Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1000/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: valideynin əlavə xərclərə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10186/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halla rı İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 2018-2019-cu tədris ilində təhsil üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 3000 avro pulun qaytarılması və Fərhadın nhövbəti 2 il üçün hər ilə görə 3000 avro olmaqla təhsil haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2002-ci ildə rəsmi nikahları qeyd etdirməklə ailə qurmuşlar və bu nikahdan 02.11.2003-cü il təvəllüdlü bir uşaqları vardır. Nikahları Nəsimi Rayon Məhkəməsi nin 09.06.2006-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş və uşaq onun himayəsində qalmışdır. Uşağa o tək baxmış, uşağın tərbiyəsində və sair qayğılarını çəkməkdə cavabdeh ona heç bir köməklik göstərməmişdir. Nikahları pozularkən cavabdehin hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq 02.11.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. O, həmin alimenti almaqdan imtina etmişdir. Hazırda uşaq böyümüş, həm maddi xərcləri artmış, həm də xaricdə ödənişli ali təhsil aldığından onun xərclərini qarşılaya bilmir. Ona görə hesab edir ki, valideyn kimi cavabdeh uşağın saxlanılması üçün aliment ödəməklə yanaşı, həm də övladının hazırkı təhsil haqqının və gələcək digər xərclərin ödənilməsində iştirak etməli, 2018-2019-cu il tədris ilində Fərhadın təhsili üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 3000 manatın yarısını və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 6000 avro məbləğin yarısı 3000 avro ona qaytarılmalı və növbəti 2 il üçün hər ilə görə 3000 avro olmaqla təhsil haqqının ödənilməsi öhdəliyi onun üzərinə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi aparatının əməşdaşıdır və yüksək əmək haqqı alır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 iyun 2021-ci il tarixli 2(006)-3908/2021 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh X1 2018-2019-cu tədris ilində təhsil üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üç ün ödədiyi 3000 avro pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, müqavilədən göründüyü kimi Karl Universiteti rektorunun 18.09.2020-ci il tarixli qərarına əsasən, Tələbəyə universitetdə xarici dildə təhsil almaq üçün 6000 avro təhsil haqqı təyin olunur. Təhsil haqqı 31 oktyabr 2020-ci il tarixinədək ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 27.2-ci və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti v erərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 2(103)-10186/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3908/2021 saylı iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Valideynlərin əlavə xərclərə c əlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.01.2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakl arı fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti ol mayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (madd i yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.» Göründüyü kimi, valideynin əlavə xərcə cəlb edilməsi o zaman baş verə bilər ki, bu əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlərlə bağlı olsun (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanato riya-kurort müalicəsi və s.). Təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Nümayəndə) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını tətbiq edərkən iki halı nəzərə almamışdır ki, iddia tələbinin 1) 1500 mana t hissəsi uşağın orta təhsil alması (2018-2019-cu tədris ilində təhsili üçün 132- 134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat); 2) Qalan hissəsini -xaricdə təhsilə görə 20202021-ci tədris ili üçün ödədiyi 3000 avro pulun tutulub ona verilməsi və Fərhadın növbəti 2 il üçün hər ilə görə 3000 avro olmaqla təhsil haqqının ödənilməsi öhdəliyi pul məbləği təşkil edir. Göründüyü kimi məhkəmə yaranmış mübahisə üzrə tətbiq edilməli olan Ailə Məcəlləsinin 58.4 və 58.5-ci maddələrini tətbiq etmiş, həmin Məcəkllənin 80 və 81-ci maddələrini isə düzgün tətbiq etməmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, cavabdeh uşağın xaricdə təhsil almasının əleyhinə olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmiş, əksinə, uşağın xaricdə təhsil alması ilə bağlı müəyyən qədər pul verdiyi ni iddia edərək, əslində buna razı olduğunu nümayiş etdirmişdir. Cavabdeh uşağın xaricdə təhsil alması ilə bağlı etiraz etməmiş və susmaqla buna razı olduğunu bildirmişdir. Belə olan halda o, uşağın təhsil müəssisəsinin seçilməsində razı olduğunu nümayiş etdirsə də, bundan irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Təhsilin ödənilməsinin qalan hissəsinin ödənilməsində iştirak etməkdən imtina edilməsi Həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də beynəlxalq konvensiyalarla təsbit edilmiş hüquqların pozulmasına səbəb olur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq etiraz ərizəsində göstərmişdir ki, oğlunun xaricdə təhsil alması haqqında məlumatı yalnız oğlu qəbul olunduqdan sonra və xaricə getmək üçün vizaya görə ondan pul istədiyi zamanı bilmişdir. Oğlu onu artıq baş vermiş faktla üz-üzə qoymuş və buna narazı olsa da, oğluna viza üçün 4000 avro verməyi bir valideyn kimi özünə vəzifə bilmişdir. Lakin hazırda onkoloji xəstə olduğu üçün yə bahalı müalicələr üçün külli miqdarda maddi vəsait tələb olunduğu üçün oğluna köməklik edə bilmir. Oğlunun xaricdə təhsil almasına və dövlət təhsil müəssisələrində pullu təhsil almasına hər zaman narazı olmuş, bu cür qərarların qəbul edilməsində iştirak etməyindən kassator tərəfindən məhrum olmuşdur. Uzun illərdir oğlu ilə ünsiyyəti qadağan olunmuşdur. Digər tərəfdən, oğlunun təhsil xərclərinə əlavə xərcin çəkilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə görə valideyn tərəfindən könüllü olmalıdır, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla valideynin üzərinə bununla bağlı öhdəlik qoyula bilməz. Hesab edir ki, təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin ondan tələb edilməsi əsassızdır. Oğlunun 132-134 nömrəli təhsil kompleksinə ödədiyi ödənişlə bağlı bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə ll-ci hissəsinə əsasən, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Oğlunun 132134 nömrəli təhsil kompleksində təhsili də pulsuzdur. Çəkilən xərcin icbari təhsilə hər hansı aidiyyəti yoxdur, bu xərclər könüllü və əlavə hazırlıq kursları üçün ödənil mişdir. Əlavə hazırlıq kurslarının seçilməsində də onun rolu olmamış, bunu da oğlu özü (kassatorun köməkliyi) ilə seçmişdir. Beləliklə, onun bir valideyn kimi oğlunun orta təhsilinə qədər ki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını oğlu özü (kassatorun razılığı ilə) seçmişdir. Bu baxımdan hesab edir ki, işə baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnamə qəbul edərkən hər hansı maddi və prosessual normalarını pozmamış, qanuni və əsaslı qətnamə qəbul etmişdir. kassasiya şikayəti əsassız və qanunsuz olduğu üçün onun təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)10186/2021 saylı 01.11.2021 -ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə
81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.01.2015-ci il tarixli qərarına əsasən, «Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəala rı bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-
1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə və iddiaçının mülhizələri ilə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində cavabdehin tələb edilən xərclərlə bağlı susqunluq nümayiş etdirib bununla razı olduğunu bildirmiş olmasını, tələbin təmin edilməməsi ilə Konstitusiyanın normalarının və beynəlxalq normalarının pozuntusuna yol verildiyini, düzgün maddi hüquq normasının tətbiq edilmədiyini göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində cavabdeh tərəfin dən hər hansı razılığın bildirilməsi və ya iddianın etiraf edilməsi iş materialları ilə müəyyən edilməmiş, əksinə cavabdeh tərəfindən kasasiya kollegiyasına ünvanlanmış etiraz ərizəsi ilə belə bir razılığın olmaması öz təsdiqini tapmışdır. İddiaçının hüquq normalarının pozuntusuna yol verilməsi ilə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, yuxarıda və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədə də vurğulanmış Konstitusiya Məhkəməsinin qərarında valideynin hansı hallarda əlavə xərclərə cəlb edilməli olması aydın şəkildə göstərilmişdir ki, hazırki iddia tələbi üzrə tələb edilən vəsait adıçəkilən qərar üzrə əlavə xərclərə aid edilmir. Bu səbəblə apelyasiya kollegiyasının qətnamə qəbul edərkən maddi hüquq normasının pozuntusuna yol verilməsi öz təsdqini tapmır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10186/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.