Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-801/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (“xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: Ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr, birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi, birgə nikah dövründə yaranmış öhdəliklərin bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (“xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyəən üçüncü şəxs qismində cəlb edilməklə) birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə yaranmış öhdəliklərin bölünməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsindən həm iddiaçı, həm də cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ilə Cavabdeh ## ###### 2009-cu il tarixdə nikaha daxil olmuşlar.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın yanında saxlanılması və uşaqların saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.
3. Tərəflər birgə nikahda olduqları müddətdə - Bakı şəhəri, Xətai rayonu, İ.Ismayılov küçəsi, ** saylı evin ** nömrəli mənzil ## ###### 2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə əldə edilmiş və ## ###### 2015-ci il tarixdə cavabdehin adına dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: 1115005143) alınmışdır. Həmin mənzilin dəyərinin bir qismi cavabdehlə “xxxx” ASC arasında bağlanmış ## ###### 2015-ci il tarixli kredit müqaviləsi hesabına ödənilmiş və mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit məbləği 49000 manat olmuş, kredit üzrə aylıq ödəniş 233,93 manat müəyyən edilmişdir.
4. Tərəflər birgə nikahda olduqları müddətdə - Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,12 ha torpaq sahəsi ## ##### 2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alınmaqla, ## ###### 2020-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: 3020005815) alınmışdır.
5. Tərəflər birgə nikahda olduqları müddətdə ## ###### 2018-ci il tarixdə “Chevrolet Cruze” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı, ## ##### 2021-ci il tarixdə “Chevrolet Cruze” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı və ## #### 2021-ci il tarixdə “Chevrolet Malibu” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilləri əldə edilməklə, cavabdehin adına qeydiyyata alınmışdır. “Chevrolet Cruze” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil daimi İddiaçı istifadəsində olmuş, ## ###### 2022-ci il tarixdə isə alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir.
6. Tərəflər birgə nikahda olduqları vaxt cavabdeh əlavə iki (mübahisə edilən) kredit müaviləsi – ## #### 2021-ci il tarixdə “xxxx” ASC ilə avtomobilin alınması və cari borcun ödənilməsi məqsədilə, 48 ay müddətinə, illik faiz dərəcəsi 8% olmaqla, 25900 manat məbləğində və “xxxx” ASC ilə ## ###### 2022-ci il tarixdə şəxsi istehlak məqsədilə 48 ay müddətinə, illik faiz dərəcəsi 16,9% olmaqla, 20000 manat məbləğində kreditin verilməsinə dair kredit müqavilələri bağlanmışdır. “xxxx” ASC tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş arayışa əsasən 20000 manat məbləğində kredit cavabdeh tərəfindən tam ödənilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və sonuncu dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə, məhkəməyə müraciət edərək, 2011-ci il buraxılışlı, **-TK-*** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobilin (şəhadətnamə AE 116918), 2018-ci il buraxılışlı, **-DY-*** dövlət nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobilin (şəhadətnamə AE 142947), 2014-cü il buraxılışlı, ** RS *** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobilin (şəhadətnamə AE AD3544412), dəyərinin paylara uyğun olaraq ½ hissəyə bölünməsi, mənzilin və torpaq sahəsinin ½ hissəyə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə ailə qurmuş, birgə nikahdan iki uşaqları anadan olmuşdur. Uşaqlar hal-hazırda onun himayəsindədir. Cavabdehlə münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. Cavabdehin ona və uşaqlara qarşı olan şiddətli münasibəti, qayğısızlığı nəticəsində faktiki olaraq 2022-ci ilin oktyabr ayının əvvəllərindən ayrı yaşamaq məcburiyyətində qalmışdır. Ailəli olduqları müddətdə cavabdehin adına avtomobillər qeydiyyata alınmış, həmçinin cavabdehin mülkiyyətində mənzil və torpaq sahəsi var. Həmin əmlaklar cavabdehin qanunsuz istifadəsində olmaqla onun hüquqlarını pozur və birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı sərəncam verə bilmir. Cavabdehlə nikah münasibətləri faktiki pozulduqdan sonra cavabdeh “Chevrolet Cruze” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili adından qeydiyyatdan çıxartmışdır.
9. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi, həmçinin cavabdehin nümayəndəsi sonuncu dəfə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə bağlanmış ## ###### 2015-ci il tarixli “Alqı-satqı və ipoteka” müqaviləsinə əsasən qalıq borc 39563,32 manat pulun tərəflərin birgə mülkiyyətdəki paylarına mütənasib şəkildə bölünməsi yəni, 19781,66 manat pulun iddiaçıya, digər yarısının – 19781,66 manat pulun cavabdehə aid edilməsi, həmin “Alqı-satqı və ipoteka” müqaviləsi üzrə tərəflərin faktiki olaraq ayrı yaşadığı dövrdən ## ####### 2022 – ## ##### 2024-cü il tarixədək 18 ay ödənilən 9436,68 manat pulun yarısının, yəni 4718,34 manat pulun iddiaçıdan alınaraq cavabdehə verilməsi, “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış ## ###### 2022-ci il tarixli, LD********** nömrəli istehlak krediti müqaviləsinə əsasən tərəflərin faktiki olaraq ayrı yaşadığı dövrdən ## ####### 2022 – ## ##### 2024-cü il tarixədək 18 ay ödənilən 17740,20 manat pulun yarısının, yəni 8870,1 manat pulun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi, cavabdehlə “xxxx” ASC arasında bağlanmış ## #### 2021-ci il tarixli, DKM/*************** nömrəli istehlak kreditinə əsasən qalıq borc olan 8999,28 manat pulun yarısının - 4499,64 pulun faizlərlə birlikdə iddiaçıya, 4499,64 pulun isə cavabdehə aid edilməsi, həmin kredit müqaviləsi üzrə tərəflərin faktiki ayrı yaşadıqları ## ####### 2022 – ## ##### 2024-cü il tarixədək 18 ay müddətində ödənilən 16900,72 manat pulun yarısının, yəni 8450,36 manat pulun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə bağlanmış ## ###### 2015-ci il tarixli “Alqı-satqı və ipoteka” müqaviləsinə əsasən mənzil, torpaq sahəsi və avtomobillər əldə edilmişdir. Tərəflər birgə nikah dövründə əldə etdikləri birgə mülkiyyətdən əlavə, ümumi öhdəliklər də götürmüşlər. “xxxx” ASC ilə bağlanmış ## ###### 2015-ci il tarixli “Alqı-satqı və ipoteka” müqaviləsinə əsasən cavabdeh aylıq ödəniş məbləği 233,93 manat olmaqla, “xxxx” ASC-dən 49000 manat ipoteka krediti götürmüş, müqavilə bağlanan zaman iddiaçı da müqavilənin bağlanmasına razılıq vermişdir. Həmin müqavilə üzrə qalıq borc 41221,72 manat təşkil edir. 2022-ci ilin oktyabr ayının əvvəlindən faktiki olaraq iddiaçıdan ayrılmış, faktiki olaraq ayrı yaşayırlar. Yəni, ## ####### 2022-ci il və ## ###### 2022-ci il tarixlərdə ipoteka müqaviləsi üzrə ödənilən aylıq 233,93 + 233,93 = 467,86 manat ödənişlər cavabdehin öz vəsaiti hesabına ödənilmişdir. “xxxx” ASC ilə cavabdeh arasında ## ###### 2022-ci il tarixli, LD********** nömrəli istehlak krediti müqaviləsi bağlanmışdır. ## ####### 2022-ci il və ## ###### 2022-ci il tarixlərdə kredit müqaviləsi üzrə ödənilən aylıq 485,63 + 485,63 = 971,26 manat ödənişlər cavabdehin öz vəsaiti hesabına ödənilmişdir. Qeyd edilən müqavilə üzrə qalıq borc 14496,48 manat təşkil edir. Qeyd edilən kredit vəsaitini cavabdeh birgə nikah dövründə əldə etmiş və “Chevrolet Cruze” minik markalı və “Chevrolet Malibu” minik markalı nəqliyyat vasitələrinin əldə olunması üçün əvvəlki tarixdə (## ### 2021-ci il tarixli kredit müqaviləsi) bağlanmış kredit müqaviləsinin müddətinin uzadılması üçün götürmüşdür. ## #### 2021-ci il tarixdə cavabdeh Gürcüstan Respublikasında fəaliyyət göstərən “X1” Şirkətinə NV ilə bağlı bütün hərəkətləri həyata keçirmək, o cümlədən, şəxsi Tbilisi və sair şəhərlərdə yerləşən dövlət orqanlarında təmsil etmək, adından rüsumlar ödəmək, NV almaq, idarə etmək, NV-ni Azərbaycan Respublikasına keçirtmək və s. səlahiyyətləri etibar etməklə bağlı etibarnamə vermişdir. Cavabdeh ## ###### 2021-ci il tarixdə “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsinin alınması və daşınması üçün “US TRANS” LLC-yə 3753 ABŞ dolları ödənilmişdir. ## ##### 2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən, həmin NV-ni Azərbaycan Respublikasına keçirtmişdir. Cavabdeh ## ##### 2021-ci il tarixdə “xxxx” ASC-də ödəniş tapşırığı imzalayaraq, “Chevrolet Malibu” minik markalı nəqliyyat vasitəsinin alınması üçün “US TRANS” LLC-yə 8055 ABŞ dollarının ödənilməsi barədə tapşırığı vermişdir. Bundan sonra, o, ## #### 2021-ci il tarixdə “xxxx” ASC-də ödəniş tapşırığı imzalayaraq, “Chevrolet Malibu” minik markalı nəqliyyat vasitəsinin daşınması məqsədilə “US TRANS” LLC-yə 1770 ABŞ dollarının ödənilməsi barədə tapşırıq vermişdir. ## #### 2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən, həmin avtomobili Azərbaycan Respublikasına keçirtmişdir. ## #### 2021-ci il tarixli, ***N**A********* nömrəli cavabdehin “xxxx” ASC ilə bağladığı istehlak kreditinə əsasən, aylıq ödəniş məbləği 632,43 manat olmaqla, “xxxx” ASC-dən 25900 manat istehlak krediti götürmüş, həmin müqavilə üzrə qalıq borc 18170,64 manat təşkil edir. ## ####### 2022-ci il və ## ###### 2022-ci il tarixlərdə həmin müqavilə üzrə ödənilən aylıq 632,43 + 632,43 = 1264,86 manat ödənişlər cavabdehin öz vəsaiti hesabına ödənilmişdir. Göstərilən kredit vəsaiti əvvəlki, ## ###### 2018-ci il tarixli kredit müqaviləsinin qalıq borcunun ödənilməsi və artıq qalan pul vəsaitinin nəqliyyat vasitələrinin alınması və təmiri məqsədilə götürülmüşdür.
11. Iddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz verərək etirazında qeyd etmişdir ki, o, yalnız 2015-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin bağlanmasına razılıq vermişdir. Qarşılıqlı iddia ərizəsində qeyd edilən digər kredit müqavilələrindən məlumatı olmamışdır. Ayrıldıqları müddətdən qeyd edilən əmlaklar cavabdehin istifadəsindədir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə ilkin iddia təmin olunaraq Bakı şəhəri, Xətai rayonu, İ.Ismayılov küçəsi, ** saylı evin ** nömrəli mənzilinə dair ½ hissədə, Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair ½ hissədə İddiaçı, digər ½ hissəsdə isə Cavabdeh payları müəyyən edilmiş, 2011-ci il buraxılışlı, **-TK-*** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobilin (şəhadətnamə AE 116918), 2018-ci il buraxılışlı, **-DY-*** dövlət nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobilin (şəhadətnamə AE 142947), 2014-cü il buraxılışlı, ** RS *** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobilin (şəhadətnamə AE AD3544412) dəyəri İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə olmaqla bölünmüş, istehsal ili 2011-ci olan **-TK-*** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobilin orta bazar qiyməti 14.600 manat, istehsal ili 2018-ci il olan **-DY-*** dövlət nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobilin orta bazar qiyməti 21.500 manat, istehsal ili 2014cü il olan ** RS *** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobilin isə orta bazar qiyməti 15300 manat müəyyən edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış ## ###### 2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə ## ### 2024-cü il tarixə qalıq borc 39434,18 manat pul, paylarına uyğun olaraq (1/2 hissədə) 19717,09 manat hissədə İddiaçı, 19717,09 manat hissədə isə Cavabdeh aid edilmiş, ## ##### 2024-cü il tarixdən başlayaraq Bakı şəhəri, Xətai rayonu, İ.Ismayılov küçəsi, ** saylı evin ** nömrəli mənzilinə görə 116,96 manat pul (İddiaçı aid edilmiş 19717,09 manat pul tam ödənilənədək) hər növbəti ayın 5-dək İddiaçı tərəfindən Cavabdeh ödənilməsi, 2105,37 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim-Pərviz Zamanlı).
13. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin ## ###### 2009-cu il tarixdən birgə nikaha daxil olmaları işin mübahisəsiz halıdır (birinci hüquqi əsas). Ikinci hüquqi əsasın, yəni həm torpaq sahəsinin, həm mənzilin, həm də avtomobillərin iddiaçı ilə cavabdehin birgə nikahda olduqları müddətdə əldə edilməsi iş materialları əsasında tam sübuta yetirilir. Belə ki, işin mübahisəsiz hallarından da görünür ki, iddiaçı ilə cavabdeh birgə nikahda olduqları müddətdə, yəni ## ##### 2011-ci il tarixdə cavabdeh mübahisəli torpaq sahəsini əldə etmiş, ## ###### 2020-ci il tarixdə həmin torpaq sahəsi cavabdehin adına qeydiyyata alınmış və hazırda da cavabdehin mülkiyyətindədir. Həmçinin, tərəflər birgə nikahda olduqları müddətdə cavabdeh mübahisəli mənzili əldə etmiş, ## ###### 2015-ci il tarixdə həmin mənzil cavabdehin adına qeydiyyata alınmış və hazırda da cavabdehin mülkiyyətindədir. Eləcə də, tərəflər birgə nikahda olduqları dövrdə mübahisəli avtomobilləri - 2014-cü il buraxılışlı, ** RS *** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobili (şəhadətnamə AE AD3544412, rəngi ağ) ## ###### 2018-ci il tarixdə, 2011-ci il buraxılışlı, **- TK-*** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobili (şəhadətnamə AE 116918, rəngi qara) ## ##### 2021-ci il tarixdə, 2018-ci il buraxılışlı, **-DY-*** dövlət nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobili (şəhadətnamə AE 142947, rəhgi tünd boz metallik) isə ## #### 2021-ci il tarixdə əldə etmişlər və hər üç avtomobil cavabdehin adına dövlət qeydiyyatına alınmaqla müvafiq şəhadətnamələr verilmişdir. Torpaq sahəsinin, mənzilin və avtomobillərin iddiaçı ilə cavabdehin birgə qazancı hesabına əldə edilməsi ilə bağlı üçüncü hüquqi əsasa gəldikdə isə məhkəmə qeyd etmişdir ki, bu halı təkzib edəcək sübutlar iş materiallarında mövcud deyil. Tərəflər arasında da həmin əmlakları birgə nikah dövründə əldə edilib-edilməməsi ilə bağlı hər hansı mübahisə yoxdur.
14. Məhkəmə hesab etmişdir ki, mənzilə və torpaq sahəsinə dair paylar bərabər olaraq müəyyən edilməlidir. Belə ki, tərəflər özləri mənzildə və torpaq sahəsində hər birinin ½ hissədə olmaqla paylarının müəyyən edilməsinə razıdırlar.
15. Ona görə də, məhkəmə hesab etmişdir ki, bununla bağlı əlavə araşdırma aparmağa zərurət yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, mənzil və torpaq sahəsi tərəflərin birgə əmlakı hesab olunduğundan, birgə nikah müddətində əldə edilmiş həmin əmlakların bölünməsinə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə əmlakların qeyri-bərabər bölünməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından mənzilə və torpaq sahəsinə dair tərəflərin hər birinin mülkiyyəti (payı) bərabər hesab edilməklə, ½ hissədə iddiaçının, digər ½ hissədə isə cavabdehin payları müəyyən edilməlidir.
16. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia avtomobillərin dəyərinin yarısının tərəflərin paylarına uyğun olaraq bərabər hissəyə bölünməsi hissəsində də təmin edilməlidir.
17. Payların müəyyənləşdirilməsinə dair tərəflər arasında razılaşma, habelə digər əsaslar olmadığından, məhkəmə hesab etmişdir ki, avtomobillərə münasibətdə tərəflərin payları bərabər (hər birinə ½ hissədə) sayılmalıdır. Ilkin iddia üzrə tələbinin dəqiqləşdirilməsi barədə son ərizəsində də iddiaçı avtomobillərin dəyərinin paylara uyğun olaraq ½ hissəyə bölünməsini tələb etmişdir. Iddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 220.3-cü maddəsi təşkil edir. Həmin müddəada mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayılmasının 2 qaydası nəzərdə tutulmuşdur: birinci qaydaya görə, paylı mülkiyyətin mülkiyyətçiləri özlərinə məxsus payın bölünməsi və ya ondan payın ayrılması barədə razılığa gəlmədikdə, payın naturada ayrılması məhkəmə tərəfindən həyata keçirilir; ikinci qaydaya görə isə, payın naturada ayrılmasına yol verilmirsə, yaxud naturada ayrılma əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, bu halda ayrılan mülkiyyətçi payının dəyərini digər mülkiyyətçilərdən tələb etməklə payının ayrılmasını realizə edə bilər.
18. Məhkəmə qeyd etmişdir ki, avtomobillərə münasibətdə hazırkı mübahisəyə də ikinci qayda tətbiq ediləcəkdir. Çünki, avtomobillər hüquqi vəziyyətinə görə bölünməz əşyadır, onların naturada bölünməsi mümkün deyil, bölündüyü halda əmtəə dəyərini əhəmiyyətli dərəcədə itirmiş olar. Odur ki, ilkin iddia tələbi avtomobillərin dəyərinin tərəflərin paylarına uyğun olaraq ½ hissədə bölünməsinə dair hissədə təmin edilməlidir.
19. Məhkəmə qarşılıqlı iddiaya münsibətdə isə hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir.
20. Məhkəmə hesab etmişdir ki, şərti olaraq qarşılıqlı iddia tələbini iki hissəyə ayırmaqla hüquqi qiymət verilməlidir. Belə ki, birinci hissəyə mənzilə dair alınmış kredit və ipoteka müqaviləsi ilə bağlı tələbi, ikinci hissəyə isə digər kredit müqavilələri ilə bağlı tələbi aid etmək olar.
21. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə birinci hissəyə aid iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə əmlakları olması və onun tərəflərin bərabər paylara bölünməsi ilə bağlı hüquqi əsaslar yuxarıda ətraflı şərh edilmişdir. Həmçinin, işin mübahisəsiz halıdır ki, mənzilin alınmasına görə ödənilmiş pulun bir hissəəsi “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış kredit hesabına əldə edilmişdir. Bu halda tərəflərin, məhz paylı mülkiyyətləri olan mənzilin əldə edilməsi məqsədilə aldıqları kredit üzrə öhdəlikləri də onların paylarına mütənasib şəkildə bölünməlidir.
22. Işə əlavə edilmiş və cavabdehə məxsus kredit məlumatlarına dair çıxarışdan müəyyən edilmişdir ki, ## ### 2024-cü il tarixə mənzilə görə alınmış kreditin qalıq məbləği 39434,18 manat təşkil etmişdir. Cavabdeh qarşılıqlı iddiada 39563,32 manat qalıq borcun (öhdəliyin) tərəflərin paylarına uyğun bölünməsini tələb etsə də, həmin borcun hansı tarixə qalıq borc kimi qalması iş materialları ilə müəyyən edilməmişdir.
23. Odur ki, məhkəmə işdə olan sübutlar əsasında belə qənaətə gəlmişdir ki, tərəflərin mənzilin əldə edilməsi üçün aldıqları kredit üzrə, ## ### 2024-cü il tarixə, 39434,18 manat birgə qalıq borcları onların paylarına uyğun olaraq (1/2 hissədə), 19717,09 manat hissəsi iddiaçıya, 19717,09 manat hissəsi isə cavabdehə aid edilməlidir. Lakin məhkəmə hesab etmişdir ki, mənzilə dair ½ hissədə cavabdehin, ½ hissədə isə iddiaçının payları bərabər olaraq müəyyən edildiyindən, eləcə də, mənzilə dair kredit müqaviləsi üzrə qalıq borc tərəflərin paylarına uyğun bərabər müəyyən edildiyindən mənzilə görə ödəniləcək aylıq kredit ödənişi də tərəflər arasında bərabər bölünməlidir. Məhkəmə kredit müqaviləsinin cavabdehlə bağlanmasını və mənzilə görə müəyyən edilmiş kredit ödənişlərinin də cavabdeh tərəfindən ödənilməli olmasını nəzərə alaraq, habelə kredit müqaviləsi üzrə ödənişlərin gələcəkdə vaxtında ödənilməsi ilə bağlı mübahisələrin yaranmasının qarşısını almaq məqsədi ilə, məhkəmə belə nəticəyə gəlmişdir ki, ## #### 2024-cü il tarixdən sonra, yəni ## ##### 2024-cü il tarixdən başlayaraq mənzilə görə ödəniləcək qalıq ipoteka ödənişi də tərəflər arasında bərabər bölünməlidir. Məhkəmə aylıq kredit ödənişinin hər ayın 5-dək ödənilməli olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının payına düşən aylıq kredit ödənişinin yarısı, yəni mənzilə görə ödəniləcək aylıq kredit ödənişinin iddiaçıya aid hissəsini təşkil edən 116,96 manat pul hər növbəti ayın 5-dək iddiaçı tərəfindən cavabdehə (kredit və ipoteka müqaviləsi üzrə iddiaçının payı müəyyən edilmiş qalıq 19717,09 manat ödənilib bitənədək) ödəməlidir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, tərəflərin fakitiki olaraq ayrıldıqları (birgə təsərrüfat aparmadıqları) ## ####### 2022-ci il tarixdən qarşılıqlı iddiada göstərilən ## ##### 2024-cü ilədək cavabdeh tərəfindən 18 ay müddətində, hər ay 233,93 manat olmaqla ödənilmiş, cəmi 4210,74 manat (233,93 manat x 18 ay = 4210,74 manat) pulun yarısı, yəni 2105,37 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
24. Məhkəmə qeyd etmişdir ki, cavabdehin vəkili və nümayəndəsi qarşılıqlı iddia ərizəsi üzrə son dəqiqləşdirmədə cavabdeh tərəfindən 18 ay müddətində (cavabdeh ##.##.2022-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddəti 18 ay kimi qəbul etsə də, həmin müddət 19 aya bərabərdir. 18 ay müddət isə ##.##.2022-cü il tarixdən başlayaraq ##.##.2024-cü il taixədək olan dövrü əhatə edir) 9436,68 manat pulun ödənilməsini qeyd etsə də, cavabdehə məxsus kredit məlumatlarından məlum olur ki, onun tərəfindən ##.##.2022-ci il tarixdən başlayaraq 18 ay müddətində, yəni ##.##.2024-cü il tarixədək ödədiyi kredit ödənişi 4210,74 manat edir.
25. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin ikinci, yəni digər kredit müqavilələri üzrə iddia tələbi hissəsində əsassızdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun */**** saylı, ##.##.2024-cü il tarixli Qərarının 3.13-cü bindində deyilir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən Plenum qərarındsa formalaşdırdığı hüquqi mövqedən də göründüyü kimi, öhdəliyin ümumi öhdəlik olmasını iddia edən tərəf onun ailənin birgə ehtiyacları üçün əldə etməsini sübuta yetirmək vəzifəsi daşıyır. Cavabdeh iddia edir ki, həm ## #### 2021-ci il tarixdə “xxxx” ASC ilə bağladığı krediti, həm də “xxxx” ASC ilə ## ###### 2022-ci il tarixdə bağladığı krediti ailə ehtiyaclarının ödənilməsi məqsədilə almışdır. Iddiaçı isə həmin kredit müqavilələri üzrə vəsaitlərin cavabdeh tərəfindən alınmasından xəbəri olmadığını və ailə ehtiyaclarına sərf olunmadığını bildirir. Qeyd edilən iki kredit müqaviləsinin ailə ehtiyacları üçün alınması barədə cavabdehin dəlili isə ondan ibarətdir ki, ## ###### 2022-ci il tarixdə “xxxx” ASC-dən aldığı kredit həm “Chevrolet Cruze” minik markalı, **-TK-*** dövlət nömrə nişanlı, həm də “Chevrolet Malibu” minik markalı, **-DY-*** dövlət nömrə nişanlı avtomobillərin alınması üçün əvvəlki ## ### 2021-ci il tarixli kredit müqaviləsinin müddətinin uzadılması məqsədilə alınmışdır. Həmçinin, cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, ## #### 2021-ci il tarixdə “xxxx” ASC ilə bağladığı krediti əvvəlki, ## ###### 2018-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun ödənilməsi və artıq qalan pulun nəqliyyat vasitələrinin alınması və təmiri məqsədilə götürmüşdür. Lakin iş materiallarında cavabdehlə “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, həmin müqavilə ## ###### 2022-ci il tarixdə bağlandığı halda, “Chevrolet Cruze” və “Chevrolet Malibu” minik markalı avtomobillərinin alınması ilə bağlı gömrük və ödəniş əməliyyatlar həmin müqavilənin bağlandığı vaxtan xeyli əvvəl, 2021-ci ilin yanvar, aprel və iyun aylarının əvvəlində müxtəlif tarixlərdə həyata keçirilmişdir. Bundan başqa, həmin kredit müqaviləsnin avtomobil alınması, yaxud əvvəlki borcun bağlanması üçün deyil, şəxsi istehlak məqsədi üçün verildiyi də müqavilədə əks olunmuşdur. Eləcə də, cavabdehlə “xxxx” ASC arasında ## #### 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, kreditin avtomobillərin alınması və cari borcun ödənilməsi üçün verildiyi göstərilsə də, yenə də işdə olan gömrük bəyannamələrindən müəyyən olunur ki, “Chevrolet Cruze” və “Chevrolet Malibu” minik markalı avtomobillərin alınması ilə bağlı gömrük və ödəniş əməliyyatlları 2021-ci ilin yanvar, aprel və iyun aylarının əvvəlində həyata keçirilmiş, sözügedən kredit müqaviləsi isə bundan sonra, ## #### 2021-ci il tarixdə bağlanmışdır. Digər bir tərəfdən, “xxxx” ASC ilə ## #### 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsində kreditin həm də cari borcun ödənilməsi üçün verildiyi qeyd edilsə də, cari borcun olduğu kredit müqaviləsinin tarixi və nömrəsi göstərilməmişdir.
26. Beləliklə, məhkəmə hesab etmişdir ki, şərh edilənlərdən də göründüyü kimi, cavabdehin digər kredit müqavilələri ilə bağlı irəli sürdüyü dəlillər iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından və cavabdeh həmin kredit müqavilələri üzrə aldığı kredit vəsaitlərinin ailə eytiyacları üçün sərf edilməsini sübut edə bilmədiyindən qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2, 36.1, 37.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 231.5, 214.1, 220.3, 225.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, ilk iddianın qismən və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia ilə bağlı qətnamədə qeyd edilmişdir ki, tərəflər birgə nikahda olduqları dövrdə mübahisəli avtomobilləri - 2014-cü il buraxılışlı, 99- RS-744 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobili (şəhadətnamə AE AD3544412, rəngi ağ) ## ###### 2018-ci il tarixdə, 2011-ci il buraxılışlı, 10- TK- 691 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobili (şəhadətnamə AE 116918, rəngi qara) ## ##### 2021-ci il tarixdə, 2018-ci il buraxılışlı, 10DY-744 dövlət nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobili (şəhadətnamə AE 142947, rəhgi tünd boz metallik) isə ## #### 2021-ci il tarixdə əldə etmişlər və hər üç avtomobil cavabdehin adına dövlət qeydiyyatına alınmaqla müvafiq şəhadətnamələr verilmişdir. Lakin, hakim həmin nəqliyyat vasitələrindən biri - 2014-cü il buraxılışlı, 99-RS744 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobilin (şəhadətnamə AE AD3544412, rəngi ağ) birgə nikah dövründə satılmasını qətnamədə qeyd etməmiş, bu barədə məsələyə hüquqi qiymət verməmişdir. Həmin nəqliyyat vasitəsi tərəflərin münasibətlərinin normal olduğu vaxt – ## ###### 2022-ci il tarixdə satılmışdır. Birgə nigah dövründə satılmış və əldə edilən məbləğin ailə xərcləri üçün sərf olumuş nəqliyyat vasitəsinin dəyərinin bölünməsini qanunauyğun hesab etmir. Iddiaçı öz iddia ərizəsində 2022-ci ilin oktyabr ayında evdən çıxdığını və cavabdehlə faktiki ayrıldıqlarını bildirir. Mediasiya da həmin vaxtdan sonra müraciət edilmişdir. Həmin ilin avqust ayında tərəflərin münasibətlərinin pozulması heç bir halda sübut edilmir. Ər-arvad münasibətləri 1 günə də pozula bilər. Əgər oktyabr ayında münasibət pozulubsa bunun avqust ayında başlanmasına dair heç bir əsas ola bilməz. Bundan başqa, iddiaçının vəkili münasibətlərin avqust ayında pozulduğunu, cavabdehin vəkilə həmin vaxt etibarnamə verdiyini bildirmiş, lakin, hakim tərəfindən məhkəmə iclasında etibarnamənin tarixinə baxılmış və etibarnamənin ## ###### 2022-ci il tarixdə verildiyi müəyyən edilmişdir. “Nigahın pozulması haqqında” ərizə məhz iddiaçı tərəfindən ## ###### 2022-ci il tarixində verilmişdir. Iddiaçı tərəfindən nigahın pozulması prosesi ## ####### 2022-ci il tarixində vəkilə etibarnamə verilməklə başladılmışdır. Bu hal, cavabdehin şüurlu surətdə avqust ayında nəqliyyat vasitəsini satması nəzəriyyəsini inkar edir. Cavabdeh tərəfindən belə düşüncə olsaydı, yalnız 1 nəqliyyat vasitəsini deyil, hər 3 nəqliyyat vasitəsini özgəninkiləşdirərdi. Iddiaçı ## ###### 2022-ci il tarixindən işsizdir. Lakin, ## ###### 2023-cü il tarixində orta bazar dəyəri 25000 manat olan avtomobili, həmçinin bazar dəyəri 4000-5000 manat olan Iphone markalı son model mobil telefonu öz adına almış, vəkil xidmətlərinin dəyəri ödəmiş, ötən dövr ərzində digər bütün şəxsi maddi tələbatlarını ödəyə bilmişdir. Bu hal, bir daha onu sübut edir ki, iddiaçı birgə nikah dövründən yetərli maddi imkanlarla çıxmışdır. Birgə nikah dövründə alınmış və satılmış əmlaka dair bölgü müəyyən edilə bilməz. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin cavabdeh tərəfindən qəsdən satılmasını əks etdirən səs yazısının olması bildirilmiş, lakin həmin səs yazısı məhkəmə iclasında tədqiq olunmamış və qətnamədə öz əksini tapmamışdır. Elə bir səs yazısı mövcud deyildir. Bundan başqa, qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, “Məhkəmə kredit müqaviləsinin cavabdehlə bağlanmasını və mənzilə görə müəyyən edilmiş kredit ödənişlərinin də cavabdeh tərəfindən ödənilməli olmasını nəzərə alaraq, habelə kredit müqaviləsi üzrə ödənişlərin gələcəkdə vaxtında ödənilməsi ilə bağlı mübahisələrin yaranmasının qarşısını almaq məqsədi ilə, məhkəmə belə nəticəyə gəlir ki, ## #### 2024-cü il tarixdən sonra, yəni ## ##### 2024-cü il tarixdən başlayaraq mənzilə görə ödəniləcək qalıq ipoteka ödənişi də tərəflər arasında bərabər bölünməlidir. Məhkəmə aylıq kredit ödənişinin hər ayın 5-dək ödənilməli olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının payına düşən aylıq kredit ödənişinin yarısı, yəni mənzilə görə ödəniləcək aylıq kredit ödənişinin iddiaçıya aid hissəsini təşkil edən 116,96 manat pul hər növbəti ayın 5- dək iddiaçı tərəfindən cavabdehə (kredit və ipoteka müqaviləsi üzrə iddiaçının payı müəyyən edilmiş qalıq 19717,09 manat ödənilib bitənədək) ödəməlidir.” 116,96 manat pulun hər növbəti ayın 5-dək iddiaçı tərəfndən cavabdehə ödənilməsi düzgün deyildir. Çünki burada iddiaçı cavabdeh qarşısında deyil, bank qarşısında məsuliyyət daşımalıdır. Belə ki, iddiaçının cavabdeh qarşısında borc öhdəliyi yoxdur. Tərəflərin borc öhdəliyi bank qarşısındadır. Iddiaçı onun üzərinə düşən qalıq məbləğin - 19717,09 manatın necə və hansı şərtlərlə ödənilməsini bankla öz arasında aydınlaşdırmalıdır. Cavabdeh buna görə əlavə məsuliyyət və risk daşımamalıdır. Həmçinin, iddiaçının üzərinə düşən qalıq məbləğin cavabdehin hüquqlarından istifadə edərək uzun müddətə ödənilməsi, cavabdehi öz üzərinə düşən hissədə də əlavə kredit faizi ödənilməsinə məcbur edir və əlavə olaraq cavabdehi Mərkəzi Kredit Reyestrində böyük həcmli yüklü göstərir. Bu hal cavabdehin gələcəkdə əldə edə biləcək kredit imkanlarını da məhdudlaşdırır. Həmçinin, cavabdehin öz üzərinə düşən hissəni tam ödəməsi halında, cavadehin də mülkiyyətində olan mənzil bank qarşısında girov olaraq qalmaqda davam edəcəkdir. Bütün göstərilən əsaslar və cavabdehin öz mənzil mülkiyyətindən istifadə hüquunndan faktiki qanunsuz məhrum olması, həmçinin iddiaçının uzun müddətdir ki, işsiz olması da nəzərə alınaraq hesab edir ki, mənzilin dəyəri də tərəflər arasında bölüşdürülməli, əldə olunan məbləğdən uzunmüddətli ipoteka kredit öhdəlikləri bağlanılaraq cavabdehin qanuni hüquqları da qorunmalıdır. Iddiaçının faktiki qeydiyyatı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildədir. Həmin mənzil iddiaçının atasına məxsusdur və hal-hazırda kirayə verilir.
30. Qətnamədə qeyd olunmuşdur ki, cavabdeh iddia edir ki, həm ## #### 2021-ci il tarixdə “xxxx” ASC ilə bağladığı krediti, həm də “xxxx” ASC ilə ## ###### 2022-ci il tarixində bağladığı krediti ailə ehtiyaclarının ödənilməsi məqsədilə almışdır. Iddiaçı isə həmin kredit müqavilələri üzrə vəsaitlərin cavabdeh tərəfindən alınmasından xəbəri olmadığını və ailə ehtiyaclarına sərf olunmadığını bildirir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı ## ### 2024-cü il tarixli məhkəmə iclasında nəqliyyat vasitələrindən birinin alınması üçün kredit götürdüklərini, amma hansı kredit olmasını xatırlamadığını etiraf etmişdir. Bunu vəkillə sualcavab hissəsində yenidən təkrarlamışdır. Ən əsası, etirafdan əlavə, “xxxx” ASC ilə ## ###### 2022-ci il tarixdə bağladığı kreditlə bağlı, qətnamədə də qeyd olunduğu kimi, ## ### 2021-ci il tarixli kredit müqaviləsinin müddətinin uzadılması üçün götürülmüşdür. Bunu tərəflərindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışlar sübut edir. Belə ki, həmin çıxarışda ## ###### 2022-ci il tarixinə baxılsa, ## ###### 2022-ci il tarixdə bağladığı kreditlə bankın kassasından aldığı 20000 manat vəsaitdən dərhal, eyni anda, bankın kassasına ## ### 2021-ci il tarixli kredit müqaviləsinin 16730 manat qalığının bağlanması üçün ödənildiyi, artıq qalan 3270 manat vəsaitin də ## ###### 2022-ci il tarixdə ExpressPay sistemi vasitəsilə ## ###### 2022-ci il tarixində götürdüyü kreditin əsas məbləğinin azaldılması üçün banka geri ödədiyi öz əksini tapır. Bunlar sübut edir ki, cavabdeh ## ###### 2022-ci il tarixində rəsmiləşdirdiyi kreditdən heç bir əlavə maddi vəsait əldə etməmişdir. Yeni kredit müqaviləsi (## ###### 2022-ci il tarixli) ilə cavabdeh ## ### 2021-ci il tarixli 3 illik kredit müqaviləsini 4 illik kredit müqaviləsinə çevirmiş, bununla cavadehin məqsədi aylıq ödəniş məbləğini 733,12 manatdan 485,63 manata endirmək olmuşdur. Bu halda sübut edir ki, həmin vaxta cavabdeh əlavə maddi imkanlara malik olmamışdır, aylıq əmək haqqı ilə öhdəliklərini icra etməkdə maddi çətinlik çəkmişdir. Bütün bu sadalanan faktlar əlavə olaraq öz sübutunu məhkəməyə təqdim edilmiş ## ###### 2023-cü il tarixli, SF-*** nömrəli Mərkəzi Kredit Bürosu MMC-nin rəsmi çıxarışında öz əksini tapir. Həmin çıxarışda cavabdehin ## ### 2021-ci il tarixli krediti götürdükdən sonra bu kredit müqaviləsi üzrə aylıq kredit ödənişi öhdəliyini icra etməkdə maddi sıxıntısının olması da sübut olunur. Belə ki, həmin çıxarışda açıq göstərilir ki, cavabdehin ## ### 2021-ci il tarixli kredit müqaviləsi üzrə 2021-ci ilin 6, 10 və 11-ci aylarında 30 günü aşan aylıq kredit ödənişin gecikməsi baş vermişdir. Bu maddi sıxıntı cavabdehi kredit müddətinin uzadılması yolu ilə aylıq kredit ödənişini aşağı salınmasına məcbur etmişdir. Məhkəmə tərəfindən bu sübutların heç biri nəzərə alınmamışdır. Bundan əlavə, cavabdehin sözügedən NV-lərini alan zaman əmək haqqı miqdarı gross 5000 manat olmuşdur. Şəxsin bu məbləğdə maaşla 2 NV-ni kreditlə alıb, daha sonra 20000 manat krediti bağlamağa imkanının olması aşağıdakı açıqlamalarda göstərildiyi kimi mümkün deyildir. Çünki şəxsin başqa gəlirləri, əlavə iş yeri yoxdur. Cavabdehin ## ###### 2018-ci il tarixindən “xxxx” ASC-də 17000 manat məbləğində, aylıq ödənişi 415,02 manat olan 4 illik avtomobil krediti olmuşdur. Bu kreditin qalıq məbləği ## #### 2021-ci il tarixində növbəti kredit götürülən zaman, yeni kreditdən əldə edilən vəsait hesabına bağlanmışdır. DIQN Baş Dövlət Yol Polisi Idarəsinə məhkəmə tərəfindən verilmiş sorğuya alınmış cavabdan göründüyü kimi, **-RS-*** dövlət nömrə nişanlı avtomobil ## ###### 2018-ci il tarixində məhz bu kredit vasitəsilə 15200 manata alınmışdır. Eynilə, cavabdehin ## #### 2021-ci il tarixdə “xxxx” ASC ilə bağladığı krediti əvvəlki, ## ###### 2018-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun ödənilməsi və artıq qalan pulun nəqliyyat vasitələrinin alınması və təmiri məqsədilə götürmüşdür. Bunu da, ## #### 2021 – ## ###### 2021 dövrünü əhatə edən bank hesabından çıxarış və ## ###### 2023-cü il tarixli, SF-*** nömrəli Mərkəzi Kredit Bürosu MMC-nin rəsmi çıxarışı sübut edir. ##.##.2021- ##.##.2021 dövrünü əhatə edən bank hesabından çıxarışda ##.##.2021-ci il tarixində “xxxx” ASC-dən 25.900 manat kredit götürüldüyü və həmin an 6693 manat vəsaitin vaxtından əvvəl ##.##.2018-ci il tarixli kreditin bağlanması üçün kassaya ödədiyi sübut olunur. Həmçinin, həmin çıxarışda ##.##.2021-ci il tarixli müqavilənin ##.##.2018-ci il tarixli kredit müqaviləsinə əlavə olması öz əksini tapmışdır. Məhkəmə qətnaməsinin 15-ci bölməsində iddiaçının “Chevrolet Cruze” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmək üçün “xxxx” ASC-dən təxminən 2011-ci il tarixdə kredit götürdüklərini, **-DY-*** dövlət nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobili isə kredit müqaviləsi əsasında ala bilərdi ifadəsi yer alınmasına baxmayaraq, təqdim edilən sübutlar zəruri olan ekspert tərəfindən araşdırılmamışdır. Yenə də, ##.##.2023-cü il tarixli, SF-*** nömrəli Mərkəzi Kredit Bürosu MMCnin rəsmi çıxarışında 2011-ci ildə xxxxdan kredit götürülməsi faktı təsdiq edilmir. Həmçinin, Chevrolet Cruze” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil DIN Baş Dövlət Yol Polisi Idarəsinə məhkəmə tərəfindən verilmiş sorğuya alınmış cavadan göründüyü kimi 2014cü il istehsalıdır və ##.##.2018-ci il tarixində cavabdeh tərəfindən alınmışdır. Həmin vaxt, yalnız, yenə də ##.##.2023-cü il tarixli, SF-*** nömrəli Mərkəzi Kredit Bürosu MMC-nin rəsmi çıxarışında göstərildiyi kimi, ##.##.2018-ci il tarixində “xxxx” ASC-dən 17000 manat məbləğində kredit götürülüb Chevrolet Cruze” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına sərf edildiyi sübut olunur. 10-DY744 dövlət nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobili isə kredit müqaviləsi əsasında ala bilərdi etirafı məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin dövrdə cavabdehin götürdüyü kreditlər, əmək haqqı imkanları nəzərə alınmamışdır. Ümumilkdə cavabdeh 2021-ci ildə məhkəməyə də təqdim etdiyi xərclər üzrə 2 ədəd NV-nin alışına ümumilikdə 23088 manat vəsait xərcləmişdir. Avtomobillər sifarişlə ABŞ-dan, 2-ci əl bazardan qəzalı vəziyyətdə alınmışdır. Bunu avtomobillərin VIN nömrələri üzrə ABŞ-na məxsus CarFax sistemindən çıxarışlar sübut edir. Həmçinin bu NV-nin VIN nömrələri google axtarış sistemində axtarışa verdikdə, satış qiymətləri və avtomobilin qəzalı vəziyyətdə olması sübut olunur. Belə ki, cavabdeh bu avtomobilləri (6 500 + 3 600 manat) ümumilikdə 10100 manata təmir etdirərək istismara uyğun vəziyyətə gətirmişdir. Bununla, avtomobillərin alınması və istismara uyğun vəziyyətə gətirilməsi üçün ümumilikdə 33188 manat vəsait sərf edilmişdir. Həmin dövrdə banklardan (20000 + 25900 manat) ümumilikdə 45900 manat kredit götürülmüş, bu kreditlərdən 6693 manat vəsaitin vaxtından əvvəl “xxxx” ASC-də olan ##.##.2018-ci il tarixli kreditin bağlanması üçün kassaya ödənilmiş, 4000 manat vəsait də “xxxx” ASC-də olan kredit kartının bağlanmasına sərf edilmişdir. Bu hallar, ##.##.2023-cü il tarixli, SF-*** nömrəli Mərkəzi Kredit Bürosu MMC-nin rəsmi çıxarışında öz əksini tapmışdır. Yekun olaraq banklardan götürülən kredit üzrə əldə qalan məbləğ 35207 manata bərabərdir, bu da NV-nə çəkilmiş xərclərə uyğundur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sübutlar cavabdeh və onun vəkili tərəfindən əsaslı və təkzibolunmaz qənaətinə gəlinərək, əlavə kənar sübutların təqdim edilməsinin lüzumsuz olduğu qənaətinə gəlmişdir. Lakin, məhkəmənin yanaşması cavabdehi əlavə sübutların təqdim edilməsi məcburiyyətinə qoymuşdur. Belə ki, məhkəmə əsasən, iddiaçının cavabdehin ##.##.2021-ci il tarixdə “xxxx” ASC ilə bağladığı kredit müqaviləsindən və “xxxx” ASC ilə ##.##.2021-ci il tarixli kredit müqaviləsindən, həmçinin cavabdehin aylıq kredit ödənişi ödəliyini icra edə bilməsi üçün “xxxx” ASC ilə ##.##.2021-ci il tarixli kredit müqaviləsinin müddətinin uzadılması üçün götürdüyü ##.##.2022-ci il tarixli kredit müqaviləsindən məlumatsız olduğunu əsas götürmüşdür. Kreditlərin alınması zamanı və ondan sonrada cavabdeh ona məxsus olan əmək haqqı kartına mədaxil və məxaric olan vəsaitlərin sms bildirişlərini iddiaçıya məxsus +************ mobil telefon nömrəsinə yönləndirmişdir. Beləliklə, iddiaçı cavabdehin əmək haqqı kartından xərclənən bütün vəsaitlərdən, həmçinin əmək haqqı gəlirlərindən tam məlumatlı olmuşdur. Bu sms vasitəsilə bildiriş verilən xərclərə hər ay “xxxx” ASC-yə ödənilən krediş ödənişləri məbləğ öz əksini tapmışdır. Cavadehlə iddiaçı arasında, iddiaçıya məxsus +************ mobil nömrənin WhatsApp platformasında ## ####### 2021-ci il tarixli qarşılıqlı yazışmasında, iddiaçı cavabdehin əmək haqqı kartından sms məlumatının onun +************ nömrəsinin sms hissəsinə gəldiyini göstərir. Həmin an cavabdeh bütün xərclərinin açıqlamasını iddiaçıya bildirir. Bu xərclərin açıqlamasında həmçinin ##.##.2021-ci il tarixdə “xxxx” ASC götürülmüş kreditin aylıq kredit ödənişi məbləği də əks olunur. Bu fakt bir daha onu sübut edir ki, iddiaçı cavabdehin bütün gəlir və xərclərindən o cümlədən, bütün aktiv kredit müqavilələrindən xəbərdar olmuşdur və buna etiraz etməmişdir. Xüsusi bilik tələb edən halların aydınlaşdırılması üçün məhkəmədən zəruri olarsa ekspert dəvət olunması xahiş olunsa da, hakim tərəfindən sübutları tədqiq etdikdən sonra ehtiyac olarsa ekspert dəvət olunacağı bildirilmiş, lakin daha sonra bu məsələyə münasibət bildirilməmişdir. Hakim tərəfindən hesab edilmişdir ki, ekspert dəvət olunmasına ehtiyac yoxdur. Hesab edir ki, ekspert tərəfindən çıxarışlar tədqiq edilən zaman “xxxx” ASC ilə ##.##.2022-ci il tarixdə bağlanmış kreditin ##.##.2021-ci il tarixli kredit müqaviləsinin müddətinin uzadılması, həmçinin, “xxxx” ASC ilə ##.##.2021- ci il tarixli müqavilənin ##.##.2018-ci il tarixli kredit müqaviləsinə əlavə olması müəyyən olunardı. 2014cü il buraxılışlı, ** RS *** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobil (şəhadətnamə AE AD3544412) birgə nikah dövründə əldə edilmiş və birgə nikah dövründə də, tərəflərin münasibətlərinin normal olduğu vaxt, mediasiyaya və məhkəməyə müraciət olunmamış, tərəflərin faktiki olaraq birlikdə yaşadığı dövrdə satılmışdır. Həmin nəqliyyat vasitəsinin mövcudluğu, satılması və s. barədə sübut olmadan, hakim tərəfindən həmin hallar qətnamədə müəyyən edilmədən nəqliyyat vasitəsinin dəyərinin yarıya bölünməsi qərara alınmışdır. Bu hallara hakim tərəfindən qətnamədə qiymət verilməli idi.
31. Işə baxılan zaman məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının ## ######## 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və ## #### 2021-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə (müqavilə bağlanan tarixdən və ## ####### 2022ci il tarixdən ## ###### 2025-ci il tarixə qərardadın tarixi) banka 7,69 manat artıq ödənişin olması müəyyən edilir. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və ## ###### 2022-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə (müqavilə bağlanan tarixdən və ## ####### 2022-ci il tarixdən ## ###### 2025-ci il tarixə qərardadın tarixi) banka 25,08 manat artıq ödənişin olması müəyyən edilir.
32. Həmçinin, ekspert qarşısında qoyulan “xxxx” ASC ilə ## ###### 2022-ci il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən verilmiş pul vəsaiti ## ### 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasına yönəldilmişdirmi (sərf edilmişdirmi)?” və “xxxx” ASC ilə ## #### 2021-ci il tarixli müqavilənin ## ###### 2018-ci il tarixli kredit müqaviləsinə əlavə olması, həmçinin bu müqavilə ilə verilməli olan kreditdən 6693 manat vəsait vaxtından əvvəl ## ###### 2018-ci il tarixli kreditin bağlanması üçün sərf edilmişdirmi?” sualları aşağıdakı kimi cavablandırılmışdır: “## ###### 2022-ci il tarixdə cari hesaba ... saylı ssuda hesabından 20000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Daha sonra ## ###### 2022-ci il tarixdə 20000 manat məbləğində pul vəsaiti ... saylı kassa hesabından nağd şəkildə məxaric edilmişdir. Bundan başqa ... saylı cari hesab çıxarışından göründüyü kimi həmin hesaba ## ###### 2022-ci il tarixdə “kredit ödənişi” təyinatı ilə 16730 manat pul vəsaiti mədaxil edilmişdir. Həmin vəsait ## ###### 2022-ci il tarixdə LD********** saylı kreditin ödənişinə silinmişdir.” “## #### 2021-ci il tarixdə cari hesaba DKM/*************** nömrəli kredit üzrə “kreditin verilməsi” təyinatı üzrə 25900 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Daha sonra ## #### 2021-ci il tarixdə 25000 manat məbləğində pul vəsaiti “kredit vəsaitinin nağdlaşdırılması” təyinatı ilə nağd şəktldə məxaric edilmişdir. Bundan başqa ... saylı cari hesab çıxarışından göründüyü kimi həmin hesaba ## #### 2021-ci il tarixdə “kreditin vaxtından əvvəl tam ödənilməsi” təyinatı ilə 6693 manat pul vəsaiti mədaxil edilmişdir. Həmin vəsait ## #### 2021-ci il tarixdə əsas borcun və faizlərin ödənilməsi təyinatı ilə silinmişdir.”
33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
34. Cavabdehin nümayəndəsi nümayəndə1 məhkəmə iclasında ərizə verərək, ipoteka müqaviləsinə əsasən yaranmış öhdəliklər üzrə bank qarşısında məsuliyyət daşıma ilə bağlı hissəni mübahisələndirmədiklərini, həmin hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli 2 dekabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, -*(***)-**/**** nömrəli qətnaməsi – qarşılıqlı iddianın “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2022-ci il tarixli, LD********** nömrəli istehlak krediti müqaviləsinə əsasən tərəflərin faktiki olaraq ayrı yaşadığı dövrdən ## ####### 2022 – ## ##### 2024-cü il tarixədək 18 ay ödənilən 17.740,20 manat pulun yarısının, yəni 8870,1 manat pulun İddiaçı alınaraq Cavabdeh ödənilməsi, “xxxx” ASC arasında bağlanmış ## #### 2021-ci il tarixli, DKM/*************** nömrəli istehlak kreditinə əsasən qalıq borc olan 8999,28 manat pulun yarısının - 4499,64 pulun faizlərlə birlikdə iddiaçıya, 4499,64 pulun isə cavabdehə aid edilməsi, həmin kredit müqaviləsi üzrə tərəflərin faktiki ayrı yaşadıqları ## ####### 2022 – ## ##### 2024-cü il tarixədək 18 ay müddətində ödənilən 16900,72 manat pulun yarısının, yəni 8450,36 manat pulun İddiaçı alınaraq Cavabdeh ödənilməsi hissələrinin rədd olunduğu hissələrdə ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq qarşılıqlı iddianın qismən təmin edilməsi, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2022-ci il tarixli, LD********** nömrəli istehlak krediti müqaviləsinə əsasən ödənilmiş pul vəsaitinin 16.730 manat məbləğində hissəsinin yarısı – 8365 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## #### 2021-ci il tarixli, DKM/*************** nömrəli istehlak kreditinə əsasən ödənilmiş 6693 manat məbləğində hissəsinin yarısı – 3346,5 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fərrux Qasımov-sədrlik edən və məruzəçi, Günay Axundova və Məhəmməd Rüstəmli).
36. Məhkəmə kollegiyası avtomobillərə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, avtomobillərin birgə nikah dövründə alınması işin mübahisələndirilməyən halıdır, avtomobillər hüquqi vəziyyətinə görə bölünməz əşyadır, onların naturada bölünməsi mümkün deyildir.
37. Bu hissədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh nəqliyyat vasitələrindən birinin birgə nigah dövründə satılaraq əldə edilən məbləğin ailə xərcləri üçün sərf olunduğu iddia etsə də, bu xüsusat işin halları ilə təsdiqini tapmamışdır. Avtomobilin 2022-ci ilin avqust ayında satılması əldə olunan vəsaitin bir aydan artıq müddət ərzində həmin məbləğin ailə xərcləri üçün sərf olunması kimi qiymətləndirilə bilməz.
38. Digər mübahisələndirilən hissələrə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh “xxxx” ASC ilə bağlanmış ## ###### 2022-ci il tarixli, LD********** nömrəli istehlak krediti müqaviləsinə əsasən tərəflərin faktiki olaraq ayrı yaşadığı dövrdən ## ####### 2022 – ## ##### 2024-cü il tarixədək 18 ay ödənilən 17740,20 manat pulun yarısının, yəni 8870,1 manat pulun ona ödənilməsini xahiş etmişdir.
39. Tələbin bu hissəsində ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ## ###### 2022-ci il tarixdə hesaba 20000 manat pul köçürülüb, həmin vəsait nağd şəkildə məxaric edilib, digər hesaba “kredit ödənişi” təyinatı ilə 16.730 manat mədaxil edilib, yəni, birgə nikah dövründə götürülməsi və ailə ehtiyaclarına sərf olunması mübahisiləndirilməyən kredit borcunun bir hissəsi məhz yeni götürülmüş kredit hesabına bağlanmışdır.
40. Buna görə də məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, həmin hissədə qətnamə ləğv olunaraq iddia qismən təmin olunmalı, 16730 manatın ½ hissəsi – 8365 manat İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.
41. Digər müqavilə üzrə tələbin əsasını Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış ## #### 2021-ci il tarixli, DKM/*************** nömrəli istehlak kreditinə əsasən qalıq borc olan 8999,28 manat pulun yarısının - 4499,64 pulun faizlərlə birlikdə iddiaçıya, 4499,64 pulun isə cavabdehə aid edilməsi, həmin kredit müqaviləsi üzrə tərəflərin faktiki ayrı yaşadıqları ## ####### 2022 – ## ##### 2024-cü il tarixədək 18 ay müddətində ödənilən 16900,72 manat pulun yarısının, yəni 8450,36 manat pulun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi təşkil edir.
42. Tələbin bu hissəsində ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ## #### 2021-ci il tarixdə hesaba 25.900 manat pul köçürülüb, həmin vəsait nağd şəkildə məxaric edilib, digər hesaba “kreditin vaxtından əvvəl ödənilməsi” təyinatı ilə 6693 manat mədaxil edilib. Buna görə də həmin hissədə qətnamə ləğv olunaraq iddia qismən təmin olunmalı, 6693 manatın ½ hissəsi – 3346,5 manat İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 213.1, 213.2, 213.5, 214.1, 220.3, 225.1ci, Ailə 43.Məcəlləsinin 31.1, 32.1, 32.2, 36.1, 37.3-ci maddələrinə, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun */**** saylı, ##.##.2024-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Iddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməklə qarşılıqlı iddia üzrə iddiaçının bölünməsini tələb etdiyi kreditlərin birgə nikah dövründə alınmasına baxmayaraq ailənin birgə xərclərinə sərf edilməməsi qənaətinə gəlməklə düzgün etmişdir. Apellyasiya məhkəməsi isə səhv nəticəyə gəlmişdir. Məhkəmə ## ###### 2022-ci il tarixli, LD********** nömrəli kreditin 16900.72 manat hissəsinin 2021-ci ilin may ayında götürülmüş kreditin ödənilməsi üçün sərf edildiyini bu zaman isə tərəflərin münasibətlərinin normal olması əsası ilə kreditdən iddiaçının xəbərinin olmasını bildirmişdir. Həmçinin 2021-ci ilin iyun ayının 30-da götürülmüş 25900 manat məbləğində kreditin isə qalıq hissəsindən iddiaçının xəbərinin olmaması əsası ilə həmin hissəni bölməmişdir. Bu iki kredit arasında sadəcə 1 ay vaxt vardır və necə ola bilər ki, birinci kreditdən iddiaçının məlumatı olsun, amma ikinci kreditdən olmasın. Bu hissədə təbii ki məhkəmə kollegiyası Ali Məhkəmənin Plenum qərarının tələblərinə əməl etməli və qarşılıqlı iddia üzrə iddiaçıdan məhz qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin kreditlərdən xəbərdar olmasını təsdiq edən sübutları tələb etməli idi. Lakin məhkəmə bu hissədə həm düzgün araşdırma aparmamış, həm də araşdırdığı hissədə səhv hüquqi nəticəyə gəlmişdir. Hazırki iş üzrə məhkəmə lazımi müddəalarını tətbiq etmiş, lakin həmin maddələrlə bağlı Ali Məhkəmənin Plenum qərarlarında göstərilən mövqelərə zidd hərəkət etmiş, heç bir sübut olmadan 1 ay fərqlə götürülmüş iki kreditdən birini bölmüş, birini isə bölməmişdir. Eyni zamanda məhkəmə həmin kreditlərin götürüldüyü zaman tərəflərin faktiki olaraq münasibətlərinin pis olduğuna da diqqət yetirməmişdir. Belə ki, tərəflər faktiki olaraq 2022-ci ilin oktyabr ayında ayrılsalar da, bu zamanadək onların münasibətlərin artıq yavaş- yavaş pozulmuş, mübahisələr etmişlər. Cavabdeh ona xəyanət etmiş, bununla bağlı olaraq tez-tez mübahihəsələr etmişlər. Elə həmin dövrədək, yəni 2022-ci ilin avqust ayında Cavabdeh iddiaçıdan xəbərsiz mübahisə predmeti olan avtomobillərdən birini satması da məhz 2022-ci ilin oktyabr ayına kimi artıq onun İddiaçı gizli hərəkətlər etdiyini (maliyyə cəhətdən) bir daha təsdiq edir. Apellyasiya instansiya məhkəməsi ümumiyyətlə Cavabdeh adına alınmış kreditlərin bölünməsi hissəsində işdə olan heç bir sübuta düzgün qiymət verməmiş, işin faktiki hallarını araşdırmağa çalışsa belə, Ali Məhkəmənin Plenum qərarında göstərilən mövqeyə uyğun olaraq kreditlərdən İddiaçı xəbərdar olması barədə sübut tələb etməmiş, daha doğrusu tələb etməsinə və qarşılıqlı iddia üzrə iddiaçı tərəfin həmin sübutları təqdim edə bilməməsinə baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini əsassız olaraq dəyişməklə, maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhv nəticəyə gəlmişdir. Məhkəmə sübutlara qiymət verən işdə olması tələb edilən lakin təqdim edilə bilməmiş sübutların olmamasına baxmayaraq səhv nəticəyə gəlmişdir. Yəni Cavabdeh tərəfindən həmin kreditlərin məhz ailənin ehityaclarına sərf edilməsi işdəki sübutlarla təsdiq edilməli olduğu halda sonuncu tərəfindən bu hal sübut edilmədiyi halda məhkəmə qanunsuz olaraq kreditlərin bölünməsi nəticəsinə gəlmişdir.
46. Kassator şikayətini “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli */**** nömrəli Qərarının 3.14-cü bəndinə istinad edərək əsaslandırmışdır.
47. Cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, ilk iddianın qismən və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, xxxx ASC ilə ##.##.2021 tarixli kredit müqaviləsi üzrə kredit vəsaiti əvvəlki ##.##.2018 tarixli kreditin bağlanmasına yönəldilmiş, qalan hissə ailə təsərrüfatına və nəqliyyat vasitələrinin alınması/təmirinə sərf edilmişdir. Bank çıxarışları və Mərkəzi Kredit Bürosunun arayışı ilə sübut olunur ki, 25.900 manat kredit götürülmüş, 6.693 manat əvvəlki kreditin bağlanmasına ödənilmişdir. Bu kredit nikah dövründə götürülmüş, iddiaçının məlumatı daxilində olmuş, ailə təsərrüfatı dövründə istifadə edilmişdir. Kreditin hüquqi xarakterinin səhv müəyyən edilməsi Ailə Məcəlləsinə əsasən, nikah dövründə ailə ehtiyacları üçün götürülmüş öhdəliklər ər-arvadın birgə borcu hesab olunur. Məhkəmə isə kreditin bir hissəsini bölmüş, digər hissəsini isə bölünmədən kənarda saxlamışdır. Bu isə hüquqi baxımdan ziddiyyətlidir. Əgər kredit ailə ehtiyacları üçün götürülmüşdürsə, bütövlükdə birgə öhdəlik sayılmalıdır. Hətta kredit vəsaitinin konkret əmlaka yönəlməsi ayrıca sübut edilməsə belə, onun nikah dövründə və birgə təsərrüfat şəraitində götürülməsi birgə borc kimi tanınması üçün kifayətdir.
49. Məhkəmə avtomobilin satış vaxtının hüquqi əhəmiyyətini tam qiymətləndirməmiş, tərəflərin faktiki ayrılıq tarixini sübutlarla əlaqələndirməmiş, kreditin əvvəlki öhdəliyin bağlanmasına yönəldilməsi faktına tam hüquqi qiymət verməmişdir. Bu isə iş üzrə mühüm faktiki halların tam və hərtərəfli araşdırılmaması deməkdir.
50. Cavabdeh qeyd etmişdir ki, qətnamə ilə qismən razı deyil və “Chevrolet Cruze” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin (şəhadətnamə AE AD3544412, rəngi ağ) tərəflərin münasibətlərinin normal olduğu vaxt – ##.##.2022-ci il tarixdə satılmışdır. Birgə nigah dövründə satılmış və əldə edilən məbləğin ailə xərcləri üçün sərf olumuş NV-nin dəyərinin bölünməsini qanunauyğun deyildir. Iddiaçı öz iddia ərizəsində 2022-ci ilin oktyabr ayında evdən çıxdığını və cavabdehlə faktiki ayrıldıqlarını bildirir. Mediasiya da həmin vaxtdan sonra müraciət edilmişdir. Həmin ilin avqust ayında tərəflərin münasibətlərinin pozulması heç bir halda sübut edilmir. Əgər oktyabr ayında münasibət pozulubsa, bunun avqust ayında başlanmasına dair heç bir əsas ola bilməz. “Nigahın pozulması haqqında” ərizə məhz iddiaçı tərəfindən ##.##.2022-ci il tarixində verilmişdir. Iddiaçı tərəfindən nigahın pozulması prosesi ##.##.2022-ci il tarixində vəkilə etibarnamə verilməklə başladılmışdır. Bu hal, cavabdehin şüurlu surətdə avqust ayında NV-ni satması nəzəriyyəsini inkar edir. Məhkəmənin “bir ay ərzində həmin məbləğin ailə xərclərinə sərf olunmasının mümkün olmaması” barədə qənaəti isə ehtimallara əsaslanır və heç bir sübutla təsdiqlənmir. Ailə büdcəsi çərçivəsində gündəlik ərzaq, geyim, nəqliyyat, məişət və digər zəruri xərclərin qısa müddət ərzində həyata keçirilməsi tam normaldır. Bundan əlavə, əgər cavabdeh əmlakı qəsdən gizlətmək və ya iddiaçının payını azaltmaq niyyətində olsaydı, onun sərəncamında olan digər nəqliyyat vasitələrini də özgəninkiləşdirməsi gözlənilən olardı. Halbuki, belə hal baş verməmişdir. Bu səbəbdən, birgə nikah dövründə satılmış və əldə olunan vəsaiti ailə xərclərinə sərf olunmuş nəqliyyat vasitəsinin dəyərinin sonradan bölgüyə daxil edilməsi qanunvericiliyin ruhuna və ailə münasibətlərinin mahiyyətinə ziddir.
51. Bundan başqa, cavabdeh “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## #### 2021-ci il tarixli, DKM/*************** nömrəli istehlak kreditinə əsasən ödənilmiş 6693 manat məbləğində hissəsinin yarısı – 3346,5 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində də qətnamə ilə razı olmadıqlarını qeyd etmişdir. “xxxx” ASC arasında bağlanmış ## #### 2021-ci il tarixli, DKM/*************** nömrəli istehlak kreditinə əsasən qalıq borc olan 8999,28 manat pulun yarısının - 4499,64 pulun faizlərlə birlikdə iddiaçıya, 4499,64 pulun isə cavabdehə aid edilməsi, həmin kredit müqaviləsi üzrə tərəflərin faktiki ayrı yaşadıqları ## ####### 2022 – ## ##### 2024-cü il tarixədək 18 ay müddətində ödənilən 16900,72 manat pulun yarısının, yəni 8450,36 manat pulun İddiaçı alınaraq Cavabdeh ödənilməsi təmin edilməli idi. Cavabdehin ##.##.2021-ci il tarixdə “xxxx” ASC ilə bağladığı krediti əvvəlki, ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun ödənilməsi və artıq qalan pulun nəqliyyat vasitələrinin alınması və təmiri məqsədilə götürmüşdür. Bunu da, ##.##.2021-##.##.2021 dövrünü əhatə edən bank hesabından çıxarış və ##.##.2023-cü il tarixli, SF-*** nömrəli Mərkəzi Kredit Bürosu MMC-nin rəsmi çıxarışı sübut edir. ##.##.2021-##.##.2021 dövrünü əhatə edən bank hesabından çıxarışda ##.##.2021-ci il tarixində “xxxx” ASC-dən 25 900 manat kredit götürüldüyü və həmin an 6.693 manat vəsaitin vaxtından əvvəl ##.##.2018-ci il tarixli kreditin bağlanması üçün kassaya ödədiyi sübut olunur. Həmçinin, həmin çıxarışda ##.##.2021-ci il tarixli müqavilənin ##.##.2018-ci il tarixli kredit müqaviləsinə əlavə olması öz əksini tapmışdır. Kreditin götürülməsi və ödənilməsi iddiaçının xəbəri (bu, birinci instansiya məhkəməsində cavabdehin etirafı və Bakı Apellyasiya Məhkəməsində təqdim olunmuş tərəflərin münasibətlərinin normal olduğu vaxtda, whatsapp mobil tətbiqi vasitəsilə ər-arvad arasında aparılan yazışmalarla sübut olunur) daxilində olmuş, o, ödənişləri görmüş və buna etiraz etməmişdir.
52. Kassator şikayətini Ailə Məcəlləsinin 32.1, 36-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
54. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
55. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
56. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
57. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
58. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
59. Maddə 225.1. Ərlə arvadın birgə nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
60. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 24. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
61. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
62. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: -32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); -32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
63. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
64. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun */**** saylı, ##.##.2024-cü il tarixli Qərarı
65. 4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.
66. 4.14. Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz.
67. 4.15. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ərarvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
68. 6.3. Nikah pozulduqdan sonra isə bir qayda olaraq, qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır.
69. 6.35. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
70. 6.37. Həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər.
71. 6.38. Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir.
72. 6.39. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.
73. 6.40. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
80. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
81. Apellyasiya instansiya məhkəməsinin məhkəmə aktı kassasiya şikayətlərində mübahisələndirilən hissələr üzrə yoxlanır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
84. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Hər iki kassasiya şikayətlərində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
85. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilənlər formal mülahizələrdən ibarətdir və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən kifayət qədər araşdırılma aparılmışdır.
86. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
87. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara alındı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.