Məhkəmə qərarları › İş №2(102)-1024/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1024/2019

11.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1024/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “11” fevral 2019-cu il iş № 2(102)-1024/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, X2 katibliyi ilə, Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 02 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim: Ə.İ.Məmmədov; 2(012)-59/2017) İddiaçı2 oğlunun, İddiaçı1 və İddiaçı3 İsrafil qızını n cavabdehlər Cavabdeh3, Cavabdeh1 və H8 qarşı əmlaka vurulmuş maddi zərərin əvəzinin, əldən çıxmış faydanın və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakına dəymiş maddi ziyanın əvəzi kimi 31.561 (otuz bir min beş yüz altmış bir) manat məbləğində pulun Cavabdeh1 alınaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmiş,qalan hissədə və H6, həmçinin Cavabdeh3 aid hissədə iddia əsassız olduğundan təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2016-cı il tarixl,qətnaməsi ilə (hakimlər: L.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.V.Bayramov və İ.Ə.Şəfiyev; 2(104)-2364/2016) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi İddiaçı2, üçüncü şəxslər İddi açı1, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli qətnaməsi iddiaçının qismən təmin olunmuş -31,561 (otuz bir min beş yüz altmış bir) manat məbləğində pulun Cavabdeh1 Namaz qızından alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə iddianın qalan hissəsində və Cavabdeh2, həmçinin Cavabdeh3 aid hissədə təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2017-ci tarixli qərarı ilə (hakimlər: Q.Ə.Allahverdiyev (sərlik edən və məruzəçi), Ə.Ə.Əliyev, G.A.Quliyev 2(102)-2573/2017) İddiaçı2 İlyas oğlunun kassasiya şikayəti təmin təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2016-cı tarixli qətnaməsi ləğv edilmiş,iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2017-ci tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehdiyev, (sərlik edən və məruzəçi),Ş.Q.Rzaquliyev, N.N.Quliyev; 2(104)2514/2017) İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi İddiaçı2, üçüncü şəxslər İddiaçı1, İddiaçı3, Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 İsrafil qızı cavabdeh Cavabdeh3, Cavabdeh1 və H6 əmlaka vurulmuş maddi zərərin əvəzinin, əldən çıxmış faydanın və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmlaklarına dəymiş zərərin əvəzi kimi 59,240 manat məbləğində pulun, 417, 500 manat məbləğində əldən çıxmış faydanın, maddi və mənəvi ziyanın əvəzi kimi 200.000 manat məbləğində pul olmaqla, cəmi 676,740 (altı yüz yetmiş altı min yeddi yüz qırx) manat məbləğində pulun cavabdehlərdən alınıb, onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün inzibati binanın tikintisi üçün nəzərdə tutulmuş smeta əsasında 740(yeddi yüz qırx) manat məbləğində binanın fundamenti tökülmüş, tikinti üçün hər bir yük maşın 120 (bir yüz iyi rmi) manatdan 10(on) maşın olmaqla cəmi 1200 (bir min iki yz) manat dəyərində Ağdaş alınaraq cəmiyyətin tikintisinə istifadə edilməsi üçün ərazisinə tökülüb saxlanılmış və hər bir yük maşını 150(bir yüz əlli) manatdan cəmi 300(üç yüz) manat dəyərində iki “Belaz” avtomaşını çay daşıda “xxxx” MMC-nin ərazisinə tökülmüşdür.Cavabdeh1 və onun ailə üzvləri cəmi 2240 manat məbləğində “xxxx” MMC-yə məxsus olan tikinti materiallarını mənimsəyərək, “xxxx” MMC-yə məxsus olan olan torpaq sahəsi üzərində qeyri qanuni inşa etdirdikləri tikintidə istifadə etmişlər. “xxxx” MMC-yə məxsus yarımçıq tikiliyə və anbara dəyən ziyan 8321 manat məbləğində pul olmaqla, cəmiyyətin iş binasının tikintisi üçün görülən işlər alınan tikinti materialları ilə birlikdə cəmi 10561 (on min beş yüz altmış bir) manat pul təşk il etmişdir. Bundan əlavə “xxxx” MMC-yə məxsus 0,15 ha torpaq sahəsi zəbt edilməmişdən əvvəl çəpərlənərək hər il onlar tərəfindən əkin işləri aparılmış və həmin torpaq sahəsindən cəmiyyət işçiləri ildə təxminən 3500 manat dəyərində ərzaq məhsulları əldə etmişlər.Cavabdeh “xxxx” MMC-yə məxsus olan həmin torpaq sahəsini istifadəyə yararsız hala salmaqla cəmiyyətin üzvlərini həmin gəlirdən məhrum etmişlər. “xxxx” MMC-nin işçilərinə bununla da ötən beş il ərzində təxminən cəmi 17500 (on yeddi min beş yüz) manat dəyərində əlavə ziyan dəymişdir. Bundan əlavə İddiaçı2 göstərdi ki, “xxxx” MMC-yə məxsus olan istehsalat binasında 4000 manat dəyərində dəri məmulatlarını təmizləyən ( dərinin piyini sıyırıb çıxaran dəzgah), 3000 (üç min) manat dəyərində plaş, çəkmə və digər sənaye mallarının istehsalı üçün nəzərdə tutulan dəzgah, 3500 manat dəyərində dərinin tükünü lazım olan ölçüdə qırxıb hazırlayan dəzgah, 3500 manat dəyərində dərini dartıb düzəldən dəzgah, 3600 manat dəyərində dərini dartıb düzəltdikdən sonra şumlayan dəzgah, 2800 manat dəyərində dərini ütləyən dəzgah və 4100 manat dəyərində dəri məmulatlarının qurudulması üçün dəzgah olmaqla cəmi 7 ədəd avadanlı istifadəyə tam yararlı vəziyyətdə mövcud olmuşdur. Cavabdeh1 və onun ailə üzvləri dam örtüyünü xəlvətdə söküb, özləri tərəfindən həmin ərazidə inşa etdikləri binanın tikintisində müxtəlif məqsədlər üçün istifadə etmişlər. Cavabdeh1 və onun ailə üzvləri “xxxx” MMC-yə məxsus torpaq sahəsinin üzərində inşa etdirdikləri tikintinin özül hissəsində betonlanma işləri apararkən “xxxx” MMC-yə məxsus olan binanın dam örtüyünən və ar a kəsmələrdən gizli olaraq söküb apardıqları materiallardan istifadə etmişlər.Həmçinin anbarda olan dəzgahlarıda istifadəyə tam yararsız hala salmışlar. Nəticədə anbarda saxlanılan dəzgahlar yağışın və qarın altında qalaraq paslanmış, korroziyaya uğramış və yarasız hala düşmüşlər. Kassasiya şikayətinin dəlilləri Cavabdeh O8 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(104)-2364/2016 saylı qətnamənin qüvvədə saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 387.1, 388, 390-cı maddələrinin tələblərinin pozulması ilə çıxa rılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir gös tərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən “kommersiya hüquqi şəxslərin” Dövlət Reyestrindən Çıxarışına əsasən Tovuz rayonunda qeydə alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qanuni Təmsilçisi İddiaçı2 oğludur. 06 Yanvar 2016-cı il tarixli Tovuz rayon “ Tovuz Rayon Kooperativ Cəmiyyətləri İttifaqının“ mütəxəssisi tərəfindən verilmiş rəyinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarında olan dəri məmulatını təmizləyən (dərinin piyini sıyırıb çıxaran) avadanlığın qiyməti 3000 manat dərinin tükünü qırxıb hazırlayan avadanlığın dəyəri 3000 manat dərinin qatlarını açan və düzəl dən avadanlığın dəyəri 3000 manat dərinin üz qatını ütüləyən avadanlığın qiyməti 3200 manat dərini tam hazırlıq üçün ütüləyən avadanlığın qiyməti 2600 manat, dəri məmulatlarının qurudulması üçün avadanlığın dəyəri 3500 manat, plaş çəkmə və digər əşyalar üçün dəri məmulatı hazırlayan avadanlığın qiyməti 2700 manat olmaqla həmin avadanlıqların ümumi dəyəri 21000 (iyirmi bir min manat təşkil edir. 24 dekab 2015-ci il tarixdə “xxxx” MMC tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, Tovuz rayonunun Abulbəyli kəndində yerləşən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan tikinti anbarına dəymiş ziyanın müəyyən olunması məqsədilə baxış keçrilmişdir. Baxış zamanı tikinti anbarına dəymiş ziyan 8.321 manat məbləğində, həmçinin tikinti meydançasında mövcud olmuş işlərin və materialların dəyəri 2.240 manat müəyyən olunmaqla ümumilikdə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş zərərin 10.561 (on min beş yüz altmış bir) manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 iddiası təmin edilərək, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,15 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 229 kv.m olan qeyriyaşayış binası üzərində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahiblik və istifadə etmə, sərəncam vermə faktının müəyyən olunması və adına qeydə alınmasının DƏDRX Tovuz rayon Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı2 və qeyrilərinin iddiası təmin edilərək, T6 və Cavabdeh1 “xxxx” Məhdud Məsu liyyətli Cəmiyyətinin istifadəsində olan 0,15 ha torpaq sahəsindən çıxarılmaları, Cavabdeh3 və Cavabdeh1 tərəfindən həmin torpaq sahəsində aparılmış yarımçıq tikililərin onların öz vəsaitləri hesabına sökülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 31 mart 2014-cü il tarixli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarının 22-32-ci vərəqələrinə əlavə edilmiş fotoşəkillərdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2012-ci il üçün olan torpaq sahəsinin qeyri-yaşayış sahəsinin vəziyyəti əks olunmuşdur. 28 dekabr 2013-cü il tarixli Tovuz RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı2 ərizə ilə Tovuz rayon RŞ-nə müraciət edərək, ona məxsus anbarın qapısın ın sındırılmasını və qapının üzərində olan dəmir listin oğurlandığım bildirmişdir. Tədqiqat zamanı izahatı alınmış X3 bildirmişdir ki, İddiaçı2 anbarı üzun müddətdir sahibsizdir, üstü, yanları uçub dağılmış, içərisində mal-qoyun yatır. Fazilin xahişi ilə ona kömək edərək, qapısım düzəltmişlər və qapının içinə taxta qoyub arxasına dəmir söykəmişlər içəri mal girməsin. 22 noyabr 2016-cı il tarixli Tovuz rayon RPŞ-nin TB-nin İddiaçı2 ünvanladığı məktuba əsasən anası X1 Tovuz rayon Bozalqanlı kəndinin ərazisində yerləşən sexdən 2013-cü ilin yanvar- fevral aylarında iki ədəd islanmış elektrik mühərrikinin oğurlanması barədə Tovuz RPş-nə erdiyi ərizəsi ilə bağlı 23 may 2013-cü ildə AR CM-nin 177.1 -ci maddəsi ilə cinayət işi başlamlaraq araşdırılır. 25 mart 2014-cü ildə ərizə ilə Tovuz rayon RŞ- nə ərizə ilə müraciət ərək, «xxxx» MMC-nin 25 manat dəyərində alüminium setkasımn oğurlanmasını bildirmiş və ərizə qeydə alınaraq araşdırılmış və cinayət işinin başlanılması rədd edilmişdir. 28 avqust 2014-cü ildə Tovuz rayon RŞ-nə ərizə ilə müraciət edərək Tovuz Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin «xxxx» MMC-nin zəbt edilmiş torpaq sahəsinin boşaldılmasına dair qətnamələrə əsasən icra vərəqəsinin icra edilməsini, lakin sonradan K8 adlı qadının onu hədələməsini göstərməsinə dair ərizə araşdırılaraq, cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilə də zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2- ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.-ci maddəsinə əsasən mülki h üquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «xxxx» MMC-nin təmsilçisi İddiaçı2 məxsus olan 0,15 ha torpaq sahəsini 2010-cu ildən bu günə kimi Tovuz rayonu,************ kəndində yaşayanlar Cavabdeh1 və qeyriləri zəbt edərək, Cəmiyyətə küllü miqdarda maddi və mənəvi ziyan vurmuşlar. «xxxx» MMC-nin əmlakına vurulmuş 31.561 manat məbləğində dəymiş real zərərin Cavabdeh1 mülki hüquq pozuntusudur. Tovuz Rayon Kooperativ Cəmiyyətlər İttifaqının mütəx əssisi tərəfindən verilmiş 06 yanvar 2016-cı il tarixli rəyində "xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarında olan dəri məmulatım təmizləyən (dərinin piyini sıyırıb çıxaran) avadanlığın qiyməti 3.000 manat, dərinin tükünü qırxıb hazırlayan avadanlığın dəyəri 3.000 manat, dərinin qatlarını açan və düzəldən avadanlığın dəyəri 3.000 manat, dərinin üzqatını ütüləyən avadanlığın qiyməti 3.200 manat, zərini tam hazırlıq üçün ütüləyən avadanlığın qiyməti 2.600 manat, dəri məmulatlarının qurudulması üçün avdanlığın dəyəri 3.500 manat, plaş, çəkmə və digər əşyalar üçün dəri məmulatı hazırlayan avdanlığın qiyməti 2.700 manat olmaqla həmin avdanlıqların ümumi zəyəri 21.000 (iyirmi bir min) manat, həmçinin «xxxx» Mləhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 24 dekabr 2015-ci il tarixdə verilmiş məktu bda qeyd edilmişdir ki, tikinti anbarına dəymiş ziyan 8.321 manat məbləğində, həmçinin tikinti meydançasında mövcud olmuş işlərin və materialların dəyəri 2.240 manat müəyyən olunmaqla ümumilikdə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş zərərin 10.561 (on min beş yüz altmış bir) manat məbləğindədir. Cəmiyyətinin əmlakına dəymiş real zərərin ümumi məbləği ( 21.000+10.561)=31.561 (otuz bir min beş yüz altmış bir) manat məbləğindədir. Cavabdeh1 tərəfindən torpaq sahələrinin zəbt edilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapdığı halda həmin ərazidə müəyyən əşyaların saxlanılması məsuliyyəti də məhz cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib o nlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hüquq normaları düzgün tətbiq olunmaqla qanuni və əsalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbə r tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 02 oktyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar