Məhkəmə qərarları › İş №2(1-8)-802/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-802/2026

01.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-802/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ## ### 2006-cı il tarixli ** nömrəli müqavilə ilə icraçı olan fiziki şəxs xxxx payçı Iddiaçı 17 mərtəbəli evin 2-ci blokunda 1-ci mərtəbədə sahəsi 100 kv.metr olan mənzili (nömrəsi göstərilməyib) təhvil verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə tikintinin iki ilə başa çatdırılması nəzərdə tutulmuş, mənzilin dəyəri hər kv.metrinə 700 ABŞ dolları olaraq müəyyən edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən hər iki tərəfdən biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır.

2. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ## #### 2009-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxs xxxx Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Həmin hökmlə Iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və müəyyən edilmişdir ki, məhkum xxxx və digərləri etibardan sui-istifadə edərək ## ### 2006-cı il tarixli müqavilə üzrə Iddiaçı 42.000 ABŞ dolları və ya 37.867 manat məbləğində pul vəsaitini ələ keçirərək, onun hüququna və qanuni mənafeyinə zərər vurmuşdur. Hökmlə xxxx nun və digərlərinin üzərilərinə sözügedən müqavilənin şərtlərinə uyğun olaraq Iddiaçı 100 kv.metr sahəsi olan mənzili tikib vermək vəzifəsi qoyulmuşdur.

3. xxxx ## #### 2016-cı il tarixdə vəfat etmiş, vərəsəsi oğlu - X2r.

4. Cavabdeh MTK ## ######## 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, XXX və XXX küçələrinin kəsişməsindəki 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunda 1-ci mərtəbənin küncündəki ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinə aid ödənişin 10.920 manat məbləğində qalan hissəsinin müqavilə əsasında iddiaçı tərəfindən ödənilməsinin qəbul edilməsi, həmin sahənin və ödəniş barədə maliyyə arayışının iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, ## ### 2006-cı ildə onunla Cavabdeh MTK-nın icraçı direktoru - mərhum xxxx nun arasında bağlanmış ** nömrəli müqaviləyə əsasən özünü “Icraçı” adlandıran qarşı tərəf Sumqayıt şəhəri, XXX və XXX küçələrinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli yaşayış evinin 2-ci blokunun 1-ci mərtəbəsində küncdə (uqolda) yerləşən 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini ona verməyi və o, isə müqavilə üzrə qeyri-yaşayış sahəsinin hər kv.m-nə görə 700 ABŞ dolları ödəməyi öz üzərinə götürmüşdür. Sonradan ona təklif olunmuşdur ki, kv.m üçün 800 manat ödənilməlidir. O, müqavilə bağladığı şəxslə bu barədə razılaşmışdır. Cavabdeh tərəfindən ona təqdim olunmuş müqavilə forma və məzmununa görə Mülki Məcəllədə müəyyən olunmuş tələblərə tam cavab verməsə də, onun iştirakçılarının qarşılıqlı razılaşması əsasında və onların iradələrinə uyğun bağlandığından icrası tərəflər üçün məcburi xarakter daşımışdır. O, müqavilə üzrə öhdəliklərinin icrasına başlayaraq bir kv.m-i 700 ABŞ dollarına qiymətləndirilmiş sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cəmi dəyərini təşkil edən 70000 ABŞ dollarının 56000 ABŞ dolları məbləğində əsas hissəsini MTK-ya ödəmişdir. Həmin məbləğin 42000 ABŞ dollarını 2006-2007-ci illərdə, sonrakı ilin dörd ayı ərzində isə 11000 Azərbaycan manatını — dollar hesabı ilə 14000 ABŞ dollarını MTK-ya ödəmişdir. Həmin illər 1 ABŞ dolları Azərbaycan manatı ilə məzənnəsi 0,78 qəpik təşkil edirdi. Qeyd edilən dövrdə onun MTK-ya 14000 ABŞ dolları məbləğində — rəsmi valyuta məzənnəsinə uyğun olaraq 10920 manat borcu qalmışdır. Qalan həmin məbləği ödəməyə dəfələrlə cəhd göstərsə də, 2007-ci ildə MTK-nın sədri xxxx un həbs edilməsi və 2016-cı ildə cəzaçəkmə müəssisəsində vəfat etməsi, eləcə də onun hüququ varisi olan oğlu - MTK-nın hazırkı sədri XXX un imtina etməsi səbəbindən bu mümkün olmamışdır. Tikintinin inşası başa çatdırıldıqdan sonra qalan borcu ödəməklə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə cavabdehə yazılı şəkildə müraciət etdikdə XXX qeyri-yaşayış sahəsinin sxemini təqdim etməməyini əsas göstərməklə tələbini rədd etmişdir. O, müqavilə üzrə öhdəliyini icra edərək qeyri-yaşayış sahəsinin dəyərinin əsas hissəsini - 56000 ABŞ dollarını ödəmiş və qalan 14000 ABŞ dollarını isə həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun olaraq 10920 manat məbləğində ödəməyə hazırdır. Lakin, cavabdeh müqavilə öhdəliklərinin icrasından əsassız olaraq yayınaraq qalıq borcun ondan qəbul edilib qeyriyaşayış sahəsinin ona təhvil verilməsindən imtina edir. Halbuki, müqaviləyə əsasən MTK tikintinin inşasını iki il müddətində başa çatdırıb qeyri-yaşayış sahəsini ona təhvil vermək barədə öz üzərinə öhdəlik götürmüşdür. Qalan borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi cavabdehin təqsiri üzündən baş tutmadığından hesab etmişdir ki, borcun qalan hissəsinin qəbul edilib ona qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının verilməsi və eləcə də qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmalıdır.

7. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh MTK-nın sədri X2 nümayəndəsi, vəkil vəkil3 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı qarşısında MTK hər hansı bir öhdəlik daşımır, iddiaçı müqaviləni MTK ilə yox, fiziki şəxs olan xxxx ilə bağlamış və müqavilə üzrə öhdəliklər onların arasında olmuşdur. Hazırda fəaliyyət göstərən Cavabdeh MTK 2016-cı ildə yaradılaraq rəsmi qeydiyyatdan keçmişdir və fiziki şəxs xxxx un hüquqi varisi deyildir. Iddiaçı ilə müqavilə bağlayan isə fiziki şəxs xxxx olmuş və sonuncu ## ######## 2007-ci il tarixdə həbs edilmiş və məhkəmə hökmü ilə məhkum edilmiş, ## #### 2016-cı il tarixdə vəfat etmişdir. MTK yaradılaraq yarımçıq qalmış işlər davam etdirilərək binanın tikintisi MTK tərəfindən başa çatdırılmış, bundan sonra iddiaçı MTK-ya müraciət edərək müqavilə üzrə hüquqlarını irəli sürmüş, ona izah edilmişdir ki, fiziki şəxs xxxx tərəfindən 7 bloklu olaraq tikilməsi nəzərdə tutulan binanın tikintisi qadağan edilmiş, sonradan MTK-ya yalnız 3 bloklu bina tikintisinə icazə verilmiş və bu səbəbdən fiziki şəxs xxxx tərəfindən üzərinə götürdüyü öhdəliklər üzrə MTK cavabdehlik daşımır, lakin vətəndaşların mənafeləri baxımından mövcud binanın 2-ci blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsindən iddiaçıya ödədiyi pul müqabilində sahə ayrılaraq verilə bilər. Lakin iddiaçı bununla razılaşmayaraq məhz künc kimi adlandırdığı, amma əslində blokun mərkəzində yerləşən sahənin ona verilməsini tələb etmişdir və onun bu tələbi əsassız olduğundan razılıq əldə edilməmişdir. Iddiaçının üzərində əlyazma ilə çoxsaylı düzəlişlər edilmiş müqaviləyə əsaslanaraq ona məhz özünün göstərdiyi sahənin verilməsi barədə iddiası əsassızdır və MTK tərəfindən təmin edilə bilməz. Lakin MTK humanizm baxımından, həm də mərhum xxxx un ruhuna hörmət əlaməti olaraq, müqavilə üzrə hər kv.metri 800 ABŞ dolları olsa da, onlar 700 ABŞ dolları kimi qəbul edirlər. Çünki, 800 ABŞ dolları ilə hesablansa iddiaçının payına düşəcək kv.metr sahə az olacaqdır. Iddiaçının ödədiyi 56000 ABŞ dolları müqabilində cəmi 80 kv.metr sahə düşdüyü halda, iddiaçıya binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.metr olan qeyri-yaşayış sahəsini təhvil verməyə və buna dair maliyyə arayışı verilməsinə razıdır. Qalan hissədə isə iddianı qəbul etmədiklərini və iddianın yalnız etiraf etdikləri hissədə təmin edilməsini xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın tələbindən və təqdim edilmiş müqavilənin məzmunundan aydın olur ki, iddiaçı ilə fiziki şəxs xxxx arasında yaranmış münasibətlər podrat müqaviləsindən irəli gələn münasibətlərə aiddir və bu zaman podrat münasibətlərindən irəli gələn maddi normalara istinad edilməlidir.

10. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı işləri iki il ərzində təhvil verməyi, payçı isə həmin müqavilədə nəzərdə tutulmuş məbləği icraçıya ödəməyi öhdələrinə götürmüşdür. Işin hallarından görünür ki, icraçı binanı göstərilən iki il müddətində təhvil verməmiş, payçı da öz öhdəliyini tam yerinə yetirməmişdir. Bu halda hər iki tərəf müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişlər.

11. Məhkəmə belə hesab etmişdir ki, hazırkı iddia üzrə Cavabdeh MTK-nın iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur və bu öhdəliyi yarada biləcək hər hansı bir müqavilə mövcud deyildir.

12. Belə ki, iş materiallarında olan müqavilədən də görünür ki, həmin müqavilə fiziki şəxs xxxx la iddiaçı arasında bağlanmış və bu müqaviləyə əsasən öhdəlikləri fiziki şəxs xxxx daşımışdır. Cavabdeh MTK 2016-cı ildə müstəqil təsisçilər tərəfindən yaranmışdır və həmin MTK fiziki şəxs xxxx un hüquqi varisi deyildir. Fiziki şəxs xxxx vəfat etdikdən sonra onun vərəsəsi kimi oğlu X2 tanınmışdır. Belə olduğu təqdirdə qüvvədə olan məhkəmə hökmü ilə təsdiq edildiyi kimi, mübahisə edilən qeyri-yaşayış sahəsinin tikintisi ilə əlaqədar pul vəsaiti dələduzluqla mənimsənilmiş iddiaçı mülki qaydada iddia ilə həmin pul vəsaitini borcludan (indiki halda onun vərəsələrindən) tələb etmək hüququna malikdir.

13. Qeyd olunan normalardan çıxış edərək məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.

14. Məhkəmə belə hesab etmişdir ki, cavabdehin iddianı qismən qəbul etməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

15. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıya ayrılması və təhvil verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin hazırda boş olduğunu və iddiaçıya şəxsi danışıqlar zamanı da təklif edildiyini bildirmişdir. Iddiaçı bu barədə bildirmişdir ki, həmin sahənin dəyəri onun ödədiyi pul vəsaitinə uyğun olsa da, o, həmin sahəni istəmir, onun sahəsi binanın ikinci blokunun küncündə yerləşir və o, da yalnız həmin sahəni tələb edir.

16. Bununla əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının məhz küncdə yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olmasını təsdiq etmək üçün işdə olan müqavilədə xətt yazısı ilə qeyd edilmiş “market uqol” qeydinə istinad etməsi əsassızdır. Belə ki, işdə olan müqavilədə həmin qeyd müqavilənin ümumi məzmuna daxil olmamaqla, xətt yazısı ilə sonradan yazılmış qeyddir və həmin qeydin həqiqiliyi təsdiq edilməmiş, kim tərəfindən və nə zaman yazılması müəyyən edilməmişdir. Belə olan təqdirdə iddiaçının məhz həmin qeydə əsaslanaraq məhz binanın küncündə yerləşən qeyri-yaşayış sahəsini tələb etməsi əsassızdır. Belə ki, tərəflər arasında mövcud olan müqaviləyə hər hansı bir dəyişiklik və ya əlavələr edilməsi hər iki tərəfin imzaladığı əlavə müqavilə ilə rəsmiləşdirilə bilərdi və ya müqaviləyə edilmiş əlavə və dəyişiklik barədə olan qeyd tərəflərin imzası ilə təsdiqlənməli idi. Bu hallar mövcud olmadığına görə məhkəmə müqavilə üzərində xətt yazısı ilə edilmiş əlavəni iddianın əsası kimi qəbul edə bilməz.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 387, 389, 752-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ##### 2023-cü il tarixli qətnaməsi ilə (hakim L.Məmmədovanın sədrliyi və məruzəsi ilə), hakimlər S.Qafari və A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 386, 387, 389, 752-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

22. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2023cü il tarixli,

23. *(***)-****/**** nömrəli qərarı ilə (hakim M.Əhmədovanın məruzəsi ilə, hakimlər Z.Əliyev və Ə.Xıdırov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi MTK-nın nə vaxt dövlət qeydiyyatından keçməsini, təsisçilərinin kim olmasını, həmin MTK-nın fiziki şəxs xxxx nun hüquqi varisi olub-olmamasını, xxxx nun daha öncə vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmamasını, mübahisəli binaların hansı rəsmi sənədin əsasında MTK tərəfindən inşasının başa çatdırılmasını araşdırmamışdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri * saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli arayışa əsasən ## #### 2016-cı ildə vəfat etmiş xxxx nun vərəsəsi oğlu – X2 müəyyən edilmişdir. Lakin xxxx ndan qalmış miras kütləsi müəyyən edilməmiş və X2 mirası hansı həcmdə qəbul etməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.

26. Həmçinin həm birinci, həm apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında xxxx nun oğlu X2 iddianı qismən etiraf etmiş, iddiaçının ödədiyi 56000 ABŞ dolları müqabilində cəmi 80 kv.m sahə düşdüyü halda, iddiaçıya binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsini təhvil verməyə və buna dair maliyyə arayışı verilməsinə razı olduğunu bildirilmişdir. Lakin məhkəmələr bu halı nəzərə almamışlar.

d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim İ.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Məmmədov və L.Rəhimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhəri, XXX və XXX küçələrinin kəsişməsindəki 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunda 1-ci mərtəbənin küncündəki ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinə aid ödənilməmiş 14.000 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan manat məzənnəsi ilə iddiaçı Iddiaçı tərəfindən ödənilməklə həmin sahənin və ödəniş barədə maliyyə arayışının iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdeh Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki halları və tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, tikintinin inşası xxxx un hüquqi varisi Cavabdeh MTK-ya məxsusdur.

29. Belə ki, müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisi iddiaçının və onun kimi digər payçıların vəsaiti hesabına aparılmışdır. Tərəflər arasında bağlanmış müqavilə ləğv edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Buna görə müqavilə ləğv olunmadığından və xxxx vəfat etdiyindən müqavilə üzrə öhdəliklər faktiki olaraq binanın hal-hazırda tikintisini həyata keçirən Cavabdeh MTK-ya keçmişdir. Işin 156-cı vərəqindəki ** №-li müqavilənin arxa tərəfindəki faktiki ödəniş cədvəlinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəliklərinə uyğun cəmi 42.000 ABŞ dolları və 11.000 manat ödənilmiş, bu isə ABŞ dollarının məzənnəsi üzrə həmin vaxt ümumilikdə 56.000 ABŞ dolları edir. Müqavilə şərtlərinə əsasən iddiaçının ümumilikdə 14.000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Iddiaçı iddia tələbində ödənilməmiş borc məbləğinin həmin vaxt daha az məzənnə üzrə 10.920 manat ödəmək istədiyini qeyd etsə də, qalmış 14.000 ABŞ dolları borc məbləğinin hal-hazırda indiki məzənnə üzrə ödəməyə də razı olduğunu məhkəmə kollegiyasının iclasında bildirmişdir.

30. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçının ödədiyi 56000 ABŞ dolları müqabilində 80 kv.m. sahə binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.m. olan qeyri-yaşayış sahəsini təhvil verməyə və buna dair maliyyə arayışı verilməsinə razı olduğunu bildirilmişdir. Lakin, iddiaçı qeyd edilən təkliflə razı olmadığını, künc hissənin verilməsi ilə bağlı xxxx la qarşılıqlı razılığa gəldiklərini bildirmiş, həmçinin qeyd etmişdir ki, qeyd edilən Sumqayıt şəhəri, XXX və XXX küçələrinin kəsişməsindəki 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunda 1-ci mərtəbənin küncündəki qeyri-yaşayış sahəsinə ondan başqa hal-hazırda heç kim iddia etməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinə istinad edərək əsaslandırmışdır.

e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

32. Cavabdeh Cavabdeh MTK kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024cü il tarixli,

33. *(***)-****/**** nömrəli qərarı ilə (hakim Ə.Əhmədovun məruzəsi ilə, hakimlər İ.Şəfiyev və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

34. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəla apellyasiya instansiyası məhkəməsi, kassasiya məhkəməsinin bundan əvvəlki qərarında MTKnın fiziki şəxs xxxx nun hüquqi varisi olub-olmaması; xxxx nun daha öncə vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmaması; mübahisəli binanın inşasının MTK tərəfindən hansı rəsmi sənədə əsasən başa çatdırılması; habelə ## #### 2016-cı il tarixdə ölmüş xxxx ndan qalmış miras əmlakın kütləsinin müəyyən edilməsi və onun vərəsəsi olan oğlu X2 mirası hansı həcmdə qəbul etməsi barədə göstərişlərini tam, hərtərəfli və obyektiv araşdırmamaqla MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur.

35. Digər tərəfdən, Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı işdə, MTK ilə iddiaçı arasında belə bir müqavilə yoxdur. Belə olan halda, MTK-nın iddiaçı qarşısında mübahisəli qeyri-yaşayış sahəsini ona təhvil verməklə bağlı hər hansı öhdəliyi əmələ gəlməmişdir. Iddiaçının tələbinin əsası kimi istinad etdiyi ## ### 2006cı il tarixli, ** nömrəli müqavilə isə MTK ilə iddiaçı arasında deyil, sonuncu ilə fiziki şəxs xxxx arasında bağlanıb, MTK isə fiziki şəxs xxxx nun ## #### 2016-cı il tarixdə ölümündən iki ay sonra, yəni ## ######## 2016-cı il tarixdə X7, X4, X3, X8 və X1 tərəfindən təsis edilib.

36. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, xxxx və digərləri Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli sayılaraq məhkum edilmişlər və həmin hökmlə iddiaçı zərərçəkmiş şəxs qismində tanınıb. Eyni zamanda hökmlə, məhkum xxxx və digərlərinin etibardan sui-istifadə edərək ## ### 2006-cı il tarixli, ** nömrəli müqavilə üzrə iddiaçının 42.000 ABŞ dolları və ya 37.867 manat pul vəsaitini ələ keçirdikləri, onun hüququna və qanuni mənafeyinə zərər vurduqları müəyyən olunub. Habelə hökmlə xxxx və digərlərinin üzərinə sözügedən müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya sahəsi 100 kv.metr olan qeyriyaşayış sahəsini tikib vermək vəzifəsi qoyulub.

37. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə əlavə edilmiş sübutlarla təsdiq olunmadığı üçün MTK-nın fiziki şəxs xxxx nun hüquqi varisi olması və sözügedən müqavilə üzrə məhz MTK-nın öhdəlik daşıması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz.

38. Lakin, bütün bunlara baxmayaraq işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin nümayəndəsi və vəkili vəkil3 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, sonradan MTK təsis edilərək yarımçıq qalmış tikinti işləri başa çatdırılmış və iddiaçının mənafeyi nəzərə alınaraq sözügedən binanın 2-ci blok, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ödədiyi pul vəsaitinin müqabilində iddiaçıya təklif edilmiş, lakin o, bununla razılaşmayaraq, məhz künc kimi adlandırdığı, amma əslində blokun mərkəzində yerləşən sahənin ona verilməsini tələb etmişdir. Göstərilənlərə əsasən, MTK humanizm baxımından və mərhum xxxx nun ruhuna hörmət əlaməti olaraq, hər kv.metrinin sahəsi 800 ABŞ dolları olsa da, iddiaçının hər kv.metr üçün ödədiyi 700 ABŞ dolları qəbul edilmişdir. Çünki, 800 ABŞ dolları ilə hesablansa iddiaçının payına düşəcək sahə az olacaqdır. Iddiaçının ödədiyi 56.000 ABŞ dolları müqabilində cəmi 80 kv.metr sahə düşdüyü üçün ona binanın 2-ci blok, 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.metr olan qeyri-yaşayış sahəsini və buna dair maliyyə arayışı verməyə razı olduqlarını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin nümayəndəsi və vəkili vəkil3 iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan, onun iddianı əslində 100 kv.metr sahəyə münasibətdə deyil, yalnız 80 kv.metr sahəyə münasibətdə qəbul etməsini nəzərə almadan, ümumiyyətlə sözügedən binada iddiaçının iddia etdiyi blokda və mərtəbədə 100 kv.metr sahənin olubolmadığını,

39. həmin sahənin başqa şəxsə verilib-verilmədiyi, 100 kv.metr sahənin faktiki boş olubolmadığını iş üzrə müvafiq ekspertiza keçirib aydınlaşdırmadan, başqa sözlə cavabdehin nümayəndəsi və vəkili vəkil3 izahatına MPM-in 106.1 və 191.3-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, iddianı tam, yəni ümumi sahəsi 100 kv.metr olan sahəyə münasibətdə təmin etmişdir.

40. Daha sonra, sözügedən məhkəmə hökmü ilə həmçinin müəyyən olunmuşdur ki, məhkum xxxx və digərləri etibardan sui-istifadə edərək 2004-cü ilin oktyabr-noyabr aylarında tərtib edilmiş tarixsiz müqavilə üzrə həm də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 45.000 ABŞ dolları və ya 44.127 manat pul vəsaitini ələ keçirərək onun da hüququna və qanuni mənafeyinə zərər vurmuşlar. Həmin cinayət işi üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da zərərçəkmiş şəxs qismində tanınmış və hökmlə xxxx və digərlərinin üzərinə sözügedən müqavilənin şərtlərinə uyğun olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da sahəsi 85 kv.metr olan qeyri-yaşayış sahəsini tikib vermək vəzifəsi qoyulmuşdur.

41. Eyni zamanda, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ## ###### 2024-cü il tarixdə Ali Məhkəməyə daxil olmuş müraciətindən və ona əlavə edilmiş sənədlərdən görünmüşdür ki, fiziki şəxs xxxx tərəfindən imzalanmış ***** nömrəli, tarixsiz müqaviləyə əsasən Sumqayıt şəhəri, XXX və XXX küçələrinin kəsişməsində 36-cı məhəllədə inşa olunan 14 mərtəbəli yaşayış evinin II blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85 kv.metr olan sahə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmişdir və sonuncunun deməsinə görə 2020-ci ildən həmin sahə onun faktiki istifadəsindədir. Sahənin qapı və pəncərələri onun tərəfindən qoyulmuşdur.

42. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşmış və hesab etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə yuxarıda sadalanan hallar araşdırılmalı, sözügedən binada iddiaçının iddia etdiyi ölçüdə sahənin olub-olmadığı, həmin sahənin başqa şəxsə verilibverilmədiyi, faktiki boş olub-olmadığı, habelə iddiaçının iddia etdiyi sahə ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs faktiki sahibləndiyi sahənin üst-üstə düşüb-düşmədiyi aydınlaşdırılmalı və yalnız bundan sonra iddianın əsaslılığına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

43. Kassasiya kollegiyası mövqeyini Mülki Məcəllənin 385, 386, 387, 752-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

44. Təkrar apellyasiya baxışı zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

45. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim A.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.Hüseynzadə və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

46. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri, həmçinin kassasiya instansiya məhkəməsinin qərarının göstərişləri üzrə araşdırma apararaq aşağıda şərh olunanları müəyyən etmişdir.

47. Belə ki, Ali Məhkəmə işə yenidən apellyasiya qaydasında baxılarkən aşağıda şərh olunan halların araşdırılmasını göstərmişdir: 47.1. xxxx nun daha öncə vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmaması - Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2009-cu il tarixli qərarının məzmunundan görünmüşdür ki, xxxx ## #### 2001-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin * saylı filialında vergi ödəyicisi fiziki şəxs kimi qeydiyyatda olmuş, yaşayış binaları inşa edib mənzil və qeyri-yaşayış sahələri satmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 47.2. MTK-nın fiziki şəxs xxxx nun hüquqi varisi olub-olmaması - Məhkəmə kollegiyası tərəfindən Dövlət Vergi Xidmətinə verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh MTK (VÖEN **********) ## ######## 2016-cı ildə dövlət qeydiyyatından keçmişdir. Reyestrdə Cavabdeh MTK-nın hüquq varisliyi müəyyən edilməmişdir. 47.3. Mübahisəli binanın inşasının MTK tərəfindən hansı rəsmi sənədə əsasən başa çatdırılması - Qeyd olunan göstəriş üzrə araşdırma aparan məhkəmə kollegiyası xxxx tərəfindən mübahisələndirilən ərazidə inşa edilmiş, lakin tikintisi başa çatdırılmamış tikililər (yaşayış binası), həmin yarımçıq tikililərin inşasının hansı hüquqi şəxsə həvalə edilməsi ilə bağlı məlumat verilməsi barədə Sumqayıt şəhər Icra Hakimiyyətinə verilmiş sorğuya cavabda göstərilmişdir ki, Sumqayıt şəhəri, XXX və XXX küçələrinin kəsişməsində olan yarımçıq tikililərin inşası hüquqi şəxs Cavabdeh MTK tərəfindən başa çatdırılmışdır. Bu xüsusatlar üzrə məhkəmə araşdırması zamanı dindirilən cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, inşası xxxx tərəfindən başlanılmış tikililər sonuncunun vəfatından sonra Cavabdeh MTK tərəfindən başa çatdırılmışdır. Lakin bununla bağlı heç bir rəsmi sənəd yoxdur. Həmin tikintilərin inşasının başa çatdırılması Respublika Prezidentinin 2019-cu il tarixli fərmanına istinadən icra edilmişdir. 47.4. ## #### 2016-cı il tarixdə ölmüş xxxx ndan qalmış miras əmlakın kütləsinin müəyyən edilməsi və onun vərəsəsi olan oğlu X2 mirası hansı həcmdə qəbul etməsi - Bu göstəriş üzrə araşdırma aparan məhkəmə kollegiyası tərəfindən Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş Idarəsinə sorğu verilərək əldə edilmiş sənədlərdən görünmüşdür ki, ## #### 2016-cı il tarixdə vəfat etmiş xxxx nun miras əmlakına dair oğlu X2 tam pay olmaqla ## ###### 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Miras əmlak – Bakı şəhəri, Nəsimi rayonu, XXX , ev 66 və «xxxx» firmasında xxxx na məxsus olan 100% paydan ibarətdir. 47.5. Sözügedən binada iddiaçının iddia etdiyi blokda və mərtəbədə 100 kv.metr sahənin olub-olmadığı və bununla bağlı müvafiq ekspertizanın keçirilməsi - Ali Məhkəmənin bu göstərişi üzrə məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan eskiz layihədə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi blok № *-nin 1-ci mərtəbəsində ümumi 601,7 kv.m qeyriyaşayış sahəsi nəzərdə tutulmuşdur. Həmin mərtəbənin mərtəbə planlaşdırılması aparılmadığından qeyd olunan 601,7 kv.m qeyri-yaşayış sahəsinin daxilində 100 və 85 kv.m qeyri-yaşayış sahələrinin nəzərdə tutulub-tutulmadığını müəyyən etmək mümkün olmamışdır. Iddiaçının iddia etdiyi yaşayış binasının 2-ci blok 1-ci mərtəbəsində künc hissədə yerləşən qeyri-yaşayış sahəsinin 85 kv.m olduğu müəyyən olunmuşdur. Həmin qeyri-yaşayış sahəsi ilə qonşu sahənin (sol tərəfi) 33 kv.m olduğu müəyyən olunmuşdur. “xxxx” Firması tərəfindən 2004-cü il tarixdə tərtib olunmuş Eskiz Layihəsi ilə müqayisədə binanın 1-ci qeyri-yaşayış mərtəbəsində sahə artımı olduğu müəyyən olunmuşdur (1-ci qeyri-yaşayış mərtəbələrinin divarları binanın ümumi fasadından çölə çıxır). Lakin layihəyə əsasən binanın mərtəbə planlaması nəzərdə tutulmadığından və faktiki vəziyyətdə daxili arakəsmə divarlar hörüldüyündən artımın ölçüsünü dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. 47.6. Həmin sahənin başqa şəxsə verilib-verilmədiyi - Qeyd olunan xüsusatın araşdırılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən mübahisəli sahəyə yerli müayinə zamanı iddiaçının iddia etdiyi sahənin (yaşayış binasının künc hissəsi) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verildiyi, həmin sahənin sonuncunun faktiki istifadəsində olduğu, qapı və pəncərə quraşdırıldığı, sahənin təmir olunduğu müəyyən edilmişdir. Həmçinin keçirilmiş ekspert tərəfindən tədqiq olunan ünvana baxış zamanı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin XXX prospekti (köhnə XXX) ilə XXX küçəsinin kəsişməsində inşa edilmiş blok № *-də yerləşdiyi, qeyri-yaşayış sahəsinin faktiki olaraq lombard kimi istifadə edildiyi müəyyən edilmişdir. 47.7. 100 kv.metr sahənin faktiki boş olub-olmadığı - apellyasiya kollegiyası araşdırması zamanı mülki iş materiallarında olan sübutlarla, habelə ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia olunan sahə 100 kv.m deyil, 85 kv.m-dir. Həmin 85 kv.m olan sahə isə qeyd olunduğu kimi faktiki olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsində və sahibliyindədir. 47.8. Iddiaçının iddia etdiyi sahə ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs faktiki sahibləndiyi sahənin üst-üstə düşüb-düşmədiyi - Sadalananlardan göründüyü kimi iddiaçı 100 kv.m qeyri-yaşayış sahəsini iddia edir, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi blok № *-nin 1-ci mərtəbəsində ümumi 601,7 kv.m qeyriyaşayış sahəsi nəzərdə tutulmuşdur. Həmin mərtəbənin, mərtəbə planlaşdırılması aparılmadığından qeyd olunan 601,7 kv.m qeyri-yaşayış sahəsinin daxilində 100 və 85 kv.m qeyri-yaşayış sahələrinin nəzərdə tutulub-tutulmadığını müəyyən etmək mümkün olmamışdır. Mövcud vəziyyətdə iddiaçının iddia etdiyi yaşayış binasının 2-ci blok 1-ci mərtəbəsində künc hissədə yerləşən qeyri-yaşayış sahəsinin 85 kv.m-dir. Kollegiya həmçinin vurğulamışdır ki, məhkəmə iclasında iddiaçı mübahisələndirilən sahənin əvvəlcə 100 kv.m olduğunu, daha sonra yanğından təhlükəsizlik qaydalarının təmin edilməsi məqsədi ilə həmin sahə (sol tərəfdən) 85 kv.m və 15 kv.m sahələrə ayrıldığını bildirdi. Kollegiya iddiaçının göstərdiyi bu hallarla bağlı bildirmişdir ki, işin müəyyən edilmiş faktiki halları bu göstərilənləri təkzib edir. Belə ki, məhkəmə tikinti ekspertizası tərəfindən aparılmış tədqiqat zamanı həmin qeyri-yaşayış sahəsi ilə qonşu sahənin (sol tərəfi) 30 kv.m olduğu müəyyən olunmuşdur. Göründüyü kim 85 kv.m və 33 kv.m sahələrin cəmi 100 kv.m-dən artıq olmaqla iddiaçının göstərdiklərini təkzib edir. 47.9. Ali Məhkəmənin Qərarının 51-ci bəndi üzrə araşdırma aparan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Ağır Cinayətlərə Dair Işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ## #### 2009-cu il tarixli hökmündən görünür ki, xxxx və digərləri Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli sayılaraq məhkum edilmişlər və həmin hökmlə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Eyni zamanda hökmlə, məhkum xxxx və digərləri etibardan sui-istifadə edərək ## ### 2006-cı il tarixli, ** nömrəli müqavilə üzrə iddiaçının 42.000 ABŞ dolları və ya 37.867 manat pul vəsaitini ələ keçirdikləri, onun hüququna və qanuni mənafeyinə zərər vurduqları müəyyən olunmuşdur. Habelə hökmlə xxxx və digərlərinin üzərinə sözügedən müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya sahəsi 100 kv.metr olan qeyriyaşayış sahəsini tikib vermək vəzifəsi qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2009-cu il tarixli qərarından görünür ki, Ağır Cinayətlərə Dair Işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ## #### 2009-cu il tarixli hökmü dəyişdirilmiş, hökmün nəticə hissəsindən hökmlə xxxx nun üzərinə Iddiaçı sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsini tikib vermək vəzifəsinin xaric edilməsi qərara alınmışdır. Qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə onlara dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olduğu izah edilmişdir. 47.10. Ali Məhkəmənin Qərarının 53-cü bəndi üzrə dindirilən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini, cavabdehin iddiaçı qarşısında heç bir öhdəlik daşımadığını, əvvəlki apellyasiya icraatı zamanı cavabdeh tərəf, xxxx un ruhuna hörmət əlaməti olaraq iddiaçıya 80 kv.m sahəni təklif etdiyini, hazırda belə bir imkanın olmadığını, yəni boş qeyri-yaşayış sahəsi olmadığını, ümumiyyətlə cavabdehin artıq heç bir təklifinin olmadığını bildirmişdir. 47.11. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın hazırda mövcud olan bina ilə eyni bina olmadığını, iddiaçının iddia etdiyi binanın yarımçıq tikili halında olduğunu, daha sonra isə məhkəmə qərarına əsasən söküldüyünü bildirmişdir. Iddiaçı cavabdehin nümayəndəsinin bu göstərdiklərinə etiraz edərək söküntüsü həyata keçirilmiş binanın başqa tikili olduğunu, hazırda iddia etdiyi binanın da söküləcəyi barədə eşitdiyini, lakin sonra sökülmədiyini bildirmişdir. 47.12. Apellyasiya kollegiyası vurğulamışdır ki, əvvəlki məhkəmə icraatları zamanı cavabdeh tərəfindən bu hal – binanın sökülməsi mübahisələndirilməmişdir.

48. Bununla yanaşı işin hərtərəfli, obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən müvafiq sənədlər əldə edilərək aşağıdakılar müəyyən edilmişdir: 48.1. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2011-ci il tarixli qətnaməsindən görünmüşdür ki, Sumqayıt şəhər Bələdiyyəsinin xxxx na qarşı iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, köhnə XXX rayonu ərazisində yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün 9000 kv.m torpaq sahəsinin xxxx na ayrılması barədə Sumqayıt şəhər Bələdiyyəsi Şurasının ## ### 2004-cü il tarixli *** nömrəli iclas protokolunun qərarının ləğv edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, köhnə XXX rayonu ərazisində özbaşına inşa edilmiş tikililər, o cümlədən ikimərtəbəli yarımçıq tikilinin xxxx nun hesabına sökülməsi, Sumqayıt şəhər Bələdiyyəsi Şurasının ## ### 2004-cü il tarixli *** nömrəli iclas protokolunun qərarı ilə Sumqayıt şəhəri, 36-cı məhəllə, köhnə XXX rayonu ərazisində yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış 9000 kv.m torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsinin ehtiyat fonduna qaytarılması qət edilmişdir. 48.2. Sumqayıt Şəhər Icra Hakimiyyətinin məhkəmə sorğusuna cavabında göstərilmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsinin müvafiq qərarına əsasən fiziki şəxs xxxx na torpaq sahəsi ayrılmış, sonradan həmin qərar müəyyən hissədə ləğv edilmişdir. Ilkin olaraq ərazidə kompleks yaşayış binalarının tikintisi nəzərdə tutulmuş, lakin sonradan Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarına əsasən XXX və XXX küçələrinin kəsişməsində olan hissəsi sökülmüş, kompleksin XXX və XXX küçələrinin kəsişməsində olan yarımçıq tikililərin inşası hüquqi şəxs Cavabdeh MTK tərəfindən başa çatdırılmışdır. Məlumat üçün bildirilmişdir ki, XXX küçəsi, hazırkı XXX prospektidir. Hazırda tikililərin yerləşdiyi ərazi Sumqayıt şəhəri, XXX prospekti, 222 olaraq qeyd edilmişdir. 48.3. Həmçinin mübahisələndirilən hala aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən yaşayış binalarına dair “xxxx” Firması tərəfindən 2004-cü il tarixdə tərtib olunmuş Eskiz Layihə əldə edilərək tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir: 1) “xxxx” Firması tərəfindən 2004-cü il tarixdə tərtib olunmuş Eskiz Layihəyə əsasən Sumqayıt şəhəri, XXX və XXX küçəsinin kəsişdiyi 36-cı məhəllədə hər biri 1 blokdan və 17 mərtəbədən ibarət 8 yaşayış binasının, 1 ədəd 2 mərtəbəli ofis binasının inşası nəzərdə tutulmuşdur. 2) Baxış zamanı XXX prospekti (köhnə XXX) ilə XXX küçəsinin kəsişməsində nəzərdə tutulan blok № *, blok № * və blok № *-ün inşa olunduğu müəyyən olunmuşdur. 3) Inşa olunmuş həmin binalarda layihə dəyişikliyi olduğu müəyyən olunmuşdur. Belə ki, layihədə binalar 17 mərtəbəli nəzərdə tutulsa da, faktiki olaraq blok № *-in 14 mərtəbəli, blok № *-nin 13 mərtəbəli, blok № *-ün isə 12 mərtəbəli olduğu müəyyən olunmuşdur. Eyni zamanda faktiki olaraq həmin binaların 1-ci qeyri-yaşayış mərtəbələrinin divarlarının binanın ümumi fasadından çölə çıxarıldığı müəyyən edilmişdir.

49. Araşdırılan hallardan göründüyü kimi layihədə nəzərdə tutulan 8 yaşayış binasından 3-ü inşa olunmuşdur, eləcə də, layihə dəyişikliyi olmuş, o cümlədən həmin binalar layihədə 17 mərtəbəli nəzərdə tutulsa da, faktiki olaraq 12, 13, 14 mərtəbəlidir.

50. Beləliklə, işin sadalanan faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı, fiziki şəxs xxxx la 100 kv.m qeyri-yaşayış sahəsinə pay hüququna dair ## ### 2016-cı il tarixdə müqavilə bağlamış və xxxx a müqaviləyə əsasən 42.000 ABŞ dolları və ya 37.867 manat pul ödəmişdir. xxxx ## #### 2016-cı il tarixdə vəfat etmişdir. xxxx un vəfatından sonra sonuncu tərəfindən XXX və XXX küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşası başlanılmış, lakin yarımçıq qalmış binaların tikintisi Cavabdeh MTK tərəfindən başa çatdırılmışdır. Cavabdeh MTK fiziki şəxs xxxx un hüquqi varisi deyildir, eləcə də MTK ilə iddiaçı arasında müqavilə bağlanılmamışdır, MTKnın iddiaçının qarşısında mübahisəli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı öhdəliyi müəyyən edilməmişdir.

51. Göründüyü kimi iddiaçının iddia etdiyi 100 kv.m qeyri-yaşayış sahəsi həmin binada mövcud deyildir, iddia olunan sahə faktiki olaraq 85 kv.metrdir və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsindədir. Toplanmış sübutlar iddia olunan sahə ilə üçüncü şəxsin istifadəsində olan sahənin eyni sahə olması qənaətinə gəlməyə əsas vermir.

52. Həmçinin, göründüyü kimi xxxx və digərləri etibardan sui-istifadə edərək ## ### 2006-cı il tarixli, ** nömrəli müqavilə üzrə iddiaçının 42.000 ABŞ dolları və ya 37.867 manat pul vəsaitini ələ keçirərək zərər vurduqları üçün məhkəmə hökmü ilə məhkum olunmuşlar, Iddiaçı həmin cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınmış, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə onlara dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olduğu izah edilmişdir.

53. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh Cavabdeh MTK iddiaçı Iddiaçı arasında müqavilə münasibəti yaranmadığından cavabdehdən müqavilə öhdəliyinin icra edilməsinin tələb edilməsi və üzərinə belə bir vəzifənin qoyulması Mülki Məcəllənin 385-386-cı maddələrinin göstərişləri ilə uzlaşmamışdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Araşdırılan mübahisədən göründüyü kimi MTK ilə iddiaçı arasında belə bir müqavilə yoxdur. Belə olan halda, MTK-nın iddiaçı qarşısında hər hansı öhdəliyi əmələ gəlməmişdir. Iddiaçının tələbinin əsası kimi istinad etdiyi ## ### 2006-cı il tarixli, ** nömrəli müqavilə isə MTK ilə iddiaçı arasında deyil, sonuncu ilə fiziki şəxs xxxx arasında bağlanmışdır. Kollegiyanın qənaətincə iddiaçının iş üzrə cavabdeh MTK-ya qarşı tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia tələbi əsassızdır və təmin edilə bilməz. Iddiaçının mərhum fiziki şəxs xxxx nun vərəsəsinə qarşı vurulmuş zərərin ödənilməsi barədə iddia hüququ vardır.

54. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 386, 387, 752ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

55. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 11, 56, 385, 386, 1243-cü, Mülki Prosessual Məcəllənin 82-ci maddələrinin tələbləri pozulmuşdur.

57. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh MTK-nın fiziki şəxs xxxx un hüquqi varisi olmaması barədə nəticəyə gələrkən Cavabdeh MTK-nın ## ######## 2016-cı ildə dövlət qeydiyyatına alınmasına dair reyestrdə onun fiziki şəxs xxxx un hüquqi varisi olmasının qeyd olunmamasına və MTK-nın hüquq varisliyini inkar edən cavabdehin nümayəndəsinin izahatına əsaslanmışdır. Məhkəmə kollegiyası həmin halı MTK-nın əvvəlki sahibkarın hüquq varisi olmasını inkar edən mötəbər sübut kimi qəbul edərkən işin faktiki hallarını nəzərə almamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. Iş materiallarından göründüyü kimi, fiziki şəxs xxxx ## #### 2001-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin * saylı filialında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla yaşayış binaları inşa edib, mənzil və qeyri-yaşayış sahələrinin satışı ilə məşğul olan sahibkar kimi fəaliyyət göstərmiş və bununla əlaqədar onun tərəfindən Sumqayıt şəhərində yaşayış binaları inşa edilərək müxtəlif şəxslərlə, o cümlədən iddiaçı ilə pay müqaviləsi adlandırılan müqavilələr bağlanmışdır. xxxx un ölümündən sonra onun vərəsələri olan qızları X7, X8 və onların həyat yoldaşları - cəmi 5 nəfər Cavabdeh MTK-nı təsis etmiş və ## ######## 2016-cı il tarixdə MTK-nın nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Həmin nizamnamədə kooperativin pay fondu 200 manat məbləğində müəyyən edilmişdir. Həmin payın 120 manatı X7, 20 manatı X6, 20 manatı X4, 20 manatı X3, 20 manatı X1 tərəfindən kooperativin pay fonduna köçürülmüşdür. Göründüyü kimi, MTK-nın təsisçiləri cəmi 200 manat məbləğində pay fondu müəyyən etdikləri halda, əslində mərhum xxxx dan miras qalmış yarımçıq vəziyyətdə olan bütün yaşayış binalarını öz sahiblik və istifadələrinə qəbul etmiş, mərhum xxxx un ayrıayrı şəxslərlə bağladığı müqavilələr əsasında inşa edilmiş mənzilləri və qeyri-yaşayış sahələrini həmin şəxslərə təhvil verməklə, xxxx un həmin şəxslər qarşısında olan öhdəliklərini icra etmiş və payçılar tərəfindən ödənilmiş pul vəsaitlərini qəbul etməklə gəlir əldə etmişlər. Beləliklə, MTK xxxx dan qalmış yaşayış binalarını öz faktiki mülkiyyətinə qəbul etməklə həmin binaların inşasını payçıların vəsaiti hesabına başa çatdırmış, eyni zamanda xxxx un öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. MTK müəyyən edilmiş mütləq pay haqqının (200 manat) müqabilində yaşayış binalarının tikintisi ilə məşğul olmaq iqtidarında olmamış, yalnız xxxx dan qalmış tikililərin bazasında və onunla bağlanmış müqavilələr əsasında fəaliyyətini qurmuşdur. MTK-nın xxxx la bağlanmış müqavilələr üzrə payçılarla müqavilə münasibətlərini davam etdirdiyi vəziyyətdə yalnız iddiaçı ilə müqavilə münasibətində olmasını inkar etməsi qanuni və əsaslı sayıla bilməz. MTK xxxx un hüquqi varisi olmamasına əsaslanıb mübahisə predmeti olan sahəni iddiaçıya təhvil verməkdən imtina etməklə və eləcə də həmin sahəni xxxx la başqa sahəyə dair müqavilə bağlamış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verməklə üzərinə götürdüyü müqavilə öhdəliyini pozmuşdur. Əgər MTK fiziki şəxs xxxx un hüquqi varisi deyildirsə, onda hansı əsasa görə iddiaçıya başqa yerdə yerləşən qeyri-yaşayış sahəsini təklif edir. XXX un iddiaçıya başqa qeyri-yaşayış sahəsini atası xxxx un ruhuna hörmət naminə etdiyini bildirərkən nəzərə almalı idi ki, əgər o, atasının ruhuna həqiqətən də hörmət etmək istəyirdisə, onda atasının iddiaçı ilə bağladığı müqavilədə nəzərdə tutulmuş yeri iddiaçıya təhvil verməli idi. Bu, həqiqətən də onun ruhuna hörmət olardı. Təsisçilər MTK-nı yaradarkən bilərəkdən onların fiziki şəxs xxxx un hüquqi varisi olmalarını dövlət reyestrində qeyd etdirməmiş və bunu, onlara lazım olduqda, əvvəlki sahibkarın öhdəliklərinin icrasından imtina etmək imkanını əldə etmək məqsədi ilə etmişlər. MTK-nın təsis olunduqdan sonrakı hərəkətləri mübahisəsiz təsdiq etmişdir ki, MTK əvvəlki sahibkarın bütün əmlakını sahiblik və istifadəsinə payçılardan qəbul etməklə ödənilməmiş, eləcə də qalmış əvvəlki pay sahibkarın haqlarını öhdəliklərini üzərinə götürüb onlarla müqavilə münasibətlərini davam etdirməklə əvvəlki sahibkarın hüquqi varisi olmasını təsdiq etmişdir. Müqavilə predmeti olan qeyri-yaşayış sahəsi və onun yerləşdiyi bina iddiaçının vəsaiti və payçıların ödədikləri vəsait hesabına inşa edildiyindən MTK-nın iddiaçı ilə bağlanmış müqaviləni icra etməkdən imtinası əsaslı sayıla bilməz. xxxx sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa da, MTK-nın təsis edilməsi ilə yaşayış binalarının tikintisi ilə bağlı fəaliyyət növünün təşkilati-hüquqi forması dəyişdiyindən, Mülki Məcəllənin 56-cı maddəsi həmin Məcəllənin 11-ci maddəsinin tələbinə uyğun olaraq hazırkı hüquq münasibətinə tətbiq edilməlidir. Qanun fiziki şəxsin hüquqi şəxsə çevrilməsi imkanını tənzimləməsə də, işin yuxarıda göstərilən müstəsna vəziyyəti və cavabdehin hüquqi varislik məsələsində qəsdən, bilə-bilə sui-istifadəyə yol verməsi cavabdehin əmlakını bütünlüklə ələ keçirdiyi fiziki şəxs xxxx un hüquqi varisi hesab edilməsi üçün əsas verir. Bundan başqa, müəyyən olunduğu kimi, xxxx 2016- cı ildə vəfat etsə də, onun oğlu və hazırkı iş üzrə cavabdeh X2 yalnız 2023-cü ildə atasından miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsində yerləşən ** nömrəli evə və “xxxx” Firmasına tam pay olmaqla irs olması barədə notariat orqanına müraciət etmiş və ona həmin əmlaka dair ## ###### 2023-cü il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xxxx un vəfatından sonra yarımçıq qalmış tikililər ona məxsus əmlak olmuş və həmin əmlaklar oğlu XXX tərəfindən faktiki sahibliyə qəbul edilmişdir. Işin həmin halı da iddiaçıya xxxx un müqavilə öhdəliklərinin icrası barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün əsas vermişdir.

58. Apellyasiya instansiyası məhkəməsi tələb etdiyi qeyri-yaşayış sahəsinin pay müqaviləsində göstərilən binada mövcud olmaması barədə nəticəyə gələrkən iddia etdiyi sahənin faktiki olaraq 85 kv.m olmasına və onun isə iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsində olmasına əsaslanmışdır. xxxx la aralarında ** nömrəli müqavilə ## ### 2006-cı il tarixdə bağlanmış və həmin müqaviləyə əsasən xxxx Sumqayıt şəhəri, Sülh küçəsi ilə XXX küçəsinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evin 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.metr olan mənzili (əslində qeyri-yaşayış sahəsini) 2 il müddətində iddiaçıya təhvil vermək barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilədə qeyri-yaşayış sahəsinin yeri “market uqol” kimi göstərilmişdir. Aylıq ödənişlərin həyata keçirilməsi ilə bağlı xxxx tərəfindən iddiaçıya ünvanlanmış və iş materiallarına əlavə edilmiş bildirişlərdə - “market uqol”un iddiaçıya verilməsi üçün nəzərdə tutulmuş 100 kv.metr sahənin yeri göstərilmişdir. xxxx tərəfindən qeyri-yaşayış sahəsinin yeri iddiaçıya əvvəlcədən göstərilmiş və kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli olduğundan həmin yerə dair onunla müqavilə bağlamışdır. X5 müraciət edərkən və istərsə də işə bütün məhkəmə instansiyalarında baxılarkən həmin sahənin mövcud olmaması barədə iddiaçıya irad bildirilməmiş və apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxladığı Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə tələb etdiyi sahənin boş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən evin 1-ci mərtəbəsində daxili arakəsmələrdə dəyişiklik edilməklə həmin sahədə hazırda ölçüləri – 85 və 33 kv.metr olan qeyri-yaşayış sahələri yaranmışdır. Həmin sahələr müqavilədə “market uqol” kimi qeyd olunmuş yerdə yerləşir. Cavabdehin hərəkəti nəticəsində iddiaçıya ayrılmış sahənin ölçüsü azaldılmış və bu, qəsdən, dolaşıqlıq yaradılması məqsədi ilə edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus sahənin yalnız ölçüsü azaldıldığından, işin bu halı tələb etdiyi sahənin mövcud olmaması qənaətinə gəlmək üçün əsas verməmişdir. 85 kv.metr ölçüdə olan sahənin iddiaçıya verilməsinə məcburiyyət qaydasında razılaşsa da, cavabdeh həmin sahənin boş olmamaqla 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsində olmasına istinad edərək bu təklifi ilə də razılaşmamışdır. Işə birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılarkən cavabdeh mübahisəli sahənin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsində olmasını bildirməmiş, yalnız işə Ali Məhkəmədə ikinci dəfə baxılarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tələb etdiyi sahənin ona məxsus olmaqla onun istifadəsində olmasını bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin kassasiya şikayətinə tələb etdiyi qeyri-yaşayış sahəsinin ona məxsus olmasını təsdiq edən sübut kimi xxxx la onun arasında bağlanmış tarixsiz ***** nömrəli pay müqaviləsini təqdim etmişdir. Həmin müqavilədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilməli olan sahənin ölçüsü 85 kv.m göstərilsə də, həmin sahənin binanın hansı hissəsində yerləşməsi göstərilməmişdir. Müqavilə xxxx tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Işə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən həm iddiaçı ilə və həm də işə 3-cü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə bağlanmış müqavilələrin əsilləri xxxx un haqqında olan cinayət işindən sorğu edilərək əldə edilmiş və məlum olmuşdur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə ***** nömrəli deyil, ** nömrəli müqavilə bağlanmış və həmin müqavilədə ona verilməli olan 85 kv.metr ölçülü sahənin yeri kimi “market orta” göstərilmişdir. Həmin müqavilədə də onun bağlanma tarixi göstərilməmişdir. Iddiaçı ilə bağlanmış müqavilənin əslində də tələb etdiyi qeyri-yaşayış sahəsinin yerinin “market uqol” kimi göstərilməsi müəyyən olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağlanmış müqavilədə göstərilən yer (market orta) binanın küncündə yerləşmədiyindən həmin sahənin onun istifadəsinə verilməsi əsassız olmuşdur.

59. Apellyasiya instansiyası məhkəməsi tələb etdiyi sahənin iddiaçıya verilməsindən imtina etmiş, MTK-nın hərəkətini qanuni sayarkən iddiaçı ilə müqavilənin MTK tərəfindən deyil, fiziki şəxs xxxx tərəfindən bağlanmasını və bununla əlaqədar MTK-nın iddiaçı qarşısında heç bir öhdəliyinin yaranmamasını əsas göstərmişdir. MTK xxxx a məxsus əmlakın bazasında yaranmaqla onun öhdəliklərinin icrasını öz üzərinə götürdüyündən və bununla da əvvəlki sahibkarın hüquqi varisi olduğundan, iddiaçı ilə MTK arasında yeni müqavilənin bağlanmasına ehtiyac yox idi. Müəyyən olunduğu kimi, xxxx la müqavilə münasibətində olan payçıların heç biri ilə MTK tərəfindən müqavilə bağlanmamış, lakin MTK həmin payçılarla müqavilə münasibətlərini davam etdirərək onların öhdəliklərini icra etmiş və hüquqi varisliklə bağlı onların arasında mübahisə yaranmamışdır.

60. Apellyasiya instansiyası məhkəməsi Ağır Cinayətlərə dair Işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xxxx un haqqında olan ## #### 2009-cu il tarixli hökmünə əsaslanaraq hesab etmişdir ki, həmin iş üzrə zərərçəkmiş kimi tanındığı üçün iddiaçıya dəymiş ziyanın ödənilməsi üçün xxxx un vərəsələrinə qarşı məhkəmədə iddia qaldırmaqla pozulmuş hüquqlarını müdafiə etməlidir. Iddiaçıya dəymiş ziyanın xxxx tərəfindən vurulması ilə bağlı məhkəmə hökmündə göstərilənlər və iddiaçının həmin iş üzrə zərərçəkmiş kimi tanınmağı onu hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etməmişdir. Işdən göründüyü kimi xxxx tərəfindən yaşayış binalarının inşası və eləcə də payçılarla münasibətlərin rəsmiləşdirilməsi zamanı müxtəlif nöqsanlara yol verilmişdir. Lakin həmin nöqsanlara görə məsuliyyət cavabdehin üzərinə düşdüyündən onların mövcudluğu iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

61. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

62. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

63. Etirazda kassasiya şikayətinin dəlillərinin əsassız olması göstərilmişdir.

Kassasiya baxışının hədləri:

64. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

65. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

66. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 752.1-ci maddəsinə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

67. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara ardıcıl hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

70. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə bir daha qeyd edir ki, mübahisəli qeyriyaşayış sahəsi ilə bağlı cavabdeh MTK tərəfindən iddiaçı qarşısında hər hansı öhdəliyin yaranması apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmamışdır. Belə ki, müqavilə münasibətləri iddiaçı ilə xxxx arasında yaranmışdır.

71. Kassasiya şikayətinin dəlilləri MTK-nın xxxx nun hüquqi varisi olması ilə bağlıdır. Lakin, həmin xüsusat üzrə də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmaqla, həmin şəxslər arasında hüquqi bağlılıq müəyyən olunmamışdır. Belə ki, məhkəmənin verdiyi sorğulara cavab olaraq müəyyən olunmuşdur ki, xxxx tərəfindən inşa edilmiş, lakin tikintisi başa çatdırılmamış tikililərin inşası Cavabdeh MTK tərəfindən başa çatdırılsa da, ## #### 2016-cı il tarixdə ölmüş xxxx nun vərəsəsi kimi X2 tanınmışdır. XXX un cavabdeh MTK-nın sədri olması həmin hüquqi şəxsin də xxxx nun vərəsəsi olmaqla, sonuncunun öhdəliklərinə görə cavabdehlik daşımasına əsas vermir.

72. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar