Məhkəmə qərarları › İş №2(105)-1390/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1390/2025

03.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1390/2025 03.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X16 qızının katibliyi ilə, İddiaçı ASC-nin vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız sayılması, qeydiyyat vəsiqəsi və texniki pasportun ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və binanın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-403/2025 saylı qətnaməsindən İddiaçı ASC-nin vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən, ASC-nin qonaq evi binasının satılması qərara alınmışdır.

2. İş materiallarında olan 1998-ci il tarixli müqavilənin surətindən görünür ki, alqısatqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X7 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən qonaq evi binasını Cavabdeh1 satmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “bağlanmış müqavilənin ləğv etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qusar Tikinti” ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolunun və Qusar Rayonu Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999cu il tarixli v234 inventar nömrəli texniki pasportunun ləğv edilməsi, Cavabdeh1 istifadəsində olan İddiaçı ASC-nin mülkiyyətində olan ərazidə yerləşən mübahisəli Qonaq evi adlandırılan qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxardılması və binanın boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh1 (bundan sonra - Cavabdeh1) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun Cavabdeh1 istifadəsində olan qonaq evi binasına və həmin qonaq evinin binasının yerləşdiyi 800 kv m torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bəhs olunan iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsə də, İddiaçı ASC-nin məhkəmə proseslərində iştirakı təmin olunmamış və nəticədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)- 315/2023 saylı qanunsuz qərarı qəbul edilmişdir. Məhkəmənin adı çəkilən qərarı ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, İddiaçı ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun iddiaçının mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evi binasının yerləşdiyi 800 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Mübahisəli qərarın icra mərhələsində İddiaçı ASC-yə ümumiyyətlə belə bir məhkəmə qərarının olması məlum olmuşdur. Qərardan apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-108/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-315/2023 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Belə ki, məhkəmə qərardadında göstərmişdir ki, iddiaçı tələbinin əsası kimi "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolu, ASC-nin nümayəndəsi ilə onun arasında bağlandığını iddia etdiyi xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi, 25 yanvar 1999-cu il tarixli, 29 nömrəli qeydiyyat vəsiqəsi və müvafiq texniki pasporta istinad edərək İddiaçı ASC-nin adına dövlət reyestrində aparılmış qeydiyyatı qonaq evi binası və onun yerləşdiyi 800 kv.m. torpaq sahəsinə dair hissədə mübahisələndirmiş, məhkəmə prosesi zamanı məlum olmuşdur ki, iddia olunan qonaq evi binası və onun yerləşdiyi 800 kv.m. torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 14.960 kv.m. torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına özəlləşdirilmiş, özəlləşdirilmə nəticəsində 15 mart 2006-cı il tarixli, 000041 qeydiyyat nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə” verilmiş və daha sonra sözügedən daşınmaz əmlaklar cəmiyyətin hazırkı hüquqi varisi olan İddiaçı ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddianı mümkünsüz hesab etmişdir. O hal da qeyd edilməlidir ki, həmin iş üzrə materiallarla tanış olarkən İddiaçı ASC-yə məlum olmuşdur ki, “ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası (Qonaq evi) guya “Qusar Tikinti” ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) “11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən, ATSC-nin balansında olan “Qonaq evi” binasının satılması qərara alınmış və daha sonra həmin ATSC-nin İdarə Heyətinin sədri olmuş X7 ilə hazırkı Cavabdeh1 arasında Qusar Rayon Notariat Ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Qonaq evi binası Cavabdeh1 “satılmışdır”. Həmin alqı-satqı müqaviləsi əsasında isə onun adına 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta əsasən Qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 800 kv.m göstərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, həmin iş materiallarında xx.xx.1998-ci il tarixli 02 nömrəli protokolun əsli və ya təsdiq olunmuş surəti mövcud deyildir, eyni zamanda həmin protokolda da Qonaq evinin satılmasının İdarə Heyətinin sədrinə həvalə edilməsi barədə hər hansı məlumat yoxdur. "xxxx" ATSC-nin hüquqi varisi olan İddiaçı ASC-də də qeyd edilən tarixdə keçirilən iclas, eləcə də bu iclasda İdarə heyətinin sədrinə alqı-satqı aparılması ilə bağlı hər hansı səlahiyyət verilməsi, ümumiyyətlə Cəmiyyətə məxsus “Qonaq evi”nin hər hansı digər 3-cü bir şəxsə satılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Ümumiyyətlə həmin iclasın real olaraq keçirilməsi, əgər keçirilbsə kimlərin iştirak etməsi, orada göstərilən imzaların kimə məxsus olması böyük suallar yaradır. Belə ki, "xxxx" ATSC-nin Nizamnaməsində ümumi yığıncağının çağırılması və keçirilməsi qaydaları müəyyən edilmişdir. O səbəbdən iclasın keçirilib keçirilməməsi və bu zaman iclasın legitimliyinin olması diqqətli şəkildə araşdırılmalıdır. Həmin iclas keçirilməmiş, sadəcə formal olaraq belə bir sənəd hazırlanmışdır. Oradakı imzaların həqiqiliyin yoxlanılması zəruridir, bunun üçün müvafiq ekspertiza da təyin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, həmin sənədlərin əsli mövcud deyildir. Digər tərəfdən həmin kserosurət olan xx.xx.1998-ci il tarixli 02 nömrəli protokol baxan zaman ümumiyyətlə sənədin namatam hazırlandığı aşkar görünür. Belə ki, iclasda 4 nəfərin iştirak etməsi, 1 nəfərin isə dəvət edildiyi göstərilmiş, lakin iclasda faktiki kimlərin iştirak etməsi göstərilməmişdir. Həmin iclasın katibi eyni zamanda səsvermə hüququ olan şəxs kimi guya səsvermədə iştirak etmişdir. Halbuki məlum olduğu kimi katib bitərəf şəxs olmalıdır. Digər “iştirak edən” adları məlum olmayan şəxslərin isə məsələyə münasibəti ümumiyyətlə qeyd edilməmişdir. Son olaraq qərara aldı hissəsində Qonaq evinin satılmasının qərara alındığı göstərilsə də, bunun icra mexanizmi və məsul şəxs barəsində məlumat əks olunmamışdır. Nəzərə alınmalıdır ki, "xxxx" ASC-nin X6 sədrinin cəmiyyətin əmlakının satılması ilə bağlı hər hansı səlahiyyəti müəyyən olunmamışdır. İdarə heyətinin sədrinin səlahiyyətləri Nizamnamənin 10-cu maddəsi ilə müəyyən olunmuşdur. Alqı-satqı ilə bağlı səlahiyyətlər ona səhmdarların birbaşa ümumi yığıncağının qərarı ilə verilə birlərdi ki, mübahisəli qərarda bununla bağlı hər hansı qeyd mövcud deyildir. Bu hal özü də göstərir ki, xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bundan əlavə, alqı-satqı müqaviləsində Qonaq evinin sahəsi cəmi 75 kv/metr olaraq göstərilsə də sonradan Cavabdeh1 aldığı qeyri-yaşayış binasının yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportda Qonaq evinin yerləşdiyi torpaq sahəsi 800 kv.m olaraq göstərilmişdir. Həmçinin həmin sənəddə Qonaq evinin 1968-ci ildə tikildiyi göstərilsə də, iddiaçıya aid sənədlərdə tikilinin 1976-cı ildə tikildiyi göstərilir. Alqı-satqı müqaviləsindən sonra Cavabdeh1 qeyriyaşayış sahəsinə qeydiyyat vəsiqəsi də almağa nail olmuşdur ki, həmin sənədin də heç bir kötüyü və əsası yoxdur. Bütün bu sadalanan hallar göstərir ki, “Qusar Tikinti” ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) “11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolundan başlayaraq, Qusar Rayon Notariat Ofisində səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi tamamilə etibarsızdır və həmin müqavilənin hüquqi nəticəsi olaraq verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasport isə ləğv edilməlidir. Belə ki, qeyd edilən əqdlər uyudurma, yalan əqddir və özlüyündə etibarsızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi ilk növbədə qeyd edilməlidir ki, “Qusar Tikinti” ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) “11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolunun əsli mövcud deyildir. Həmin iclasın keçirilməsinə, keçirilibsə formallığına, qanunvericiliyin və Nizamnamənin tələblərinə uyğun olmadan keçirilməsinə əsaslı şübhələr vardır. Çünki həmin iclasın keçirilməsi barədə digər səhmdarların məlumatı olmamış, ümumiyyətlə belə bir iclasın keçirilməsi barədə İddiaçı ASC-də hər hansı olmamışdır. Bu özlüyündə həmin sənədlərin qanunsuz olmasını təsdiq edir. Digər tərəfdən alqı-satqı bağlayan və həmin vaxtı idarə heyətinin sədri işləmiş X4 hansı əsasla həmin müqaviləni bağlamağa səlahiyyətli olması məlum deyildir. Belə ki, Nizamnamə üzrə İdarə heyətinin sədrinin səlahiyyətlərində bu hüquq göstərilməmiş, həçinin ATSC-nin ümumi yığıncağının qərarı ilə ona bununla bağlı hər hansı səlahiyyət verilməmişdir. Səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış müqavilə özü özülüyündə etibarsızdır. İddiaçı ASC olaraq belə bir protokolun, alqı-satqı müqaviləsinin, həmçinin qeydiyyat vəsiqəsi və texniki pasportun olmasından yalnız Cavabdeh1 iddiası üzrə qanunsuz olaraq Sumqayıt İnzibati Məhkəməsi tərəfindən çıxarılmış qərarın icası zamanı məlumatı olmuşdur. Qərardan apellyasiya şikayəti verməklə bərabər hazırkı iddia üzrə məhkəməyə müraciət etməyi də zəruri hesab edir. Həmçinin qeyd edilməlidir ki, eyni zamanda iddiaçı olaraq ona məlum olmuşdur ki, İddiaçı ASC-yə məxsus ərazidə olan qonaq evi qanunsuz olaraq Cavabdeh1 istifadəsindədir. Bu səbəbdən də onun Qonaq evinin ərazisindən çıxarılmasına və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qaçılmazdır. Eyni zamanda qeyd edilməlidir ki, xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsində Qonaq evinin sahəsi cəmi 75 kv.metr olaraq göstərilmiş olsa da sonradan Cavabdeh1 əldə etdiyi qeyri-yaşayış binasının yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportunda Qonaq evinin yerləşdiyi torpaq sahəsi 800 kv.m olaraq müəyyən edilmişdir. Bununla yanaşı onun adına 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsinin də kök sənədlərinin olmadığı barədə məlumatlıdır. Hesab edir ki, bu sənədlərin necə əldə edilməsi və hansı əsasla sənəddə bu cür fərqli qeydlərin aparılması araşdırılmalıdır. Bu birbaşa qanun pozuntusudur və həmin sənədləri vermiş və əldə etmiş şəxslərə xüsusi qərardad çıxarılması üçün əsasdır.

5. Cavabdeh1 nümayəndəsi X8 məhkəməyə etiraz ərizəsilə müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir və ağağıdakı əsaslara görə hesab edir iddia tamamilə əsassız və qanunsuz iddiadır. Belə ki, mübahisə üzrə işin faktiki halları bundan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 13 oktyabr 1997-ci il tarixli, 824 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin ünvan 1 ünvanında yerləşən Qusar rayonu 13 nömrəli X1 bazasında “Kənd Təsərrüfatı Nazirliyinin ünvan 5i ünvanında yerləşən Xaçmaz Meyvə-Tərəvəz Tədarükü və X9 Kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, Cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. Çek auksionlarında səhmləri satılacaq "xxxx" Səhmdar Cəmiyyəti haqqında məlumatda cəmiyyətin fəaliyyət növü “tikinti işləri”, torpaq sahəsinin ölçüsü isə 14.960 kv.metr göstərilmişdir. Qusar rayonu 13 nömrəli X1 özəlləşdirmə planında (emissiya prospekti) müəssisənin balansında 3 ədəd vaqon yataqxanası, idarə binası, qonaq evi və anbar binası göstərilmiş, həmçinin 01 avqust 1997-ci il tarixə həmin bina və tikililərin dəyərinin qiymətləndirilməsi aktı tərtib edilmişdir. "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən ASC-nin qonaq evi binasının satılması qərara alınmışdır. Bundan sonra xx.xx.1998-ci il tarixli 3M- 1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X7 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən qonaq evi binasını Cavabdeh1 satmışdır. Həmin qonaq evi binası üzərində Cavabdeh1 mülkiyyət hüququ 25 yanvar 1999-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmçinin qonaq evi binasına dair texniki pasport tərtib edilərək həmin sənəddə qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 800 kv.metr göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən “Qusar Tikinti” ATSC-nin (hazırda hüquqi varisi İddiaçı) 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar yığıncağının 02 saylı protokolu müəssisədaxili korporativ sənəd olmaqla həmin ATSC-nin səhmdarlarının iradə ifadəsini əks etdirmişdir. Həmin iclas protokolunun qanuniliyinə qarşı hər hansı səhmdarın etirazı olmamış, heç kim bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Eyni zamanda İddiaçı ASC hüquqi varis olanadək “Qusar Tikinti” ATSC-nin daxilində bununla bağlı hər hansı narazılıq mövcud olmamışdır. Bundan başqa, Cavabdeh1 Qonaq evi binasının alıcısıdır və o, həmin iclas protokolunun qəbul edilməsində iştirak etməmişdir. Həmin şəxs Qonaq evi binası üzərində mülkiyyət hüququnu da həmin iclas protokolu əsasında deyil, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Ona görə də, “Qusar Tikinti” ATSC-nin hüquqi varisi olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı həmin iclas protokolunun etibarsız hesab edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyil və həmin iddia ümumiyyətlə Cavabdeh1 qarşı yönələ bilməz. Ona görə də, həmin iddia tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçının “Qusar rayonu Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.1998-ci il tarixli 3M1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı bildirir ki, həmin iddia da tamamilə əsassız və qanunsuz bir iddiadır. Belə ki, iddiaçı həmin iddianı Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı ilə bağlı halları tənzimləyən maddi hüquq normalarına, yəni 337, 340-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Başqa sözlə, həmin iddia tələbinin hüquqi əsasını qeyd olunan maddi hüquq normaları təşkil edir. İddiaçı ASC Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etməklə hesab edir ki, Cavabdeh1lə “Qusar Tikinti” ATSC-nin idarə heyətinin sədri olmuş X7 arasında bağlanmış xx.xx.1998-ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi uydurma əqddir. Uydurma əqdin anlayışı 340.1-ci maddədə göstərilmişdir. Əqdin uydurma hesab olunması üçün həmin əqd hüquqi nəticə yaratmaq məqsədi olmadan, görünüş üçün bağlanmalıdır. Lakin, mübahisələndirilən əqd real alqı-satqı müqaviləsidir və müqavilə bağlandıqdan sonra Cavabdeh1 adına qeydiyyat vəsiqəsi, həmçinin texniki pasport verilmiş, eyni zamanda həmin vaxtdan etibarən Qonaq evi Cavabdeh1 sahibliyinə və istifadəsinə keçmişdir. İndiyədək həmin Qonaq evi binası Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı ASC 2018-ci ildən “Qusar Tikinti” ATSC-nin hüquqi varisi olmuşdur. Hazırkı müqavilə isə həmin vaxtdan 20 il əvvəl bağlanmışdır. Həmin 20 il müddətində “Qusar Tikinti” ATSC-nin həmin müqavilənin və müqavilə əsasında verilmiş Qeydiyyat vəsiqəsinin qanuniliyinə qarşı heç bir etirazı, narazılığı, həmçinin iddia və tələbi olmamış, əksinə Qonaq evinin Cavabdeh1 mülkiyyətində olması faktını qəbul etmişdir. Bu, isə onu təsdiq edir ki, həmin əqdin uydurma hesab olunması üçün heç bir əsas mövcud deyil, ümumiyyətlə müqavilənin etibarlı olmasını aradan qaldıran hal olmamış, müqavilə tam qanuni və əsaslı olmuş, həmin ATSC-nin heç bir mənafeyini pozmamışdır. Həmin müqavilə Qusar Tikinti ATSC-nin mənafeyinə toxunsa idi belə onun tərəfindən 20 il müddətində əqd barəsində mübahisə qaldırmadığına görə müddətlərin keçməsi əsasına görə onun tələb irəli sürməsinə imkan verən subyektiv hüququna xitam verilmişdir. Bundan başqa, “Qusar Tikinti” ATSC alqı-satqı müqaviləsinin tərəfi olmamışdır. Müqavilənin sərəncam verən tərəfi ATSC-nin idarə heyətinin sədri olmuş Həmidə Mikayılova olmuş və onun Qonaq evi binasının barəsində sərəncam vermək səlahiyyəti olmuşdur. Çünki, alqı-satqı müqaviləsindən də görünür ki, müqavilə bağlanan anda Qonaq evi binası “Qusar Tikinti” ATSC-nin deyil, 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X4 mülkiyyətində olmuşdur. Belə olan halda, alqı-satqı müqaviləsi heç bir qanun pozuntusuna yol verilmədən bağlanmış və tərəflərin real iradə ifadəsini əks etdirmiş və həmin müqavilə müvafıq qaydada notariat orqanı tərəfindən təsdiq edilmişdir. Müqavilənin istər məzmununda, istərsə də formasında heç bir qüsur olmamışdır. Belə olan halda, həmin müqaviləni mübahisələndirməyə nə “Qusar Tikinti” ATSC-nin subyektiv hüququ olmamış, nə də hazırda onun hüquqi varisi olan İddiaçı ASC-nin belə bir subyektiv hüququ mövcud deyil. Həmçinin, qeyd olunan müqavilənin bağlanmasından təxminən 27 il sonra onun barəsində mübahisə yaratmaq özlüyündə əsassız iddiadir, alqı-satqı müqaviləsinin barəsində “Asila" ASC- nin tərəfindən tələb irəli sürülməsi üçün müddətlər də ötürülmüşdür. Bundan başqa, İddiaçı ASC iddiasında qeyd etmişdir ki, guya onun alqı-satqı müqaviləsinin bağlanmasından və Qonaq evi binasına dair Cavabdeh1 adına qeydiyyat vəsiqəsinin olmasından xəbəri olmamış, bunu yalnız Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(118)-315/2023 saylı qərarının icrası zamanı xəbər tutmuşdur. Bu, tamamilə yalandır, çünki İddiaçı ASC “Qusar Tikinti” ATSC-nin hüquqi varisi olan vaxtdan etibarən həmin ASC bilmişdir ki, Qonaq evi binası Cavabdeh1 aşkar sahibliyində və istifadəsindədir. Eyni zamanda 2021-ci ildə Cavabdeh1 İddiaçı ASC-yə qarşı onun adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı iddiası olmuş, həmin iddia ərizəsi ilə birlikdə Cavabdeh1 adına olan Qeydiyyat vəsiqəsi, alqı-satqı müqaviləsi və s. sənədlər iddianın əsası kimi istinad olunmuş halları təsdiq edən sənədlər kimi məhkəməyə təqdim edilmişdir. Asila ASC isə cavabdeh kimi özünün vəkili vasitəsi ilə həmin iddia ərizəsi üzrə 2(029)-98/2021 saylı mülki işin məlikəmə proseslərində iştirak etmiş, təqdim olunmuş sənədlərlə tanış olmuş, iddiaya qarşı etirazını bildirmişdir. İş üzrə müvafiq ekspertiza təqdim edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafıq rəy verilmişdir. Ekspertiza Mərkəzi tərəfindən tədqiqat aparılarkən Qonaq evi binasına və onun yerləşdiyi torpaq sahəsinə baxış keçirilmiş və Qonaq evi binasının Cavabdeh1 faktiki sahibliyində və istifadəsində olması müəyyən edilmişdir. Sonradan həmin iddiaya ümumi məhkəmədə baxılmalı olmadığı müəyyən olunduğundan iddia ərizəsi baxılmamış saxlanmış, daha sonra isə Cavabdeh1 tərəfindən Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırılmışdır. 2021-ci ildə Qusar Rayon Məhkəməsində işə baxılarkən İddiaçı ASC-nin tərəfindən Cavabdeh1 adına verilmiş Qeydiyyat vəsiqəsinin və onun verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin qanuniliyi və əsaslılığı mübahisələndirilməmiş, bununla bağlı hər hansı iddia qaldırılmamış, təxminən 4 il keçdikdən sonra hazırkı iddianı irəli sürmüşdür. Beləliklə, həm əsassızlığına görə, həm də müddətlərin keçməsinə görə İddiaçı ASC-nin iclas protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyil və ona görə həmin iddia tələbləri rədd olunmalıdır. Həmçinin, Qonaq evi binası Cavabdeh1 qanuni mülkiyyətində olduğundan iddiaçının Cavabdeh1 qarşı həmin qonaq evi binasından çıxarılması tələbi də əsasızdır və həmin iddia da rədd olunmalıdır. Əlavə olaraq, məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 315/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun iddiaçı Cavabdeh1 mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evinin binasının yerləşdiyi 800 kv.metr torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. "xxxx" ASC-nin nümayəndəsi-vəkil X10 həmin qərardan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)-108/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2-1(118)- 315/2023 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasının səbəbi iddianın əsassız olmasına görə deyil, İddiaçı ASC-nin adına olan Çıxarışın verilməsinə əsas olmuş Şəhadətnamənin mübahisələndirməli olması olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşdığı halda isə tərəflərindən İddiaçı ASC-nin adına verilmiş Çıxarışın verilməsinə əsas olmuş Şəhadətnamənin ləğvi ilə bağlı iddia qaldırılacaqdır. Bütün bunlar isə onu təsdiq edir ki, əslində İddiaçı ASC-nin hazırkı iddiası Cavabdeh1 inzibati məhkəmədə onun adına verilmiş Çıxarışın ləğvi barədə mübahisə açmasına süni maneçilik yaratmaq məqsədi daşıyır. İddiaçı ASC-nin cavabdeh X5, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılması və binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

6. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-403/2025 saylı qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü ilk iddia tələbi “Qusar Tikinti” ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolunun etibarsız hesab olunması təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin iclas prpotokolu müəssisədaxili sənəd olmaqla həmin sənədin cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə hər hansı aidiyyətinin olması müəyyən olunmur. Bundan başqa qonaq evi binası satılanda onun mülkiyyətçisi iddiaçının varisi olduğu “Qusar Tikinti” ATSC deyil, fiziki şəxs olan Həmidə Mikayılova olmuşdur. Bununla da, alqı-satqı müqaviləsinin predmeti olan qonaq evi binasının barəsində satıcı Həmidə Mikayılovanın sərəncam vermək səlahiyyəti olmuş, eyni zamanda müqavilə qanuna müvafiq qaydada notariat qaydasında təsdiq olunmuşdur. Eyni zamanda məhkəmə hesab etmişdir ki, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunasl Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportun ləğv edilməsi tələbinin hüquqi əsası mövcud deyil.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının mübahisələndirilən müqavilənin bağlandığı vaxt qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsinin 39, 44, 46, 73, 77-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14, 77, 217-ci maddələri və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində əsaslandırıcı hissə cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etirazla demək olar ki, eynilik təşkil edir. Bu hal həm qətnamənin əsaslandırıcı hissəsinin, həm də qarşı tərəfin təqdim etdiyi etirazın sanki eyni şəxs tərəfindən yazılması təəssüratı yaradır. Hesab edir ki, bu məhkəmənin artıq işə açıqca yanaşmasını göstərir və bu hal qəbul edilməzdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının mülkiyyət hüququnun pozulması faktını nəzərə almamışdır. Məhkəmə iddiaçının adına mülkiyyəti təsdiq edən çıxarış olmasına baxmayaraq iddianı qaldırmaqda subyektiv hüququnun olmamasını bildirmişdir. Halbuki iddiaçının mülkiyyətində olan çıxarışda göstərilən sahəyə mübahisəli torpaq sahəsi və onun üzərindəki tikili olan Qonaq evi daxildir. Məhkəmənin diqqət etmədiyi ən vacib məqam xx.xx.1998-ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olan Qusar şəhəri, B.Ərəblinski küçəsi 26 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən Qonaq evi binası olmuşdur. Məsələ burasındadır ki, iddiaçının iddia tələbinin əsaslarından biri də məhz həmin alqı-satqı müqaviləsindən sonra həmin müqavilədə göstərilən Qonaq evinin torpaq sahəsi cəmi 75 kv/metr olaraq göstərilsə də sonradan Cavabdeh1 aldığı qeyri-yaşayış binasının yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportda Qonaq evinin yerləşdiyi torpaq sahəsi 800 kv olaraq göstərilmişdir. İddia tələbinin əsaslarından biri də məhz həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportun ləğv edilməsi (etibarsız) olmuşdur. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbinə münasibət bildirməmiş və əsassız olaraq iddianı rədd etmişdir. Ən azından məhkəmə iddia tələbini bu hissədə təmin etməli və ya ayrıca iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməli idi. O, səbəbdən ki, 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportda sənədlərin xx.xx.1998-ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib olunduğu göstərilmişdir. Necə ola bilər ki, alqı-satqının predmeti olan qonaq evi cəmi 75 kv.m torpaq sahəsi üzərində yerləşir, lakin tərtib olunan qanunsuz texniki pasportda ərazi 800 kv.m olaraq qeyd edilir. Bu açıq aşkar iddiaçının adına olan verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportla təsdiq olunmuş mülkiyyətinə qəsddir. Fərz etsək ki, alqı-satqı müqaviləsi real olmuşdur, o halda belə həmin müqavilədə göstərilən ölçüdə olan əmlaka qeydiyyat vəsiqəsi və texniki pasport verilə bilərdi. Lakin, iş materiallarında olan sənədlər bunun belə olmadığını təsdiq edir. Məhkəmə isə bu hissədə iddia tələbinə sükutla yanaşmış, heç bir araşdırma aparmadan və münasibət bildirmədən iddianı bu hissədə də rədd etmişdir. Hesab edir ki, bu hissədə iddia tələbi digər hissələrdə olduğu kimi tam əsaslıdır və təmin olunmalıdır. Müqavilədə göstəriləndən on qatdan da artıq əraziyə texniki pasportun verilməsi iddiaçının mülkiyyət hüququna birbaşa qəsddir, subyektiv olaraq bu iddianı qaldırmaq hüququ mövcuddur. Əlavə olaraq məhkəmə qətnaməsində göstərildiyi kimi iddiaçı bu vəziyyətdən məlumatlı olmamış, cavabdeh tərəfin iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməsindən sonra bu sənədlərin mövcud olmasından xəbərdar olmuşdur. O, hal da qeyd edilməlidir ki, məhkəmənin müəssisə daxili sənədi olduğu qeyd edilən "xxxx" ASC-nin 11 mart 1998-ciil tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolunun olması belə real deyildir. Bu faktor qarşı tərəfin Sumqayıt İnzibati Məhkəməsində baxılmış iddiasının əsasını təşkil etdiyindən hazırkı iddia ərizəsində iddiaçı etibarsız hesab edilməsi tələbi ilə çıxış etmişdir. İddiaçı iddia ərizəsində bir çox məsələlərlə bağlı tələb irəli sürmüşdür. Ən əsası və məhkəmənin nəzərə almadığı məqam xx.xx.1998ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmetini təşkil edən qonaq evinin yerləşdiyi torpaq sahəsinin 75 kv.m olmasına baxmayaraq, cavabdehin adına verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunasl Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və onun əsasında tərtib edilmiş yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportda sahənin qanunsuz olaraq, heç bir əsas olmadan 800 kv.m göstərilməsidir. İddia tələbinin əsaslarından biri də məhz bu sənədlərin ləğv edilməsi (etibarsız) hesab edilməsi olmuşdur ki, bu hissədə ən azından iddia tələbi qismən də olsa təmin edilməli və artıq göstərilən hissədə ləğv (etibarsız) edilməli və ya iddiaçının bununla bağlı ayrıca icraatda iddia qaldırmaq hüququ izah edilməli idi. Lakin, məhkəmə bütün bu halları nəzərə almamış, cavabdeh tərəfin təqdim etdiyi əsaslara istinad edərək, faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən belə bir ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz təqdim etmişdir. Apellyasiya şikayətinə etirazda qeyd olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassız və qanunsuzdur və rədd edilməlidir. Belə ki, mübahisə üzrə işin faktiki hallan bundan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 13 oktyabr 1997-ci il tarixli, 824 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin ünvan 1 ünvanında yerləşən Qusar rayonu 13 nömrəli X1 bazasında “Kənd Təsərrüfatı Nazirliyinin ünvan 5i ünvanında yerləşən Xaçmaz Meyvə- Tərəvəz Tədarükü və X9 Kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, Cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. Çek auksionlarında səhmləri satılacaq "xxxx" Səhmdar Cəmiyyəti haqqında məlumatda cəmiyyətin fəaliyyət növü “tikinti işləri”, torpaq sahəsinin ölçüsü isə 14,960 kv.metr göstərilmişdir. Qusar rayonu 13 nömrəli X1 özəlləşdirmə planında (emissiya prospekti) müəssisənin balansında 3 ədəd vaqon yataqxanası, idarə binası, qonaq evi və anbar binası göstərilmiş, həmçinin 01 avqust 1997-ci il tarixə həmin bina və tikililərin dəyərinin qiymətləndirilməsi aktı tərtib edilmişdir. "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən ASC-nin qonaq evi binasının satılması qərara alınmışdır. Bundan sonra xx.xx.1998-ci il tarixli 3M- 1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X7 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən qonaq evi binasını Cavabdeh1 satmışdır. Həmin qonaq evi binası üzərində Cavabdeh1 mülkiyyət hüququ 25 yanvar 1999-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına AR Naizirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İmientarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmçinin qonaq evi binasına dair texniki pasport tərtib edilərək həmin sənəddə qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 800 kv.metr göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən “Qusar Tikinti” ATSC-nin (hazırda hüquqi varisi İddiaçı) 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar yığıncağının 02 saylı protokolu müəssisədaxili korporativ sənəd olmaqla həmin ATSC-nin səhmdarlarının iradə ifadəsini əks etdirmişdir. Həmin iclas protokolunun qanuniliyinə qarşı hər hansı səhmdarın etirazı olmamış, heç kim bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Eyni zamanda İddiaçı ASC hüquqi varis olanadək “Qusar Tikinti” ATSC-nin daxilində bununla bağlı hər hansı narazılıq mövcud olmamışdır. Bundan başqa, Cavabdeh1 Qonaq evi binasının alıcısıdır və o, həmin iclas protokolunun qəbul edilməsində iştirak etməmişdir. Həmin şəxs Qonaq evi binası üzərində mülkiyyət hüququnu da həmin iclas protokolu əsasında deyil, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Ona görə də, “Qusar Tikinti” ATSC-nin hüquqi varisi olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı həmin iclas protokolunun etibarsız hesab edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyil və həmin iddia ümumiyyətlə Cavabdeh1 qarşı yönələ bilməz. Ona görə də, həmin iddia tamamilə qanunsuz və əsassız olduğundan Qusar rayon məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Mübahisələndirilən əqd real alqı-satqı müqaviləsidir və müqavilə bağlandıqdan sonra Cavabdeh1 adma qeydiyyat vəsiqəsi, həmçinin texniki pasport verilmiş, eyni zamanda həmin vaxtdan etibarən Qonaq evi Cavabdeh1 sahibliyinə və istifadəsinə keçmişdir. İndiyədək həmin Qonnq evi binası Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı ASC 2018-ci İdən “Qusar Tikinti” ATSC-nin hüquqi varisi olmuşdur. Hazırkı müqavilə isə həmin vaxtdan 20 il əvvəl bağlanmışdır. Həmin 20 il müddətində “Qusar Tikinti” ATSC-nin həmin müqavilənin və müqavilə əsasında verilmiş Qeydiyyat vəsiqəsinin qanuniliyinə qarşı heç bir etirazı, narazılığı, həmçinin iddia və tələbi olmamış, əksinə Qonaq evinin Cavabdeh1 mülkiyyətində olması faktını qəbul etmişdir. Bu, isə onu təsdiq edir ki, həmin əqdin uydurma hesab olunması üçün heç bir əsas mövcud deyil, ümumiyyətlə müqavilənin etibarlı olmasını aradan qaldıran hal olmamış, müqavilə tam qanuni və əsaslı olmuş, həmin ATSC-nin heç bir mənafeyini pozmamışdır. Həmin müqavilə “Qusar Tikinti” ATSC-nin mənafeyinə toxunsa idi belə onun tərəfindən 20 il müddətində əqd barəsində mübahisə qaldırmadığına görə müddətlərin keçməsi əsasına görə onun tələb irəli sürməsinə imkan verən subyektiv hüququna xitam verilmişdir. Bundan başqa, “Qusar Tikinti” ATSC alqı-satqı müqaviləsinin tərəfi olmamışdır. Müqavilənin sərəncam verən tərəfi ATSC-nin idarə heyətinin sədri Həmidə Mikayılova olmuş və onun Qonaq evi binasının barəsində sərəncam vermək səlahiyyəti olmuşdur. Çünki, alqı-satqı müqaviləsindən də görünür ki, müqavilə bağlanan anda Qonaq evi binası “Qusar Tikinti” ATSC-nin deyil, 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X4 mülkiyyətində olmuşdur. Belə olan halda, alqı-satqı müqaviləsi heç bir qanun pozuntusuna yol verilmədən bağlanmış, tərəflərin real iradə ifadəsini əks etdirmiş və həmin müqavilə müvafiq qaydada nottriat orqanı tərəfindən təsdiq edilmişdir. Müqavilənin istər məzmununda, istərsə də formasında heç bir qüsur olmamışdır. Belə olan halda, həmin müqaviləni mübahisələndirməyə də “Qusar Tikinti” ATSC-nin subyektiv hüququ olmamış, nə də hazırda İddiaçı ASC-nin belə bir subyektiv hüququ mövcud deyil. Qeyd olunan müqavilənin bağlanmasından təxminən 27 il sonra onun barəsində mübahisə yaratmaq özlüyündə əsassız iddiadir, alqı-satqı müqaviləsinin barəsində İddiaçı ASC-nin tərəfindən tələb irəli sürülməsi üçün müddətlər də ötürülmüşdür. Bundan başqa, İddiaçı ASC iddiasında qeyd etmişdir ki, guya onun alqı-satqı müqaviləsinin bağlanmasından və Qonaq evi binasına dair Cavabdeh1 adına qeydiyyat vəsiqəsinin olmasından xəbəri olmamış, bunu yalnız Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-315/2023 saylı qərarının icrası zamanı xəbər tutmuşdur. Bu tamamilə yalandır, çünki İddiaçı ASC “Qusar Tikinti” ATSC-nin hüquqi varisi olan vaxtdan etibarən həmin ASC bilmişdir ki, Qonaq evi binası Cavabdeh1 aşkar sahibliyində və istifadəsindədir. Eyni zamanda 2021-ci ildə Cavabdeh1 İddiaçı ASC-yə qarşı onun adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı iddiası olmuş, həmin iddia ərizəsi ilə birlikdə Cavabdeh1 adına olan Qeydiyyat vəsiqəsi, alqı-satqı müqaviləsi və s. sənədlər iddianın əsası kimi istinad olunmuş halları təsdiq edən sənədlər kimi məhkəməyə təqdim edilmişdir. İddiaçı ASC isə cavabdeh kimi özünün vəkili vasitəsi ilə həmin iddia ərizəsi üzrə 2(029)-98/2021 saylı mülki işin məhkəmə proseslərində iştirak etmiş, təqdim olunmuş sənədlərlə tanış olmuş, iddiaya qarşı etirazını bildirmişdir. İş üzrə müvafiq ekspertiza təqdim edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafiq rəy verilmişdir. Ekspertiza Mərkəzi tərəfindən tədqiqat apanlarkən Qonaq evi binasına və onun yerləşdiyi torpaq sahəsinə baxış keçirilmiş və Qonaq evi binasının Cavabdeh1 faktiki sahibliyində və ihtifadəsində olması müəyyən edilmişdir. Sonradan həmin iddiaya ümumi məhkəmədə baxılmalı olmadığı müəyyən olunduğundan iddia ərizəsi baxılmamış saxlanmış, daha sonra isə Cavabdeh1 tərəfindən Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırılmışdır. 2021-ci ildə Qusar Rayon Məhkəməsində işə baxılarkən İddiaçı ASC-nin tərəfindən Cavabdeh1 adına verilmiş Qeydiyyat vəsiqəsinin və onun verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin qanuniliyi və əsaslılığı mübahisələndirilməmiş, bununla bağlı hər hansı iddia qaldırılmamış, təxminən 4 il keçdikdən sonra hazırkı iddianı irəli sürmüşdür. Beləliklə, həm əsassızlığına görə, həm də müddətlərin keçməsinə görə İddiaçı ASC-nin iclas protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyil və ona görə həmin iddia tələbləri Qusar Rayon Məhkəməsi tərəfindən qanuni və əəsaslı olaraq rədd olunmuşdur. Həmçinin, Qonaq evi binası Cavabdeh1 qanuni mülkiyyətində olduğundan iddiaçının Cavabdeh1 qarşı həmin qonaq evi binasından çıxarılması tələbi də əsasızdır və həmin iddia da düzgün olaraq rədd edilmişdir. Əlavə olaraq, məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-315/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun iddiaçı Cavabdeh1 Müradağa oğlunun mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evinin binasının yerləşdiyi 800 kv.metr torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddiaçı ASC-nin nümayəndəsi-vəkil Nümayəndə1 həmin qərardan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)-108/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2-1(118)-315/2023 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasının səbəbi iddianın əsassız olmasına görə deyil, İddiaçı ASC-nin adına olan Çıxarışın verilməsinə əsas olmuş Şəhadətnamənin mübahisələndirmələri olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadından tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşdığı halda isə tərəfindən İddiaçı ASC-nin adına verilmiş Çıxarışın verilməsinə əsas olmuş Şəhadətnamənin ləğvi ilə bağlı iddia qaldırılacaqdır. Bütün bunlar isə onu təsdiq edir ki, əslində İddiaçı ASC-nin hazırkı iddiası Cavabdeh1 inzibati məhkəmədə onun adına verilmiş Çıxarışın ləğvi barədə mübahisə açmasına süni maneçilik yaratmaq məqsədi daşıyır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. 1964-cü il Mülki Məcəlləsinin 39-cu maddəsinə əsasən, vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.

18. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur.

19. Həmin Məcəllənin 46-cı maddəsinin tələbinə əsasən, hüquqi şəxsin, onun nizamnaməsində (əsasnaməsində) və ya həmin növ təşkilatlara dair ümumi əsasnamədə onun fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd e`tibarsızdır. Belə əqdlərə müvafiq surətdə bu Məcəllənin 44 və 45-ci maddələrinin qaydaları tətbiq olunur.

20. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.

21. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.

Hazırda qüvvədə olan Mülki Məcəllənin

22. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

34. İşə baxmış birinci instansiya məhkəməsi iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.

35. İddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərdən biri “Qusar Tikinti” ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolunun etibarsız hesab olunması təşkil edir.

36. İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən ASC-nin qonaq evi binasının satılması qərara alınmışdır. Bundan sonra, xx.xx.1998-ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X7 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən qonaq evi binasını Cavabdeh1 satmışdır.

37. İddiaçı tərəfindən mübahisələndirilən həmin protokol müəssisədaxili sənəd olmaqla həmin cəmiyyətin səhmdarlarının iradə ifadəsini əks etdirmiş, protokol hər hansı səhmdar tərəfindən mübahisələndirilməmiş və səhmdarlardan heç biri protokolda qaldırılan məsələ ilə bağlı hər hansı tələb irəli sürməmişdir.

38. Belə olan halda hazırkı iş üzrə cavabdehlərin həmin tələbə cavab verməli şəxslər olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni kollegiya əsaslı hesab edir.

39. Bundan başqa, iddiaçının digər iddia tələbini Qusar rayonu Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir.

40. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

42. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.1998-ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanan zaman qüvvədə olmuş Mülki Məcəllənin tələblərinin, yəni forma, məzmun və müqaviləni bağlayan səlahiyyətli şəxslərin əhatə dairəsi ilə bağlı tələblərin pozulması halları məhkəmə tərəfindən müəyyən olunmamış və ya müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilən əsaslar barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

43. Kollegiya həmin iddia tələbi üzrə işin hallarına həmin vaxt, yəni 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin əqdlərlə, o cümlədən onların etibarsızlığı ilə bağlı hüquq münasibətlərini tənzimləyən müddəaların tətbiq olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

44. Odur ki, iddiaçının həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportun ləğv edilməsi barədə tələbinin təmin olunması üçün hüquqi əsasın olmaması, o cümlədən iddia müddətinin keçməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti kollegiya əsaslı hesab edir.

45. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportda sənədlərin xx.xx.1998-ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib olunduğu göstərilmişdir. Necə ola bilər ki, alqı-satqının predmeti olan qonaq evi cəmi 75 kv.m torpaq sahəsi üzərində yerləşir, lakin tərtib olunan qanunsuz texniki pasportda ərazi 800 kv.m olaraq qeyd edilir. Bu açıq aşkar iddiaçının adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportla təsdiq olunmuş mülkiyyətinə qəsddir, fərz olunsa ki, alqı-satqı müqaviləsi real olmuşdur, o halda belə həmin müqavilədə göstərilən ölçüdə olan əmlaka qeydiyyat vəsiqəsi və texniki pasport verilə bilərdi.

46. Kollegiya göstərilən dəlillər ilə bağlı qeyd edir ki, xx.xx.1998-ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X7 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətdə olan ünvan 7 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən qonaq evi binasını Cavabdeh1 satmışdır. Bundan sonra həmin qonaq evi binası üzərində cavabdehin mülkiyyət hüququ 25 yanvar 1999-cu il tarixdə qeydə alınaraq onun adına qeydiyyat vəsiqəsi verilmiş, həmçinin qonaq evi binasına dair texniki pasport tərtib edilərək məhz həmin sənəddə qonaq evi binasının yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 800 kv.metr kimi əks olunmuşdur.

47. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli 10275 nömrəli müqavilənin surətindən görünür ki, ünvan 8 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 800 kv.m torpaq sahəsi icarəçi Cavabdeh1 tərəfindən icarə şərtləri əsasında müvəqqəti idtifadəyə qəbul edilmişdir. Müqavilə ilə icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək müəyyən edilmişdir.

48. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən müqavilənin etibarsız hesab olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

51. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)- 403/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-403/2025 saylı nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar