Məhkəmə qərarları › İş №2(102)-1005/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1005/2023

28.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1005/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyatli Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyatli Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3rşı son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(105)-1419/2022 nömrəli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı (bundan sonra-iddiaçı) 25 iyun 2018-ci ildən 29 oktyabr 2019-cu ilədək "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli işdən azad olma haqqında əmrlə onun əmək müqaviləsinə 29 oktyabr 2019-cu il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə (işçinin öz xahişinə) əsasən xitam verilmişdir. "xxxx" MMC İddiaçı işdən azad olunan zaman son haqq-hesabını, yəni ümumilikdə 10056 manat pulu ödəməmişdir. 2. "xxxx" MMC-nin d irektoru V.Bağırov Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozduğundan və İddiaçı son haqqhesabları ödənilmədiyindən "xxxx" MMC-nin direktoru V.Bağırov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 06 mart 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən son haqq-hesab 10056 manat, 120 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 12700 manat pulun, 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan cavabdeh "xxxx" MMC-dən son haqq-hesab 10056 manat, 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 iyun 2018-ci ildə "xxxx" MMC-də “Baş direktor məsləhətçisi” vəzifəsində işə qəbul olmuşdur. xx.xx.2018-ci il tarixdə “Direktorun satış üzrə müavini-satış departamentinin rəisi” vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinə əsasən o öz xahişiylə işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə işdən azad olunan zaman son haqq-hesab, ümumilikdə 10056 manat cavabdeh şirkət tərəfindən ona ödənilməmiş, bu barədə MMC rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışd ır. Qeyd etmək lazımdır ki, cavabdeh "xxxx" MMC ilə onun arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə uyğun olaraq, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş, həmin məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq o öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin vaxt cavabdehlə onun arasında əmək mübahisəsi olmamışdır. Belə ki, mövcud məcəllənin Xİ bölməsində qeyd edilən əmək mübahisələrindən heç bir hal cavabdehlə onun arasında baş verməmişdir. Bu səbəbdən də "xxxx" MMC-nin gecikdirilmiş hər gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir.

5. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi bildirir ki, iddia tələbini son haqq-hesab olan 10056 manat pulun iddiaçıya ödənilməsi hissəsində qəbul edir. Lakin son-haqq hesabın gecikdirilməsinə görə faizlərin və mənəvi zərərin cavabdeh şirkətdən tutulması hissəsini qəbul etmir. Faiz o zaman hesablana bilər ki, işəgötürənin təqsirli hərəkətləri nəticəsində son haq-hesab ödənilməsin, nəzərə alsaq ki, "xxxx" MMC-nin özünün də digər şəxslərdən ******* manat miqdarında alacağı vardır və bu günədək həmin pulları ala bilməmişdir. Bu barədə məhkəmə qətnamələri də vardır. Gecikmələr üzrlü səbəbdən baş vermişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, faizlərin cavabdeh şirkətdən tutulması düzgün deyildir.

6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi bildirir ki, cavabdeh təşkilatın maliyyə vəziyyətində çətinlik olduğu üçün son haqq-hesabı gecikdirməsi məlum olmuşdur. Bu səbəbdən də "xxxx" MMC barəsində inzibati protokol tərtib edilmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-360/2021 saylı qətnaməsi ilə (hakim E.Məmmədov), iddia qismən təmin edilmiş, İddiaçı işdən azad olunarkən son haqq-hesab olan ümumilikdə 10056 manat pulun cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat "xxxx" MMC İddiaçı işdən azad olunan zaman son haqq hesabını, yəni ümumilikdə 10056 manat pulunu ödəməmiş və cavabdeh təşkilatın nümayəndəsi də m əhkəməyə yazılı ərizə təqdim edərək iddianın son haq-hesab hissəsini qəbul etmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin iddiaçıya son haqq-hesabı ödəməsini qəsdən gecikdirməsini və ya üzrlü səbəb gecikdirməsini İddiaçı tərəfindən sübuta yetirilmədiyindən idda tələbi həmin hissədə rədd edilməlidir.

10. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia tələbində 500 manat məbləğində mənəvi zərərin əvəzinin "xxxx" MMCdən alınaraq ona ödənilməsi tələbi irəli sürsə də bununla bağlı iddiaçı tərəfindən əsaslı sübutlar təqdim edilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, Əmək Məcəlləsinin 144, 172-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsində birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-360/2021 nömrəli qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2292/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi) S.Qafari və T.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e2(012)-360/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya verilməli son haqq-hesab "xxxx" MMC-nin təqsiri üzündən gecikdirilməmişdir. Belə ki, MMC bir neçə hüquqi şəxsə qarşı külli miqdarda pul tələbilə bağlı məhkəmədə iddialar qaldırmış və bu iddialar təmin edilmişdir.

15. Məhkəmə kollegiyası bu hallara qiymət verərək, hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya son haqq-hesabın ödənilməməsində MMC-nin maddi vəziyyətinin qənaətbəxş olmaması faktoru durur və belə olan halda, mübahisə üzrə işəgötürənin hər hansı təqsirindən söhbət gedə bilməz. Digər tərəfdən, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

16. Dəymiş mənəvi zərərin əvəzinin tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında cavabdehin qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçının fiziki əzab çəkməsi və mənəvi sarsıntılar keçirməsi barədə mötəbər s übutlar yoxdur. Bu barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu tipli əmək mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci, Mülki Prosessual Məcəllənin 77.1, 384.0.1, 385.1, 385.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini v ə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(102)-1348/2022 saylı qərarına əsasən iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-2292/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddianın rədd edilməsi hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

21. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə görə işçiyə son haqq-hesabın ödənilməsində işəgötürənin təqsirinin olub-olmamasının sübuta yetirilməsi yükü işçinin deyil, işəgötürənin üzərinə düşür. İşin hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qanunun yuxarıda qeyd edilən tələbinə zidd olaraq bu halda sübut etmə yükünü iddiaçının üzərinə qoymuşdur.

22. Bundan başqa apellyasiya instansiyası məhkəməsi bu hissədə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən görülmüş işlərin nəticəsində ona başqa hüquqi şəxslər tərəfindən ödənilməli olan pul vəsaitləri vaxtında ödənilmədiyindən cavabdeh ondan asılı olmayan səbəblərdən iddiaçıya son haqq-hesabı vaxtında ödəməmişdir. Lakin işə baxan məhkəmələr iddiaçıya son haqq-hesab verilməyən dövrdə cavabdehin öz işçilərinə aylıq əmək haqları ödəyib-ödəmədiyi, başqa hüquqi şəxslərə pul vəsaiti köçürüb-köçürmədiyi, yəni cavabdehin iddiaçıya son haqq-hesabı ödəmək üçün hər h ansı bir maliyyə vəsaitinə malik olub-olmadığı barədə sübutları təqdim etməyi sonuncuya təklif etməli və bu sübutlara məcmu halında qiymət verməklə iddiada qoyulan məsələləri həll etməli idi.

23. Bundan başqa nəzərə alınmalıdır ki, ondan asılı olmayan səbəblər istisna olmaqla cavabdeh tərəfindən iddiaçının son-haqq hesabının vaxtında ödənilməməsi sübut edildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər.

24. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsin in 83.2,172.5-ci, Mülki Prosessual Məcəllənin 14.2,88,217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(105)-1419/2022 nömrəli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2021-ci il tarixli e-2(012)360/2021 nömrəli qətnaməsi son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun X1 alınaraq SAP (XİİS) hesabına keçirilməsi qət edilmişdir.

27. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/5638 saylı rəydən görünür ki, İddiaçı 19 oktyabr 2019-cu il tarixdən işdən azad olan vaxtından 20 iyul 2020-ci il tarixə qədər (məhkəməyə daxil olan vaxt) son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla hesablanan məbləğ 27.248,59 manat təşkil edir.

28. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş 21 iyul 2022-ci il tarixli arayışdan görünür ki, 2019-cu ilin oktyabr 2020-ci ilin iyul dövrü ərzində şirkətin qeyri-sabit maliyyə vəziyyəti var idi. 2020-ci ilin əvvəllində başlayan pandemiya şirkətin maliyyə vəziyyətini agırlaşdırıb. Şirkət tərəfindən 2019-cu ilin avqust ayında bir il müddətinə alınmış kreditin müddəti, göstərilən müddətdə geri qaytarılması mümkün olmadıgı üçün uzadılıb. Dövrün sonuna 773. 826.10 EUR məbləğ borc yaranıb. Bankla aparılan danışıqlardan sonra kreditin yenidən maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olunub. Qeyd olunan dövr üçün hesablanmış əmək haqqının ödənilməsi xeyli gecikmə ilə baş verib. Dövrün sonuna 346.633,66 AZN məbləğ borc yaranıb. Qeyd olunan dövr ərzində hesablanmış vergi və sosial ödəniqlər də gecikmə ilə baş verib, buna görə şirkət 19.691,31 AZN cərimələr ödəyib

29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hesablanmış son haqqhesabın ödənilməməsi cavabdehin özündən asılı olmayan səbəblərə görə yarandıgından, iddia tələbini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası ekspert rəyini bu iş üzrə sübut növü kimi qəbul etmir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 21.1, 21.2ci, MPM-nin 14.2, 77.1, 217.3-cü maddələri ilə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1419/2022 saylı, 31 oktyabr 2022-ci il qətnaməsi tamamilə ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

32. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Ali Məhkəmə göstəriş vermişdir ki, iddiaçının son haqq-hesab verilməyən dövrdə cavabdehin öz işçilərinə aylıq əmək haqları ödəyib-ödəmədiyi, başqa hüquqi şəxslərə pul vəsaiti köçürüb-köçürmədiyi, yəni cavabdehin iddiaçıya son haqqhesabı ödəmək üçün hər hansı bir maliyyə vəsaitinə malik olub-olmadığı barədə sübutları təqdim etməyi sonuncuya təklif etməli və bu sübutlara məcmu halında qiymət verməklə iddiada qoyulan məsələləri həll etməlidir. Apellyasiya instansiya məhkəməsi cavabdehin alacağı məbləğlər barədə məlumat əldə edib, eyni zamanda cavabdehin krediti barədə arayışı əks etdirmişdir. Lakin, iddiaçının son haqq-hesab verilməyən dövrdə cavabdehin öz işçilə rinə aylıq əmək haqları ödəyib-ödəmədiyi, başqa hüquqi şəxslərə pul vəsaiti köçürüb-köçürmədiyi, yəni cavabdehin iddiaçıya son haqq-hesabı ödəmək üçün hər hansı bir maliyyə vəsaitinə malik olub-olmadığı barədə sübutlar əldə olunmamışdır, həmin dövrdə cavabdeh tərəfindən hansı vergi orqanlara mənfəət və ƏDV hesabatlar tələb olunmamışdır, cavabdeh tərəfindən həmin dövrdə özünəməxsus avadanlıqların satıbsatmaması, həmin satışdan əldə olunmuş vəsaitlərin hara xərclədiyi barədə məlumat əldə etməmişdir. Məhkəmə yalnız cavabdehi borcu barədə məlumatlar əldə etmişdir, lakin cavabdehin gəlirləri barədə məlumat yoxdur, baxmayaraq ki, gəlir əldə olunurdu. Çünki, elə məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, Şirkət tərəfindən 2019-cu ilin avqust ayında bir il müddətinə alınmış kreditin müddəti, göstər ilən müddətdə geri qaytarılması mümkün olmadığı üçün uzadılıb. Dövrün sonuna 773.826.10 EUR məbləğ borc yaranıb. Bankla aparılan danışıqlardan sonra kreditin yenidən maliyyələşdirilməsi ilə bağlırazılıq əldə olunub. Qeyd olunan dövr üçün hesablanmış əmək haqqının ödənilməsi xeyli gecikmə ilə baş verib. Dövrün sonuna 346.633,66 AZN məbləğ borc yaranıb. Bununla da görünür ki, cavabdeh 2019- cu ilin avqust ayında kredit müddəti bir il uzadanda onun borcu 773.826.10 Avro (1 547 650 manat) olduğu təqdirdə, sonradan həmin borc 346.633,66 manata endirilmişdir. Beləliklə qısa bir müddətdə 1 200 000 manat borcun ödənilməsinə müvəffəq olublar. Bu da o deməkdir ki, ən azı 2019-2020-ci illər müddətində 1 200 000 manat vəsait əldə etmişdirlər. Bu hələ qətnamədə qeyd olunan rəqəmlərdən irəli gəlir. Ətra flı araşdırma aparılsaydı, ümumiyyətlə cavabdehin digər qazancları da üzə çıxacaqdır. Həmçinin həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, qeyd olunan dövr üçün hesablanmış əmək haqqının ödənilməsi xeyli gecikmə ilə baş verib. Gecikmələr baş verib, yəni gec olsa belə əmək haqları ödənilirdi. İddiaçının pulu isə elə bu günədək ödənilməyib, baxmayaraq ki, əmək haqqı məbləği mübahisə olunmayan məbləğdir və Ali Məhkəmənin Qərarı ilə həmin məbləğin mübahisəsi aparılmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhk əməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini məhkəməsinin qətnaməsinin qanuniliyinin ta m yoxlanılması təşkil edir apellyasiya instansiya Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 172-ci maddəsinə əsasən işçiyə son haqq-hesabın ödənilməsində işəgötürənin təqsirinin olub-olmamasının sübuta yetirilməsi yükü işçinin deyil işəgötürənin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki m əsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən e dərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 24. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 27. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında t ədqiq olunmuş sübutlarla əsaslandırır. 28. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bənd inə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul olunmuşdur.

31. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia ərizəsinin mübahisələndirilən hissəində əmək haqqının gecikdirilməsinə dair faizin və mənəvi zərərin ödənilməsi xahiş olunmuşdur.

32. Birinci apellyasiya baxışı nəticəsində iddia tələbinin həmin hissələri təmin olunmamışdır. Birinci kassasiya baxışı zamanı Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi məhz həmin hissədə ləğv olunmuş və baxılması üçün iş materialları apellyasiya məhkəməsinə qaytarılmışdır.

33. Kassasiya məhkəməsi əvvəlki icraata qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə görə işçiyə son haqq-hesabın ödənilməsində işəgötürənin təqsirinin olub-olmamasının sübuta yetirilməsi yükü işçinin deyil, işəgötürənin üzərinə düşür. İşin hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qanu nun yuxarıda qeyd edilən tələbinə zidd olaraq bu halda sübut etmə yükünü iddiaçının üzərinə qoymuşdur.

34. Əvvəlki icraatda apellyasiya instansiyası məhkəməsi bu hissədə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən görülmüş işlərin nəticəsində ona başqa hüquqi şəxslər tərəfindən ödənilməli olan pul vəsaitləri vaxtında ödənilmədiyindən cavabdeh ondan asılı olmayan səbəblərdən iddiaçıya son haqq-hesabı vaxtında ödəməmişdir.

35. Kassasiya istansiyası məhkəməsi göstəriş olaraq aydınlaşdırılması zəruri olan halların həddini müəyyən etmiş və qeyd etmişdir ki, işə baxan məhkəmələr iddiaçıya son haqq-hesab verilməyən dövrdə cavabdehin öz işçilərinə aylıq əmək haqları ödəyibödəmədiyi, başqa hüquqi şəxslərə pul vəsaiti köçürüb-köçürmədiyi, yəni cavabdehin iddiaçıya son haqq -hesabı ödəmək üçün hər hansı bir maliyyə vəsaitinə malik olubolmadığı barədə sübutları təqdim etməyi sonuncuya təklif etməli və bu sübutlara məcmu halında qiymət verməklə iddiada qoyulan məsələləri həll etməli idi.

36. Bundan başqa nəzərə alınmalı hallar olaraq qeyd etmişdir ki, ondan asılı olmayan səbəblər istisna olmaqla cavabdeh tərəfindən iddiaçının son-haqq hesabının vaxtında ödənilməməsi sübut edildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər.

37. Təkrar apellyasiya baxışı zamanı məhkəmə yalnız cavabdehin tələbi əsasında onun xeyrinə qət olunmuş məhkəmə aktlarının mövcud olmasını müəyyən etmiş, lakin həmin məhkəmə aktlarının icra olunub-olunmaması ilə bağlı hər hansı halın aydınlaşdırılmasına, o cümlədən yuxarıda istinad olunan göstərişlərinin icrası nın təmin edilməsi üçün hər hansı bir cəhd göstərməmişdir.

38. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspan iyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

40. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

41. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

42. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(105)-141 9/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar