Məhkəmə qərarları › İş №2(102)-1011/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1011/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1011/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2(103)-6324/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə mənəvi zərərə görə 40000 manat məbləğində kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3941/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6324/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmuş mənəvi zərərin məbləği hissəsində dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 20000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayə ti vermiş, mülki iş materialları aidiyyəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri 13 fevral 2024-cü il tarixli məktubla müraciət edərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsində göstəril ir ki, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. İşin hazırki prosessual vəziyyəti – cavabdehin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi – MPM-nin 417.1.7-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğundur və icraata qəbul qərardadı ləğv edilərək iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxla malı, habelə kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasını araşdırıb müvafiq qərar qəbul etməli, qanunun tələblərinə cavab verdiyi halda maraqlı şəxsin kassasiya şikayətini də baxılması üçün göndərməli, əks halda iddiaçının kassasiya şikayətinə baxılması üçün iş materiallarını Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408, 409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6324/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 8 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiy a baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar