Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1016/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X2 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili x oğlu və Cavabdeh nümayəndəsi və vəkili X oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.İ.Əliyev) x nömrəli, 21.06.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edi lmiş, Cavabdeh tərəfindən 01.05.2019-cu il tarixli SOCAR**********00070020B00412 saylı əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh Salyan X4 İdarəsinin rəis müavini vəzifəsinə bərpa olunması və ona 01.05.2019-cu il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) x nömrəli, 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin x nömrəli, 21 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş gü nlərinə görə əmək haqqının hesablanması” tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilən 01.05.2019-cu il tarixli, SOCAR**********00070020B00412 saylı əmrin ləğv edilməsi, qanunsuz əmrə əsasən işdən çıxarıldığı gündən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili x oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh nümayəndəsi və vəkili X oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasi ya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarınd a olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə sonuncu dəfə əmək müqaviləsi bağlanmamamışdan əvvəl 29.11.2014-cü il tarixdə Təmir-tikinti şöbəsinə 15-ci dərəcəli rəis vəzifəsində çalışmış, 25.05.2015-ci il tarixli 29/K saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün xitam verilərək işdən azad edilmiş, 25.05.2015-ci il tarixdən bir il müddətinə X3 Qaz İstismarı İdarəsində rəis müav ini vəzifəsinə təyin edilmiş, 01.05.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 73cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 01.05.2019cu il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Göstərilən Məcəllənin 73-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179- cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 25.05.2015-ci il tarixl i 144 saylı əmək müqaviləsi bir il müddətinə bağlanmışdır. Tərəflərin müqaviləyə xitam verilməsini tələb etməməsi səbəbindən iki dəfə bir il müddətinə uzadılmışdır. İddiaçı 18.05.2018-ci il tarixdən 01.05.2019-cu il tarixə qədər fasiləz olaraq xəstəlik məzuniyyətində olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işə çıxdığı ilk gün - 01.05.2019-cu il tarixdə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyindən xəbərdar olmuş, bununla bağlı əvvəl də tərəflər arasında məhkəmə mübahisəsi olmuş, iddiaçı sonuncu vəzifədə işlədiyi dövrdə 2015-ci ilin 30 iyul, 25 dekabr, 2016-cı ilin 05 may, 31 may, 03 iyul, 2017-ci ilin 02 avqust və 2018-ci ilin 13 aprel tarixlərində İddiaçı vəzifə (peşə) təlimatı üzrə öhdəliklərini lazımi səviyyədə icra etmədiyinə, işinə məsuliyyətsiz və qeyri-ciddi yanaşdığına, bununla da ƏM-in 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulmuş əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmədiyinə görə ƏM-in 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi töhmət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə ƏM-in 73-cü maddəsinin 2-ci bəndinə riayət edilməklə düzgün olaraq xitam verilmişdir. Belə ki, müddətli əmək müqaviləsinə işçinin xəstəlik məzuniyyətində olduğu müddətdə xitam verilməsi mümkün olmadığı üçün, cavabdeh tərəfindən də əmək müqaviləsinə işçi nin işə çıxdığı gün qanunvericiliyin tələbinə uyğun olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbin ə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məh kəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin işin daimi xarakterli olmasına baxmayaraq Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə zidd olaraq onunla müddətli əmək müqavilə başlanması dəlili ilə qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətdə bağlana bilər. Tərəflər arasında da qanunun həmin tələblərinə uyğun olaraq 25 may 2015-ci ildə əmək müqaviləsi bağlanmış, ötən müddət ərzində tərəflər bu müqaviləni mübahisələndirməmişlər, hazırki mubahisənin predmeti ilə 01 may 2019-cu il tarixli əmrd ir. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tərəflər arasında əvvəl olmuş mubahisə ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarlarına zidd olması dəlilli ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh İB tərəfindən yaradılmış suni maneələrin aradan qaldırılması və onun işə buraxılması üçün lazımi şərait yaradılması barədə məhkəmə qətnaməsi icraya yönəldilmiş, 01 may 2019-cu il tarixdə işə başlamış, müqavilə müddəti bitməsi əsası ilə əmək müqaviləsinə həmin tarixdə xitam verilmişdir. Məhkəmə kollegiyası göstərilən səbəblərdən hesab hesab edir ki, kassasiya şikayətinin göstərilən dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1016/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1016/2020
07.02.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver