Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1006/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin sabit pul məbləğində müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2798/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçılə (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə (İş № 2(009)-4777/2016) tərəflər arasındakı nikahın pozulması, nikahdan doğulmuş və yetkinlik yaşına çatmamış uşağın cavabdehin (anasının) yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının qazancının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin xx.xx.2016-cı il tarixdən etibarən hər ay tutularaq cavabdehə verilməsi qət edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə X7 ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. İddiaçı xx.xx.2005-ci il tarixdən “xxxx” MMC- nin X1 İT X6 bölümünün rəhbəri vəzifəsində işləyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2014-cü il təvəllüdlü X2 saxlanması üçün onun tərəfindən cavabdehə ödənilən alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinə əsasən ondan tutulan alimenti vaxtlı-vaxtında cavabdehə ödəmişdir. Hal-hazırda ailə vəziyyəti dəyişmiş, ikinci dəfə nikaha daxil olmuş və bu nikahdan artıq 1 övladı da var. Eyni zamanda yaşlı valideynləri də onun himayəsindədirlər. Qeyd edilənləri, gəlirinin qeyri-müntəzəm xarakter daşıdığını nəzərə alaraq hesab edir ki, 1 uşağa gör ə ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarı sabit pul məbləğində, yəni 1.000 manat müəyyən edilməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-3282/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim – Ş.Abdullayev) iddianın təmin edilməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin hər ay sabit pul məbləğində - 1.000 manat müəyyən edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının maddi və ailə vəziyyətində dəyişiklik baş vermişdir, onun yeni ailəsi və ikinci uşağı vardır, xərcləri artmışdır. Bundan başqa, iddiaçının iş yeri olsa da, gəlirləri qeyri-müntəz əmdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının uşağın saxlanması üçün müəyyən edilməsini xahiş etdiyi aliment məbləği uşağın təminat səviyyəsinə uyğundur və hər hansı mənafeyini pozmur. Məhkəmə, həmçinin qeyd etmişdir ki, tərəflərin nikahından olan uşağın həyat və sağlamlığı yetkinlik yaşına kimi sığortalanmışdır. Beləliklə, uşağın yetkinlik yaşına çatanadək sağlamlığı üçün tələb olunan xərclər cavabdeh tərəfindən artıq qabaqcadan ödənilmişdir. Bundan başqa, cavabdeh özü də işləyir və uşağın saxlanması vəzifəsi onun da üzərinə düşür. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 112.1, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 5, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbay can Respublikasının Qanununa, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2798/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulması yalnız alimenti almaq istəyən şəxsin xahişi (müraciəti) əsasında tutula bilər. Bu baxımdan iddianın hüquqi əsası yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X9) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddianın həmin hissədə tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hər hansı hüquqi qiymətləndirmə aparmamış, Ailə Məcəlləsinin 56.1, 75.1, 76.1.2, 78.1, 112.1 -ci maddələrinin, MPM-nin 9, 88, 216-220 maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsai t (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi (maddə 76.1.1). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112). Kassasiya instansiyası məhkəməsinin mövqe yi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tətbiqi üzrə apellyasiya instansiyası məhkəməsinin möv qeyi ilə razılaşır. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin maddədə sabit pul məbləğində aliment yalnız: uşaqlara aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda; aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olduqda; qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə aldıqda; onun qazancı və ya sair gəliri olmadıqda; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu digər hallarda mümkündür. Belə hallar mövcud olmadıqda Ailə Məcəlləsinin 76-cı maddəsinə müvafiq olaraq aliment uşaqların sayına müvafiq olaraq qazancdan və (və ya) başqa gəlirlərdən hissə şəklində tutulmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2798/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1006/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1006/2021
15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver