Məhkəmə qərarları › İş №2(1-8)-937/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-937/2026

20.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-937/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilk və iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, birgə nikahda alınan kredit borcunun bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və X3 ibarət tərkibdə, Işin halları:

1. Cavabdeh və Iddiaçı ## ###### 2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından ## ###### 2017-ci ildə XXX və ## ### 2022-ci ildə XXX adlı uşaqları doğulmuş, nikahların Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. ## ###### 2015-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi ilə “xxxx” MMC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivində * saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, “B” blok, 6-cı mərtəbə, “E” nömrəli, 1 otaqlı mənzili tikib Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin ümumi sahəsi 45,8 kv.metr, mənzilin 1 kv.metrinin dəyəri 1.290 manat olmaqla, müqavilənin ümumi dəyəri 59.082 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi 6.000 manat ödənilmişdir.

3. ## ###### 2015-ci il tarixli kredit müqaviləsi ilə “xxxx” ASC tərəfindən Cavabdeh 53082 manat məbləğində kredit verilmiş, borc alan isə həmin krediti 240 ay müddətində hər ay 444 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

4. Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzil üzərində Cavabdeh mülkiyyət hüququ ## ####### 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Bundan əlavə, ## ##### 2024-cü il tarixli, CC/*****/A*/* saylı kredit müqaviləsi ilə “X1” ASC tərəfindən Cavabdeh illik 19,90% olmaqla 48 ay müddətinə 22.500 manat məbləğində kredit verilmişdir.

6. ## ##### 2024-cü il tarixli, AL/*****/A*/* saylı digər kredit müqaviləsi ilə “X1” ASC tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 25%-lə 5.000 manat məbləğində kredit xətti açılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin rəsmi nikaha daxil olduqları ## ###### 2016-cı il tarixdən nikaha xitam verilən ## #### 2025-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə görə cavabdeh tərəfindən ödənilmiş kredit məbləğinin yarısının, yəni 22.866 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh və “xxxx” MMC arasında bağlanmış ## ###### 2015-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsinə görə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilin ümumi dəyəri 59.082 manat təşkil etmişdir. Ilkin ödəniş 6.000 manat Cavabdeh tərəfindən ödənilmişdir. Həmin tarixdən etibarən xxxx ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli əsasında kredit və ona hesablanmış faizlər cavabdeh tərəfindən hər ay “xxxx” ASC-yə ödənilmişdir. Sözügedən mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Iddiaçı Iddiaçı və cavabdeh Cavabdeh rəsmi nikaha daxil olduğu ## ###### 2016-cı il tarixdən nikaha xitam verildiyi ## #### 2025-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə görə cavabdehin adından 103 ay müddətində hər ay 444 manat olmaqla 45.732 manat kredit ödənişi edilmişdir. Həmin ödəniş tərəflərin birgə nikahda olduğu və birgə təsərrüfat idarə etdikləri dövrdə olduğundan iddiaçı ödənilmiş kredit ödənişinin yarısını, yəni 22.866 manatını cavabdehdən tələb edir.

9. Iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməklə onun qeydiyyatdan çıxarılması, Iddiaçı ilə birgə nikahda olduğu dövrdə, yəni ## ##### 2024-cü il tarixində “X1” ASC-dən götürdüyü 22.500 manat əsas kredit borcunun yarısının, yəni 11.250 manat pulun, həmçinin onun üzərində ödəniləcək 10.321,94 manat faiz borcunun yarısının yəni, 5.160,97 manat pulun, “Bol kart” kreditinin yarısının, yəni 2.500 manat pulun, ümumilikdə 18.910,97 manat pulun, həmçinin, 350 manat vəkil xidmət haqqının, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 147 manat dövlət rüsumunun cavabdehdən tutulub qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdehlə “xxxx” MMC arasında bağlanmış ## ###### 2015-ci il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilin ümumi sahəsi 45,8 kv.metr, mənzilin 1 kv.metri 1.290 manat olmaqla, ümumi dəyəri 59.082 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi 6.000 manat Cavabdeh tərəfindən ödənilmişdir. Həmin tarixdən etibarən “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli əsasında kredit və ona hesablanmış faizlər cavabdeh tərəfindən hər ay “xxxx” ASC-yə ödənilmişdir. Sözügedən mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Banka ödənişləri qarşılıqlı iddia üzrə iddiaçı birgə nikah dövründə ödəsə də, şəxsi hesabından ödəmişdir. Ona görə də, ilkin iddia ərizəsi təmin edilə bilməz. Eyni zamanda, Cavabdeh birgə nikah dövründə ailənin ehtiyaclarını qarşılamaq üçün ## ##### 2024-cü il tarixdə “X1” ASC-dən 19,90 faizlə 48 ay müddətinə 22.500 manat kredit, həmçinin, həmin bankdan eyni tarixdə 5.000 manat məbləğdə “Bol Kart” krediti götürmüş və həmin kreditlərə görə hər ay 600 manat banka ödəniş edir. Cavabdeh həmin vəsaiti ailənin ehtiyacları üçün sərf etmişdir. Belə ki, həmin vəsait Iddiaçı özünə aid olan borclarını, uşaqların qayğıları və ailənin ehtiyacları üçün “xxxx” ASC-dən götürdüyü krediti bağlamaq üçün, həmçinin nikahdan əvvəl ipotekada olan mənzilin ödənişinə xərclənmişdir. Birgə nikah dövründə ailənin ehtiyacları üçün götürdüyü kredit məbləğinin və onun üzərində ödəniləcək faiz məbləğinin yarısı, yəni 11.250 manat əsas borc və 5.160,97 manat faiz borcu, həmçinin “Bol kart” kreditinin yarısı, yəni 2.500 manat Iddiaçı alınıb Cavabdeh verilməlidir. Həmçinin, Iddiaçı ilə Cavabdeh arasında olan nikah pozulduğu üçün Cavabdeh birgə nikahdan əvvəl aldığı, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzildən Iddiaçı istifadə hüququna xitam verilməli və o, həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır.

11. Saatlı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Abuşov) ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 11.091,25 manatın alınaraq iddiaçı Iddiaçı verilməsi, iddiaçı Iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməsi, cavabdeh Cavabdeh Iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi sonuncunun sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasının izah edilməsi, ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin qalan hissələrdə təmin edilməməsi, iddia qaldırılarkən Iddiaçı ödəmiş olduğu 50 manat mediasiya xərcinin yarısının, yəni 25 manatın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 160 manat dövlət rüsumunun, cəmi 185 manatın Cavabdeh alınaraq Iddiaçı xeyrinə ödənilməsi, iddia qaldırılarkən Cavabdeh ödəmiş olduğu 351 manat vəkil xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147 manat dövlət rüsumunun, cəmi 498 manatın Iddiaçı alınaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinin mənası baxımından hazırkı halda mənzilə görə aylıq kredit ödənişlərinin təkcə Cavabdeh tərəfindən ödənilməsi həmin ödənişdə Iddiaçı payını inkar etmək üçün əsas hesab oluna bilməz.

13. Ona görə də, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfin etirazlarının dəlilləri əsassızdır və Iddiaçı tələbi əsaslı olmaqla məhkəmə qaydasında müdafiə olunmalıdır.

14. Lakin tərəflərin münasibətlərinə 2025-ci ilin yanvar ayında deyil, faktiki olaraq 2025ci ilin may ayında xitam verildiyinə görə, yəni tərəflər həmin vaxtdan sonra birgə təsərrüfat idarə etmədiyindən müvafiq hesablamalar nikah qeydi məhkəmə qaydasında pozulan tarixə qədər deyil, tərəflərin birgə təsərrüfat idarə etməyi dayandırdığı vaxtadək (2025-ci ilin may ayına qədər) aparılmalıdır.

15. Buradan görünür ki, Iddiaçı, onunla Cavabdeh rəsmi nikaha daxil olduğu ## ###### 2016-cı il tarixdən nikaha xitam verildiyi tarixədək olan müddətdə (99 ay) Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə görə Cavabdeh tərəfindən ödənilmiş kredit məbləğinin (99x444=43.956 manat) yarısını, yəni, 21.978 (43.956:2=21.978) manat pulu Cavabdeh tələb etməkdə haqlıdır.

16. Iş materiallarından göründüyü kimi, qarşılıqlı iddia tələbi Iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməklə onun qeydiyyatdan çıxarılması, Cavabdehlə Iddiaçı birgə nikahda olduğu dövrdə, yəni ## ##### 2024-cü il tarixində “X1” ASC-dən götürdüyü 22.500 manat əsas kredit borcunun yarısının, yəni 11.250 manat pulun, həmçinin onun üzərində ödəniləcək 10.321,94 manat faiz borcunun yarısının yəni, 5.160,97 manat pulun, “Bol kart” kreditinin yarısının, yəni 2.500 manat pulun, ümumilikdə 18.910,97 manat pulun cavabdehdən tələb edilməsi ilə bağlıdır.

17. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh tərəfin etirazları ilə razılaşmayaraq qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinin predmeti olan kredit məbləğləri faizləri ilə birgə qaytarılması şərti ilə birgə nikah dövründə götürülmüş və həmin məbləğlərin Cavabdeh tərəfindən ailə ehtiyacları üçün sərf olunmaması inandırıcı deyildir. Həmçinin də, iş materiallarına əlavə edilmiş ## ######## 2025-ci il tarixli hesabdan çıxarışla müəyyən edilir ki, Cavabdeh ## ##### 2024-cü il tarixdə “xxxx” ASC-yə olan kredit borcundan 12.379 manat ödəniş etmişdir. Bu hal da, Cavabdeh ## ##### 2024-cü il tarixdə “X1” Açıq Səhmdar Cəmiyyətindən götürdüyü krediti həqiqətən də, ailə ehtiyacları üçün sərf etməsini təsdiq edir. Etirazlar yalnız şifahi mülahizələrdən ibarətdir. Ona görə də, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfin etirazının dəlilləri əsassızdır və Cavabdeh tələbi əsaslı olmaqla məhkəmə qaydasında müdafiə olunmalıdır. Məhkəmə diqqətə çatdırmışdır ki, Cavabdeh məhkəmə qaydasında müdafiə olunmalı tələbi sonuncunun götürdüyü kredit məbləğinin yarısından deyil, həmin kreditə görə yaranmış və faktiki ailə münasibətlərinə xitam verildiyi vaxtdan sonra ödənilməmiş qalan borcun yarısından ibarətdir.

18. Odur ki, müvafiq hesablamalar aparılarkən tərəflərin birgə nikah dövründə, yəni birgə təsərrüfat idarə edərkən edilmiş ödənişlər nəzərə alınmalı, birgə nikah dövründə edilmiş ödənişlərə görə yenidən Iddiaçı pul tutulmasına yol verilməməlidir.

19. Buradan görünür ki, Cavabdeh, onun “X1” ASC-dən götürdüyü ## ##### 2024-cü il tarixli CC/*****/A*/* saylı kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun (16.645,68 manat əsas borc, 193,41 manat faiz borcu, 37,59 manat cərimə borcu, cəmi 16.876,68 manat) və ## ##### 2024-cü il tarixli AL/*****/A*/* saylı kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun (4.708,39 manat əsas borc, 160,23 manat faiz borcu, 28,20 manat cərimə borcu, cəmi borcu 4.896,82 manat) cəminin (16.876,68 manat+4.896,82 manat=21.773,5 manat) yarısını, yəni 10.886,75 manat (21.773,5 manat:2=10886,75 manat) pulu X2 tələb etməkdə haqlıdır.

20. Məhkəmə qarşılıqlı iddianın Iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, Iddiaçı həmin mənzilə dair heç bir hüququ yaranmadığından qarşılıqlı iddia tələbi sonuncunun sözügedən mənzilə istifadə hüququna xitam verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir, qeydiyyatdan çıxarılma hissəsində təmin edilməməlidir. Belə ki, Cavabdeh, Iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini müvafiq icra hakimiyyəti orqanına təqdim edərək sonuncunun sözügedən mənzildən qeydiyyatdan çıxarılmasını həmin orqandan tələb edə bilər.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4, 23.1, 31.1, 31.2, 32.1, 32.2, 32.2.1, 32.2.2, 32.3-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddələri, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 4.15, 6.35, 6.40-cı bəndləri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edərək, qarşılıqlı iddianın tamamilə təmin edilməməsi barədə yeni qətnamə çıxarmağı xahiş etmişdir.

23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər T.Heydərov və A.Novruzova) apellyasiya şikayəti qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Cavabdeh 21.312 manatın alınaraq iddiaçı Iddiaçı verilməsi, iddiaçı Iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməsi, ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh qarşılıqlı iddiasının təmin edilməsi üçün özü tərəfindən kredit müqaviləsi üzrə götürmüş olduğu pul məbləğini məhz ailə məsrəfləri üçün istifadə edildiyinə dair məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir.

25. Iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh tərəfindən kredit vəsaitlərinin konkret olaraq ailənin gündəlik ehtiyaclarına, birgə təsərrüfatın aparılmasına və ya ailə üzvlərinin təminatına sərf edilməsini təsdiq edən heç bir yazılı, maddi və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

26. Eyni zamanda, iş materiallarında olan ## ####### 2025-ci il tarixli arayışlardan görünür ki, cavabdeh tərəfindən “X1” ASC ilə bağlanmış kredit müqavilələri üzrə əsas borc, faiz və cərimə borcları tam şəkildə ödənilməmiş, əksinə, əhəmiyyətli məbləğdə borc qalığı mövcuddur. Belə olan halda, cavabdehin özü tərəfindən faktiki olaraq icra edilməmiş, yəni banka qaytarılmamış pul vəsaitinin yarısının iddiaçıdan tələb edilməsi əsassızdır. Çünki real öhdəlik yalnız mövcud və icra olunmuş borc münasibətləri əsasında yarana bilər. Cavabdeh hələ öz üzərinə götürdüyü kredit öhdəliyini tam yerinə yetirmədiyi halda, həmin öhdəliyin bir hissəsini iddiaçının üzərinə qoymağa çalışır ki, bu da ağlabatan hesab edilə bilməz. Odur ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz.

27. Apellyasiya tərkibi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddianı qismən təmin edərək həmin məbləğləri qarşılıqlı əvəzləşdirmiş, nəticə də cavabdeh Cavabdeh 11.091,25 manatın alınaraq iddiaçı Iddiaçı verilməsi qənaətinə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hal-hazırda qarşılıqlı iddianın yuxarıda qeyd edilən hissədə təmin edilməməsi bilavasitə ilkin iddiaya da təsir göstərəcəyindən Saatlı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.

29. Əvəzləşmə halı aradan qalxdığından hesablama proseduru yenidən həyata keçirilməlidir.

30. Ailə Məcəlləsinin 32.3-cü maddəsinin mənası baxımından hazırkı halda mənzilə görə aylıq kredit ödənişlərinin təkcə Cavabdeh tərəfindən ödənilməsi həmin ödənişdə Iddiaçı payını inkar etmək üçün əsas hesab oluna bilməz.

31. Birinci instansiya məhkəməsi müvafiq hesablamalar apararkən tərəflərin birgə təsərrüfat idarə etməyi dayandırdığı vaxtı - 2025-ci ilin may ayına qədər müəyyən etmişdir.

32. Işin bu halı ilə bağlı məhkəmə tərkibi qeyd etmişdir ki, apellyasiya mərhələsində cavabdeh Cavabdeh izahat verərkən bildirmişdir ki, 2025-ci ilin yanvar ayında faktiki olaraq nikah münasibətlərinə xitam verilmiş və evi həmin ayda tərk etmişdir.

33. Iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən görünür ki, Iddiaçı məhkəməyə ərizə ünvanlayaraq birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmalı üçün ## ###### 2025-ci ildən hesablamaqla, aliment tutulmasını xahiş etmişdir.

34. Bu fakt onu göstərir ki, tərəflər ən geci 2025-ci ilin yanvar ayından etibarən birgə ailə münasibətlərini və ümumi təsərrüfatı faktiki olaraq dayandırmışlar. Odur ki, tərəflərin münasibətlərinə faktiki olaraq 2025-ci ilin yanvar ayında xitam verildiyinə görə, yəni tərəflər həmin vaxtdan sonra birgə təsərrüfat idarə etmədiyindən müvafiq hesablamalar nikah qeydi məhkəmə qaydasında pozulan tarixə qədər deyil, tərəflərin birgə təsərrüfat idarə etməyi dayandırdığı vaxtadək (2025-ci ilin yanvar ayına qədər) aparılmalıdır. Buradan da görünür ki, Iddiaçı, onunla Cavabdeh rəsmi nikaha daxil olduğu ## ###### 2016-cı il tarixdən nikaha xitam verildiyi tarixədək olan müddətdə (96 ay) Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə görə Cavabdeh tərəfindən ödənilmiş kredit məbləğinin (96x444=42.624 manat) yarısını, yəni, 21.312 (42.624:2=21.312) manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki həmin məbləğ cavabdeh Cavabdeh tutularaq iddiaçı Iddiaçı ödənilməlidir.

35. Apellyasiya tərkibi qarşılıqlı iddianın digər - Iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməklə onun qeydiyyatdan çıxarılması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır.

36. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın Iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzilə istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı Iddiaçı həmin mənzil üzrə ödənilmiş kredit məbləğinin yarısının cavabdehdən tutulmasını tələb etməsi onun bu əmlaka münasibətdə pay tələbini pul ekvivalentində reallaşdırmaq niyyətini ortaya qoyur. Başqa sözlə, iddiaçı tərəfindən mənzil üzrə maddi kompensasiyanın tələb edilməsi həmin əmlak üzərində faktiki istifadə hüququnun saxlanılması ilə hüquqi baxımdan uzlaşmır. Iddiaçı həmin mənzilə dair heç bir hüququ yaranmadığından qarşılıqlı iddia tələbi sonuncunun sözügedən mənzilə istifadə hüququna xitam verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir, qeydiyyatdan çıxarılma hissəsində təmin edilməməlidir. Belə ki, Cavabdeh, Iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, D yaşayış sahəsi, ev XXX, giriş 2, *** nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini müvafiq icra hakimiyyəti orqanına təqdim edərək sonuncunun sözügedən mənzildən qeydiyyatdan çıxarılmasını həmin orqandan tələb edə bilər.

37. Məhkəmə tərkibi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Ailə Məcəlləsinin 23.1, 32.1, 32.2.2, 32.3, 34.1, 36.1, 36.3, 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

39. Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və müəyyən edilmiş hallar və sübutlar əsasında qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 32-ci, Mülki Prosessual Məcəllənin 8, 9, 82.1-ci maddələrinin tələbləri pozulmuşdur.

41. Belə ki, mübahisəli kredit məbləğlərinin ailə ehtiyaclarından başqa hər hansısa bir təyinat yeri yoxdur və məhkəmə tərəfindən də araşdırılaraq müəyyən edilməmişdir. Iş materiallarına əlavə edilmiş ## ######## 2025-ci il tarixli hesabdan çıxarışla müəyyən edilmişdir ki, kassator ## ##### 2024-cü il tarixdə “xxxx” ASC-yə olan kredit borcundan 12.379 manat ödəniş etmişdir. Bu hal da, onun həmin tarixdə “X1” ASC-dən götürdüyü krediti həqiqətən ailə ehtiyacları üçün sərf etməyini təsdiq edir. Apellyasiya instansiya məhkəməsi cavabdehin əldə olunmuş kredit məbləğlərini ailənin ehtiyac və qayğıları üçün xərcləməyi ilə bağlı sübutlar təqdim edə bilmədiyini əsas gətirərək, iddia tələbini həmin hissədə rədd etmişdir. Bu halın heç bir sübuta ehtiyacı yoxdur. Çünki məhkəmə araşdırması zamanı cavabdehin şəxsi hər hansısa başqa xərcləri müəyyən edilməmişdir. Həmçinin, birgə təsərrüfat idarə edilən dövrdə də həmin kredit ödənişlərini etmişdir. Bu halda həmin kreditin ailə ehtiyacları üçün götürüldüyü təsdiq edilir.

42. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

43. Ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Iddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

44. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamədə hər hansı bir maddi və prosessual hüquq norması pozulmamış, qətnamə qanuni və əsaslıdır.

Kassasiya baxışının hədləri:

45. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

46. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız qarşılıqlı iddia üzrə pul tələbinin təmin olunmaması hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir

48. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məsələ tərəflərin birgə nikahları dövründə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən alınan kredit borcunun bölünməsi ilə bağlıdır.

52. Belə ki, tərəflərin ailə münasibətləri mövcud olduğu zaman, ## ##### 2024-cü il tarixdə Cavabdeh “X1” ASC ilə iki kredit müqaviləsi bağlamaqla, birincisi ilə 22.500 manat məbləğində nağd krediti almış, ikincisi ilə isə ona 5.000 manat məbləğində kreditin xətti açılmışdır.

53. Hazırda kassator həmin kreditin ailə ehtiyaclarına sərf olunmasını qeyd etməklə, borcun tərəflər arasında bölünməsini məhkəmədən xahiş etmişdir.

54. Bu iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi ilk olaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı kredit müqaviləsi üzrə götürülən pul məbləğini ailə üçün istifadə etdiyinə dair hər hansı sübut təqdim etməmişdir.

55. Həmçinin, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı “X1” ASC ilə bağlanmış kredit müqavilələri üzrə banka qaytarılmamış pul vəsaitinin yarısını qarşı tərəfdən tələb edilməsi əsassızdır, çünki real öhdəlik yalnız mövcud və icra olunmuş borc münasibətləri əsasında yarana bilər.

56. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə bu hissədə ziddiyyətli olmaqla, prosessual hüquq normalarına uyğun gəlmir.

57. Yəni, məhkəmə bir tərəfdən qarşılıqlı iddianı sübut olunmadığı nəticəsinə gəldiyi halda, digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçının borcu ödəyəcəyi təqdirdə həmin iddia üzrə cavabdehin öhdəliyinin yaranacağı ehtimalını da göstərmişdir.

58. Məhkəmə kollegiyası razılaşır ki, Ailə Məcəlləsinin müvafiq müddəalarına görə birgə nikah dövründə əldə olunmuş borcun ailə ehtiyaclarına sərf olunmasının sübutetmə vəzifəsi borcalan tərəfin üzərinə düşür.

59. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 3.14-3.15-ci bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyrimümkündür.

60. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

61. Göründüyü kimi, həm Konstitusiya Məhkəməsinin Plenumunun, həm də Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarlarında birgə nikah dövründə ərin (arvadın) birinin adına yaranmış öhdəliyin (borcun) ailə ehtiyaclarına sərf olunması müəyyən olunarkən məhkəmə formal mülahizələrdən çıxış etməməli, tərəflərin üzərinə icrası mümkün olmayan sübutetmə vəzifəsi qoymamalı, işin faktiki halları tam və əlaqəli araşdırmalıdır.

62. Hazırkı işin hallarından ilk olaraq müəyyən olunur ki, cavabdeh bank təşkilatı olan “X1” ASC ilə kredit münasibətlərinə daxil olaraq, yuxarıda qeyd olunan kredit məbləğləri götürmüşdür.

63. Həmçinin müəyyən olunur ki, kredit müqavilələri bağlanan zaman tərəflərin ailə münasibətləri pozulmamışdır. Hər bir halda, qarşılıqlı iddia üzrə cavabdeh tərəf həmin tələb üzrə iddiaçının ailəni ümumiyyətlə dolandırmamasını, onun və yetkinlik yaşına çatmayan uşaqların xərclərini qarşılamamasını iddia etmir.

64. Qarşılıqlı iddia üzrə cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında həmin tələb üzrə iddiaçının qumar oyunlarının aludəçisi olmasını bildirsə də, bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.

65. Əksinə, iş materiallarından müəyyən olunur ki, tərəflər qarşılıqlı iddia üzrə iddiaçının nikahdan əvvəl əldə etdiyi mənzildə yaşamaqla, həmin mənzilin alınması üçün alınan kredit borcu birgə nikah dövründə tərəflərin birgə vəsaitləri hesabına vaxtaşırı ödənilmişdir.

66. Daha sonra, birinci instansiya məhkəməsi “xxxx” ASC-də Cavabdehnun kredit hesabından çıxarışa istinad etməklə müəyyən etmişdir ki, yuxarıda qeyd olunan mübahisəli kredit müqavilələri bağlanan tarixdə - ## ##### 2024-cü ildə sonuncu tərəfindən ## ###### 2015-ci il tarixli həmin banka kredit borcu üzrə 12.379,62 manat məbləğində ödəniş edilmişdir.

67. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin ödənişin məhz “X1” ASC-dən alınan nağd kredit vəsaiti hesabına ödənilib-ödənilməməsini aydınlaşdırmamışdır.

68. Göründüyü kimi, tərəflərin birgə nikahları dövründə qarşılıqlı iddia üzrə iddiaçının “xxxx” ASC-də olan kredit borcuna görə edilən ödənişlər tərəflərin birgə vəsaitləri hesab olunmaqla, tərəflər arasında bölündüyü və müvafiq olaraq ½ hissəsi kassatordan tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməli olması qənaətinə gəlindiyi halda, eyni kreditə böyük məbləğində ödənişin “X1” ASC-dən alınan digər borc hesabına edilməsi ehtimalı araşdırılmamış və bu borc yalnız qarşılıqlı iddia üzrə iddiaçıya aid olunmuşdur.

69. “X1” ASC ilə bağlanan kredit xətti müqaviləsi üzrə isə qeyd olunmalıdır ki, həmin müqavilə kredit kartı barəsindədir. Lakin, iş materiallarından qeyd olunan kredit kartından vəsaitin nağd çıxarılması və ya vəsaitin müəyyən malların və xidmətlərin ödənişlərinə sərf olunması iş materiallarından müəyyən olunmur. Halbuki, həmin halların araşdırılması ilə bu kreditin ailə ehtiyaclarına və yaxud borcalanın şəxsi xərclərinə istifadə edilməsi müəyyən oluna bilər.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara hüquqi qiymət verməyərək qarşılıqlı iddianı rədd etməklə, Mülki Prosessual Məcəllənin 88 və 217.3-cü maddələrini pozmuş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

71. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

72. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

73. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və yeni apellyasiya baxışına göndərilməlidir.

74. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 372.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi mübahisələndirilən, yəni qarşılıqlı iddia üzrə pul tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar