Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-911/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlaka payın tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka payın tanınması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh 2003-cü ildə faktiki, 2006-cı ildə isə nikahalarını rəsmi qeydiyyata aldırmaqla ailə qurmuşlar.
2. Daşınmaz Əmlakın bağışlanması haqqında * saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda rəsmiləşdirilmiş ## #### 2014-cü il tarixli müqaviləyə əsasən, şahid1 özünə məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,16 hektar torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 76,9 kv.m., yaşayış sahəsi 31,5 kv.m., yardımçı sahəsi 45,4 kv.m. olan 1 (bir) otaqlı fərdi yaşayış evini və fərdi yaşayış evinin tərkib hissəsi olan Liter B, 1 mərtəbəli ayaqyolu, tikinti altı sahə 2 kv.m Liter İ, 1 mərtəbəli talvar, tikinti altı sahə 43 kv.m olan 20.000 manat dəyərində qiymətləndirilən daşınmaz əmlakı Cavabdeh bağışlamışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ##.##.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Göygöl rayonu Üçtəpə kəndində 0,16 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 76,9 kv.m.-dən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
4. Samara Vilayəti VVAQ idarəsinin Samara şəhər dairəsinin Sovetskiy rayon VVAQ şöbəsi tərəfindən verilmiş II EP ****** nömrəli, ##.##.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə Cavabdeh arasında olan nikah X4 şəhər Sovetskiy Rayon Məhkəməsinin ** saylı məhkəmə sahəsinin sülh hakiminin # #### 2024-cü il tarixli qərarı əsasında pozulmuş və bu barədə 2024-cü il avqust ayının 15-ci günündə nikahın pozulması haqqında ********************* saylı akt qeydi ilə tərtib olunmuşdur. Nikah pozulduqdan sonra arvada Hüseynova soyadı verilmişdir.
5. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ##.##.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Göygöl rayon Üçtəpə kəndində RX ******* nömrəli, ##.##.2014-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli, 508013010232-***** reyestr nömrəli ünvanda yerləşən fərdi yaşayış evində (mənzil) ##.##.1977-ci il təvəllüdlü İddiaçı daimi pasport qeydiyyatında olmuşdur.
6. Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə belə hesab etmişdir ki, iddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evdən istifadə hüququnun olmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatına alınması onun həmin fərdi yaşayış evinə istifadə hüququnun yaranması üçün əsas olmadığından, iddiaçının mülkiyyətində olan Göygöl rayonunun Üçtəpə kəndində 0,16 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli olmaqla, ümumi sahəsi 76,9 kv.m. olan fərdi yaşayış evindən cavabdeh İddiaçı istifadə hüququ yoxdur. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi təmin edilməməli, həmçinin hazırkı qətnamədə göstərilənlər cavabdeh İddiaçı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmasına əsas hesab olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.
7. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2014-cü il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində 0,16 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 76,9 kv.m. fərdi yaşayış evinə iddiaçının 1/2 payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.m. fərdi yaşayış evi cavabdehin mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçı üçün alınmış və ilkin sənədləri iddiaçının qardaşının adına olmuşdur. Həmin torpaq sahəsindəki ev də iddiaçının vəsaiti hesabına tikilmişdir. Tərəflər evlənərkən ev sadə təmirli olmuşdur. Qeyd edilən torpaq və onun üzərindəki evə dair ##.##.2014-cü il tarixdə iddiaçının qardaşı şahid1 adına çıxarış alınmışdır. İddiaçı həmin dövrdə Rusiya Federasiyasında işlədiyi üçün iddiaçının tapşırığına əsasən iddiaçının sahibliyində olan Göygöl rayonu, Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.m. fərdi yaşayış evi ##.##.2014-cü il tarixdə bağışlama müqaviləsinə əsasən iddiaçının qardaşı şahid1 tərəfindən cavabdeh Cavabdeh bağışlanmışdır. Həmin əmlak şahid1 tərəfindən Cavabdeh yox, qardaşının əmlakı kimi ailəyə bağışlanmışdır. Tərəflər evli olduğu müddətdə birgə təsərrüfat idarə etmiş və iddiaçının maddi vəsaiti əsasında evdə əsaslı təmir işləri aparılmış və daşınmaz əmlakın qiyməti əhəmiyyətli dərəcədə artırılmışdır. Cavabdeh iddiaçının məlumatı olmadan 2024-cü il tarixdə məhkəməyə müraciət edərək nikahın pozulmasına nail olmuşdur. Daha sonra isə Cavabdeh məhkəmədə iddia qaldıraraq guya ki, iddiaçının yaşamaması səbəbindən İddiaçı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmədə təəssürat yaratmağa çalışmışdır ki, guya ki, İddiaçı 20 ildən artıq müddətdir ki, Azərbaycana gəlib getmir. Halbuki qeyd edilən ev iddiaçının vəsaiti hesabına tikilmiş, Cavabdeh ümumiyyətlə heç bir yerdə işləməmiş və iddiaçının Rusiyada qazandığı pul vəsaiti hesabına mübahisəli ev təmir etdirilib əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişdirilmişdir. İddiaçının və cavabdehin ölkəyə giriş çıxışları yoxlanılarsa aydın olar ki, iddiaçı və cavabdeh 2025-ci ilə kimi birlikdə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Sonuncu dəfə cavabdeh iddiaçının yanından 56 ay bundan qabaq gəlmişdir. Mübahisəli evin iddiaçı tərəfindən tikilməsini, eyni zamanda əhəmiyyətli dərəcədə təmir edilməsini məhkəmə iclasında dindiriləcək şahidlər də təsdiq edəcəklər. Qeyd edilən şahidlər cavabdehin valideynləri, eyni zamanda başqa şəxslər olacaqdır. Cavabdeh İddiaçı qarşı hazırkı mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir.
9. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ev düzələn bir vaxtdan iddiaçı 3-4 ildən bir gəlib-getmiş və bununla bağlı sənəd də təqdim etmiş, iddiaçının keçən il gəlməsinin səbəbi isə bacısının övladının toy məclisi olmuşdur. O, Rusiyaya gedərkən qardaşının yanına getmiş və orada olarkən Nemət onlara baxmamış və ya onları təmin etməmişdir. İddia ilə razı deyil. Ata və anası şahid qismində gəlsələr də, iddiaçı ilə onlar qohum olduqlarından münasibətləri yaxşıdır. Onlar vaxtı ilə onu istifadə etmişlər. Belə ki, o, iddiaçı ilə nikaha girmək istəməsə də, valideynləri onu məcbur nikaha salmışlar. Həmçinin qeyd olunmalıdır ki, təmir işləri 2011-2012-ci illərdə olmuş, təmirdə iddiaçı iştirak etməmiş, təmir işlərində o, özü uşaqları ilə olmuşdur. Onun böyük qardaşı ona kömək etmişdir. Onun özü heç bir yerdə işləməsə də kirayə ev vermiş və ona köməklik olunmuşdur. Onlara heç kəs köməklik etməmiş, həmçinin valideynləri də köməklik etməmişdir. Qeyd olunan evi ona qayını 2014-cü ildə bağışlamışdır. Həmin yerdə iki məhəllə olmuş, həmin məhəllənin biri Nemətin digəri isə Ramilin adına olmuş, qaynının arvadı ilə problemləri olduğundan ona getmələrini və torpağı onun adına keçirməsini bildirmişdir. O, iddiaçı İddiaçılə 2024-cü ilin avqust ayında boşanmışdır. Onların evli olduqları 20-ilin faktiki 17 ilini iddiaçı İddiaçılə ayrı yaşamışlar. O, uşağının təhsili ilə əlaqədar məcbur olaraq getmiş, daha sonra isə gəlib hər il burda yaşamışdır. Onların arasında ər-arvad münasibətləri olmamış, o, getdikdə öz həyatında, Nemət isə öz həyatında olmuşdur. Nikahları pozulduqda əmlak bölgüsü olmamışdır. Onların birgə nikah dövründə Rusiyada iki ev və iki avtomobil, Azərbaycanda isə bir evləri olmuşdur. Onlar 2003-cü ildə evləndikdən sonra 2004-cü ildə təxminən aprel, may aylarında çıxıb getmişlər. Həmin vaxtdan demək olar ki, onlar ər-arvad kimi deyil və ayrı yaşamışlar. Belə ki, o, bir gün qardaşı gildə və bir gün bacısı gildə qalmışdır. İddiaçı atasının qohumu olduğundan onun tərəfini saxlayır. Rusiyada olan əmlaklardan pay almamışdır. O, Azərbaycana gəldikdən sonra gedə bilməmiş və bu səbəbdən həmin əmlaklardan pay ala bilməmişdir. O, həmin əmlaklardan özü üçün deyil uşaqları üçün pay istəyir. Onlar “ASAN” xidmətə getmişlər və orada qaynı həmin əmlakı ona bağışlamış, həmin vaxt iddiaçı İddiaçı də orada olmuş, onu notariata Nemət aparmış və onunla birlikdə olmuşdur. Nemət və o, qaynından evi bağışlamasını istəmişlər. Həmin vaxt Nemətin özü də evin Aynurun olmasını və qaynından ona bağışlamasını istəmişdir. Bağışlama vaxtı əri Nemət də onun yanında olmuş və onunla birlikdə getmişdir. Onun ata və anası kürəkəni və Hidayət kişi ilə yaxşı olmaq istəmələri səbəbindən, həmçinin onun böyük bacısının Nemətin yanında işləməsi səbəbindən Nemətin tərəfini saxlayır. Onun tərəfindən məhkəməyə şəxsiyyət vəsiqələri təqdim edilmiş şahidlərin dindirilməsini istəmir və onların məhkəmədə iştirak olmadan məhkəmə iclasının yekunlaşmasını istəyir. Əgər bağışlanma onların ailəsinə edilsə idi, sənəddə Nemətin adı və qolu olardı. Həmin ev ona bağışlanmış və onun olmuşdur. O, iddiaçıya pay verilməsinə razı deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh isə qardaşının keçmiş arvadıdır. Torpağı cavabdehə nə vaxt bağışlamasını dəqiq xatırlamır. Bağışlama olarkən onun yanında qardaşı Nemət və özü olmuşdur. O, böyük qardaş olduğu üçün və özünün torpağı və evi olması səbəbindən həmin torpağı dolanmaları üçün qardaşı gilə bağışlamışdır. Həmin vaxt qardaşı gil Rusiya vətəndaşı olduqlarından və xatırlamadığı hər hansı sənəd lazım olması səbəbindən evi Aynurun adına keçirmişlər. O, evi qardaşının ailəsinə bağışlamışdır. Evin tikintisini atası həyata keçirmişdir. Belə ki, bir yerdə olmuşlar hamısı işləmiş və büdcələri bir olmuş və həmin büdcədən xərclənmişdir. Nemət həmin evin tikintisinə pul xərcləmişdir. Torpağı təxminən 20 ildən çoxdur ki, almışlar. Ev isə 23-24 ildir ki, tikilmişdir. O, evi qardaşının ailəsinə bağışlamışdır. 2014-cü ildə “ASAN” xidmətə qardaşı yanında getmiş və adında olan 0,16 ha torpaq sahəsi və üzərindəki evi hədiyyə olaraq bağışlamışdır. Həmin vaxt bağışlama üçün hər hansı bir şərt qoymamış və sadəcə onlara ev olub dolanmaları üçün bağışlamışdır. Onun qardaşı Nemət həmin vaxt həmçinin Azərbaycan vətəndaşı da olmuşdur. Tam yadında deyil lakin uşaqla bağlı nəsə sənəd alınmalı olduğu üçün o, bağışlamanı qardaşının arvadına etmişdir. Notarius ona bağışlama müqaviləsinin ola bilər ki, şərtlərini izah etmiş, lakin uzun müddət keçməsi səbəbindən xatırlamır. Notariusda bağışlama olarkən müqaviləni oxumamışdır. Qardaşı olması səbəbindən şərtlə bağışlama müqaviləsi etməmişdir. Bağışlama müqaviləsi bağlandıqdan sonra o, həmin əmlaka dair hər hansı tələb irəli sürməmiş və narazılıq bildirməmişdir. Ev atasının və qardaşının vəsaiti hesabına hazırlanmışdır. Evi yəqin ki, başda qardaşına ailə ilə birlikdə bağışlamışdır. O, evi bağışlayarkən ev tam hazır olmuş və sadəcə divar kağızı qalmışdır. Evi bağışlama zərurətinin haradan yaranmasını bilmir. Qardaşı Nemət gəlib onun özünün evinin olmasını və evi bağışlamasını istəmiş, evdə atası və anası ilə məsləhətləşdikdən sonra evi bağışlamışdır. O, narazı olmaması səbəbindən gedib torpaq və evi adlarına keçirmiş, həmin vaxt öz yoldaşını da yanında aparmış və gedib qol çəkərək bağışlama etmişdir.
11. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı İddiaçı onun qohumudur və onların evini o, tikmişdir. Həmin evdə o, tikinti işləri görmüşdür. Daş və hörgü işləri görmüşdür. Həmin ev təxminən 20 ildən artıqdır tikilmişdir. Ev tikilərkən onlara kömək edən onların övladları və Hidayət müəllim olmuş, onların yeməklərini və pullarını da vermişlər. Onların pulunu Hidayət müəllim vermişdir. Ev tikilərkən qohum-əqrəba gəlmiş və özləri də fəhləliklərini etmişdir. Hidayət kişi həmin evi oğlu Nemətə tikmişdir. Neməti bir ildən artıq olar ki, görmüş və qayınatası gilə gəlmişdir. Ev tikilərkən Nemət və qardaşı uşaq olmuş, fəhləlik etmişlər. Evi tikmək üçün pulu Nemətin atası Hidayət vermiş, həmin vaxt Nemət uşaq olmuş və pulu olmamışdır. Evin kvadratını dəqiq deyə bilməz. Dəqiq bilmir evin uzunluğu 14-15 metr olmuş və ev bir zal və 4 otaqdan ibarət olmuşdur. O, evdə sadəcə hörgü işi görmüş, ancaq ev tikmiş və evin darvazasını qoymuşdur. Torpaq sahəsinə hasar tikməmişdir. Ev tikilərkən Nemət uşaq olmuş və ona kömək etmişlər. Ev təxminən 20 ildən artıqdır tikilmiş, həmin ərazidə iki məhəllə olmuş, Hidayət müəllim iki qardaşlara ev tikməsini bildirmişdir. Evin tikintisinin layihəsini və pulunu Hidayət müəllim vermiş, həmin vaxt Nemət və Ramil uşaq olmuşlar.
12. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid3 ifadəsində bildirmişdir ki, cavabdeh onun qızı, iddiaçı isə qızı Aynurun keçmiş əri, həmçinin arvadının qardaşının oğludur. Onun hal-hazırda kürəkəni və qızı ilə münasibəti yaxşıdır. Onun kürəkəni və qızı Rusiyada yaşamışlar. Kürəkəni hazırda Rusiyadadır, qızı isə 2 ilə yaxındır gəlmişdir. Qızının qardaşının yanında yaşaması və Nemətdən 15-20 ildir münasibətinin olmamasından məlumatsızdır. Belə ki, onlar Rusiyada olmuşlar, o, isə burada. O, qızının yaşadığı Üçtəpə kəndində olan evə uzun müddətdir ki, getmir. Qızı evlənərkən həmin ev tikili olmuş və evi kürəkənin atası tikdirmiş, kürəkəni isə ev tikilərkən fəhləlik etmişdir. Hidayət oğulları Ramil və Nemətin adına iki torpaq almış, həmin vaxt o, Rusiyada olmuşdur. Sonradan isə necə olmuşsa Ramil həmin torpağı qardaşına bağışlamışdır. O, Rusiyada olarkən eşitmişdir ki, Ramil torpağı qardaşına bağışlamışdır. Lakin necə və nə səbəbdən torpağın qızı Aynura bağışlanmasından məlumatı yoxdur. Evi Hidayət tikdirmiş və evdə fəhləliyi Nemət və Ramil etmişlər. Qızı Aynurla kürəkəni Nemət arasında olan ünsiyyətlərin yaxşı olmamasını son bir il ərzində eşitmişdir. Evin qızı Aynura bağışlanmasını bir ilə yaxındır ki eşitmişdir. Qızı Aynur 2003-cü ildə ərə getmiş və qızı ərə getdikdən sonra həmin evdə təzə çardaq qurulmuş, həmin vaxt qızı və kürəkəni Rusiyada olduqlarından ustaların yeməyini onun arvadı aparıb vermişdir. Qızı Aynurun və Nemətin Rusiyada da evləri vardır. Həmin evlərdən qızı Aynura pay verilməmişdir. Onların nikahlarının pozulmasını təxminən bir ilə yaxındır bilmişdir. Onların nikahları pozularkən əmlakların kimin olması barədə qızı Aynurdan heç nə soruşmamışdır. X1 Rusiyadan gəlib bir aya yaxın qalıb qayıdıb getmişlər və heç vaxt daimi burda yaşamamışlar. Keçən ilin yay ayında qızı və Nemət gəlmiş və birlikdə qayıdıb getmişlər. Sonradan eşitmişdir ki qızı ilə Nemətin nikahı Rusiyada pozulmuşdur. Yeznəsi Nemətlə danışır. Qızı ilə Nemətin iki uşağı var və atalarının yanında olmaqla Rusiyada oxuyurlar. X1 arasında əmlak bölgüsü ilə bağlı hər hansı mübahisə olmamış, bu haqda heç nə bilmir.
13. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid4 ifadəsində bildirmişdir ki, cavabdeh onun qızı, iddiaçı isə qızı Aynurun keçmiş əri, həmçinin qardaşının oğludur. Qızı ilə kürəkənin münasibətləri əvvəl yaxşı olmuş, lakin hazırda ayrılmışlar. Onların nə vaxt ayrılmalarını bilmir. Qızı Aynurun burda olan evinə gedib-gəlmişdir. Evin qızına bağışlanmasından xəbəri olmamış, onların özü, Nemət gedib evi qızına bağışlamışdır. Həmin evə qızının, qardaşının evi olaraq getmişdir. Həmin evi qardaşı Hidayət ilkin olaraq tikmiş, qalanını isə qızı və kürəkəni evləndikdən sonra tikmişlər. Qızı haradasa işləməmiş, kürəkəni Nemət pul qazanmışdır. Onun özü və oğulları evin tikintisi ilə bağlı qızı Aynura kömək etməmişlər. X1 nə vaxt evlənməsi yadında deyil, onlar evləndikdən sonra qayınanasıgildə onlarla yaşamış, daha sonra isə Rusiyaya getmişlər. Evi Hidayət müəllim tikmiş lakin ev tam hazır olmamış, daha sonra isə qızı və Nemət həmin evi təmir etdirmiş və evdə mətbəx, hamam və çardaq tikdirmişlər. Nemət gəlib-getmiş və gələndə atası gildə, onlarda və həmin evdə qalmışdır. Sonuncu dəfə Nemət anası öldükdə gəlmişdir. Qızı Aynur və Nemətin sonuncu dəfə nə vaxt ər-arvad kimi gəlib-getməsini bilmir. Qızı Aynur və Nemət Rusiyadan birlikdə də gedib-gəlmiş, həmçinin Aynur tək də gəlmişdir. X2 ərizə verib özü boşanmış, onun boşanmasını 5-6 ay sonra bilmişdir. Üçtəpə kəndində yerləşən ev qızına bağışlanmışdır. Qızına bağışlanan ev qardaşı oğlu Ramilin adına olmuş, lakin həmin evin niyə qızına bağışlanmasını bilmir. O, Nemətə arvadın adına ev bağışlamaq olmaz dedikdə, Nemət ona Aynur arvadı olmasını və bağışlamasını bildirmişdir. Nemətin adına Rusiyada iki ev vardır, həmin evlərdən qızına pay bölünməmişdir.
14. Göygöl Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)- ***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur.
15. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı 2003-cü ildə el adəti üzrə evlənib nikahlarını 2006-cı ildə rəsmiləşdirmişlər. Tərəflər nikahda olduqları müddətdə cavabdehin keçmiş qayını şahid1 mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ## #### 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehə Cavabdeh bağışlamış və bağışlamada heç bir qeyd şərt göstərilməmişdir. Hazırda sözügedən Göygöl rayonunun Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,9 kv.m. olan mübahisəli fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ##.##.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətindədir. İş üzrə tərəflərin izahatlarından, həmçinin iddiaçının vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən da görünür ki, iddiaçı İddiaçı Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı olmaqla daimi Rusiya Federasiyasında yaşamaqla ilin müəyyən vaxtlarında Azərbaycan Respublikasına gəlmiş, Göygöl rayon Üçtəpə kəndində yerləşən öz atasının evində, cavabdehin anası və iddiaçının bibisinə məxsus evdə və cavabdehə məxsus evdə bir neçə gün qalıb sonra ölkəni tərk etmişdir. Sonradan ər-arvad arasında olan narazılıqlara görə onların ailə münasibətləri kəsilmiş və aralarında olan nikah 2024-cü il tarixdə Samara Vilayəti, Samara şəhər Sovetskiy Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İş üzrə tərəflərin Rusiya Federasiyasında iki evləri və iki avtomobilləri olmuş, və nikahları pozularkən onların əmlakları bölünməmişdir. Hazırda cavabdeh qeyd edilən fərdi yaşayış evində, iddiaçı isə Rusiya Federasiyasında yaşayır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş iddiaçının qardaşı və bağışlamanı edən şahid şahid1 ifadəsində bildirmişdir ki, bağışlama olarkən onun yanında qardaşı Nemətdə iştirak etmiş və Nemət onun böyük qardaş olduğu üçün və özünün torpağı və evi olması səbəbindən həmin torpağı dolanmaları üçün qardaşıgilə bağışlamışdır. Həmin vaxt evi Aynurun adına keçirmişlər. O evi qardaşının ailəsinə bağışlamışdır. Evin tikintisini atası həyata keçirmişdir. Belə ki bir yerdə olmuşlar hamısı işləmiş və büdcələri bir olmuş və həmin büdcədən xərclənmişdir. Nemət həmin evin tikintisinə pul xərcləmişdir. Torpağı təxminən 20 ildən çoxdur ki almışlar. Ev isə 23-24 ildir ki, tikilmişdir. O, evi qardaşının ailəsinə bağışlamışdır. 2014-cü ildə Asan xidmətə qardaşı yanında getmiş və adında olan 0,16 ha torpaq sahəsi və üzərindəki evi hədiyyə olaraq bağışlamışdır. Həmin vaxt bağışlama üçün hər hansı bir şərt qoymamış və sadəcə onlara ev olub dolanmaları üçün bağışlamışdır. Onun qardaşı Nemət həmin vaxt həmçinin Azərbaycan vətəndaşı da olmuşdur. Bundan başqa məhkəmə iclasında iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı İddiaçı onun qohumudur və onların evini o tikmişdir. Həmin evdə o tikinti işləri görmüşdür. Daş və hörgü işləri görmüşdür. Həmin ev təxminən 20 ildən artıqdır tikilmişdir. Ev tikilərkən onlara kömək edən onların övladları və Hidayət müəllim olmuş, onların yeməklərini və pullarını da vermişlər. Onların pulunu Hidayət müəllim vermişdir. Ev tikilərkən qohum-əqrəbə gəlmiş və özləri də fəhləliklərini etmişdir. Hidayət kişi həmin evi oğlu Nemətə tikmişdir. Neməti bir ildən artıq olar ki görmüş və qayınatasıgilə gəlmişdir. Ev tikilərkən Nemət və qardaşı uşaq olmuş və fəhləlik etmişlər. Evi tikmək üçün pulu Nemətin atası Hidayət vermiş, həmin vaxt Nemət uşaq olmuş və pulu olmamışdır. Evin kvadratını dəqiq deyə bilməz. Dəqiq bilmir evin uzunluğu 14-15 metr olmuş və ev bir zal və 4 otaqdan ibarət olmuşdur. O, evdə sadəcə hörgü işi görmüş, ancaq ev tikmiş və evin darvazasını qoymuşdur. Torpaq sahəsinə hasar tikməmişdir. Ev tikilərkən Nemət uşaq olmuş və ona kömək etmişlər. Ev təxminən 20 ildən artıqdır tikilmiş, həmin ərazidə iki məhəllə olmuş, Hidayət müəllim iki qardaşlara ev tikməsini bildirmişdir. Evin tikintisinin layihəsini və pulunu Hidayət müəllim vermiş, həmin vaxt Nemət və Ramil uşaq olmuşlar. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid4 ifadəsində bildirmişdir ki, Üçtəpə kəndində yerləşən ev qızına bağışlanmışdır. Qızına bağışlanan ev qardaşı oğlu Ramilin adına olmuş, lakin həmin evin niyə qızına bağışlanmasını bilmir. O, Nemətə arvadın adına ev bağışlamaq olmaz dedikdə, Nemət ona Aynur arvadı olmasını və bağışlamasını bildirmişdir. Nemətin adına Rusiyada iki ev vardır, həmin evlərdən qızına pay bölünməmişdir.
17. Məhkəmə iddiaçı İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2014cü il tarixli çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində 0,16 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 76,9 kv.m. fərdi yaşayış evinə onun 1/2 payının müəyyən edilməsinə dair dəlilləri ilə razılaşmamışdır.
18. Belə ki, iş üzrə iddiaçının vəsatəti əsasında dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, Göygöl rayonunun Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,9 kv.m. olan mübahisəli fərdi yaşayış evi iddiaçı İddiaçı atası Hidayətin vəsaiti əsasında tikilmiş, ev tikilərkən evin layihəsi, xərcləri və ustaların əmək haqları Hidayət tərəfindən ödənilmiş, qeyd edilən prosesdə hər hansı maddi köməyinin olmadığı, ev tikilərkən iddiaçı uşaq olmaqla sadəcə fəhlə kimi iştirak etdiyi və həmin evdən faktiki istifadə etmədiyi sübut olunmuşdur. şahid1 mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ## #### 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehə Cavabdeh bağışlamış və bağışlamada heç bir qeyd şərt göstərilməmiş, bağışlama zamanı İddiaçı də iştirak etmişdir. Bundan əlavə məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, O, Göygöl rayonu Üçtəpə kəndində yerləşən evi qızına bağışlanması ilə bağlı kürəkəni Nemətə “arvadın adına ev bağışlamaq olmaz dedikdə”, Nemət ona Aynur arvadı olmasını və bağışlamasını bildirmişdir.
19. Məhkəmə daha sonra qeyd etmişdir ki, həmçinin iş üzrə təqdim olunmuş sənədlərdən, tərəflərin və şahidlərin ifadələrindən aydın olur ki, cavabdehin keçmiş qayını şahid1 öz iradə ifadəsinə əsasən mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ## #### 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehə bağışlamış və bağışlamada heç bir qeyd şərt göstərilməmiş, bağışlama olarkən şahid1, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh şəxsən notariat kontoruna birlikdə iştirak etmişlər, qeyd olunan əmlakın Cavabdeh bağışlanmasını barədə iradə ifadələri olmasını göstərmişlər. Hazırda sözügedən Göygöl rayonunun Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,9 kv.m olan mübahisəli fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ##.##.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətindədir.
20. Məhkəmə bu məsələyə hüquqi qiymət verərkən vurğulamışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikah dövründə ər-arvadın birgə əməyi və ya ümumi vəsaiti hesabına əldə edilmiş əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin eyni maddədə istisna hal olaraq vurğulanır ki, vərəsəlik qaydasında, bağışlama yolu ilə və ya şəxsi vəsait hesabına əldə edilmiş əmlak ümumi birgə mülkiyyətə daxil edilmir və onu əldə etmiş şəxsin şəxsi mülkiyyəti hesab olunur. Bu hüquqi mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, */**** №-li Qərarında da aydın şəkildə ifadə olunmuşdur. Həmin Qərarda vurğulanır ki, nikah dövründə ər və ya arvad tərəfindən bağışlama qaydasında əldə edilən əmlak ər-arvadın ümumi mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar sırasına daxildir və bu cür əmlak yalnız hədiyyəni alan şəxsin fərdi mülkiyyəti kimi tanınmalıdır.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar Göygöl rayon Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ## #### 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehin şəxsi mülkiyyəti olduğunu təsdiqləmişdir. İş materiallarında iddiaçının həmin evdən faktiki istifadə etməsi, bağışlamanın ər-arvada birlikdə hədiyyə edilməsi mötəbər sübutlarla öz əksini tapmamışdır.
22. Birinci instansiya məhkəməsi mövqeyini İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34, 60, 72 və 125-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 213.5 və 225.1ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 34, 36 və 37-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. “Bağışlama müqaviləsində heç bir qeyd-şərtin göstərilməməsi” əsası ilə iddianın rədd edilməsi nəticəsinə gələrkən məhkəmə səhv etmişdir. Belə ki, bilindiyi kimi bağışlama müqaviləsinə məhkəmənin qeyd etdiyi kimi şərt qoyulsa idi, o, əmlakı qardaşının ailəsinə bağışlayır o zaman müqaviləni təsdiq edən notarius bildirəcəkdi ki, bağışlanılan şəxslərin hər birinin vəsiqəsi təqdim edilsin və əmlak ər və arvada bağışlanılsın və əmlaka paylı mülkiyyətə dair çıxarış verilsin. Belə olan halda hazırkı mübahisə də olmayacaqdı və əmlak zatən paylı mülkiyyətdə olacaqdı. O, zaman belə bir sual yaranır ki, vahid məhkəmə təcrübəsi yaradan Ali Məhkəmə müvafiq qərarının 5.6-cı bəndini həmin qərarda niyə qeyd etmişdir? Göründüyü kimi məhkəmə hazırkı mövqeyi ilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırılması barədə mövqeyini heçə saymışdır və yenə də köhnə öz bildiyi qaydalarla ədalətsiz qərar qəbul etmişdir. Bundan başqa iddianın əsaslandırılmasının 2-ci hissəsindən görünür ki, mübahisəli mülk əvvəlcədən iddiaçının atasının və özünün vəsaiti hesabına tikilmiş, bağışlandıqdan sonra iddiaçının vəsaiti hesabına əsaslı təmir etdirilmiş və əlavə yenidənqurma işləri görülmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. İşin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh heç bir yerdə işləməmiş və evlilik dövründə hər hansı bir gəlir əldə etməmişdir. Bundan başqa şahidlərin ifadələrindən ən əsası cavabdehin ata və anasının ifadələrindən də aydın olur ki, həmin əmlak ilkin olaraq tərəflər evli olmadığı vaxtda iddiaçının atasının və özünün vəsaiti hesabına tikilmiş və daha sonra isə tərəflər evli olduğu zaman iddiaçının vəsaiti hesabına əsaslı təmir etdirilərək əlavə yenidənqurma işləri görülmüşdür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır və apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh heç bir yerdə işləməmiş və evlilik dövründə hər hansı bir gəlir əldə etməmişdir. Bundan başqa şahidlərin ifadələrindən ən əsası cavabdehin ata və anasının ifadələrindən də aydın olur ki, həmin əmlak ilkin olaraq tərəflər evli olmadığı vaxtda iddiaçının atasının və özünün vəsaiti hesabına tikilmiş və daha sonra isə tərəflər evli olduğu zaman iddiaçının vəsaiti hesabına əsaslı təmir etdirilərək əlavə yenidənqurma işləri görülmüşdür. Belə olan halda məhkəmə bu maddənin tələbinə əsasən iddianı təmin etməli idi. İş üzrə şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, evi qardaşının ailəsinə bağışlamışdır. Bu hal onu deməyə əsas verir ki, bağışlayan şəxs əmlakı rəsmi sənəddə qardaşı arvadının adına bağışlasa da, əmlak bütövlükdə ailə üçün bağışlanmışdır. Bu isə vahid məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin müvafiq qərarında göstərdiyi mövqeni birbaşa təsdiq edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddia göstərilən hər 2 hala görə də əsaslıdır. Məhkəmə isə iddianı rədd etməklə qanunvericiliyin tələblərini eyni zamanda vahid məhkəmə təcrübəsini pozmuşdur.
25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Rüfət Məcidov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli Göygöl rayonunun Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,9 kv.m. olan mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah münasibətlərində əldə etdikləri əmlak olmamışdır. Çünki, mübahisəli daşınmaz əmlak cavabdehin adına bağışlama müqaviləsi əsasında rəsmiləşdirilmiş və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bağışlama müqaviləsinin məzmunundan və hüquqi nəticələrindən görünür ki, müqavilə şərtsiz bağlanmış, bağışlanılan əmlak üzərində mülkiyyət hüququ yalnız cavabdehə keçmişdir. Müqavilədə əmlakın ailəyə, yaxud hər iki həyat yoldaşına birgə bağışlanmasını təsdiq edən hər hansı müddəa, qeyd və ya hüquqi şərt nəzərdə tutulmamışdır.
27. İddiaçı tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə istinad edilərək, nikah dövründə əmlaka qoyulmuş vəsaitlər nəticəsində onun dəyərinin əhəmiyyətli dərəcədə artırıldığı iddia edilmişdir. Lakin iş materiallarında mübahisəli əmlakın bağışlanmadan sonra iddiaçının vəsaiti hesabına əsaslı təmir və ya yenidənqurma nəticəsində dəyərinin xeyli artmasını təsdiq edən ekspert rəyi, maliyyə sənədləri və ya digər obyektiv sübutlar mövcud deyildir. Təkcə şahid ifadələri əmlakın dəyərinin hüquqi baxımdan əhəmiyyətli dərəcədə artmasını müəyyən etmək üçün kifayət hesab edilmir.
28. Hazırkı iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak cavabdehə ## #### 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında bağışlanmışdır. Həmin müqavilə notariat qaydasında rəsmiləşdirilmiş, bağışlayan şəxsin iradəsi açıq və birmənalı şəkildə ifadə edilmiş və əmlakın məhz cavabdehə bağışlanması hüquqi sənəddə təsbit olunmuşdur. Bağışlama müqaviləsində əmlakın ailəyə birgə bağışlanmasına, yaxud ər-arvad arasında paylı və ya birgə mülkiyyət hüququnun yaranmasına dair hər hansı qeyd, şərt və ya hüquqi göstəriş nəzərdə tutulmamışdır.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, Konstitusiya Məhkəməsinin ## ###### 2023cü il tarixli “E.Salmanlının şikayəti üzrə” qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, nikah dövründə əldə edilmiş əmlakın əvəzsiz əqd – bağışlama müqaviləsi əsasında tərəflərdən birinin şəxsi əmlakı hesab edilməsi üçün belə əqdin yazılı formada mövcud olması əsas sübutetmə şərtidir. Hazırkı işdə bu şərt mövcuddur və bağışlama müqaviləsi əmlakın məhz cavabdehə bağışlandığını birmənalı şəkildə təsdiq edir.
30. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, şahid ifadələrində bağışlamanın “ailə üçün” edilməsi barədə səsləndirilən fikirlər bağışlama müqaviləsinin rəsmi hüquqi məzmununu dəyişmir. Şahid izahatları notariat qaydasında təsdiq edilmiş yazılı əqdin hüquqi nəticələrini təkzib etmək və ya onun subyekt tərkibini genişləndirmək üçün kifayət hesab edilə bilməz. Hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsipləri baxımından mülkiyyət hüququnun mənsubiyyəti yalnız qanunla müəyyən edilmiş qaydada və etibarlı sübutlar əsasında dəyişdirilə bilər.
31. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iş üzrə mövcud sübutların məcmusu mübahisəli əmlakın bağışlama nəticəsində ailəyə deyil, yalnız cavabdehə edildiyini təsdiq edir. Əksini sübut edən mötəbər, obyektiv və hüquqi baxımdan kifayət edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci, Mülki Məcəllənin 225.2, 225.4, 666.1-ci, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 33.1, 34.1, 35, 36.1, 36.3, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
33. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh heç bir yerdə işləməmiş və evlilik dövründə hər hansı bir gəlir əldə etməmişdir. Bundan başqa şahidlərin ifadələrindən ən əsası cavabdehin ata və anasının ifadələrindən də aydın olur ki, həmin əmlak ilkin olaraq tərəflər evli olmadığı vaxtda iddiaçının atasının və özünün vəsaiti hesabına tikilmiş və daha sonra isə tərəflər evli olduğu zaman iddiaçının vəsaiti hesabına əsaslı təmir etdirilərək əlavə yenidənqurma işləri görülmüşdür. Belə olan halda məhkəmə bu maddənin tələbinə əsasən iddianı təmin etməli idi.
35. Məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, məhkəmə hazırkı qətnaməsi ilə “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarı”nın tələblərini pozmuşdur. Belə ki, qeyd edilən qərarın 5.6-cı bəndində göstərilmişdir ki, “əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ərarvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır”. İş üzrə şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, evi qardaşının ailəsinə bağışlamışdır. Bu hal onu deməyə əsas verir ki, bağışlayan şəxs əmlakı rəsmi sənəddə qardaşının arvadının adına bağışlasa da, əmlak bütövlükdə ailə üçün bağışlanmışdır. Bu isə vahid məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin müvafiq qərarında göstərdiyi mövqeni birbaşa təsdiq edir. Bu hal isə iddianın əsaslı olmasının sübutudur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
36. Maddə 13 (hissə 1) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 66. Maddə 29 (hissə 3) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
37. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
38. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.
39. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
40. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
41. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
42. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alğı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
45. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
46. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
47. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
48. Maddə158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
49. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
50. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
51. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
52. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
53. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
54. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər.
55. Maddə 221.1. Ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
56. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
57. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
58. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
59. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
60. Maddə 390.5 Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
61. Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
62. Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
63. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
64. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
65. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
66. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.
67. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli Qərarı.
68. Bənd 5.4. E.Salmanlının şikayəti üzrə 2023-cü il ## ###### tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.
69. Bənd 5.6. Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı - ərarvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır.
70. Bənd 5.7. Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
72. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
73. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
80. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
81. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
82. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavəolunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, tərəflərin, o cümlədən müqavilə tərəflərinin real hüquqi niyyətləri, həmçinin ərarvad arasındakı əmlak bölgüsündən irəli gələn hüquq münasibətlərinin işin halları ilə düzgün əlaqələndirilməməsi, işin hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
86. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı ilə cavabdeh 2003-cü ildə faktiki, 2006-cı ildə isə nikahalarını rəsmi qeydiyyata aldırmaqla ailə qurmuşlar. Tərəflər rəsmi nikahda olduqları vaxt Göygöl rayonunun Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,9 kv.m. olan mübahisəli fərdi yaşayış evi iddiaçı İddiaçı atası Hidayət Qarayevin vəsaiti əsasında tikilmiş, ev tikilərkən evin layihəsi, xərcləri və ustaların əmək haqları Hidayət Qarayev tərəfindən ödənilmişdir. Qeyd edilən torpaq və onun üzərindəki fərdi yaşayış evinə dair ##.##.2014-cü il tarixdə iddiaçının qardaşı şahid1 adına çıxarış alınmışdır. Cavabdehin keçmiş qayını şahid1 mülkiyyətində olan həmin torpaq sahəsini və fərdi yaşayış evini ## #### 2014-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh Cavabdeh bağışlamış və bağışlamada heç bir qeyd şərt göstərilməmişdir. Hazırda sözügedən torpaq sahəsi və mübahisəli fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ##.##.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətindədir. İş üzrə tərəflərin izahatlarından, həmçinin iddiaçının vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən da görünür ki, iddiaçı İddiaçı Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı olmaqla daimi Rusiya Federasiyasında yaşamaqla ilin müəyyən vaxtlarında Azərbaycan Respublikasına gəlmiş, Göygöl rayon Üçtəpə kəndində yerləşən öz atasının evində, cavabdehin anası və öz bibisinə məxsus evdə, cavabdehə məxsus evdə bir neçə gün qalıb sonra ölkəni tərk etmişdir. Sonradan ər-arvad arasında olan narazılıqlara görə onların ailə münasibətləri kəsilmiş və aralarında olan nikah Rusiya Federasiyasının X4 şəhər Sovetskiy Rayon Məhkəməsinin ** saylı məhkəmə sahəsinin sülh hakiminin # #### 2024-cü il tarixli qərarı əsasında pozulmuşdur.
87. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinin onun üçün alınmasını, ilkin sənədlərin onun qardaşının adına olmasını, həmin torpaq sahəsindəki evin də onun vəsaiti hesabına tikilməsini, cavabdeh ilə evlənərkən evin sadə təmirli olmasını, qeyd edilən torpaq və onun üzərindəki evə dair ##.##.2014-cü il tarixdə qardaşı şahid1 adına çıxarış alınmasını, həmin dövrdə özü Rusiya Federasiyasında işlədiyi üçün onun tapşırığına əsasən sahibliyində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ##.##.2014-cü il tarixdə bağışlama müqaviləsinə əsasən qardaşı şahid1 tərəfindən cavabdehə bağışlanmasını, həmin əmlakın şahid1 tərəfindən tək Cavabdeh yox, qardaşının əmlakı kimi ailəyə bağışlanmasını, cavabdehlə evli olduğu müddətdə birgə təsərrüfat idarə etmələrini və onun maddi vəsaiti əsasında evdə əsaslı təmir işləri aparılmasını və daşınmaz əmlakın qiymətinin əhəmiyyətli dərəcədə artırılmasını, cavabdehin iddiaçının məlumatı olmadan 2024cü il tarixdə məhkəməyə müraciət edərək nikahın pozulmasına nail olmasını qeyd edərək, cavabdehin mülkiyyətində olan mübahisəli torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə onun 1/2 payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
88. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddiaçının Azərbaycana 3-4 ildən bir gəlibgetməsini, özü Rusiyaya gedərkən qardaşının yanına getməsini, orada olarkən iddiaçının onlara baxmamasını, onları təmin etməməsini, ata və anası şahid qismində gəlsələr də, iddiaçı ilə onlar qohum olduqlarından münasibətlərinin yaxşı olmasını, vaxtı ilə iddiaçı ilə nikaha girmək istəməsə də, valideynlərinin onu məcbur nikaha salmalarını, evdə təmir işlərinin 2011- 2012-ci illərdə olmasını, təmirdə iddiaçının iştirak etməməsini, təmir işlərində özünün uşaqları ilə olmasını, böyük qardaşının ona kömək etməsini, özü heç bir yerdə işləməsə də kirayə ev verməsini və ona köməklik olunmasını, onlara heç kəsin köməklik etməməsini, həmçinin valideynlərinin də köməklik etməməsini, evi ona qayınının 2014-cü ildə bağışlamasını, həmin yerdə iki məhəllə olmasını, məhəllənin birinin iddiaçının, digərinin isə Ramilin adına olmasını, qaynının arvadı ilə problemləri olduğundan ona getmələrini və torpağı onun adına keçirməsini bildirməsini, iddiaçı ilə 2024-cü ilin avqust ayında boşanmasını, həmin vaxt iddiaçının özünün də evin onun olmasını və qaynından ona bağışlamasını istəməsini, bağışlama vaxtı əri Nemətin də onun yanında olmasını və onunla birlikdə getməsini, onun ata və anasının kürəkəni və Hidayət kişi ilə yaxşı olmaq istəmələri səbəbindən, həmçinin onun böyük bacısının iddiaçının yanında işləməsi səbəbindən Nemətin tərəfini saxlamalarını, şahidlərin dindirilməsini istəmədiyini, əgər bağışlanma onların ailəsinə edilsə idi, sənəddə Nemətin adı və qolunun olmalı olduğunu, həmin evin ona bağışlanmasını və onun olmasını, iddiaçıya pay verilməsinə razı olmadığını qeyd edərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.
89. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, mübahisəli Göygöl rayonunun Üçtəpə kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,9 kv.m. olan fərdi yaşayış evi tərəflərin birgə nikah münasibətlərində əldə etdikləri əmlak olmamışdır. Çünki, mübahisəli daşınmaz əmlak cavabdehin adına bağışlama müqaviləsi əsasında rəsmiləşdirilmiş və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bağışlama müqaviləsinin məzmunundan və hüquqi nəticələrindən görünür ki, müqavilə şərtsiz bağlanmış, bağışlanılan əmlak üzərində mülkiyyət hüququ yalnız cavabdehə keçmişdir. Müqavilədə əmlakın ailəyə, yaxud hər iki həyat yoldaşına birgə bağışlanmasını təsdiq edən hər hansı müddəa, qeyd və ya hüquqi şərt nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə istinad edilərək, nikah dövründə əmlaka qoyulmuş vəsaitlər nəticəsində onun dəyərinin əhəmiyyətli dərəcədə artırıldığı iddia edilmişdir. Lakin iş materiallarında mübahisəli əmlakın bağışlanmadan sonra iddiaçının vəsaiti hesabına əsaslı təmir və ya yenidənqurma nəticəsində dəyərinin xeyli artmasını təsdiq edən ekspert rəyi, maliyyə sənədləri və ya digər obyektiv sübutlar mövcud deyildir. Təkcə şahid ifadələri əmlakın dəyərinin hüquqi baxımdan əhəmiyyətli dərəcədə artmasını müəyyən etmək üçün kifayət hesab edilmir. Hazırkı iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak cavabdehə ## #### 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında bağışlanmışdır. Həmin müqavilə notariat qaydasında rəsmiləşdirilmiş, bağışlayan şəxsin iradəsi açıq və birmənalı şəkildə ifadə edilmiş və əmlakın məhz cavabdehə bağışlanması hüquqi sənəddə təsbit olunmuşdur. Bağışlama müqaviləsində əmlakın ailəyə birgə bağışlanmasına, yaxud ər-arvad arasında paylı və ya birgə mülkiyyət hüququnun yaranmasına dair hər hansı qeyd, şərt və ya hüquqi göstəriş nəzərdə tutulmamışdır. Şahid ifadələrində bağışlamanın “ailə üçün” edilməsi barədə səsləndirilən fikirlər bağışlama müqaviləsinin rəsmi hüquqi məzmununu dəyişmir. Şahid izahatları notariat qaydasında təsdiq edilmiş yazılı əqdin hüquqi nəticələrini təkzib etmək və ya onun subyekt tərkibini genişləndirmək üçün kifayət hesab edilə bilməz. Hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsipləri baxımından mülkiyyət hüququnun mənsubiyyəti yalnız qanunla müəyyən edilmiş qaydada və etibarlı sübutlar əsasında dəyişdirilə bilər. İş üzrə mövcud sübutların məcmusu mübahisəli əmlakın bağışlama nəticəsində ailəyə deyil, yalnız cavabdehə edildiyini təsdiq edir. Əksini sübut edən mötəbər, obyektiv və hüquqi baxımdan kifayət edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.
90. Kassasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Cavabdeh bağışlama müqavilə üzrə mübahisəli əmlakı əldə etməsinə dair həmin müqavilə tərəflərinin iradə ifadəsinin, hüquqi niyyətinin vahidliyinin və həqiqiliyinin nədən ibarət olması “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli Qərarının 5.4, 5.6, 5.7-ci bəndlərində təsbiti tapmış hüquqi mövqelərə istinad edilməklə yanakı təhlil nəticəsində müəyyənləşdirilə bilərdi. Belə ki, həmin Qərarın 5.4cü bəndində qeyd edilir ki, “E.Salmanlının şikayəti üzrə 2023-cü il ## ###### tarixli” Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Həmin qərarın 5.6cı bəndinə əsasən əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ərarvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Həmin qərarın 5.7-ci bəndinə əsasən ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.
91. Yuxarıda sadalanan hüquqi mövqelərdən çıxış edərək kassasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə torpaq və onun üzərindəki fərdi yaşayış evinin mülkiyyətçisi olmuş iddiaçının qardaşı şahid1 qeyd edilən əmlakı hansı niyyətlə doğma qardaşına deyil, qardaşının arvadına bağışlaması, sonuncunun, yəni cavabdeh Cavabdeh isə illərlə birgə və mehriban ailə kimi yaşadıqları, uşaqların doğulması ilə ailə bağlarının daha da sıxlaşdığı, nikahın pozula biləcəyi ehtimal belə olunmadığı bir vaxtda (bağışlamanın rəsmiləşdirildiyi ##.##.2014-cü il tarixdə), əmlakı hansı niyyətlə, hüquqi hədəflə əldə etməsi, yəni qeyd edilən əmlakı məhz qayını şahid1 tərəfindən cavabdehə və ya qardaşının ailəsinə bağışlayıb-bağışlamaması məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı olsa da, bu istiqamətdə səthi araşdırılma aparılmış, bununla bağlı işin hallarına və işdə olan mövcud sübutlara, o cümlədən şahid ifadələrinə düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh Cavabdeh müqavilə bağlaması və bunun əsasında mübahisəli torpaq və üzərindəki fərdi yaşayış evini əldə etməsinə dair hüquqi niyyətinin artıq, tərəflərin nikah münasibətləri pozulduqdan sonra onun verdiyi məlumatlara, izahatlara deyil, əmlakı əldə etdiyi zaman nədən ibarət olması müəyyənləşdirilməli idi. Məhz bu cür hüquqi yanaşma yuxarıda qeyd edilən Plenum qərarında da öz təsbitini tapmaqdadır. Cavabdeh Cavabdeh əmlakı eldə etdiyi zaman ortaya qoyduğu niyyəti, o zaman kəsiyindəki həqiqi iradəsi nəzərə alınmalı və işin ədalətli həlli üçün qarşılıqlı təhlil aparılmalı idi.
92. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisəli torpaq və onun üzərindəki fərdi yaşayış evi nikah dövründə, iddiaçı və cavabdehin nikahdan sonrakı dövrdə iddiaçının atası Hidayət Qarayevin vəsaiti əsasında tikilmiş, ev tikilərkən evin layihəsi, xərcləri və ustaların əmək haqları Hidayət Qarayev tərəfindən ödənilmiş, torpaq və onun üzərindəki fərdi yaşayış evi iddiaçının qardaşı şahid1 mülkiyyətində olsa da, faktiki olaraq iddiaçı və cavabdehin, yəni onların ailəsinin faktiki istifadəsində və sahibliyində olmuşdur. Həmçinin mübahisəli torpaq və onun üzərindəki fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olmuş şahid1 şahid qismində verdiyi ifadəsində atasının və qardaşının vəsaiti hesabına tikilmiş evin bağışlanmasını iddiaçının istədiyini, bundan sonra evdə atası və anası ilə məsləhətləşdikdən sonra evi qardaşının ailəsinə bağışlamasını bildirmişdir.
93. Göründüyü kimi, şahid1 öz ifadəsində mübahisəli torpaq və onun üzərindəki fərdi yaşayış evini atası və anası ilə məsləhətləşdikdən sonra qardaşının ailəsinə bağışladığını bildirmişdir. İşin bu kimi halları, həmçinin cavabdeh Cavabdeh izahatı, eyni zamanda torpaq və onun üzərindəki fərdi yaşayış evinə faktiki sahiblik etmiş ailəyə hədiyyə edib-etməməsi üzrə şahid1 hüquqi niyyətinin mövcudluğunun yanakı təhlil əsasında müəyyənləşdirilməsini zəruri etmişdir. Həmçinin bu aspektdə qeyd edilməlidir ki, şahid1lə yanaşı cavabdeh Cavabdeh özü də izahatında bildirmişdir ki, evin bağışlanmasını iddiaçı özü də istəmişdir. Qeyd edilən bağışlama müqaviləsi isə tərəflərin nikah münasibətlərinin mövcudluğu zamanında iddiaçının qardaşı şahid1 və cavabdeh Cavabdeh tərəfindən imzalanmışdır.
94. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda göstərilən Ali Məhkəmə Plenumunun ## #### 2024-cü il il tarixli qərarında vurğulanmışdır ki, “Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.” Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. Kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
95. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin, mübahisəsi gedən əmlaka dair mövcud olan qanuni prezumsiyanın həqiqi olmadığını, yəni mübahisəli torpaq və onun üzərindəki fərdi yaşayış evinin iddiaçının qardaşı tərəfindən ailəyə deyil, məhz cavabdehə bağışlanmasını təsdiq edə biləcək mötəbər sübutlar təqdim edib-etməməsi yoxlanıldıqdan, bununla da mübahisəli torpaq və onun üzərindəki fərdi yaşayış evinin iddiaçı ilə cavabdehin birgə əmlakı olması müəyyənləşdirildikdən sonra, əmlaka tərəflərin hansı hissədə paylarının müəyyən edilməsi ilə bağlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Odur ki, işin yuxarıda qeyd olunan halları araşdırılmadan və düzgün hüquqi qiymət verilmədən apellyasiya instansiyası məhkəməsinin mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin tərəflərin birgə nikah münasibətlərində əldə etdikləri əmlak olmaması barədə gəldiyi nəticə əsassızdır.
96. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
97. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il ## ###### tarixli, X.Xəlilovun şikayəti üzrə 2009cu il ## ###### tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il ## #### tarixli qərarlar).
98. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə1994-cü il 19 aprel tarixli qərarlar).
99. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
100. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
101. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli torpaq və onun üzərindəki fərdi yaşayış evinin mülkiyyətçisi olmuş iddiaçının qardaşı şahid1 qeyd edilən əmlakı hansı niyyətlə doğma qardaşına deyil, qardaşının arvadına bağışlaması, sonuncunun, yəni cavabdeh Cavabdeh isə illərlə birgə və mehriban ailə kimi yaşadıqları, uşaqların doğulması ilə ailə bağlarının daha da sıxlaşdığı, nikahın pozula biləcəyi ehtimal belə olunmadığı bir vaxtda (bağışlamanın rəsmiləşdirildiyi ##.##.2014-cü il tarixdə), əmlakı hansı niyyətlə, hüquqi hədəflə əldə etməsi, yəni qeyd edilən əmlakı məhz qayını şahid1 tərəfindən cavabdehə və ya qardaşının ailəsinə bağışlanıbbağışlamaması araşdırılmalı, bununla bağlı işin hallarına və işdə olan mövcud sübutlara, o cümlədən şahid ifadələrinə düzgün hüquqi qiymət verilməli, müqavilə tərəflərinin real hüquqi niyyətləri, həmçinin ər-arvad arasındakı əmlak bölgüsündən irəli gələn hüquq münasibətlərinin işin halları ilə düzgün əlaqələndirilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri, habelə “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli Qərarının 5.4, 5.6, 5.7-ci bəndlərində təsbiti tapmış hüquqi mövqelər baxımından düzgün qiymət verilməlidir.
102. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.