Məhkəmə qərarları › İş №2(102)-1017/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1017/2023

11.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1017/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər:müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(105)-1430/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC-ti Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, 1 “A” saylı binanın V blok, 14-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 111,4 kv.metr olan 111 saylı mənzili hər kv.metri üçün 450 manat olmaqla, cəmi 49.500 manata İddiaçı satmışdır və mənzilin pay haqqı sonuncu tərəfindən "xxxx" MMC-nə tam məbləğdə ödənilmişdir. 27 dekabr 2015-ci il tarixdə "xxxx" MMC-ti ilə İddiaçı arasında bağlanmış razılaşmaya əsasən, sonuncu tərəfindən mənzilin hər kv.metri üçün əlavə 100 manat olmaqla, cəmi 11.140 manat "xxxx" MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. 27 mart 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK ilə İd diaçı arasında yeni şərtlərlə 06 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sonuncu sözügedən mənzil üçün hər kv.metrinə görə 550 manat olmaqla, cəmi 61.050 manat pay haqqını "xxxx" MTK-nə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin pay haqqı İddiaçı tərəfindən tam məbləğdə ödənilmişdir. 11 aprel 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, 1 “A” saylı binanın 2-ci blok, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 97,7 kv.metr olan 26 saylı mənzili 59.694 manata İddiaçı satmışdır. "xxxx" MTK tərəfindən İddiaçı adına mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair maliyyə arayışı verilmişdir. 17 sentyabr 2020-ci il tarixdə İddiaçı ərizə ilə "xxxx" MTK-nə müraciət edərək, 26 saylı mənzilin ondan əvvəl Alı Soltanova satıldığını, sonuncunun ona q arşı 11 aprel 2019cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırdığını və bu səbəbdən də həmin müqavilənin ləğv edilməsini və 111 saylı mənzilə dair onunla bağlanmış 27 mart 2016-cı il tarixli müqavilənin bərpa edilməsini xahiş etmişdir. "xxxx" MTK-nin 26 sentyabr 2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, 26 saylı mənzilə dair İddiaçı ilə bağlanmış 11 aprel 2019-cu il tarixli müqavilə ləğv edilmiş və 111 saylı mənzilə dair onunla bağlanmış 27 mart 2016-cı il tarixli müqavilə ləğv edilmişdir. Həmçinin 25 aprel 2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 “A” saylı binanın 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 133,6 kv.metr olan mənzili 48.000 manata Cavabdeh2 satmışdır. Həmin mənzil eyni zamanda 2008-ci il tarixli müqaviləyə əsasən Samir Quliyevə satılmışdır. Bundan sonra Cavabdeh2 şikayət ərizəsi ilə Prokurorluğa müraciət etmişdir. 04 oktyabr 2016-cı il tarixli müqaviləyə əsasən, "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, 1 “A” saylı binanın V blok, 15-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 111,4 kv.metr olan 103 saylı mənzili Cavabdeh2 satmış və həmin mənzilə dair sonuncu ilə "xxxx" MTK arasında 23 aprel 2019cu il tarixli müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə (bundan sonra cavabdeh) Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2019-cı il tarixli, 251 saylı müqaviləni n etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 ”A” saylı yaşayış binasının V blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil üzərində sahiblik, istifadə hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə bağlanmış 11 mart 2014- cü il tarixli, 111 saylı müqaviləyə əsasən, ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kv.metr olan, 3 otaqlı 111 saylı mənzil iddiaçıya satılmışdır. Həmin mənzilə görə hər kvadrat metri 450 manat olmaqla ümumilikdə 49.950 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Ödəniş barəd ə müvafiq maliyyə arayışı verilmişdir. Daha sonra, iddiaçıyla "xxxx" MMC-nin arasında 27 dekabr 2015-ci il tarixdə 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə əlavə dəyişiklik edilməsi haqqında razılaşma imzalanmışdır. Mahiyyəti üzrə razılaşma tikintinin aparılması məqsədilə hər kvadrat metr üçün əlavə 100 manat olmaqla cəmi 11.140 manat ödənilməsi nəzərdə tutulmuşdur. ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilə dair 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə və 27 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə yeni şərtlərlə 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə hər kvadrat metri 550 manat olmaq la (450 manat +100 manat əlavə=550 manat) 61.050 manat tərəfimdən tam ödənilmişdir. Bu barədə müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək iddiaçıya verilmişdir. Cavabdeh1 MTK-ya 28 sentyabr 2020-ci il tarixdə bildirişlə müraciət edərək 10 gün ərzində Cavabdeh1 MTK ilə bağlanmış 27 mart 2016-cı il tarixli, 06 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilə sahiblik, istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və iddiaçıya rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh “X" MTK-nın 23 oktyabr 2020-ci il tarixli, 12/10 sayllı cavab məktubunda isə payçı Cavabdeh2 onunla əvvəllər bağlanmış 160 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin əsasında yeni şərtlərlə 251 saylı, xx.xx.2019-cu il tarixli müqavilə bağlanıldığı və pay haqqı onun tərəfindən ödənildiyi bildirilmişdir. Müqavilənin 1.3.-cü bəndinə əsasən yeni nömrələnməyə əsasən mübahisəli 111 saylı mənzilin 15-ci mərtəbəsində, ümumi sahəsi 111.4 kvadrat metr olmaqla 103 saylı mənzil hesab edildiyi qeyd edilmişdir. Məktubda ərizədə qeyd edilən tələblərin təmin edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə üzrə hər kvadrat metri 550 manat olmaqla (450manat+100manat=550manat) 61.050 manat tərəfimdən tam ödənilmişdir. Bu haqda 27 mart 2016-cı il tarixdə müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək iddiaçıya verilmişdir. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 MTK ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı,111 saylı mənzilini iddiaçıya təhvil vermir. Digər tərəfdən, ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilinə digər payçı Cavabdeh2 ilə təkrar onunla əvvəllər bağlanmış xx.xx.2016-cı il tarixli, 160 saylı müqavilənin əsasında yeni şərtlərlə xx.xx.2019-cu il tarixli, 251 saylı müqavilə bağlanılmışdır. Mübahisəli ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı,111 saylı mənzil öncədən xx.xx.2014-cü il tarixli müqavilənin əsasında yeni şərtlərlə 27 mart 2016-cı il tarixli, 06 saylı m üqavilə əsasında iddiaçıya satılmışdır. Göründüyü kimi, 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə əsasında mübahisəli 111 saylı mənzil öncədən iddiaçıya satılmışdır və dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh2 isə həmin mənzili 04 oktyabr 2016- cı il tarixdə əldə etmişdir. Cavabdeh "xxxx" MTK iddiaçıyla bağlanmış 27 mart 2016-cı il tarixli müqavilə ləğv edilmədən və ya etibarsız hesab olunmadan iddiaçının razılığı olmadan mübahisəli mənzilə istənilən sərəncam, o cümlədən üçüncü şəxslərlə həmin mənzilə dair sonrakı tarixlərdə bağlanmış müqavilə heç bir hüquqi əhəmiyyətə malik deyil və hüquqi nəticələr doğurmur. Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, id diaçı iddia ərizəsində və məhkəmə iclasında sübut kimi tərəflər arasında bağlanmış 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə, 11 mart 2014-cü il tarixli maliyyə arayışına, 27 dekabr 2015-ci il tarixli razılaşmaya, 27 mart 2016-cı il tarixli, 06 saylı müqaviləyə və 27 mart 2016-cı il tarixli maliyyə arayışına istinad edərək iddianın təmin olunmasını xahiş etmiş, lakin məhkəmdə sübutların tədqiqatı zamanı 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin, 11 mart 2014cü il tarixli maliyyə arayışının və 27 dekabr 2015-ci il tarixli razılaşmanın mötəbərliyi məhkəmə üçün şübhə yaratdığından, qeyd olunan sənədlərin əslinin və sənədlərin qeydiyyat kitabının məhkəməyə təqim olunması "xxxx" MTK-nə həvalə olunmuş, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin və 11 mart 2014-cü il tarixli maliyyə arayışının əsilləri məhkəməyə təqdim olunmamışdır. 27 dekabr 2015-ci il tarixli razılaşmanın “14-cü mərtəbə” yazılan hissəsində açıq-aşkar düzəliş edilməsi müşahidə olunur, həmçinin eyni tarixli, eyni məzmunlu, möhürün rəngləyici maddələri fərqli olan razılaşmalar məhkəmyə təqdim olunmuşdur. 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin, “XİV mərtəbə” yazılan hissəsində adi göznən görünən pozuntu aparılması müşahidə olunur. Bundan əlavə, bağlanmış müqavilələrdən göründüyü kimi mənzillərin mərtəbələri kiril rəqəmləri ilə yazılsa da, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilə mərtəbə sayı Rum rəqəmləri ilə “XİV mərtəbə” olaraq qeyd edilmişdir. Lakin, məhkəmədə qeyd olunan şübhələri aradan qaldıran sübutlar müəyyən edilməmişdir. Halbuki, həmin şübhələri aradan qaldıran sübutl arı təqdim etmək vəzifəsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, iddiaçı tərəfin üzərində olmuş, lakin iddiaçı bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilə, 11 mart 2014-cü il tarixli maliyyə arayışı, 27 dekabr 2015-ci il tarixli razılaşma sübut kimi qəbul edilə bilinmədiyindən, 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə qeyd olunan sənədlərlə birbaşa əlaqəli olduğundan, bu müqavilə də iddianın təmin olunmasına əsas verə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməs inin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Məhkəmə təqdim edilən sənədlərin qarşılıqlı əlaqəsi, eyni məzmun və mənada olmasını, tərəflərin qarşılıqlı iradə ifadəsini deyil, sənədlərdəki xırda pozuntuları əsas götürmüşdür. Halbuki, müqavilə onun tərəfindən deyil, cavabdeh "xxxx" MTK tərəfindən tərtib edilərək verildiyinə diqqət edilməmişdir. Həmin müqavilə və maliyyə arayışının düzgün olduğunu məhz Cavabdeh1 MTK məhkəməyə onun tələb i ilə təsdiq edilərək təqdim edilmişdir. Məhkəmədə bu halların hərtərəfli araşdırılması aparılmamış və hər hansı sübutların onun tərəfindən təqdim olunması göstərişi verilməmişdir. Məhkəmədə tərəfindən qeyd edilmişdir ki, 11 mart 2014cü il tarixli müqavilə əsasında 27 mart 2016-cı il tarixli müqavilə bağlanmış və bağlandığı andan 11 mart 2014-cü il tarixli müqavilə öz hüquqi qüvvəsini itirmişdir. 11 mart 2014-cü il tarixli müqavilə 27 mart 2016-cı il tarixli müqavilə bağlanan zaman ləğv edildiyindən "xxxx" MTK-nə qaytarılmışdır. Mübahisə predmeti olmayan müqavilənin əsas kimi götürülməsi, əsas müqavilənin mötəbərliyini şübhə altına alınmasını əsassız hesab edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- S.A.Qafari sədrlik ed ən, məruzəçi, Ş.R.Abasov və İ.K.Dəmirov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi və Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2019-cı il tarixli, 251 saylı müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nə həvalə edilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 419.2-ci maddəsinin mənasına görə iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə ü zrə qeydiyyat kitabının təqdim olunmaması, razılaşmanın 14-cü mərtəbə yazılan hissəsində düzəliş edilməsi, 111 saylı müqavilənin XİV mərtəbə yazılan hissəsində düzəliş edilməsinin müşahidə olunması, mənzillərin mərtəbələrinin kiril rəqəmləri ilə yazılsa da, mərtəbə sayı Rum rəqəmləri ilə “XİV mərtəbə” olaraq göstərilməsi həmin müqavilənin tərəfi olan Cavabdeh1 MTK-nın ziyanına (əleyhinə) təfsir edildiyindən, sonuncu isə bunu mübahisələndirmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi üçün əsaslar olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə etmişdir. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (mübahis əli mənzil barədə Cavabdeh2 ilə 23 aprel 2019-cı il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 MTK-nin mənzil üzərində artıq mülkiyyət hüququna xitam verildiyindən, həmin əmlak barəsində sərəncam hüququ da mövcud olmadığından, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsind ə yerləşən, ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil "xxxx" MTK tərəfindən iddiaçıya təhvil verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 417.1, 418.1, 419.2, 337.1, 425, 385.1, 567-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işi hərtərəfli araşdırmadan, sübutların mötəbərliliyini yoxlamadan işə baxmış, nə ticədə cavabdehin hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi və bunun nəticəsində obyektiv reallığı əks etdirməyən qərar qəbul etməsi isə prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Belə ki, birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya instansiyasında işə baxılarkən də tərəflər arasında bağlanmış müqavilələrin mötəbərliliyinin yoxlanması məqsədi ilə sənədlərin qeydiyyat kitabının məhkəməyə təqdim olunmasına dair cavabdeh "xxxx" MTK-ya sorğular göndərilsə də, həmin sorğular cavabsız qalmış və sorğuya cavab almadan iddiaçı tərəfin bağladığı müqavilənin saxtakarlıqla tərtib edildiyini nəzərə almamışdır. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında sübut kimi tərəflər arasında bağlanmış 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə, 11 mart 2014cü il tarixli maliyyə arayışına, 27 dekabr 2015-ci il tarixli razılaşmaya, 27 mart 2016-cı il tarixli, 06 saylı müqaviləyə və 27 mart 2016-cı il tarixli maliyyə arayışına istinad edərək iddianın əsaslı olmasını iddia etmişdir. Lakin, məhkəmədə sübutların tədqiqatı zamanı qeyd olunan sənədlərin əslinin və həmin sənədlərin qeydiyyatı kitabının məhkəmələr tərəfindən dəfələrlə tələb olunsa da təqdim olunmaması, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin və 11 mart 2014-cü il tarixli maliyyə arayışının əsillərinin məhkəməyə təqdim olunmaması, 27 dekabr 2015-ci il tarixli razılaşmanın “14-cü mərtəbə” yazılan hissəsində açıq aşkar düzəliş edilməsinin müşahidə olunması, həmçinin eyni tarixli, eyni məzmunlu, möhürün rəngləyici maddə ləri fərqli olan razılaşmaların məhkəməyə təqdim olunması, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin “XİV mərtəbə” yazılan hissəsində adi gözlə görünən pozuntu aparılması olması açıq-aşkar düzəliş edilməsi birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası tərəfindən nəzərə alınmamışdır. Bundan başqa bağlanmış müqavilələrdən göründüyü kimi mənzillərin mərtəbələri kiril rəqəmləri ilə yazılsa da, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilədə mərtəbə sayı rum rəqəmləri ilə “XİV mərtəbə” kimi qeyd edilmişdir. Məhkəmədə qeyd olunan sübutları aradan qaldıran hər hansı sübut müəyyən edilməmiş, halbuki həmin şübhələri aradan qaldıran sübutlar təqdim etmək vəzifəsi Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının üzərinə düşsə də b unu edə bilməmiş, lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan hüquq normasını kobud şəkildə pozmaqla iddiaçının sübutlarını mötəbər hesab etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onlar ın vasitəsilə müəyyənləşdirilir. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 385.1. Öhdəliyə əs asən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilm iş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın mübahisələndirilən hissədə təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tə rəfindən müəyyən edilmiş hallarına görə, 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC-ti Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, 1 “A” saylı binanın V blok, 14-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 111,4 kv.metr olan 111 saylı mənzili hər kv.metri üçün 450 manat olmaqla, cəmi 49.500 manata iddiaçıya satmışdır və mənzilin pay haqqı sonuncu tərəfindən "xxxx" MMC-nə tam məbləğdə ödənilmişdir. 27 dekabr 2015-ci il tarixdə "xxxx" MMC-ti ilə iddiaçı arasında bağlanmış razılaşmaya əsasən, sonuncu tərəfindən mənzilin hər kv.metri üçün əlavə 100 manat olmaqla, cəmi 11.140 manat "xxxx" MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. 27 mart 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK ilə iddiaçı arasında yeni şərtlərlə 06 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sonuncu sözügedən mənzil üçün hər kv.metrinə görə 550 manat olmaqla, cəmi 61.050 manat pay haqqını "xxxx" MTK-nə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin pay haqqı iddiaçı tərəfindən tam məbləğdə ödənilmişdir. 11 aprel 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, 1 “A” saylı binanın 2-ci blok, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 97,7 kv.metr olan 26 saylı mənzili 59.694 manata iddiaçıya satmışdır. "xxxx" MTK tərəfindən iddiaçının adına mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair maliyyə arayışı verilmişdir. 17 sentyabr 2020-ci il tarixdə iddiaçı ərizə ilə "xxxx" MTK-nə müraciət edərək, 26 saylı mənzilin ondan əvvəl Alı Soltanova satıldığını, sonuncunun ona qarşı 11 aprel 2019-cu il tarixli m üqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırdığını və bu səbəbdən də həmin müqavilənin ləğv edilməsini və 111 saylı mənzilə dair onunla bağlanmış 27 mart 2016-cı il tarixli müqavilənin bərpa edilməsini xahiş etmişdir. "xxxx" MTK-nin 26 sentyabr 2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, 26 saylı mənzilə dair iddiaçı ilə bağlanmış 11 aprel 2019-cu il tarixli müqavilə ləğv edilmiş və 111 saylı mənzilə dair onunla bağlanmış 27 mart 2016-cı il tarixli müqavilə ləğv edilmişdir. Həmçinin 25 aprel 2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 “A” saylı binanın 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 133,6 kv.metr olan mənzili 48.000 manata Cavabdeh2 satmışdır. Həmin mənzil eyni zamanda 2008-ci il ta rixli müqaviləyə əsasən Samir Quliyevə satılmışdır. Bundan sonra Cavabdeh2 şikayət ərizəsi ilə Prokurorluğa müraciət etmişdir. 04 oktyabr 2016-cı il tarixli müqaviləyə əsasən, "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, 1 “A” saylı binanın V blok, 15-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 111,4 kv.metr olan 103 saylı mənzili Cavabdeh2 satmış və həmin mənzilə dair sonuncu ilə "xxxx" MTK arasında 23 aprel 2019-cu il tarixli müqavilə bağlanmışdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddənin, habelə Mülki Məcəllənin 419.2-ci maddəsinin tələblərini əsas tutub, işə əlavə edilmiş sübutları, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə üzrə qeydiyyat kitabının təqdim olunmaması, razılaşmanın 14-cü mərtəbə yazılan hissəsində düzəliş edilməsi, 111 saylı müqavilənin XİV mərtəbə yazılan hissəsində düzəliş edilməsinin müşahidə olunması, mənzillərin mərtəbələrinin kiril rəqəmləri ilə yazılsa da, mərtəbə sayı Rum rəqəmləri ilə “XİV mərtəbə” olaraq göstərilməsi həmin müqavilənin tərəfi olan Cavabdeh1 MTK-nın ziyanına (əleyhinə) təfsir edildiyindən, sonuncu isə bunu mübahisələndirmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi üçün əsaslar olmamışdır. Apellya siya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə etmişdir. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (mübahisəli mənzil barədə Cavabdeh2 ilə 23 aprel 2019-cı il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 MTK-nin mənzil üzərində artıq mülkiyyət hüququna xitam verildiyindən, həmin əmlak barəsində sərəncam hüququ da mövcud olmadığından, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarlı sayıla bilməz. Ona görə də iddianı mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılışır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(105)-1430/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar