Məhkəmə qərarları › İş №2(105)-1430/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1430/2022

02.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1430/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh2, onun nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)- 92/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2019-cu il tarixli, 251 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi barədə iddiasının rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 12 avqust 2021-ci il tarixli, 5/768 saylı xətşünaslıq ekspertizasına görə 80 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası MərkəziVÖEN **********; hesabAZ34CTRE******************** qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2019-cı il tarixli, 251 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə bağlanmış 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı 111 saylı mənzil iddiaçıya satılmışdır. Həmin mənzilə görə hər kvadrat metri 450 manat olmaqla ümumilikdə 49950 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Ödəniş barədə müvafiq maliyyə arayışı verilmişdir. Daha sonra iddiaçıyla "xxxx" MMC-nin direktoru X4 arasında 27 dekabr 2015-ci il tarixdə 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə əlavə dəyişiklik edilməsi haqqında razılaşma imzalanmışdır. Mahiyyəti üzrə razılaşma tikintinin aparılması məqsədilə hər kvadrat metr üçün əlavə 100 (bir yüz) manat olmaqla cəmi 11140 manat ödənilməsini nəzərdə tutulmuşdur. ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilə dair 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə və 27 dekabr 2015-ci il tarixli Razılaşmaya əsasən "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə yeni şərtlərlə 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə hər kvadrat metri 550 manat olmaqla (450 manat +100 manat əlavə =550 manat) 61050 manat tərəfimdən tam ödənilmişdir. Bu haqda müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək iddiaçıya verilmişdir. Cavabdeh1 MTK-ya 28 sentyabr 2020-ci il tarixdə bildirişlə müraciət edərək 10 gün ərzində Cavabdeh1 MTK ilə bağlanmış 27 mart 2016-cı il tarixli, 06 saylı müqaviləyə əsasən ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və iddiaçıya rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh “Progress-2016" MTK-nın 23 oktyabr 2020-ci il tarixli,12/10 sayllı cavab məktubunda isə payçı Cavabdeh2 onunla əvvəllər bağlanmış 160 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin əsasında yeni şərtlərlə 251 saylı, xx.xx.2019-cu il tarixli müqavilə bağlanıldığı və pay haqqı onun tərəfindən ödənildiyi bildirilmişdir. Müqavilənin 1.3.-cü bəndinə əsasən yeni nömrələnməyə əsasən mübahisəli 111 saylı mənzilin 15-ci mərtəbədə,ümumi sahəsi 111.4 kvadrat metr olmaqla 103 saylı mənzil hesab edildiyi qeyd edilmişdir. Məktubda ərizədə qeyd edilən tələblərin təmin edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Mülki Məcələnın 178.8.-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası "Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarı ilə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə üzrə hər kvadrat metri 550 manat olmaqla (450manat+100manat=550manat) 61050 manat tərəfimdən tam ödənilmişdir. Bu haqda 27 mart 2016-cı ilı tarixdə müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək iddiaçıya verilmişdir. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 MTK ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı,111 saylı mənzilini iddiaçıya təhvil vermir. Digər tərəfdən ünvan 4 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilinə digər payçı Cavabdeh2 ilə təkrar onunla əvvəllər bağlanmış xx.xx.2016-cı il tarixli,160 saylı müqavilənin əsasında yeni şərtlərlə xx.xx.2019cu il tarixli, 251 saylı müqavilə bağlanılmışdır. Mübahisəli ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı,111 saylı mənzil öncədən xx.xx.2014-cü il tarixli müqavilənin əsasında yeni şərtlərlə 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə əsasında iddiaçıya satılmışdır. Göründüyü kimi 27 mart 2016-cı il tarixli, 06 saylı müqavilə əsasında mübahisəli 111 saylı mənzil öncədən mənə satılmışdır və dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh2 isə həmin mənzili 04 oktyabr 2016- cı il tarixdə əldə etmişdir. Cavabdeh "xxxx" MTK iddiaçıyla bağlanmış 27 mart 2016-cı il tarixli müqavilə ləğv edilmədən və ya etibarsız hesab olunmadan iddiaçının razılığı olmadan mübahisəli mənzilə istənilən sərəncam, o cümlədən üçüncü şəxslərlə həmin mənzilə dair sonrakı tarixlərdə bağlanmış müqavilə heç bir hüquqi əhəmiyyətə malik deyil və hüquqi nəticələr doğurmur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Osmanov X5 Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2019-cı il tarixli, 251 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Abşeron Rayon Məhkəməsi təqdim edilən sənədlərin qarşılıqlı əlaqəsi, eyni məzmun və mənada olmasını, tərəflərin qarşılıqlı iradə ifadəsini deyil, sənədlərdəki xırda pozuntuları əsas götürmüşdür. Halbuki müqavilə onun tərəfindən deyil, cavabdeh "xxxx" MTK tərəfindən tərtib edilərək verildiyinə diqqət edilməmişdir. Həmin müqavilə və maliyyə arayışının düzgün olduğunu məhz Cavabdeh1 MTK məhkəməyə onun tələbi ilə təsdiq edilərək təqdim edilmişdir. Məhkəmədə bu halların hərtərəfli araşdırılması aparılmamış və hər hansı sübutların onun tərəfindən təqdim olunması göstərişi verilməmişdir. Məhkəmədə tərəfindən qeyd edilmişdir ki, 11 mart 2014cü il tarixli müqavilə əsasında 27 mart 2016-cı il tarixli müqavilə bağlanmış və bağlandığı andan (müqavilənin 9-cu bəndi) 11 mart 2014-cü il tarixli müqavilə öz hüquqi qüvvəsini itirmişdir.Həmin 11 mart 2014-cü il tarixli müqavilə 27 mart 2016-cı il tarixli müqavilə bağlanan zaman ləğv edildiyindən şirkətə qaytarılmışdır. Mübahisə predmeti olmayan müqavilənin əsas kimi götürülməsi, əsas müqavilənin mötəbərliyini şübhə altına alınmasını əsassız hesab edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın rədd təmin edilməsinin əsası kimi iddiaçının ərizəsində və məhkəmə iclasında sübut kimi tərəflər arasında bağlanmış 11 mart 2014-cü il tarixli, 111 saylı müqaviləyə, 11 mart 2014-cü il tarixli maliyyə arayışına, 27 dekabr 2015ci il tarixli razılaşmaya, 27 mart 2016-cı il tarixli, 06 saylı müqaviləyə və 27 mart 2016-cı il tarixli maliyyə arayışına istinad edərək iddianın təmin olunmasını xahiş etdiyini, lakin məhkəmədə sübutların tədqiqatı zamanı 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin, 11 mart 2014-cü il tarixli maliyyə arayışının və 27 dekabr 2015-ci il tarixli razılaşmanın mötəbərliyi məhkəmə üçün şübhə yaratdığını, həmin sənədlərin əslinin və sənədlərin qeydiyyat kitabının məhkəməyə təqim olunmasının "xxxx" MTK-ya həvalə olunsa da, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin və 11 mart 2014-cü il tarixli maliyyə arayışının əsilləri məhkəməyə təqdim olunmadığına, 27 dekabr 2015-ci il tarixli razılaşmanın “14-cü mərtəbə” yazılan hissəsində açıq-aşkar düzəliş edilməsi müşahidə olunduğuna, həmçinin eyni tarixli, eyni məzmunlu, möhürün rəngləyici maddələri fərqli olan razılaşmalar məhkəməyə təqdim olunduğunu, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilənin, “XİV mərtəbə” yazılan hissəsində adi gözünən görünən pozuntu aparılmasını, bağlanmış müqavilələrdə mənzillərin mərtəbələri kiril rəqəmləri ilə yazılsa da, 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilə mərtəbə sayı Rum rəqəmləri ilə “XİV mərtəbə” olaraq qeyd edildiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi müqavilənin etibarsızlığı, sahiblik və istifadə hüququnun tanınması, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 11 mart 2014-cü il tarixli, 111 saylı müqavilə, həmin müqaviləyə əlavə dəyişiklik edilməsi haqqında 27 dekabr 2015-ci il tarixli Razılaşmaya, eləcə də "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə yeni şərtlərlə 27 mart 2016-cı il tarixli, 06 saylı müqaviləyə əsasən hər kvadrat metri 550 manat olmaqla, 61050 manata ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı 111 saylı mənzil İddiaçı satılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 389.1 və 405.1. maddələri). Qeyd olunan normaların dispozisiyasına görə, bağlanmış müqavilələr tərəflərin razılığa gəldikləri şərtlərlə icra olunmalı və dəyişdirilməməlidir. Bu ümumi qayda mülki dövriyyənin sabitliyini təmin edir. Ona görə də müqaviləyə bir qayda olaraq tərəflər özlərinin öhəliklərini tam icra etdikdə xitam verilir. Bununla belə, qanunvericilik müqaviləyə vaxtından əvvəl xitam verilməsi imkanını nəzərdə tutur. Lakin buna yalnız müəyyən əsaslar olduqda yol verilir. Bu qayda mühüm əhəmiyyət kəsb edir, çünki müqavilə münasibətlərinin sabitliyinə imkan yaradır və tərəflərin qarşılıqlı məsuliyyətini artırır. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmuş və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. (Mülki Məcəllənin 418.1-ci maddəsi). Müqavilənin standart şərtləri müqavilənin tərkib hissəsinə çevrildikdə, hüquqi qüvvə alır. Bunun üçün müqavilənin standart şərtlərini təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə bu barədə yazılı qeyd aparmaqla bu şərtlərə istinad etdiyini bildirməlidir. Bu, standart şərtlərin irəli sürülməsini təklif edən tərəfin iradəsinin ifadəsi olduğunu göstərir və digər tərəfin həmin şərtlərlə tanış olmasına imkan yaradır. Standart şərtlərin ünvanlandığı digər tərəf həmin şərtlərlə tanış olaraq onları qəbul edib-etməmək haqqında qərara gəlməlidir. Xüsusilə qeyd edilməlidir ki, Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 419.2-ci maddəsinin mənasına görə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə qeydiyyat kitabının təqdim olunmaması, razılaşmanın 14-cü mərtəbə yazılan hissəsində düzəliş edilməsi, 111 saylı müqavilənin XİV mərtəbə yazılan hissəsində düzəliş edilməsinin müşahidə olunması, mənzillərin mərtəbələrinin kiril rəqəmləri ilə yazılsa da, mərtəbə sayı Rum rəqəmləri ilə “XİV mərtəbə” olaraq göstərilməsi həmin müqavilənin tərəfi olan Cavabdeh1 MTK-nın ziyanına (əleyhinə) təfsir edildiyindən, sonuncu isə bunu mübahisələndirmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi üçün əsas ola bilməz. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İşdən göründüyü kimi, İddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (mübahisəli mənzil barədə Cavabdeh2 ilə 23 aprel 2019-cı il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 maddəsi). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MTK-nın mənzil üzərində artıq mülkiyyət hüququna xitam verildiyindən, həmin əmlak barəsində sərəncam hüququ da mövcud olmadığından, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənzilin iddiaçıya təhvil verilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Məcəllənin 567-ci maddəsi). Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqaviləyə əsasən sonuncu mənzili alıcıya təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, İddiaçı mübahisəli mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, Cavabdeh1 MTK mənzili alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməlidir. İddia tələbinin sahiblik və istifadə hüququnun tanınması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 146.1. maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan müqavilə əsasında yarandığından, əlavə olaraq məhkəmə qətnaməsinə əsasən həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun yaranmasına zərurət qalmır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 80 manat ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (SAP (XİİS) hesabı X2, kod 210005; VÖEN ********** müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2019-cı il tarixli, 251 saylı müqavilənin etibarsız hesab edilsin. ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 80 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (SAP (XİİS) hesabı X2, kod 210005; VÖEN ********** müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar