Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-870/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı (üçüncü şəxs "xxxx" MMMC cəlb edilməklə) “sahiblik və istifadə hüququnun tanınması, müqavilənin bağlanması, qeydiyyat üçün sənədlərin verilməsi və mənzilin boşaldılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 55,8 kv.m olan, 75 nömrəli 1 otaqlı mənzilinə dair Cavabdeh2 adına bağlanmış müqavilənin etibarsız hesab edilməsi və onun həmin mənzildən çıxarılması; ünvan 1 ünvanında inşa edilmiş 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 55,8 kv.m olan, 75 nömrəli 1 otaqlı mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair onunla müqavilənin bağlanması və mənzilin dövlət reyestrində qeydiyyatı üçün sənədlərin verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nə həvalə edilməsi; hüquqi xidmət üçün ödədiyi 350 (üç yüz əlli) manatın və 100 (yüz) manat dövlət rüsumunun, cəmi 450 (dörd yüz əlli) manat məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ilin noyabr ayında bacısı Cavabdeh2 adına "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 55,8 kv.m olan, 75 nömrəli 1 otaqlı mənzilini almışdır. Müqavilənin şərtinə əsasən mənzil hər kvadrat metri 300 ABŞ dollara olmaqla, ümumi olaraq 16.740 ABŞ dollarına satılmış və həmin dövrün Azərbaycan manatı məzənnəsinə uyğun olmaqla 14.731 manat ödəmə olmuşdur. Müqavilənin 3.4-cü bəndində müqavilə bağlanarkən mənzilin dəyərinin tam ödənilməsi də nəzərdə tutulduğundan, mənzilin dəyərini qardaşı Süleymanın vasitəsi ilə tam olaraq ödəmişdir. Sonradan “Birlik İnşaat" MMC-nin direktoru Elman Tağıyev və əməkdaşları barəsində aparılan cinayət işi üzrə həm ibtidai, həm də məhkəmə istintaqı zamanı həmin mənzillə əlaqədar zərərçəkmiş şəxs kimi o tanınmışdır, mənzilin ilk alıcısı olaraq mənzil ona verildiyindən cinayət işi üzrə olan hökmdə də ona vurulmuş zərərin ödənilməsinin nəzərə alındığı qeyd edilmişdir. Mənzili o, təmir etdirmişdir, bütün xərcini də o çəkmişdir. Həmin vaxtı bacısı Cavabdeh2 kənddə yaşamış, o yalnız mənzilin onun adına alındığını bilmiş, onun tərəfindən bir manat da olsun nə mənzilin alınmasına görə ona, nə də təmirinə pul ödənilməmişdir. Sonradan ailə məsələsi ilə əlaqədar bacısıyla münasibətləri pozulduğundan o həmin mənzilin ona alındığını və güya pulunun ona hissə-hissə ödənildiyini iddia etməyə başladı. Bacısı 2024-cü ilin sentyabr ayının 11-də kirayədə yaşayan şəxslərin evdə olmamasından istifadə edərək mənzilin dəmir seyf qapısının qıfıl hissəsini sındıraraq mənzilə daxil olmuşdur. Mənzil adına alınsa da, onun tərəfindən buna görə pul verilmədiyini və ona məxsus olmadığını və onun hərəkətinin qanunsuz olduğunu dəfələrlə bildirsə də, bacısı iddiasından əl çəkmək istəmir. Bu barədə onun şikayəti əsasında Xətai RPİ-nin 36-cı PŞ-də araşdırma aparılmış və Cavabdeh2 tərəfindən mənzilin qapısının sındırılması faktı təsdiq edilsə də, mülki xarakterli olması əsası ilə mübahisənin həlli üçün mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilməklə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Mübahisələriylə əlaqədar digər Cavabdeh1 MMC-nin hazırki rəhbərliyinə müraciət edərək "xxxx" MMC-nin əməkdaşları barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli hökmündə həmin mənzil üzrə onun zərərçəkmiş şəxs kimi tanındığı və buna görə mənzilin onun adına keçirilməyini, mənzilə dair onunla müqavilə bağlanmasını, sahiblik və istifadə hüququmun tanınmasını və dövlət reyestrində qeydiyyat barədə sənədlərin verilməsini xahiş etsə də bunları etməkdən imtina etmişlər. Cavabdeh1 MMC-nin rəhbərliyi mənzilin ona məxsus olduğunu, təmirin onun tərəfindən aparıldığını təsdiq etsə də, mübahisənin məhkəmə qaydasında həll edilməsinin və MMC-nin üzərinə müvafiq öhdəlik qoyulduqdan sonra onunla müqavilə bağlanmasının və digər tələblərin yerinə yetirilməsinin mümkünlüyünü bildirir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 55,8 kv.m olan, 75 nömrəli 1 otaqlı mənzilinə dair Cavabdeh2 adına bağlanmış müqavilə etibarsız hesab edilməklə, mənzilin boşaldılması öhdəliyi onun üzərinə qoyulmalı, mənzil üzərində onun sahiblik və istifadə hüququ tanınmaqla, mənzilə dair onunla müqavilənin bağlanması və mənzilin dövlət reyestr qeydiyyatı üçün sənədlərin verilməsi öhdəliyi digər cavabdeh "xxxx" MMC-nə həvalə edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, iddia ərizəsinə etirazda bildirirlir ki, iddiaçı evi 2006-cı ildə bacısının adına əldə etdiyini bildirsə də, bunu sübüt edən sənədi məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar bildirir ki, işdə olan müqaviləni onlar təqdim edib, əgər evi Gültəkin özü almış olsa idi, müqaviləyə imza edərdi və müqavilə özündə olardı. Yəni müqavilənin bağlanmasında iştirak etməmiş və müqavilə üçün onun iradə ifadəsi olmamışdır. Cavabdeh qeyd edir ki, müqavilə bacısı Rəbiyə tərəfindən oğurlanıb, amma özü müqavilənin oğurlanması barədə, onun tapılması üçün hər hansı bir cəhd etməsi, bu barədə hüquq- mühafizə orqanlarına məlumat verməsi və ya dublikatının alınması barədə müraciət etməsinə dair hər hansı bir subut məhkəməyə təqdim etməmişdir. İşə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MMMC-nin nümayəndəsi ümumiyyətlə 2018-ci ildən 2024-cü ilin avqust ayınadək Gültəkin adlı şəxsi tanımadığını, mübahisəli mənzilin sahibi olaraq ancaq Rəbiyə xanımı tanıdığını qeyd etmişdir. Cavabdeh Elman Tağıyev haqqında olan hökmə istinad edərək bildirirlir ki, hökmdə qeyd edilir ki, Elman Tağıyevə pulu iddiaçı özü verib, amma iddia ərizəsində Rəbiyə qeyd edir ki, pulu qardaşı Süleymanın vasitəsi ilə vermişdir. Həm cinayət işi üzrə verdiyi izahatında, həm də iddia ərizəsində Rəbiyə həmin pulun onun ailəsinə aid olduğu mənasında verildiyini göstərmişdir ki, bu şahid Süleyman Əhmədovun ifadəsi ilə də təsdiq edlir. Bununla əlaqədar bildirir ki, məhkəmənin həmin hökmü artıq qanuni qüvvəsini almışdır və MPMnin 83.2-ci maddəsinə görə həmin hökmdə göstərilən faktların Rəbiyəyə aid hissədə məcburuliyi qeyd edilməklə, yenidən sübut olunmasına ehtiyac yoxdur. Rəbiyə mübahisəli mənzilin sahibi kimi Elman Tağıyev barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və hökm çıxanadək mənzil ona verildiyindən ona aid hissədə vurulmuş zərərin ödənilməsinin nəzərə alınması qeyd edilmişdir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin tələbi tamamilə əsassızdır. Əvvəla MMnin 384.04-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibinin onun hüquqlarının hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahibkarlıqdan məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddiaçının tələbi iddia müddətinin şamil edilmədiyi tələblər kateqoriyasına aiddir. İkinci həm iddiaçının, həm də cavabdehin özünün qeyd etdiyi kimi tərəflər arasında mübahisə 2024-cü ilin avqust sentyabr ayında başlamış və cavabdeh mübahisəli mənzilin qapısını sındıraraq mənzilə daxil olduğundan iddiaçının hüququ faktiki olaraq həmin vaxtdan pozulmuş hesab edilir. Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etirazın mahiyyətinə uyğun izahatlar verərək iddianın təmin edilməməsini xahiş etdilər. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir, iddiaçı iş materiallarına 2006-cı il tarixli müqavilə, kassa mədaxil orderi, 2014-cü il tarixli hökmün surətini, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətini təqdim edərək, ünvan 2 ünvanında inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 55.8 kv.metr olan, 75 nömrəli 1 otaqlı mənzilini 2006-cı il tarixli müqaviləyə əsasən cavabdehin adına aldığını bildirdiyini əlavə etmiş, eyni zamanda qeyd etmişdir ki, mənzilin dəyərini qardaşı vasitəsilə ödəmiş, Cavabdeh1 MMC-nin direktoru Elman Tağıyev və əməkdaşları barəsində aparılan cinayət işi üzrə həm ibtidai, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi tanınmış, mənzil ilk alıcısı kimi ona verildiyindən hökmdə zərərin əvəzinin ödənilməsinin nəzərə alınmış, mənzili təmir etdirmiş, sonradan münasibətlərinin pozulduğu üçün cavabdeh həmin mənzili aldığını bildirdilmiş, kirayədə yaşayanları çıxararaq mənzilə daxil olmuşdur. İddiaçı mənzilin cavabdehin adına alındığını, onun pul vermədiyini bildirmişdir. Eyni zamanda bunun 2006-cı ildə baş verdiyini qeyd etmişdir. Hazırda iddiaçı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il tarixli hökmünü iş materiallarına əlavə edərək hesab etmişdir ki, həmin hökmdə zərərçəkən şəxs kimi tanındığı üçün hazırkı iddia tələbində haqlıdır. iddiaçının işin faktiki halı ilə bağlı bildirdiyi və mövcud olan sübutları bunlardan ibarət olmuşdur. Göründüyü kimi, iddiaçı evi 2006-cı ildə əldə etdiyini bildirsə də bunun sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli müqavilədir ki, həmin müqaviləyə əsasən də mübahisəli mənzili əldə edənin Cavabdeh2 olduğu görünür. Bundan başqa iddiaçı iddia ərizəsində evin dəyərini, yəni pulunu qardaşı vasitəsilə ödədiyini, hökmdəki ifadəsində isə (hökm səh. 129.2-ci abzas) Elmana bu pulu özünün ödədiyini bildirir. Eyni zamanda iddia ərizəsində 2006-cı il tarixli müqaviləni təqdim edərək bildirir ki, mübahisəli evi bacısının - cavabdehin adına əldə etmişdir. Amma, sübut kimi təqdim eldiyi hökmdəki izahatında (hökm səh.129.2-ci abzas) qeyd edir ki, Elman Tağıyevlə 2006-cı il tarixli müqaviləni özü bağlamışdır. Müdafiə etdiyi Cavabdeh2 bildirdiklərinə dayanaraq məhkəmənin diqqətinə çatdırır ki, mübahisəli mənzil 16 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən həmin tarixli kassa mədaxil orderi əsasında dəyəri şəxsən ödənilməklə Cavabdeh2 tərəfindən alınmışdır. Gültəkin kənddə yaşamış, 1989-cu ildən əmək fəaliyyətinə başlamış, 1996-cı ildən də orta məktəbdə müəllimə işləmiş, eyni zamanda kənddə təsərrüfatla məşğul olmuşdur. Onu da qeyd edir ki, o həmişə ata evində yaşamış və ata-anasına sağlığında qulluq edən yeganə övlad olmuşdur. Yığdığı pul ilə atasız böyüdəcəyi yeganə qız övladının gələcəyi, ən əsası da gələcəkdə rahat təhsil ala bilməsi üçün hazırki mənzili 2006-cı ildə əldə etmişdir. İddiaçı Bakı şəhərində yaşadığı üçün mənzilə nəzarət həmişə onda olmuşdur. İddiaçının bu imkandan istifadə edərək onun xəbəri olmadan binanın məsul şəxsləri barədə gedən cinayət işində və məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi tanınması ona hazırkı işdə əlavə olunan hökm vasitəsilə məlum olmuşdur. Vaxtilə binada mübahisə olduğunu eşitsə də, Bakıya gəlmiş və mənzilinin qapısının açarını dəyişmiş və həmin vaxtdan da mənzilinə kimsə mübahisə etməmişdir. Tez- tez də iddiaçı tərəfindən ona mənzilə baş çəkdiyi, problem olmadığı, heç kim tərəfindən mənzilə daxil olunmadığı bildirilmişdir. İmkanı olduqca Bakıya gəlib mənzilinə özü də baş çəkmişdir. Mənzil özünün vəsaiti hesabına təmir olunmuşdur. Qeyd etdiyi kimi, iddiaçı Bakıda yaşadığı üçün təmir işlərinə nəzarət etmişdir. Hökmdən də mübahisəsiz göründüyü kimi, iddiaçı həmin mənzilə cavabdehin adına müqavilə bağlanması barədə heç bir izahat verməmiş, cavabdeh barədə bildirməmişdir. 2006-cı il tarixli müqavilə barədə bildirsə də, müqaviləni Elmanla özünün bağladığı barədə ifadə vermişdir. Yəni, həmin cinayət işi üzrə hökmdən görünür ki, həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında cavabdeh iştirak etməmiş və mübahisəli evin cavabdehin adına olması barədə iddiaçı tərəfindən hökmün heç bir hissəsində bəhs keçməmişdir. Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o İddiaçı ilə Cavabdeh2 qardaşıdır. O bildirmişdir ki, bacısı İddiaçı yolaşı ilə Rusiyada olduğundan, 2006-cı ildə mübahisəli mənzili bacısı Rəbiyənin və bacısının yoldaşının tapşırığı ilə 17.000 ABŞ dollarına almışdır. Bacısı Gültəkin kənddə yaşamışdır, tək uşağa baxırdı və valideynlərinə baxırdı. Bunları nəzərə alaraq və gələcəkdə Bakıda qeydiyyata düşə bilsin deyə razılaşmaya əsasən mənzil Gültəkinin adına alınmalı idi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC (“İcraçı”) ilə Cavabdeh2 Tofik qızı (“Payçı”) arasında bağlanılmış 16 noyabr 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, İcraçı ünvan 3 ünvanda 14 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində, ümumi sahəsi 55,8 kv.metr olan 1-ci blokdakı 75 nömrəli mənzili (1 otaq) Payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin surətindən görünür ki, müqavilə "xxxx" MMC-nin möhürü ilə təsdiq edilməklə, direktor Tağıyev E.H. tərəfindən imzalanmışdır. Müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən 14.731 manat məbləğində ödəniş icra edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında izahatı alınmış İddiaçı göstərmişdir ki, Cavabdeh2 onun bacısıdır, 2006-cı il tarixdə Xətai rayonu R.Məmmədov küçəsi 20A, 75 saylı mənzili 17.000 ABŞ dollarına Elman adlı şəxsdən almışdır, evin sənədlərini bacısı Gültəkinin adına sənədləşdirmişdir. Buna səbəb isə adına 2 ədəd evin olması olmuşdur. Həmin mənzilə kimi Gültəkin ona heç bir pul ödəməmişdir. xx.xx.2024cü il tarixdə saat 18:00 radələrində Gültəkin mənzilin qapısının qıfılını qanunsuz olaraq sındırmış, mənzilə daxil olmuşdur. Daha sonra vətəndaş ona 70 manat maddi ziyan dəydiyini, 1 il mənzildə kirayədə yaşayan olduğunu, mənzil yarı təmirli olduğunu, bu səbəbdən orada heç kəsin yaşamadığını, mənzili öz pulu ilə aldığını, lakin bacısı Gültəkinin adına qeydiyyata saldığını göstərmişdir. Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, İddiaçı onun doğma bacısıdır, 2006-cı ildə qardaşı X3 onun adına Xətai rayonu, Rahib Məmmədov küçəsi 20 A, 75 saylı mənzili Elman adlı şəxsdən 17.000 dollara almışdır. Evin sənədlərini Rəbiyənin həyat yoldaşı Ramiz Sadıqov ona verməyini bildirmişdir. Onlar bir bacı olduqlarına görə həmin evin sənədlərini Rəbiyəyə vermişdir. Sənədlər onda qalmışdır. O, Rəbiyəyə hissə-hissə, ümumilikdə 22.000 manat həmin mənzilə görə 2013cü ilə qədər pul ödəmiş, ev alınanda 17.000 dolları Rəbiyənin həyat yoldaşı vermişdir. O, həmin mənzilə görə artıqlaması ilə Rəbiyəyə pul vermişdir. Təxminən 2014-cü ildən həmin mənzildə digər şəxslər kirayə yaşayıb. Aylıq kirayə haqqı Rəbiyəyə çatıb. Kirayə yaşamamışdan qabaq, Rəbiyə ona təklif etmişdir ki, qızı ilə birlikdə həmin mənzildə yaşasınlar. Həmin vaxt o, İmişlidə ata və anasına baxırdı, bu səbəbdən həmin mənzildə yaşaya bilməmiş və orada kirayə digər şəxs yaşamışdır. 2023-cü ilin 10 mart tarixində atası dünyasını dəyişdikdən sonra Rəbiyənin əri Ramizə bildirmişdir ki, Rahim Məmmədovda yerləşən mənzilin sənədlərini ona verilsin, uşağı tələbə olduğuna görə ona Bakıda yaşamaq üçün mənzil lazımdır. Ramiz də həmin mənzildə yaşamağı bildirmişdir. Avqustun 23-ü tarixində həmin mənzilə yaxınlaşıb orada kirayə yaşayan şəxsin evdən çıxmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə İmişli rayonundan Rahib Məmmədov küçəsində yerləşən mənzilə gəlmiş, evin qapısı bağlı olmuşdur, kirayə yaşayan orada yox olmamışdır. O, evin dəmir seyf qapının qıfıl hissəsini dəmir küt alətlə sındıraraq, mənzilə daxil olmuşdur. Daha sonra vətəndaş, mənzilin onun adına olduğunu, bacısı Rəbiyə onun sənədlərini vermədiyini, məcbur qalıb ona məxsus evə daxil olduğunu, Rəbiyə həmin mənzili satıb qazancı yarı bölməyi ona təklif etdyini, lakin həmin mənzilin ona məxsus olduğunu göstərmişdir. İş materiallarında olan İddiaçı Xətai RPİ-nin 36-cı PB-nə ünvanladığı müraciət üzrə toplanılmış materiallara əlavə edilmiş Cavabdeh2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 bacısının ona məxsus Rahib Məmmədov 20 ünvanındakı mənzilinin kirayə verilməsindən və həmin kirayəçini evdən çıxara bilməməsindən şikayət etmişdir. İş materiallarında olan Cavabdeh2 iddia müddətinin tətbiq olunması barədə ərizəsindən görünür ki, Cavabdeh2 iş üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-65/2014 saylı hökmünün surətindən görünür ki, X2 Azərbaycan Respublikası CMnin 178.3.2, 213.2.2-ci və 313-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ilə dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 2 (iki) il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yedddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 2 (iki) il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X2 qəti olaraq dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 3 (üç) il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxs İddiaçı ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan şəxslərdən X1 "xxxx" MMC-nin direktoru kimi tanıyır. O, 16 noyabr 2006-cı ildə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 55.8 m2 sahəsi olan 75 №-li mənzili Elman Tağıyevə 16.740 (on altı min yeddi yüz qırx) manat ödəməklə almış və Elman Tağıyevlə müqavilə bağlamışdır. Maliyyə arayışına əsasən, məbləğ tam ödənilmişdir. 2011-ci ilin sentyabr ayında ona məxsus mənzilin 3 nəfər başqa şəxsə satıldığını və aldadıldığını öyrənmişdir. Lakin o, sonradan mənzillə təmin olunmuşdur. Bu səbəbdən də şikayəti və tələbi yoxdur. Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxs İddiaçı vurulmuş zərərin ödənilməsi nəzərə alınmışdır. Həmin hökmdən görünür ki, X2 2005-2011-ъи иллярдя Бакы шящяриндя «Бирлик-Иншаат» Мящдуд Мясулиййятли Ъямиййятинин тясисчиси вя директору вязифясиндя ишляyəркян, щямин ъямиййятин баш мцщасиби Миначева Роза Йаковлевна, ъямиййятдя гейри-рясми ишляйян Мящяррямов Солтан Кярям оьлу, Фяряъов Ейваз Теййуб оьлу вя Язимов Чинэиз Язиз оьлу иля юзэянин кцлли мигдарда ямлакыны алдатма йолу иля яля кечиртмяк мягсядиyля габагъадан ялбир олуб ъинайят ялагясиня эиряряк тамащ ниййяти иля рясми сянядляря билля-биля йалан мялуматлары дахил етмякля «Бирлик-Иншаат» ММЪ тяряфиндян Бакы шящяри, Хятаи району, Ращиб Мяммядов кцчяси 20-дя инша олунан чохмяртябяли йашайыш бинасында ........ 16 noyabr 2006-cы il tarixli saxta mцqavilя ilя binanыn 1-ci blok, 11-ci mяrtяbяsindя yerlяшяn, цmumi sahяsi 55.8 m2 olan mяnzili Яhmяdova Rяbiyyяt Tofiq oьluna sataraq ondan 16.740 манат.... цмумиликдя 15 901 м2 сащяси олан 210 мянзили вя 1041 м2 гейри-йашайыш сащясини сахта мцгавиляляр тяртиб етмякля 543 няфяря йенидян сатараг, юз гуллуг сялащиййятляриндян гуллуг мянафейиня гясдян зидд олараг истифадя етмякля мцвафиг малиййя-мцщасибат учоту сянядляри тяртиб етмядян ялдя олунмуш 15.416. 964 манат пулун 4.780.593 манатыны инша едилян бинанын тикинтисиня сярф едяряк, галан 10.636.371 манат мябляьдя юзэянин кцлли мигдарда ямлакыны габагъадан ялбир олан бир груп шяхсля, гуллуг мювгейиндян истифадя етмякля алдатма йолу иля тякрарян яля кечиряряк дялядузлуг етмиш, вязифяли шяхс кими вязифя сялащиййятляриндян суи-истифадя, йяни юзц цчцн ганунсуз цстцнлцк ялдя етмяк мягсядиyля юз гуллуг сялащиййятляриндян гуллуг мянафейиня гясдян зидд олараг истифадя едяряк щямин шяхслярин щцгугларына вя гануни мянафеляриня аьыр нятиъяляря сябяб олан зяряр вурмуш, тамащ мягсядиyля рясми сянядляря биля-биля йалан мялуматлар дахил едяряк вязифя сахтакарлыьы тюрятмишдир. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında 75 nömrəli mənzilin inşasına dair Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında podrat münasibətləri yaranmışdır. Həmin müqavilənin icrası nəticəsində sözügedən mənzil sifarişçiyə təhvil verilmişdir. Podrat müqaviləsində Cavabdeh2 imzasının olmamasına baxmayaraq, İddiaçı izahatları və iş materialları ilə təsdiq olunur ki, sözügedən mənzil alındığı anda Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bu işin mübahisəsiz halıdır. Yaxın qohum olan tərəflərin arasında mənzilin pulunun ödənilməsi ilə bağlı müxtəlif razılaşmaların aparılması (misal üçün dəyərinin biri tərəfindən ödənilərək digəri tərəfindən sonralar birinciyə pul ödənilməsi, xidmət göstərilməsi və ya əmlak verilməsi və sair şərtlərin razılaşdırılması) mənzilin Cavabdeh2 adına alınması faktını aradan qaldırmır. Məhkəmə araşdırması müddətində tərəflər arasında mövcud olmuş bütün faktiki halları müəyyən etmək mümkün olmasa da, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, mübahisəli mənzili qardaşı X3 2006-cı ildə 17.000 dollara onun adına almışdır. O, 2013-cü ilə qədər bacısı Rəbiyəyə hissə-hissə, ümumilikdə 22.000 manat mənzilə görə pul ödəmişdir. Məhkəmə iclasında mənzilin hansı səbəbdən İddiaçı tərəfindən kirayəyə verilməsi və kirayə haqqının alınması ilə bağlı suallara cavab verərkən (mənzilin İddiaçı tərəfindən kirayəyə verilməsi işin mübahisəsiz halıdır) o bildirmişdir ki, mənzil təmirsiz olduğundan və özü Bakıda yaşamadığından aralarında razılaşma ondan ibarət olmuşdur ki, mənzilə nəzarəti Rəbiyə həyata keçirsin. İşdən göründüyü kimi podrat müqavilənin icrası nəticəsində əldə olunan əmlakın (podrat predmeti) əldə edən şəxs qismində Cavabdeh2 çıxış etməsi tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır. Bununla da mənzilin (podrat predmetinin) Cavabdeh2 üçün əldə olunması işin mübahisəsiz halıdır. İddiaçı Cavabdeh2 mənzilə görə pul ödəmədiyini vurğulayaraq mənzilin öz adına rəsmiləşdirilməsi üçün Cavabdeh2 ilə bağlanılmış müqavilənin etibarsız hesab edilməsi və onun özü ilə müqavilənin bağlanılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını tələb edir. Onların münasibətlərinin pisləşməsi də işin mübahisəsiz halıdır. Yaxın qohum olan və aralarında münasibətləri pozulmuş tərəflərin ilkin razılaşmalarının bütün hallarını müəyyən etmək mümkün olmasa da, məhkəmə işin mübahisəsiz halları üzrə podrat münasibətlərində sifarişçi qismində Cavabdeh2 çıxış etməsini müəyyən edərək, iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə dəymiş ziyanla və ödənilməmiş (qaytarılmamış) pul məbləğləri ilə bağlı pul tələbi deyil, podrat müqaviləsi ilə əldə olunmuş sahənin üzərində əmlak xarakterli hüquqların müəyyənləşdirilməsi ilə bağlıdır. Müqavilənin etibarsızlığı tələbinə gəldikdə məhkəmə qeyd edir ki, müqavilənin etibarsız hesab olunması üçün əsas yoxdur. Belə ki iş materialları və tərəflərin izahatları ilə podrat müqaviləsinin bağlanıldığı və podrat münasibətlərində sifarişçi qismində Cavabdeh2, podratçı qismində Cavabdeh1 MMC-nin çıxış etməsi öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən podrat müqaviləsinin yazılı formada bağlanılması şərti nəzərdə tutulmamışdır. Hər hansı əqdin (o cümlədən podrat müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, podrat əqdi bağlanarkən lazımi subyektlərin iradə ifadəsi əqdin bağlanılmasına yönəlmiş, müqavilənin forma tələbləri pozulmamışdır. Belə ki, podratçı müqaviləsi üzrə təhvil verdiyi məmulata (podrat predmetinə, mənzilə) mülkiyyət hüququnun sifarişçiyə verməli olduğundan, həmin hüquq isə öz növbəsində sahiblik və istifadə hüququnu ehtiva etdiyindən, mübahisəli sahənin üzərində podrat müqaviləsi üzrə sifarişçi olmayan İddiaçı hüquqları tanına bilməz. Müqavilənin etibarsız sayılması barədə iddia tələbləri təmin edilmədiyindən və sifarişçi olaraq Cavabdeh1 MMC, podratçı olaraq Cavabdeh2 aralarında podrat münasibətlərinin yarandığı öz təsdiqini tapdığından, Cavabdeh2 mübahisəli mənzildən çıxarılması barədə iddia tələbləri də təmin edilməməlidir. Yuxarıda qeyd olunan əsaslar üzrə Cavabdeh1 MMC ilə İddiaçı arasında yaranmış podrat münasibətləri üzrə Cavabdeh2 sifarişçi qismində olması müəyyən edildiyindən, mübahisəli sahənin üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması, mənzilə dair onunla müqavilənin bağlanması və mənzilin dövlət reyestrində qeydiyyatı üçün sənədlərin verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nə həvalə edilməsi barədə tələblər təmin edilməməlidir. Mübahisəli mənzilin bir neçə şəxslərə satılması nəticəsində bir sıra müqavilələrin saxtalığının müəyyən edilməsi üzrə cinayət işinin gedişatında İddiaçı zərərçəkmiş qismində tanınması ilə bağlı iddia dəlillərinə münasibətdə məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-65/2014 saylı hökmünün surətindən görünür ki, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil saxta müqavilələr əsasında bir neçə şəxsə satılmışdır. Hökmdə zərərçəkmiş şəxs İddiaçı mənzillə təmin edilməsi və şikayətinin olmaması nəzərə alınaraq ona dəymiş maddi ziyanın ödənilməsi qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı cinayət araşdırması gedişatında zərərçəkmiş şəxslərdən biri qismində tanınması sonuncunun mənzilin üzərində əmlak hüquqlarına malik olan yeganə şəxs olması və ya mənzilin saxta müqavilələr əsasında özgəninkiləşdirilməsi nəticəsində yeganə zərərçəkmiş şəxs olması anlamına gəlmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, İddiaçı cinayət işində zərərçəkmiş şəxs olması sonuncunun həmin mənzilə dair gələcəkdə əmlak xarakterli mübahisələrdə tərəf olmasını, əmlakın üzərində sair şəxslərin əmlak hüquqlarının aşkar edilməsini və müəyyənləşdirilməsini istisna etmir. Hökmlə mənzilin saxta müqavilələr əsasında müxtəlif şəxslərə satılması müyyən edilmiş, İddiaçı mənzillə təmin edildiyindən, digər alıcılar (zərərçəkmiş şəxslər) barəsində dəymiş ziyanın ödənilməsi qərarlaşdırılmışdır. Qeyd olunan əsaslara söykənərək məhkəmə qeyd edir ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-65/2014 saylı cinayət işi üzrə X2 və digərlərinin əməllərindən zərərçəkmiş şəxs olmasına baxmayaraq, həmin hökmlə müəyyən edilmiş hallar İddiaçı ilə Cavabdeh2 arasıda yaranmış əmlak mübahisəsi üzrə İddiaçı Cavabdeh2 münasibətdə daha üstün əmlak hüquqlarına malik olmasını təsdiq etmir. Həmin hökm cinayət əməlinə görə təqsirli şəxslərin cəzalandırılması və dəymiş zərərin aradan qaldırılması məqsədlərinə yönəlməklə, İddiaçı ilə Cavabdeh2 arasında mövcud olan (yaranacaq) əmlak mübahisəsini (mülki mübahisəni) həll etməyə və sonuncuların birinin digərinə münasibətdə əmlak xarakterli hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə yönəlməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı Cavabdeh1 MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsindəki 75 nömrəli 1 otaqlı mənzilinə dair Cavabdeh2 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, onun həmin mənzildən çıxarılması, ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsindəki 75 nömrəli 1 otaqlı mənzilin üzərində sahiblik, istifadə hüququnun tanınması, mənzilə dair onunla müqavilənin bağlanması, dövlət reyestrində qeydiyyat üçün sənədlərin verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nə həvalə edilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı (üçüncü şəxs "xxxx" MMMC cəlb edilməklə) Cavabdeh1 MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsindəki 75 nömrəli 1 otaqlı mənzilinə dair Cavabdeh2 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, onun həmin mənzildən çıxarılması, ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsindəki 75 nömrəli 1 otaqlı mənzilin üzərində sahiblik, istifadə hüququnun tanınması, mənzilə dair onunla müqavilənin bağlanması, dövlət reyestrində qeydiyyat üçün sənədlərin verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nə həvalə edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-870/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-870/2025
04.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver