Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-956/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər “Birlik İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: sahiblik və istifadə hüququnun tanınması, müqavilənin bağlanması, qeydiyyat üçün sənədlərin verilməsi və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər “Birlik İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sahiblik və istifadə hüququnun tanınması, müqavilənin bağlanması, qeydiyyat üçün sənədlərin verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “Birlik İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh1 arasında ##.##.2006-cı il tarixində bağlanmış müqaviləyə əsasən MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində inşa edilən ** saylı çoxmərtəbəli yaşayış evinin 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 55,8 kv.m. olan 1 otaqlı ** nömrəli mənzilin cavabdeh1 verilməsi, cavabdeh1 isə bunun müqabilində MMC-yə 16.740 ABŞ dolları məbləğində pul ödəməsi barədə razılaşmışlar.
2. “Birlik İnşaat” MMC tərəfindən verilmiş ##.##.2006-cı il tarixli “xxxx”nə əsasən mənzilin dəyəri cavabdeh1 tərəfindən MMC-yə ödənilmişdir.
3. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin təhqiqatçısı Ramin Ələskərovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı İddiaçı ərizə ilə 36-cı PŞ-nə müraciət edərək bildirmişdir ki, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ** saylı çoxmərtəbəli yaşayış evində yerləşən ** saylı mənzilə dair sənəd onun bacısı cavabdeh1 adına rəsmiləşdirilsə də, əslində onun özünə məxsusdur. Buna baxmayaraq, cavabdeh1 ##.##.2024-cü il tarixdə mənzilin giriş qapısının qıfılını sındıraraq mənzilə qanunsuz daxil olmuş və mənzili zəbt etmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış cavabdeh1 bildirmişdir ki, bacısı Rəbiyə və qardaşı Süleyman həmin mənzili onun adına 17.000 ABŞ dollarına Elman adlı şəxsdən almışlar. Rəbiyə onun bacısı olduğundan o, mənzilin sənədlərini Rəbiyəyə vermiş və sənədlər Rəbiyədə qalmışdır. O, Rəbiyəyə 2013-cü ilə kimi hissə-hissə, ümumilikdə 22.000 manat vermişdir, çünki mənzilin alınması üçün 17.000 ABŞ dolları məbləğində pulu Rəbiyənin əri Ramiz vermişdir. O, həmin mənzilə görə artıqlaması ilə Rəbiyəyə pul vermişdir. Təxminən, 2014-cü ildən həmin mənzildə digər şəxslər kirayə yaşayıb. Aylıq kirayə haqqı Rəbiyəyə çatıb. Kirayə yaşamamışdan qabaq, Rəbiyə ona təklif etmişdir ki, qızı ilə birlikdə həmin mənzildə yaşasınlar. Həmin vaxt o, İmişlidə ata və anasına baxırdı, bu səbəbdən həmin mənzildə yaşaya bilməmiş və orada kirayə digər şəxs yaşamışdır. ##.##.2023-cü il tarixində atası vəfat etdikdən sonra o, Rəbiyənin əri Ramizdən xahiş etmişdir ki, mənzilin sənədlərini onun özünə qaytarsınlar, lakin sənədləri ona verməmişlər. ##.##.2024-cü il tarixdə həmin mənzilə gedərək mənzildə kirayə yaşayan şəxsdən mənzildən çıxmasını tələb etmişdir. ##.##.2024-cü il tarixdə isə İmişli rayonundan Bakıya gələrək, mənzilə baş çəkmiş və mənzilin giriş qapısının bağlı, kirayə yaşayan şəxsin mənzildə olmadığını görərək, mənzilin giriş qapısının qıfıl dəmir küt alətlə sındıraraq, mənzilə daxil olmuşdur. Həmin qərardan görünür ki, qeyd edilən ərizə əsasında aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, bacılar arasında yaranmış mübahisə mülki xarakterlidir və buna görə də, cinayət işinin başlanması rədd edilməlidir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2014-cü il tarixli hökmündən görünür ki, hazırkı mülki iş üzrə cavabdehlərdən biri olan MMC-nin təsisçisi və sədri Tağıyev Elman Həsənqulu oğlu və başqaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində ona görə cəlb edilmişlər ki, onlar Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən və MMC tərəfindən inşa edilmiş ** saylı çoxmərtəbəli yaşayış evində yerləşən bir neçə mənzili, o cümlədən hazırkı mülki iş üzrə mübahisə predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində inşa edilən ** saylı evinin 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən 1 otaqlı ** nömrəli mənzili bir neçə şəxsə satmışlar.
5. Həmin hökmdən həmçinin görünür ki, hazırkı iş üzrə iddiaçı İddiaçı, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində inşa edilən ** saylı evinin 1-ci blokunun 11ci mərtəbəsində yerləşən 1 otaqlı ** nömrəli mənzilin başqa şəxsə satılmasına görə zərərçəkmiş şəxs qismində tanınaraq bildirmişdir ki, mübahisəli mənzili ##.##.2006-cı il tarixdə cavabdeh MMC-nin rəhbəri Elman Tağıyevdən 16.740 manata almış, lakin sonradan bilmişdir ki, həmin mənzil saxta sənədlərlə başqa şəxslərə də satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil2 cavabdehlər “Birlik İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud MMC, ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi ** saylı ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 55,8 kv.m. olan, ** nömrəli 1 otaqlı mənzilinə dair cavabdeh cavabdeh1 adına bağlanmış müqavilənin etibarsız hesab edilməsi və cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair iddiaçı ilə müqavilənin bağlanması və mənzilin dövlət reyestrində qeydiyyatı üçün sənədlərin verilməsi öhdəliyinin cavabdeh MMC-yə həvalə edilməsi, hüquqi xidmət üçün ödədiyi 350 manatın və 100 manat dövlət rüsumunun, cəmi 450 manat məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilin noyabr ayında bacısı cavabdeh1 adına MMC-nin Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi ** saylı ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 55,8 kv.m. olan, ** nömrəli 1 otaqlı mənzilini almışdır. Müqavilənin şərtinə əsasən mənzil hər kvadrat metri 300 ABŞ dollara olmaqla, ümumi olaraq 16.740 ABŞ dollarına satılmış və həmin dövrün Azərbaycan manatı məzənnəsinə uyğun olmaqla 14.731 manat ödəmə olmuşdur. Müqavilənin 3.4-cü bəndində müqavilə bağlanarkən mənzilin dəyərinin tam ödənilməsi də nəzərdə tutulduğundan, mənzilin dəyərini qardaşı Süleymanın vasitəsi ilə tam olaraq ödəmişdir. Sonradan, MMC-nin direktoru Elman Tağıyev və əməkdaşları barəsində aparılan cinayət işi üzrə həm ibtidai, həm də məhkəmə istintaqı zamanı həmin mənzillə əlaqədar zərərçəkmiş şəxs kimi iddiaçı tanınmışdır. Mənzilin ilk alıcısı olaraq mənzil iddiaçıya verildiyindən cinayət işi üzrə olan hökmdə də iddiaçıya vurulmuş zərərin ödənilməsinin nəzərə alındığı qeyd edilmişdir. Mənzili iddiaçı təmir etdirmiş, bütün xərcini də o çəkmişdir. Həmin vaxtı iddiaçının bacısı cavabdeh1 kənddə yaşamış, o, yalnız mənzilin onun adına alındığını bilmiş, cavabdeh tərəfindən bir manat da olsun nə mənzilin alınmasına görə iddiaçıya, nə də təmirinə pul ödənilməmişdir. Sonradan ailə məsələsi ilə əlaqədar iddiaçının bacısı ilə münasibətləri pozulduğundan, bacısı həmin mənzilin ona alındığını və guya pulunun iddiaçıya hissə-hissə ödənildiyini iddia etməyə başlamışdır. İddiaçının bacısı 2024-cü ilin sentyabr ayının 11-də kirayədə yaşayan şəxslərin evdə olmamasından istifadə edərək mənzilin dəmir seyf qapısının qıfıl hissəsini sındıraraq mənzilə daxil olmuşdur. Mənzil adına alınsa da, onun tərəfindən buna görə pul verilmədiyini və ona məxsus olmadığını və onun hərəkətinin qanunsuz olduğunu iddiaçı dəfələrlə bildirsə də, bacısı iddiasından əl çəkmək istəmir. Bu barədə iddiaçının şikayəti əsasında Xətai RPİ-nin 36-cı PŞ-də araşdırma aparılmış və cavabdeh1 tərəfindən mənzilin qapısının sındırılması faktı təsdiq edilsə də, mülki xarakterli olması əsası ilə mübahisənin həlli üçün mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilməklə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Mübahisələri ilə əlaqədar digər cavabdeh MMC-nin hazırkı rəhbərliyinə müraciət edərək MMCnin əməkdaşları barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2014-cü il tarixli hökmündə həmin mənzil üzrə iddiaçının zərərçəkmiş şəxs kimi tanındığı və buna görə mənzilin onun adına keçirilməyini, mənzilə dair iddiaçı ilə müqavilə bağlanmasını, sahiblik və istifadə hüququmun tanınmasını və dövlət reyestrində qeydiyyat barədə sənədlərin verilməsini xahiş etsə də bunları etməkdən imtina etmişlər. MMC-nin rəhbərliyi mənzilin iddiaçıya məxsus olduğunu, təmirin iddiaçı tərəfindən aparıldığını təsdiq etsə də, mübahisənin məhkəmə qaydasında həll edilməsinin və MMC-nin üzərinə müvafiq öhdəlik qoyulduqdan sonra iddiaçı ilə müqavilə bağlanmasının və digər tələblərin yerinə yetirilməsinin mümkünlüyünü bildirmişdir.
8. Cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 iddia ərizəsinə yazılı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iş materiallarına 2006-cı il tarixli müqavilə, xxxx, 2014-cü il tarixli hökmün surətini, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətini təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi * saylı ünvanında inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 55,8 kv.metr olan, ** nömrəli 1 otaqlı mənzilini 2006-cı il tarixli müqaviləyə əsasən cavabdehin adına aldığını bildirmiş, eyni zamanda qeyd etmişdir ki, mənzilin dəyərini qardaşı vasitəsilə ödəmiş, MMCnin direktoru Elman Tağıyev və əməkdaşları barəsində aparılan cinayət işi üzrə həm ibtidai, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi tanınmış, mənzil ilk alıcısı kimi ona verildiyindən hökmdə zərərin əvəzinin ödənilməsinin nəzərə alınmış, mənzili təmir etdirmiş, sonradan münasibətlərinin pozulduğu üçün cavabdeh həmin mənzili aldığını bildirdilmiş, kirayədə yaşayanları çıxararaq mənzilə daxil olmuşdur. İddiaçı mənzilin cavabdehin adına alındığını, onun pul vermədiyini bildirmişdir. Eyni zamanda, bunun 2006-cı ildə baş verdiyini qeyd etmişdir. Hazırda iddiaçı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il tarixli hökmünü iş materiallarına əlavə edərək hesab etmişdir ki, həmin hökmdə zərərçəkən şəxs kimi tanındığı üçün hazırkı iddia tələbində haqlıdır. İddiaçının işin faktiki halı ilə bağlı bildirdiyi və mövcud olan sübutları bunlardan ibarət olmuşdur. Göründüyü kimi, iddiaçı evi 2006-cı ildə əldə etdiyini bildirsə də, bunun sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli müqavilədir ki, həmin müqaviləyə əsasən də mübahisəli mənzili əldə edənin cavabdeh1 olduğu görünür. Bundan başqa, iddiaçı iddia ərizəsində evin dəyərini, yəni pulunu qardaşı vasitəsilə ödədiyini, hökmdəki ifadəsində isə (hökm səhifə 129, 2-ci abzas) Elmana bu pulu özünün ödədiyini bildirir. Eyni zamanda iddia ərizəsində 2006-cı il tarixli müqaviləni təqdim edərək bildirir ki, mübahisəli evi bacısının - cavabdehin adına əldə etmişdir. Amma sübut kimi təqdim etdiyi hökmdəki izahatında (hökm səhifə129, 2-ci abzas) qeyd etmişdir ki, Elman Tağıyevlə 2006-cı il tarixli müqaviləni özü bağlamışdır. Mübahisəli mənzil ## ###### 2006-cı il tarixli müqaviləyə əsasən həmin tarixli xxxx əsasında dəyəri şəxsən ödənilməklə cavabdeh1 tərəfindən alınmışdır. Gültəkin kənddə yaşamış, 1989-cu ildən əmək fəaliyyətinə başlamış, 1996-cı ildən də orta məktəbdə müəllimə işləmiş, eyni zamanda kənddə təsərrüfatı ilə məşğul olmuşdur. O, həmişə ata evində yaşamış və ata-anasına sağlığında qulluq edən yeganə övlad olmuşdur. Yığdığı pul ilə atasız böyüdəcəyi yeganə qız övladının gələcəyi, ən əsası da gələcəkdə rahat təhsil ala bilməsi üçün hazırkı mənzili 2006-cı ildə əldə etmişdir. İddiaçı Bakı şəhərində yaşadığı üçün mənzilə nəzarət həmişə onda olmuşdur. İddiaçının bu imkandan istifadə edərək onun xəbəri olmadan binanın məsul şəxsləri barədə gedən cinayət işində və məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi tanınması ona hazırkı işdə əlavə olunan hökm vasitəsilə məlum olmuşdur. Vaxtilə binada mübahisə olduğunu eşitsə də, Bakıya gəlmiş və mənzilinin qapısının açarını dəyişmiş və həmin vaxtdan da mənzilini kimsə mübahisə etməmişdir. Tez- tez də iddiaçı tərəfindən ona mənzilə baş çəkdiyi, problem olmadığı, heç kim tərəfindən mənzilə daxil olunmadığı bildirilmişdir. İmkanı olduqca Bakıya gəlib mənzilinə özü də baş çəkmişdir. Mənzil özünün vəsaiti hesabına təmir olunmuşdur. İddiaçı Bakıda yaşadığı üçün təmir işlərinə nəzarət etmişdir. Hökmdən də mübahisəsiz göründüyü kimi, iddiaçı həmin mənzilə cavabdehin adına müqavilə bağlanması barədə heç bir izahat verməmiş, cavabdeh barədə bildirməmişdir. 2006-cı il tarixli müqavilə barədə bildirsə də, müqaviləni Elmanla özünün bağladığı barədə ifadə vermişdir. Yəni həmin cinayət işi üzrə hökmdən görünür ki, həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında cavabdeh iştirak etməmiş və mübahisəli evin cavabdehin adına olması barədə iddiaçı tərəfindən hökmün heç bir hissəsində bəhs keçməmişdir.
9. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili həmçinin məhkəməyə “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizə təqdim edərək bildirmişdir ki, mənzilə dair müqavilə ##.##.2006-cı il tarixdə bağlanmış və iddiaçı həmin vaxtdan etibarən bilirdi ki, mənzilin sahibi cavabdeh1dır. Belə ki, müqavilədə mənzilin sahibi kimi cavabdeh1 adı qeyd edilib. Buna baxmayaraq, iddiaçı həmin müqavilənin etibarsızlığı ilə bağlı hazırkı iddia ilə 2024cü ildə, yəni təxminən 19 il sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı, istər Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 aylıq və 1 illik iddia müddətlərini, istərsə də, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddianın rədd edilməsi üçün əsasdır.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 izahatında bildirmişdir ki, iddia ərizəsinə etirazda qeyd edilir ki, iddiaçı evi 2006-cı ildə bacısının adına əldə etdiyini bildirsə də, bunu sübut edən sənədi məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar bildirilməlidir ki, işdə olan müqaviləni onlar təqdim edib, əgər evi Gültəkin özü almış olsa idi, müqaviləyə imza edərdi və müqavilə özündə olardı. Yəni müqavilənin bağlanmasında iştirak etməmiş və müqavilə üçün onun iradə ifadəsi olmamışdır. Cavabdeh qeyd etmişdir ki, müqavilə bacısı Rəbiyə tərəfindən oğurlanıb, amma özünün müqavilənin oğurlanması barədə, onun tapılması üçün hər hansı bir cəhd etməsi, bu barədə hüquq- mühafizə orqanlarına məlumat verməsi və ya dublikatının alınması barədə müraciət etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İşə üçüncü şəxs kimi cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMMC-nin nümayəndəsi ümumiyyətlə 2018-ci ildən 2024-cü ilin avqust ayınadək Gültəkin adlı şəxsi tanımadığını, mübahisəli mənzilin sahibi olaraq ancaq Rəbiyə xanımı tanıdığını qeyd etmişdir. Cavabdeh Elman Tağıyev haqqında olan hökmə istinad edərək bildirilməlidir ki, hökmdə qeyd edilir ki, Elman Tağıyevə pulu iddiaçı özü verib, amma iddia ərizəsində Rəbiyə qeyd etmişdir ki, pulu qardaşı Süleymanın vasitəsi ilə vermişdir. Həm cinayət işi üzrə verdiyi izahatında, həm də iddia ərizəsində Rəbiyə həmin pulun onun ailəsinə aid olduğu mənasında verildiyini göstərmişdir ki, bu şahid Süleyman Əhmədovun ifadəsi ilə də təsdiq edilir. Məhkəmənin həmin hökmü artıq qanuni qüvvəsini almışdır və MPM-nin 83.2-ci maddəsinə görə həmin hökmdə göstərilən faktların Rəbiyəyə aid hissədə məcburiliyi qeyd edilməklə, yenidən sübut olunmasına ehtiyac yoxdur. Rəbiyə mübahisəli mənzilin sahibi kimi Elman Tağıyev barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və hökm çıxanadək mənzil ona verildiyindən ona aid hissədə vurulmuş zərərin ödənilməsinin nəzərə alınması qeyd edilmişdir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin tələbi tamamilə əsassızdır. Əvvəla MM-in 384.04-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibinin onun hüquqlarının hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahibkarlıqdan məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddiaçının tələbi iddia müddətinin şamil edilmədiyi tələblər kateqoriyasına aiddir. Həm iddiaçının, həm də cavabdehin özünün qeyd etdiyi kimi tərəflər arasında mübahisə 2024-cü ilin avqust-sentyabr aylarında başlamış və cavabdeh mübahisəli mənzilin qapısını sındıraraq mənzilə daxil olduğundan iddiaçının hüququ faktiki olaraq həmin vaxtdan pozulmuş hesab edilir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə cavabdeh cavabdeh1 qardaşıdır. Bacısı İddiaçı yoldaşı ilə Rusiyada olduğundan, 2006-cı ildə mübahisəli mənzili bacısı Rəbiyənin və bacısının yoldaşının tapşırığı ilə 17.000 ABŞ dollarına almışdır. Bacısı Gültəkin kənddə yaşamış, tək uşağa və valideynlərinə baxmışdır. Bunları nəzərə alaraq və gələcəkdə Bakıda qeydiyyata düşə bilsin deyə razılaşmaya əsasən mənzil Gültəkinin adına alınmalı idi.
12. Məhkəmə tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, # #### 2025-ci tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair bağlanmış və iddia ərizəsində qeyd edilən ##.##.2006-cı il tarixli müqavilənin şərtlərinə əsasən müəyyən edilir ki, həmin müqavilə podrat müqaviləsidir. Müqavilədə “sifarişçi” kimi cavabdeh cavabdeh1 “xxxx” kimi MMC, mənzilin inşasına çəkilməli olan xərcin məbləği 16.740 ABŞ dolları kimi göstərilmişdir. MMC tərəfindən verilmiş ##.##.2006-cı il tarixli “xxxxndə” isə qeyd edilib ki, həmin məbləğ MMC-yə cavabdeh1 tərəfindən ödənilmişdir. Cavabdeh cavabdeh1 ilə iddiaçı doğma bacılardır və hazırda onların münasibətləri pozulmuşdur.
15. İddiaçı cavabdeh cavabdeh1 mənzilə görə pul ödəmədiyini vurğulayaraq mənzilin öz adına rəsmiləşdirilməsi üçün cavabdeh cavabdeh1 ilə cavabdeh MMC arasında bağlanılmış müqavilənin etibarsız hesab edilməsi və onun özü ilə müqavilənin bağlanılması öhdəliyinin MMC-nin üzərinə qoyulmasını tələb edir. Yaxın qohum olan və aralarında münasibətləri pozulmuş tərəflərin ilkin razılaşmalarının bütün hallarını müəyyən etmək mümkün olmasa da, işin mübahisəsiz halları üzrə podrat münasibətlərində sifarişçi qismində cavabdeh1 çıxış etməsi müəyyən edilir. Buna görə də, iddia tələbi təmin edilə bilməz.
16. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə dəymiş ziyanla və ödənilməmiş (qaytarılmamış) pul məbləğləri ilə bağlı pul tələbi deyil, podrat müqaviləsi ilə əldə olunmuş sahənin üzərində əmlak xarakterli hüquqların müəyyənləşdirilməsi ilə bağlıdır.
17. Müqavilənin etibarsızlığı tələbinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, müqavilənin etibarsız hesab olunması üçün əsas yoxdur. Belə ki, iş materialları və tərəflərin izahatları ilə podrat müqaviləsinin bağlanıldığı və podrat münasibətlərində sifarişçi qismində cavabdeh1, xxxx qismində MMC-nin çıxış etməsi öz təsdiqini tapır. Qanunvericiliyin tələblərinə əsasən podrat müqaviləsinin mütləq yazılı formada bağlanılması şərti nəzərdə tutulmamışdır. Hər hansı əqdin (o cümlədən podrat müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından da görünür ki, podrat müqaviləsi bağlanarkən lazımi subyektlərin iradə ifadəsi müqavilənin bağlanılmasına yönəlmiş, müqavilənin forma tələbləri pozulmamışdır. Belə ki, xxxx müqaviləsi üzrə təhvil verdiyi məmulata (podrat predmetinə, mənzilə) mülkiyyət hüququnun sifarişçiyə verməli olduğundan, həmin hüquq isə öz növbəsində sahiblik və istifadə hüququnu ehtiva etdiyindən, mübahisəli sahənin üzərində podrat müqaviləsi üzrə sifarişçi olmayan iddiaçının hüquqları tanına bilməz.
18. Müqavilənin etibarsız sayılması barədə iddia tələbləri təmin edilmədiyindən və sifarişçi olaraq cavabdeh MMC, xxxx olaraq cavabdeh1 aralarında podrat münasibətlərinin yarandığı öz təsdiqini tapdığından, cavabdeh1 mübahisəli mənzildən çıxarılması barədə iddia tələbləri də təmin edilməməlidir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd olunan hallar müəyyən edildiyindən, mübahisəli mənzil üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınması, mənzilə dair onunla müqavilənin bağlanması və mənzilin dövlət reyestrində qeydiyyatı üçün sənədlərin verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə tələblər təmin edilməməlidir.
20. Mübahisəli mənzilin bir neçə şəxslərə satılması nəticəsində bir sıra müqavilələrin saxtalığının müəyyən edilməsi üzrə cinayət işinin gedişatında iddiaçının zərərçəkmiş qismində tanınması ilə bağlı iddia dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2014-cü il tarixli hökmünün surətindən görünür ki, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil saxta müqavilələr əsasında bir neçə şəxsə satılmışdır. Hökmdə zərərçəkmiş şəxsin – hazırkı iş üzrə iddiaçının mənzillə təmin edilməsi və sonuncunun şikayətinin olmaması nəzərə alınaraq ona dəymiş maddi ziyanın ödənilməsi qənaətinə gəlinmişdir. İddiaçının həmin cinayət işinin araşdırması gedişatında zərərçəkmiş şəxs qismində tanınması sonuncunun mənzilin üzərində əmlak hüquqlarına malik olan yeganə şəxs olması və ya mənzilin saxta müqavilələr əsasında özgəninkiləşdirilməsi nəticəsində yeganə zərərçəkmiş şəxs olması anlamına gəlmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, iddiaçının cinayət işində zərərçəkmiş şəxs olması sonuncunun həmin mənzilə dair gələcəkdə əmlak xarakterli mübahisələrdə tərəf olmasını, əmlakın üzərində sair şəxslərin əmlak hüquqlarının aşkar edilməsini və müəyyənləşdirilməsini istisna etmir.
21. Məhkəmə onu da qeyd etmişdir ki, hökmlə mənzilin saxta müqavilələr əsasında müxtəlif şəxslərə satılması müəyyən edilmiş, iddiaçının mənzillə təmin edildiyindən, digər alıcılar (zərərçəkmiş şəxslər) barəsində dəymiş ziyanın ödənilməsi qərarlaşdırılmışdır. Buna görə də iddiaçının həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olmasına baxmayaraq, həmin hökmlə müəyyən edilmiş hallar iddiaçı ilə cavabdeh cavabdeh1 arasında yaranmış əmlak mübahisəsi üzrə iddiaçının cavabdeh1 münasibətdə daha üstün əmlak hüquqlarına malik olmasını təsdiq etmir. Həmin hökm cinayət əməlinə görə təqsirli şəxslərin cəzalandırılması və dəymiş zərərin aradan qaldırılması məqsədlərinə yönəlməklə, iddiaçı ilə cavabdeh1 arasında mövcud olan (yaranacaq) əmlak mübahisəsini (mülki mübahisəni) həll etməyə və sonuncuların birinin digərinə münasibətdə əmlak xarakterli hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə yönəlməmişdir.
22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 329.2, 329.3, 442, 752.1, 752.2, 753.1, 753.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 82.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. İddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasındakı münasibətləri yanlış olaraq podrat müqaviləsi kimi tövsif edərək Mülki Məcəllənin 752 və 753cü maddələrinə
24. istinad etsə də, cavabdeh MMC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilənin məzmunundan görünür ki, həmin müqavilə payının verilməsini ehtiva edir. Həmin müqavilədə cavabdeh1 imzasının olmaması isə həmin müqavilənin Mülki Məcəllənin 329.1 və 331.1-ci maddələrinə əsasən etibarsız olmasını göstərir. Məhkəmə iddiaçının 2006-cı ildən bəri mənzilə faktiki sahiblik etməsi, onu öz vəsaiti hesabına təmir etdirib kirayəyə verməsi, habelə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmlə mənzil üzrə yeganə zərərçəkmiş şəxs kimi tanınması faktlarına hüquqi qiymət verməmiş və iddianın əsassız olması nəticəsinə gəlmişdir. Məhkəmə cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixdə mənzilin qapısını sındıraraq mənzilə daxil olmasını Mülki Məcəllənin 164.1-ci maddəsi ilə qadağan edilmiş özbaşınalıq kimi qiymətləndirməyərək maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməklə iddianın rədd edilməsi barədə əsassız qənaətə gəlmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Günel Abbasova və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirimədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətləri yanlış olaraq podrat müqaviləsi kimi tövsif edərək Mülki Məcəllənin 752 və 753cü maddələrinə
26. istinad etsə də, cavabdeh MMC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilənin məzmunundan görünür ki, həmin müqavilə payının verilməsini ehtiva edir.
27. Apellyasiya şikayətinin bu dəlilinin əsaslılığının qiymətləndirilməsi ilə bağlı məhkəmə kollegiyası cavabdehin MMC-nin hüquqi şəxs olmaqla növünü, yəni kooperativ olmamasını, MMC-nin mənzilə dair bağladığı və yuxarıda qeyd edilən həmin müqavilənin məzmununu, müqavilə bağlanılan zaman cavabdeh1 hər hansı kooperativə üzv (payçı) kimi qəbul edilməsi haqqında qərarın mövcud olmamasını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin müqaviləni “Podrat müqaviləsi” kimi qiymətləndirərək, mülki mübahisəni bu baxımdan həll etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
28. İddiaçının digər dəlili ondan ibarətdir ki, mənzil aldığı vaxtdan onun istifadəsində olmuş, cavabdeh cavabdeh1 həmin mənzildə heç vaxt yaşamamış, mənzil sonuncunun istifadəsində heç vaxt olmamış, mənzilə dair MMC ilə bağlanmış müqavilənin və “xxxxnin” əsli də cavabdeh1 deyil, onda olmuşdur. Bu hal isə onu göstərir ki, mənzilə aid sənələr cavabdeh1 adına rəsmiləşdirilmiş, mənzil cavabdeh1 deyil, faktiki olaraq ona məxsusdur. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız saymışdır. Çünki hazırkı mülki mübahisənin predmeti olan mənzilə aid müqavilənin və “xxxxnin” əslinin həmin sənələrdə adı qeyd edilmiş cavabdeh1 deyil, iddiaçıda olması iddiaçını həmin mənzilin sahibinə çevirməmişdir. Ümumiyyətlə bu kimi halın mövcud olmasına görə iddiaçının dəlilinin əsaslı hesab edilməsi hazırda qüvvədə olan qanunlarda nəzərdə tutulmamışdır. İddiaçı bildirir ki, mənzilin dəyəri cavabdeh1 tərəfindən deyil onun tərəfindən MMCyə ödənilmişdir.
29. Buna görə də, qəbul edilməlidir ki, mənzil ona məxsusdur. İddiaçı bu tələbinin əsaslığını şahid ifadəsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş *(***)-**/**** saylı cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş ##.##.2014-cü il tarixli hökmü ilə əsaslandırır. İddiaçının bu dəlil ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzilin dəyərinin kimin tərəfindən ödənilməsi şahid ifadəsi ilə müəyyən edilə bilməz. Çünki MPM-in 81ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mənzilin dəyərinin ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirinin ##.##.2016-cı il tarixli, Q-** №-li əmri və Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş ciddi hesabat blanklarına, hazırkı halda “xxxx” (“xxxx”) ilə müəyyən edilə bilər. Cavabdeh MMC tərəfindən cavabdeh cavabdeh1 adına verilmiş ##.##.2006-cı il tarixli “xxxxndə” yanlışlığın yol verilməməsi işin mübahisəsiz halıdır. Belə olan halda həmin sənədin, sənəddə “ödəyici” kimi adı qeyd edilmiş şəxsə deyil, başqa şəxsə aid edilməsi mümkün deyil, çünki bu qayda yuxarıda qeyd edilən həmin əmrdə, hazırda qüvvədə olan Vergi Məcəlləsində, qanunlarda və normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır.
30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin hökmdən və hazırkı iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, cavabdeh cavabdeh1 həmin cinayət işi üzrə tərəf olmamışdır. Buna görə də həmin hökm cavabdeh1 münasibətdə preyudisial xarakter daşımır. Digər tərəfdən qeyd edilməlidir ki, həmin hökm mübahisəli mənzil üzərində cavabdeh1 və ya iddiaçının mülkiyyət və ya sahiblik hüququnun olmasını müəyyən etməmiş, hökmdə qeyd edilən cinayət hadisəsinin həmin iş üzrə təqsirləndirilən şəxslər tərəfindən törədilib-törədilməməsini müəyyən etmişdir.
31. İddiaçı iddia edir ki, mənzilə dair MMC ilə cavabdeh arasında ##.##.2006-cı il tarixdə bağlanmış müqavilə cavabdeh cavabdeh1 tərəfindən imzalanmamışdır. Bu hal isə həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsasıdır. Lakin işə baxmış birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Məhkəmə kollegiyası bu dəlil üzrə qeyd etmişdir ki, , həmin halın mövcudluğu hazırkı iş üzrə iddiaçı üçün hər hansı bir hüquqi nəticə yaratmır. Müqavilə tərəfi olmayan iddiaçı qeyd edilən hala görə müqavilənin etibarsız hesab edilməsini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil.
32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 752.1, 752.2, 753.1, 753.2-ci və Mülki Prosessual Məcəllənin 81, 82.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
33. Qətnamədən iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən və maddi hüquq normalarını yanlış tətbiq etməklə əsassız nəticəyə gəlmişlər. Məhkəmələr mübahisənin həlli zamanı ##.##.2006-cı il tarixli müqaviləni podrat müqaviləsi kimi qiymətləndirmiş və bu əsasla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 752.2, 753.1 və 753.2-ci maddələrini tətbiq etmişlər. Halbuki iş materiallarından, o cümlədən müqavilənin məzmunundan açıq şəkildə görünür ki, həmin müqavilə podrat müqaviləsi deyil, yaşayış sahəsinin pay əsasında verilməsini nəzərdə tutan pay müqaviləsi olmuşdur. Müqavilənin 1.1-ci və 8.1-ci bəndləri də bunu təsdiq edir. Buna baxmayaraq, məhkəmələr müqavilədə cavabdeh cavabdeh1 imzasının olmamasını nəzərə almadan, onun davranışından müqavilə münasibətlərinə daxil olmaq iradəsinin müəyyən edildiyini göstərərək tərəflər arasında podrat münasibətlərinin yarandığını qəbul etmişlər. Halbuki iş üzrə belə nəticəyə gəlməyə imkan verən mötəbər və kifayət qədər sübut mövcud olmamışdır. İş materialları, tərəflərin izahatları və cinayət işi üzrə toplanmış sübutlarla müəyyən olunur ki, mübahisəli mənzilə görə ödəniş iddiaçı İddiaçı ailəsi tərəfindən həyata keçirilmişdir. Cavabdeh özü də məhkəməyədək verdiyi izahatlarında mənzilin qardaşı Süleyman Əhmədov vasitəsilə iddiaçının həyat yoldaşı Ramiz Sadıqov tərəfindən alındığını bildirmişdir. Buna baxmayaraq, məhkəmələr yalnız “xxxx”ndə ödəyici kimi cavabdeh1 adının göstərilməsinə əsaslanaraq ödənişin məhz onun tərəfindən həyata keçirilməsini mübahisəsiz hal kimi qəbul etmişlər. Halbuki mübahisə həmin orderin kimin adına tərtib olunması ilə deyil, vəsaitin faktiki olaraq kim tərəfindən ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh cavabdeh1 mənzilə görə sonradan hissə-hissə pul ödədiyini və ümumilikdə 22.000 manat qaytardığını bildirsə də, nə birinci instansiya, nə də apellyasiya məhkəməsinə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmələr isə bu halı araşdırmadan cavabdehin mövqeyini əsaslı hesab etmişlər. Bundan əlavə, məhkəmələr cavabdehin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı gedişində verdiyi bir-biri ilə ziddiyyət təşkil edən izahatlara hüquqi qiymət verməmişlər. Cavabdeh müxtəlif vaxtlarda müqavilənin bağlanması, mənzilin alınması, ödənişin edilməsi və “xxxx”nin ona təqdim olunması ilə bağlı fərqli və bir-birini təkzib edən izahatlar vermiş, lakin həmin ziddiyyətlərin səbəbi məhkəmə tərəfindən araşdırılmamışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmündən görünür ki, mübahisəli mənzil üzrə zərərçəkmiş şəxs qismində məhz İddiaçı tanınmış və mənzilin ona verildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxslərdən iddiaçının heç bir şikayət və tələbinin olmaması da bununla əlaqələndirilmişdir. Buna baxmayaraq, məhkəmələr həmin hökmün iş üzrə preyudisial əhəmiyyətini düzgün qiymətləndirməmiş, hökm ilə müəyyən edilmiş hallara lazımi hüquqi qiymət verməmişlər. Apellyasiya məhkəməsi cavabdehin həmin cinayət işi üzrə tərəf olmamasına istinad edərək hökmün ona münasibətdə preyudisial xarakter daşımadığını qeyd etsə də, nəzərə almamışdır ki, hökm ilə müəyyən edilmiş və iddiaçının mübahisəli mənzil üzərində hüquqlarını təsdiq edən faktiki hallar hazırkı iş üzrə sübut əhəmiyyətinə malikdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, cavabdeh 2006-cı ilin noyabr ayından 2024-cü ilin avqust ayınadək mübahisəli mənzilə münasibətdə özünü mülkiyyətçi kimi aparmamış, mənzilin təmiri, istifadəsi, kirayəyə verilməsi və idarə olunması ilə bağlı hər hansı faktiki hərəkət etməmişdir. O, uzun illər ərzində nə mənzilin istifadəsi ilə maraqlanmış, nə kirayə haqqı almış, nə də özünü zərərçəkmiş şəxs kimi tanıtmaq üçün hər hansı təşəbbüs göstərmişdir. Əksinə, iş materiallarında olan Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh sonradan mənzilin qapısını sındıraraq yaşayış sahəsinə daxil olmuş və faktiki olaraq həmin sahəni özbaşına tutmuşdur. Həmin vaxta qədər iddiaçının mənzil üzərində faktiki sahiblik və istifadə hüquqları heç kim tərəfindən mübahisələndirilməmişdir. Buna baxmayaraq, məhkəmələr cavabdehin hərəkətlərini özbaşınalıq kimi qiymətləndirməmiş və iddiaçının faktiki sahiblik hüququnu müdafiə etməmişlər. Həmçinin cavabdehin vəsatəti əsasında üçüncü şəxs qismində işə cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək 2018-ci ildən 2024-cü ilin avqust ayınadək mübahisəli mənzilin sahibi kimi yalnız İddiaçı tanıdığını bildirmişdir. Lakin həmin izahat iddiaçının mövqeyini təsdiq etdiyindən, birinci instansiya məhkəməsi onun məhkəmə iclasında iştirakını qətnamədə əks etdirməmiş, həmin izahata hüquqi qiymət verməmiş, apellyasiya məhkəməsi isə iclas videoyazısının araşdırılması barədə vəsatəti təmin etməmişdir. Beləliklə, məhkəmələr iş üzrə sübutları tam və obyektiv araşdırmadan, sübutlar arasındakı ziddiyyətləri aradan qaldırmadan, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
35. Kassasiya şikayətinə qarşı cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 etirazı daxil olmuşdur.
36. Etiraz onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq belə nəticəyə gəlmişlər ki, mübahisə predmeti olan mənzilə dair müqavilənin və “xxxx”nin əslinin iddiaçıda olması özü-özlüyündə ona həmin mənzil üzərində hər hansı mülkiyyət və ya digər əşya hüququ vermir. Çünki qanunvericilikdə belə halı hüquqyaradıcı əsas kimi müəyyən edən norma mövcud deyildir və iddiaçının bu barədə mövqeyi yalnız şəxsi mülahizədən ibarətdir. Əksinə, iddiaçının özünün bildirdiyi kimi, həmin sənədləri uzun müddət ərzində saxlamasına baxmayaraq, bu müddət ərzində mənzilə dair hər hansı hüquq iddiası irəli sürməməsi cavabdehin mənzil üzərində hüququnu faktiki olaraq qəbul etməsini göstərir.
37. İddiaçının mənzilin dəyərinin cavabdeh tərəfindən deyil, onun tərəfindən ödənildiyi üçün mənzilin ona məxsus hesab edilməli olması barədə dəlilləri də əsassızdır. Belə ki, MPMin 81-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş halların yalnız müvafiq sübutetmə vasitələri ilə təsdiq olunması mümkündür və həmin hallar başqa sübutlarla müəyyən edilə bilməz. Mənzilin dəyərinin ödənilməsi faktı qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Maliyyə Nazirinin ##.##.2016-cı il tarixli Q-** nömrəli əmri və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ciddi hesabat blankı hesab edilən “xxxx” ilə təsdiq edilməlidir. İş materiallarında isə MMC tərəfindən cavabdeh cavabdeh1 adına verilmiş ##.##.2006-cı il tarixli “xxxx” mövcuddur. Bu səbəbdən iddiaçının qardaşının şahid ifadəsi ilə həmin halın sübuta yetirilməsi mümkün deyildir. İddiaçının istinad etdiyi hökm də cavabdeh cavabdeh1 münasibətdə preyudisial əhəmiyyət daşımır. MPM-in 82.4-cü maddəsinə əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıyır. Həmin cinayət işi üzrə cavabdeh tərəf olmadığından və onun hüquq və vəzifələri həmin icraat çərçivəsində müəyyən edilmədiyindən, göstərilən hökmün cavabdehə münasibətdə preyudisial qüvvəsi yoxdur. Kassasiya şikayətinin mənzilə dair ##.##.2006-cı il tarixli müqavilənin cavabdeh tərəfindən imzalanmaması ilə bağlı hissəsi də hüquqi əhəmiyyət kəsb etmir. Çünki belə halın mövcudluğu belə iddiaçıya mübahisəli mənzil üzərində hər hansı hüquq vermir. Bundan əlavə, iddiaçı həmin müqavilənin tərəfi olmadığından, onun etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Şikayətdə də məhkəmələrin bu nəticəsinin əsassızlığını təsdiq edən hər hansı hüquqi əsas göstərilməmişdir. Beləliklə, iş materialları və toplanmış sübutlar məcmu halında qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçının cavabdeh cavabdeh1 məxsus mənzil üzərində hər hansı hüququ mövcud deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
40. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Maddə 752.1. Podrat müqaviləsinə görə xxxx müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə xxxxya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
43. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və xxxx onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
44. Maddə 753.1. Sifarişçi xxxxya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, xxxxnın müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
45. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
55. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
65. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
66. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
68. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.