Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1002/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1002/2019 şəhəri 18 fevral 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(103)8427/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim R.Həsənov) 11.05.2018-ci i l tarixli, 2(010)-2723/2018 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, M.Məmmədov, H.Əhmədov) 26.09.2018-ci il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.01.2013cü il tarixli, 2(011)-361/2013 saylı qətnaməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli, 2(010)-1953/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentlərin miqdarın ın azaldılması, 24.05.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutularaq X7 verilməsi, 16.07.2015-ci il təvəllüdlü X3 və 07.10.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X8 hər ay qazancının (başqa gəlirlərinin) 2/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiаçı İddiaçı cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə 02.03.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 xeyrinə onun əmək haqqınd an tutulan aliment miqdarının qazancının və başqa gəlirlərinin ¼ hissəsi deyil, həmçinin Cavabdeh2 xeyrinə qazancının və başqa gəlirlərinin 1/3 hissəsi deyil, hər ay 3 uşağının saxlanması üçün qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq üç uşağının arasında bölüşdürülməsi, X2 üçün qazancının və başqa gəlirlərinin yarısının 1/3 hissəsi, həmin yarı qazancının və başqa gəlirlərinin 2/3 hissəsinin isə X4 və X1 görə tutularaq bölünüb cavabdehlərə verilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı qeyd etdiyindən fərqli olarq 968 manat deyil, BP şirkətinə aid xxxx MMC-də laborant vəzifəsində çalışır və yüksək əmək haqqı (1500-2000 manat) alır. Bundan əlavə, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, **************** ünvanında yerləşən plastik qapı-pəncərə sexini işlədir və bir çox digər yerlərdə yaşayış və qeyri-yaşayış obyektləri mövcuddur. Yəni, iddiaçı qeyd etdiyindən daha yüksək gəlirə malikdir. İddiaçı indiyə kimi aliment miqdarının azaldılması tələbi ilə 7 dəfə məhkəməyə müraciət etmiş, cəhdləri nəticəsiz qalmışdır. Hazırda iddiaçı məqsədli olaraq indiki həyat yoldaşı üçün alimentlə bağlı formal məhkəmə qətnaməsi qəbul etdirmiş və bunun nəticəsində alimentin miqdarının azaldılmasına nail olmağa çalışmışdır. İddiaçı hazırda indiki həyat yoldaşı ilə birgə yaşayır və heç vaxt həmin cavabdehin xeyrinə aliment ödəməmişdir. Həmçinin digər cavabdeh olan həyat yoldaşı İcra şöbəsinə ərizə yazaraq aliment ödənişinin dayandırılmasını xahiş etmişdir. Buradan da görünür ki, iddiaçının indiki yoldaşının aliment tələbi tamamilə uydurma aliment öhdəliyinin azaldılmasına yönəldilmiş məqsədli tələbdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, Cavabdeh1 və vəkili Vəkil1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş lər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 26.09.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək, Bakı şəhəri Xətai r ayon Məhkəməsinin 14.01.2013-cü il tarixli, 2(011)-361/2013 saylı qətnaməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin14.12.2017-ci il tarixli, 2(010)-1953/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentlərin miqdarının azaldılması, 24.05.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutularaq X7 verilməsi, 16.07.2015-ci il təvəllüdlü X3 və 07.10.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X8 hər ay qazancının (başqa gəlirlərinin) 2/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.01.2013-cü il tarixli, 2(011)-361/2013 saylı qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş 24.05.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 05.12.2012-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində aliment, uşaq üç yaşına çatana qədər 50 manat aliment tutularaq iddiaçı X7 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 14.12.2017-ci İl tarixli, 2(010)-11953/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 16.07.2015-ci il təvəllüdlü X3 və 07.10.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 noyabr 2017-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh2 verilməsi qət olunmuşdur. Müəyyən edildiyi kimi İddiaçı 04.07.2014-cü il tarixdə Cavabdeh2 ilə ikinci dəfə rəsmi nikaha daxil olmuş və onların həmin birgə nikahından 07.10.2016-cı ildə X10 və 16.07.2015-ci ildə X9 adlı uşaqları doğulmuşdur. Beləliklə iddiaçının iki fərqli nikahında 03 övladı vardır və hər üç övladına görə məhkəmə qətnaməsi ilə aliment ödəməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması” tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonraPlunumun Qərarı) 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 22-ci bəndinə əsasən aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Plenumun Qərarının 25-ci bəndinə əsasən alimentin mi qdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Plenumun Qərarının 26-cı bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2-ci maddəsi iki uşağa görə-valideynin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində. Alimentin miqdarının azaldılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə a limentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq valideynlər və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitin i öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “xxxx” Azəri LTD MMC-nin 12.09.2018-ci il tarixli arayışından görünmüşdür ki, İddiaçı əmək haqqısı 01.2018-də 1175,38 manat, 02.2018-də 1438,84 manat, 03.2018-də 1690,02 manat, 04.2018-də 1381,81 manat, 05.2018-də 1058,45 manat, 06.2018-də 1588,76 manat, 07.2018-də 1251,84 manat, 08.2018-də 1161,67 manat olmuşdur. Koollegiya hesab etmişdir ki, hazırda cavabdehin aylıq əmək haqqı 1161.67 manat təşkil etməklə, əvvəlki aylarda da azalmalarla müşahidə olunmuşdur. Kolle giya qeyd etmişdir ki, Qanunvericiliyin tələbi baxımından 3 uşaq üçün iddiaçının qazancının yarısı (1/2 hissə) miqdarında aliment tutulmalıdır. Hər uşaq üçün isə alimentin miqları 1/2:3=1/6 hissə təşkil edir. İddiaçının aylıq qazancının bir uşaq üçün olan 1/6 hissəsi 1161,67:1/6=193,6 manat təşkil edir. Belə olan halda bir uşaq üçün tutulacaq 193,6 manat məbləğində aliment 2018-ci il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan artıq olduğundan kollegiya belə qənaətə gəlmişdir ki, iddiaçının aylıq əmək haqqından 1/6 hissə Cavabdeh1 xeyrinə, 2/6 hissə X6 xeyrinə tutulmadır. Belə ki, Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, p ensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Kollegiya yuxarıda qeyd olunan qənaətə gələrkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların azyaşlı olmalarını, onların əvvəlki təminat səviyyəsinin maksimum saxlanılmasını nəzərə almışdır. Beləliklə, kollegiya mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhər S uraxanı rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(010)-2723/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.01.2013-cü il tarixli, 2(011)-361/2013 saylı qətnaməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli, 2(010)11953/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentlərin miqdarı dəyişdirilərək, 24.05.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) altıda bir (1/6) hissəsi miqdarında aliment tutularaq iddiaçı X11 verilməli, 16.07.2015-ci il təvəllüdlü X3 və 07.10.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) altıda iki (2/6) hissəs i miqdarında aliment tutularaq Cavabdeh2 verilməli, alimentin azaldılması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Kassasiya şikayətinin dəlillərinin təsdiqini əks etdirən sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.01.2013-cü il tarixli, 2(011)-361/2013 saylı qətnaməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin14.12.2017-ci il tarixli, 2(010)-1953/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentlərin miqdarının azaldılması, 24.05.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına ça tanadək saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutularaq X7 verilməsi, 16.07.2015-ci il təvəllüdlü X3 və 07.10.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X8 hər ay qazancının (başqa gəlirlərinin) 2/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilməsi qənaətinə gələrkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(103)-8427/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Əhmədova hakimi Mehparə
Məhkəmə qərarları › İş №2(102)-1002/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1002/2019
18.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver