Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1033/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)987/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi kasasiya şikayətinə əsasən işə kasasiya qaydasında baxılarkən, onun kasasiya şikayətindən imtina barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-188/201 8 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) iddia qismən təmin edilərək, Cavabdeh ödəniş günü milli manata məzənnədə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 29.735,75 ABŞ dolları əsas, 1.837,85 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31.573,60 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 62 saylı evin, 15 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(10 3)987/2020 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən və məruzəçi, R.Ə.Qurbanov və V.Ə.Baxışova) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi əsas borcun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilib, Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləğinin 21.957,98 ABŞ dolları olmaqla, cəmi kredit borcunun 23.795,83 ABŞ dolları müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. xx xxxx 2021-ci il tarixdə Cavabdeh yazılı ərizə ilə kasasiya instansiyası məhkəməsinə müraciət edərək, hazırda kasasiya şikayətindən imtina etdiyini və kasasiya şikayətindən imtina barədə ərizəsinin qəbul edilib, ona münasibətdə kasasiy a icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən, kasasiya şikayəti vermiş şəxs kasasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kasasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kasasiya şikayətindən imtinanı qəbul edirsə, kasasiya instansiyasında icraata xitam verilir. Kasasiya instansiyası məhkəməsi Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, işdən görünür ki, hazırda Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-987/2020 saylı qətnaməsindən verdiyi kasasiya şikayətindən kasasiya instansiyası məhkəməsində qərar çıxarılanadək imtina edib. Eyni zamanda, mülki iş materiallarından görünür ki, Cavabdeh kasasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh kasasiya şikayətindən imtina etməsi onun hüququ sayıldığından, habelə işdə, onun kasasiya şikayətindən imtina etməsini istisna edən heç bir hal olmadığından, o nun kasasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilməli, kasasiya şikayətindən imtina qəbul edilməklə, ona münasibətdə kasasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.3-cü maddəsində göstərilir ki, kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-987/2020 saylı qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, onun kasasiya şikayətindən imtinası qəbul edilsin və kasasiya instansiyasında icraata ona münasibətdə xit
Məhkəmə qərarları › İş №2(102)-1033/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1033/2021
09.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver