Məhkəmə qərarları › İş №2(102)-1019/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1019/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1019/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs 9 saylı Dövlət Notariat Kontoru cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil1, cavabdehin vəkili X3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4949/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 23.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı 53000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən 90100 manat məbləğində borc pul verilmiş və borc alan 23.06.2019-cu il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. 23.02.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə Cavabdeh qarşısında İddiaçı tərəfindən yüklü edilmişdir. Həmin kredit müqaviləsi və ipoteka müqavilələrinə əsasən 23.10.2019-cu il tarixdə icra qeydi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı h aqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı ******* №–li çıxarışdan müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət kimi 08.10.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. X1, X4 və Rzayev Kərim Əfqan oğlunun ərizələrindən görünür ki, onlar ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka qoyulmasına etiraz etmirlər. İpoteka qoyulmuş əmlaka tələb yönəldiyi halda məhkəməyə müraciət edilmədən mənzili qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdülər. Bakı şəhəri 50 saylı Notariat ofisinin 23.10.2019-cu il tarixli, 1768№-li məktubundan görünür ki, 23.02.2019-cu il tarixli 3M-01/205 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş ipoteka müqaviləsi üzrə 23.10.2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş üzrə qə bul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı üçüncü şəxs 9 saylı Dövlət Notariat Kontoru cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 9 sayli Dövlət Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 23 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvandakı mənzilinə tutma yönəldilməsi barədə 23.10.2019-cu il tarixdə icra qeydi verilmişdir. Həmin icra qeydi barədə ona məlumat məhkəmə icraçısı tərəfindən göndərilmiş və poçt vasitəsilə 22.11.2019-cu il tarixdə rəsmi qaydada aldığı bildirişlə verilmişdir. Aşağıda istinad olunanlara əsasən, 23.10.2019-cu il tarixli icra qeydinin məhkəmə qaydası nda ləğv edilməsini zəruri hesab edir. Qeyd olunan kredit müqaviləsi ilə əlaqədar bildimək istəyir ki, 23 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9 sayli Dövlət Notariat Kontorunda borc verən Cavabdeh ilə onun arasında 53.000 ABŞ dollarının həmin vaxt manata məzənnəsi ilə 90100 manat borc almağına dair müqavilə rəsmləşdirilmişdir. Eyni zamanda həmin notariusda rəsmiləşdirilmiş ipoteka müqaviləsi ilə onun mülkiyyətində olan ünvan 2 ünvandakı mənzili borcun təminatı kimi ipoteka ilə yüklü edilmişdir. 9 sayli Dövlət Notariat Kontoru tərəfindən 12.11.2019-cu il tarixdə həmin borcun ipoteka predmetinə yönəldilməsi haqqında icra qeydi verilmişdir. Aşağıda istinad olunanlara əsasən həmin icra qeydini qanunsuz hesab edir və icra qeydinin məhkəmə qaydasında ləğv edilməsini zəruri hesab e dir. Belə ki, qeyd olunan kredit müqaviləsi bağlanarkən qanunun tələbləri pozulmuşdur və müqavilə qanuna uyğun olaraq rəsmləşdirilməmişdir. Əslində o, Cavabdeh 70.000 manat borc almışdır, qalan məbləğ isə müqavilənin bağlandığı 4 ay müddətinə faiz kimi hər ay məbləğin 8 faizi hesablanmaqla ümumi məbləğə əlavə edilmişdir. Müqavilənin 3-cü maddəsində göstərilir ki, borc müqaviləsi notariusun depozit hesabı vasitəsilə həyata keçirilir. Əgər doğrudan da bu məsələ araşdırılsa, aydın olar ki, notariusun depozit hesabı vasitəsi ilə 90.100 manat deyil 70.000 manat pul ödənilmişdir. Bu faktın özü onu sübut edir ki, həmin kredit müqaviləsi aylıq 8 faiz əlavənin ödənilməsi ilə şərtləşdiyi halda, müqavilədə əsassız olaraq qeyd edilmişdir ki, tərəflər kreditin faizsiz verilməsini şərtiəşdirirlər. Qeyd olunanlardan başqa, ümumi məbləğin iki aylıq faizi 11.200 manat məbləğ borc verənə onun qohumu X2 tərəfindən ödənilmişdir. Bu faktı həm pulu ödəyən şəxs, həm də borc verənin özü də təsdiq edə bilər. Beləliklə, borc cəmi 70.000 manat olduğu halda və borcun 11.200 manatı ödənildiyi halda, icra qeydində 90100 manat borcun tutulması ipoteka predmetinə yönəldilmişdir. Yuxarıda qeyd olunanlardan notarius tərəfindən verilmiş icra qeydinin əsassız olduğu aydın görünür. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 2019-cu ilin yanvar ayından etibarən notariat qaydasında təsdiq edilmiş əqdlər, lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər əmr icraatı qaydasında deyil notariusun icra qeydi əsasında təmin edildiyindən hesab edir ki, hazırkı icra qeydindən verilmiş şikayətə məhkəmə tərəfindən baxılmalıdır, qeyd olunan məsələlər aydınlaşdırılaraq, icra qeydi ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, 9 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 23.10.2019-cu il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-559/2020) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 9 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2 3.10.2019-cu il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsinə əsas ola biləcək hallar sübuta yetirilə bilinmədi. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev və V.Baxışova, iş № 2(103)-4949/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(005)559/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Notariat haqqında Qanunun 76-cı maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi bil avasitə sübutetmə yükü ilə bağlıdır, iddiaçı tərəfindən 23.10.2019-cu il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsinə əsas ola biləcək hallar sübuta yetirilə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmayıb. İddiaçı icra qeydinin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə verilmiş borcun miqdarını mübahisələndirsə də, bununla əlaqədar olaraq həmin müqavilənin etibarsızlığı tələbini irəli sürməmiş, həmçinin ödənilmiş məbləğlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də, həmin müqavilə üzrə nəticələrin (icra qeydinin) ləğv edilməsi üçün əsaslar mövcud deyild ir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4949/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və p rosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdehin vəkili X5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayara q məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Notariat haqqında Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində ic ra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlid ir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərin in təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlu matlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilmə məsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, o nlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4949/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndir ilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar