Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2837/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi 05.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli, 2(105)520/2024 saylı qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları
1. X9 (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 13 may 2006-cı il tarixli, 35 saylı müqaviləyə əsasən icraçı, Sumqayıt şəhəri, Sülh və Dovtluq küçələrinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli evin İİ blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.metr olan mənzili (nömrəsi göstərilməyib) payçıya təhvil verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürmüş və müqavilə üzrə ümumi sahəsi 100 kv.metr olan mənzilin dəyəri hər kv.metr üçün 700 ABŞ dolları müəyyən edilmişdir.
2. Həmin Müqavilənin 3.1-3.3-cü bəndlərində göstərilmişdir ki, tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi “icraçı” təhvil verir, “payçı” isə mənzili qəbul edir. Təhvil-təslim hər iki tərəfin imzası ilə təsdiq etdikləri ak t əsasında qanuniləşdirilir. Təhvil-təslim vaxtı çatışmamazlıqlar “icraçı” tərəfindən müəyyənləşdirilmiş akta əsasən aradan qaldırılmalıdır.
3. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli, 1(101)-76/2009 saylı hökmü ilə təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhküm edilmişdir. Həmin hökmlə həmçinin İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və müəyyən edilmişdir ki, məhkum X9 və digərləri etibardan sui-istifadə edərək 13 may 2006-cı il tarixli müqavilə üzrə İddiaçı 42.000 ABŞ dolları və ya 37.867 manat məbləğində pul vəsaitini ələ keçərərək, onun hüququna və qanuni mənafeyinə zərər vurmuşdur. X1 və digərlərinin üzərlərinə sözügedən müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı 100 kv.metr sahəsi olan mənzili tikib vermək vəzifəsi qoyulmuşdur. 4. 26 iyul 2016-cı il tarixdə verilmiş “Ölüm haqqında” Şəhadətnamədən görünür ki, X9 21 iyun 2016-cı il tarixdə “kəskin ürək damar çatışmamazlığı” xəstəliyindən ölmüşdür.
5. Cavabdeh Mənzil Tikinti Kooperativinin Nizamnaməsindən görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi 15 sentyabr 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır və onun adına “X7 Qeydiyyatı haqqında” ********** VÖEN nömrəli Şəhadətnamə verilmişdir.
6. Bakı şəhəri, 9 saylı Notariat ofisinin 09 iyun 2019-cu il tarixli məktubundan görünür ki, mərhum X3 vərəsəsi- oğlu X10r. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra- iddiaçı) Cava bdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra- MTK və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının İİ blok, 1-ci mərtəbəsinin küncündəki ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinə aid ödənişin 10.920 manat qalan hissəsinin müqavilə əsasında onun tərəfindən ödənilməsinin qəbul edilməsi, həmin sahənin və ödəniş barədə maliyyə arayışının ona təhvil verilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini onunla əsaslandırmışdır ki, 13 may 2006-cı il tarixdə onunla MTK-nın icraçı direktoru - mərhum X9 arasında bağlanmış 35 saylı m üqaviləyə əsasən, özünü “icraçı” adlandıran qarşı tərəf Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli yaşayış evinin İİ blok, 1-ci mərtəbəsində küncdə (uqolda) yerləşən 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini ona təhvil verməyi və o, isə müqavilə üzrə qeyriyaşayış sahəsinin hər kv.metrinə görə 700 ABŞ dolları ödəməyi öz üzərinə götürmüşdür. Sonradan ona təklif olunmuşdur ki, hər kv.m üçün 800 manat ödənilməlidir. O, müqavilə bağladığı şəxslə bu barədə razılaşmışdır. Cavabdeh tərəfindən ona təqdim olunmuş müqavilə forma və məzmununa görə Mülki Məcəllədə müəyyən edilmiş tələblərə tam cavab verməsə də, onun iştirakçılarının qarşılıqlı razılaşması əsasında və onların iradələrinə uyğun bağlandığından icrası tərəflər üçün məcburi xarakter daş ımışdır. O, müqavilə üzrə öhdəliklərinin icrasına başlayaraq 1 kv.metri 700 ABŞ dolları məbləğində qiymətləndirilmiş sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cəmi dəyərini təşkil edən 70.000 ABŞ dollarının 56.000 ABŞ dolları məbləğində əsas hissəsini MTK-ya ödəmişdir. Həmin məbləğin 42.000 ABŞ dollarını 2006-2007-ci illərdə, sonrakı ilin dörd ayı ərzində isə 11.000 manatını- ABŞ dolları hesabı ilə 14.000 ABŞ dollarını MTK-ya ödəmişdir. Həmin illər 1 ABŞ dolları Azərbaycan manatı ilə məzənnəsi 0,78 qəpik təşkil edirdi. Qeyd edilən dövrdə onun MTK-ya 14.000 ABŞ dolları məbləğində- rəsmi valyuta məzənnəsinə uyğun olaraq 10.920 manat borcu qalmışdır. Qalan məbləği ödəməyə dəfələrlə cəhd göstərsə də, 2007-ci ildə MTK-nın sədri X3 həbs edilməsi və 2016-cı ildə cəzaçəkmə müəssisəsində vəfat e tməsi, eləcə də onun hüququ varisi olan oğlu - MTK-nın hazırkı sədri X4 imtina etməsi səbəbindən bu mümkün olmamışdır. Tikintinin inşası başa çatdırıldıqdan sonra qalan borcu ödəməklə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə MTK-ya yazılı şəkildə müraciət etdikdə, X13 qeyri-yaşayış sahəsinin sxemini təqdim etməməyini əsas göstərməklə tələbini rədd etmişdir. O, müqavilə üzrə öhdəliyini icra edərək qeyri-yaşayış sahəsinin dəyərinin əsas hissəsini, yəni 56.000 ABŞ dollarını ödəmiş, qalan 14.000 ABŞ dollarını isə həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun olaraq 10.920 manat məbləğində ödəməyə razı olmuşdur. Lakin, MTK müqavilə öhdəliklərinin icrasından əsassız olaraq yayınaraq qalıq borcun ondan qəbul edilib qeyriyaşayış sahəsinin ona təhvil verməkdən imtina etmişdir. Halbuki, mü qaviləyə əsasən MTK tikintinin inşasını 2 il müddətində başa çatdırıb qeyri-yaşayış sahəsini ona təhvil vermək barədə öz üzərinə öhdəlik götürmüşdür. Qalan borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi cavabdehin təqsiri üzündən baş tutmadığından hesab edir ki, borcun qalan hissəsi ondan qəbul edilməli, qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə onun adına maliyyə arayışının verilməsi, habelə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsi MTK-nin üzərinə qoyulmalıdır.
9. Məhkəmə iclasında MTK-nın sədri X4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı qarşısında MTK hər hansı bir öhdəlik daşımamışdır, iddiaçı müqaviləni MTK ilə yox, fiziki şəxs olaraq X9 ilə bağlamışdır və müqavilə üzrə öhdəliklər onların ara sında olmuşdur. Hazırda fəaliyyət göstərən MTK 2016cı ildə yaradılaraq rəsmi qeydiyyatdan keçmiş və fiziki şəxs X3 hüquqi varisi olmamışdır. İddiaçı ilə müqavilə bağlayan isə fiziki şəxs X9 olmuş və sonuncu 11 sentyabr 2007-ci il tarixdə həbs edilmiş və məhkəmə hökmü ilə məhkum edilmiş, 21 iyun 2016-cı il tarixdə vəfat etmişdir. MTK yaradılaraq yarımçıq qalmış işlər davam etdirilərək, binanın tikintisi MTK tərəfindən başa çatdırılmış, bundan sonra iddiaçı MTK-ya müraciət edərək müqavilə üzrə hüquqlarını irəli sürmüş, ona izah edilmişdir ki, fiziki şəxs X9 tərəfindən 7 bloklu olaraq tikilməsi nəzərdə tutulan binanın tikintisi qadağan edilmiş, sonradan MTK-ya yalnız 3 bloklu bina tikintisinə icazə verilmişdir. Bu səbəbdən də fiziki şəxs X9 tərəfindən üzərinə götürdüyü öhdəliklər üzrə MTK c avabdehlik daşımamış, lakin vətəndaşların mənafeləri baxımından mövcud binanın 2-ci blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsindən iddiaçıya ödədiyi pul müqabilində sahə ayrılaraq verilə biləcəyi bildirilmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq, məhz künc kimi adlandırdığı, amma əslində blokun mərkəzində yerləşən sahənin ona verilməsini tələb etmiş və onun bu tələbi əsassız olduğundan razılıq əldə edilməmişdir. İddiaçının üzərində əlyazma ilə çoxsaylı düzəlişlər edilmiş müqaviləyə əsaslanaraq ona məhz özünün göstərdiyi sahənin verilməsi barədə iddiası əsassız olmuş və MTK tərəfindən təmin edilə bilməz. Lakin MTK humanizm baxımından, həm də mərhum X3 ruhuna hörmət əlaməti olaraq, müqavilə üzrə hər kv.metri 800 ABŞ dolları olsa da, onlar 700 ABŞ dolları kimi qəbul etmişlər. Çünki, 800 ABŞ dolları ilə hesablansa iddiaçının payına düşəcək kv.metr sahə az olacaqdır. İddiaçının ödədiyi 56.000 ABŞ dolları müqabilində cəmi 80 kv.metr sahə düşdüyü halda, iddiaçıya binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.metr olan qeyri-yaşayış sahəsini təhvil verməyə və buna dair maliyyə arayışı verilməsinə razı olduqları bildirilmişdir. Qalan hissədə isə iddianı qəbul etmədiklərini və iddianın yalnız etiraf etdikləri hissədə təmin edilməsini xahiş etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 2(060)-5655/2022 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia təmin edilməmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, icraçı işləri 2 il ərzində təhvil ve rməyi, payçı isə həmin müqavilədə nəzərdə tutulmuş məbləği icraçıya ödəməyi öhdələrinə götürmüşlər. İşin hallarından görünür ki, icraçı binanı göstərilən 2 il müddətində təhvil verməmiş, payçı da öz öhdəliyini tam yerinə yetirməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia üzrə MTK-nın iddiaçı qarşısında hər hansı bir öhdəliyi və bu öhdəliyi yarada biləcək hər hansı bir müqavilə mövcud olmamışdır. Belə ki, iş materiallarında olan müqavilədən görünür ki, həmin müqavilə fiziki şəxs X9 ilə iddiaçı arasında bağlanmış və bu müqaviləyə əsasən öhdəlikləri fiziki şəxs X9 daşımışdır. MTK 2016-cı ildə müstəqil təsisçilər tərəfindən yaranmış və həmin MTK fiziki şəxs X3 hüquqi varisi olmamışdır. Fiziki şəxs X9 vəfat etdikdən sonra onun vərəsəsi kimi oğlu X13 tanınmışdır. Belə olduğu təqdirdə qüv vədə olan məhkəmə hökmü ilə təsdiq edildiyi kimi, mübahisə edilən qeyri-yaşayış sahəsinin tikintisi ilə əlaqədar pul vəsaiti dələduzluqla mənimsənilmiş iddiaçı mülki qaydada iddia ilə həmin pul vəsaitini borcludan (indiki halda onun vərəsələrindən) tələb etmək hüququna malik olmuşdur.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddianı qismən qəbul etməsi qanuna zidd olmamış və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamışdır. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıya ayrılması və təhvil verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin hazırda boş olduğunu və iddiaçıya şəxsi danışıqlar zamanı da təklif edildiyini bildirmişdir. İddiaçı bu barədə bildirmişdir ki, həmin sahənin dəyəri onun ödədiyi pul vəsaitinə uyğun olsa da, o, həmin sahəni istəməmiş, onun sahəsi binanın ikinci blokunun küncündə yerləşmiş və yalnız həmin sahəni tələb etmişdir.
14. Bununla əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının məhz küncdə yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olmasını təsdiq etmək üçün işdə olan müqavilədə xətt yazısı ilə qeyd edilmiş “market uqol” qeydinə istinad etməsi əsassız olmuşdur. Belə ki, işdə olan müqavilədə həmin qeyd müqavilənin ümumi məzmununa daxil olmamaqla, xətt yazısı ilə sonradan yazılmış qeyd olmuş və həmin qeydin həqiqiliyi təsdiq edilməmiş, kim tərəfindən və nə zaman yazılması müəyyən edilməmişdir. Belə olan təqdirdə iddiaçının məhz həmin qeydə əsaslanaraq binanın küncündə yerləşən qeyriyaşayış sahəsini tələb etməsi əsassız olmuşdur. Belə ki, tərəflər arasında mövcud olan müqaviləyə hər hansı bir dəyişiklik və ya əlavələr edilməsi hər iki tərəfin imzaladığı əlavə müqavilə ilə rəsmiləşdirilə bilərdi və ya müqaviləyə edilmiş əlavə və dəyişiklik barədə olan qeyd isə tərəflərin imzası ilə təsdiqlənməli idi. Bu hallar mövcud olmadığına görə məhkəmə müqavilə üzərində xətt yazısı ilə edilmiş əlavəni iddianın əsası kimi qəbul edə bilməz.
15. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 385, 386, 387, 389, 752-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə ol araq apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsində qeyd olunmuşdur ki, iş üzrə cavabdeh MTK-nın hazırkı sədri X13 atasının ruhuna hörmət əlaməti olaraq iddiaçı tərəfindən MTKnın hesabına ödənilmiş 56.000 ABŞ dollarının müqabilində ona müqavilədə göstərilən binanın 2-ci blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini deyil, digər blokun 1-ci mərtəbəsində yerləşən ödənişə müqabil qeyri-yaşayış sahəsini təhvil verməyə razı olduğu halda, iddiaçı müqavilədə nəzərdə tutulmayan qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddiaçı ilə bağlanmış müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin hal-hazırda boş vəziyyətdə olmasına (həmin sahəyə məhkəmə iclası keçirilərkən yerin də baxış da keçirilmişdir) və həmin sahəyə müqavilə əsasında hər hansı digər şəxsin iddialı olmasının birmənalı şəkildə istisna olunmasına baxmayaraq, qeyd edilən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya verilməsindən imtina edilməsinə heç bir şəkildə aydınlıq gətirilməmişdir. Mübahisələndirilən məhkəmə qətnaməsinə görə iddiaçı ilə MTK-nın icraçı direktoru - fiziki şəxs mərhum X9 arasında yaranmış münasibətlər podrat müqaviləsindən irəli gələn münasibətlərə aid olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə tərəflər arasında bağlanmış müqavilənin məzmununu birmənalı şəkildə təkzib etmişdir. Belə ki, həmin müqaviləyə görə nə MTK-nın mərhum direktoru X9, nə də ki, iddiaçı sifarişçi olmamışdır. Buna görə də tərəflərin arasında podrat müqaviləsinin mövcud olmasına dair məhkəmənin gəldiyi nəticəni birmənalı şəkildə əsaslı hesab etmək olmaz. Məhkəmənin mülahizəsinə görə aralarında bağlanmış müqaviləyə əsasən hər iki tərəf öz öhdəliklərini tam surətdə yerinə yetirməmişlər. Belə ki, icraçı yaşayış binasını 2 il müddətində tikib təhvil verməmiş, payçı da müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirməmişdir. Mübahisələndirilən qətnamədə işin o halı da məxsusi olaraq qeyd edilmişdir ki, X3 hüquqi varisi olmamışdır. MTK-nın hansı maddi baza əsasında yaradılması, varis X4 mərhum atasından qalmış əmlakı hansı hissədə qəbul etməsi və bununla əlaqədar təhvil aktının tərtib edilib-edilməməsi araşdırılmamışdır. Məhkəmənin özünün müəyyən etdiyi kimi varis X13 atasından yarımçıq vəziyyətdə qalmış binanın tikintisini başa çatdırmışdır. Halbuki, həmin binanın bünövrəsi və tikintisi iddiaçın ın və onun kimi digər payçıların vəsaiti hesabına aparılmışdır. Eləcə də, MTK-nın sədri kimi fəaliyyət göstərən X8 atasından qalmış bütün əmlak və vəsaitləri MTKya keçmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(105)-630/2023 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), S.A.Qafari və A.A.Mahmudov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(060)-5655/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarl ı bir sübutlar təqdim etməmişdir.
20. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 385, 386, 387, 389, 752-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mərhum X9 hüquqi şəxs kimi fəaliyyət göstərmiş, ləğv edilməmiş, digər növdən olan hüquqi şəxsə çevrilməmişdir. X13 atası mərhum X3 hüquqi varisi olmuş və əvvəlki hüquqi şəxsin öhdəlikləri üçün də məsuliyyət daşımışdır. Tərəflər arasında bağlan mış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi ilə əlaqədar aparılmış qeyd “market uqol” müqaviləni ilkin tərtib edən şəxs tərəfindən icra edilmiş və həmin qeyd müqavilənin mərhum X9 barəsində olan cinayət işinə əlavə edilmiş, digər ikinci nüsxəsində də eyni qaydada mövcud olmuşdur. Cinayət işinə əlavə edilmiş həmin müqavilənin surəti tərəfindən götürülərək, işə əlavə edilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan, mübahisələndirilən qətnamədə həmin yazının əsassız olaraq sonradan əlavə edilməsi nəticəsinə gəlmişdir. Halbuki, müqavilə nəzərdən keçirildikdə aydın şəkildə görünmüşdür ki, müqavilədəki bütün əlyazmaları eyni şəxs tərəfindən və eyni vaxtda icra edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(102)-3158/2023 sa ylı qətnaməsi ilə (hakimlər- M.T.Əhmədova (məruzəçi), Z.Ə.Əliyev, Ə.M.Xıdırov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 aprel 2023-cü il tarixli, 2(105)630/2023 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
24. Kassasiya instansiyası məhkəməsi işə baxan məhkəmələrin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını hazırkı mülki mübahisəyə düzgün tətbiq etməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, ki, apellyasiya instansiyası məhkəməsi MTK-nın nə vaxt dövlət qeydiyyatından keçməsini, təsisçilərinin kim olmasını, həmin MTK-nın fiziki şəxs X3 hüquqi varisi olub-olmamasını, X3 daha öncə vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmamasını, mübahisəli binaların hansı rəsmi sənədin əsasında MTK tərəfindən inşasının başa çatdırılmasını araşdırmamışdır.
25. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 09 fevral 2019-cu il tarixli arayışa əsasən 21 iyun 2016-cı il tarixdə vəfat etmiş X3 vərəsəsi- oğlu X13 müəyyən edilmişdir. Lakin, X2 qalmış mirasın kütləsi müəyyən edilməmiş və X4 mirası hansı həcmdə qəbul etməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında X3 oğlu X13 iddianı qismən etiraf etmiş, iddiaçının ödədiyi 56.000 ABŞ dolları müqabilində cəmi 80 kv.m sahə düşdüyü halda, iddiaçıya binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsini təhvil verməyə və buna dair maliyyə arayışı verilməsinə razı olduğunu bildirilmişdir. Lakin, işə baxan məhkəmələr bu halı da nəzərə almamışlar.
26. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 387.2, 389.1, 389.3, 752.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli, 2(105)-520/2024 saylı qətnaməsi ilə (hakimlər- İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və L.E.Rəhimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(060)5655/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunda, 1-ci mərtəbənin küncündə ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinə aid ödənilməmiş 14.000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manat məzənnəsi ilə iddiaçı tərəfindən ödənilməklə, həmin sahənin və ödəniş barədə maliyyə arayışının iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiy a məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, MPM-nin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki işə apellyasiya baxışında baxılarkən işin faktiki halları və tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, tikintinin inşası Hüseynov Şakirin hüquqi varisi Cavabdeh MTK-ya məxsusdur.
29. Belə ki, işin araşdırılmış hallarına əsasən müəyyən olunur ki, müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisi iddiaçının və onun kimi digər payçıların vəsaiti hesabına aparılmışdır. Tərəflər ararsında bağlanmış müqavilə ləğv edilməmişdir. Buna görə də müqavilə ləğv olunmadığından və X9 vəfat etdiyindən müqavilə üzrə öhdəliklər faktiki olar aq binanın hal-hazırda tikintisini həyata keçirən Cavabdeh MTK-nə keçmişdir.
30. Apellasiya instansiyası məhkəməsi həmçinin sözügedən müqavilənin arxa tərəfindəki faktiki ödəmiş cədvəlinə əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəliklərinə uyğun cəmi 42.000 ABŞ dolları və 11.000 manat ödənilmiş, bu isə ABŞ dollarının məzənnəsi üzrə həmin vaxt ümumilikdə 56.000 ABŞ dolları təşkil edir. Müqavilə şərtlərinə əsasən iddiaçının ümumilikdə 14.000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı iddia tələbində ödənilməmiş borc məbləğinin həmin vaxt daha az məzənnə üzrə 10.920 manat ödəmək istədiyini qeyd etsə də, qalmış 14.000 ABŞ dolları borc məbləğinin hal-hazırda indiki məzənnə üzrə ödəməyə də razı olduğunu məhkəmə kollegiyasının iclasında bildirmişdir. Bundan əlav ə məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçının ödədiyi 56.000 ABŞ dolları müqabilində 80 kv.m. sahə binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.m. olan qeyri-yaşayış sahəsini təhvil verməyə və buna dair maliyyə arayışı verilməsinə razı olduğunu bildirilmişdir. Lakin iddiaçı qeyd edilən təkliflə razı olmadığını, künc hissənin verilməsi ilə bağlı X9 ilə qarşılıqlı razılığa gəldiklərini bildirmiş, həmçinin qeyd etmişdir ki, qeyd edilən Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsindəki 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunda 1-ci mərtəbənin küncündəki qeyri-yaşayış sahəsinə ondan başqa hal-hazırda heç kim iddia etmir.
31. Apellyasiya instan siyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini, habelə işə əlavə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlmişdir ki, iddianın qismən, yəni Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbənin küncündəki ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinə aid ödənilməmiş 14.000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manat məzənnəsi ilə iddiaçı tərəfindən ödənilməklə, həmin sahənin və ödəniş barədə maliyyə arayışının iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması üçün əsaslar vardır.
32. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 399.1-ci maddəsinə, habelə MPM-nin 14.2, 88, 217.3, 217.4, 372.6, 372.7, 384.0.2, 385.1.1 və 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarında isə tərəflər arasında hər hansı bir müqavilə olmasını təsdiq edən heç bir sənəd və süb ut mövcud deyil. Belə olan təqdirdə məhkəmənin cavabdehin üzərinə iddiaçıya qeyri-yaşayış sahəsini təhvil vermək öhdəliyini qoyması barədə qətnaməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası bu nəticəyə gəlmək üçün qeyd etmişdir ki, Cavabdeh MTK fiziki şəxs X3 hüquqi varisidir, sonuncu ilə bağlanmış müqaviləyə görə öhdəlik daşıyır və ona görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə maddi hüquq normalarına tam zidd olmuşdur və belə bir nəticəyə gəlmək üçün məhkəmə kollegiyasının əlində və ya mülki iş materillarında heç bir sübut mövcud olmamışdır. Əksinə, bu nəticəni təkzib edən sənədlər iş materiallarında vardır. Belə ki, işdə olan sənədlərə görə, Cavabdeh MTK dörd nəfər təsisçi tərəfindən təsis edilib və bu şəxslərlə X9 arasında heç bir hüquqi əlaqə yo xdur və Cavabdeh MTK-nin X3 hüquqi varisi olmasını təsdiq edən hər hansı bir sübut mülki iş materiallarında mövcud deyil. Əksinə, mülki iş materiallarında olan müqaviləyə əsasən, həmin müqavilə fiziki şəxs X9 ilə iddiaçı arasında bağlanmış və bu müqaviləyə əsasən öhdəlikləri fiziki şəxs olaraq X9 daşımışdır. Cavabdeh MTK 2016-cı ildə müstəqil təsisçilər tərəfindən yaranmışdır və həmin MTK fiziki şəxs X3 hüquqi varisi deyil. Fiziki şəxs X9 vəfat etdikdən sonra onun vərəsəsi kimi oğlu X13 tanınmışdır. Belə olan halda qüvvədə olan məhkəmə hökmü ilə təsdiq edildiyi kimi, mübahisə edilən qeyri yaşayış sahəsinin tikintisi ilə əlaqədar pul vəsaiti dələduzluqla mənimsənilmiş iddiaçı mülki qaydada iddia ilə həmin pul vəsaitini borcludan (indiki halda onun vərəsələrindən) tələb etmək hüququna malikd ir. Burdan belə bir nəticə çıxır ki, məhkəmə kollegiyası qanunların tələblərini pozaraq heç bir sübutla təsdiq edilməyən halı işin müəyyən edilmiş halı kimi qəbul etmiş və istinad edilən maddi normaların tələblərini kobud surətdə pozaraq iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmayan MTK-nın üzərinə müqavilə ilə nəzərdə tutulmamış öhdəlik qoymuşdur ki, bu halda məhkəmə qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz və belə bir qətnamə qanunsuz olmaqla ləğv edilməlidir. İddiaçının istinad etdiyi müqavilədə tələb etdiyi sahənin müqavilədə əl ilə yazılaraq əlavə edildiyi və digər tərəf tərəfindən təsdiq edilmədiyi üçün məhz həmin sahəni tələb etmək hüququ olmamışdır. Belə ki, iddiaçı israrla istinad etdiyi müqavilədə nəzərdə tutulan binanın küncündə yerləşən qeyri-yaşayış sahəsini tələb et mişdir ki, bununla əlaqədar olaraq hesab edilmişdir ki, iddiaçı məhz küncdə yerləşən qeyri yaşayış sahəsinin ona məxsus olmasını təsdiq etmək üçün işdə olan müqavilədə xətt yazısı ilə qeyd edilmiş “market uqol” qeydinə istinad etmişdir ki, bu hal özlüyündə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, işdə olan müqavilədə həmin qeyd müqavilənin ümumi məzmuna daxil olmamaqla, xətt yazısı ilə sonradan yazılmış qeyddir və həmin qeydin həqiqiliyi təsdiq edilməmiş, kim tərəfindən və nə zaman yazılması müəyyən edilməmişdir. Tərəflər arasında mövcud olan müqaviləyə hər hansı bir dəyişiklik və ya əlavələr edilməsi hər iki tərəfin imzaladığı əlavə müqavilə ilə rəsmiləşdirilə bilərdi və ya müqaviləyə edilmiş əlavə və dəyişiklik barədə olan qeyd tərəflərin imzası ilə təsdiqlənməli idi. Amma məhkəmə bu tələbləri pozaraq, həmin qanunsuz və əsassız əlavəni əsas gətirərək iddianı bu hissədə də təmin etmişdir ki, bu halda məhkəmə qətnaməsi qanuni hesab edilməməli və ləğv edilməlidir. Bu işdə iddiaçı öz iddiasını təsdiq etmək üçün istinad etdiyi tələblərini sübut edə bilməmişdir. Bunun üçün iddiaçıilk əvvəl MTK-nın onun qarşısında öhdəlik daşımasını, bundan sonra isə tələb etdiyi qeyri-yaşayış sahəsinin ona məxsus olmasını, sonda isə bu öhdəliyin özü tərəfindən tam icra edilməsini sübut etməli idi. Amma məhkəmə baxışı və araşdırması zamanı iddiaçı bu sadalanan halların heç birini sübut edə bilməmişdir. Bu halda isə iddia rədd edilməli idi. İşə baxan birinci instansiya məhkəməsi və ilk dəfə baxan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ididanı rədd etmişlər. Lakin ikinci dəfə apell yasiya qaydasında baxan məhkəmə kollegiyası heç bir sübuta və hala əsaslanmadan yalnız öz fərziyyə və düşüncəsi ilə belə hesab etmişdir ki, guya MTK fiziki şəxs X3 hüquqi varisidir. Ona görə də MTK iddiaçı qarşısında X3 götürdüyü öhdəliyi icra etməlidir. Bu isə tam qanunsuz bir nəticə olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xid mətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
39. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Cavabdeh kassasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
49. Belə ki, əvvəla apellyasiya instansiyası məhkəməsi, kassasiya məhkəməsinin bundan əvvəlki qərarında MT K-nin fiziki şəxs X3 hüquqi varisi olub-olmaması; X3 daha öncə vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmaması; mübahisəli binanın inşasının MTK tərəfindən hansı rəsmi sənədə əsasən başa çatdırılması; habelə 21 iyun 2016-cı il tarixdə ölmüş X2 qalmış miras əmlakın kütləsinin müəyyən edilməsi və onun vərəsəsi olan oğlu X4 mirası hansı həcmdə qəbul etməsi barədə göstərişlərini tam, hərtərəfli və obyektiv araşlırmamaqla MPM-in 420-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin normanın mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
50. Digər tərəfdən, Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nətic əsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı işdə, MTK ilə iddiaçı arasında belə bir müqavilə yoxdur. Belə olan halda MTK-nin iddiaçı qarşısında mübahisəli qeyri-yaşayış sahəsini ona təhvil verməklə bağlı hər hansı öhdəliyi əmələ gəlməmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi 13 may 2006-cı il tarixli, 35 saylı müqavilə isə MTK ilə iddiaçı arasında deyil, sonuncu ilə fiziki şəxs X9 arasında bağlanıb, MTK isə fiziki şəxs X3 21 iyun 2016-cı il tarixdə ölümündən iki ay sonra, yəni 15 sentyabr 2016-cı il tarixdə X5, X11, X14, X6 və X18 tərəfindən təsis edilib.
51. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, X9 və digərləri Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələrində nə zərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli sayılaraq məhküm edilmişlər və həmin hökmlə iddiaçı zərərçəkmiş şəxs qismində tanınıb. Eyni zamanda hökmlə, məhkum X9 və digərlərinin etibardan suiistifadə edərək 13 may 2006-cı il tarixli, 35 saylı müqavilə üzrə iddiaçının 42.000 ABŞ dolları və ya 37.867 manat pul vəsaitini ələ keçirdikləri, onun hüququna və qanuni mənafeyinə zərər vurduqları müəyyən olunub. Habelə hökmlə X9 və digərlərinin üzərinə sözügedən müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya sahəsi 100 kv.metr olan qeyriyaşayış sahəsini tikib vermək vəzifəsi qoyulub.
52. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə əlavə edilmiş sübutlarla təsdiq olunmadığı üçün MTK-nin fiziki şəxs X3 hüquqi varisi olması və sözügedən müqavilə üzrə məhz MTK-nin öhdəlik daş ıması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Halbuki, MPM-in 217.1-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni olmaqla yanaşı əsaslı olmalıdır.
53. Lakin, bütün bunlara baxmayaraq işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, sonradan MTK təsis edilərək yarımçıq qalmış tikinti işləri başa çatdırılmış və iddiaçının mənafeyi nəzərə alınaraq sözügedən binanın 2-ci blok, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ödədiyi pul vəsaitinin müqabilində iddiaçıya təklif edilmiş, lakin o, bununla razılaşmayaraq, məhz künc kimi adlandırdığı, amma əslində blokun mərkəzində yerləşən sahənin ona verilməsini tələb etmi şdir. Göstərilənlərə əsasən, MTK humanizm baxımından və mərhum X3 ruhuna hörmət əlaməti olaraq, hər kv.metrinin sahəsi 800 ABŞ dolları olsa da, iddiaçının hər kv.metr üçün ödədiyi 700 ABŞ dolları qəbul edilmişdir. Çünki, 800 ABŞ dolları ilə hesablansa iddiaçının payına düşəcək sahə az olacaqdır. İddiaçının ödədiyi 56.000 ABŞ dolları müqabilində cəmi 80 kv.metr sahə düşdüyü üçün ona binanın 2-ci blok, 1-ci mərtəbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.metr olan qeyri-yaşayış sahəsini və buna dair maliyyə arayışı verməyə razı olduqlarını bildirmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan, onun iddianı əslində 100 kv.metr sahəyə münasibətdə deyil, yalnız 80 kv.metr sayhəyə münasibətdə qəbul etməsini nəzərə almadan, ümumiyyətlə sözügedən binada iddiaçının iddia etdiyi blokda və mərtəbədə 100 kv.metr sahənin olub-olmadığını, həmin sahənin başqa şəxsə verilib-verilmədiyi, 100 kv.metr sahənin faktiki boş olub-olmadığını iş üzrə müvafiq ekspertiza keçirib aydınlaşdırmadan, başqa sözlə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatına MPM-in 106.1 və 191.3cü maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, iddianı tam, yəni ümumi sahəsi 100 kv.metr olan sahəyə münasibətdə təmin etmişdir. Halbuki, MPM-in 106.1 və 191.3-cü maddələrinin mənasına görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
55. Daha sonra, sözügedən məhkəmə hökmü ilə həmçinin müəyyən olunur ki, məhkum X9 və digərləri etibardan sui-istifadə edərək 2004-cü ilin oktyabr-noyabr aylarında tərtib edilmiş tarixsiz müqavilə üzrə həm də X12 45.000 ABŞ dolları və ya 44.127 manat pul vəsaitini ələ keçirərək onun da hüququna və qanuni mənafeyinə zərər vurmuşlar. Həmin cinayət işi üzrə X19 da zərərçəkmiş şəxs qismində tanınmış və hökmlə X9 və digərlərinin üzərinə sözügedən müqavilənin şərtlərinə uyğun olaraq X15 da sahəsi 85 kv.metr olan qeyri-yaşayış sahəsini tikib vermək vəzifəsi qoyulmuşdur.
56. Eyni zamanda X12 14 avqust 2024-cü il tarixdə Ali Məhkəməyə daxil olmuş müraciətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, fiziki şəxs X9 tərəfindən imzalanmış 00019 saylı, tarixsiz müqaviləyə əsasən Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində 36-cı məhəllədə inşa olunan 14 mərtəbəli yaşayış evinin İİ blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85 kv.metr olan sahə X15 verilmişdir və sonuncunun deməsinə görə 2020-ci ildən həmin sahə onun faktiki istifadəsindədir. Sahənin qapı və pəncərələri onun tərəfindən qoyulmuşdur.
57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə yuxarıda sadalanan hallar araşdırılmalı, sözüged ən binada iddiaçının iddia etdiyi ölçüdə sahənin olub-olmadığı, həmin sahənin başqa şəxsə verilib-verilmədiyi, faktiki boş olub-olmadığı, habelə iddiaçının iddia etdiyi sahə ilə X12 faktiki sahibləndiyi sahənin üst-üstə düşüb-düşmədiyi aydınlaşdırılmalı və yalnız bundan sonra iddianın əsaslılığına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
59. Eyni hüq uqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı Qərarında da ifadə olunub.
60. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli, 2(105)-520/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxı lması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.