Məhkəmə qərarları › İş №2(102)-1000/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1000/2019

18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1000/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 18 » fevral 2019-cu il İş № 2(102)-1000/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, 3-cü şəxs Maraqlı şəxs ASC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(0 06)3944/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər İ.Şirinov və E.Həsənov, İş № 2(103)10946/2018) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(006)-3944/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 5000 manat sığorta haqqının ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİY A ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi, maddi və prossesual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmasından və məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları araşdırmadan qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarxli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs Maraqlı şəxs ASC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apelly asiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarxli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəm ə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə iddia üzrə bu nəticəyə gəlmişdir ki, Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış 21 yanvar 2015-ci il tarixli MK №440/CD-15 saylı kredit müqaviləsinə əsasən, sonuncuya bank tərəfindən 24 ay müddətinə, illik 24% olmaqla 10.000 manat məbləğində kredit pul vəsaiti verilmişdir. “xxxx” ASC ilə X3 arasında kredit götürən şəxslər üçün həyat sığorta müqaviləsi bağlanmış və buna dair M-Lİ P13720/15 saylı şəhadətnamə verilmişdir. Sığorta müddəti 21.01.2015-ci il tarixdən 21.01.2017-ci il tarixədək olan müddəti əhatə edirdi. İddiaçı 2016cı il tarixdə “sağ orta beyin arteriyasının bifurksiyasının kisəşəkilli anevrizmasının partlama sı, kəskin subarax qansızma və alın payının kəskin b/daxili hematoması xəstəliyinə tutulmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 30 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona ümumi xəstəlik səbəbindən 1-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı əmək qabiliyyətini itirdiyindən cavabdeh “xxxx” ASC ilə aralarında bağlanmış həyat sığorta müqaviləsi üzrə sonuncudan sığorta ödənişinin verilməsini tələb etsə də, o, bundan imtina etmişdir. “xxxx” ASC tərəfindən X2 verilmiş ***** saylı şəhadətnaməsinə əsasən, sığorta müqaviləsi üzrə bədbəxt hadisə nəticəsində əmək qabiliyətinin daimi tam itirilməsi – 1-ci qrup əllik; bədbəxt hadisə nəticəsində əmək qabiliyətinin daimi tam itiri lməsi – 2-ci qrup əllik və istənilən səbəbdən ölüm hallarına şirkət tərəfindən təminat verilir. Həmçinin apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə iddia üzrə bu nəticəyə gəlmişdir ki, bədbəxt hadisə nəticəsində, yəni kənar fiziki təsirlə əlaqədar olan və sığorta olunanın sağlamlığına zərər vuran bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisənin baş verməsi ilə sığortalı əmək qabiliyyətinin daimi tam itirdikdə və ona 1-ci və ya 2-ci dərəcəli əlillik təyin edildikdə və ya istənilən səbəbdən sığortalı öldükdə sığorta hadisəsi baş vermiş hesab olunur. İddiaçının sağlamlığının pozulması, onun əmək qabiliyyətinin daimi tam itirilməsi və ona 1-ci qrup əlilliyin təyin edilməsinin bədbəxt hadisə nəticəsində deyil, ümumi xəstəlik nəticəsində baş vermişdir. Belə olan halda iddiaçının ümumi xəstəlik nəticəsində əmək qabiliyyətinin daimi tam pozulması və ona 1-qrup əlilliyin təyin edilməsi sığorta hadisəsi hesab olunmur. Beləliklə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticyə gəlmişdir. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasan, sığorta müqaviləsi sığortalının müvafıq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsnasında ödənilməsi nin sığorta tərəfındən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1 və 922.2.-ci maddələrinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Q-21 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borca lanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarının 2.0.12-ci bəndinə əsasən, kənar fiziki təsirlə əlaqədar olan və sığorta olunanın sağlamlığına zərər vuran – bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə bədbəxt hadisə hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqlaqanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi halların mübahisənin hüquqi həlli üçün əhəmiy yət kəsb etməməsindən əlavə göstərdiklərinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş anc aq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq nor masının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edi r ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar