Məhkəmə qərarları › İş №2(102)-1032/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1032/2020

02.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1032/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X2 ibarət tərkibdə, X11 oğlunun katibliyi, Cavabdeh X5nun və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X5na qarşı şəxsi əmlakın geri alınması, birgə mülkiyyətdə olan əmlakdan payın ayrılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(106)-2592/2019 saylı qətnaməsindən cavabdeh X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə bax araq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5na qarşı şəxsi əmlakın geri alınması, birgə mülkiyyətdə olan əmlakdan payın ayrılması və mənzilə köçürülmə tələbi barədə iddia qaldıraraq ona məxsus olan şəxsi əşyalarının geri alınması, birgə nikah dövründə əldə edilmiş İmişli şəhəri Qaradonlu küçəsində yerləşən 90.000 manat dəyərində 0,051 ha həyətyanı torpaq sahəsi və 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin, habelə 20.000 manat dəyərində “Toyota Camry” markalı 99-NZ 338 dövlət nömrə nişanlı avtomobilin bölünərək ona düşən payın alınıb verilməsi və iki nəfər azyaşlı uşaqla həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(036)-117/2019 saylı qətnaməsi (hakim Ülvi Qənbərov) ilə, iddia tələbi qismən təmin olu nmuş, A 206681 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən İmişli şəhəri, Qaradonlu küçəsində yerləşən 0,0513 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********52) İddiaçı və X5 arasında bərabər qaydada (½ hissə üzrə) bölünməsi, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə köçürülməsi, İddiaçı məxsus olan 2000 manat dəyərində yataq mebeli, 1000 manat dəyərində stol-stul dəsti, 1200 manat dəyərində qorka kamot, 600 manat dəyərində “Beko” markalı paltaryuyan, manat dəyərində “Beko” markalı qabyuyan, 500 manat dəyərində çörək peçi, 2000 manat dəyərində soyuducu, 200 manat dəyərində divan, 150 manat dəyərində mətbəx stolu, xalçalar, 800 manat dəyərində qızılı rəngli vazalar, 200 m anat dəyərində çamadanda qaşıq dəsti, 500 manat dəyərində lumeya qab-qaşıq dəsti, 1000 manat dəyərində ümumi bakallar, manat dəyərində vazalar, 50 manat dəyərində ütüaltı, 50 manat dəyərində ütü, 600 manat dəyərində uşaq mebel dəsti, 200 manat dəyərində ətçəkən, 50 manat dəyərində şirəçıxaran, 60 manat dəyərində mikser, 200 manat dəyərində qazan dəstləri, 200 manat dəyərində mikrodalğa, 250 manat dəyərində pərdə, 200 manat dəyərində televizoraltı, 1000 manat dəyərində “LG” markalı 105 televizor, 600 manat dəyərində “LG” markalı 45 kondisioner, 100 manat dəyərində “Beko” markalı tozsoran, 200 manat dəyərində DVD, 100 manat dəyərində krosno, 150 manat dəyərində 3 ədəd saat, 150 manat dəyərində 2 ədəd dəvə yorğanı, 100 manat dəyərində örtük (odeyal), 50 manat dəyərində taxt üstü, 100 manat də yərində ağ rəngli taxt üstü, 200 manat dəyərində 2 ədəd döşək, 120 manat dəyərində 6 ədəd yastıq və 50 manat dəyərində 2 ədəd şirli örtük (odeyal) cavabdeh X5ndan alınıb onun özünə verilməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov və Fehruz Abbasov) xx xxxxxxxx 2019-ci il tarixli 2(106)-2592/2019 saylı qətnaməsi ilə İddiaçı və cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(036)-117/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X5 və vəkili X5 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-ci il tarixli qətnamə sinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən Mülki Məcəllənin 228, 238.3 və 240.1-ci maddələrini düzgün təfsir etməmişdir. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2012-ci ildə X5 tərəfindən 8000 manata alınmış və onun vəsaiti hesabına həmin torpaq sahəsində ev tikdirilmişdir. Həmin vaxt cavabdeh özəl şirkətdə çalışmış və 300 manat əmək haqqı almışdır. 2014-cü ildə ev tikilib hazır olduqdan sonra X5 uşaqları ilə birlikdə X5in razılığı ilə həmin evə köçmüşlər. 2017-ci ildə formal olaraq həmin əmlak X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Cehiz əşyalarından bəzilərini iddiaçı ilə məhkəmədən kənar öz aralarında bölmüşlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxl ayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən, qətnamə iddianın təmin eilmiş hissəsində kassasiya şikayətinin dəlilləri əsasında yoxlanılır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Seriya RX ******* nömrəli Hüquqların Dövlət Qe ydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən A 206681 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən İmişli şəhəri, Qaradonlu küçəsində yerləşən 0,051 ha torpaq sahəsiX5nun adına mülkiyyət hüququ əsasında **********52 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X5nun adına xx.xx.2014-cü il tarixdən “Volksvagen Passat” markalı **-BH-*** markalı avtomobil qeydiyyatda olmuş, həmin nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi ilə X3 adına sənədləşdirilmişdir. “Toyota Camry” markalı 99-NZ 338 dövlət nömrə nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X5nun mülkiyyətində deyil, müvəqqəti istifadəsindədir. İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 3001 saylı arayışa əsasən İddiaçı ailə üzvləri ilə birlikdə İmişli şəhəri Qaradonlu küçəsində yerləşən yeni evdə yaşayır İmişli rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(036)133/2018 saylı qətnaməsinin surətinə əsasən X5 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli 78 saylı nikah akt qeydi pozulmuşdur. Boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 Sahilə Zakir qızının yanında qalmışlar. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, İmişli şəhəri Qaradonlu küçəsində yerləşən 0,051 ha həyətyanı torpaq sahəsi birgə nikah dövründə əldə edildiyi üçün X5nun və İddiaçı ümumi birgə mülkiyyətində olduğundan aralarında bərabər qaydada bölünməli, İddiaçı öz növbəsində A 206681 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən İmişli şəhəri, Qaradonlu küçəsində yerləşən 0,051 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən istifadə hüququna malik olduğundan azyaşlı uşaqları ilə birlikdə həmin evin yaşayış sahəsinə köçürülməli, İddiaçı məxsus olan X5nda saxlanılan əşyalar alınıb onun özünə verilməlidir. Apellyasiya instansiya məhkəməsi isə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsi üzrə apellyasiya instansiya məhkəməsi tərəfində n maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitutsiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunması ndan, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. - 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. - 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İmişli şəhəri Qaradonlu küçəsində yerləşən 0,051 ha həyətyanı torpaq sahəsi birgə nikah dövründə alqı-satqı əsasında əldə edildiyi üçün X5nun və İddiaçı ümumi birgə mülkiyyəti hesab olunur və həmin əmlakda onların payı bərabər qaydada bölünməlidir. İddiaçı öz növbəsində A 206681 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən İmişli şəhəri, Qaradonlu küçəsində yerləşən 0,051 ha torpaq sahəsi üzərində inşa edimiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin yaşayı evi birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyət olan torpaq sahəsinin üzərində inşa edildiyindən iddiaçı və azyaşlı uşaqlarının da həmin yaşayış sahəsindən istifadə etmək hüquqları vardır. Cavabdeh kassasiya şikayətində torpaq sahəsinin və üzərindəki evin atası X5in vəsait hesabına alınması və inşa edilməsini bildirsə də, bu barədə məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların topl anması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də məna feyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyət olan torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilən, lakin daşınmaz əmlakın dövlət reystrində qeydə alınmayan yaşayış evinə münasibətdə cavabdeh Mənzil Məcəlləsinin 30-cu və ya Mülki Məcəllənin 228-ci maddəsinə istinad edərək, iddiaçının hə min evə istifadə hüququnun mövcud olmamasına istinad edə bilməz. Çünki həmin yaşayış evi cavabdehin mülkiyyətində olan əmlak deyildir və iddiaçının həmin evdən istifadə hüququ cavabdehlə ailə qurduqdan sonra onun razılığı ilə onun evinə köçürülməsindən deyil, həmin əmlaka birgə mülkiyyət hüququndan irəli gəlir. İddiaçı məxsus olan X5nda saxlanılan əşyaların alınıb iddiaçıya verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi əmlakların mövcud olmaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmin əmlakların bəzilərinin birgə nikah dövründə əldə edilməsi, həmçinin iddiaçı ilə ümumi razılıq əsasında bölünərək bir hissəsinin cavabdehə verilməsinin razılaşdırılması barədə kassasiya şikayətində qeyd edilənlər barədə iş materiallarında hər hansı sübut mövcud deyil dir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübah isənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X5nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(106)-2592/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar