Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3158/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3158/2023 (Açar sözlər: müqavilə əsasında qeyri-yaşayış sahəsinin və həmin sahəyə aid maliyyə arayışının təhvil verilməsi, ödənişin qalan hissəsinin qəbul edilməsi vəzifəsinin Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilə əsasında qeyri-yaşayış sahəsinin və həmin sahəyə aid maliyyə arayışının təhvil verilməsi, ödənişin qalan hissəsinin qəbul edilməsi vəzifəsinin Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)630/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 (icraçı) İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli 35 saylı müqaviləyə əsasən icraçı payçıya 17 mərtəbəli evin 2-ci blokunda 1-ci mərtəbədə sahəsi 100 kv.metr olan mənzili (nömrəsi göstərilməyib) payçıya təhvil verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürmüş, tikintinin 2 ilə başa çatdırılması nəzərdə tutulmuş, mənzilin dəyəri hər kv.metrinə 700 ABŞ dolları olaraq müəyyən edilmişdir. Müqavilənin 5.1.-ci bəndinə əsasən hər iki tərəfdən biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır.
2. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmünə əsasən X7 AR CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış İddiaçı ifadəsində göstərmişdir ki, X3 tikdiyi 17 mərtəbəli binadan 100 kv.metr qeyri-yaşayış sahəsi almaqdan ötrü 42000 ABŞ dolları ödəmiş, lakin tikinti başa çatdırılmamışdır.
3. X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vərəsəsi - X5r. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – MTK və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsindəki 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunda 1-ci mərtəbənin küncündəki ümumi sahəsi 100 kv.metr olan qeyriyaşayış sahəsinə aid ödənişin 10920 manat məbləğində qalan hissəsinin müqavilə əsasında iddiaçı tərəfindən ödənilməsinin qəbul edilməsi, həmin sahənin və ödəniş barədə maliyyə arayışının iddiaçıya təhvil verilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandı rmışdır ki, 13 may 2006-cı ildə onunla MTK-nın icraçı direktoru - mərhum X7 arasında bağlanmış 35 nömrəli müqaviləyə əsasən özünü “İcraçı” adlandıran qarşı tərəf Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli yaşayış evinin 2-ci blokunun 1-ci mərtəbəsində küncdə (uqolda) yerləşən 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini ona verməyi və o, isə müqavilə üzrə qeyri-yaşayış sahəsinin hər kv.m-nə görə 700 ABŞ dolları ödəməyi öz üzərinə götürmüşdür. Sonradan ona təklif olunmuşdur ki, kv.m üçün 800 manat ödənilməlidir. O, müqavilə bağladığı şəxslə bu barədə razılaşmışdır. Cavabdeh tərəfindən ona təqdim olunmuş müqavilə forma və məzmununa görə Mülki Məcəllədə müəyyən olunmuş tələblərə tam cavab verməsə də, onun iştirakçılarının qarşılıqlı razılaşm ası əsasında və onların iradələrinə uyğun bağlandığından icrası tərəflər üçün məcburi xarakter daşımışdır. O, müqavilə üzrə öhdəliklərinin icrasına başlayaraq 1 kv.m 700 ABŞ dolları məbləğində qiymətləndirilmiş sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cəmi dəyərini təşkil edən 70000 ABŞ dollarının 56000 ABŞ dolları məbləğində əsas hissəsini MTK-ya ödəmişdir. Həmin məbləğin 42000 ABŞ dollarını 2006-2007-ci illərdə, sonrakı ilin dörd ayı ərzində isə 11000 manatını — ABŞ dolları hesabı ilə 14000 ABŞ dollarını MTK-ya ödəmişdir. Həmin illər 1 ABŞ dolları Azərbaycan manatı ilə məzənnəsi 0,78 qəpik təşkil edirdi. Qeyd edilən dövrdə onun MTK-ya 14000 ABŞ dolları məbləğində — rəsmi valyuta məzənnəsinə uyğun olaraq 10920 manat borcu qalmışdır. Qalan həmin məbləği ödəməyə dəfələrlə cəhd göstərsə də, 2007-ci ildə MTK-nın sədri X3 həbs edilməsi və 2016-cı ildə cəzaçəkmə müəssisəsində vəfat etməsi, eləcə də onun hüququ varisi olan oğlu - MTK-nın hazırkı sədri X4 imtina etməsi səbəbindən bu mümkün olmamışdır. Tikintinin inşası başa çatdırıldıqdan sonra qalan borcu ödəməklə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə MTK-ya yazılı şəkildə müraciət etdikdə, X8 qeyri-yaşayış sahəsinin sxemini təqdim etməməyini əsas göstərməklə tələbini rədd etmişdir. O, müqavilə üzrə öhdəliyini icra edərək qeyri-yaşayış sahəsinin dəyərinin əsas hissəsini - 56000 ABŞ dollarını ödəmiş və qalan 14000 ABŞ dollarını isə həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun olaraq 10920 manat məbləğində ödəməyə razı olmuşdur. Lakin MTK müqavilə öhdəliklərinin icrasından əsassız olaraq yayınaraq qalıq borcun o ndan qəbul edilib qeyri-yaşayış sahəsinin ona təhvil verilməsindən imtina etmişdir. Halbuki, müqaviləyə əsasən MTK tikintinin inşasını 2 il müddətində başa çatdırıb qeyri-yaşayış sahəsini ona təhvil vermək barədə öz üzərinə öhdəlik götürmüşdür. Qalan borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi cavabdehin təqsiri üzündən baş tutmadığından hesab etmişdir ki, borcun qalan hissəsinin qəbul edilib ona qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının verilməsi və eləcə də qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə MTK-nın üzərinə vəzifə qoyulmalıdır.
6. Məhkəmə iclasında MTK-nın sədri X4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı qarşısında MTK hər hansı bir öhdəlik daşımamış, iddiaçı müqavilən i MTK ilə yox, fiziki şəxs olan X7 ilə bağlamış və müqavilə üzrə öhdəliklər onların arasında olmuşdur. Hazırda fəaliyyət göstərən MTK 2016-cı ildə yaradılaraq rəsmi qeydiyyatdan keçmiş və fiziki şəxs X3 hüquqi varisi olmamışdır. İddiaçı ilə müqavilə bağlayan isə fiziki şəxs X7 olmuş və sonuncu xx.xx.2007-ci il tarixdə həbs edilmiş və məhkəmə hökmü ilə məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. MTK yaradılaraq yarımçıq qalmış işlər davam etdirilərək, binanın tikintisi MTK tərəfindən başa çatdırılmış, bundan sonra iddiaçı MTK-ya müraciət edərək müqavilə üzrə hüquqlarını irəli sürmüş, ona izah edilmişdir ki, fiziki şəxs X7 tərəfindən 7 bloklu olaraq tikilməsi nəzərdə tutulan binanın tikintisi qadağan edilmiş, sonradan MTK-ya yalnız 3 bloklu bina tikintisinə icazə verilmişdir və bu səbəbdən fiziki şəxs X7 tərəfindən üzərinə götürdüyü öhdəliklər üzrə MTK cavabdehlik daşımamış, lakin vətəndaşların mənafeləri baxımından mövcud binanın 2-ci blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsindən iddiaçıya ödədiyi pul müqabilində sahə ayrılaraq verilə biləcəyi bildirilmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq, məhz künc kimi adlandırdığı, amma əslində blokun mərkəzində yerləşən sahənin ona verilməsini tələb etmiş və onun bu tələbi əsassız olduğundan razılıq əldə edilməmişdir. İddiaçının üzərində əlyazma ilə çoxsaylı düzəlişlər edilmiş müqaviləyə əsaslanaraq ona məhz özünün göstərdiyi sahənin verilməsi barədə iddiası əsassız olmuş və MTK tərəfindən təmin edilə bilməz. Lakin MTK humanizm baxımından, həm də mərhum X3 ruhuna hörmət əlaməti olaraq, müqavilə üzrə hər kv.met ri 800 ABŞ dolları olsa da, onlar 700 ABŞ dolları kimi qəbul etmişlər. Çünki, 800 ABŞ dolları ilə hesablansa iddiaçının payına düşəcək kv.metr sahə az olacaqdır. İddiaçının ödədiyi 56000 ABŞ dolları müqabilində cəmi 80 kv.metr sahə düşdüyü halda, iddiaçıya binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.metr olan qeyri-yaşayış sahəsini təhvil verməyə və buna dair maliyyə arayışı verilməsinə razı olduqları bildirilmişdir. Qalan hissədə isə iddianı qəbul etmədiklərini və iddianın yalnız etiraf etdikləri hissədə təmin edilməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5655/2022 nömrəli iş üzrə 1 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmi n edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, icraçı işləri 2 il ərzində təhvil verməyi, payçı isə həmin müqavilədə nəzərdə tutulmuş məbləği icraçıya ödəməyi öhdələrinə götürmüşlər. İşin hallarından görünmüşdür ki, icraçı binanı göstərilən 2 il müddətində təhvil verməmiş, payçı da öz öhdəliyini tam yerinə yetirməmişdir. Bu halda hər iki tərəf müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişlər.
9. Məhkəmə belə hesab etmişdir ki, hazırkı iddia üzrə MTK-nın iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamış və bu öhdəliyi yarada biləcək hər hansı bir müqavilə mövcud olmamışdır. Belə ki, iş materiallarında olan müqavilədən də görünmüşdür ki, həmin müqavilə fiziki şəxs X7 ilə iddiaçı arasında bağlanmış və b u müqaviləyə əsasən öhdəlikləri fiziki şəxs X7 daşımışdır. MTK 2016-cı ildə müstəqil təsisçilər tərəfindən yaranmış və həmin MTK fiziki şəxs X3 hüquqi varisi olmamışdır. Fiziki şəxs X7 vəfat etdikdən sonra onun vərəsəsi kimi oğlu X8 tanınmışdır. Belə olduğu təqdirdə qüvvədə olan məhkəmə hökmü ilə təsdiq edildiyi kimi, mübahisə edilən qeyri-yaşayış sahəsinin tikintisi ilə əlaqədar pul vəsaiti dələduzluqla mənimsənilmiş iddiaçı mülki qaydada iddia ilə həmin pul vəsaitini borcludan (indiki halda onun vərəsələrindən) tələb etmək hüququna malik olmuşdur.
10. Məhkəmə belə hesab etmişdir ki, cavabdehin iddianı qismən qəbul etməsi qanuna zidd olmamış və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamışdır. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıya ayrılması və təhvil v erilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin hazırda boş olduğunu və iddiaçıya şəxsi danışıqlar zamanı da təklif edildiyini bildirmişdir. İddiaçı bu barədə bildirmişdir ki, həmin sahənin dəyəri onun ödədiyi pul vəsaitinə uyğun olsa da, o, həmin sahəni istəməmiş, onun sahəsi binanın ikinci blokunun küncündə yerləşmiş və o, da yalnız həmin sahəni tələb etmişdir.
11. Bununla əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının məhz küncdə yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olmasını təsdiq etmək üçün işdə olan müqavilədə xətt yazısı ilə qeyd edilmiş “market uqol” qeydinə istinad etməsi əsassız olmuşdur. Belə ki, işdə olan müqavilədə həmin qeyd müqavilənin ümumi məzmununa daxil olmamaqla, xətt yazısı ilə sonradan yazılmış qeyd olmuş və həmin qeydin həqiqiliyi təsdiq edilməmiş, kim tərəfindən və nə zaman yazılması müəyyən edilməmişdir. Belə olan təqdirdə iddiaçının məhz həmin qeydə əsaslanaraq məhz binanın küncündə yerləşən qeyri-yaşayış sahəsini tələb etməsi əsassız olmuşdur. Belə ki, tərəflər arasında mövcud olan müqaviləyə hər hansı bir dəyişiklik və ya əlavələr edilməsi hər iki tərəfin imzaladığı əlavə müqavilə ilə rəsmiləşdirilə bilərdi və ya müqaviləyə edilmiş əlavə və dəyişiklik barədə olan qeyd tərəflərin imzası ilə təsdiqlənməli idi. Bu hallar mövcud olmadığına görə məhkəmə müqavilə üzərində xətt yazısı ilə edilmiş əlavəni iddianın əsası kimi qəbul edə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 387, 389, 752-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq apellyator qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsində qeyd olunmuşdur ki, iş üzrə cavabdeh MTK-nın hazırkı sədri X8 atasının ruhuna hörmət əlaməti olaraq iddiaçı tərəfindən MTK-nın hesabına ödənilmiş 56000 ABŞ dollarının müqabilində ona müqavilədə göstərilən binanın 2-ci blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini deyil, digər blokun 1-ci mərtəbəsində yerləşən ödənişə müqabil qeyri-yaşayış sahəsini təhvil verməyə razı olduğu halda, iddiaçı müqavilədə nəzərdə tutulmayan qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddiaçı ilə bağlanmış müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin hal-hazırda boş vəziyyətdə olmasına (həmin sahəyə məhkəmə iclası keçirilərkən yerində baxış da keçirilmişdir) və həmin sahəyə müqavilə əsasında hər hansı digər şəxsin iddialı olmasının birmənalı şəkildə istisna olunmasına baxmayaraq, qeyd edilən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya verilməsindən imtina edilməsinə heç bir şəkildə aydınlıq gətirilməmişdir. Mübahisələndirilən məhkəmə qətnaməsinə görə iddiaçı ilə MTK-nın icraçı direktoru - fiziki şəxs mərhum X7 arasında yaranmış münasibətlər podrat müqaviləsindən irəli gələn münasibətlərə aid olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə tərəflər arasında bağlanmış müqavilənin məzmun unu birmənalı şəkildə təkzib etmişdir. Belə ki, həmin müqaviləyə görə nə MTK-nın mərhum direktoru X7, nə də ki, iddiaçı sifarişçi olmamışdır. Buna görə də tərəflərin arasında podrat müqaviləsinin mövcud olmasına dair məhkəmənin gəldiyi nəticəni birmənalı şəkildə əsaslı hesab etmək olmaz. Məhkəmənin mülahizəsinə görə aralarında bağlanmış müqaviləyə əsasən hər iki tərəf öz öhdəliklərini tam surətdə yerinə yetirməmişlər. Belə ki, icraçı yaşayış binasını 2 il müddətində tikib təhvil verməmiş, payçı da müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirməmişdir. Mübahisələndirilən qətnamədə işin o halı da məxsusi olaraq qeyd edilmişdir ki, X3 hüquqi varisi olmamışdır. MTK-nın hansı maddi baza əsasında yaradılması, varis X4 mərhum atasından qalmış əmlakı hansı hissədə qəbul etməsi və bununla əlaqədar təhvil aktının tərtib edilib-edilməməsi araşdırılmamışdır. Məhkəmənin özünün müəyyən etdiyi kimi varis X8 atasından yarımçıq vəziyyətdə qalmış binanın tikintisini başa çatdırmışdır. Halbuki, həmin binanın bünövrəsi və tikintisi iddiaçının və onun kimi digər payçıların vəsaiti hesabına aparılmışdır. Eləcə də, MTK-nın sədri kimi fəaliyyət göstərən X6 atasından qalmış bütün əmlak və vəsaitləri MTKya keçmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-630/2023 nömrəli mülki iş üzrə 4 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Ayaz Mahmudov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 387, 389, 752-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
20. Əlavə olaraq kassator qeyd etmişdir ki, mərhum X7 hüquqi şəxs kimi fəaliyyət göstərmiş, ləğv edilməmiş, digər növdən olan hüquqi şəxsə çevrilməmişdir. X8 atası mərhum X3 hüquqi varisi olmuş və əvvəlki hüquqi şəxsin öhdəlikləri üçün də məsuliyyət daşımışdır. Tərəflər arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi ilə əlaqədar aparılmış qeyd – market uqol – müqaviləni ilkin tərtib edən şəxs tərəfindən icra edilmiş və həmin qeyd müqavilənin mərhum X7 barəsində olan cinayət işinə əlavə edilmiş, digər ikinci nüsxəsində də eyni qaydada mövcud olmuşdur. Cinayət işinə əlavə edilmiş həmin müqavilənin surəti tərəfindən götürülərək, işə əlavə edilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan, mübahisələndirilən qətnamədə həmin yazının əsassız olaraq sonradan əlavə edilməsi nəticəsinə gəlmişdir. Halbuki, müqavilə nəzərdən keçirildikdə aydın şəkildə görünmüşdür ki, müqavilədəki bütün əlyazmaları eyni şəxs tərəfindən və eyni vaxtda icra edilmişdir.
21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43, 56, 752-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli dir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
26. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
27. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı nö vlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.3. Kassasiya məh kəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasi ya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
39. Belə ki, həm birinci, həm apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə fiziki şəxs X7 ilə iddiaçı arasında bağlanmış və bu müqaviləyə əsasən öhdəlikləri fiziki şəxs X7 daşımışdır. MTK 2016-cı ildə müstəqil təsisçilər tərəfindən yaranmış və həmin MTK fiziki şəxs X3 hüquqi varisi olmamışdır. Fi ziki şəxs X7 vəfat etdikdən sonra onun vərəsəsi kimi oğlu X8 tanınmışdır. Belə olduğu təqdirdə qüvvədə olan məhkəmə hökmü ilə təsdiq edildiyi kimi, mübahisə edilən qeyri-yaşayış sahəsinin tikintisi ilə əlaqədar pul vəsaiti dələduzluqla mənimsənilmiş iddiaçı mülki qaydada iddia ilə həmin pul vəsaitini borcludan (indiki halda onun vərəsələrindən) tələb etmək hüququna malik olmuşdur.
40. Məhkəmə kollegiyası məhkəmələrin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi MTK-nın nə vaxt dövlət qeydiyyatından keçməsini, təsisçilərinin kim olmasını, həmin MTK-nın fiziki şəxs X3 hüquqi varisi olub-olmamasını, X3 daha öncə vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmamasını, mübahisəli binaların hansı rəsmi sənədin əsasında MTK tərəfindən inşasının başa çatdırılmasın ı araşdırmamışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən xx.xx.2016-cı ildə vəfat etmiş X3 vərəsəsi oğlu – X8 müəyyən edilmişdir. X1 qalmış miras kütləsi müəyyən edilməmiş və X4 mirası hansı həcmdə qəbul etməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.
42. Həmçinin həm birinci, həm apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında X3 oğlu X8 iddianı qismən etiraf etmiş, iddiaçının ödədiyi 56000 ABŞ dolları müqabilində cəmi 80 kv.m sahə düşdüyü halda, iddiaçıya binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsini təhvil verməyə və buna dair maliyyə arayışı verilməsinə razı olduğunu bildirilmişdir. Lakin məhkəmələr bu halı nəzərə almamışlar.
43. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
44. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-630/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.