Məhkəmə qərarları › İş №2(102)-10/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-10/2020

11.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-10/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Allahverdiyev Qəhrəman Əli oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 nümayəndəsi X16 iştirakı ilə, İddiaçı1 və vəkili Hüseynzadə Mehdi Pəli oğlunun Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(106)-2162/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin 2(036)-833/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnamə si ilə (hakim T.V.Nüsrətov) İddiaçı1 cavabdehlər X14 və X5 qarşı “inşa edilmiş tikiliyə özbaşına tikinti kimi hüquqi qiymət verilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbləri təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(106)-2162/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.N.Abbasov, F.K.Soltanov, T.S.Kərimov) İddiaçı1 apellyasiya şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməsinin 2(036)-833/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 cavabdehlər X14 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin sərancamında olan torpaq sahəsi üzərində tikdirdikləri evə özbaşına tikinti kimi hüquqi qiymət v erilməsi və həmin tikintilərin aparılması nəticəsində ona məxsus olan torpaq sahəsinin zəbt edilməsi nəticəsində cavabdehlərin ona vurduqları ümumilikdə 6.500 (altı min beş yüz) manat pul vəsaitinin və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərin sərancamında olan torpaq sahəsi üzərində tikdirdikləri evə özbaşına tikinti kimi hüquqi qiymət verilməsi və həmin tikintilərin aparılması nəticəsində ona məxsus olan torpaq sahəsinin zəbt edilməsi nəticəsində cavabdehlərin ona vurduqları 2.000 (iki min) manat maddi ziyanın, 10.000 (on min) manat mənəvi ziyanın və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlə rdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, JN-0616 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən İmişli rayonu, Aranlı kəndində yerləşən planda sərhədlər göstərilmiş 1.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İmişli rayon Aqrar İslahat Komissiyasının 03 saylı, xx xxxx 2003-cü il tarixli qərarı ilə, eləcə də, JN292A saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonu, Aranlı kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi “Aqrar İslahat Komissiyası”nın 13 saylı, xx xxxxxx 1997-ci il tarixli qərarı ilə onun anası X9 mülkiyyətinə verilmişdir. X17 xx xxxxxx 2001-ci ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra həmin to rpaq sahəsi xx xxxxxx 2015-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun mülkiyyətinə verilmişdir. Lakin kəndin digər əksər sakinlərində olduğu kimi mülkiyyətdə olan həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsinin onun mülkiyyətində olması faktını İmişli rayon Aranlı Bələdiyyəsinin və İmişli Rayon İcra Hakimiyyəti Başçısının Aranlı Kənd üzrə İcra Nümayəndəliyinin xx xxxxxxx 2017-ci il və xx xxxxxxx 2017-ci il tarixli rəsmi sənədlərarayışlarla təsdiqlənir. Cavabdehlər X18 və X7 heç bir hüquq müəyyənedici sənədləri olmadığı halda, xx xxxx 2015-ci il tarixdə onun mülkiyyətində olan torpaq sahəsinin üzərində məskunlaşaraq, cavabdehlər və X21 (X1 1 atası) özləri üçün özbaşına ev və əlavə tikinti işləri aparmağa başlamışlar. O, cavabdeh tərəfə özbaşına tikinti işlərinin dayandırmalarını, mülkiyyətində olan torpaq sahəsini azad etmələrini dəfələrlə tələb etsə də, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Belə ki, cavabdeh tərəf İmişli rayonu Aranlı Bələdiyyəsinin və Aranlı Kənd üzrə İcra Nümayəndəsinin gözlərinin qarşısında özbaşına tikinti işlərini davam etdirirlər. Onunla cavabdeh tərəf arasında mübahisə predmeti olan həmin torpaq sahəsinə dair əvvəllər də məhkəmə mübahisəsi olmuşdur. Lakin bütün instansiyalar üzrə məhkəmə qərarları cavabdeh tərəfin xeyrinə qəbul edilmişdir. Bütün bunların nəticəsində o, cavabdeh tərəfin özbaşına tikinti aparmasına əsəbləşərək, mənəvi iztirab və sarsıntı keçirmişdir. Eyni zamanda, onun səhhət ində ciddi xəstəliklərin yaranmasına, yəni ürək-damar sisteminin pozulmasına və qeyri-normal yatışına səbəb olmuşdur. Belə ki, son 4 (dörd) aydır ki, o, normal yata bilmir, gecələr 04:00 və 05:00 radələrində yuxudan oyanır və üzləşdiyi haqsızlığı fikirləşir, nəticədə onun ürək nahiyyəsində ağrıların yaranmasına və yaddaşsızlığına gətirib çıxarmışdır. Bundan başqa, cavabdehlər X12 və X2 8 (səkkiz) ay ərzində torpaq sahəsinin özbaşına zəbt etməsi nəticəsində o, həmin torpaq sahəsindən istifadə edə bilmir və əlavə olaraq, 500 (beş yüz) manat məbləğində maliyyə vəsaiti mənfəətindən məhrum edilmişdir. Cavabdehlər X12 və X4 qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi zərər və 10.000 (on min) manat məbləğində mənəvi zərər dəymişdir. Bu səbəbdən də, o, ca vabdehlər X14 və X5 qarşı “inşa edilmiş tikiliyə özbaşına tikinti kimi hüquqi qiymət verilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, cavabdehlər X12 və X1 olan torpaq sahəsi üzərində inşa etdikləri tikiliyə özbaşına tikinti kimi hüquqi qiymət verilməsi, cavabdehlər X10 və X3 2.000 (iki min) manat məbləğində maddi zərərin, 10.000 (on min) manat məbləğində mənəvi zərərin və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq, onun xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı1 və vəkili XXX kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaç ı1 nümayəndəsi X23 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı1, cavabdehlər X22 və X7 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb ape llyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-5210/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdeh X15 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, X21 ilə İddiaçı1 arasında bağlanmış İmişli rayonu, Aranlı kəndində yerləşən 0.20 ha torpaq sahəsindən ibarət olan həyətyanı torpaq sahəsinin alqı-satqısına dair xx xxxxxxxx 2008-ci il tarixli müqaviləninaktın etibarsız hesab edilməsi, cavabdeh İddiaçı1 1488,00 (bir min dörd yüz səksən səkkiz) manatı n alınıb iddiaçı X15 verilməsi qət edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-197/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, apellyasiya şikayəti qismən edilərək, İmişli Rayon Məhkəməsinin 2(036)-5210/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddia ərizəsinə aid hissədə ləğv edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, İddiaçı1 1.200 (min iki yüz) manat pulun tutulub, X15 verilməsi və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4129/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 və onun vəkilinin kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-197/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslandırdığı hallara qiymət verərək hesab etmişdir ki, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, İddiaçı1 istifadəsində 0.26 ha torpaq sahəsinin olduğu, X13 istifadəsində olan 0.18 ha torpaq sahəsinin, inşa edilmiş fərdi yaşayış evinin və digər tikililərin mərhum X9 mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşmədiyi, İddiaçı1 mülkiyyətində anası X8 qalmış 0.20 ha həyətyanı torpaq sahəsindən əlavə 0.12 ha zəbt torpaq sahəsinin olması, həmin zəbt edilmiş torpaq sahəsinin hesabına onun pay torpaq sahəsindən 0.18 ha azaldılması və eyni zamanda, İddiaçı1 həyətyanı torpaq sahəsində bələdiyyə mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Hal-hazırda İddiaçı1 məhz iddia etdiyi və üzərində tikili inşa edilmiş həmin torpaq sahəsi İmişli Rayon Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarlarında “mübahisə predmeti olmuş və hüquqi qiymət verilmiş” həmin torpaq sahəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübah isələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X13 istifadəsində olan 0.18 ha torpaq sahəsinin, inşa edilmiş fərdi yaşayış evinin və digər tikililərin iddiaçının mərhum anası X9 mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşmədiyi, beləliklə də X15 aid olduğu torpaq sahəsinə münasibətdə İddiaçı1 hər hansı subyektiv hüququnun olmaması qanuni qüvvədə olan m əhkəmə aktları ilə müəyyən edilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə düzgün nəticəyə gəlmişdir və iddia tələblərinin təmin edilməməsi ilə bağlı dəlillərinin əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mü bahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası a pellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(106)-2162/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar