Məhkəmə qərarları › İş №2(105)-520/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-520/2022

07.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-520/2022 07.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(012)-903/2021 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 aprel 2019-cı il tarixli, 251 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 111.4 kvadrat metr olan, 3 otaqlı, 111 saylı mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 icraatın dayandırılmasına dair məhkəməyə ərizə ünvanlamış və ərizəsində göstərmişdir ki, icraatda İddiaçı ona və Cavabdeh1 MTK-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair 2(012)-903/2021 saylı mülki iş vardır. Onun və digər şəxslərin şikayəti əsasında hazırki işlə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanmış və istintaq araşdırması davam edir. Hazırki iş üzrə istintaq araşdırmasının mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, həmçinin iş üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə istintaq araşdırılması başa çatanadək icraatın dayandırılması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, icraatda olan 2(012)-903/2021 saylı mülki işlə Azərbaycan Respublikası Baş Prokroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılması başa çatanadək iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(012)-903/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə üzrə Cavabdeh2 mülki iş üzrə icraatın dayandırılması barədə ərizəsi rədd edilməsi qərara alınmışdır(hakim Elman Məmmədov). Həmin qərardaddan narazı qalan Cavabdeh2 vəkilinümayəndəsi X1 şikayət verərək, Abşeron rayon Məhkəməsinin 2(012)-903/2021 saylı 04 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilərək hazırki mülki iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsiini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli, 2(012)-903/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09.07.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(012)-903/2021 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar