüquqi əsasını qeyd olunan maddi hüquq normaları təşkil edir. Iddiaçı Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, cavabdeh3lə “xxxx” ATSCnin idarə heyətinin sədri olmuş H.Mikayılova arasında bağlanmış alqı-satqı müqaviləsi uydurma əqddir. Uydurma əqdin anlayışı 340.1-ci maddədə göstərilmişdir. Əqdin uydurma hesab olunması üçün həmin əqd hüquqi nəticə yaratmaq məqsədi olmadan, görünüş üçün bağlanmalıdır. Lakin mübahisələndirilən əqd real alqı-satqı müqaviləsidir və müqavilə bağlandıqdan sonra cavabdeh3 adına qeydiyyat vəsiqəsi, həmçinin texniki pasport verilmiş, eyni zamanda həmin vaxtdan etibarən qonaq evi cavabdeh3 sahibliyinə və istifadəsinə keçmişdir. Indiyədək həmin qonaq evi binası cavabdeh3 tərəfindən istifadə olunur. ASC 2018ci ildən “xxxx” ATSC-nin hüquqi varisi olmuşdur. Hazırkı müqavilə isə həmin vaxtdan 20 il əvvəl bağlanmışdır. Həmin 20 il müddətində “xxxx” ATSC-nin həmin müqavilənin və müqavilə əsasında verilmiş Qeydiyyat vəsiqəsinin qanuniliyinə qarşı heç bir etirazı, narazılığı, həmçinin iddia və tələbi olmamış, əksinə qonaq evinin cavabdeh3 mülkiyyətində olması faktını qəbul etmişdir. Bu, isə onu təsdiq edir ki, həmin əqdin uydurma hesab olunması üçün heç bir əsas mövcud deyil, ümumiyyətlə, müqavilənin etibarlı olmasını aradan qaldıran hal olmamış, müqavilə tam qanuni və əsaslı olmuş, həmin ATSC-nin heç bir mənafeyini pozmamışdır. Həmin müqavilə xxxx ATSC-nin mənafeyinə toxunsa idi belə, onun tərəfindən 20 il müddətində əqd barəsində mübahisə qaldırmadığına görə müddətlərin keçməsi əsasına görə onun tələb irəli sürməsinə imkan verən subyektiv hüququna xitam verilmişdir. Bundan başqa, “xxxx” ATSC alqı-satqı müqaviləsinin tərəfi olmamışdır. Müqavilənin sərəncam verən tərəfi ATSC-nin idarə heyətinin sədri H.Mikayılova olmuş və onun qonaq evi binasının barəsində sərəncam vermək səlahiyyəti olmuşdur. Çünki alqı-satqı müqaviləsindən də görünür ki, müqavilə bağlanan anda qonaq evi binası “xxxx” ATSC-nin deyil, ## ###### 1998-ci il tarixli ** nömrəli qeydiyyat vəsiqəsinə əsasən H.Mikayılovanın mülkiyyətində olmuşdur. Belə olan halda, alqı-satqı müqaviləsi heç bir qanun pozuntusuna yol verilmədən bağlanmış və tərəflərin real iradə ifadəsini əks etdirmiş və həmin müqavilə müvafıq qaydada notariat orqanı tərəfindən təsdiq edilmişdir. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, guya onun alqı-satqı müqaviləsinin bağlanmasından və qonaq evi binasına dair cavabdeh3 adına qeydiyyat vəsiqəsinin olmasından xəbəri olmamış, bunu yalnız Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının icrası zamanı xəbər tutmuşdur. Bu, tamamilə yalandır, çünki ASC “xxxx” ATSC-nin hüquqi varisi olan vaxtdan etibarən həmin ASC bilmişdir ki, qonaq evi binası cavabdeh3 aşkar sahibliyində və istifadəsindədir. Eyni zamanda 2021-ci ildə cavabdeh3 ASC-yə qarşı onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı iddiası olmuş, həmin iddia ərizəsi ilə birlikdə cavabdeh3 adına olan Qeydiyyat vəsiqəsi, alqı satqı müqaviləsi və s. sənədlər iddianın əsası kimi istinad olunmuş halları təsdiq edən sənədlər kimi məhkəməyə təqdim edilmişdir. ASC isə cavabdeh kimi özünün vəkili vasitəsilə həmin iddia ərizəsi üzrə *(***)-**/**** saylı mülki işin məhkəmə proseslərində iştirak etmiş, təqdim olunmuş sənədlərlə tanış olmuş, iddiaya qarşı etirazını bildirmişdir. Iş üzrə müvafiq ekspertiza təqdim edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafıq rəy verilmişdir. Ekspertiza Mərkəzi tərəfindən tədqiqat aparılarkən qonaq evi binasına və onun yerləşdiyi torpaq sahəsinə baxış keçirilmiş və qonaq evi binasının cavabdeh3 faktiki sahibliyində və istifadəsində olması müəyyən edilmişdir. Sonradan həmin iddiaya ümumi məhkəmədə baxılmalı olmadığı müəyyən olunduğundan iddia ərizəsi baxılmamış saxlanmış, daha sonra isə cavabdeh3 tərəfindən Sumqayıt Inzibati Məhkəməsində iddia qaldırılmışdır. 2021-ci ildə Qusar Rayon Məhkəməsində işə baxılarkən ASC-nin tərəfindən cavabdeh3 adına verilmiş Qeydiyyat vəsiqəsinin və onun verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin qanuniliyi və əsaslılığı mübahisələndirilməmiş, bununla bağlı hər hansı iddia qaldırılmamış, təxminən 4 il keçdikdən sonra hazırkı iddianı irəli sürmüşdür. Beləliklə, həm əsassızlığına görə, həm də müddətlərin keçməsinə görə ASC-nin iclas protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyil və ona görə həmin iddia tələbləri rədd olunmalıdır. Həmçinin qonaq evi binası cavabdeh3 qanuni mülkiyyətində olduğundan iddiaçının cavabdeh3 qarşı həmin qonaq evi binasından çıxarılması tələbi də əsassızdır və həmin iddia da rədd olunmalıdır. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasının səbəbi iddianın əsassız olmasına görə deyil, ASC-nin adına olan Çıxarışın verilməsinə əsas olmuş Şəhadətnamənin mübahisələndirməli olması olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşdığı halda isə tərəflərindən ASC-nin adına verilmiş çıxarışın verilməsinə əsas olmuş Şəhadətnamənin ləğvi ilə bağlı iddia qaldırılacaqdır.
6. Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim – Ə.Cəlilov) iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü ilk iddia tələbi xxxx ATSC-nin protokolunun etibarsız hesab olunması təşkil edir. Belə ki, həmin iclas protokolu müəssisədaxili sənəd olmaqla həmin sənədin cavabdehlərə hər hansı aidiyyətinin olması müəyyən olunmur. Eyni zamanda həmin iclas protokolu iddiaçının özünün varisi olduğu “xxxx” ATSC səhmdarları tərəfindən qəbul edilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının cavabdehlərə qarşı həmin iclas protokolunun etibarsız hesab olunması tələbini irəli sürməyə subyektiv hüququ, yəni həmin hüququn formalaşması üçün zəruri əlamət kimi nəzərdə tutulmuş başqa şəxslərdən tələb etmək hüququ mövcud deyil və ona görə də həmin iddia tələbi əsassızdır.
8. Iddiaçının digər iddia tələbini Qusar Rayonu Dövlət Notariat Kontorunda bağlanmış ##.##.1998-ci il tarixli ЗМ-1-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi hazırda qüvvədə olan Mülki Məcəllə qüvvəyə minməmişdən əvvəl, yəni 1998-ci il tarixdə bağlandığından, həmin müqavilə üzrə hüquq münasibətləri də həmin vaxt yaranmışdır. Odur ki, həmin iddia tələbi üzrə işin hallarına həmin vaxt, yəni 1964-cü ildən 2**0-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin əqdlərlə, o cümlədən onların etibarsızlığı ilə bağlı hüquq münasibətlərini tənzimləyən müddəaları tətbiq olunmalıdır.
9. Mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan anda onun həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin hər hansı tələblərinin, yəni forma və məzmunu ilə bağlı tələblərin pozulması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsinə nəzər salarkən müəyyən olunur ki, həmin müqavilənin tərəfləri “xxxx” ATSC-nin idarə heyətinin sədri olmuş X1 (satıcı) və cavabdeh3 (alıcı) olmuş, predmetini isə ## ###### 1998-ci il tarixli ** nömrəli qeydiyyat vəsiqəsinə əsasən Həmidə Mikayılovanın mülkiyyətində olan ünvan 2 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən qonaq evi binası olmuşdur. Başqa sözlə, qonaq evi binası satılanda onun mülkiyyətçisi iddiaçının varisi olduğu “xxxx” ATSC deyil, fiziki şəxs olan Həmidə Mikayılova olmuşdur. Bununla da, alqı-satqı müqaviləsinin predmeti olan qonaq evi binasının barəsində satıcı Həmidə Mikayılovanın sərəncam vermək səlahiyyəti olmuş, eyni zamanda müqavilə qanuna müvafiq qaydada notariat qaydasında təsdiq olunmuşdur.
10. Bundan başqa, “xxxx” ATSC mövcud olduğu 2018-ci ilədək Həmidə Mikayılovanın tərəfindən qonaq evi binasının cavabdeh3 satılmasına müqavilənin onun mənafeyini pozması və maraqlarına toxunması əsası ilə heç bir etiraz etməmiş, bununla bağlı hər hansı tələb irəli sürməmiş, 20 il ərzində susmaqla müqavilənin qanuniliyi faktını qəbul etmişdir. Eyni zamanda 2018-ci ildən sonra həmin ATSC-nin varisi olan iddiaçı da təxminən 7 il ərzində susmaqla hər hansı tələb irəli sürməmişdir. Bununla da, müqavilə bağlanan anda qüvvədə olmuş Mülki Məcəllə ilə müəyyən olunmuş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Həmin Məcəllənin tələbinə əsasən iddia müddətinin ötürüldüyünün müəyyən olunması halında tərəfin bu barədə ərizə verməsindən asılı olmayaraq məhkəmə tərəfindən iddia müddəti tətbiq olunmalıdır.
11. Odur ki, məhkəmə hesab etmişdir ki, ASC tərəfindən ##.##.1998-ci il tarixli ЗМ-1-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud olmadığından, o cümlədən onun tərəfindən müqavilə bağlanan anda qüvvədə olmuş Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən həmin iddia tələbi əsassızdır və rədd edilməlidir.
12. Eyni zamanda məhkəmə hesab etmişdir ki, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh cavabdeh3 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ## ###### 1999-cu il tarixli 234 inventar nömrəli ** saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportun ləğv edilməsi tələbinin hüquqi əsası mövcud olmadığından həmin iddia tələbləri də rədd olunmalıdır.
13. Bundan başqa, cavabdeh3 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ## ###### 1999-cu il tarixli 234 inventar nömrəli ** saylı qeydiyyat vəsiqəsi qonaq evi binasına dair mülkiyyət hüququnu təsdiq edir və belə olan halda, cavabdeh3 qonaq evi adlandırılan qeyri-yaşayış sahəsindən çıxarılması və binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbini irəli sürməkdə haqlı deyil və iddiaçının həmin iddia tələbi də əsassızdır.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının mübahisələndirilən müqavilənin bağlandığı vaxt qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsinin 39, 44, 46, 73, 77-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 4, 14, 77 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində əsaslandırıcı hissə cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etirazla demək olar ki, eynilik təşkil edir. Bu hal həm qətnamənin əsaslandırıcı hissəsinin, həm də qarşı tərəfin təqdim etdiyi etirazın sanki eyni şəxs tərəfindən yazılması təəssüratı yaradır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının mülkiyyət hüququnun pozulması faktını nəzərə almamışdır. Məhkəmə iddiaçının adına mülkiyyəti təsdiq edən çıxarış olmasına baxmayaraq iddianı qaldırmaqda subyektiv hüququnun olmamasını bildirmişdir. Halbuki iddiaçının mülkiyyətində olan çıxarışda göstərilən sahəyə mübahisəli torpaq sahəsi və onun üzərindəki tikili olan qonaq evi daxildir. Məhkəmənin diqqət etmədiyi ən vacib məqam alqı-satqı müqaviləsinin predmeti olan Qusar şəhəri, B.Ərəblinski küçəsi 26 ünvanında 75 m2 torpaq sahəsində yerləşən qonaq evi binası olmuşdur. Məsələ burasındadır ki, iddiaçının iddia tələbinin əsaslarından biri də məhz həmin alqı-satqı müqaviləsindən sonra həmin müqavilədə göstərilən qonaq evinin torpaq sahəsi cəmi 75 m2 olaraq göstərilsə də, sonradan cavabdeh cavabdeh3 aldığı qeyri-yaşayış binasının yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportda qonaq evinin yerləşdiyi torpaq sahəsi 8** m2 olaraq göstərilmişdir. Iddia tələbinin əsaslarından biri də məhz həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh3 verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportun ləğv edilməsi (etibarsız) olmuşdur. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbinə münasibət bildirməmiş və əsassız olaraq iddianı rədd etmişdir. Ən azından məhkəmə iddia tələbini bu hissədə təmin etməlixxxxayrıca iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməli idi. O, səbəbdən ki, qeydiyyat vəsiqəsi və texniki pasportda sənədlərin ##.##.1998 ci il tarixli 3M-1-*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib olunduğu göstərilmişdir. Necə ola bilər ki, alqı-satqının predmeti olan qonaq evi cəmi 75 m2 torpaq sahəsi üzərində yerləşir, lakin tərtib olunan qanunsuz texniki pasportda ərazi 8** m2 olaraq qeyd edilir. Bu açıq-aşkar iddiaçının adına olan verilmiş seriya RX ******* saylı ***************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və ## ####### 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportla təsdiq olunmuş mülkiyyətinə qəsddir. Fərz edilsə ki, alqı-satqı müqaviləsi real olmuşdur, o halda belə həmin müqavilədə göstərilən ölçüdə olan əmlaka qeydiyyat vəsiqəsi və texniki pasport verilə bilərdi. Lakin iş materiallarında olan sənədlər bunun belə olmadığını təsdiq edir. Məhkəmə isə bu hissədə iddia tələbinə sükutla yanaşmış, heç bir araşdırma aparmadan və münasibət bildirmədən iddianı bu hissədə də rədd etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: F.Məmmədov – sədrlik edən və məruzəçi, S.Qafari və A.Süleymanova).
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən həmin protokol müəssisədaxili sənəd olmaqla həmin cəmiyyətin səhmdarlarının iradə ifadəsini əks etdirmiş, protokol hər hansı səhmdar tərəfindən mübahisələndirilməmiş və səhmdarlardan heç biri protokolda qaldırılan məsələ ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Belə olan halda hazırkı iş üzrə cavabdehlərin həmin tələbə cavab verməli şəxslər olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə əsaslıdır.
19. Iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan zaman qüvvədə olmuş Mülki Məcəllənin tələblərinin, yəni forma, məzmun və müqaviləni bağlayan səlahiyyətli şəxslərin əhatə dairəsi ilə bağlı tələblərin pozulması halları məhkəmə tərəfindən müəyyən olunmamışxxxxmüqavilənin etibarsız hesab olunmasına səbəb ola bilən əsaslar barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Kollegiya həmin iddia tələbi üzrə işin hallarına həmin vaxt, yəni 1964-cü ildən 2**0-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin əqdlərlə, o cümlədən onların etibarsızlığı ilə bağlı hüquq münasibətlərini tənzimləyən müddəaların tətbiq olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
20. Iddiaçının apellyasiya şikayətinin texniki pasportdakı torpaq sahəsinin ölçüsü ilə alqısatqıda göstərilən sahənin uyğun olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X1 ## ###### 1998-ci il tarixli ** nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətdə olan ünvan 3 ünvanında 75 m2 torpaq sahəsində yerləşən qonaq evi binasını cavabdeh3 satmışdır. Bundan sonra həmin qonaq evi binası üzərində cavabdehin mülkiyyət hüququ ## ###### 1999-cu il tarixdə qeydə alınaraq onun adına qeydiyyat vəsiqəsi verilmiş, həmçinin qonaq evi binasına dair texniki pasport tərtib edilərək məhz həmin sənəddə qonaq evi binasının yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 8** m2 kimi əks olunmuşdur.
21. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2024-cü il tarixli ***** nömrəli müqavilənin surətindən görünür ki, ünvan 4 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 8** m2 torpaq sahəsi icarəçi cavabdeh3 tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Müqavilə ilə icarə müddəti ##.##.2024-cü il tarixdən ##.##.2029-cu il tarixədək müəyyən edilmişdir.
22. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda mübahisələndirilən müqavilənin etibarsız hesab olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2024-cü il tarixli ***** nömrəli müqavilənin surətindən görünür ki, ünvan 4 ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 8** m2 torpaq sahəsi icarəçi cavabdeh3 tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Müqavilə ilə icarə müddəti ##.##.2024-cü il tarixdən ##.##.2029-cu il tarixədək müəyyən edilmişdir. Amma nədənsə apellyasiya instansiyası məhkəməsi həmin icarə müqaviləsinin “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən ##.##.2**6-cı il tarixli ****41 nömrəli şəhadətnamə”də göstərilən “xxxx” ASC-nin Qusar şəhəri, B.Ərəblinski küçəsi 26 ünvanda 14960,0 m2 torpaq sahəsini satın alması ilə bağlı fakta ziddiyyət təşkil etdiyini görməzdən gəlmiş və buna öz qətnaməsində heç bir münasibət bildirməmişdir. Halbuki, iddiaçının adına verilmiş seriya RX ******* saylı ***************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və ## ####### 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasporta əsasən Qusar şəhəri, B.Ərəblinski küçəsi 26 ünvanda yerləşən 953,4 m2 sahəyə malik Əmlak kompleksi və həmin kompleksin yerləşdiyi 14960,0 m2 torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. Belə olan halda həmin torpaq sahəsinin ASC-nin razılığı olmadan kiminsə icarəsinəxxxxistifadəsinə verilməsi tam qanunsuzdur. Bu birbaşa qanun pozuntusudur və həmin sənədləri vermiş və əldə etmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması üçün əsas olsa də, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi qeyd olunan bu hala qiymət verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh kassasiya şikayətinə qarşı etirazını aşağı instansiya məhkəmələrinin mövqelərinə uyğun əsaslandırmaqla kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (# ######## 2**0-ci ilədək qüvvədə olan)
26. Maddə 39. Vətəndaşların və təşkilatların mülki hüquqlarınınxxxxvəzifələrin əmələ gəlməsinə, dəyişməsinəxxxxxitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.
27. Maddə 44. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur.
28. Maddə 46. Hüquqi şəxsin, onun nizamnaməsində (əsasnaməsində)xxxxhəmin növ təşkilatlara dair ümumi əsasnamədə onun fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd etibarsızdır. Belə əqdlərə müvafiq surətdə bu Məcəllənin 44 və 45-ci maddələrinin qaydaları tətbiq olunur.
29. Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.
30. Maddə 77. Iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitrajxxxxmünsiflər məhkəməsi tərəfindən tətbiq olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
35. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
39. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin 24-cü bəndində qeyd olunmuş dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı mübahisənin predmeti ##.##.1998-ci il tarixli protokolun, ##.##.1998-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportun ləğv edilməsi, habelə cavabdehin mübahisəli binadan çıxarılması ilə bağlıdır. Kassatorun istinad etdiyi ##.##.2024-cü il tarixli torpaq icarə müqaviləsinin qanuniliyi isə hazırkı iş üzrə mübahisə predmetini təşkil etmir. Həmin müqavilənin bağlanmasının qanunauyğun olub-olmaması ayrıca hüquqi mübahisənin predmetidir və hazırkı iş üzrə həll edilməli məsələ hesab edilə bilməz.
42. Bundan başqa kassasiya şikayətində göstərilən, aidiyyəti şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmalı olması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 394.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qanunda nəzərdə tutulmuş hallarda xüsusi qərardad çıxara bilər. Xüsusi qərardadın qəbul edilməsi işin mahiyyəti üzrə həllindən irəli gələn məsələ olmayıb, ayrıca prosessual xarakter daşıyır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin xüsusi qərardad qəbul etməməsi iş üzrə müəyyən edilmiş hallarınxxxxgəlinmiş hüquqi nəticələrin düzgünlüyünü şübhə altına almır, eləcə də mübahisələndirilən qətnamənin ləğvi üçün əsas kimi qiymətləndirilə bilməz.
43. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsinxxxxnəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsixxxxdəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.