Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1011/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Hərrac Mərkəzi Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qiymətləndirmə rəyinin etibarsız sayılması və hərracın dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2(103)7446/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallaı
1. Şirvan Şəhər Məhkəməsinin 03.07.2018-ci il tarixli, 2(032)-156/2018 saylı qətnaməsi ilə İddiaçı2, İddiaçı1 və X1 müştərək qaydada cəmi 20.642,86 ABŞ dolları məbləğində pulun "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın Şirvan şəhəri, H.Əliyev küçəsində olan, 0,0042 ha torpaq sahəsində yerləşən 2A/6T nömrəli 2 girişli, 34,32 kv.m ümumi, 34,32 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yənəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 20000 manat məbləğdə müəyyən edilməsi qət edilmişdir. İpoteka predmetinin qiyməti məhkəmə tərəfindən Cavabdeh2 MMC-nin 04.05.2018-ci il tarixli, G-481 saylı qiymətləndirmə hesabatı əsasında müəyyən edilmişdir.
2. Həmin qətnamə qanuni qüvvəyə minə rək icraya yönəldilmiş və icra məmuru tərəfindən hərracın keçirilməsi barədə "xxxx" MMC-yə 18.02.2021-ci il tarixli sifariş məktubu göndərilmişdir (səh. 50). Hərracın keçirilməsi 19.03.2021-ci il tarixdə, saat 11:0017:00-dək müəyyən olunmuş, bu barədə İddiaçı2, İddiaçı1a və Eynulla Bədəlova 23.02.2021-ci il tarixli 01/1142 nömrəli, 01 nömrəli bildiriş göndərilmişdir. Lakin həmin tarixdə keçirilmiş hərrac baş tutmamışdır.
3. Daha sonra "xxxx" MMC tərəfindən hərracın keçirilməsi 08.04.2021-ci il tarixdə, saat 11:00-17:00-dək müəyyən edilmiş və bu barədə tərəflərə 30.03.2021-ci il tarixli, 01/1142 nömrəli, 02 nömrəli bildiriş göndərilmişdir. İddiaçı2, İddiaçı1 və Eynulla Bədəlov poçt qəbzlərini imzalayaraq bildirişləri qəbul etmişlər. Hərracın keçirilməsi barədə “Birja Yenilikləri” qəzetinin müvafiq saylarında elanlar dərc edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MMC-nə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Şirvan şəhəri, H.Əliyev küçəsi, 2A/6T nömrəli, 2 girişli 34,32 kv.m ümumi, 34.32 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərracda satılmasına dair cavabdeh "xxxx" MMC tərəfindən 19.03.2021-ci il tarixə təyin edilmiş hərracın keçirilməsinin dayandırılması və qeyri-yaşayış sahəsinin 20.000 manat dəyərində qiymətləndirilməsinə dair Cavabdeh2 MMC-nin 04.05.2018-ci il tarixli, G-481 saylı rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırıl mışdır ki, "xxxx" QSC-nin onlara qarşı kredit borcunun tutulması və tutmanın ipotekaya yönəldilməsi tələbinə dair işə baxılarkən ipoteka ilə yüklənmiş daşınmaz əmlakın Cavabdeh2 MMC tərəfindən 20.000 manat məbləğində müəyyən edilmiş qiymətin az olduğunu və real qiymət olmadığını bildirmişlər. Əmlakı qiymətləndirən MMC, qiymətləndirmə barədə sənədi qarşı tərəfə təqdim etməmişdir. Sonradan Şirvan Şəhər Məhkəməsi tərəfindən qətnamənin icra edilməsinə dair 03.07.2018-ci il tarixli icra vərəqəsi verilmişdir. Həmin icra vərəqinə və Şirvan Şəhər İcra və Probasiya şöbəsinin 274/10-5 №-li, 18.02.2021-ci il tarixli qərarına əsasən, qeyriyaşayış sahəsinin hərraca çıxarılması və hərracda satılmasına dair, hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən ünvana göndərilmiş bildirişləri 03.03.2021-ci il tari xdə almışlar. Bildirişlərdə göstərilir ki, ipoteka ilə yüklənmiş daşınmaz əmlakın satışına dair hərrac Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156 (20A), məhəllə 1933-də 19 mart 2021-ci il tarixdə saat 11:00-dan saat 17:00-a kimi keçiriləcəkdir. Bu barədə məlumat iddiaçılara hərracın keçirilməsinə 16 gün qalmış göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digə r məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi təşkilatçı mülki qanunvericiliyin qeyd edilən maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən hərracın keçirilməsi dayandırılmalıdır. O cümlədən qeyd edildiyi kimi əmlakın bazar dəyərindən çox aşağı qiymətləndirilməsi iddiaçıları qane etmir. Həmin ərazilərdə yerləşən analoji obyektlərin qiyməti daha yüksəkdir. Ona görə də həm də belə hesab edilir ki, qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən 20.000 manat dəyərində qiymətləndirilməsinə dair 04.05.2018-ci il tarixli, G-481 saylı rəyi, daşınmaz əmlakın faktiki dəyərini əks etdirmədiyinə görə məhkəmə tərəfindən etibarsız sayılmalıdır.
6. Bakı şəhəri Nərimanov Rayon Mə hkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)2102/2021 saylı qətnaməsi ilə (hakim V.Quliyev) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-156/18 saylı, 03.07.2018-ci il tarixli icra vərəqəsi, Şirvan Şəhər icra və probasiya şöbəsinin 274/10 saylı sifariş məktubuna əsasən Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən 19 mart 2021-ci il tarixdə hərrac keçirilmişdir. İpoteka predmeti olan İddiaçı2 məxsus Şirvan şəhəri, H.Əliyev küçəsində 2A/6T ünvanda qeyriyaşayış binası hərraca məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qiymət əsasında çıxarılmışdır.
8. Məhkəmə iddia tələbinin hərracın dayandırılmasına aid hissəyə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu ma ddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2.-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
9. Məhkəmə qeyd etmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir.
10. Məhkəmə bildirmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutu lmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6- cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40).
11. Birinci instansiyası məhkəməsi məhkəmə aktının icra olunmasına dair qeyd olunan hüquqi mövqelərə istinadla bu nəticəyə gəlmişdir ki, hərracın dayandırılması hisssəsində iddia əmlakın hərraca çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin icrasına maneçilik yaratdığından əsassızdır və təmin edilməməlidir.
12. Məhkəmə həmçinin iddiaçının əmlakın qiyməti ilə bağlı mübahisələndidirdiyi hala münasibətdə qeyd etmişdir ki, yekunlaşmamış hərrac üzrə məhkəmə qətnaməsi ilə ə mlakların qiyməti müəyyənləşməsi və müvafiq icra vərəqəsi əsasında hərrac təşkil edilməsi həmin əmlaklarla bağlı qiymətin təkrar mübahisələndirilməsini istisna edir.
13. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 34, 39.2, 41, 42.1, 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 53.3-cü maddələrinə, Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 416-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia tələbinin əsasları ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2(103)-7446/2021 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), A.İmanov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi işin faktik hallarına əsasən müəyyən etmişdir ki, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi onun tərəfindən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və son nəticədə banka olan borc ödənilmədiyindən bankın tələbi məhkəmə qətnaməsinə əsasən həmin qeyri-yaşayış sahəsinə yönəldilmiş, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 20.000 manat məbləğində müəyyən edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərracın dayandırılması hissəsində iddia əmlakın hərraca çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin icrasına maneçilik yaratdığından əsassızdır və birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası iddianın “daşınmaz əmlaka dair qiymətləndirmənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, yekunlaşmamış hərrac üzrə məhkəmə qətnaməsi ilə əmlakların qiymətinin müəyyənləşməsi və müvafiq icra vərəqəsi əsasında hərrac təşkil edilməsi həmin əmlaklarla bağlı qiymətin təkrar mübahisələndirilməsini istisna edir. Qeyd edilənlərə əsasən hərracla bağlı hərəkətlərin qanunsuz hesab olunması, qiymətləndirmə və hə rrac barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi bu tələbi eyni əsasla rədd etməkdə haqlı olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 34, 39.2, 41, 42.1, 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 53.3-cü maddələrinə, Müıli Məcəllənin 269.1, 317.1, 319.1, 416-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı1 və vəkili kassasiya şikayəti verərək, apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlara MPM-nin 88-ci maddəsinə əsasən qiymət verməmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsinin tələbinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Lakin hərrac haqqında bildiriş iddiaçılara hərracın keçirilməsinə 16 gün qalmış göndərilmişdir. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalı dır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqların ı həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəs mi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəm ə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və di gər haqlar müvafiq olaraq hesablanır. 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. M a d d ə
41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. M a d d ə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və ö zünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 26. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
61. Hərracların hazırlanması və keçirilməsi 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 61.3. Sifarişə aşağıdakılar əlavə edilir: 61.3.1. icra sənədinin surəti; 61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; 61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; 61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdi yi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti. Maddə
62. Hərracın keçirilməsi müddətləri və qaydası 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və y a nəticələnə bilsin (maddə 418.3).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının yam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassatorun dəlilləri onun apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə eynilik təşkil edir və həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər bir dəlil üzrə təhlil aparılmaqla onun dəlilləri rədd edilmiş, məhkəmələrin gəldiyi nəticə tətbiq olunmalı maddi hüquq normalarına istinad edilməklə əsaslandırılmışdır (bu qərarın 7-13, 17-20-ci paraqrafları).
34. Mə hkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
35. Hərracın vaxtı və yeri barədə bildirişin Mülki Məcəllənin 415.2-ci maddəsində müəyyən olummuş müddətin pozulması ilə göndərilməsi barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil apellyasiya instansiyası qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi hərracın keçirilməsi barədə bildirişi hərracın tarixinə 16 gün qalmış almışdır. Nəzərə alınmalıdır ki, hərracın keçirilməsi qaydaları, hərracda iştirak etmək hüququ olan şəxslərin onda iştirakını nəzərdə tutur. Mülki Məcəllənin 415.2-ci maddəsində müəyyən olunmuş müddət də, hərracda iştirak etmək hüququnun reallaşmasına təminat yaratmaq məqsədi daşıyır.
36. Hərracın Mülki Məcəllədə müəyyən olunmuş qaydaları pozmaql a keçirilməsi, mütləq hərracın etibarsız sayılmasına səbəb olmur. Mülki Məcəllənin 416.1-ci maddəsində bu nəticə imperativ nəticə kimi müəyyən olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, hərracın keçirilməsi qaydaları onun nəticələrinə təsir edə biləcək dərəcədə pozulduğu halda hərracın nəticələri etibarsız sayıla bilər. Baxılan işdə hərracın nəticələrinə təsir edə biləcək qayda pozuntusuna yol verilməmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2(103)7446/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.