Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1012/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X1 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili Vəkil Rəsul oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.N.Qafarova) x nömrəli, 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən 11764 (on b ir min yeddi yüz altmış dörd) manatın və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) x nömrəli, 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin x nömrəli, 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı “əmək vəzifələrini yerinə yetirərkən sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona işdən azad olunan gündən 23 fevral 2016-cı il tarixdən TSEK tərəfindən əlillik müəyyən olunan günədək 34 ayda itirdiyi 346x34=11764 (on bir min yeddi yüz altmış dörd) manat qazancın birdəfəyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil X oğlunun kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozul masına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki: 21.05.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehndə 4-cü dərəcəli betonçu vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 29.02.2016-cı il tarixli, 95/K saylı əmrinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən son haqq-hesab ödənilməklə xitam verilmişdir. Səbail Rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli x saylı qətnaməsinə əsasən İddiaçı 06 avqust 2014- cü ildə Cavabdehndə əmək funksiyasını icra edərkən bədbəxt hadisənin baş verməsi faktının müəyyən edilməsi qət edilmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək qətnamə də yişdirilmədən saxlanılmışdır. 30.05.2018-ci il tarixdə Cavabdeh tərəfindən “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/18 nömrəli “İZ” aktı tərtib edilmişdir. İddiaçı “xxxx” Sığorta Şirkəti tərəfindən 18.01.2019-cu il tarixdən (əlillik müəyyən olunan gündən) hər ay ona orta aylıq əmək haqqının 45 faizi həcmində, yəni 346 manat ödəniş həyata keçirildiyini bildirir. Hazırda iddiaçı işdən azad edildiyi gündən (23.02.2016) TSEK tərəfindən əlillik müəyyən olunan günədək (18.01.2019) olan dövr üçün cvabdeh müəssisədən “əmək vəzifələrini yerinə yetirərkən sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın ödənilməsini tələb edir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı hadisə baş verən zaman müəssisənin məsul əməkdaşlarına bu barədə hər hansı məlumat verməmişdir. İşdən azad olund uqdan sonra bu məsələ ortaya çıxmış, iddiaçı sığortalı olduğundan peşə əmək qabiliyyətininin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti (TSEK) tərəfindən müəyyən edildiyi gündən (18.01.2019) verilməli və iddia müddəti tətbiq edilməlidir. Qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, İddiaçı 06.08.2014-cü ildə Cavabdehndə əmək funksiyasını icra edərkən baş vermiş istehsalat qəzası nəticəsində əmək xəsarəti almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” qaydaları, şərtləri və məbləği təsdiq edilmişdir. Həmin qərarın 1.1- ci bəndinin 3-cü abzasında qeyd olunur ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qab iliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 1, 2, 3, 4 bəndlərinə əsasən istehsalatda qəza və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə konkret olaraq bununla əlaqədar ödənclərin verilməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, sözügedən aktda bədbəxt hadisənin 06.08.2014-cü il tarixdə baş verməsi öz əksini tapmışdır, iddiaçıya da həmin xəsarətlə əlaqədar ödənclər iddia tələbinə əsasən işdən azad edildiyi tarixdən, yəni 23.02.2016-cı il tarixdən başlayaraq ödənilməli idi. Qüvvədə olan qanunvericiliyə görə “İZ” formalı akt bədbəxt hadisə baş verdiyi halda və ya peşə xəstəliyinə tutulma və ya işçinin həlak olması nəticəsində rəsmiləşdirilir və bununla əlaqədar belə işçi qanunvericiliklə müəyyən olunmuş müvafiq ödənclərlə təmin olunur. Həmin ödənclər işəgörütən tərəfindən, onun hadisədə təqsirli olub-olmaması müəyyən edildikdən sonra verilir. Səbail Rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli 2(009)-287/2017 saylı qətnaməsində yalnız İddiaçı 06.08.2014-cü il tarixdə cavabdeh müəssisədə əmək vəzifələrinin icra edərkən əmək xəsarəti alması faktı tanınsa da, bu İddiaçı əmək xəsarəti almasında işəgötürən müəssisə olaraq Cavabdeh B.M.in təqsirinin olmamasının həmin qətnamə ilə müəyyən edilməməsi anlamına gəlməyə əs as vermir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktlarının məzmunundan görünür ki, iddiaçının üzərində 22.08.2014-cü və 16.09.2014-cü ildə cərrahi əməliyyatların icra olunması onun ağır yük qaldırması ilə əlaqədar xəsarət alması ilə əlaqədar olmuşdur. Xəsarətin işdə ağırlıq qaldıran zaman baş verməsi və aldığı xəsarətlə iddiaçının əmək funksiyası arasında səbəbli əlaqə olduğu da sadəcə ehtimal hesab edilə bilməz. Çünki bu halların aydınlaşdırılması hər hansı bir digər sübut növü ilə deyil, yalnız xüsusi biliyə malik olan tibb ekspertlərinin həm şəxsən müayinəsi, həm də tibbi sənədlər əsasında belə qənaətə gəlməyə əsas verən rəyi ilə təsdiq oluna bilər. Məhkəmə qərarları ilə həmçinin birmənalı olaraq müəyyən edilmişdir ki, betonçu kimi vəzifəsi yüngül rezin şlanqı beton tökülən sahədə id arə etmək olsa da, bu hal onun xəsarət ala bilməsinin mümkünsüzlüyünə dəlalət etmir. Əksinə, işçinin əmək funksiyasını yerinə yetirərkən istənilən səbəbdən xəsarət alması inkar olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. İşəgötürən tərəfindən bədbəxt hadisə baş verdiyi təqdirdə nələr etməli olduğu Əmək Məcəlləsinin 217-ci maddəsində göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda da qeyd olunduğu kimi həm əvvəlki iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində, həm də cavabdeh tərəfindən iddiaçının hadisədən qısa müddət sonra xəstəxanaya yerləşdirilməsi, iki dəfə ciddi əmə liyyat keçirməsi, epikrizdə 20 gün əvvəl ağır yük qaldırmasının qeyd edilməsinə baxmayaraq cavabdeh müəssisənin yenə də bütün məsuliyyəti iddiaçının üzərinə yıxması sadəcə olaraq məsuliyyətdən yayınma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə i ş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayət i təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1012/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1012/2020
31.01.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver