Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3121/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(105)-753/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında xx.xx.2021-ci ildə bağlanmış 1056 nömrəli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2021-ci il tarixli, 105 nömrəli Sərəncamına əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 6 ünvanında yer ləşən, ümumi sahəsi 86,2 kv.m olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X2 balansında olan qeyriyaşayış sahəsini icarəçi xx.xx.2022-ci il tarixədək Cavabdeh1 icarəyə vermişdir;
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 217 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 86,2 kv.m. olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti tərəfindən Cavabdeh1 21.550 manat məbləğinə satılmışdır;
4. Ümumi sahəsi 86,2 kv.m olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi adına qeydiyyata alınmışdır;
5. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat ı İstehsalat Birliyi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 115 nömrəli müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 86,2 kv.m. sahəsi olan zirzəmi anbarın xx.xx.2021-ci ildən xx.xx.2022ci ilədək istismarı barədə razılığa gəlinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ilə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 115 saylı icarə müqaviləsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə qeyd olunan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 arasında 27 iyul 2021-ci il tarixli, 217 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin qeydə alınmasına dair 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 6 saylı evdə yerləşən sahəsi 86,7 kv.m. qeyri-yaşayış sahəsinə dair icarəyə götürən Cavabdeh1 ilə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında xx.xx.2021-ci il tarixli, 115 saylı icarə müqaviləsi bağlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə qeyd olunan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 arasında 27 iyul 2021-ci il tarixli, 217 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında DƏDRX tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 xx.xx.2021-ci il tarixli mülkiyyət hüququna dair reyestrdən çıxarış verilmişdir. Halbuki, həmin yarımzirzəmi 2021-ci il sentyabr ayında belə istifadə üçün yararlı vəziyyətə gətirilməmişdir. Həmin qeyri-yaşayış sahəsindən göstərilən müddətdə anbar, ticarət və hər-hansı bir xidmət obyekti kimi istifadə olunmamışdır. Yarımz irzəminin betondan olan dayaq divarları sökülərək şəhərsalma və tikinti normalarına zidd olaraq giriş qapısı qoyulmuşdur. Qeyd olunan qeyri-yaşayış sahəsi istifadə üçün yararlı olmadığı, tikinti və şəhərsalma normalarına zidd olaraq söküntü və quraşdırma işlərinin aparıldığı halda və vaxtda qeyd olunan yarımzirzəmiyə dair alqı-satqı müqaviləsinin bağlanması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi qanunaziddir. Göstərilənlərə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə qeyd olunan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 arasında 27 iyul 2021-ci il tarixli, 217 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin qeydə alınmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Şəbnəm Həxiyeva) xx.xx.2025-ci il tarixli, 2(060)-213/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında xx.xx.2021-ci ildə bağlanmış 1056 nömrəli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsinə əsasən icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2021-ci il tarixli, 105 nömrəli Sərəncamına əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 6 ünvanında yerləşən, ümumi sahəsi 86,2 kv.m, olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin MənzilKommunal X2 balansında olan qeyri-yaşayış sahəsini icarəçi xx.xx.2022-ci il tarixədək Cavabdeh1 icarəyə vermiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 217 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 6 ünvanında yerləşən 86,2 kv.m. olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti tərəfindən Cavabdeh1 21550 manat məbləğinə satılmışdır. Sözügedən qeyri-yaşayış sahəsi 02,11,2023-cü il tarixli, 4Ə-1884 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır.
10. Hazırkı işdə mübahisələndirilən müqavilələr hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, icarə müqavilənin nəticəsi olaraq icarəyə verənlə icarəçinin arasında, habelə alqı-satqı müqavilənin nəticəsi olaraq alıcı ilə satıcı arasında öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (ica rəyə verən və ya icarəçi, alıcı və ya satıcı) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (əmlaka) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mübahisələndirilən əmlak onun mülkiyyəti deyil, yaxud iddiaçının həmin əmlaka hər hansı başqa hüququ yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur.
11. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 152.5, 390.1, 324.1, 324.2, 329.1, 329.2, 331.1, 337.1,337.2, 337.3, 399.1, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-213/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mkr., 6 saylı evdə yerləşən sahəsi 86.7 kv.metr qeyri-yaşayış sahəsinə dair icarəyə götürən Cavabdeh1 ilə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi arasında xx.xx.2021-ci il tarixli, 115 saylı icarə müqaviləsi bağlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə qeyd olunan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 217 saylı alqı-satqı müq aviləsi bağlanmış və həmin müqavilə əsasında ƏMDX yanında DƏDRX tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 xx.xx.2021-ci il tarixli mülkiyyət hüququna dair reyestrdən çıxarış verilmişdir. Halbuki, həmin yarımzirzəmi 2021-ci il sentyabr ayında belə istifadə üçün yararlı vəziyyətə gətirilməmişdir. Həmin qeyri-yaşayış sahəsindən göstərilən müddətdə anbar, ticarət və hər hansı bir xidmət obyekti kimi istifadə olunmamışdır. Yarımzirzəminin betondan olan dayaq divarları sökülərək şəhərsalma və tikinti normalarına zidd olaraq giriş qapısı qoyulmuşdur. Qeyd olunan qeyri-yaşayış sahəsi istifadə üçün yararlı olmadığı, tikinti və şəhərsalma normalarına zidd olaraq söküntü və quraşdırma işlərinin aparıldığı halda və vaxtda qeyd olunan yarımzirzəmiyə dair alqı-satqı müqaviləsinin bağl anması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi qanuna ziddir. Mübahisələndirilən yarım-zirzəmi alqısatqı müqaviləsi bağlanılarkən mövcüd olmamış və dövlət vəsaiti hesabına inşa edilməmişdir. Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Buna görə də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə qeyd olunan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 arasında 27 iyul 2021-ci il tarixli 217 saylı alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir. Eləcə də həmin qeyri-yaşayış sahəsinin qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş “cinayət işinin icraatına xitam verilməsi barədə” xx.xx.2021-ci il tarixli Qərardan məlum olur ki, təqsirləndirilən şəxs X3 ifadəsində qeyri-yaşayış sahəsinin girişinin qaynaq aparatı ilə 2021-ci ilin avqust ayında bağladığını bildirmişdir. İş üzrə zərərçək miş şəxs Nümayəndə2 ifadəsində tikinti işlərinə nəzərət edən Məkanın ona zəng edərək 2 avqust 2021-ci il tarixdə zirzəmi qapısını qıfılla bağlayaraq getdiyini, 4 avqust 2021-ci il tarixdə isə həmin qapının qaynaqlandığını bildirmişdir.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyri-yaşayış sahəsi barədə Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti arasında alqı-satqı müqaviləsi bağlanıb, reyestrdən çıxarış alınmışdır. Cavabdeh iddiaçının ərindən şikayət edərək dələduzluq etdiyini və 20000 manat məbləğində pul vəsaitini aldığını bildirib. Cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Nümayəndə2 öz ifadəsində 2021-ci ilin avqustund a qaynaqla qeyri-yaşayış sahəsini qapısının qaynaqlandığını, buna görə iş icraçısının işi apara bilmədiyini bildirmişdir. Özəlləşdirmə aparılarkən həmin qeyri-yaşayış sahəsinin dövlət hesabına keçirilməsinə baxmayaraq cavabdeh öz hesabına tikinti işləri aparılıb. Qeyri-yaşayış sahəsi istifadə üçün yararlı olmadığı, tikinti və şəhərsalma normalarına zidd olaraq söküntü və quraşdırma işlərinin aparıldığı halda qeyd olunan yarımzirzəmiyə dair alqı-satqı müqaviləsinin bağlanması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi qanunaziddir. Tərəflər arasında olan digər mülki işdə məsələ ilə bağlı ekspert qoyulmuş üç sualı cavablandıra bilməmişdir. Qanunazidd qaydada özgəninkiləşdirmə aparıldığı üçün çıxarış da etibarsızdır. Tikinti işlərinin aparılması ilə əlaqədar iddiaçının evində çatlar yaranmış, evdə yaşayış mümkünsüz hala gəlmişdir. İddiaçının mənzil hüquqları pozulub, ekspert rəyi qoyulmuş suala cavab verməyib, digər işlə bağlı qətnamə isə hələ qüvvəyə minməyib. Mənzil sovet dövründə tikilmiş beşmərtəbəli binada yerləşir, cavabdeh zirzəmini çox dərindən qazdırıb, nəticədə bünövrəyə zərər dəyib, həmçinin iddiaçının mənzilində çatlar yaranıb. İddiaçı beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayır, birinci mərtəbələr qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmayıb, ekspert rəyində bildirilir ki, tikinti normalarına əməl olunub-olunmamasının qiymətləndirilməsi həmin ünvanda qeyri-yaşayış sahələrinin nəzərdə tutulmasına dair şəhərin baş planında yaxud binanın sxemində hər hansı göstəriş olmadığından mümkün deyildir.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nüm ayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, cavabdeh iddiaçının evinin yaxınlğında tikinti işləri apararkən, iddiaçı narazılığını bildirmiş, qonşularla birgə mənzillərinin alınmasını tələb etmişlər. Mənzilin satılmasına dair aralarında razılaşma olmuş, 20000 manat məbləğində beh verilmişdir. Razılaşma 100000 manat məbləği barədə olmasına baxmayaraq iddiaçı sonradan 200000 tələb etmiş, razılıq pozulmuşdur. Bundan sonra şikayət verilmiş, işlə əlaqədar cinayət işinin icraatında xitam verilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hüquq münasibətlərinin tərəfi, subyekti olmadığından, hər hansı hüquq və mənafeləri pozulmadığından onun iddia qaldırmağa subyektiv hüququ yoxdur. Zirzəminin sökülməsinə gəldikdə isə orada sadəcə restavrasiya işləri aparılmışdı r. Fotoşəkil və videogörüntülər təqdim edə bilər. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Hüseynzadə sədrlik edən və məruzəçi, A.Mahmudov və S.Qafari) 2(105)-753/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-213/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı isə yuxarıda istinad olunan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunun 31-ci maddəsinə görə həmin Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması və dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsidir ki, iddiaçı qeyd edilən əsaslara, o cümlədən həmin əsasların onun hansı hüquq və vəzifələrinin toxunmasına da istinad edə bilməmişdir. Hərçənd ki, Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin və “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına müvafiq olaraq, ünvan 2 ünvanında yerləşən 86,2 kv.m. olan qeyri-yaşayış sahəsini ilk əvvəl icarəyə götürmüş, daha sonra isə alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçirmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında bağlanmış əqdin pis niyyətlə razılığa gəlinmə yolu ilə bağlandığını iddia etsə də, qeyd edilən iddiasını ümumiyyətlə əsaslandıra bilməməklə yanaşı, buna dair hər hansı bir sübutu da məhkəməyə təqdim edə bilməmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 115 saylı icarə müqaviləsini mübahisələndirsə də həmin iddia tələbini Sumqayıt şəhər Mənzil Kommunal X1rşı irəli sürməmiş, həmçinin, həmin şəxs işə cavabdeh qismində cəlb edilməmişdir. Ən əsası isə həmin müqavilənin hər hansı bir əhəmiyyəti olmamaqla, iddiaçının həmin müqaviləyə dair mübahisə açması da anlaşılan olmamışdır. Belə ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 6 ünvanında yerləşən 86,2 kv.m. olan qeyriyaşayış sahəsi Əmlak Məsələləri Xidməti tərəfindən həmin müqavilədən 5 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə bağlanmış 1056 nömrəli müqaviləyə əsasən Cavabdeh1 icarəsinə verilmiş, həmin müqavilə isə mübahisələndirilməmişdir.
20. Məhkəmə kollegiyası mövqeyini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.1, 31.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakın ın özəlləşdirilməsi haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının 4.2.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən həmin qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Buna görə də AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə qeyd olunan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 217 saylı alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir. Eləcə də həmin qeyri-yaşayış sahəsinin qeydə alınmasına dair AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilməlidir.
23. Mübahisələndirilən yarım-zirzəmi alqı-satqı müqaviləsi bağlanılarkən mövcüd olmamış və dövlət vəsaiti hesabına inşa edilməmişdir. AR Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud həmin Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
24. Azərbaycan Respublikası Prezidentinin “Dövlət Əmlakının Özələşdirilməsinin 2-ci Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Fərmanının 2.3.22-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamı nda olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri özəlləşdirilən müəssisə və obyektlər siyahısına daxil edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmasını və istinad etdiyi etibarsızlıq şərtini sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. O da qeyd edilməlidir k i, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-753/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.